Şeirlər Məhəmməd Əmani (1536–1610) Cananımın Fələk rəğminə bir nəzər Görsəm üzün cananımın, Qalmaz dərdü ğəmdən əsər, Görsəm üzün cananımın. Həddin ötdü intizarı, Qalmadı könlüm qərarı, Canü dil olsun nisarı, Görsəm üzün cananımın. Edibdir ənduhi-hicran - Gərçi könlümü pərişan, Hər müşkülüm olur asan, Görsəm üzün cananımın. Topu meydandan qopardım, Yıxılanımı yapardım, Könül istəyi tapardım, Görsəm üzün cananımın. Dəvasız dərdin dəvasın, Binəva könlüm nəvasın, Tapam canım müddəasın, Görsəm üzün cananımın. Dövləti-vəslinə fürsət - Tapıban məhv olsa firqət, Əmani, çəkməzdim həsrət, Görsəm üzün cananımın. * * * Qənimətdir səfa sürmək Fürsət olacaq hər dəmdə Qənimətdir səfa sürmək. Könül əylənməsə qəmdə, Qənimətdir səfa sürmək. Suri-yan həmraz edib, Müğənnilər dəmsaz edib. Mütrüblər həmavaz edib, Qənimətdir səfa sürmək. Söhbət olcaq əzmi-cəzmə, Əcnəbini qoyma bezmə. Keyfiyyətsiz bir dəm gəzmə, Qənimətdir səfa sürmək. Yenə gəldi bahar fəsli, Eyş etməkdir onun əsli. Müyəssərin olsa vəsli, Qənimətdir səfa sürmək. Dürüst olicağiz yəqin, Taparsan könül istəyin. Seyr eylə məhəbbət bağin, Qənimətdir səfa sürmək. Eşq bimarının timan Kam ilə görməkdir yan. Asan edər hər düşvan, Qənimətdir səfa sürmək. Eşq oduna yanan sönməz, Gedən günlər geri dönməz. Ömrün quşu uşdu qonmaz, Qənimətdir səfa sürmək. Dünyanın yoxdu vəfası, Zahir deyil müddəası. Hər bəqanın var fənası, Qənimətdir səfa sürmək. Varlığını saygil fani, Məhəbbət məqamın tani. Əhli-hal ilə, Əmani, Qənimətdir səfa sürmək. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mehemmed-emani-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1610). Public domain (author died 1610). Original text only.