Qəzəllər Məmo bəy Məmai (1849–1918) Ey gözüm nuri, qarari-düi-ürfan, getmə Ey gözüm nuri, qarari-düi-ürfan, getmə, "Məhfili-üns" sənin canına qurban, getmə. Sən ilə gülşəni-ümmiddə güllər açılır, Qönçə tək etməgilən, gəl, ürəyin qan, getmə. Sən ilə cəm idi bu silsileyi-alinəsəb, Etmə bu silsiləni bari pərişan, getmə. Gər tulu etməsə Xurşid camalın bir dəm, Olu zülmətkədə bu Şişeyi-viran, getmə. Olmasın nərgisi-bimarın bu dəm bimar, Qılma bu dideyi-giryanımı giryan, getmə. Yetsə hər dərd sənə ver məni-məhzunə onu Kim, sənin dərdin olur dərdimə dərman, getmə. Ziynəti-bəzmi-məhəbbətdi sənin göftarın, Olma xamuş ki, xamuş olu yaran, getmə. * * * Ey gözüm nuri, qarari-düi-ürfan, getmə Neyləyim, covr eləyir cərxi-cəfakar mənə, Göndərib hər nə qədər covr, sitəm var, mənə. Bəxt tək uz cevirib məndən, əzizani-cahan, Taleim olmadı bir ləhzə mədədkar mənə. Qoymadı dəhrdə bir dəm goz acım, iqbalım, Necə iqbal? Sərasər olub idbar mənə. Qəmküsarım nə qədər var idi, yeksər getdi, Deməyə dərdimi yox bircə nəfər yar mənə. Qalmışam Şişədə, daş icrə qalan şişə kimi, Ləl tək qan yedirib ceşmi-guhərbar mənə. Harı ol zövqü səfa, əhli-vəfa yığnağı? Qalmayıb dəhrdə bir munisi-qəmxar mənə. Ey Məmai, gedib ərbabi-vəfa aləmdən, Xəlqdən indi yetir zəhmətu azar mənə. * * * Bir bikəsi-zarəm, vətənimdə vətənim yox Bir bikəsi-zarəm, vətənimdə vətənim yox, Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox! Mən sahibi-hər məcməi, hər əncumən oldum, Əfsus, nə bir cəm, nə bir əncumənim yox. Viranə qalıb "Məhfili-uns"um, dağılıbdır, Nə yar, nə qəmxar, nə bir həmsuxənim yox. Bir guşeyi-bağ icrə qalıb bikəsu tənha, Nə bir soran əhvalımı, nə bir gələnim yox. Əfsus, bu məxluq hamı kuru kar olmuş, Nə bir gorənim var, nə bir dilbilənim yox. Xunabi-ciyər caridi gozdən gecə-gündüz, Ruxsara axan goz yaşımı bir silənim yox. Goz ilə qulaqdan cəkərəm zəhməti-bihədd, Ruhani əziyyətlər ucun tabi-tənim yox. Bir yanda vətən təhlukəsi canımı almış, Bir fəhra edənim, anlayanım, dərk edənim yox. Ərbabi-kəmalat zamanı getdi, Məmai, Qaldım bu bəla dəştdə, imdad edənim yox. * * * Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc! Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc. Doğruluq mədum olubdur mərdumi-afaqdən, Qovl kəc, əfal kəc, kirdar kəc, guftar kəc. Qalmayıb dadusitəd əhlində əsla duz əməl, Müştəri kəc, sudkəcdir, taciri-bazar kəc. Rastlıqdan dondərib uz cumlə mollavu keşiş, Xirqə kəc, əmmamə kəc, təsbeh kəc, zunnar kəc. Şeşdəri-heyrətdə mat etmiş məni nərradi-cərx, Bağlayıb şeş xanə, oynar, pənc kəc, həm car kəc. Hiyləvu təzviru məkrilə riya xəlqi işi, Qövm kəcdir, xiş kəc, əbbab kəc, əşraf kəc. Nə diyanət, nə əmanət, nə sədaqət, nə vəfa, Görmədim bir düz əməl, gördüm nə qədri var kəc. Ey Məmai, hər nə yazsan doğruluqdan yazgilən, Soyləmə guftari-kəc, yazma belə əşari-kəc. * * * Kitabxana.az · https://kitabxana.az/collections/memo-bey-memai-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1918). Public domain (author died 1918). Original text only.