Rübailər Kişvəri (XV əsr) Biçarə məni-əsir, yarəb, yarəb Biçarə məni-əsir, yarəb, yarəb, Dərmandə mən fəqir, yarəb, yarəb. Elmü əməlim yox ki, ana təkyə qılım, Sənsən mənə dəstgir, yarəb, yarəb. * * * Qılğıl məni-gümrahə inayət, yarəb Qılğıl məni-gümrahə inayət, yarəb, Görsət mənə bir rahi-hidayət, yarəb, Vergil nəfəsi-gərm ilə ahi-səhəri, Könlümğə kim, ol qılsa sirayət, yarəb. * * * Ey məhrəmi-pərdeyi-hərimi-hərəmeyn Ey məhrəmi-pərdeyi-hərimi-hərəmeyn, Vay, sahibi-me’raci-rəsuli-səqəleyn, Sənsən kim, irür dəstü dilün zubəhreyn, Həvva bilə Adəmğə yüzün qürrətüleyn. * * * Ey şəm’i-yüzün ovci səadət günəşi Ey şəm’i-yüzün ovci səadət günəşi, Sən türki-Xətaisənü xalın həbəşi. Sən xandəvü mən xandə zəhi fikri-məhal, Mən qul həbəşivü sən çiraği-Qureyşi. * * * Eşqin vətəni cani-həzin bolsə bolur Eşqin vətəni cani-həzin bolsə bolur, Gər şahi-gədayə həmnişin bolsə bolur. Beytül-həzənimdə kim, pəri yeri iməs, Gər sən təki yari-nazənin bolsə bolur. * * * Yarü meyü novbahar, yarəb, olamı? Yarü meyü novbahar, yarəb, olamı? Budur mana ixtiyar, yarəb, olamı? Bir gün yetirə Kə’beyi məqsudə məni Bu gərdişi-ruzigar, yarəb, olamı? * * * Cismimni zəifü natəvan qıldı fəraq Cismimni zəifü natəvan qıldı fəraq, Canımnı ədəm sarı rəvan qıldı fəraq. Bolmaz desə kim, yaxşı-yaman qıldı fəraq, Yari məni rüsvayi-cahan qıldı fəraq. * * * Fikrim budurur kim, səni mehman qılabən Fikrim budurur kim, səni mehman qılabən, Bu cani-girami sana qurban qılabən, Bağrım qanidin şədabi-lə’li gətürüb, Köksüm içidə könülni büryan qılabən. * * * Hər dəm qəmi-eşqin məni ğəmgin qıladur Hər dəm qəmi-eşqin məni ğəmgin qıladur, Xunabeyi-dil çöhrəmi rəngin qıladur, Ey dil, xanı sən ki, ol sənəm imdidən, Zülm ilə sitəmpişəsi ayin qıladur. * * * Ğürbət məni zarü natəvan qıldı yenə Ğürbət məni zarü natəvan qıldı yenə, Seylabi-sirişkimni rəvan qıldı yenə, Ğəm bülbülü kim, ovci fərəh bürcündən, Könlüm qəfəsini aşiyan qıldı yenə. * * * Aləmdə məni-xəstəyə bir yar gərək Aləmdə məni-xəstəyə bir yar gərək, Həp yar nə kim, yari-vəfadar gərək. İşrət günidə çox bulunur yar, vəli Ğəm köçəricək yar ilə qəmxar gərək. * * * Cana, mənü sən bolğəli, Məhmudü Ayaz Cana, mənü sən bolğəli, Məhmudü Ayaz, Sən işvəvü naziləvü mən əhli-niyaz. Badə içəli, eyş edəli, vəsl ilə kim, Biz bolmayalı çox olasıdır qışü yaz. * * * Bir saqiyü bir sürahiyü səhni-çəmən Bir saqiyü bir sürahiyü səhni-çəmən, Bir six kəbabü bir büti-sim, zəqən, Bir mürtübü bir kitabü bir şali-kühən, Artur diləsəm bağrıma biçaq urasən. * * * Ey sərvi-qədin naz ilə pərvərdə nihal Ey sərvi-qədin naz ilə pərvərdə nihal, Xali-siyəhin nafəvü ol çeşmi-qəzal; Xurşidi-rüxün birlə irür qaşlərün Bir bədr kim, üstündə doğar iki hilal. * * * Mundaq ki, məni lə’li-ləbin qıldı xərab Mundaq ki, məni lə’li-ləbin qıldı xərab, Çeşmi-siyəhin bağladı rahi-xoruxab, Bir gün görəsən kəlisa içrə məni, Səccadəvü təsbih qılıb rəhni-şərab. * * * Çün gəlmədi hiç xətt-rəddü qəbul Çün gəlmədi hiç xətt-rəddü qəbul, Mən bəndəligin gör aradə bolma füzul, Gah ola ki, bir ahi-səhər birlə yetə Ki, bolmaya tati-çehelsalə qəbul. * * * Vəh-vəh! Necə xəstədili-fərsudə Vəh-vəh! Necə xəstədili-fərsudə, Ömrüm tələf, ovqatım ola bihudə. Çeşmimdən axutsun cigər paludə, Həsrət bilə ol lə’li-şərab aludə. * * * Qıldı səri-zülfün yenə divanə məni Qıldı səri-zülfün yenə divanə məni, Ğərq etdi yenə nafə təki qanə məni, Səhrayi-ədəm sarusuna qıldı rəvan, Ahu təki ol nərgisi-məstanə məni. * * * Ey baği-rüxün rövzeyi-rizvan, qara göz Ey baği-rüxün rövzeyi-rizvan, qara göz, Künci-dəhənin çeşmeyi-heyvan, qara göz, Ey mərdüməki-dideyi-giryan qara göz, Canım qara göz, canıma canan qara göz. * * * Hər qovm ilə qıldım bu cahan mülkünü seyr Hər qovm ilə qıldım bu cahan mülkünü seyr, Gəh maniyi-şər’ buldumü gəh maniyi-xeyr, Gör kim, nə müsəlman bolubəm axəri-kar, Mən mö’təkifi-məscidü dil, sakini-deyr. * * * Ey qönçeyi-firdovs, ləbin bikəmü keyf Ey qönçeyi-firdovs, ləbin bikəmü keyf, Yüzünə birar xali-vəfa yoxluğu heyf. Bir xani-vüsalinğə çağır nola məni, Yox sizdə məgər qaideyi-əkrəmü zeyf. * * * Ey vay ki, qaldım yenə qürbətdə qərib Ey vay ki, qaldım yenə qürbətdə qərib, Nə yarü nə qəmxarü nə həmdəm, nə təbib. Nə halıma behbud, nə dərdimğə təbib, Nə vəslinə ümid, nə hicrinə şəkib. * * * Qürbətdə kişi istəsə mavayi-qərib Qürbətdə kişi istəsə mavayi-qərib, Bir guşeyi-viranə irür cayi-qərib. Biçarə qəribi ki, olur halətdə Başında bir ev yox ki, deyə vay qərib. * * * Yüz şükr ki, sərf eylədim əyyami-şəbab Yüz şükr ki, sərf eylədim əyyami-şəbab, Məhbubü şərab ilə məni-xanəxərab; Şirü meyü baği-İrəmü hurü qüsur, Bu cümlə sənəvü mənə, məhbubü şərab. * * * Ey sürməli çeşmin iki badami-siyah Ey sürməli çeşmin iki badami-siyah, Yüzün çəmən, hüsnü xəttin mehri-giyah. Qul Kişvəri halına nigahi-gahi, Andan elədigim deyəsən tabi-şərah. * * * Kitabxana.az · https://kitabxana.az/collections/kisveri-rubailer İctimai mülkiyyət. Public domain. Original text only.