Dəli yığıncağı Cəlil Məmmədquluzadə (1869–1932) Dəli yığıncağı -MƏCLIS ADAMLARI** H ə z r ə t Ə ş r ə f — hakim, 55 yaşında. H a c ı N a y i b-- (hakimin müavini), 45 yaşında. H a c ı M ə h ə m m ə d ə l i f ə r ş f ü r u ş — dövlətli tacir, 50 yaşında. H a c ı X u d a v e r d i Ş ü r ə k a --dövlətli tacir, 50 yaşında. H a c ı C ə f ə r K o m p a n i-- dövlətli tacir, 50 yaşında. D o k t o r L a l b y u z-- (həmişə gözündə eynək), 55 yaşında. F ə r r a ş Ş i m r ə l i --30 yaşında. F a z i l M ə h ə m m ə d i b n Y ə q u b K ü l e y n i --45 yaşında. M ə ş ə d i Z e y n ə b — onun övrəti, 30 yaşında. D ə l i M o l l a A b b a s i b n Y ə q u b — Fazilin qardaşı, vaiz, mərsiyəxan, yaxşı səs sahibi, saqqalı və başı ağarmış, 60 yaşında (Dəlilikdə meyli şadlığadır). P ı r p ı z S o n a — dəli. Gah şad, gah qəmli. Molla Abbasın arvadı, gözəl saçları dağınıq, 35 yaşında. F a r m a s y o n R ü s t ə m — dəli, 40 yaşında (meyli şadlığadır). S ə r s ə m H e y d ə r — dəli, 35 yaşında (meyli şadlığadır) H ə m z a d Q u r b a n --dəli, 25 yaşında (meyli qəmginliyədir). C i n n i M u s t a f a --dəli, 40 yaşında (həmişə acıqlı). H a c ı B a ğ d a d--Farmasyon Rüstəmin qardaşı, 45 yaşında. K ə r b ə l a y ı T ü r b ə t — sərsəm Heydərin qardaşı, 40 yaşında. M ə k k ə M ə h ə m m ə d — Həmzad Qurbanın qardaşı, 40 yaşında. Ü m m i G ü l s ü m — Farmasyon Rüstəmin arvadı, üzü örtülü, tumanı dizdən, qıçları açıq, 35 yaşında. S ə k i n ə — Həmzad Qurbanın arvadı, üzü örtülü, tumanı dizdən, qıçları açıq, 22 yaşında. Ə m i n ə --Sərsəm Heydərin arvadı, üzü örtülü, tumanı dizdən, qıçları açıq, 30 yaşında. Ç a v u ş Ə l ə l f ə l a h — 35 yaşında. B i r k i ş i , o ğ l u i l ə b ə r a b ə r . Bunlardan savayı çox camaat. Cəmi mömünlər ki, burada iştirak edirdilər, hamısı əli təsbehli və dodaqları dua vird edir; məsəla: "sübhanallah, sübhanallah"…. * * * Birinci məclis Birinci məclis vaqe olur şəhərin hakimi H ə z r ə t Ə ş r ə f i n idarəsində. Yuxarı başda sandalya üstə əyləşib Həzrət Əşrəf, yanında durub müavini H a c ı N a y i b. Bir tərəfdə sandalya üstə əyləşib d o k t o r L a l b y u z, qabağında kürsü üstə kağız-küğuza baxır. Kənarda əyləşiblər şəhərin mötəbər tacirləri: H a c ı M ə h ə m m ə d ə l i fərşfuruş, H a cı X u d a v e r d i Ş ü r ə k a, H a c ı C ə f ə r K o m p a n i. Qapının yanında durub fərraş Ş i m r ə l i. H ə z r ə t Ə ş r ə f H a c ı N a y i b ə qanılmayan dildə yavaş-yavaş bir söz deyir. H a c ı N a y i b (üzü camaata). Hacılar, burada bir vacib məsələ var ki, ondan ötəri də Həzrət Əşrəf sizi buraya dəvət edib; amma and verirəm sizi uzun qollu Həzrət Abbasa, burada, əgər mümkünsə türkcə danışmayaq, çünki Həzrət Əşrəfin mənə qeyzi tutur. H a c ı C ə f ə r K o m p a n i (Hacı Nayibə). Hacı ağa, and verirəm səni pənctəni-ali-əbayə, bu dəfəliyə bizi əfv buyurunuz və mətləbi bizim dildə bəyan ediniz ki, başa düşək: çünki məcə də ki, sizə məlumdur. Həzrət Əşrəf fərmayiş etdikləri dilə biz heç birimiz aşina deyilik. (Qorxusundan bir qədər yavaş deyir). Doğrusu, Hacı ağa, peyğəmbərə and olsun, Həzrət Əşrəfin dilini biz başa düşmürük. Bəs buna görə biz əhd edirik ki, Həzrət Əşrəfin xidmətində bundan sonra heç danışmayaq, heç danışmayaq. (Sağ əlini basır ağzına). H a c ı M ə h ə m m ə d ə l i. Heç danışmayaq, heç danışmayaq. (Bu da əlini ağzına basır). H a c ı X u d a v e r d i. Heç danışmayaq, heç danışmayaq. (Bu da sağ əlini ağzına basır). Hacı Naib Həzrət Əşrəf tərəfə əyilib ona yavaşca bir söz deyir və o da buna yavaşca bir neçə söz deyir. Həzrət Əşrəf durub gedir içəri otağa, sonra Hacı Nayib üzünü tutur hacılara. H a c ı N a y i b. Hacılar, əhvalat bu qərar ilədir ki, hər bir hakimin birinci vəzifəsi məmləkətin abad və əhalinin istirahət və səadətidir. Və Həzrət Əşrəfin amalı və arzusu, bu məmləkətə təşrif gətirəndən indiyədək həmişə bu yolda olubdur. Buna da allah-təala özü şahiddir; bu da ki, əzhər minəş-şəmsdir. Həmin bu cənab (doktora işarə edir) ki, ismi şərifləri doktor Lalbyuzdur. H a c ı M ə h ə m m ə d ə l i. Lalbyuz? H a c ı N a y i b. Bəli, Lalbyuz, doktor Lalbyuz ki, təzəlikdə Əmristandan bizim vilayətə təşrif gətiriblər ki, ruh azarının burada camaat içində nə şəkildə zühura gəlməyini tədqiq və təhqiq edib, cünunluq mərəzinin xasiyyətini, tarixini, indiki Əmristan darül-elmlərində təhsil etdikləri elmi-psixikə tətbiq buyursunlar. Burada doktor bir lüğət kitabına barmağını qoyub deyir. D o k t o r. Dali, dali (yəni istəyir desin "dəli"). H a c ı N a y i b (həkimə baxıb). Yəni həkim cənablarının ixtisası həmin dəlilik mərəzinin, yəni ruh dairələrinin öz təbii mahiyyətindən ixrac olub, rəxnə tapmağıdır ki, bunun nəticəsində insanın qüvveyi-əqliyyəsinə xələl yetişir. Bəistilahi-türk, insan dəli olur. Bəs belə olan surətdə insaf və mürüvvətdən uzaq olar, əgər biz doktor cənablarının şəhərimizə təşrifini qənimət saymayaq. Həzrət Əşrəfin iradəsi bu yerdə qərar tutub ki, bundan sonra şəhərimizdə bir nəfər də dəli və divanə küçə-bazarda sərgərdan dolanmasın və doktor cənabları o biçarələr üçün bir məkan qərar verib, onların müalicəsinə məşğul olsun …. Belə bir iqdamatın iki qism gözəl nəticəsi ola bilər: biri budur ki, şəhərimizin küçələrindən dəliləri rədd etmək ilə vilayətimizin abadlığı yolunda təlaş etmiş olarıq ki, bu özü bizim üçün müqəddəs bir vəzifədir; ikincisi də budur ki, o bəxtiqarə dəlilərin xeyir-duasının feyzi bizim özümüzə də kifayət edər, valideynimizə də kifayət edər və abavü əcdadımıza da kifayət edər. Nə deyirsiniz, hacılar? H a c ı M ə h ə m m ə d ə l i (əllərini qalxızır duaya). Bari pərvərdigara, belə hakimlərin sayəsini biz aciz bəndələrin başının üstündən əskik eləmə öz birliyin xatirinə. H a c ı X u d a v e r d i (əlləri duada). Ey gözə görünməyən pərvərdigar, bizə rəhmin gəlsin! H a c ı C ə f ə r (əlləri duada). Amin! Hacılar təəccüblə doktora tamaşa edirlər. H a c ı M ə h ə m m ə d ə l i. (Hacı Nayibə) Hacı ağa, mən belə məsləhət görürəm ki, doktor cənablarının şəhərimizə vürudu çavuş vasitəsilə əhaliyə elam olunsun və car çəkilsin və o biçarə dəlilərin qohum-əqrəbasına müjdə verilsin ki, xudavəndi-aləmin lütf və mərhəməti sayəsində o binəva dəlilər mübtəla olduqları cünunluq mərəzindən tez bir vaxtda şəfa tapacaqlar. H a c ı l a r (Şimrəliyə tərəf). Bəli, bəli, elam olunsun, car çəkilsin. H a c ı N a y i b. (Şimrəliyə) Şimrəli, hacıların məsləhəti pis deyil. Durma get, binagüzarlıq elə. Ş i m r ə l i. Çeşm (çıxır, gedir). H a c ı M ə h ə m m ə d ə l i. Pəh, pəh, pəh! Maşallah olsun doktor cənablarının elminə; necə də ki, ərəblər deyiblər: zahir batinin ayinəsidir, eləcə doktorun zahirindən elm yağır. A kişi, bizim müsəlmanların yəni həkimləri də bir həkimdilər? Vallah, billah, and olsun getdiyim Imam Rzaya, heç baytal da deyillər. Həkim, bax, buna deyərlər ey! Amma heyf ki, deyəsən, bizim dili yaxşı bilmir. H a c ı C ə f ə r. Yəni, Hacı ağa, nə eybi var ki, bilmir?H a c ı X u d a v e r d i. Yəni, Hacı ağa, bizim dildə nə mətləb var ki, onu bilsin ya bilməsin? Biləndə nə olacaq, bilməyəndə nə olacaq? H a c ı M ə h ə m m ə d ə l i (hacılara). Hacı ağa, and olsun allaha, mən ona təəccüb eləyirəm ki, bu zalım oğlu bizim dili bilməyə-bilməyə dəlilərə necə müalicə edəcək? Genə özgə azar ola, genə bilməsə də, o qədər eybi yoxdur. Amma Hacı Nayib ağa buyurmuş kimi, burada ruh məsələsi var, burada dəlinin əhvalını yoxlamaq məsələsi var. H a c ı X ud a v e r d i. Xudaya, şükr sənin cəlalına! H a c ı C ə f ə r. Lahövlə vəla qüvvətə illa billahü əliyül-əzim! H a c ı N a y i b. Yəni Hacı Məhəmmədəli ağa, dili bilməkdə, ya bilməməkdə bir mətləb yoxdur. Odur Həzrət Əşrəf də bizim dili bilmir; indi görək bunun bilməməyinin kimə nə zərəri var? Həkim də bunun kimi. Nə eybi var? Həkiminki odur ki, azarın özünə yaxşı təşxis versin. H a c ı M ə h ə m m ə d ə l i (Hacı Nayibə). Xeyr, məni əfv buyurasınız, Hacı ağa! Həzrət Əşrəfin işi bir özgədir: o hakimdi, onun vəzifəsi ancaq əmr etməkdi, çığırıb bağırmaqdı ki, burada bir özgə dili bilmək əsla lazım deyil; amma həkim bir az bilsə, nə eybi var? H a c ı N a y i b. Bəli, hələ bu belə. Indi, hacılar keçək məsələnin o biri tərəfinə. Məlumdur ki, hər təşəbbüsat ki, məmləkətin abadlığı yolunda başlanır, hökumət xəzinəsinə çox da ağırlıq düşməsin deyə, ağayani-tüccarın himmətinin vücudu ilə nəticəbəxş olur; buna binaən Həzrət Əşrəf dəlixananın təsisinin məsarifini siz cənabların öhdəsinə mühəvvəl edibdi ki, indi biz bu saat doktor həzrətlərinin müsvəddəsindən həmin binagüzarlığın məxaricini təxmin edə bilərik. (Əyilib doktorun kağızına baxır). Doktor gah kağızları, gah lüğət kitablarını açır, Hacı Nayabə nişan verir. Bəli, doktorun hesabı mövcibincə, əgər biz istəyək şəhərimizdə bir dəlixana təsis edək, onun ildə iyirmi min tümən məsarifi olacaq. H a c ı M ə h ə m m ə d ə l i (təəccüblü). Iyirmi min tümən? H a c ı N a y i b. Bəli, Hacı ağa. H a c ı X u d a v e r d i (təəccüblü). Iyirmi min tümən? H a c ı N a y i b. Bəli, Hacı ağa. H a c ı C ə f ə r (təəccüblü). Iyirmi min tümən? H a c ı N a y i b. Bəli, Hacı ağa. Hacılar bir-birinə baxıb, başlarını bulayırlar. H a c ı M ə h ə m m ə d ə l i (Hacı Nayibə). Hacı Nayib ağa, and verirəm səni səyyidüş-şühədaya, boşla getsin. H a c ı X u d a v e r d i (Hacı Nayibə). Hacı Nayib ağa, and verirəm səni qərib Imam Rzaya, boşla getsin. H a c ı C ə f ə r (Hacı Nayibə). Hacı Nayib ağa, and verirəm səni çəhardəh məsuma, boşla getsin. H a c ı M ə h ə m m ə d ə l i (Hacı Nayibə). Ərz olsun Hacı Nayib ağanın hüzuri-mübarəkinə ki, o biçarə dəlilərin ağlını alan o gözə görünməyən pərvərdigari-aləmdir ki, öz yaratdığı bəndəyə lazım olan yerdə ağlı verir də, alır da. Bu bir məşiyyəti-yəzdanidir ki …. (Iki əlini yuxarı qalxızıb, gözlərini allaha tərəf axıdıb, bu halətdə olan vaxt Həzrət Əşrəf içəri qapıdan yavaşca başını çıxardıb çığırır). H ə z r ə t Ə ş r ə f. Pul, pul!…. (Həzrət Əşrəf yenə yox olur. Hacılar xövfə düşürlər). H a c ı M ə h ə m m ə d ə l i (Hacı Nayibə) Hacı ağa, bu nə fərmayişdi? Pul budur bizim cibimizdə. Bizim malımızın da, canımızın da təəllüqü Həzrət Əşrəfdir. And olsun xaliqi-ləmyəzələ ki, burada xilaf yoxdu. Bu nə fərmayişdi? Fərraş Şimrəli daxil olur. H a c ı X u d a v e r d i (Hacı Nayibə). Hacı ağa, and verirəm səni o uzun qollu Həzrət Abbasa, axı Həzrət Əşrəfin nahaq yerə qeyzi tutur; biz bir söz ki, demirik. Bir surətdə ki, Həzrət Əşrəf fərmayiş buyururlar, bizim nə sözümüz ola bilər? H a c ı l a r. Nə sözümüz ola bilər?…. H a c ı X u d a v e r d i. Axı, qurban sənə, Hacı ağa, bircə mətləb burasındadır ki, hərənin öz damarına görə qan alarlar. Axı sən özün bir mülahizə buyur gör, o iyirmi min tüməni biz üçümüz verə bilərik ya yox? Görək aya bu şəhərdə bizdən də savayı tacir var ya yox? H a c ı C ə f ə r. Yaxşı, biz bədbəxt nə deyirik ki! Xub, yarısını biz verək, yarısını qeyri tacirlər versin. H a c ı N a y i b. Hacı Məhəmmədəli ağa, and verirəm səni mövlayi-müttəqiyanə, bu sözləri mənə deməyin. Sözünüz var idi, bayaq Həzrət Əşrəfin özünə ərz edəydiniz. Əgər pul vermək xəyalınız yox idi, heç öhdənizə götürməyəydiniz. H a c ı X u d a v e r d i. Ay Hacı ağa, axı biz bədbəxt nə vaxt öhdəmizə götürdük? H a c ı C ə f ə r. Allah şeytana lənət eləsin! H a c ı X u d a v e r d i. Xudaya, şükür sənin cəlalına! H a c ı M ə h ə m m ə d ə l i (üzü həkimə). Cənab həkim, gəl sən bu daşı ətəyindən tök! Həkim təəccüblü baxır hacılara tərəf və bir şey başa düşmür. H a c ı X u d a v e r d i (həkimə). Ay həkim, Hacı Məhəmmədəli ağa yaxşı deyir, axı bu dəlixana söhbəti nə bir söhbətdi ki, bunun üstə özünüzə də, bizə də bu qədər dərdi-sər verirsiniz? Biz eşitdiyimiz budur ki, dəliliyin bir səbəbi var. Bu bir bəladır; bu bir qismətdir ki, hər bir yaranmış ki, bu dərdə mübtəla olur, gərəkdir ki, tutduğu işin müqabilində cəzasını çəksin. Bunun çarəsi "Cövşəni-kəbir" ya "Cövşəni-səğir" duasıdır ki, yazıb tikirlər dəlinin paltarına; özü də gərək sol qoluna tikilsin. (Əli ilə qolunu göstərir). Həzrət Əşrəfin başı içəri otaqdan görsənir. H ə z r ə t Ə ş r ə f (çox ucadan və hirsli). Pul! Pul! H a c ı l a r (təşvişə düşürlər və qorxa-qorxa deyirlər). Bəçeşm, bəçeşm. Pul hazırdır. (Əllərini ciblərinə uzadırlar). Küçədə Çavuş carlayır: mücdə verilir şəhərimizin dəlilərinə, şəhərimizə bir həkim gəlib, daha bundan sonra hamı dəlilər ağıllanacaq. Ay muştuluğumu verənlər, ay xələtimi verənlər! H a c ı M ə h ə m m ə d ə l i (Hacı Nayibə). Hacı Nayib ağa, xub, bir sözümüz yoxdu; pulu bu saat düzəldərik. Amma and verirəm səni Imam Museyi-Kazimə, həkimi bir tövr başa sal, xərci azaltsın; yoxsa bizim şəhərimizdə o qədər çox dəli yoxdu ki, iyirmi min tümən onların müalicəsinə sərf olunsun. H a c ı C ə f ə r. Xeyr, xeyr, o qədər dəli harada idi? Cəmisi beş-altı nəfər ancaq olar. H a c ı M ə h ə m m ə d ə l i (Hacı Cəfərə). Xeyr, Hacı ağa, bimari-Kərbəlaya and olsun, dörd nəfərdən artıq deyil: biri dəli Molla Abbasdı, biri onun övrəti Pırpız Sonadı, biri, biri…. H a c ı X u d a v e r d i. Biri o Farmasyon Rüstəmdi-nədi, biri odu, bir-ikisi də ola-olmaya…. H a c ı N a y i b (əyilib həkimin hesabına baxır). Burada əvvəl davaların xərci yazılıb, məsələn: psixikum-sulfirikum-bromatum, min tümən …. Nə bilim, çoxusunu oxuya bilmirəm. Içəri otaqdan həzrət Əşrəfin başı görsənir. H ə z r ə t Ə ş r ə f (çığırır). Pul! Pul! Hacılar tələsə-tələsə və qorxa-qorxa ciblərindən bir qədər qızıl pul çıxardıb, tökürlər Hacı Nayibin qabağına, bu da pulların yarısını yığır aparır içəri, Həzrət Əşrəfə verir, qalan yarısını qoyur həkimin qabağına, həmin pulları dəstmala qoyur, kağız-kuğuzunu yığışdırır gedir; hacılar ilə əl-ələ verir. Hacılar xahi-nəxahi əl verəndən sonra, əllərini qabağa uzadıb, havada saxlayırlar ki, sonra yusunlar. Doktor buna təəccüb edib və üzünu Hacı Nayibə tutub, guya bu işin mənasını bilmək istəyir. Hacılar narazı bir halətdə istəyirlər çıxıb getsinlər, bu heyndə küçədə qilü qal qopur. Daxil olur H a c ı B a ğ d a d və Ü m m i — G ü l s ü m H a c ı N a y i b. Xeyir ola, Hacı Bağdad, bu nə qiylü qaldı? H a c ı B a ğ d a d (Hacı Nayibə). Hacı Nayib ağa, and verirəm səni o gözə görünməyən pərvərdigara, bizi bu mərəkədən xilas et. H a c ı N a y i b. Nə var, nə mərəkədi?H a c ı B a ğ d a d. Hacı ağa, bizim qiylü qal ilə işimiz yoxdu. Biz allahın fəqir və mömin bəndəsiyik. Mənim o bədbəxt dəli qardaşım Farmasyon Rüstəmin əlindən bilmirik hara baş götürüb qaçaq. Bu övrət (Ümmi Gülsümü göstərir), ayıb olmasın, haman dəli qardaşımın övrətidir. Indi bir-iki ay olar ki, mən onu müvafiq-şəri-ənvər özümə siğəsini oxudub, həlal eləmişəm. Siğəsini də Fazil Məhəmməd özü oxuyub. Çünki gərək məlumunuz ola ki, Fazil Məhəmməd özü keçən il elan eləmişdi ki, cəmi dəlilərin övrətləri ərlərindən boşdular və azaddılar. Indi haman dəli Rüstəm qardaşım bu saat gəlib yapışıb bu biçarə övrətin yaxasından ki, şəhərimizə həkim gəlib, mənə dava verəcək, ağlım başıma gələcək. Indi istəyir zornan övrəti götürüb aparsın. Aman günüdür, Hacı ağa, bizi dəli Rüstəmin şərindən xilas elə. Hacı Nayib və qeyriləri mat qalırlar. H a c ı l a r. Lahövlə vəla qüvvətə illa billahü əliyyül- əzim! Yenə küçədə mərəkə və qiylü qal qopur. Daxil olurlar K ə r b ə l a y ı T ü r b ə t, M ə k k ə M ə h ə m m ə d, Ə m i n ə ö v r ə t, S ə k i n ə ö v r ə t və bunlardan savayı k ü ç ə ə h l i. Daxil olanlar bir-biri ilə bu tövr giley-güzar edir: "A kişi, belə də iş olar, necə ağıllanacaq, biçarə arvadın günahı nədi?" Küçədə Çavuş yenə carlayır: "Ey şiələr, şəhərimizə həkim gəlib, dəlilərə müjdə olsun. Hamısı bir neçə günün müddətində ağıllanacaq. Ey mənə muştuluq verən, ey mənə xələt verən!" Sonra adamlar başlayır çığırışmağa: "Ədə, dəlilər gəlirlər!" Qiylü qal qopur, ara qarışır, Həzrət Əşrəf başını içəri otaqdan çıxardıb çığırır: "Sükut!" F ə r r a ş şallaq ilə camaatı sakit edir. H a c ı N a y i b (üzünü tutur camaata). Ey Hacı Bağdad, Kərbalayı Türbət, Məkkə Məhəmməd! Ey-yer üzünün şiələri! Heç qiylü qal lazım deyil. Doğrudur, doktor Lalbyuz cənabları xudavəndi-aləmin mərhəməti ilə şəhərimizin cəmi dəlilərini ağıllandıracaq. O ki, siz ərz edirsiniz dəlilərin bir neçəsinin övrətləri öz qardaşlarına ərə gediblər, bu məsələlər şəri bir məsələ olduğu halda, bunun həllini Həzrət Əşrəf mühəvvəl edir şəhərimizin şəriətmədarı Fazil Məhəmməd ibn Yəqubun öhdəsinə ki, bu barədə hər nə sərəncam olsa, ona təbəiyyət etmək cəmi yer üzünün şiələrinin vəzifəsidir. Dəxi burada bir özgə söhbət ola bilməz. Hacı Nayib sözünü qurtaran kimi küçədə səs düşür ki, dəlilər gəlir, C i n n i M u s t a f a gəlir. Adamlar qarışır bir-birinə, qaçan qaçır, qalan qalır. -P ə r d ə s a l ı n ı r.* * * * İkinci məclis Ikinci məclis vaqe olur Fazil Məhəmməd ibn Yəqubun evində. Oturub Fazilin övrəti M ə ş ə d i Z e y n ə b, başı aşağı, qəmgin; yanında beş-altı yaşında oğlu H e y d ə r öz-özünə oxuyur. Uzaqdan küçə uşaqlarının qiylü qalı eşidilir və küçə qapısını daşa basırlar. Daxil olurlar dəli M o l l a A b b a s və dəli övrəti P ı r p ı z S o n a. Bunları küçə uşaqları daşa basa-basa qovurlar içəri. Məşədi Zeynəb bunları görcək tez durur ayağa və yerdən başmaq tayını götürüb, atır dəlilərin üstə. Dəlilər ağlamsınırlar və bir tərəfdən küçə uşaqlarından qorxurlar, bir tərəfdən də Məşədi Zeynəbin başmaq atmağından özlərini qoruyurlar. M ə ş ə d i Z e y n ə b (acıqlı). Itilin cəhənnəmə buradan! P ı r p ı z S o n a. Buy, buy, buna bax, sən allah! Biz niyə cəhənnəmə itilək? (Molla Abbasa) Molla Abbas, sən allah biz cəhənnəmə gedəcəyik? (istəyir ağlaya). Molla Abbas, sən allah qoyma məni cəhənnəmə aparsınlar; mən cəhənnəmdən qorxuram (qorxusundan titrəyir). M o l l a A b b a s (Sonaya acıqlı). Kəs səsini, bihəya qızı bihəya! (Bir qədər acıqlı baxır Sonanın üzünə). Çəpik çal, oynuyum. (Pırpız Sona çəpik çalır, Molla Abbas düşür oynamağa). M ə ş ə d i Z e y n ə b (acıqlı və ucadan). Cəhənnəm olun buradan, yoxsa vallah bu daşnan vurub başınızı yararam! (Əlində bir şey tutub istəyir ata dəlilərə. Onlar istəyir qaçalar çölə, amma uşaqların qorxusundan qapıdan yenə evə qayıdırlar). M o l l a A b b a s (az qalır ağlasın). Axı mən hara gedim? Uşaqlar məni daşa basır. (Sona əyri-əyri baxır. Məşədi Zeynəbin üzünə və birdən onun üstünə hücum çəkib itələyir, Zeynəb ona bir-iki yumruq vurur). M o l l a A b b a s (ağlaya-ağlaya). Ay arvadlar, siz allah dalaşmayın. F a z i l M ə h ə m m ə d (daxil olub, başmaqlarını çıxardır). Genə bu nə qiylü qaldı? (Molla Abbasa). Genə bu küçə uşaqlarını niyə bura yığmısan? Nə istəyirsən bunlardan? Min dəfə sənə demişəm bu colma-çocuğa qoşulma. (Sonaya) Hə, Sona, kefin necədi, qızım? (Sona da, Molla Abbas da ikiqat baş yendirirlər və bir söz demirlər). F a z i l [M ə h ə m m ə d] (Molla Abbasa) Abbas, genə səndən yana giley-güzar eşidirəm; genə səndən şikayətlər qulağıma çatır. Bir az özünə toxtaxlıq ver; axı eyibdir. Sən mənim ata bir, ana bir qardaşımsan; sən camaatı üstünə güldürəndə, mən xəcalətimdən küçəyə çıxa bilmirəm. Vallah biabır olmuşam. Bir də bu qədər küfr, nasəza danışmağı tərgit: allah ilə, peyğəmbər ilə işin olmasın, yoxsa camaat səni səngsar elər. Dəlilər ikisi də Fazilə təzim edirlər, Zeynəb də oturub qulaq verir. F a z i l [M ə h ə m m ə d] (Molla Abbasa). De, de, de, görüm axı nə vaxtadək dəlilik eləyəcəksən? Axı bir söz de görüm nə deyirsən? M o l l a A b b a s (Fazilə). Dadaş, izin ver oynuyum. P ı r p ı z S o n a (Fazilə). Fazil dadaş, izin ver mən də oynuyum. F a z i l [M ə h ə m m ə d] (acıqlı). Siz gərək mənnən zarafat eləməyəsiniz; mən Faziləm, mənə hörmət lazımdı. Tutax ki, mən izin verdim; siz mənim yanımda nə tövr cürət edib oynarsınız? M o l l a A b b a s (guya bir şey tapıb). Buy, dadaş, vallah oynaram. Istəyirsən oynuyum? (əllərini qalxızır ki, oynasın). F a z i l (çığırır). Sarsaqlama! Molla Abbas qorxub qaçır çölə. [ P ı r p ı z ] S o n a. Fazil dadaş, gör mən nə yaxşı oynuyuram (Sona əllərini qalxızır ki, oynasın, görür ki, Fazil dinmir; başlayır süzüb oynamağa. Saçları çiyninə tökülmüş halda süzə-süzə dolanır, gəlir Fazilin qabağından keçir). F a z i l [M ə h ə m m ə d] (bir qədər mat-mat tamaşa edəndən sonra üzünü kənara tutub). Lənət şeytana! P ı r p ı z S o n a. (Məşədi Zeynəbə). Zeynəb, ay qız, dur sən də oyna! (Zeynəb Sonanı itələyir kənara, Molla Abbas oynaya-oynaya girir içəri). F a z i l [M ə h ə m m ə d] (Molla Abbasa). Cəhənnəm ol buradan! M o l l a A b b a s. Dadaş, əgər oynamağıma razı deyilsən, izin ver mayallaq aşım (mayallaq aşır). F a z i l [M ə h ə m m ə d] (durur Molla Abbası evdən qovur). Cəhənnəm ol! Çıx get! Yoxsa, vallah, bilmirəm ki, nə elərəm! (Molla Abbas və Sona qaçırlar çölə, ara bir qədər sakit olur). F a z i l [M ə h ə m m ə ə d] (Zeynəbə). Zeynəb, sənə bir söz deyəcəyəm. (Zeynəb dinmir, qulaq asır). Qulaq as gör nə deyirəm. Şəriətdə belə yazılıb ki, bir kişi ki, dəli oldu, onun övrəti ondan boşdu, onların talağı oxunmuş kimidi; bu mənim bədbəxt qardaşım Molla Abbasın dəli övrəti Pırpız Sonadır ki, mənim qabağımda qol-qıçı açıq gəzir və mən də ona xahi-nəxahi nəzər etməyə məcbur oluram, buna şəriət sahibi bəhər hal razı ola bilməz. M ə ş ə d i Z e y n ə b (Fazilə). Bəs nə eləmək istəyirsən? F a z i l [Mə h ə m m ə d] (bir qədər dinmir). Vallah, mən özüm də məəttəl qalmışam; çünki o dəli övrətdən də deyəsən bir haray yoxdu. (Bir qədər dinmir). Xub, dur gör Sona hara qaçdı getdi? Onu bir çağır gəlsin danışdırım. (Zeynəb çıxır, uşaq da onun dalınca qaçır. Fazil başını aşağı salıb, fikrə gedir, Zeynəb Sonanın əlindən yapışıb çəkə-çəkə gətirir. Fazil başını qalxızıb Sonanı görür). Sona, yavuq gəl, sənə söz deyəcəyəm. (Sona təzim edir). Sona, gəl razı ol, səni yaxşıca geyindirim, bəzəndirim, yuyundurum, səliqələndirim; amma bu şərtnən ki, ağıllanasan, dəxi üzü-gözü açıq küçələrə düşüb, dəlilik eləməyəsən. [P ı r p ı z] S o n a (qorxur, az qalır ağlaya). Fazil dadaş, mən səndən qorxuram. F a z i l [M ə h ə m m ə d] (yumşaqlıqnan). Niyə məndən qorxursan, qızım? [P ı r p ı z] S o n a. Qorxuram məni döyəsən. F a z i l [M ə h ə m m ə d] (mehriban). Qorxma, qızım, döymənəm; niyə döyüm? (yavuq gedir). [P ı r p ı z] S o n a. Axı mən sənin yanında oynadım, qorxuram acığın tuta. F a z i l [M ə h ə m m ə d] Yox qızım, acığım tutmur. Istəyirsən genə oyna. (Sona əllarini qalxızır, istəyir oynasın, o tərəf-bu tərəfə baxıb, istəyir gedə çölə). [P ı r p ı z[ S o n a. Qoy gedim Molla Abbası çağırım. F a z i l [M ə h ə m m ə d] (qabağını kəsir). Yox, getmə, getmə, dayan, dayan, gör nə deyirəm. (Sona Fazilə baxmayıb qaçır, çöl qapının ağzında durub, qorxa-qorxa Fazilə tərəf baxır. Fazil bir qədər Sonaya baxandan sonra) Ay qız, bizə yazığın gəlsin; əgər o bədbəxt Molla Abbasa yazığın gəlmirsə, barı mənə yazığın gəlsin, ağlını yığ başına. Axı bir mənə de görüm, sən nə deyirsən, nə istəyirsən və özünü bu günə salmaqda xəyalın nədir? [P ı r p ı z] S o n a. Fazil dadaş, mən imamı axtarıram. F a z i l [M ə h ə m m ə d]. Necə imamı axtarırsan?[P ı r p ı z] S o n a. Mən imam sahibbəzzəmanı axtarıram. F a z i l [M ə h ə m m ə d.] Neyləyirsən imam sahibbəzzəmanı? [P ı r p ı z] S o n a. Mən imam sahibbəzzəmana ərə gedəcəyəm. F a z i l [M ə h ə m m ə d.] Qızım, sən dəlisən, onun üçün belə danışırsan. [P ı r p ı z] S o n a. Yox, Fazil dadaş, sən özün dəlisən, onun üçün belə danışırsan. F a z i l [M ə h ə m m ə d.] (bir qədər fikirdən sonra). Nə deyim, qızım? Imama istəyirsən, imama get; amma axı sən ağıllanmasan, imam səni bu surətdə qəbul eləməz. [P ı r p ı z] S o n a. (ağlamsına-ağlamsına). Mən necəyəm ki? (öz üst-başına baxır). Mən necəyəm ki? Yox, yox, mən imamı istəyirəm. Məni apar imamın hüzuruna; mən imam sahibbəzzəmanı istəyirəm. F a z i l [M ə h ə m m ə d.] (bir qədər Sonaya baxandan sonra). Qızım, mən özüm imamın nayibiyəm, mənim sözüm imamın sözüdü (başlayır ağlamağa və diz üstə çöküb, başını əyir döşünə; əlləri ilə üzünü yumur. Bir qədər bu halətdə hərəkətsiz qalandan sonra, başını dikəldir və əllərini qaziyül-hacata qalxızıb deyir). Ey ricalül-qeyb, hardasınız, niyə həzrət sahibəzzəmanı gətirmirsiniz? Niyə onun rikabi-mübarəkində zühür etmirsiniz ki, cahanı küfri-küffardan pak edəsiniz? Bari pərvərdigara, and verirəm səni yetmiş iki şühədanın nahaq tökülən qanına, sən əvvəla, mənim bəradərim Molla Abbasın təqsirindən keç və nə qədər ki, indiyədək küçə və bazarda sənin cəlalına istehzalar törədib, sənin qüdrətinə şəkk gətirib və nə qədər ki, bundan savayı küfrə və nasəza danışmağı özünə peşə edib, sən onu əfv et; zira sən ərhəmərrahiminsən. Xudaya, and verirəm səni məzlumi-Kərbəlayə, bu biçarə Sonanın qüvveyi-əqliyyəsinə bir qədər sihhət kəramət elə; ta qolu, qıçı və üzü açıq naməhrəmlər nəzərində gəzib dolanmağı tərk etsin və biz aciz bəndələrin hədsiz məsuliyyətlərinə bais olmasın, Allahümmə bəlliğ mövlayi-sahibəzzəman səlavatullahi əleyhi əlaənnə cəmiül-mömininə vəlmöminat, fi məşariqül-ərz və məğaribəha! Qoy zühur etsin və asi bəndələrinə rəhmi gəlsin; qoymasın dünya dərhəm-bərhəm ola. (Əllərini daha da yuxarı qalxızır və həvəslənir, cuşə gəlir və gəldikcə səsini ucaldır). Zühur et, ey sahibbəzzəman! Zuhur et! Və hidayət elə siratül-müstəqimə günahkar bəndələrini M o l l a A b b a s və S o n a çöl qapıdan başlarını uzadıb xəlvətcə baxırlar. Ey sahibül-əsr vəz-zəman, zühur et! Mənəm sənin nayibin Məhəmməd, atam Yəqub, künyəm Küleyni (üzünü çöl qapıya tərəf tutub çığırır). Ey məşərül-xəlayiq, elan olunur bu gündən sizə ki, mən ricalül-qeybin ətəyindən tutub, həzrətin zühurunu istida etdim (gözləri səqfə baxır, əlləri duada, cuşa gəlir, ağzı köpüklənir). [P ı r p ı z] S o n a (Fazili bu halda görüb, Molla Abbası çağırır və ağlayır). Molla Abbas, bura bax, bura bax! Fazil dadaşım dəli olub (çığırır). Küçədə f ə r r a ş Ş i m r ə l i əlində şallağ daxil olur və Pırpız Sonaya deyir F ə r r a ş Ş i m r ə l i. Tərpənmə, həkim gəlir. H ə k m L a l b y u z daxil olur, bir əlində mizanül-hərarə, o biri əlində yenə həkimlikdə lazım olan qulaq lüləsi. Fazil Lalbyuzu görüb, çox təəccüb edir. Molla Abbas çöl qapıda durub, adamların cəmisinə təzim edir; habelə Pırpız Sona. F ə r r a ş Ş i m r ə l i (Fazilə). Həzrət Fazilə ərz olsun ki, bu cənab (həkimi nişan verir) məşhur professor Lalbyuzdur ki, dəlilərə elə bir dava verir ki, dəli üç gün çəkmir ki, şəfa tapır və sənin-mənim kimi ağlı başına gəlir. F a z i l M ə h ə m m ə d. (ayağa durub, həkimə hörmət edir) Buyurun, əyləşiniz (üzünü fərraş Şimrəliyə tutub). Bəli, bəli cənab doktorun şəhərimizə təşrifini eşitmişəm. Bəndeyi-həqir Əmristan mütəxəssislərinin tibb elmində məharətlərinə şəkk və tərəddüdüm yoxdu və lakin ruh mərəzlərinin şəfası ki, bu alicənablar (həkimə işarə edir) öz öhdələrinə götürüblər,--elə bir müşkül əmrdir ki, bu barədə bir nəticəyə nail olmaqlarına mənim mütəəssifanə çox iştibahım var. Zira ki, həqq-təala özü buyurublar ki, qülir-ruhü min əmri-rəbbi. Hərçənd əmr ləfzinin keyfiyyət və mahiyyətinin mənasını bəyan buyurmayıblar, lihaza əql heyrətdə qalır və üqəlanın ixtilafı məhz bu barədədir ki, aya ruh cövhər qəbilindəndir ya ərəz və cövhər olduqda da aya mücərrəddir ya qeyri-mücərrəd. Çün həzrəti Imam Cəfər Sadiqdən rəvayətdir ki, zəmani ki, xudayi-təala öz bəndəsinin qəbzi-ruhini mələkül-mövtə həvalə elədi, buyurdu: çıxart bəndələrimin ruhunu, gətir mənim yanıma ki, mən onu rahət edim (başlayır ağlamağa, həkim təəccüb edir və yavaş-yavaş gedir Fazilin yanına) və onlara rəhmət bəxş edim. Ruhların hamısını mələkül-mövt gətirir xudayi-təalanın yanına (ağlayır, həkim gedir, əlini qoyur Fazilin alnına və üzünü fərraşa tutur və təəccüb edir). M o l l a A b b a s (həkimə yalvarır). Ay həkim, mənim bu Fazil qardaşım dəlidi; ona bir dava ver, ağlı başına gəlsin. F ə r r a ş Ş i m r ə l i (Molla Abbasa acıqlanır). Sarsaq, sarsaq danışma, düş qabağıma səni aparacağam dəlixanaya! Fazil əlləri ilə üzünü örtüb ağlamaqdadır, həkim adamdarın üzünə baxır və bir şey başa düşmür. F ə r r a ş Ş i m r ə l i (həkimə). Cənab həkim, bizim şəhərin dəlilərinin biri budur (Molla Abbası göstərir), biri də bunun övrəti Pırpız Sonadı (göstərir). [P ı r p ız] S o n a (həkimə). Cənab həkim, bizim şəhərin dəlilərinin biri budur (ağlayan Fazili göstərir), biri də…. Fərraş onu itələyib istəyir çıxartsın, həkim əllərini qalxızıb fərraşın qabağını kəsir. F a z i l [M ə h ə m m ə d] (başını qalxızıb yuxarı). Xudaya, sən ərhəmərrahiminsən. (Həkimə). Ey həkim, and verirəm səni Isa və Məryəmə, əgər sənin ixtiyarında olan dava-dərmanlarda kəramət varsa, bu biçarə övrətə bir əlac elə ki, bəlkə bu qədər naməhrəm içində qol-qıçı açıq gəzmək məsiyyətindən xilas olub, nə qədər nəfəsi var, cənabınıza sənaxan olsun. Doktor Sonanın qol-qıçına vəravürd edir və nəbzini əlinə alıb soruşur. D o k t o r. Sənin ad nə? (Sona dinmir). Sənin ad nə? (Sona yenə dinmir). F ə r r a ş Ş i m r ə l i (Sonaya). Ay qız, həkim soruşur adın nədi? Cavab ver də! Kar deyilsən ki! M o l l a A b b a s (həkimi yamsılayır). Sənin ad nə? Adamlar gülüşür. Fərraş Molla Abbas tərəfə hücum edir, Molla Abbas qaçır, Sona ağlayır. [P ı r p ı z] S o n a. Niyə mənim Molla Abbasımı döyürsünüz? (Həkimə). Ay həkim, qoyma bu dəlilər mənim Molla Abbasımı döysünlər (ağlayır). F a z i l [M ə h ə m m ə d] (həkimə). Ay həkim, and verirəm səni o yeri-göyü yox yerdən xəlq edən bir pərvərdigara, sən mənim bu dəli qardaşım Molla Abbasa da ətfi-nəzər edib, bunun da dərdi müalicəpəzir olan surətdə, o da öz məsləhətinizdi. Nə eybi var, girəm ki, bu bədbəxt bu qədər müddətin ərzində ki, xəbti-dimağ gətirib, çöllərə düşüb, xüdavəndi-aləmin əqlləri heyran qoyan mahiyyət, kəmiyyət və keyfiyyətini istehzaya qoyub danışmağı özünə bir vəzifeyi-şəniə qərar verib. Və şayəd bundan baş verən küfr və nasəzanın müqabilində xüdavəndi-təbarək və təala tərəfindən (uşaq kimi ağlayır) bu övrətə də bir müalicə iltifat ediniz, ta ki, üzü-gözü açıq gəzib, bizi naməhrəmə baxmaq günahi-kəbirəsindən xilas etsin. [P ı r p ı z] S o n a (həkimə yalvarır). Ay həkim, sən allah, sənə qurban olum, mənim bu Fazil dadaşıma da bir dava ver, ağıllansın və məni çox çimdikləməsin. Hamı gülüşür, doktordan və Fazildən savayı. F a z i l [M ə h ə m m ə d] (başını qalxıhzıb Sonaya bərk və çox ucadan acıqlanır). Yalan danışma, bihəya! [P ı r p ı z] S o n a (istəyir ağlaya). Buy, buy! Yalan niyə danışıram? Bəs bunları kim çimdikləyib? (Qolunda və canındakı çimdik yerlərini göstərir, Molla Abbas qapıdan qah-qah çəkib gülür). F a z i l [M ə h ə m m ə d] (əllərini göyə qalxızıb). Əstəğfürullah rəbbi və ətubi ileyh, lahövlə vəla qüvvətə illa billahi əliyyül-əzim. D ə l i l ə r (Fazili yamsılayırlar). Fərraş onlara həmlə edir. Dəlilər qaçır çölə. Fərraş qaçır onların dalınca və çığırır. F ə r r a ş Ş i m r ə l i. Ədə, qoymayın, dəlilər qaçdılar! Fazil iki əli ilə üzünü örtür və uşaq kimi ağlayır. H ə k i m (Heyran və mat qalıb deyir). Kim dali? Kim dali?… -P ə r d ə* * * * Üçüncü məclis Küçədə uzaqdan qiylü qal, səs-küy eşidilir; qiylü qal gəldikcə yavuqlaşır və küçədə Molla Abbas görsənir. Onun dalınca Pırpız Sona və bunların dalınca küçə dolusu küçə uşağı bunları daşa basır; dəlilər dinmirlər və bir tövr özlərini qoruyurlar. M o l l a A b b a s. Ay camaat, vallah, bu uşaqlar məni dəli eləyəcəklər. Uşaqlar atdıqları daşın biri küçə qapılarının birinə dəyir, haman qapı açılır və oradan M ə ş ə d i H a c ı — əlində təsbeh, dodaqları dua vird edir, — hövlnak küçəyə çıxır və qabaqca uşaqların üstünə çığırıb, onları söyüb qovur. [M ə ş ə d I] H a c ı. Cəhənnəm olun buradan, köpək uşağı köpək! (Sonra üzünü Molla Abbasa tutur). A kişi, genə bu yazıq övrəti qol-qıçı açıq yanına salıb küçələri dolandırırsan? Allah sənə də lənət eləsin, səni əkib-doğan kişiyə də lənət eləsin! Dəlilər başlarını aşağı salıb, günahkar kimi baxırlar. Məşədi Hacı Sonaya bir qədər yavuq gəlib, onun qol-qıçına vəravürd edir və deyir. Allah şeytana lənət eləsin! Küçə qapılarının o birisindən N ə c ə f ü l-Ə ş r ə f çıxıb, dəlilərin üstə çığırır. N ə c ə f ü l-Ə ş r ə f (həmişə əlində təsbeh, dodaqları dua vird edir). A kişi, genə bu bambılılar bilmirən xalqdan nə istəyirlər? (Övrətin qol-qıçını vəravürd edir və öz-özünə deyir). Allah şeytana lənət eləsin! H a c ı I s l a m (həmişə əlində təsbeh, dodaqları dua vird edir, o biri qapıdan çıxır və dəlilərə çığırır). A kişi, bu məlun oğlu məlun genə buradadır? Bəs bunları aparacaqdılar dəlixanaya? Bəs burada nə qələt eləyirlər? (Övrətə vəravürd eləyir və öz-özünə deyir). Allah şeytana lənət eləsin! Dəlilər başları aşağı təzim edirlər. M ə ş ə d i H a c ı (Molla Abbasa). Hə, sözün nədi, təbiət oğlu təbiət? N ə c ə f ül-Ə ş r ə f (Molla Abbasa). Axı bir de görüm, nə deyirsən? Axı yəni deyirsən cəmi məxluqat öz başına yaranıb da? Yəni bunları yaradan yoxdur da? Yəni allah-zad yalandı da? (Bu sözləri deyə-deyə Nəcəfül-Əşrəf Molla Abbası çənəsinin altından yuxarı dümsükləyir). H a c ı I s l a m (Molla Abbasa tərəf yumruğunu çəkib çığırır). Məlun oğlu məlun! And olsun allaha, şeytan deyir vur başı-gözü yarılsın (Övrətə tərəf vəravürd edir və özü-özünə) Allah şeytana lənət eləsin! Dəlilər təzim edirlər. M ə ş ə d i H a c ı (övrətə yavuqlaşır və diqqət ilə qol-qıçına baxır). Allah şeytana lənət eləsin! N ə c ə f ü l-Ə ş r ə f (övrətin yanına gedir və qol-qıçına vəravürd edir və deyir). Allah şeytana lənət eləsin! H a c ı Ə b d ü l ə z i m (əlində təsbeh, dua vird edə-edə küçə ilə gəldikdə). Genə bu dəli bambılılar nə düşüblər küçənin canına? Bəs bu gün bunları dəlixanaya qatacaqdılar? Allahü əkbər! And olsun Əbülfəzl Abbasa, ağayi-Nəcəfül-Əşrəf, biz bu dəli-divanənin ucundan rüsvayi-cəhan olub gedəcəyik. Belə xəta burasındadır ki, bu məlun oğlu məlun (Molla Abbasa işarə) dilini farağat qoymur, qoymur; qardaş, qoymur; əmirəl-mömüninə and olsun qoymur. M ö m ü n l ə r. Xeyr, qoymur. Dəlilər təzim edirlər. H a c ı Ə b d ü l ə z i m. Dünən qəbristandan əhli-qübur ziyarətindən gəlirdim. Gör bu mürtəd oğlu mürtəd (Molla Abbasa işarə) o qədər camaatın içində mənə nə deyir? Deyir o hansı balıq idi ki, həzrət onu çağıran kimi başını sudan çıxardıb cavab verdi? Deyirəm. "Kərkərət ibn Mərmərət ibn ərərə idi, buynuzları da var idi". Bu qədər adamın içində bu farmasyon oğlu farmasyon (Molla Abbası göstərir) qah-qah çəkə-çəkə gör nə deyir; deyir: balıq da danışarmı? Burada Molla Abbas çıtmıq çalır, düşür oynamağa, Sona ona baxıb o da oynayır. M ö m ü n l ə r. Allah sizə lənət eləsin! Allah sizə lənət eləsin! H a c ı M ə d i n ə (əlində təsbeh, dodaqları vird eləyir. Küçə ilə gəldikdə Molla Abbasa). And olsun Fatmeyi-Zəhraya, səni bu küçədə yıxıb, o qədər ayaqlaram ki, beynin torpağa qarışar! Həpənd oğlu həpənd, həzrətin tuman bağı ilə nə işin var? (Hacı Mədinə bu sözləri deyəndən sonra üzünü Sonaya tərəf çöndərib, onun qol-qıçına vəravürd eləyir). M ə ş ə d i H a c ı (Hacı Mədinəyə) Ağayi Hacı Mədinə, əstəğfürullah, o nə sözdü fərmayiş edirsən? Əstəğfürullah! M ö m ü n l ə r. Əstəğfürullah, rəbbi və ətubi ileyhə! H a c ı M ə d i n ə. Ağayi-Məşədi Hacı, allahın min bir adına and olsun, bu babi oğlu babi dünən küçədə camaatı başına yığıb, həzrətin tuman bağına lağ eləyir ki, guya nəüzibillah, həzrət eşiyə çıxanda tuman bağını tapşırardı sarbanına. Və çün tuman bağı da xeyli qiymətli imiş, onun üçün də sarbanın gözü düşür tuman bağına və küffarın qoşunu həzrəti şəhadətə yetirəndən sonra, sarban gəlir haman tuman bağını həzrətin tumanından çıxartsın, həzrət əvvəl sağ əlini, sonra sol əlini qoyur tuman bağının üstə, amma o haramzada həzrətin əllərini kəsib, tuman bağını qəsb eləyir. (Ağlayır və mömünlər də ağlayırlar). Molla Abbas başını salıb aşağı dinmir, mömünlər ağlaya-ağlaya deyirlər "Tuman bağına qurban olum, ya seyyidüş-şühəda!", başlarına döyürlər. Həkim Lalbyuz və fərraş Şimrəli xəlvətcə bunlara tamaşa edir. Molla Abbas da mömünləri yamsılamaq babətindən öz-özünə tez-tez deyir. [M o l l a A b b a s.] Tuman bağına qurban olum, ya seyyidüş-şühəda! Tuman bağına qurban olum, ya seyyidüş-şühəda! (Və birdən qah-qah çəkib gülür və çıxıb qaçır. Sona da qaçır). M ö m ü n l ə r (bunun, dalınca). Allah sənə lənət eləsin! Fərraş Şimrəli dəliləri tutub saxlayır, həkim də gəlib durur mömünlərin qabağında. F ə r r a ş Ş i m r ə l i (dəlilərə). Dayanın, hara qaçırsınız? Iki saatdı sizi axtarıram. Bu saat sizi aparacağam dəlixanaya, orada ağlınız başınıza gələr və dəxi həzrətin tuman bağını məzhəkəyə qoymazsınız. H a c ı I s l a m (fərraşa). Ay Şimrəli, allah sənə Kərbəla qismət eləsin, allah valideyninə rəhmət eləsin; bu dəlinin öhdəsindən bəlkə sən gələsən; yoxsa, vallahi, biabır olduq. Bir də bu məluna deyən gərək, axı sənin həzrətin tuman bağı ilə nə işin var? Qurban olum həzrətin tumanına da, tuman bağına da! M ö m ü n l ə r (ağlaya-ağlaya). Tuman bağına qurban olum, ya seyyidüş-şühəda! (Başlarına döyürlər). Həkim gəlir ağlayanların yanına və təəccüb ilə əvvəl bunlara və sonra fərraş Şimrəliyə tərəf baxıb, işarə ilə soruşur ki, guya bunlar niyə ağlayır. F ə r r a ş Ş i m r ə l i (həkimə). Bir səbəb yoxdu, ancaq riqqəti-qəlb üz verib. M o l l a A b b a s (həkimə). Həkim, həkim, gəl görək kim yaxşı mayallaq aşar. (Özü mayallaq aşır). M ə ş ə d i H a c ı. A kişi, bu bədbəxt lap dəli olubdur. Bu heyndə günorta əzanı deyilir və küçə ilə hambal, bir tay dalında, keçir. Kənarda bir pingçi dükanı görsənir. Əzan deyilən kimi mömünlər, hambal və pingçi şagirdi ayağa qalxıb, birdən başlayırlar əllərini qulaqlarına qoyub əzan çağırmağa "Allahü-əkbər!", "allahü-əkbər!" "əşhədü ən lailahə illəllah!" həkim təəccüb ilə əzan çağıranlara baxır və yenə Fərraş Şimrəlidən işarə ilə soruşur ki, bəlkə bunlar dəlidirlər? Sonra gəlir Nəcəfül-Əşrəfin yanına və cibindən lüğət kitabını çıxardır, bir söz axtarır, amma tapa bilmir: sonra gəlir Hacı Mədinənin yanına və əyilib bunun üzünün o tərəfinə baxır, bu tərəfinə baxır, başına və alnına diqqət yetirir va axırda gözlərinə diqqət verir. Molla Abbas da qabağa yeriyib, xahiş edir ki, ona da baxsın; həkim onun da üz-gözünə qabaqkı sayaq baxdıqda Molla Abbas birdən "pıqq" eləyib, göyə tullanır və həkimi elə qorxudur ki, həkim az qalır yıxıla. Molla Abbas və Sona qaçırlar, fərraş istəyir tuta, amma həkimi qoyub gedə bilmir. Mömünlər yerdən daş götürüb, dəlilərin dalınca qaçırlar. Fərraş Şimrəli həkimi qucaqlayıb, qoymur yıxılsın və ona deyir: [Fə r r a ş] Ş i m r əl i (həkimə). Vallah, həkim, sən ki, dəlidən belə qorxansan, gərək bir dua yazdırıb yanında saxlayasan. Həkim altdan yuxarı baxır Şimrəliyə və bir söz demir. -P ə r d ə* * * * Dördüncü məclis Dəlixana. Dəli M o l l a A b b a s ayaq üstə durub, əlini göyə qalxızıb, moizə edir. Oturublar dəlilər: P ı r p ı z S o n a, F a r m a s y o n R ü s t ə m, S ə r s ə m H e y d ə r, H ə m z a d Q u r b a n, C i n n i M u s t a f a. Dəlilər dəli Molla Abbasın moizəsinə qulaq asırlar. M o l l a A b b a s. (səsnən, avaznan oxuya-oxuya deyir). Əlhəmdilillah rəbbül-aləmin vəssəlatü vəssəlam əla seyidəl-mürsəlin və ilahit-tahirin, əmma bəd.... S ə r s ə m H e y d ə r (ağlaya-ağlaya yalvarır). Ay Molla Abbas qardaş, sən allah bizə nağıl de, qulaq asaq. M o l l a A b b a s (hirsli). Necə nağıl de?! Nə zəvzək-zəvzək danışırsan? Necə nağıl de? Mən vaizəm, yoxsa nağılçıyam ki, sizə nağıl deyəm? Sözə bax, sən allah! Deyəsən mən nağılçıyam! (hirsi tutur və gözləri qızarır. Sərsəm Heydər və Həmzad Qurban ağlayırlar. Cinni Mustafa acığından dizlərini yerə çırpır və yumruğunu sağa-sola tullayır. Molla Abbas birdən qah-qah çəkib gülür). Bəs bu nağıl deyil, nədi? Bəs bu dediklərim nağıl deyil, nədi? (gülür). H ə m z a d Q u r b a n. Sən allah, Molla Abbas, bir az moizə elə qulaq asaq.M o l l a A b b a s (guya Həmzad Qurbanın sözünü eşitmədi). Bəli, xudavəndi-aləmin izni ilə biz buraya cəm olmuşuq ki, bu beş günlük dünyayi-fanini quyudatından kənara düşüb, allahın yolundan azanlara üzümüz sataşmasın. Onun üçün də fürsəti qənimət bilib, Ağayi-Məclisidən sizə moizə edəcəyəm ki, feyziyab olasınız. F a r m a s y o n R ü s t ə m (cəld durur ayağa və əllərini ölçə-ölçə). De, de, ay atam-anam sənə qurban olsun! Eləcə Ağayi-Məclisidən de! M o l l a A b b a s. Bəli, ey mənim huş və zəkavət, əql və fərasət sahibi olan yoldaşlarım! Ərz olsun xidməti-şərifinizə ki, Ağayi-Fazil Məclisi öz "Ixtiyarat" kitabında belə rəvayət edir ki, (avaznan) əz həzrət imam Məhəmməd Baqir mənqul əst ki, hər kəs rəcəb ayının birinci günü iki min rükət namaz qıla və qabaqkı rükətdə iki min dəfə tövhid zikr edə və üç min dəfə "inna ənzəlna" oxuya və oxuyub qurtarana kimi üzü qibləyə dura, haman şəxs ayın axırına kimi qarın ağrısı görməz; vallahi görməz, billahi görməz. Burada F a r m a s y o n R ü s t ə m və S ə r s ə m H e y d ə r qah-qah ilə gülürlər; H ə m z a d Q u r b a n və P ı r p ı z S o n a ağlayırlar; C i n n i M u s t a f a da dizlərini yerə döyür və çığırır. Bir neçə m ö m ü n əllərində təsbeh, ağlaya-ağlaya daxil olub soruşurlar: "biz də mərsiyəyə, ağlamağa gəlmişik. Ağlayın ey şiələr!". C i n n i M u s t a f a (ara sakit olandan sonra). Bax, Molla Abbas, istəyirsən mən dabanımı yerə vurum, buradan bir quş çıxsın? Bax, deyirsən vurum? Mən Ağayi-Məclisidən qorxmayacağam ki! (Dabanlarını vurur yerə). Bax, mən də üzü qibləyə durmuşam. Bəs Ağayi-Məclisi niyə üzü qibləyə durur? H ə m z a d Q u r b a n (Cinni Mustafaya yalvarır). Ay Mustafa qardaş, sən allah dabanlarını yerə vurma, mən quşdan qorxuram. F a r m a s y o n R ü s t ə m (dik qalxır ayağa). Molla Abbas, Molla Abbas, mənim bir atam var idi, peşəsi səhərdən-axşama kimi ağacdan-ağaca uçmaq idi. Axırda xoruz oldu banladı. (Özü də xoruz kimi banlayır). Sən öləsən, Molla Abbas, yalan demirəm, odu bax (göyə baxır), atam uçdu getdi. (Qalan dəlilər də göyə baxırlar, guya bir şey axtarırlar). M ö m ü n l ə r (bir-birinə). A kişi, bunlar bir özgə cürə danışırlar, gəlin çıxaq gedək (gedirlər). M o l l a A b b a s. Mən hələ quşdan savayı ağacların da göyə uçmağını görmüşəm, daşların da göyə uçmağını görmüşəm. C i n n i M u s t a f a (çağırır). Mən ölüm, Molla Abbas, boş-boş danışma! Ağacların uçmağını deyirsən de, amma daşların uçmağını demə; bu yalan oldu. Həmzad Qurban və Pırpız Sona ağlayırlar [P ı r p ı z] S o n a. Sən allah, ay Mustafa qardaş, acığın tutmasın, mən qorxuram. M o l l a A b b a s (Cinni Mustafaya). Hələ mənim dayımın oğlunun xoruzu var idi, heç həyətdə olmazdı, həmişə damnan dama uçardı. F a r m a s y o n R ü s t ə m (qah-qah çəkib gülür). Mən ölüm, Molla Abbas, sən də banna (bu da, Heydər də gülürlər, Həmzad Qurban və Sona ağlayırlar, Mustafa dabanlarını yerə çırpır). S ə r s ə m H e y d ə r (dik qalxır). Sən öləsən, Molla Abbas, mənim uşaqlıqda bir xoruzum var idi (gülür). [H ə m z a d] Q u r b a n (ağlaya-ağlaya). Niyə mənim xoruzum yoxdu? Niyə hamının xoruzu var, mənim xoruzum yoxdu? M o l l a A b b a s (ucadan, avaznan). Ey məşərül-xəlayiq! Eşidin və agah olun ki, dörd yüz il bundan müqəddəm mən getmişdim yəcuc-məcucların vilayətinə. (Hamı dəlilər sakit olub, qulaq asırlar). Orada bu dılğır vətənim mənim yadıma düşdü; məni bir ağlamaq tutdu ki, bir də gördüm (əllərini dizlərinə çırpır) dəryaların suyu qalxır yuxarı, az qalır məni qərq edə; mən də qalxmışam suyun üzünə. [P ı r p ı z] S o n a (az qalır ağlaya). Qorxuram mən də qərq olam Molla Abbas. (Titrəyir və gəlir özünü salır Molla Abbasın qucağına; Molla Abbas bunu kənar edir). M o l l a A b b a s (Sonaya acıqlı). Mən moizə elədiyim yerdə, sənin ixtiyarın yoxdu mənim yanıma gələsən. (Sona indi də gedir Mustafanın qucağına, o da rədd edir). C i n n i M u s t a f a (çox acıqlı). Çəkil kənara, axmağın qızı! Sən xoruzdan qorxanda, mən də gərək pişikdən qorxam. Mau-mau (pişik kimi movuldayır, Rüstəm və Heydər gülürlər).[H ə m z a d] Q u r b a n (birdən yerindən qalxıb, başını elə bərk vurur pəncərəyə ki, şüşəsi sınır tökülür). Ədə, qoymayın! Ümman dəryası daşdı! Mən boğuluram! Bu heyndə F ə r r a ş Ş i m r ə l i girir içəri və əlindəki şallağ ilə Qurbanı bərk döyür. F a r m a s y on R ü s t ə m və S ə r s ə m H e y d ə r qaçıb bucağa sığınırlar. H ə m z a d Q u r b a n və S o n a ağlayırlar, C i n n i M u s t a f a ayaqlarını yerə vurub çığırır. M o l l a A b b a s başlayır çıtmaq çalıb oymamağa. Fərraş Şimrəli Sonaya diqqət salır və sonra Molla Abbasa deyir: F ə r r a ş Ş i m r ə l i. Ay biçarə dəli, molla da məgər oynar? Rüstəm və Heydər gülüşürlər. Qurban va Sona ağlaşırlar, Mustafa çığırır. Şimrəli Sonaya tərəf gedir və xəlvətləyib onu çimdikləyir Sona çimdiyin ağrısından vuyulduyur. D o k t o r L a l b y u z girir içəri. Ara sakit olur, çünki dəlilər hamısı ayağa durub, doktora təzim edirlər. [F ə r r a ş] Ş i m r ə l i (doktora). Cənab həkim, bizim şəhərin dəliləri bu altı nəfər adamdı ki, yığıb gətirdim buraya. Bu, dəli Molla Abbasdı. Bu, onun arvadı dəli Sonadı. Bunun adı Farmasyon Rüstəmdi. Bu, Sərsəm Heydərdi. Bu, Həmzad Qurbandı. Bu da Cinni Mustafadı. H ə m z a d Q u r b a n (həkimə şikayət edir). Ay həkim, sən allah, bu dəliyə deginən (Şimrəlini göstərir) bizi döyməsin! C i n n i M u s t a f a (həkimə). Axı bu dəlini (Şimrəliyə işarə) gətirib buraya qatmısınız, bizim günahımız nədi ki, bizi şallaqlayır? M o l l a A b b a s (həkimə). Axı mən ki, oynayıram, bunun kimə bir ziyanı var ki, bu dəli mənim oynamağıma lağ eləyir? Rüstəm və Heydər gülürlər. [ P ı r p ı z] S o n a (həkimə, ağlaya-ağlaya). Ay həkim, bu dəli kişi (Şimrəlini göstərir) məni çimdiklədi. Rüstəm və Heydər gülür, Qurban ağlayır. F ə r r a ş Ş i m r ə l i (həkimə). Cənab doktor, bunlar dəliliyin havasına danışırlar. S ə r s ə m H e y d ə r (dik atılır). Buy, həkim and olsun allaha, biz dəli deyilik, özü dəlidi. D ə l i l ə r (hamısı birdən). Vallah, dəlidi! F ə r r a ş Ş i m r ə l i (həkimə). Doktorun başı üçün, mən bunları döyməmişəm. L a l b y u z (Şimrəliyə). Bu, bu .... (bilmir nə danışsın). Dəlilər hamısı həkimə baş yendirib ədəblə dururlar. Həkim mat-məəttəl qalır, əvvəl ehtiyatla gedir dəlilərin nəbzinə baxır, sifətlərinə və gözlərinə baxır, sonra Sonaya yavuq gəlib, qol-qıçına diqqət salır, nəbzinə baxır, çənəsini əlləyir [P ı r p ı z] S o n a (ağlaya-ağlaya). Ay həkim, mən səndən qorxuram; qorxuram sən də məni çimdikləyəsən. Molla Abbas, Rüstəm və Heydər gülüşürlər. Qurban və Sona ağlaşır. Mustafa dizlərini yerə vurur, çığırır. Daxil olurlar H a c ı B a ğ d a d, K a b l a T ü r b ə t, M ə k k ə M ə h ə m m ə d, Ü m m i G ü l s ü m, Ə m i n ə, S ə k i n ə. S o n a bunları görcək başlayır qorxub gizlənməyə və ağlaya-ağlaya deyir: [P ı r p ı z] S o n a. Həkim, bu dəliləri qoymayın bura gəlsinlər, mən onlardan qorxuram. (Titrəyir. Dəlilər də Sonanı tdsdiq edir, adamlar narahat, həkim məəttəl, çavuş dəlilərə təpinir və aranı sakit edir). K a b l a T ü r b ə t (əlində təsbeh, dodaqları "sübhanallah" vird edir). Cənab həkim, mən bir işdən ötəri sizə zəhmət verməyə gəlmişəm. Mən bu dəli, sərsəm Heydərin ata bir, ana bir qardaşıyam. Ərz olsun ki, mənim bu bədbəxt bəradərim, bir ildən artıqdı ki, dəlilik azarına giriftar olub. Dua qalmayıb ki, yazdırmamış olaq; dərman qalmayıb ki, yedirtməmiş olaq. Heydər durur ədəblə qardaşı Kabla Türbətə baş yendirir. Dərdi-sər verməkdən məqsəd budur ki, bu gün seşənbə, bəli, çərşənbə, pəncşənbə, cümə günü, yəni rəcəb ayının on doqquzunda, həzrətin zühurudur ki, cəmi dəli kişilərin övrətləri haman gün öz yavuq qohumlarının biri ilə bahəmlikdə həzrətin ziyarətinə müşərrəf olmalıdırlar. Molla Abbas mayallaq aşır. Rüstəm və Heydər gülüşürlər, "ğu-ğu" eləyirlər. Sona və Qurban ağlaşırlar, Mustafa çığırır. K a b l a T ü r b ə t (Molla Abbasa). Allah sənə lənət eləsin! Gərək imamın zühurunun söhbətində bu mürtəd mayallaq aşa. (Həkimə). Həkim cənablarına bu dərdi-səri verməkdən məqsəd bilməkdi ki, aya bu üç günün ərzində bu bədbəxt Heydərin ağıllanmağına bir ümid var ya yox? Çünki şayəd xudavəndi-aləmin şəfaəti sadir ola, ağıllana; əgər ağıllanmasa, mən özüm məcburam övrəti Əminəni (Əminəyə tərəf baxır) aparam həzrətin ziyarətnnə.... Ə m i n ə (gedir sərsəm Heydərin üzünə boğma çıxardır. Heydər mat-mat baxır). Yalansa, bunun başına kül! Bir ildən artıqdır bu gün ağıllanır, sabah ağıllanır; məni də sərgərdan qoyubdu. Cinni Mustafa çığırır. K a b l a T ü r b ə t (həkimə). Cənab həkim, sizin rəyinizi bilmək bizə lazımdı. H ə k i m (çiyinlərini atır). Akademik, akademik. Heç kəs başa düşmür. Rüstəm və Heydər gülüşür. Sona və Qurban ağlaşırlar, Mustafa çığırır. M ə k k ə M ə h ə m m ə d (əlində təsbeh, dodaqları vird edir və həkimə deyir). Cənab həkim, sizə dərdi-sər verməkdən məqsəd budur ki, ərz edirəm. Mənim də bu bədbəxt ata bir, ana bir qardaşım Həmzad Qurban bir neçə müddətdi ki, dəli-divanə olub çöllərə düşübdü. Bu da onun övrəti Səkinədi. Dua qalmayıb ki, yazdırmamış olaq; dava-dərman qalmayıb ki, yedirtməmiş olaq. (Qurban durur ayağa, qardaşı Məkkə Məhəmmədə baş yendirir). Dərdi-sər verməkdən məqsəd budur ki, cümə günü həzrət zühur edir; hökmdür ki, cəmi dəli kişilərin övrətləri öz yavuq qohumları ilə birlikdə həzrətin ziyarətinə müşərrəf olalar. Molla Abbas mayallaq aşır, mömünlər bu dəfə onu döyə-döyə salırlar çölə. Rüstəm və Heydər gülüşürlər, Sona və Qurban ağlayırlar. M ə k k ə M ə h ə m m ə d (Molla Abbasın dalınca). Hər vaxt ki, imamın zühurundan söhbət düşür, bu məlun oğlu məlun gərək mayallaq aşa. (həkimə). Həkim cənablarına dərdi-sər verməkdən məqsəd bilməkdir ki, aya, bu üç günün ərzində bu bədbəxt Qurbanın ağıllanmağına bir ümid var ya yox? Səkinə gedir Həmzad Qurbana boğma çıxardır. Qurban mat-mat baxır. S ə k i n ə. Bunun başına kül! Nə qədər vaxtdı ki, elə ha bu gün ağıllanır, sabah ağıllanır; məni də sahibsiz qoyub. Cinni Mustafa çığırır, dabanlarını yerə çırpır. H ə k i m (çiyinlərini atır). Akademik, akademik! Heç kəs həkim dediyini başa düşmür. M o l l a A b b a s (qapıdan). Ay müsəlmanlar, vallah bu həkim dəlidi. Molla Abbas qapıda oynayır, Rüstəm və Heydər gülüşürlər, Sona və Qurban ağlayırlar; Mustafa çığırır va dabanlarını yerə çırpır. Şimrəli Molla Abbasa bir şallaq çəkir. [P ı r p ı z] S o n a (ağlaya-ağlaya, həkimə). Ay həkim, sən allah bu dəlilərə de, mənim Molla Abbasımı döyməsinlər.Uzaqdan çavuş carlayır, camaat salavat çəkir. Allahümmə səlli əla Məhəmmədün və ali Məhəmməd! -P ə r d ə* * * * Beşinci məclis Şəhərin kənarı, camaat ayaq üstə, əlləri duada, dodaqları dua vird edir. Çoxu müsafir paltarında zəvvardırlar. Çavuş oxuyur: Düşüb könlüm mənim də iştiyaqə, Gedin məndən qabaqca siz qabaqə, Edin izzət bu izzətli qonaqə, O həzrətdən sizə fərman çıxıbdır. Bər Məhəmməd və alihü səlavat!…. Camaat salavat çəkir, çavuş Ə l ə l f ə l a h, F a z i l M ə h ə m m ə d i b n Y ə q u b, H a c ı B a ğ d a d, K ə r b ə l a y ı T ü r b ə t və M ə k k ə M ə h ə m m ə d, bunlardan sonra övrətlər — Ü m m i G ü l s ü m, Ə m i n ə, S ə k i n ə…. Ə l ə l f ə l a h bir atın cilovundan çəkir, atın üstündə xurcun, içində ölü sümükləri görsənir. Adamların dalınca dörd kəcavə, hərəsi bir qatıra yüklənmiş. Bunlardan savayı çox kişi və övrət gəlməkdədir. Hacı Məhəmmədəli fərşfüruş, Hacı Xudaverdi Hacı Cəfər də burada durub ağlayırlar. Bir tərəfdən dəlilər, Molla Abbas, Farmasyon Rüstəm, Sərsəm Heydər, Həmzad Qurban, Cinni Mustafa, Pırpız Sona, Şimrəli əlində şallaq dəliləri gözləyir. F a z i l M ə h ə m m ə d i b n Y ə q u b (əllərini qaziyul-hacata qalxızıb, bəlağət ilə deyir). Allahümmə inni əsəlükə biismikə ya rəhman ya rəhim! Sübhanallah, lailahə illa əntəl-qövs-əlqövs külli şeyin qədir. Ey məşəril-xəlayiq! Ey islam ümməti! Ey yer üzünün şiələri! Bilin və agah olun ki, dünyanı bədbəxtlik hər tərəfdən əhatə edibdi. Bunun ümdə səbəbi gün-gündən artmaqda olan məsiyyətlərin vücudi ki, ibarət olsun dəli kişilərin övrətlərinin sahibsiz qalmağından. Bir surətdə ki, əz həzrət Yəqub mərvist ki, əgər övrəti-müslimə müddəti bisahib manəd, həftad həzar mələk bəəhaliyi-on vilayət lənət günəd. [Həzrət Yəqubdan rəvayətdir ki, əgər müsəlman arvad bir müddət sahibsiz qalsa, yetmiş min mələk o vilayətin əhalisinə lənət oxuyar.] C a m a a t. Lənət! F a z i l M ə h ə m m ə d (ağlayır). Indi bir mülahizə buyurun görün, bir məmləkətə ki, yetmiş min mələk lənət oxuya, əlbəttə, orada dünya-aləm dərhəm-barhəm olacaq. Ey yer üzünün şiələri, bu gün cümə günüdür, yəni bina bərəvayəti-ibn Həsən Səid ibn Ömər Həsən qeyr vahid, qalə yəxrucü qiamüna əhlül-beyt yövmül-cümə…. Baxın məğrib tərəfinə: gün oradan tülü edir; baxın məşriq tərəfinə: gün oradan qürub edir. (başını qalxızıb göyə baxır. Camaat təəccüblü məqrib və məşriq tərəfə baxır). F a z i l M ə h ə m m ə d (moizəsini eləyir). Odur, az qalır ulduzlar yerə tökülsün; az qalır vəlvəleyi-səthi-xakdan olsun; az qalır zəlzəleyi-səqfi asiman olsun. Bu özgə bir şey deyil, məgər sahibül-əsr vəzzəmanın zühurunun əlamətidir. Dəlilər təzim edirlər, Həmzad Qurban və Pırpız Sona qorxularından titrəyirlər və ağlayırlar. Farmasyon Rüstəm və Sərsəm Heydər gülürlər və Cinni Mustafa çığırır. Molla Abbas çıtmıq çalır, düşür oynamağa, camaat acıqlanır və onu oradan çıxardır. C i n n i M u s t a f a. Ədə, imam gəldi! Ədə, Molla Abbas, imam gəldi. (Dizlərini yerə döyür). Küçədə camaat bu sözü eşidib, həyəcanla yavuq gəlib, imamı axtarır. F a z i l [M ə h ə m m ə d] (moizə edir). Ey yer üzünün şiələri, bu gün bu ağanın (çavuşa işarə edir) buraya müsafirətinin illəti budur ki, bütün yer üzünün şiələrinə elam olunsun ki, həzrət sahibül-əsr vəzzəman cümə günü Qaf dağının dalından min övladı ilə düşmənin qabağına davaya çıxıb, elani-müharibə edəcək. M o l l a A b b a s (uzaqdan qah-qah çəkib gülür). Az da yox, min evladı ilə! Şimrəli və mömünlər Molla Abbası bir xeylək döyürlər. F a z i l M ə h ə m m ə d. Bəli, əzhər minəş-şəmsdir ki, həzrztin ümmətinin törəyib artmağına böyük zərurət müşahidə olunur və bu səbəbdən o həzrətdən təvəqqe sadir olub ki, (bir kağızı əlində tutub) bəndeyi-həqir həzrətin birinci nayibi-xassı Məhəmməd ibn Yəqub Küleyni ki, ibarət olsun "Üsuli-Kafi" kitabının sahibindən ki, şiə məzhəbinin mədari-dəyanəti hesab olunur. Bilin və agah olun ki, budur o həzrətin hökmünün məzmunu: bu vilayətdə olan dəli kişilərin övrətləri bir surətdə ki, müvafiqi-şəri-şərif ərlərindən boş və azaddırlar, gərək öz ərlərinin qardaşlarına siğə olub, bu kəcavələrə əyləşsinlər, həzrətin ziyarətinə müşərrəf olsunlar. Zəmani ki, həmin dəli kişilərin övrətləri öz dəli ərlərinin qardaşlarına siğə oldular, xudavəndi-zülcəlalın qüdrəti ilə bu övrətlərdən (dəlilərin üç övrətinə işarə edir) yetmiş günün ərzində yetmiş min övlad ərsəyə gələcək. Molla Abbas və dəlilər gülüşürlər və bunlar o büzürgüvarın köməyinə gedəcəklər və o məlun düşmənə zəfər yetirib, səğərin dib bucağına vasil edəcəklər və pak olan şiələrin nicatına bais olacaqlar və bəlkə bu qədər intəhasız savabın müqabilində də bu biçarə dəlilərə bir nicat yolu tapalar. Hamı övrətlər kəcavələrə tərəf hücum edirlər. F a z i l [M ə h ə m m ə d] (övrətlərə). Ey ağıllı övrətlər, bir səbr ediniz, ta ki siğələr cari olsun. F a r m a s y o n R ü s t ə m (övrəti Ümmi Gülsümə ağlaya-ağlaya). Ay mənim övrətim Ümmi Gülsüm, vallah, mən dəli deyiləm; məni qoyub getmə. H a c ı B a ğ d a d (qardaşı Rüstəmə). Qardaşım, allaha yalandan and içmə, günaha batdın. S ə r s ə m H e y d ə r (övrəti Əminəyə yalvarır). Ay mənim övrətim Əminə, məni tullayıb qardaşıma ərə getmə! Vallah, mən dəli deyiləm (ağlayır). K a b l a T ü r b ə t (Heydərə). Qardaşım, Heydər, allaha yalandan and içmə, günaha batdın. H ə m z a d Q u r b a n (Səkinəyə). Ay mənim övrətim Səkinə, uşaqları tullayıb qardaşıma ərə getmə! Vallah, mən dəli deyiləm (ağlayır). M ə k k ə M ə h ə m m ə d. Qardaş, Qurban, and içmə, günaha batdın. Ç a v u ş (oxuyur). Hər ki darəd həvəs həzrətna, bismillah!…. Camaat salavat zikr edir: "Allahümmə səlli əla Məhəmmədün və ali Məhəmməd". Dəlilər təzim edir. Övrətlər yenə kəcavəyə hücum çəkirlər. [F a z i l] M ə h ə m m ə d i b n Y ə q u b. Ey salihə övrətlər! Macal verin, siğələr cari olsun. (Fazil gəlir durur camaatın arasında və başlayır siğə oxumağa) Əlhəmdü lillahilləzi əhəllət-təzvicə vənnikahə, vəssəlatü vəssəlamü əla xeyri xəlqihi və əcməin əüzü billahis-səmiil-əlimi minəş-şeytanir-rəcimi. Ənkəhtül-mərətəl-məlumata lirrəcülil-məlumi ələssədaqil-məlumi. Qəbiltün-nikahə. C i n n i M u s t a f a (dabanını yerə vurur və çığırır). Oxuma, oxuma siğəni. Biz dəli deyilik. Həmzad Qurban və Sona ağlayırlar Farmasyon Rüstəm və Sərsəm Heydər qah-qah çəkib gülürlər. Mömünlərin bir neçəsi: "sübhanallah, sübhanallah", bir neçəsi: "lahövlə vəla qüvvətə illa billahü əliyyül-əzim" deyir. Cinni Mustafa peydərpey çığırır: "biz dəli deyilik! Biz dəli deyilik!". F a z i l M ə h ə m m ə d (dəlilərə). Necə dəli deyilsiniz ki, dünya və aləm içrə bizim irz və namusumuzu götürübsünüz? Qeyri mömünlər də dəlilərin üstə çığırırlar. Necə dəli deyilsiniz ki, dünya və aləm buna şahiddir? Qiylu qal dəxi də şiddət edir. Ç a v u ş Ə l ə l f ə l a h (Fazilə). Xub, bir surətdə ki, bu allah bəndələri (dəliləri göstərir) öz dəliliklərini inkar edirlər, xub, mən eşitdiyimə görə, bu vilayətdə Əmristandan təzə varid olan və ruh əmrazinə ixtisas yetirmiş təbibi-haziq var. Xub, haman təbibi dəvət edin, özü təşxis versin ki, aya bu camaat içində kimdir ağıllı, kimdir dəli; dəxi mübahisəyə nə hacət? Dəxi münaqişəyə nə lüzum, ey məşərül-xəlayiq? D ə l i l ə r. Nə eybi var, həkim özü təşxis versin kimdir ağıllı, kimdir dəli. Mübahisəyə nə hacət? Münaqişəyə nə lüzum? M ö m ü n l ə r. Nə eybi var, həkim özü təşxis versin, kimdir dəli, kimdir ağıllı. Mübahisəyə nə hacət? Münaqişəyə nə lüzum? Çamaat içində "çəkilin, çəkilin" səsi düşür, həkim Lalbyuz girir camaatın içinə və o tərəf-bu tərəfə baxır. F ə r r a ş Ş i m r ə l i (həkimə). Cənab həkim, sizə mühəvvəl olunur təşxis vermək kimdir burada dəli, kimdir ağıllı? Zira bu barədə mübahisə və münaqişə vaqe olub. Cəmi dəlilər həkimə təzim edir, camaat sükutda və müntəzirdir ki, həkim nə tövr rəftar edəcək. Həkim at üstündəki xurcuna diqqət verib, sümüklərə gözü sataşır və təəccüb edə-edə oraya yavuqlaşıb, istəyir əlini vura sümüklərə. Xurcun sahibi çavuş Əlalfəlah həkimin əlini öz əli ilə rədd edir ki, əli sümüklərə dəyib, murdarlamasın. Həkim təəccüblü çavuşa baxır və işarə ilə soruşur ki, bu sümüklər niyə buraya qoyulub və hara aparırlar? Ç a v u ş (həkimə). Cənab həkim, bu sümüklər cənnət-məkan atamın sümükləridi; allah-taala cəmi mömün bəndələrini ərşi-əlada hurilər ilə həmcəlis eləsin …. Bu sümükləri aparıram ətəbati-aliyata həzrətin türbəti-mübarəklərinə tapşıram. Çünki həzrət Museyi-Kazimdən rəvayətdir ki, çün meyitra dəfn künənd dər bərabəri-qəbri-hərət [Elə ki, meyiti həzrətin qəbrinin yanında dəfn elədilər ….] …. (ağlayır və başına döyür; cəmi dəlilər qah-qah çəkib gülürlər). F a z i l M ə h ə m m ə d. Vaveyla va müsibəta!…. Gör nə günlərə qaldıq! M ö m ü n l ə r. Vaveyla va müsibəta!…. H a c ı B a ğ d a d. Atam-anam sənə qurban, ya həzrət! (ağlayır, dodaqları vird edir: "sübhanallah, sübhanallah!"). K a b l a T ü r b ə t. Fəda olum sənə, ya həzrət! (Ağlayır. Dodaqları vird edir: "sübhanallah, sübhanallah"). M ə k k ə M ə h ə m m ə d. Lahövlə vəla qüvvəta illa billahü əliyyül-əzim. Həkim Lalbyuz qalır məəttəl; bilmir dəli kimdir, ağıllı kimdir. M o l l a A b b a s (həkimə, gülə-gülə). Hə, belə məəttəl qalarsan ha? Elə bilirsən dəlilərə həkimlik eləmək hasand işdi? Hə, bizi ələ salıbsan, ya özünü ələ salıbsan? Sən ki, bu camaatın dilini bilmirsən, indi tap görüm dəli kimdi, ağıllı kimdi? Hə, niyə məəttəl qalmısan? Niyə lal olmusan, cənab Lalbyuz? (qah-qah çəkib gülür, dəlilər də gülürlər). Həkim yenə bilmir nə eləsin və bir qədər də o adama, bu adama diqqət edəndən sonra gedir ağlayan və başına döyən Çavuş Ələlfəlahın papağını çıxardır və qırxıq başına və gözlərinə diqqət edir. Sonra dodaqları "sübhanallah" vird edən və gözləri allahı axtaran Hacı Bağdadın başına və gözlərinə diqqət yetirir. Farmasyon Rüstəm və Sərsəm Heydər gülüşür. Mömünlər narazı və məyusdurlar. Sonra həkim gedir dodaqları "sübhanallah" vird edən və gözləri allahı axtaran Kabla Türbətin başına və gözlərinə baxır. Dəlilər gülüşür. Bu minval ilə Məkkə Məhəmmədə də baxandan sonra həkim cibindən lüğət kitabını çıxardıb, bir söz axtarır və kitabın bir yerində barmağını qoyub, bu kəlməni çətinliklə höccələyir və deynr: "dali". Dəlilər gülüşür, mömünlərin gileyi-güzarı və narazlığı intihaya çatır: "Bu necə həkimdi? Bu nə qayırır? Həkimin iştibahı var" sözləri ucalır. Fərraş Şimrəli dəliləri və ağıllıları şallaqlaya-şallaqlaya camaatı sakit edir. Çavuş avazla oxuyur: "Zi türbəti-şühəda buyisib miayəd". [Həzrətlərin qəbrinin torpağından alma iyi gəlir.] Camaat salavat çevirir. F a z i l [M ə h ə m m ə d.] Ey məşərül-xəlayiq! Vay dəlilərin bəxti-qarə övrətləri! Hər kəs öz ərinin qardaşına siğə olmağa və həzrətin ziyarətinə getməyə razıdırsa, daxil olsun kəcavəyə. (Ümmi Gülsüm başını aşağı salıb gedir, kəcavəyə daxil olur) Bəli, bu gedən şieyi-salihə Ümmi Gülsüm, Farmasyon Rüstəmin bədbəxt övrətidir. Rüstəm arvadının kəcavəyə tərəf ketməyinə baxıb, "ğu, ğu" eləyir. Molla Abbas və Sərsəm Heydər gülüşürlər, Sona və Qurban ağlaşırlar, Cinni Mustafa dabanlarını yerə vurub çığırır. Sonra kəcavəyə Ümmi Gülsümün dalınca gedir Hacı Bağdad, ondan sonra gedir Əminə övrət — Sərsəm Heydərin arvadı. Heydər də arvadına "ğu-ğu" edir, dəlilər gülüşürlər. Bunun dalınca Kabla Türbət, ondan sonra Səkinə övrət, dalınca Məkkə Məhəmməd. Dəlilər "ğu-ğu" edib gülüşür. Fazil Məhəmməd siğəni alçaqdan oxuyur: "əngəhtü mərətül-məlumə". Oxuyub tamam edəndən sonra üzünü tutur camaata. F a z i l [M ə h ə m m ə d.] Bəli, məlumdur ki, bu vilayətdə hamıdan artıq dəliliyi ilə şöhrət qazanan mənim bədbəxt bəradərim dəli Molla Abbasdır ki, onun biçarə övrəti Pırpız Sonanı həzrətin ziyarətinə aparmaq zəhməti mənim öhdəmə mühəvvəl olunubdu. O, rəhim allahdan istiqasim budur ki, öz astanasında bu bəxti-qarə övrətə şəfa kəramət edib, bu mərəzi-nagəhanidən xilas edə. Daxil olsun kəcavəyə qol-qıçı açıq, mömün bəndələrin nəzərində küçə və bazarda dolanan Pırpız Sona! (Fazil Məhəmməd ibn Yəqub başı aşağı, gedir kəcavəyə tərəf və çönüb görür ki, Sona gəlmir. Sona dəlilərin içindən qabağa çıxır, üzünü tutur Molla Abbasa və deyir:) P ı r p ı z [S o n a.] Molla Abbas, qorxuram! Molla Abbas, məni tut, mən qorxuram! (əllərini qabağa uzadır və yalvarır). Molla Abbas, o arvadlar ki, öz ərlərini tullayıb, ərlərinin qardaşlarına qoşulub gedirlər, o arvadların ucundan qorxuram dünya və aləm dağıla, külli-küfan ola. Molla Abbls, qorxuram ulduzlar yerə tökülə (titrəyir). Vay, nələr gördüm, Molla Abbas! (Ağlayır və titrəyir. Fazil Məhəmməd istəyir qayıda gələ Sonanı apara, Sona da istəyir qayıda gələ dəlilərin yanına). M o l l a A b b a s (Sonaya). Sona, get, get, mən sənə izin verdim. Səni aparan mənim qardaşımdı. Fazil Sonanı zor ilə çəkir kəcavəyə tərəf, Sona çığırır. Dəlilər hücum edirlər Fazilin və möminlərin üstə. Fazil və camaat hamısı qorxub qaçır, dəlilər onları qovalayır. Molla Abbas Sonanı qucaqlayır və ətrafa baxıb görəndə ki, bir kəs yoxdur, dizi üstə düşüb, başlayır Sonanın əllərindən öpməyə və ona deyir: Neçə ildi özümü (öz üstünə baxır) bu hala salmışam ki, sən dəlilər içində tək qalmayasan! Yazığım sənə də, yazıq özümə də! Çünki dəxi bizim günümüz belə keçəcək və axırda da divarlar dibində can verəcəyik. Indi ki, getmədin, getmə, qoy o bacı-qardaşlar (əlini zəvvara tərəf tutur) o qayın-baldızlar əyləşsinlər kəcavələrə və yetmiş günün ərzində həzrətin qoşunundan ötəri yetmiş min övlad əmələ gətirsinlər və həzrətin düşmənini səğərin dib-bucağına vasil eləsinlər. Gedək biz də öz yoldaşlarımızın içində qalaq. Doğrudur, onlar, həzrətin zühuruna inanmırlar, həzrətin zühurunda mayallaq aşırlar, amma heç olmasa, səni də çimdikləmirlər. (Dəlilərə tərəf üzünü tutub çığırır: "Yoldaşlar!" Dəlilər gülə-gülə qayıdıb gəlirlər. Dəlilərə tərəf acıqlı). Nəyə gülürsünüz? Mən sizə min dəfə demişəm ki, əgər siz məni vaiz hesab eləyirsiniz, gərək mən vəz edən vaxt siz mənim moizəmə huş-guş ilə qulaq asasınız. (Dəlilər başlarını aşağı salıb dinmirlər. Molla Abbas bir qədər fikrə gedəndən sonra, bəlağət ilə deyir:) Hindistan hükəmasından bilmirəm hansıdı — adı yadımdan çıxıb, — kitabında yazır: vaxt olur ki, insanın qəlbi hər bir arzudan və meyldən xali olur, o vaxt qəlbdə bir növ xamuşluq əmələ gəlir. Bu xamuşluqda insana elə bir iti zehn üz verir ki, dünyanın yaxşı və yamanını həkimanə bir surətdə görə bilər. Allah şahiddir ki, bir belə xamuşluq, bir belə sakitlik bu dəqiqə mənim də qəlbimdədir. Onun üçün də indi mən həzrət sahibül-əsr vəzzəmanın xidmətinə müşərrəf olan bu camaatın (əlini zəvvara tərəf uzadır) hərəkətinə diqqət ilə tamaşa edib deyirəm: Vallah və billah biz "dəli yığıncağına" düşmüşük. Dəlilər gülüşür, Sona ağlayır, Cinni Mustafa yumruğunu zəvvara tərəf tutub çığırır. -P ə r d ə* -Axırı** * * * Kitabxana.az · https://kitabxana.az/collections/memmedquluzade-deli-yigincagi İctimai mülkiyyət (müəllifin vəfat ili: 1932). Public domain (author died 1932). Original text only.