Şeirlər İzzəddin Həsənoğlu (XIII-XIV əsr) Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər, Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər. Mən ölsəm sən, büti-şəngül, sürahi eyləmə qülqül, Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər. Başımdan getmədi hərgiz səninlən içdigim badə, Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər. Əzəldə canım içində yazıldı surəti-məni, Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər. Şaha şirin sözün qılır Misirdə bir zaman qasid, Nə qasid? Qasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər. Tutuşmayınca dər atəş bəlirməz xisləti-ənbər, Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər. Həsənoğlu sənə gərçi duaçıdır, vəli sadiq, Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər. * * * Didilər bu əcəb insan mudur ki Didilər bu əcəb insan mudur ki, Ya adəm ṣurətində can mudur ki Məlaik dəxi bu hüsnilə olmaz Əcəb bu can canan mudur ki Bu dünya xalqına hic bəñzəməz bu Bizə Haqdan əcəb mihman mudur ki Yüzinə baqmağa gözlər doyulmaz Əcəb bu bir ulu sultan mudur ki Qoxusı can dimağın tazə qıldı Ṣacı müşki bigi ya reyhan mudur ki Ay alnı nuri rövşəndür günəşdir Əcəb yüzi mah-i taban mudur ki Gözinə baqıcaq canlar üzilür Əcəb cadu mudur fəttan mudur ki Ṣacı ẓülmət yañağı nura bəñzər Dodağı çeşməi heyvan mudur ki * * * Ey yigidlər sərvəri sərvi-rəvanım qandasın Ey yigidlər sərvəri sərvi-rəvanım qandasın Gəl ki yoluñda rəvan oldı rəvanım qandasın Qamətüñüñ Həsrətindən bu tənüm oldı xəyal Ṣurətüñüñ firqətindən yandı canım qandasın Ey xəyalı munisi bu qayğusı coq köñlümüñ Ey vüṣalı can ilindən ərməğanım qandasın Gicə-gündüz yol gözədür gözlərim gözlər səni Gəl ki qaldı yollarıñda dîdə-banım qandasın Bülbül-ü zaram firaqıñda yaşım oldı rəvan Ey boyı səlvi yañağı gülistanım qandasın Sən əsirgərdiñ bəni görsəñ ki sənsüz nicəsi Gicə-gündüz göglərə cıqdı fiğanım qandasın Çoq cəfa qıldı bəlalu köñlümə ayruluğuñ Qanı əhdiñ ey vəfalu mihribanım qandasın * * * Əcəb bilsəm bəni şeyda qılan kim Əcəb bilsəm bəni şeyda qılan kim? Bana bu eşq odın peyda qılan kim? Əcəbləram, əcəb qaldım ilahi! İman əhlin tutub tərsə qılan kim? Qamışdan şəkkərü, daşdan cəvahir Ağacdan daneyi xurma qılan kim? Tənim yetmiş iki dürlü damardır, Kimin irmaq, kimin dərya qılan kim? Qoy bu tedbiri, gəl təqdiri gözlə, Bu gün ki vədeyi fərda qılan kim? Bu natun fərrişi hər dəm bu fərraş, Bu ərşin rangini mina qılan kim? Hesənoğlu, bu bir qətrə mənidən Anın xub suratini ziba qılan kim? * * * Ki taban yüz nuri maha bəñzər Ki taban yüz[i] nuri maha bəñzər Mələklər qul kibi ol şaha bəñzər Əgərçi ṣurəti insana bəñzər Vəlî başdan ayağa cana bəñzər Kamalına erişməz aqıl-idrak Camalı Yusuf-i Kənana bəñzər Gözinüñ baqışından can əzilür Dodağı ləl ilə mərcanə bəñzər Yüzinüñ rəngi güldən dəxi tazə Qoxusı müşkə nə reyhanə bəñzər Vücudindən ev ici cənnət oldı Bu uçmaq şahı ol Rizvanə bəñzər. * * * Kim Əsədvən bən ki şîrü-nər bənim Kim Əsədvən bən ki şîrü-nər bənim Kim Ərəbdə yalıñuz bir ər bənim Nicə-nicə pəhlüvanlar qırmışam Kim bugün dillərdə üş əzbər bənəm Pəhlüvanların cihanıñ yazsalar Cümləsi icində sər-dəftər bənəm Heybətimdən div-ifritlər qaçar Kim qılan aṣlanları əbtər bənəm Baş kəsici qan dökici çoqdurur Qamusından illah kim bədtər bənəm * * * Mancılığ ilə gögə uçan bənəm Mancılığ ilə gögə uçan bənəm Xeybərüñ qapusını açan bənəm Mirhabı bir zərb ilə yaran bənəm Amrid ilə Əntəri qıran bənəm İbn əmmü seyyid-i adəm bənəm Püşt-ü İslam naṣiri Həmdin bənəm Bən Əliyəm Şah-ı Mərdanam bəli Qorqmañ irdim Şîr-ü yezdanam bəli * * * Nerdəsən gəl, ey yüzü ağım bənim Necəsən gəl, ey yüzü ağım bənim? Sən əritdin odlara yağım bənim. And içirəm səndən artıq sevməyim, Sənin ilə xoş keçər çağım bənim. Hüsn içində sana manənd olmaya, Əsli yuca, könlü alçağım bənim. Al əlimi irəyim məqsudimə, Qoyma yürəkdə yana dağım bənim. Sən rəqibə sirrini faş eylədin, Anun ilə oldu şıltağım bənim. Qışladım qapında itlərin ilə, Oldu kuyin üştə yaylağım bənim. Bən ölücək yoluna gömün bəni, Baqa dursun yarə toprağım bənim. Toprağımda bitə həsrətlə ağac, Qıla zari cümlə yaprağım bənim. Bu Həsənoğlu sənin bəndəndürür, Anı rədd etmə yüzü ağım bənim. * * * Nigara eşqüñüñ fəryad əlindən Nigara eşqüñüñ fəryad əlindən Ki qalmaz hicrüñüñ azad əlindən Əridüm mum bigi hicran odından Bugün sən yürəgi polad əlindən Aqıdur bağrumuñ qanı gözimdən Şu xunî gözlərüñüñ dad əlindən Niçün köñlüñ baña yumşanmaz ey dost Ki taş yumşandı ol Fərhad əlindən Bənüm tək eşqüñüñ yoqdur dəlüsi Ki cüra icmişəm üstad əlindən Ğəmindən eşqüñüñ qayğum budurur Ki bir gün olmadım hic şad əlindən Atañ dəxi baña nə ẓülüm idər gör Kimə varam bən ol bîdad əlindən Nə kafirdürür va görən bunı kim Alalar Şirini Fərhad əlindən Cihanı yaqısər bu Həsrət odı Alurlarsa səni Miqdad əlindən * * * Şah-ı Mərdan didi şîr-i nər bənəm Şah-ı Mərdan didi şîr-i nər bənəm Kim günəşdən dünyada əẓhər bənəm Ey ləîn ögmə səni həddüñi bil Kim cihanda bî-bədəl bir ər bənəm Mancılığ ilə havaya atılan Xeybəri dutub yıqan Heydər bənəm Ulu ləşkərlər basıcı qırıcı Sarb qoşunlar bozucı ṣəf-dər bənəm Mirhab ilə Əntəri iki biçən Ol ki cəngi toldı dəftərlər bənəm Padişahlar heybətimdən ditrəşür Kim əcayib işlərə məzhər bənəm İbn-i əmmi Mustafayam Şîr-i Haqq bənim Sarb hisarlar alıcı sərvər bənəm Adımı ṣormaq nə hacətdir bənüm Kim günəşdən rövşən-əzhər bənəm * * * Kitabxana.az · https://kitabxana.az/collections/izzeddin-hasanoglu-seirler İctimai mülkiyyət. Public domain. Original text only.