Təxmislər Kişvəri (XV əsr) Ey gözəllər padişahi, ta gəda boldum sana Ey gözəllər padişahi, ta gəda boldum sana, Can sana qurban bolub, mən həm fəda boldum sana, Daməni-eşqini dutub, xaki-pa boldum sana, “Görgali hüsnünü zarü mübtəla boldum sana, Nə bəlalığ gün idi kim, aşina boldum sana”. Sən həm ol namehriban aşiq koşi-xunxarə bol, Tiği-hicrindən mənim canım gərək yüz parə bol, Carəkarın bolunmaz, neylayim, biçarə bol, “Ey könül, tərki-nəsihət eyladim, avarə bol. Yüz bəla yetməz ki, mən həm bir bəla boldum sana”. Qibləgahim, taği-əbruyi-həbibimdür müdam, Səcdə qılğac altıda kölgəm rəqibimdür müdam. Ğəbğəbü sibim xəyalı, sibu narimdür müdam, “Cami-Cəm birlə Xızr suyu nəsibimdür müdam. Saqiya, ta tərki-cah eylab gəda boldum sana”. Al yanağın görsədüb könlümni alıb saxladın, Rişteyi-canum yüzüb hicr ilə ağrım bağladın. Mən vəfavü mehr, sən cövrü cəfadən soyladın, “Mən qaçan dedin fəda qılğıl, mana cövr eyladın, Sən qaçan dedin fəda bolğıl mana, boldum sana”. Ey ləbin abi-həyatü gözlərin cadusifət, Ğəbğəbin baği-cəmalın içrə dəstənbusifət, Mən ki, yüzlandım bəla səhrasına ahusifət, “Qay pəri peykarə dersən tilbə boldun busifət, Ey pəri peykər, nə qılsan qıl mana, boldum sana”. Hər necə kim, istadım bu nilgun ovraqara, Kişvəri tək tapmadım bir namurad üşşaqara. Ney təki nalan bolub gəzdüm xamu afaqara, “Ğüssə cəngidən Nəvayi, tapmadım üşşaqara Ta Nəvayi tək əsirü binəva boldum sana”. * * * Ol kim, anın çeşmi-məstü qəmzəyi-qəttalı bar Ol kim, anın çeşmi-məstü qəmzəyi-qəttalı bar, Xali-mişkin birlə xətti-səbzü rəngi-alı bar. Sanasan kim, ləbləri içində qat-qat balı bar, “Barca xublərinin qəddü rüxsarü xəttü xalı bar, Leyk ol kim, bizni bihal eylər özgə haı bar”. Ey ğübari-xaki-payin gözlərimğə tutiya, Boldu sənsiz məskənim gülxən, libasım buriya, Gözlərimdən sim axar çun garigahi-kimiya. “Yüzüm altun kimidir, bu vəchdin kim, haliya, Simbərlər o kişinündür kim, anın malı bar”. Sənsizin tarikidür, ey şəm’i-çeşmi rövşənim; Parə-parə hicr əlindən sərbəsər pirahənim. Kimsə deməz qulluğunda şəhri-əhvalım mənim, “Girgəli könlümara navəklərin bolmuş tənim, Ol qələm tək kim, anın içində toz-turnalı bar”. Ey əlif tək rast qəddin şəkli xətti-müstəqim, Ay bilə yüzün bir almadur ki, qılmışlar do nim, Gülşəni-hüsnün ara təhrik edib badi-nəsim, “Sünbülün düşsə ayağın altına, bi eyb kim, Gül bilə xurşidinin üstidə lamü dalı bar”. Ol ki, sün’ilən fələk fanusini cizgindürür. Kimə eyşü rahətü kimə qəmü ğüssə verür, Əslidən vaqif olan bu nüktənin sirrin bilür, “Gövhəri-məqsud çün vabəsteyi-tofiq irür, Desə almay kim, anın sə’yü munun ehmalı bar”. İstərəm gəşti-çəmən ol laleyi-xəndan bilə, Ğönçə tək bir dəm məgər bu qanlu könlüm açilə, Mən ki, adət eylayübdurmən meyü mə’şuq ilə, “Ol səbəbdən zahida məşğul iməzmən zöhd ilə Kim, könülnün mütribü mey bilə köb işğalı bar”. Ol keyik gözlü ki, ceyran tək qaçar mən vəhşidən, Tiflyanlığdur ki, hiç bilmay yamanı yəxşidən. Kişvəridür təngidil nisbət dəhanı nəqşidən, “Ey Nəvayi, tapmısan kami-ləbi-canbəxşidən, Sənün içün bolsun, anun ğəmzeyi-qəttalı bar”. * * * Köhlü mazağülbəsər ol çeşmi-fəttanındadur Köhlü mazağülbəsər ol çeşmi-fəttanındadur, Abi-heyvan çeşməsi çahi-zənəxdanındadur, Şaxi-Tuba şivəsi sərvi-xuramanındadur, “Şol pəri-peykər ki, dil zülfi-pərişanındadur, Ayəti-hüsnü məlahət şol pəri şanındadur”. Şəkkərin şirinligi vü badənin keyfiyyəti, Ğönçənin xəndanlığı, yaquti-nabın qiyməti, Xızrın ənfası bilə, abi-həyatın şərbəti, “Səlsəbilin lütfivü heyvan suyunun ləzzəti, Kövsərin mahiyyəti lə’li-dürəfşanındadur”. Ey mənim giryan gözüm basan əyağın birlə sən, Kiprigimdə batmasun nazik əyağına tikən, Piri-Kən’anəm mənü sən Yusifi gülpirəhən “Ənbərin xalın ləbi-lə’lində, ey ğönçə dəhən, Daği-həsrətdür ki, mən dilxəstənin canındadur”. Verdi baği-hüsn içində qüdrəti-pərvərdigar, Ol nihali-tazəyə nazü girişmə, bərgü bar, Qaməti sərvi-behişti, arizi xürrəm bəhar, “Gövhəri eylər xəcil, yaquti eylər şərmsar, Bu lətafət kim, anun ləb birlə dəndanındadur”. Necə kim, mə’şuqidən aşiq bəlavü ğəm çəkər, Çarəsi təslimdür, hökmi-qəzadən kim qaçər? Çün bilür kim, aqibət başı bu meydanda gedər, “Zülfünün çovkanına başına top etmək dilər, Hər kim ol çabüksəvarun eşqi meydanındadur”. Xəlq deyər kim, aşiq olur həşr güni rusiyah, Gər günəh aşiqlik isə, kimsəyə irməz günah, Şükr kim, məhrum qoymaz heç kim lütfi-ilah, “Cənnətə girməzdilər kafər ol zülfi-siyah, Bəs nə yüzlən məskəni hüsnün gülüstanındadur”. Yek cəhət görgil sənünlən Kişvəriyyi-xəstənin, Bənzər idi ağzına, beynin çıxardı püstənin, Aşiqi-zarındurur çun sən yüzi güldəstənin, “Hey deyəydin türrənə, ey kim, Nizami-xəstənin, Canını zülm ilə alıb, qəsdi imanındadur”. * * * Ol ki, yüzi lalədəndir, qaməti şümşadidən Ol ki, yüzi lalədəndir, qaməti şümşadidən, Şadidir könli, nə ğəm, ana məni-naşadidən. Eşqi yıxdı səbrü huşim evini bünyadidən, Ey könül mürği, nə rəhm umarsan ol səyyadidən Kim, səfası var anun damındakı fəryadidən. Dedim ey məh, xaneyi-əqlimni viran eyləmə, Gözlərün sürmələyüb, zülfin pərişan eyləmə, Dedi kim, bəxtin qaradur, mana böhtan eyləmə, Çünki təqdirindür iş, əxtərdən əfğan eyləmə, Hökmi-sultandur siyasət, ağlama cəlladidən. “Kaf”ü “nun” əxtərlərinə olmayıb dövri-qəran Kim səri-kuyində qılmışdur məni xaki-məkan, Mülki-həstidən hənuz nə idivü nə nişan, Könlümün lövhində oxurdum əlif qəddin rəvan, Mən daxi bir doğru hərf ögrənmədim ustadidən. Qaldı bağrım parəsi kipriklərimdən asilə, Yoxdurur bir meşribani kim, gözüm yaşin silə, Səndən özgə ülfətim yox hiç cinnü ins ilə, Sür qapundan tək məni, bir görmə hər nacins ilə, Min gəz ölmək yeg cahandə bir yaramaz adidən. Baği-cənnət meyvəsidür ol turunci-ğəbğəbi, Abi-heyvan çeşməsi-ağzı məsihadur ləbi. Ey qulağından asılmışdur hidayət kövkəbi, Aşina cəm’in səbəbsiz dağıdıb zülfin şəbi, Uyma hər biganəyə kim, xeyir gəlməz yadidən. Yoxdurur dəhrin vəfası, məndən eşit gerçəgin, Növbəhari-ömrə həm badi-xəzanidür yaxin. Olmagil, ey ğönçə, hər xarü xəs ilə müqtərin, Damənin çək xar əlindən, ey gül, ahimdən saqin Kim, həzaran cübbeyi-gül çak olubdur badidən. Kişvərinin könlü gər bolduysə ğəm yeri nə ğəm, Həmdəmidür naləvü həmsöhbətidir yenə ğəm. Ölsə yüz Fərhad yox bir zərrəcə Şirinə ğəm, Xanda bilsün ol ki, Əhməd bilməsin tanrinə ğəm, Şir uman su yerinə şuri-dili-Fərhadidən. * * * Ey günəş, sənsiz çiraği-mahi-taban bolmasun Ey günəş, sənsiz çiraği-mahi-taban bolmasun, Xəttü lə’lin bolsa Xızrü abi-heyvan bolmasun. Səndən ayri xanımanü səbrü saman bolmasun, “Sənsizin, ey ömr, bir saət mana can bolmasun, Sən bolub bəs rovzeyi-firdovsü rizvan bolmasun”. Ey lətafət mə’dəni sər ta qədəm pirahənün, Sən məlahət xirmənisən ver zəkati-xirmənün, Mən ki, ğərqəm lalə tək qan içrə hicrindən sənün, “Deb imişsən göydür, ey bir, dağ ilə könlü anun, Hər neçük dağ olsa bolsun, daği-hicran bolmasun”. Vəh ki, saldı dərbədər ol bivəfa dilbər məni, Qıldı rüsvayi-cahan ol səngidil axər məni, Bilməzəm yarəb, müsəlmandəndürür, ya ərməni, “Qaşiğə qılğay sücud öldürdi ol kafər məni, Hiç müsəlman yari yarəb, namüsəlman bolmasun”. Ey səba, andın qorun kim, qur deyə şaxi-əməl, Degil ol sərvi-rəvanə halimi tapsın məhəl, Mən ki, boldum hicridən rüsvayilıq birlə məsəl, “Eşqidə canım üqubətlər bilə al, ey əcəl, Ta anun aşiqliği hiç kimgə asan bolmasun”. Vəh ki, sərxoş atlanıbdur bir səvari bədməciz, Ğəmzəsi xunriz, özü novxiz, əlində tiği-tiz, Dutdu əqlü səbrü huşim hər biri rahi-goriz, “Ey könül məsti çıxıb şəhr içrə salmış rəstxiz, Bir xəbər dut kim, bizim bibak nadan bolmasun”. Ol ki, qanımdan qılur hər dəm hənayi-barmağın, Vermədi hərgiz mana əl kim, öpəydim əyağın, Binəvadur Kişvəri, dedim anı bir qul sağın, “Dedi ki, can ver daxi öpgil əyağım toprağın, Ey Nəvayi, tezrək bol kim, peşiman bolmasun”. * * * Ey vay kim, can verdimü bir yari-cani tapmadım Ey vay kim, can verdimü bir yari-cani tapmadım, Sərv boylu bir güli-ğönçədəhanı tapmadım, Pir boldum hicrdən bir novcəvanı tapmadım, “Mehri kop görkəzdüm, əmma mehribani tapmadım, Can bəsi qıldım fəda arami-canı tapmadım”. Eşqdən divanə boldum bir nigari görmədim, Şəhridən əvarə boldum şəhryarı görmədim. Can verib həsrət bilə yaru-diyarı görmədim, “Ğəm bilə canımğə yetdim ğəmküsarı görmədim, Hicr ilə dilxəstə boldum dilsitanı tapmadım. Yar çıxdı pərdeyi-işrətdənuş damənkəşan, Ləbləri xəndanü könlü şadü çeşmi sərxoşan, Kiprigim boldu cigər pərkaləsindən xunfəşan, “Eşq yüz minin məlamət oxuqə boldum nişan, Bir kəman əbru ləbindən bir nişanı tapmadım”. Həsrətindən ey gül, ağzım ğönçəyanlığ oldlu qan, Lalə tək bağrımda qaldı yüz tümən daği-nihan, Gözlərim suyi bilə əkdim yüzündə zə’fəran, “Könlüm içrə sirrvaqdur ğönçə peykan, gül tikan, Dəhr bağı içrə mundaq gülsitanı tapmadım”. Necə kim, qıldı nəsihət nasehi dindirmədim, Öl dedinsə öldüm, hiç sözüngi sındırmadım, İmdi danırsan ki, mən heç kimsəni öldürmədim, “Hüsn mülki içrə sən tək şahi-zalim görmədim, Eşq kuyində özüm tək natəvanı tapmadım”. Ğüsseyi-dil söyləyim, ya çeşmi-pürxun qissəsin, Tale’imnün şumluğu, ya bəxti varun qissəsin, Kimsə bilməz hicridə mən zari-Məcnun qissəsin, “Kop oxudum Vamiqü Fərhadü Məcnun qissəsin, Öz işimdən bül-əcəbrəq dasitanı tapmadım”. Məndən ayru qalğalı ol Yusifi-gülpirəhən, Kişvəri tək bolmuşam bir sakini-beytülhəzən, Gərçi əskük olmadı andan mana türlü süxən, “Ol aman içində bolsun, ey Nəvayi, gərçi mən, Bir zaman eşqində möhnətdən əmanı tapmadım”. * * * Ta fələksən mahdan ayru məni-gümrahını Ta fələksən mahdan ayru məni-gümrahını, Odə yaxandır yaxəm bu niligün xərgahını. Qan udub könlüm çəkər bu naleyi-cankahını, “Gögdədir hər dəm fəğanın görgasən-mahını, Də’viyi-mehrinğə danuq tarta dur mən ahını”. Ey camalın yüzidən ayineyi-məh müncəli, Ruzigarım tirə boldu səndən ayru qalğəli, Gəkçi sən sultan isən, mən bir gədayinəm bəli – “Sən təki sultani sevmək həddim irməzdür, vəli Bu bəlaliğ eşq fərq etməz gədadən şahını”. Ey dəhanın hoqqeyi-yaquti incü məxzəni, Kə’beyi-vəslin məlahət çöhrənin mə’dəni, Yaşurub şəm’i-cəmalın odə göydürlün məni, “Daneyi-xalın təmənnasında, ey gül xirməni, Rəhm qıl kim, çöhreyi-zərdim başur dərgahını”. Şəm’ baxgəc yüzünə mən yanərəm qeyrət bilə, Qalurəm bir süxteyi-pərvanə tək heyrət bilə, Gecə göndərmən yudurmən qanü sən zillət bilə, “Zülfünü yüzün fərağında tuman həsrət bilə, Heyf kim, zaye keçirdi muncə salü mahını”. Ey səhiqəd dilbərim, bolsan hər yana, Kişvərinin könlüdür, qanı bilə qurban sana. Bari çün yoxdur inayət baxışı səndən yana, “Lütfini qovmə eşikdən, ver zəkati-hüsn ana, Xanda etsün sən qəni barəndişi Allahını”. * * * Səhni-gülşən gör ki, köhnə xakdani biş imas Səhni-gülşən gör ki, köhnə xakdani biş imas, Hasili anın bahari ya xəzani biş imas. Xaki-gərdundan nəsibim nimnani biş imas, “Dəhri-sudidən təmə’ üz kim ziyani biş imas, Ömrünü tutğıl qənimət kim, zəmani biş imas”. Eyşü rahət birlə kəşti bağü bostan eylaman, Dürlü-dürlü, dəmbədəm arayişi-xan eylaman; Unudub ölməgni fikri-tağü eyvan eylaman, “Ev bina eylab əcəbdir elni mehman eylaman Ol ki, bu ev içrə beş gün mihmani biş imas”. Gər cəmalın baği bolsa baği-rizvani-cəmil, Ya Xızr tək bolsa çahın dolu abi-səlsəbil, Vər Skəndər tək cəhani qət’ qılsan mili-mil, “Qoy təvanalıq dəmin, yad et əcəl xarın ki, bil Peşşələr nişi qatında natəvani biş imas”. Neçə gün pirahəni gər alü vala qıldı gül, Getdi axər abi-ruyi başiğə qoyuldu kül. Ruzigarın işvəsinə aldanıb vermə könül, “Ey kim olmuş xəl’ətin zərbəft bari bil kim ol, Məni əhlin güldürürna zə’fərani biş imas”. Ey təcərrüddə Məsihavü, fəsahətdə Kəlim, Səltənət içrə Süleyman bilü Loğmantək həkim, Əzminə iqbal tabe, bəzminə dovlət nədim, “Mehri-tacü çərxi-təxtin bolsa qafil bolma kim, Mehri-bimehrü fələk namehribani biş imas”. Hakiməm dib xəlqini incitmə bir təqrib kim, Padişahlar xandəvü acizlərə tə’dib kim, Şah adil bolsa, dəyməz mülkinə asib kim, “Şəhğə iş el fikrini qılmaqdurur, vəh zib kim, Bir sürük toydur rüəyayə şəhşəbani biş imas”. Bavücudi-zöhdü təğva Kişvəriyi-xirqəpuş, Namü namusi qoyub boldu gədayi-meyfüruş, O Məsihiənfas dilbərini görcək badənuş, “Gör Nəvayi ustadi avarəlik, ey əhli-huş, Qəm yemək divaneyi-bixanümani biş imas”. * * * Kitabxana.az · https://kitabxana.az/collections/kisveri-texmisler İctimai mülkiyyət. Public domain. Original text only.