Gəraylılar Mir Həmzə Nigari (1805–1885) Aşıq oldum gene tazə Aşıq oldum gene tazə Bir nov cavanə, cavanə Hanı bir əhli-dil yazə, Ərzəm cananə-cananə. Qəm əlindən getdim dadə, Dərdimdir həddən ziyadə. Yalvarıram, vermə badə Zulfin Səlmanə, Səlmanə. Cuda duşdum ellərindən, Kəsmədim goz yollarından. Zulfi-Leyla əllərindən Gəzdim divanə-divanə. Bilməzəm ki, ol kərəmkar, Əfv edərmi, gunahım var. Yalvarıram, mar kimi zar Hərdəm yalmanə-yalmanə. Qurdum ulfətin binasın, Yıqdım dunyanın esasin. Nigari, eşq səhrasın Gəzdim mərdanə-mərdanə. * * * Əqlimi ey guli-xəndan Əqlimi ey guli-xəndan, Atdın həvayə-həvayə. Eylədin bulbul tək əfqan, Duşdum ah-vayə, ah-vayə. Qeydi-zulfində, ey mahim, Ərşə yetişibdir ahim. Murəxxəs et, padişahim Məni bir ayə, bir ayə. Ləlindir omrum səfası, Ağzındır dərdim şəfası Ey sənəm, zulfin həvası Əldə sərmayə, sərmayə. Bəndi-bənd gəldim xuruşə, Zovqi yetirdim suruşə. Mayıl oldum cuşə-cuşə, Ləbi həmrayə, həmrayə. Dərsin almış rahibərdən, Mushəfi-ruyi-dilbərdən. Nigari hərdəm əzbərdən Oxur min ayə, min ayə. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mir-hemze-nigari-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1885). Public domain (author died 1885). Original text only.