Şeirlər Əli bəy Hüseynzadə (1864–1940) Sizlərsiniz! Ey qövmi-macar, bizlərə ixvan Sizlərsiniz ey qövmi-Macar, bizlərə ixvan Əcdadımızın müştərəkən mənşəyi Turan. Bir dindəyiz biz, həpimiz hakpərəstan; Mümkünmü ayırsın bizi İncil ilə Quran? Çingizləri titrətdi şu afaqı sərasər, Teymurları hökm etdi şahənşahlara yeksər. Fatehlərinə keçdi bütün kişvəri-kaysər... Hərçənd düçari-möhnəti-əhli cəfayız, Hərçənd bu əyyamda pabəndi-bəlayız. Ey xar görən bizləri, bizlər nücəbayız, Meydani-həmiyyətdə ələmdari vəfayız. Turanlılarız, sahibi-şanü şərəfiz bız Əslafımızın naibi xeyrül-xələfiz biz! Ey zülmü cəhalət, həzər et göz yaşımızdan, Dur olmalısın torpağımızdan, daşımızdan, Bu yolda mədəd bizlərə məsləkdaşımızdan, Hürriyyət üçün vaz keçəriz can, başımızdan. Turanlılarız, sahibi-şanü şərəfiz biz, Əslafımızın naibi xeyrül-xələfiz biz. * * * Yurd qayğusu Ucundadır dilimin, Həqiqətin əzəmi; Nə qoydular söyləyim, Nə kəsdilər dilimi!.. Bilirmisin cühəla Nə etdilər Vatana? Nə qoydular uyuya, Nə qoydular oyana. Böylə durmaq uyuşuq, Rəvamı bir diriyə?! Nə getmədə iləri, Nə dönmədə geriyə!.. Ədu qırır kapuyu, Biz evdə bixəbəriz; Nə başqa başqalarız, Nə ittihad edəriz!.. Ayıltmadı qələmim Şu türk ilə əcəmi, Nə qoydular yazayım, Nə qırdılar qələmi. * * * Hali-vətən Ucundadır dilimin, Həqiqətin böyüyü. Nə qoydular deyəyim, Nə kəsdilər dilimi. Bilirmisən cühəla Nə etdilər vatana? Nə qoydular uyuya, Nə qoydular oyana. Durur bila-hərəkət, Rəvamı bir diriyə? Nə getmədə iləri, Nə dönmədə geriyə. Ədu qırır qapıyı, Biz evdə bixəbəriz. Nə başqa başqalarız, Nə ittihad edəriz. Ayıltmadı qələmim. Şu türk ilə əcəmi. Nə qoydular yazayım, Nə qırdılar qələmi. * * * Turan Sizlərsiniz, ey qövmi macar, bizlərə ihvan, Əcdadımızın müştərəkən mənşəyi Turan. Bir dindəyiz biz, həpimiz haqpərəstan, Mümkünmü ayırsın bizi İncil ilə Quran? Çingizləri titrətdi şu afaqı sərasər, Timurları hökm etdi şəhinşahlara yeksər. Fatihlərinə keçdi bütün kişvəri qeysər... 1892 * * * İncizablarım Vəhy ilə səmadan enmədir Quran. Quranla pestidən yüksəlir insan. Məhəmmədin ruhu pür məalidir Meraca məzhərdir o ruhi-zişan. Nicatı sidqdə ara, sadiq ol; Adil ol, batildən haqqı fariq ol, Alnında iffətin nuru parlasın, Rızayı Heydərə talib, aşiq ol. Qadınlığa şərəf vermişdir Zəhra, O nuri-dideyi Həbibi-Xuda. Etmişdir analıq vəzifəsini Xaneyi-Heydərdə bihəqqin ifa. * * * Şair Yürüdüyün yollar ülgü yoludur, Tannsal əslinlə könlün doludur. Ozan! Gur əzginlə Türklüyü sayra Ər oğlu özgəni Türk haqqın quludur. * * * Tibb dünyasına Sağlam vücudda sağlam beyin, sinir bulunur, Sağlam beyində sağlam ağıl, fıkir bulunur, Sağlam fikir qurtanr yurdu xəstəliklərdən, Hər zəhra qarşı tibbdə bir padizəhr bulunur. * * * Qəm yemə, səbr et, bu da yahu keçər Zülməti-şər bulsa da bir dəm zəfer, Pərtövə hökm etsə də zülmət əgər, Sönsə də ənvari kəmali hünər, Qəm yemə, səbr et, bu da yahu keçər. Haqqü ədalətdən əsər yoxsa da, Xarisi-qanun bir ər yoxsa da, Zülm edənə qarşı süpər yoxsa da, Qəm yemə, səbr et, bu da yahu keçər. Millətə, milliyyətə, hürriyyətə Aşiq olan uğrasa da möhnətə, Yarü vətən düşsə də gər qürbətə Qəm yemə, səbr et, bu da yahu keçər. * * * Ona inan Qurtuluş Kamala inanla olur, Hökumət seçilmiş bakanla olur, Ünlü kölgəsində ol Atatürkün Dəyişib yüksəlmə uranla olur. Ucadır ülgüsü ulu Öndərin, Diləyi: ölkədə türkcə söylənsin. Ey Türk ozanlan irəli gəlin Bu işlər bir az da ozanla olur. Onun göstərdiyi yolla yürürəm, Önümdə gözəllik, işıq görürəm, Türkü çağırıram əldə çökürəm Qutlu Türkəm ona qutanla olur. Yurdun sevgisiylə olmuşam ozan, Ara-sıra boylə düzgülər yazan, Olsun yazım mənim yurda ərməğan Altındakı Turan Turanla olur. * * * Onun vəfatı tarixi Söylədi tarixini Ona tapan bir ozan Öldü ATATÜRK, o dahi insan Mukimi-ərşi-Yezdan. Tənvir eylədi fikri, Doğru yolu göstərdi: Kamal əfkar rəhbəri Neyyuri-ərşi-Rəhman! Gözələ aşiq idi Sevgilisiydi Vətən. İndi o uca Qazi Qəribi-hüsnü Canan. * * * Kitabxana.az · https://kitabxana.az/collections/huseynzade-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1940). Public domain (author died 1940). Original text only.