Bayatılar Məhəmməd Əmani (1536–1610) Bağça barın arzular, Aşiq yarın arzular, Hər nə kim dünyada var Öz miqdarın arzular. Məhəbbət meydanidə Mənsur darın arzular. Cananım tək can az var, Aramızda min raz var, Onda ərkü-naz varsa, Məndə əczü niyaz var. Həzrət et, könül quşu, Kəmində şahbaz var. Yüzün göz rövşənidir, Zülfün can cövşənidir. Xəyalın ilən könlüm Məhəbbət kövşənidir. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mehemmed-emani-bayatilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1610). Public domain (author died 1610). Original text only.