Qəzəllər Məşədi Əyyub Baki (1866–1900) Səni Kafərdi kor mələk bilə, canə mələk səni, Sultani-hüsnsən yaradıb tanrı tək səni. Verməz yüz ayə, yüz günə kim, çərx, bir təlin, Yüz min əzizi-Misrə də keşməz fələk səni. Nə hür, nə pərisən, əzizizm, nə mahsan, Hansı dililə, söylə görüm, dindirək səni? Yar, danan səni danıb Allaha gəc edib, Xəlq içrə çünki Tanrı yaratmış məhək səni. Məhşərdə üzr istəməyə hər günahıma, Allah hüzuruna aparam mən gərək səni. Göz yaşım ilə bəsləmişəm sərv qamətin, Gözlə ki, tutmasın gözüm axıradək səni. Gər başı üstə gəlmiyəsən can verən zaman, Billahi, Baki gözləyəcək həştərək səni. * * * Viran olu könlüm evi viranə görəndə Viran olu könlüm evi viranə görəndə, Viranə virantər olu viranə görəndə. Billahi, tutub od, yanaram şəm tək axir, Hər yerdə ki, xakistəri-pərvanə görəndə. Aşüft oluram zülfi-pərişan kimi hər dəm, Könlüm kimi hər yerdə sınıq şanə görəndə. Qəmnak olu hər kim məni, ya şerimi görsə, Aqil olu divanə çü divanə görəndə. Yüz hiylə ilə zahidi-xudbinin əlində Kafər oluram səbheyi-səddanə görəndə. Yox məndə nə mey rəğbəti, nə cəzbeyi-saqi, Qan ilə dolar çün məni peymanə görəndə. Dərd əhü oturub bir neçəsi badə içəndə, Çox dərd olumuş onlara biganə görəndə. Nəvvab, Qaradaği, deyəin Növrəsə bari, Kəc fikrə ki, o düşməyə meyxanə görəndə. Baki gözü peyvəstə tökər əşki-xunalud, Hər yerdə ki, yox təxtəpuşi xanə görəndə. * * * Deyin o yara, edir aşiqin səfər, gəlsin Deyin o yara, edir aşiqin səfər, gəlsin, Şikənci-əqrəb ara gizlədib qəmər, gəlsin. Ölüm yetibdi, səba, az qalıb fədası olam, Söylə ki, başımın üstə o didə tər gəlsin. Gülüzlülər nə ki, var, dövrəmə urub halə, Gözəllər içrə o yan gözüm gəzər, gəlsin. Nə Kəbə qiblə bilib döndəriblə üzümü, O taqi-qaşını, billah, üzüın görtər, gəlsin. Şəhadətin yerinə adın əzbər eyləmişəm, Təğafül eyləməsin, vəqt kim, keçər, gəlsin. Bu həsrət etməyimə olmasın deyin razı, Görüm üzünü, verim can, yenə gedər, gəlsin. Gərək məni öz əlilə bu gün məzara qoya, Şikəstə Baki Ölür, eyləyin xəbər, gəlsin. * * * Məni eşq əhlinin divanına divanə yazmışlar Məni eşq əhlinin divanına divanə yazmışlar, Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar. Könül xaki-bəladan, abi-qəmdən çün xəmir oldu, Bu viran olmuşu ol vəqtdən viranə yazmışlar. Qədim nun, taleim dun, həm sirişkim xun, özüm məhzun Görən dibaçeyi-ömrümdə, aya ta nə yazmışlar? Müsəlmanam, məni bidin edən bır türfə tərsadır, Çıxardın adəmi yoldan, bəli, bir danə yazmışlar. Dağılmış mubəmu, hər riştəsi bir nalə saz eylər, Əzəl gündən könlümü pürpiçi-tarə şanə yazmışlar. Üzündə ayeyi-mövtü həyatı görməyib guya? Qədər katibləri ol ayəni Quranə yazmışlar. Yanar, cana, vücudum, dudi əsla aşikar olmaz, Deyən şəmi-bəlaya Bakinin pərvanə yazmışlar. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mesedi-eyyub-baki-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1900). Public domain (author died 1900). Original text only.