Müstəzadlar Kişvəri (XV əsr) Ey bədri-münir, açgiz tərəfi-niqab Ey bədri-münir, açgiz tərəfi-niqab, Ruyin görəli, Kipriklərim ox şanəvü göz suyi gülab, Muyin urali. Gördüm səni bir ərbədəcu məstü xərab, Bəd məst ola dib. Hərdəm gəlürəm kuyina mən bixurü xab, Xüyün soralı. Qış gəldi geyər kim ki anın aqçəsi bar, Səncabü səmur. Səncabü səmur olmayana çarə nə bar, Bir künçi-tənur. Bir issicə ev bulğayu bir kiçkinə yar, Bir küp dolu mey. Bir şiş kabab olsavü bir nimeyi nar, Vəh-vəh nə hüzur, Heç yerdə işin önükməz əgər deməyəsən Bismillah. Ər himməti bolməzsən əgər qılmiyəsən Allah, Allah. Mümkün iməs ol ki, tabğəsən cilveyi-vəsl, Cananə bilən Qul Kişvəri tək canını ta qılmiyasan Billah, Billah. * * * Ey saçı bənəfşə, yüzü gül, kakili ənbər Ey saçı bənəfşə, yüzü gül, kakili ənbər, Ey hüsni ğəzalə, Zülfün şəbi-zülmatü yüzün mahi-münəvvər, Xəttin anə halə. Yüzün bilə qəddin irür, ey nəxli-behişti, Sən badə içərkən, Andaq ki, gətürdi sanasan şaxi-sənubər, Bir dəsteyi-lalə. Ol səbzeyi-xəttdir ki, ləğindən içədür su, Ey çeşmeyi-heyvan Kim, Xızrdan özgə ola bilməz kişi rəhbər, Ol abi-zülalə. İqrar qılıbmən ki, sana bəndədürür mən, Uş mərdümi-didə; Rüxsareyi-zərdim vərəqinə yazadurlar, Qan birlə qəbalə. Fəryadü fəğan eylədim, ey vay ki, yetməz, Fəryadıma heç kim. Kim qəmzə bilə çehel saləmi talar, Bir çardəh salə. Təqvavü vərə’-xəlvətidən çəkdi çıxardı, Mən bəxti-qəranı; Avareyi-səhrayi-cünun eylədi axər, Bir mişki kəlalə. Qul Kişvərini istər isən qurtula bir dəm Əyyami-qəmindən. Lütf eyləgil, ey saqi, ana badeyi-əhmər, Bir dolu piyalə. * * * Kitabxana.az · https://kitabxana.az/collections/kisveri-mustezadlar İctimai mülkiyyət. Public domain. Original text only.