Tərcibəndlər Məhəmməd bəy Aşiq (1800–1861) Ey xuda, sənə əyandır ki, vəfadaram mən, Tutduğum işləri yad eyləyib ağlaram mən. Leyk bu nəfsin əlindən dünü gün zarəm mən, Əli boş, üzü qara, bəndeyi-biarəm mən. Hər nə tənbih edəsən, ana səzavaram mən, Gəlmişəm dərgahına labüdü naçaram mən. Rəhm qıl, bari-xudaya, ki, günahkaram mən, Asivü bədəməlü rusiyəhü xaram mən. Gərçi dünyaya gəlib gəzdimü getdim biçiz, Vermədim xeyrü şərə zərrəcə təşxisü təmiz. Artdı hirsim mərəzi, etmədim əsla pərhiz, Dəxi bundan sora yoxdur mana bir rahi-güriz. Nə əməl riştəsi var, eldə nə bir dəstaviz, Eylədim xəlq ilə nahəq yerə pürxaşü sitiz. Rəhm qıl, bari-xudaya, ki, günahkaram mən, Asivü bədəməlü rusiyəhü xarəm mən. Hər nə iş tutdum isə bədü bədhərəkat, Etmədim şükri-həyat, eyləmədim fikri-məmat. Bu dəni dəhrdə bihudə keçirim ovqat, Imdi rəhlət dəmidir, qalmışam avərəvü mat. Şərmsari-günəhəm, ah, əlim bisovqat. Yetməgim məqsədə bu vəch ilə heyhat, heyhat. Rəhm qıl, bari-xudaya, ki, günahkaram mən, Asivü bədəməlü rusiyəhü xaram mən. Ya rəb, imdi mən öz əhvalimə heyranam çox, Qəzəbü qəhrin edib fikr, hərasanam çox, Bilib etdiklərim əfalə peşimanam çox, Bilməyib səhvü qələt işləri giryanam çox, Kərəmi-lütfünü çox izz ilə cuyanam, çox, Qüssədən şamü səhər zarü pərişanam çox, Rəhm qıl, bari-xüdaya, ki, günahkaram mən, Asivü bədəməlü rusiyəhü xaram mən. Tövbə, ya rəbb, dəxi bəd əməlimdən tövbə, Məsiyyət rahinə həm get və gəlimdən tövbə, Hər xilaf olmuş isə sınmış əlimdən tövbə, Dəxi bundan sonra məkrü dəcəlimdən tövbə, Eylərəm sidq ilə mən piş əz ölümdən tövbə, Hər xəta çıxmış isə bir də dilimdən tövbə, Rəhm qıl, bari-xudaya, ki günahkaram mən, Asivü bədəməlü rusiyəhü xaram mən. Bilməz idim ki, bu aləmdə olur zar olmaq, Nə ölüm var, nə qocalmaq, nə də bimar olmaq, Adətim hər xəmi-keysuya nigunsar olmaq, Maili-ləlü ləbi-aşiqi-rüxsar olmaq, Vallah xalü xətü heyrəti-didar olmaq, Yara əğyar olub əğyarım ilə yar olmaq Rəhm qıl, bari-xudaya, ki günahkaram mən, Asivü bədəməlü rusiyəhi xaram mən. Bəli, məsdud olub imdi mana rahi-xilas, Çünki lazım düşüb üsyanə şəriətdə qisas, Qüdrəti-hikməti-həqdən görünür böylə xəvas, Kim görə ruzi-cəza hər kişi felinə təqas, Sən özün dada ol gündə nə amü və nə xas, Nə görəm əhli yetər dadə, nə əhli-xilas, Rəhm qıl, bari-xudaya, ki günahkaram, Asivü bədəməlü rusiyəhi xaram mən. Nəfsi-əmmareyi-sərkeş gətirib əqlimə zur, Cism ilə canı tutub mərtəbəyi-kibrü qurur, Əməlim ləğv, işim məzləmə, şüğlüm şərü şur, Gəlmişəm qapına bainhəmeyi- eybü qüsur, Dəxi, ya rəbb, dərindən məni sən eyləmə dur, Qoymadı hirs, təmə gərdi dəxi didədə nur, Rəhm qıl, bari-xudaya, ki günahkaram mən, Asivü bədəməlü rusiyəhü xaram mən. Müxtəsər, hər nə əməl eylədim, oldum nadim, Hərs qıldı məni hər nakəsi-dunə xadim, Nəfs ucundan nə bəla çəkdi dili-bərbadim, Imdi nə bir əməlim eldə, nə var bir zadim, Tapmadım bir kərəm əhli ki, edə imdadim, Sən özün, dadıma yet, barı eşit fəryadim, Rəhm qıl, bari-xudaya, ki, günahkaram mən. Asivü bədəməlü rusiyəhü xaram mən. Nə dilim var ki, səni cürət edib yad qılım, Nə üzüm var sana sarı tutuban dad qılım, Nə sözüm var özümü ol söz ilə şad qılım, Dili-bərbadı nə ümmid ilə abad qılım, Nə edim canımı bu vərtədən azad qılım, Çarə oldur ki, yenə bu sözü övrad qılım, Rəhm qıl, bari-xudaya, ki günahkaram mən, Asivü bədəməlü rusiyəhü xaram mən. Bir neçə il özümü eşqə müqəyyəd qıldım, Gahi Aşiq adımı, gah Məhəmməd qıldım, Məşqi-əbruyi xətü xal ilə mürtəd qıldım, Şiveyi-mehrü məhəbbətdə yekə sədd qıldım, Rəvişi-eşqdə Məcnunə dəxi rədd qıldım, Hər nə iş tutdum isə, cümləsini bəd qıldım, Rəhm qıl, bari-xudaya, ki günahkaram mən, Asivü bədəməlü rusiyəhü xaram mən. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mehemmed-bey-asiq-tercibendler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1861). Public domain (author died 1861). Original text only.