Müxəmməslər Kişvəri (XV əsr) Ey bolub eşqdə divanəvü rüsvay könül Ey bolub eşqdə divanəvü rüsvay könül, Yüzünə çirmaşib ol zülfi-səmənsay könül, Necə mundaq gəzəmən bisərü bipay könül, Xabi-qəflətdən oyan, hay könül, hay könül, Könül, ey vay könül, vay könül, ey vay könül. Dər səri-zülfi-to piçide sərapayi deləm, Xali əz sirri-ğəmət nist sovday-deləm, Nist sər-həlqeyi-geysuyi-to mə’vayi deləm, Gər to zin gune koni porseşo pərvayi deləm, Deləm, ey vay deləm, va deləm, ey vay deləm1. Necə ey tilbə könül bisərü saman bolasan, Dəmbədəm ləblərini yad eyləyib qan bolasan, Muyi-julide vu lağər-təni-üryan bolasan, Şəhrdən qaçubəni quli-biyaban bolasan, Könül, ey vay könül, vay könül, ey vay könül. Sədrəh əz hecre-toəm soxt sipehri-zərraq, Bər nəyayəd ze məne-suxtedel-buye-həraq, Arizuməndəmo, oftadetəno del moştaq, Əgər inəst ğəme hicro qəribiyyo fəraq, Deləm, ey vay deləm, va deləm, ey vay deləm2. Ləblərin şövqidən ey lə’li-ləbin can parəsi, Könül od etmədürür lə’li-Bədəxşan parəsi, Köksüm içrə asılıb adı könül qan parəsi, Könül ad etmə ki, bir suxte büryan parəsi, Könül, ey vay könül, vay könül, ey vay könül. Ta codayəm ze to, ey sərve-qədd-qolruxsar, Darəm əndər cegər pare şode xara-xar, Ruzo şəb bər səre an ku məne bisəbro qərar, Sine mikubəmo mikeoyəmo miquyəm zar, Deləm, ey vay deləm, va deləm, ey vay deləm3. Köksüm üstündə əgər göydürə ol müğbəqədağ, Bir ziyarətgah irür köksümü ol dağa-çirağ, Çeşmi səyyaddür ol tiflininü arizi bağ, Könlümün quşudurur zağü iki zülfü do zağ, Könül, ey vay könül, vay könül, ey vay könül. Baz cu ke, gəhi ey torke-sitəmkarəye-mən, Ke çe şod hale-dele-aşiqe-biçaraye-mən, Rənce fərma qədəmi əz peye-nəzzareye-mən, Tabebini cegəre rişo-dele-pareye-mən, Deləm, ey vay deləm, va deləm, ey vay deləm4. İstərəm könümü hər yan dəlü yanlıq yügürüb, Bu səlamət əyaği səngi-məlamətcə urub, Dögərəm daş ilə köksümcə könülnü itirüb, Buldum oyatlığ o şol tilbə sorağını sorub, Könül, ey vay könül, vay könül, ey vay könül. Ey məra bito, nə pərvayi-qolo nə qəme mol, Mol mənə xune-delo xari-nəzər laləvo qol, Tovqe-del gəşte məra selseleye-an kakol, Könül, ey vay könül, vay könül, ey vay könül. Deləm, ey vay deləm, va deləm, ey vay deləm5. * * * 1 Qəlbim sənin zülfünün qıvrımları arasındadır, Sənin qəminin sirrindən başqa qəlbimdə bir xal yoxdur; Sənin saçının halqası mənim qəlbimə məskən deyil, Əgər sən mənim qəlbimə belə münasibət bəsləyirsənsə, Vay mənim qəlbimin halına, vay, vay mənim qəlbimə. 2 Yüz yol sənin hicranın göyləri yandırdı. Mən qəlbi yanmışdan, qovrulmuş iy də hiss olunmur; Arzu içində, canım gücdən düşmüşsə də yenə könül öz sevgisini unutmur. Əgər hicran qəmi bu qürbət və ayrılıq belə isə Vay mənim qəlbimin halına, vay, vay mənim qəlbimə. 3 Ey gül üzlü, sərv qədli, səndən ayrı olduqca Parçalanmış cigərimdə yaralar qövr edir; Gecə-gündüz mən səbirsiz və fikirliyəm, Sinəm dağlanar, ağlayaram və təkrar deyərəm: Vay mənim qəlbimin halına, vay, vay mənim qəlbimə. 4 Ey sitəm edən cəfakar gözəl, məni axtar Və bilməyə çalış ki, bu biçarə aşiqinin halı necədir. Məni görmək üçün heç olmasa mənə tərəf bir qədəm at, Ta mənim ciyərimin yarasını və qəlbimin parçalandığını görəsən; Vay mənim qəlbimin halına, vay, vay mənim qəlbimə. 5 Sənsiz mənə nə gül, nə şərab lazımdır; Şərab mənə ürək qanı, lalə və gül tikandır, Sənin kakilinin zənciri qəlbimin boynuna sarılmışdır; Könül, ey vay könül, vay könül, ey vay könül, Vay mənim qəlbimin halına, vay, vay mənim qəlbimə! * * * Gözlərim yüzün görüb xurşidi-taban istəməz Gözlərim yüzün görüb xurşidi-taban istəməz, Bir nəfəs keçməz ki, bəzmi-vəsli-canan istəməz. Tilbə könlüm səndən ayru səbrü saman istəməz, Bir nəfəs keçməz ki, bəzmi-vəsli-canan istəməz, Kimdürür aləmdə kim, ol rahəti-can istəməz. Səndən ayru qalğalı boldum nədim hər nedəm, Gözlərim qani mədadü kiprigim boldu qələm, Həmdəmim ahü fəqanü munisim həm dərdü ğəm, Qalmışam beytül-həzəndə, ey güli-baği-İrəm, Gəl ki, sənsiz xatirim gəşti-gülistan istəməz. Hasili-ömrümdən üştə bir nəfəs qaldıvü bəs, Ləblərindən ver mana can, ey büti-İsanəfəs, Səndən özgə yoxdurur imdi mana fəryadirəs, Eşigində hər kimsə oldu gədalıq dəstirəs, Taci-Afridun bilə, təxti-Süleyman istəməz. Ey Məsih-ənfasi-dilbərü ey mələksima həbib, Kim ki, bimarundurur bilməz anın dərdin təbib, Baği-cənnətdür cəmalın, ləblərindür əndəlib, Cami-lə’lin cür’əsindən hər kimə bodu nəsib, Hövzi-kövsər suyin içməz, abi-heyvan istəməz. Ol büti-əbrukəman kim, oxun atar hər tərəf, Aşiq irməz kim, anun oxuna qılmaz can hədəf, Dalmayınca bəhrə tapmaz daneyi-gövhər sədəf, Vasil olmaz Kə’beyi-məqsudə ömridür tələf, Rahiro kim-zəhməti-xari-muğilan istəməz. Ey sərasər şivəvü nazü itabü dilbəri, Adəm övladı degülsən, sən mələksən, ya pəri? Eşqbazi müşkül işdür, dutma anı sərsəri, Küfr istər kafərü iman müsəlman Kişvəri, Bütpərəst köhnədür, küfr ilə iman istəməz. * * * Yenə boldum məni-divanə rüsvay Yenə boldum məni-divanə rüsvay, Göyüb eşq atəşi birlə sərapay. Könülni verdim ol səngin dilə, vay Ki, heç qılmaz ğəriblər sarı pərvay, Məni bu qayğu öldürdü, mədəd hay! Müsəlmanlar, giriftarəm, nə çarə, Bəlayi-eşqə düşdüm, varə-varə. Gözüm giryanü bağrım parə-parə, Yetürməz halimi heç kimsə yarə, Məni bu qayğu öldürdü, mədəd hay! Səni ta gördüm, ey şümşad qamət, Yetən atar mana səngi-məlamət, Qalıb ağzımda əngüşti-nədamət, Xanı əqlü xanı səbrü səlamət? Məni bu qayğu öldürdü, mədəd hay! Məni avarə qıldı xanümandan, Çe cayi-xanuman, canü-cahandan, Nələr çəkdüm mən ol namehribandan, Bir ağız sormadı mən natəvandan, Məni bu qayğu öldürdü, mədəd hay! Sənünlən istərəm bir aşinalıq Kim, irür aşinalıq, rövşənalıq, Vüsalındır mana yüz padişahlıq, Nə müşkül hal irür səndən cüdalıq, Məni bu qayğu öldürdü, mədəd hay! İməsmən aşiqi-bisyari-tale’, Bulubmən bir quru didarə qane’, Ana daxi olurlar xəlq mane’, Zəhi bəxti-bədü varunə tale’, Məni bu qayğu öldürdü, mədəd hay! Necə dedim duayi-şahi-adil Ki, ömri vafir olsun, əqli kamil, Sənə cüz’ dərdi-dil bolmadı hasil, Diriğa, boldo sə’yim cümlə batil, Məni bu qayğu öldürdü, mədəd hay! Qələndər Kişvəridür bir süxəndan, Süxənguyadur üştə guyü meydan, Anun hər beytidür bir dürri-ğəltan, Qulağ asmaz ana Yəqubi-Sultan, Məni bu qayğu öldürdü, mədəd hay! * * * Vəh kim, ol ahuyi-mişkindən qalıbmən bixəbər Vəh kim, ol ahuyi-mişkindən qalıbmən bixəbər, Namə tək bağlandı bağrım, qəbğər oxun tez çəkər. Firqətindən gözlərim xunabeyi-həsrət tökər, Ləblərindən ayru hər dəm tilbə könlüm qan yudər, Dirligim, dirlik degil, tək bir qəra gündür keçər. Səbru huşum hər biri, bir yanü mən bir yan qalıb, Surəti-divar tək öz halıma heyran qalıb, Sakini-beytül-həzən tək gözlərim giryan qalıb, Gözlərim giryanü dil büryanü tən üryan qalıb, Dirligim, dirlik degil, tək bir qəra gündür keçər. Səbrü aramü xirədməndən cüdadır, səsizin, Rüzigarım tirəvü bəxtim qəradır sənsizin; Natəvan canımğə hər dəm yüz bəladır sənsizin, Ol bəlalar içrə könlüm mübtəladır sənsizin, Dirligim dirlik degil, tək bir qəra gündür keçər. Ey boyun sərvü yüzün firdovsi-bağın gülbəni, Əhsəni-təqvimdir Adəmsən adəm əhsəni, Ruzigari-namülayim səndən ayurdu məni, Ta kim, ayurdu məni-bixanü peymandan səni, Dirligim, dirlik degil, tək bir qəra gündür keçər. Aşiqü rüsva məni-bixanü peyman yarsız, Əşkü ahımdan irür gülbəm dərü divarsız, Yuddugum qan, içdiyim təlxab, qəm qəmxarsız, Qanlı çeşmim, bağlı baxtım, dağlı bağrım yarsız, Dirligim, dirlik degil, tək bir qəra gündür keçər. Məskənim meyxanədir, hər dəm bolub ovbaş ilə, Neyləyim heç kimsə yar olmaz məni-ğəllaş ilə, Ağlamaqdan damənim doldu ləbaləb yaş ilə, Gecə-gündüz köksümə hər yan dögərmən daş ilə, Dirligim, dirlik degil, tək bir qəra gündür keçər. Vəh ki, öldürdü məni hər ləhzə-ləhzə ağlamaq, Bolmadı mümkün mənə bu ağlamağnı saxlamaq, Laləyanlıq dağlu bağrım parə-parə, dağ-dağ, Sənsizin, ey arizin şəm’i məni çeşmü çirağ, Dirligim, dirlik degil, tək bir qəra gündür keçər. Ey cəmalından münəvvərafitab-xavəri, Bürci surət afitabi, dürci-mə’ni gövhəri, Xani-mülk Sultan Mühəmməd gövhəri-Bayənduri, Payi-busindən irağ, mən binəva qul Kişvəri, Dirligim, dirlik degil, tək bir qəra gündür keçər. * * * Vəh ki, dönsəydi mana ruzi-cavani bir dəxi Vəh ki, dönsəydi mana ruzi-cavani bir dəxi, Yüz vereydi Xızrə abi-zindəgani bir dəxi, Yarlıq qılsaydı feyzi-asimani bir dəxi Kim, göreydim şol məhi-namehribani bir dəxi. Kövkəbi-bəxtim çıxaydı nagəhani bir dəxi. Gözlərüm gər bir gecə olsaydı xabi-vəsl ilə, Pərvəriş tapsaydı nəxli-ömrüm abi-vəsl ilə, Könlüm olsaydı münəvvər afitabi-vəsl ilə, Bu sarığ yüzüm qızarsaydı şərabi-vəsl ilə, Qılsam irdi lə’lgun bu kəhrəbanı bir dəxi. Daği-eşqini qoyub mən sineyi-əfkarara, Gənci əndaq kim, qoyarlar el pozuq divarara, Arizin nəqşi qalubdur dideyi-xunbarara, Olamı, ey qönçeyi-xəndan ki, bu gülzarara, Lalə tək köynək qəbayi-ərğəvanı bir dəxi. Ey cəmalın pərtövi, xurşidi-aləmtab tək, Qəmzən oxundan axar qan xəncəri-qəssab tək, Yaş tökərlər gözlərim hər guşədə dulab tək, Bu ümid ilən bolubdur qamətim qüllab tək Kim, kəmər tək qucqay ol nazik miyanı bir dəxi. Xızri-fərruxpey xanı kim bolsə irdi rəhbərim, Məşriqi-iqbalidən bolğay tülu’i-əxtərim, Həsrətindən necə xundil suzi çeşmi-tərim, Giryədən kor olmasaydı görməyincə gözlərim, Başun üzrə sayeyi-taci-Kəyanı bir dəxi. Səfheyi-dövlət döşənsə yüz tuman zivər bilə, Məclisi-işrət qurulsa lə’lgun sağər bilə, Pərdeyi-izzət asılsə türlü simü zər bilə, Hicleyi-həşmət həman bağlansa ziynətlər bilə, Cilvəgər bulğay ərusi-kamiranı bir dəxi. Tale’i-bərgəştə bir dəxi qılaydı sərvəri, Kim, cila tapsaydı şol ayineyi-İskəndəri, Şö’lə çəksəydi çirağı tudeyi-Bayənduri, Vəh nə ləzzət tapğay ol saət qələndər Kişvəri Kim, görünsə rayəti-Yəqubi-xanı bir dəxi. Vəh ki, həddən aşdı ol nazik nəhalın nazişi, Gərçi yeksandır mənə andan xoşivü naxoşi, Gözlərimdən görmədim xuni-dilinun axışi, Ol pərivəşnin mənə yoxdur inayət baxışi, Ya mənüm şum taleimdir, ya fələknin gərdişi. Ol Məsihi-ənfas heç verməzmən bimarnı, Böyləmolur dostluq mundaq görərlər yarnı, İstərəm yarə qılam dərdi-dilim izharını, Vardıram kuyinəvü görmənanın ruxsarını, Ya mənim şum taleimdir, ya fələknin gərdişi. Necə təqribsiz kuyinə hər dəm varəyim Kim, nə demiş yar yarəb, xəlq dilin arəyim, Eşigində xar olub xəlqə necə yalvarəyim, Kimsə deməz bu fəqiri qayğudən qurtarəyim, Ya mənim şum taleimdir, ya fələknin gərdişi. Bir gecə yox könlümün kim, naleyi-şəbgiri yox, Gərçi ol namehribanə zərrəcə tə’siri yox, Əbri-ehsanı anun heç kimsəyə təqsiri yox, Hər necə dedim ona, dərdi-dilim tədbiri yox, Ya mənim şum taleimdir, ya fələknin gərdişi. Xosrovi kim hökmi-fərmanında gərdun rəxşidir, Lütfü ehsanı firavan, hüsni-xülqi yəxşidir, Gərçi daim peşəsi xurşid tək zərbəxşidir, Heç buyurmaz kim, bu dəxi Kişvərinin bəxşidir, Ya mənim şum taleimdir, ya fələknin gərdişi. * * * Bir cəfapişə məhi-afaqgərdim var mənim Bir cəfapişə məhi-afaqgərdim var mənim Kim, ğəmindən sağarıb rüxsari-zərdim var mənim, Nə qərarü səbrü, nə xabu nə xordim var mənim, Bir dəme-atəşfişanü ahi-sərdim var mənim. Xansı birin söyləyim, ah ancə dərdim var mənim. Gözlərim qanluvü bağrım dağluvü bəxtim nigun, Asiman dunpərvərü əxtər xəsisü dəhr dun, Yar bimehrü fələk namehriban, tale zəbun, Nə dilü nə dinü nə daniş nə səbrü nə sükun, Xansı birin söyləyim, ah ancə dərdim var mənim. Dərdimə bir çarə tapmazmən zəhi biçarəlik, Yardən nə yarlıq, nə özgədən qəmxarəlik, Ustadidən irağ dutum rəhi-avarəlik, Vermədim can yüzünü görgəc zəhi yüz qarəlik, Xansı birin söyləyim, ah ancə dərdim var mənim. Gah mənzil kuhi-qəm, gahi biyabandır mənə, Lalə tək bağrımda yüz min daği-pünhandır mənə, Atəşi-ahi-dilim şəm’i-şəbistandır mənə, Bəstəri-rahət haman xari-muğilandır mənə, Xansı birin söyləyim, ah ancə dərdim var mənim. Qıldı tiği-hicr ilə mən piri-bikəsni həlak, Əşkü ahım dutdi yeri, gögi səməkdən ta səmak, Zari cismimdür bəlapərvərdü canım dərdinak, Gözlərim nəmnakü dil qəmnakü bağrım çak-çak, Xansı birin söyləyim, ah ancə dərdim var mənim. Vay yüz min vay kim, ol yar məndən ayrılır, Gər nəfəs çəksəm dəmi-gərmimdən odlar çağılır, Göz yummaz bolsəm cahanda seyli-əşkim yayılır, Başıma hər yan məlamət daşı yəğmur tək gəlir, Xansı birin söyləyim, ah ancə dərdim var mənim. Titrərəm yapraq tək şol sərvi-çabükxizdən Kim, tökər qanımnı hər dəm qəmzeyi-xunrizdən, Kişvəridir təlxkam ol lə’li-şurəngizdən, Nə qonar könlüm quşuvü nə uçar Təbrizdən, Xansı birin söyləyim, ah ancə dərdim var mənim. Bir xərab olmuş evim var qış günündə badgir, Nə dərü nə bamü nə divarü nə balavü zir, Nə tənurü nə büxari, nə hisarü nə həsir, Sübhü şamümdür mənim “yovmən əbusən ğəmtərir”, Xansı birin söyləyim, ah ancə dərdim var mənim. * * * Boy çəkdi o şol sərvi-dilaray mənimçün Boy çəkdi o şol sərvi-dilaray mənimçün, Açdı yüzünü ol güli-rənay mənimçün, Gör kim, nə bəla boldu sərapay mənimçün, Mundaq ki, bəzəndi bu ol ay mənimçün, Bağrım qanına qanasıyam, vay mənimçün. Gərçi qılıram lalə təki dağını pünhan, Bağrım göyarü... iki gözümdən axıdır qan, Küldən qılıbəm cismümə puşiş məni-üryan, Köksümğə büküb, yüzünə baxıb, çəkib əfğan, Həsrət odunə yanəsiyəm, vay mənimçün. Mürği ki, qapar qut Məsiha nəfəsindən, Fariğdürür ol dami-təəllüq məgəsindən, Könlüm quşu kim, uçdu səlamət qəfəsindən, Mən bəxti qarə həlqeyi-zülfün həvəsindən, Qəm quşlarının danəsiyəm, vay mənimçün. Hicrində sənin ey gözü nərgis, dəhəni mim, Bağlandı yüzüm üstidə, bağrım qanı nim-nim, Necə ki, bolub, mən qəmi-hicranına təslim, Sənsiz neçə kün kim, diri qaldım bilirəm kim, Yüzün görüb utanəsiyəm, vay mənimçün. Hər kim ki, iməs bir pərirüxsarəyə mail, Ovqatı irur zayevü ömrü varı batil, Can vermədim ol mahdan ayru məni-qafil, Gər ömr budur kim, keçədür yarsız, ey dil, Bu ömürdən usanəsiyəm, vay mənimçün. Pozdu qəmi-hicran tərəbü eyş əsasın, Şadəm məni-dərviş geyib fəqr pəlasın, Gahi çəkərəm nazinü gəh cövri-cəfasın, Muncə ki, çəkərmən ğəmi-ənduh bəlasın, Bilmən muni kayanəsiyəm, vay mənimçün. Ol qəddi sənubər, saçı sünbül, yüzü Leyli, Kim, can verədürlər ana hər guşədə xeyli, Qul Kişvərini öldürədür qaşların meyli, Min dağı qılıb mən dilü can ana tüfeyli, Məcnun təki divanəsiyəm, vay mənimçün. * * * Kitabxana.az · https://kitabxana.az/collections/kisveri-muxemmesler İctimai mülkiyyət. Public domain. Original text only.