Qəzəllər Həsənəli xan Qaradaği (1848–1929) Aləmdə var aşiqidən bir mənəm sənə Aləmdə var aşiqidən bir mənəm sənə, Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə. Tərk etmə sən məni, səni mən tərk etmənəm, Cismimdə ruhsan, gözəlim, mən tənəm sənə. Malım nisar yüz min ola, canım, istərəm Bir qəmzən ilə gər alasan, dinmənəm sənə. Göydən nə qədər yensə bəla cana istərəm, Ey mən fəda sana birisin qıymənəm sənə. Sən məndə, mən də səndə - Qaradaği zikridir, Daim müqərrəbəm, deməzəm, mən genəm sənə. * * * Aşiq olan o türreyi-zülfi-müənbər Aşiq olan o türreyi-zülfi-müənbər, Divanələr kimi düşər axırdə çöllərə. Hərçənd müxbirü labəvü fəryad eylədim, Ahü fəğanım etmədi tə’sir dillərə. Divanə könlimin qoy ola bir fərağəti, Məşşatə çəkmə şanə dəxi bir də tellərə. * * * Bəh, bəh bu dilbərin nə əcəb xoş məqalı var Bəh, bəh bu dilbərin nə əcəb xoş məqalı var! Gülgün cəmalı üzrə gözəl xəttü-xalı var! Gər afıtab olmaya məhşərdə, yoxdu qəm, Çün günəşdən də ötə yarın cəmalı var. Şəhbaz baxışı uçurubdur könül quşun, Seyr etməyə yəqin edərəm kim, xəyalı var. Ağlar gözüm, yanar ürəyim, bilməzəm kim, İzhar edim, bu könlü ki, dərdü-məlah var. Bir kəs ki qəm yatağı ola, gülməz, ağlayar, Məzur eyləyə bu Qaradaği gülah var. * * * Bir ləhzə istəməm olasən dur, mən səni Bir ləhzə istəməm olasən dur, mən səni, Gözdən-könüldən , ey gözimə nur, mən səni. Sən bir süruri-dil, bana nurül’üyunsən, Dünyadə həqq görim edə məsrur, mən səni. Musa cəhanda uymaq içün Həqq civarınə Bir dağ tapandə, tapmışdım Tur mən səni. Bir bu qədər gər sən candən usandıdın, Şadəm ki, bilməzəm gəh məqdur, mən səni. Şöhrət edübsən aləmara bilmə hüsnidən, Eşqimdən etmişəm beylə məşhur mən səni. Əğyarə uymə xəlvət edüb faş söylərəm, Səttarəm, etmişəm gözə məstur, mən səni. Hər mövcudin vücudinə mənzur bir səbəb, Yox özgə, bilmişəm eylə mənzur mən səni. Sən bir təbib getmə dəxi dərd könlimə, ????????əlac bir cə dəyan, dur, mən səni Gər söylə ki, Həqq sən isən iştibah yox, Həqqsən ki, çəkməzəm darə mənsur mən səni. Dutməz dilim ki, bir də deyüm sən rəhimsən, Görcək bu tərzi-cabir ??məcbur mən səni. Hüsnin, bəharın bilürəm bir xəzanı var, Fəxr etmə kim, görim beylə məğrur mən səni. Göstər cəmalın o məhü mehrə, dövrə gəl, Mövcudsən görim tazə bir dövr mən səni. Gər xüld içində versə bana ixtiyar həqq, Huri-qüsurdən seçərəm hur, mən səni. Məczubsən bu dildə dəxi, necə bəs olur? Bir de, görim ki, cəzb edəcək sur, mən səni. Söylər o yar, ey Qəradaği, nə hasilin? Dünyadə etmişəm beylə məhcur mən səni. * * * Əbrvəş meh yüzüna zülf salandə sayə Əbrvəş meh yüzüna zülf salandə sayə, Sanki, bir ay dutulub, şur düşür dünyayə. Düşsə bir tarı-telindən yüzina, Tarı bilür, Ləkələr zahir olar nəqs yetər ol ayə. Gərçi İsa dəmi çox mürdələr əhya eyliyüb , Özi əhya olu, gər yetsə dəmin İsayə. Naz edüb fəxr qıla çərxə, bu yer kim, yeridür, Gəlməz ondə gəzünən mehrü məh üzlü sayə. Yığılub dövrəsinə bir neçə dilbər, guya, Düxtəri-nə’ş alubdur cudeyi-ortayə. Üzməzəm, Tarı bilür damənü vəslindən əlim, Gətürə Ruhüləmin gögdən əgər min ayə. Varıdıq bundən əzəl biz nə gözəl həmxanə, İndi biganə sifət-göz təkiyük həmsayə. Bən hara, eşq hara, dilbəri-məhruy hara, Nə yəman yerdə genə düşdi başım ğövğayə. Baş çəküb aşiqdən beylə xüraman gəzmə, Salmə, ey sərv, məni mə’rəkeyi-kübrayə. Sən hara, sərv hara, qaməti-mövzin hara, Bu xüramü gəzişin nisbəti yox tubayə. Görməmiş mehri-vəfa, cövrü cəfa çəkmək içün, Beylə zahir ki, Qəradaği, gəlüb dünyayə. * * * Ey soran bəndən: "Nədür eşqi?", qoy aşiq tərkidə Ey soran bəndən: «Nədür eşqi?», qoy aşiq tərkidə, Vermiyə qəlbində yer eşqə, yolını bərkidə. Eşq vardur bir məcazi, bir həqiqi dəhrdə, Əvvəli bir yoldürür, axırkinə aşiq gedə. Eşq xüllətdəndürür, xüllət məhəbbətdən, vəli Eşqdən heyrət bulur eşq əhli daim əşkidə. Ol biri eşqi-məcazidür, həqiqi, bu biri, Yə’ni, cismani biri, ruhani vardur biri də. Necə ki, mə’rifət, təriqət, həm şəri’ət vardur, Bir həqiqət çun belə vardur, o də bu səpkidə. Meylü zövqü şövq istər, ta məhəbbət var ola, Xülləti iradət bula eşqidə heyrət dəhridə. Eşq də cəzbədürür, aşiq də caziblik, vəli Mə’şuqi məczub derlər, var aşiq geridə. Şad olsun, barilaha, eşqi-xoşsevda müdam, Var müalicü təbib cümlə illət diridə. Eşqi-bican söylənür fürs dilində əşiqə, Əşiqə ləblab ərəbdə, sarməşüqdür türkidə. Sarməşüq necə dolaşub zuri yetər təpkiyə, Eyliyür zəif, şilə eşq aşiqi istər edə. Sarı rənglü, az xoraklu, az deyən, həm az yətan, Aşiqi eşq eyliyür bu növ’ gülməz dəhridə. Həmmü ğəmmü ğüssələr var, möhnətü dərdü ələm, Aşiq içün hicrdə, hablə fikrü zikridə. Aşiqin fikrü xəyalı daima mə’şuqdür, Yetməz ikən vəslinə var bu bəlalu bəhridə. Yarü varin aşiqi, ya səbr, ya vəsl ixtiyar, Mümkin olsə eyləsün, olmasə dursun fikridə. Eşqdəndür aşiqə bu yandurıcı istilik, Piltəsi yağ istəməz, odsız yanur var ömridə. Bir mərəzdür, müxtəsər, eşq ariz olmuş aşiqə, Ey Qəradaği, əlacın göstərüblər mərgidə. * * * Fələyin bir belə dövrü olacağmış, nə bilim Fələyin bir belə dövrü olacağmış, nə bilim? Saralıb bağü gülistan solacağmış, nə bilim? Ürəyim yaralanıb, sinəmə dağlar çəkilib, Gözümə qan sağılıb yaş dolacağmış, nə bilim? Bitirib bağ salıb bir neçə güllər yetidim, Uzadıb dəsti-qəza kim yolacağmış, nə bilim? Əl çəkib nakəsidən çərx elə nakəsimiş, Bir mənə cövrü cəfalar qılacağmış, nə bilim? Aşiqə naz eyləmək adət olub mə’şuqə, Bu qədər naz eyliyib can alacağmış, nə bilim? Bəslədim zülfü, dedim, başıma salsın sayə, Dolanıb boyna ilan tək çalacağmış, nə bilim? Səltənət rütbəsini xar tutardım şahikən, Məni başdan ayağa qəm salacağmış, nə bilim? Ruzgarın dolanıb haləti bir özgə hala, Ey Qaradaği, mənə qəm qalacağmış, nə bilim? * * * Hanı o yarə uyub, xəlvət etdiyim gecələr Hanı o yarə uyub, xəlvət etdiyim gecələr? Ənisü-munis, olub söhbət etdiyim gecələr? Necoldu, bir mən idim, bir də ol nigarım idi, Hərimi-qürbidə mən şöhrət etdiyim gecələr? Gözüm gözündə, əlim daməni-vüsalində, Hanı o yarə durub minnət etdiyim gecələr? Necoldu, bari-xudaya ki, yar ilə var idim, Həmişə eyşdə mən, işrət etdiyim gecələr? Mən fəraqində axir belə deyildim ki xar, Vüsal şahidiyəm, izzət etdiyim gecələr? Fəraqi-cövrünü bilməm, bu qədri mən çəkirəm, Ki, bir də qismət ola, vəslət etdiyim gecələr? Nəsib ola, Qaradaği, bana görüm bir də O yar ilə qonuşub, ülfət etdiyim gecələr? * * * Ney tək nəvayə gəldi yenə, tutdu nar dil Ney tək nəvayə gəldi yenə, tutdu nar dil, Bilməm nedim, nə çarə qılım mən, yanar dil. Gül qönçəsi kimi bükülüb ləxtə-ləxtə qan, Cövrü-cəfadan hər dəm udar su güvar dil. Bir şişə tək cəfa daşma dəydi, neyləsin, Ol sərdari-vaqif, israri-yar dil. Durdu, dolandı başına, düşdü ayağına, Yandı köz kimi şəm üzrə pərvanəvar, dil. Dorda, tükəndi ömr, cahanda belah dil, Bir şad olmadı ki, dcyim, tut qərar, dil. Sübhi-məsa fəraqında ahu fəğan eylər, Təngə gotirdi aləmi, şəb zindədar dil. Səbr eyləməzmi, ol Qarabağı qərar ilə, Görmüş dərdü qəmü biqərar dil. * * * Ol kəs ki, məni öldidi, indi beylə getdi Ol kəs ki, məni öldidi, indi beylə getdi, Qan ilə xizab əlləri, şəmşir ilə getdi. Başdən əyağə qan ilə qanlum olub əlvan, Quyman gözimə dəgdi bu könlim gilə getdi. Hicrində nigarın bu qədər zarıdım, axır Əşkim götürüb verdi vücudim selə, getdi. Can nəqdi ki, sərmayədi imkani-vücudə Əldən çıxarub zülfinə verdim yelə getdi. İmanə dəxi qalmadı fəxrin, Qəradaği, Küfr aldı əlindən bunı də, bir telə getdi. * * * Qəmginsən nədətı? Söylə, dildar bircə gül Qəmginsən nədətı? Söylə, dildar bircə gül, Yetmiş bahar, bir de, danış, yar, bircə gül. Cövrü-cəfa bu aləm ara çəkmək adətin, Dur bir ayağə, seyr eylə gülzar, bircə gül. Sən bidamaq olma, tut saqidən ayaq, Al bir əlinə, mən görüm, çal tar, bircə gül. Ya bir qədər get səhni-çəmən gəz, dolan, otur, Mən saz edim indi səmavar, bırcə gül. Cəngü çəğan, neyü dəf, tarü bərbütü Cəm etmişəm, qalıb clə mizmar, bircə gül. İsi, Sadiq, Hacı Hüsü, ol Kərim ilə, Hazır olarlar indicə bunlar, bircə gül. Beylə deyil ki, yox, Qaradaği, bir əhli-dil, Çoxdur bu yerdə həddindən aşar, bircə gül. * * * Ruzi-əvvəl bilməzəm kim necə qismətdir bana Ruzi-əvvəl bilməzəm kim necə qismətdir bana, Gecələr göz xabə uymaz, ah adətdir bana. Getdi arami-dilim, taq oldı bunca taqətim, Keçdi ömrüm hicridə, hicran qiyamətdir bana. Nalədən bir payə buldım kim, onunla mən yetəm Mətləbü məqsudə, gördüm, ah qismətdir bana. Can nə olmuş, bilməzəm cananə yetməz bunca kim, Ağlaram şəb ta səhər, həmvarə firqətdir bana. Bu könül səndən degil, Xana əbəsdir nalələr, Bir xəyalın anidə hicrincə vüslətdir bana. Xoş demiş eşqində aşiq min dəvasızdır, vəli Eşqi-şuri dəmbədəm bir özgə halətdir bana. Xaksari-məqdəmin olmaq təmənna etmişəm, Filhəqiqə eyb olmaz cahü rif’ətdir bana. Sinəm içrə dağlardır, laləvəş dağlanmışam, Bu deyil zillət, Qəradaği, səadətdir bana. * * * Salubdı indi nəzərdən, gedüb, o yar məni Salubdı indi nəzərdən, gedüb, o yar məni, Edübdi möhnətü dərdi-ğəmə düçar məni. Fəğanü nalə yükin çəkmək ilə gün keçdi, Bəla qətarınə çərx etdi sərqətar məni. Bəla xədənginə olmış nişan dili-zarım, Nedüm ki, eylədi səyyadi-ğəm şikar məni. Fəğan ilə ətəgin dutdum ol turş ruyin , Cəfadə söylədi: «Yan get ki, od dutar məni!» Bu fikr yordı məni ahu seyd edənlər tək, O ahu gözlü görəndə nədən qaçar məni? Hara gedüm, nə qılum-eyliyüm, nədür çarə? Bu zalım indi beylə öldürür figar məni. Nə söz dedim, görəsən, dəgdi qəlbinə, ya Rəbb? Küsübdi, indi beylə dindiməz nigar məni? Qaşındən özgə əgər qiblə dutsəm aləmdə, Görim ki, eylər sədparə Zülfiqar məni. Gecə səbahə kimi yoxdı taqətü tabım, Gətürdi təngə, Xudaya, bu ahü zar məni. Əsiri-xəstədil oldım bu möhnətü ğəm ara, Əcəl yetişdi, gəleydi-göreydi yar məni. Nə etmişəm, Qəradaği, bu qədər yar beylə Rəqiblər nəzərində dutubdı xar məni?! * * * Tərəhhəm li, təkəlləm, ya ğəzalə Tərəhhəm li, təkəlləm, ya ğəzalə, Ucaltma çərxə buncə ahü nalə. Gəlüb göftarə şəkərriz olmaq, Yaraşub sən kimi tutiməqalə. Eylədür məh yüzində zülf, güya, Urub məh dövrəsinə əbri-halə. Götür yüzdən niqabın, aç cəmalın, Ziya kəsb eylənür ondən hilalə. Bənəfşəvardur başım dizimdə, Düşüb eşqində yüz fikrü xəyalə. Vüsalın hasili şəhdi-müsəffa, Fəraqın hasilidür ahü nalə. Yetişmiş başə ömrim, şimdi hicran, Nəvaziş eyliyüb, dönmüş vüsalə. Əyağ tək düşmüşəm başdən əyağə, Əlim dut, saqiya, doldur piyalə. Bana bir cam dut, saqi, o meydən, Qılum hal əhlini heyran bu halə. Pərişan eyliyən fikrü xəyalım, Pərişan zülfidür, mişkin kəlalə. Sızıldar ney kimi könlim dəmadəm, Düşüb yüz picu tab zülfi-çalə. Könül verdim o zülfə, əl götürdim, Bu gündən kim uyubdur xəttü xalə. Sərasər dağlanubdur misli-lalə, Bu könlim qan yudub, yetmiş zəvalə. Hal əhli yadə salmaz əhli-halı, Nədən yeksər olubdur qeylü qalə? Nədür bais, Qəradaği, cəhandə Olubsən ğəmlərə buncə həvalə? * * * Vədə vermişdür nədən ol yar gəlsün, gəlmədi Vədə vermişdür nədən ol yar gəlsün, gəlmədi? Tuti dillü bir şəkərgöftar gəlsün, gəlmədi. Əldə mey camın dutub, göz intizarın çəkmişəm, Gözlərəm ol gözləri xümar gəlsün, gəlmədi. Hər yetən kimsə könül mülkinü viran eylədi, Mən dedim dil sahibi sərdar gəlsün, gəlmədi. Bu qədər təxir eylər, ya Rəbb, nə olmuş, bilməzəm, Gəlməmək fikri olub, ya var, gəlsün, gəlmədi. Ol vəfalu bivəfa olmaz, nədəndür bilməzəm Əhd edüb bir bu qədər, zinhar, gəlsün, gəlmədi. Ya xətayə uğradı, ya kəmxüllətidən istədi, Ahu gözlü, kəc baxış dildar gəlsün, gəlmədi. Könlim istər, əl yetişməz, ey Qəradaği, nedim, Bu xəzan içrə dedim, gülzar gəlsün, gəlmədi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/hasenali-xan-qaradagi-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1929). Public domain (author died 1929). Original text only.