Mürəbbelər Kişvəri (XV əsr) Ey nihali-qamətin sərvi-xuramanım mənim Ey nihali-qamətin sərvi-xuramanım mənim, Vey cəmalın gülşəni firdovsi-rizvanım mənim, Canuna bolsun fəda yüz natəvan canım mənim, Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim. Naləm ucaldu yetirəm sən sərv boylu mah içün, Can veridür mən damədəm sən büti-dilxah içün. Qıl inayət, yüzünü görsət mənə Allah içün, Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim. Başimə ey dilbəri-gülçöhreyi-şümşadi-qəd, Gəldi sənsiz ləşkəri-ğəm, bihesabü bi ədəd. Hicrin öldürdü məni səndən umarmən bir mədəd, Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim. Xətti-səbzin gülbəni-firdovsinin yaprağıdır, Həlqeyi-zülfün məni-divanə könlüm bağıdır. Gör nə halə düşmüşəm sənsiz, mürüvvət çağıdır, Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim. Payimal etdi məni eşqin yolunda ruzigar, Vəh ki, nə aram qaldı məndə, nə səbrü qərar. Qıl həzər bu atəşi-ahi-dilimdən zinhar, Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim. Qılma bu dərgahidən nomid məni-biçarəni Kim, salubdur dərbədər mən bidili-avarəni, Vəh ki, oda yaxlıydım bu dili-sədparəni, Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim. Səbzeyi-cənnət o şol xətti-mütəvvəsdir mana, Qiblə ol mehrabi-əbruyi-müqəvvəsdir mana, Bolmasın canü cəhan, sən sağ olub, bəsdir mana, Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim... * * * Nə mən nalanə həmdəmdir həbibi Nə mən nalanə həmdəmdir həbibi, Nə mən bimarə müştaq bir təbibi, Nə mən məhcuri-vəslidən nəsibi, Həbibi, va həbibi, va həbibi! Ani istər gəzərmən xanə-xanə, Gözümdən yaş axıdub danə-danə, Bəsi can verdim ol namehribanə, Həbibi, va həbibi, va həbibi! Çu axər dəm bolur irdi cudalıq, Nolaydı bolmasaydı aşinalıq. Nə aşiqlik ki, yüz tuman bəlalıq, Həbibi, va həbibi, va həbibi! Mənə yoxdur ğəmindən pürgüşadi, Həzarəm daği-ğəm bərdil nəhadi, Fəvadivü fəvadivü fəvadi, Həbibi, va həbibi, va həbibi! Məni-məhcuri öldürdü fərağın, Müyəssər olsa öpsəydim əyağın, Qılaydım ərzi-şərhi-iştiyağın, Həbibi, va həbibi, va həbibi! İrağ yüzündən ey sərvi-xuraman, Xuda bilür ki, mən bisərü saman, Bu dirlikdən peşimanəm, peşiman, Həbibi, va həbibi, va həbibi! Əgər görsən səba ol bivəfanı, O şol biganeyi-naaşinanı, Degil unutməgil mən binəvanı, Həbibi, va həbibi, va həbibi! Zəhi kuyi-ğəmət sərmənzili-mən, Həmə dərdi-dil öz to hasili-mən, Dele mən, va dele mən, va dele mən, Həbibi, va həbibi, va həbibi!1 Büti darəm əcəb mərdümfəribi Ki, narəd Keşvərira dər həbibi! Çe pərva darəd öz xuni-ğəribi, Həbibi, va həbibi, va həbibi!2 * * * 1 Sənin qəmlə dolu kuyin mənim mənzilim Olsa nə yaxşı, Mənim könlümün dərmanı sənsən. Vay mənim qəlbim, vay mənim qəlbimə, Sevgilim, ey mənim sevgilim, sevgilim. 2 Adamları aldadan bir gözəlim var Ki, o Kişvərini sevmir, Onun bir qəribin ölümündən nə qorxusu var Sevgilim, ey mənim sevgilim, sevgilim. * * * Kitabxana.az · https://kitabxana.az/collections/kisveri-murebbeler İctimai mülkiyyət. Public domain. Original text only.