Bayatılar Məhəmməd bəy Aşiq (1800–1861) Qarşıda Sına Pəri, Dostunu sına Pəri, Könlüm bir dilək dilər Qoyma ki, sına Pəri. - Qarşıda Sinə Pəri, Zülfünü sinə Pəri. Məzəmmət etmə məni, Aşiqəm sənə Pəri. - Qarşıda Dizaq, Pəri, Xal qara, üz aq Pəri, Qoynun cənnət bağıdı, Aşiqdən uzaq Pəri. - Qarşıda Pəri yeri, Dizaqda Pəri yeri. Haçan olar biz evdə Saldıraq Pəri yeri. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mehemmed-bey-asiq-bayatilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1861). Public domain (author died 1861). Original text only.