Müxəmməslər Həsənəli xan Qaradaği (1848–1929) Bir bəxşi-xudadır bu məlahət sənə, dilbər Bir bəxşi-xudadır bu məlahət sənə, dilbər, Göftarü-bəlağət, bu fəsahət sənə, dilbər, Bu nazü-nəzakət, bu təravət sənə, dilbər, Məxtum olub ol hüsnü lətafət sənə, dilbər, Naz etmə gəl üşşaqə, əmanət sənə, dilbər! Ey məh, nə əcəbsən, nə qəşəngsən, nə gözəlsən? Xubluqda bu gün Yusifı-Kənanə bədəlsən, Demək nə rəva, Yusifı-sani, sən əzəlsən, Dur, mən dolanım başına, bir yanıma gəl sən, Haşa edəməm bil ki, xəyanət sənə, dilbər! Öldürdü məni dərdü-qəmü möhnəti-hicran, Qurtarsa bu qəmdən məni gər xaligi-sübhan, Nəzr eyləmişəm, canım edəm vəslinə qurban, Yoxdur dəxi bir özgə qəmim, ey şəhi-xuban, Gər yetsə, canım sağü səlamət sənə, dilbər. Avara gəzərkən mən o divanələr içrə, Düşdü güzərim bir neçə məstanələr içrə, Saqi tökərək badəni peymanələr içrə, Söylədi ləbin vəsfini meyxanələr içrə, Yetməzmi bu tərif, bu şöhrət sənə, dilbər? Olmaz bu gözəllikdə deyim, bir bəni-Adəm, Heyrandı sənin hüsnünə bu məhvəşi-aləm, Əhdinə vəfa eylə, qıl iqrarını möhkəm, Ol səcdəgahım, səcdə qılım hüsnünə hərdəm, Şayəstədi, əlbəttə, dəyanət sənə, dilbər! Salma nəzərindən məni, ey vəlışi qəzalım! Gündən-günə artır nə edim, dordü məlalım, Rəhm et bana, zülfün kimi aşüftədi halım, İnsafdımı, zalım, belə bu hal ile qalım? Etməzmi görən, kimsə məlamət, sənə dilbər?! * * * Gözəlim Ey nəzakət çəməni içrə xüraman, gözəlim! Xubilik kişvərinin təxtinə sultan, gözəlim! Bu canım sədəqədir, qaş-gözə qurban, gözəlim! Yaraşır bir baxışa kim, ala yüz can, gözəlim! Belə getsə, tez olur dillərə dastan, gözəlim! Hərəkatü rəvişin qıldı səhi-sərvini pəst, Sünbülə türreyi-zülfün şikəni verdi şikəst, Laləni dağə salıb, rayin edib badəpərəst, Ey könül, qaş-göz ara sən nə gəzirsən belə məst? Yoxdu qorxum ki, ara yerdə tökə qan gözəlim! Ey mələk, nurlu yüzün gündümü, ya bədri-tamam? Kim ki ruyindən olur məst, ona var badə həram. Pərdəsiz cilvələnib, nazilə ver qəddə qiyam, Küfr zülfin dağıdıb, məst çıxıb, eylə xüram, Bilələr, ta ki nədir küfrilə iman, gözəlim! Bu qədü qamətinə ətləsü-xara yaraşır, Qaşların guşəsinə qətlimə ima yaraşır, Edə gər zində ləbin nitqi-Məsiha yaraşır, Səni hər kim ki görür, başına sevda yaraşır, Olu sərgəştəvü-divanəvü-heyran, gözəlim! Gün ki hər sübh çıxar, dərgahma səcdə edər, Sərv rəftarə gələr, qılsa qədin bağə güzər, Qönçələr ağzın ilə qarşı dura, boynun əyər, Küfr zülfündə dolaşmış, Qaradaği, kafər! Desələr, ona müsəlman, olu böhtan, gözəlim! * * * Kitabxana.az · https://kitabxana.az/collections/hasenali-xan-qaradagi-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1929). Public domain (author died 1929). Original text only.