Şeirlər Məşədi Əyyub Baki (1866–1900) Şikəstə Qalmışam pərvanə tək, Odlanə-odlanə mən. Rəhm et məni-müztərə, Yığılmış dərd bir yerə, Deyim ya bir kafərə, Ya bir müsəlmanə mən. Bilmişəm qəm çarasın, Yarım telin darasın, Qanlı ciyərparasın Eyləmişəm şanə mən. Deyiz, töküm qanımı, Faş olsun imanımı, Tapşırmışam canımı, Zülfıi pərişanə mən. Qudurmusan, azmısan, Ölüm hökmün yazmısan, Qəbrimi gen qazmısan, Gedim qəbristanə mən. Aşqi məhəbbət basıb, Boynumdan zünnar asıb, Nahaq yerə əl basıb, And içim Quranə mən? Kafər olma, dinə gəl, Dinsizsən, ayinə gəl, Xətanı, qoy, Çinə gəl, Qoy gedim İranə mən. Pozuldu can gülşəni, Öldürdü bu dərd məni, Vəfasızsan, get, səni, Tapşırdım Quranə mən. Gül, çəməndə gül kimı, Günüm keçsin il kimi, Həsrətlə bülbül kimi, Baxım gülüstanə mən. Peygəmbərsən, tarısən, Dındırmə əğyarı sən, Qoyma, əgər yar ısən, Qalım yanə-yanə mən. Çərxi-fələk mahisən, Çox böyük dərgahisən, Əgər sən Allah isən, Səcdə edim hayanə mən? Gah ağlayıb, gah gülüb, Gahi göz yaşım silib, Baki tək həsrət ölüb Yetmədim cananə mən. * * * Bayatılar Düz dağlar, əyri dağlar, Düzəlməz əyri dağlar, Gözün dağı düz çəkər, Qaşların əyri dağlar. Bülbül evi qəfəsdir, Di gəl, axır nəfəsdir, Bir gözüm sənə qurban, Bir gözüm mənə bəsdir. Yar getdi, ağla dağlar, Aləmi dağla dağlar, Yar getdi, can da getdi, Gözlərim bağla, dağlar! Mən aşiqəm, göz yara, Könül yara, göz yara, Nə xoşdur can verəydim, Baxa-baxa göz yara. Bağ verər arzum barı, Əl yetmir üzüm barı, Nə can çıxır, qurtarır, Nə görür gözüm yan. Dərdlilər hər dəm ağlar, Həm sızıldar, həm ağlar, Gör nə günə qalmışam, Əhvalıma qəm ağlar. İşim düşüb bəndə yar, Canım qalıb səndə yar, Məni Allah öldürsün, Sən də qurtar, mən də yar. Gözlərin qara dağlar, Dağ çəkib qara dağlar, Həsrət ölüb Əyyubun, Geyib göy, qara dağlar. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mesedi-eyyub-baki-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1900). Public domain (author died 1900). Original text only.