Şeirlər Cəlil Məmmədquluzadə (1869–1932) Dəllək ... nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdan sonra dəllək dükanı da səhvən dönüb olub qumarxana. İmdi əgər Cuq¬qulu qumar oynatmasa, şətəl pulu cibindən çıxacaq. Əgər oynatsa, dəlləkliyi yaddan çıxacaq. Odur ki, həmi qumar oynadır, həmi baş qırxır. Deməli, hər barədə də qırxır. (Hələlik qulaq verin) Bir dəllək idim, qırxardım gündə beş-on baş, Dəllək dükanı özgəyə karxanəyə döndü. Hər nə qoçu var şəhrdə cəm oldu tamami Axırda dükan zor qumarxanəyə döndü. Dəlləkliyin heç yoxdu mənə xeyri əvvəldən, Bir başı yolunca düşür insan daha əldən, Lap üzdüm əlimi daha mən bu pis əməldən, Qırx altı manat pul yığım gündə şətəldən, Daxmam vurub axır yekə kaşanəyə döndü. On beş il olar əvvəlki çəm ilə yoluram baş, Daim ac idim, tapmayır idim sulu bozbaş, İmdi çoxalıb pul, yeyirəm hər gecədə aş, Əvvəlcə qumarxanə açaydım dükanı kaş, Dəlləklik evim yıxdı ki, viranəyə döndü, Tikdim onu şimdi yekə kaşanəyə döndü. * * * Olacaqsan Mən eylə bilirdim kı, mənə yar olacaqsan, Aləmdə məne yari-vəfadar olacaqsan, Mən eylə xeyal etmiş idim, ah, bəradər! İranda ölän qəmlətə qəmxar olacaqsan. Dərdi-dilimi annämayıb zərrəcə, axır Məndən, nə bilim ki, belə bizar olacaqsan. Biçaıə vətən tarü qaranlıqda qalanda, Əğyäfä gedib şəmi-şəbi tar olacaqsan. Soz verməz idim mən sənə, ey dusti-dilazar, Bilsəydim əger böyle dilazar olacaqsan. Sərməsti-meyü mütribü tiryakisan indi, Bir vaxt ayılıb axın huşyar olacaqsan Meğrurisən indi, xəbərin yoxdur özündən, Əlden vetənin getsə, xəbərdar olacaqsan. Xar eylədi qəflet səni əğyar yanında, Yatdıqca bu qəfletdə yenə xar olacaqsan. * * * Oyanmadım Dərədə yatmış idim, oyatdılar, oyanmadım, Bumuma tikanlan uzatdılar, oyanmadım, Bomba parta-partnan, top atdılar, oyanmadım, Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım. Müxtesər, hər bir əməl çıxartdılar, oyanmadım. Şəhrimizdə cəm olub cavanlar naz ilen gəlib, Qumarbaz, uşaqbazlar matuşkabaz ilən gəlib, Mar, meymun oynadan söhbətü saz ilən gəlib, Mütribi-xoşlehcəler pək xoşavaz ilən gəlib, Müxtəsər, hər bir əmel çıxartdılar oyanmadım. Qarışdı aralıqlar, qopdu məhşər qiyaməti, Müsəlmanlar bir-birin qırdı unudub qeyrəti, Hər gələn alim olub çapdı, taladı milləti, Mən yuxuda ol zaman çəkirdim rahət ləzzəti, Bumuma tikanlan uzatdılar, oyanmadım. Gördülər, yuxlamışam, hər kəs sınadı gücünü, Atlı atın üstümə, qurbağa saldı qıçını, Hoppanıb Araz bu tay yığıb dəranin bicini, Hiyləbazlar tutdular bütün Qafqazın içini, Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım. Biz fəqira axın rahm eyləyib biganələr, Açdılar mədrasələr, klub, qiraətxanələr, Yazdılar kitab, qəzet, xərc etdilər xəzanələr, “Molla Nəsreddin” dedi hər həftə bir əfsanələr, Müxtəsər, hər bir əməl çıxartdılar, oyanmadım. * * * Lal ol və danışma! Ey dil, dəxi dinmə və sükut et, səni tarı, Lal ol və danışma! Sal başını aşağa və heç baxma yuxarı, Mal ol və danışma! Gər qeyriləri cəmdəyinə vursala, dinmə! Gər başın əyib peysərinə vursala, dinmə! Pamal edə düşmən səni səbr et, bala, dinmə! Ya zülm edə, ya boynuna kəndir sala, dinmə! Ya ruzunu cəbr ilə əlindən ala, dinmə! Sal başını aşağı və heç baxma yuxarı, Lal ol və danışma! Gər qüssələnib eyləyəsən naləvu-zarı, Mal ol və danışma! Hər bir-iki gün dur ayağa, bağla dükanı, Get bir yavuq həmmamə, uzan, bağla hənanı, Yum gözlərini, dinmə və həm gözlə əzanı, Gər eyləmiş olsan gecə bir tövr xətanı, Get bir suya ta əxz edəsən rahəti-canı. Sal başını aşağa və heç baxma yuxarı, Lal ol və danışma! Ey dil, dəxi dinmə və sükut ol səni tarı. Mal ol və danışma! Gər cümlə təvayif sənə əfsus edə etsin, Axirdə hökümət özünü rus edir etsin, Həm mollaların rus əlini bus edə etsin, İslamı cahanda dəxi məyus edə etsin, Ya etməyə ya ar və namus edə etsin. Şükr et, yegilən bozbaşını, eylə naharı, Lal ol və danışma! Sal başını aşağa və heç baxma yuxarı, Lal ol və danışma! * * * Kitabxana.az · https://kitabxana.az/collections/memmedquluzade-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1932). Public domain (author died 1932). Original text only.