Qəzəllər Mir Həmzə Nigari (1805–1885) Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar, Tərlədib ruxsan al eylərdi, al eylərdi yar. Ah ol dəmlər, nə dəmlər kim qəzəlgu hər yana, Kakiləfşan, mufışan rəmli-qəzal eylərdi yar. Heyrətim zur eylədikcə vehşigahi-eşqdə, Ünsiyyət eylərdi könlüm, guşmal eylərdi yar. Vəh, nə aləmdir məhəbbət aləmi kim bir məqal, Nim təbəssüm, nim nigəh, halım sual eylərdi yar. Badeyi-dildarlıqla aşiqi məst eyləyib, Başqa halət göstərərdi, başqa hal eylərdi yar. Ey xoş ol saət, nə saət, ey xoş ol halət nə hal, Dilbəranə göftgu, Şirin məqal eylərdi yar. Noldu, ey Miri Nigari, ol zaman kim biqərəz, Eylədikcə min niyazü erzi-hal eylərdi yar. * * * Anlagil eşq nədir, dinlə, nə mənadır bu Anlagil eşq nədir, dinlə, nə mənadır bu! Badeyi-lütfı-xuda, bəxşişi-mövladır bu! İçəlim şamü səhər içrə və lakin bicam, Camə hacətmi olur, badeyi-mənadu- bu! Hərfsiz aşiqi-şeydalərə təlim eylə, Dərsi-əsran nə xoş, dərsi-dilaradır bu! Məxfidir, eşq xəfiyyatı hüveyda eylər, Söylərəm böylə, vəli, gör nə müəmmadır bu! Söyləyin aləmi-əşardə şirin-şirin, Madehi-eşqi-xuda, təbi-şəkərxadır bu! Qasid, ey Mir Nigari, görünür xəndəzənan, Var bir xeyr xəbər aləmə büşradır bu! * * * Cahan bağında, ey bulbul, Nigari kimi yar olmaz Cahan bağında, ey bulbul, Nigari kimi yar olmaz, Mənim tək sinəsi gul-gul bulunmaz, dağidar olmaz. Yaqılmış atəşə varım, alışmış sinədə narım, Yanar canım bu odların, desəm duzəxdə var olmaz. Dəgil bihudə kim, bulbul, yanar əlbət, qılar qul-qul, Vəlakin mən kimi, ey dil, bulunmaz dağidar olmaz. Yaqılmış odlara varım, dağılmış collərə narım. Gorənlər beylə odlarım, deyər bir belə nar olmaz. Alıbdır canımı qəmzə, duşubdur konlumə lərzə, Hər bir aşiq Seyid Həmzə, hər bir dilbər Nigar olmaz. * * * Bəxtim bana uz verdi, şərabdarə yetişdim Bəxtim bana uz verdi, şərabdarə yetişdim, Opdum ayağın, kaseyi-sərşarə yetişdim. Hər şamu səhər kaseyi-sərşar ilə omrum Sərməst kecib, badeyi-əsrarə yetişdim. Nəqqaşi-əzəl cəkdi bənim nəqşimi aşiq, Bu rutbeyi-həq dad ilə didarə yetişdim. Oldum həme dəm nəqşi-Nigarim ilə məşğul Əl dəgmədi bir karə, qələmkarə yetişdim. Bəxş eylədi ol sərxəti-məşqim bana bir hal, Pərkarə nə hacət, elə bir karə yetişdim. Hər şamu səhər seyri-suluk eylədim axir, Xaki-qədəmi-Əhmədi-Muxtarə yetişdim. Əlminnəti-Lillahi ki, ey Miri Nigari, Kamim bana yuz acdı, kərəmkarə yetişdim. * * * Nə qəmim var cahan icrə bənim, yar bənim Nə qəmim var cahan icrə bənim, yar bənim, Nəyim əksikdi bənim, yar bənim, var bənim. Sayeyi ali-əba, badeyi-əshabi-səfa, Xərməni-feyzi-bəha, cəzbeyi-əhrar bənim. Sazu sazəndə qəzəl, cuşu xuruşi-sevda, Xubi-şirin hərgəhi, təbi-şəkərxar bənim. Azu cox, hər nə ki var bəzmi-hərifan icrə, Malikanəm, həme dəm kaseyi-dəvvar bənim. Hər yanə badə fəşan kaseyi-irsal etdim, Bəzmlərdə cəkilən sağəri-sərşar bənim. Bilmədim kim, necə karim, necə kirdarim ucun Qırdı başimdə butun bizeyi-dildar bənim. Şukur, ey Miri Nigari ki, xərabat icrə Cəngu ahəngu qədəh, şeri-şəkərbar bənim. * * * Didəbanam rəhguzari-şahı gozlər gozlərim Didəbanam rəhguzari-şahı gozlər gozlərim, Baqmazam qeyri yola, şəhrahi gozlər gozlərim. Seyr qılam kubəku, avaz verəm babi-bab, Barigəhi bəklərəm, dərgahi gozlər gozlərim. Vaqifi-yarəm, vəlakin bixəbər əğyardən, Qafilə goz verməzəm, agahi gozlər gozlərim. Zərrə mənzurim dəgil, dunya və mafiha, vəli Aləmi-dareyndə bir mahi gozlər gozlərim. Soyləmə sərbəstə, ey Seyid Nigari, aşikar Soyləsə kim, bir kərə, Allahı gozlər gozlərim. * * * Ey könül, uyma gəl, ol turreyi-tərrarlərə Ey könül, uyma gəl, ol turreyi-tərrarlərə Bəndəlik etmə Məsihi kimi zunnarlərə. Yıqar, əlbəttə yıqar, axırı bərbad eylər, Versən, ər mənzifi-şəhin şahi əğyarlərə. Cəkəlim badeyi-səba, tutalım cam ətəyin, Can fəda eyləyəlim məsti-qədəhxarlərə. Söylə, ey peyki-səba, hali-pərişanımızı, Nə deyir sultanımız, binəva nacarlərə. Əcəba, varmı əsrarə xəbərdar, deyin, Beylə kim, carə olurmu bu giriftarlərə? Nəyçün iftadələrin halını sormaz, nəyçün, İltifat eyləməz ol xəsteyi-didarlərə?! Necə ah eyləyəyim, Miri-Nigari, konlum Mubtəladır ləbi mul, arizi gulnarlərə. * * * Eşq zor eyləsə, ey dil sana, məğlub olsan Eşq zor eyləsə, ey dil sana, məğlub olsan, Söyləmə batiləm əsla, de ki, həqqəm, həqqəm. Bu həqiqət yoludur, bunda bulunmaz batil, Batiləm söyləmə məhza, de ki, həqqəm, həqqəm. Söyləmə batiləm əsla, sana xamuşluğun Xeyrdir, söyləsən əmma, de ki, həqqəm, həqqəm. * * * Dərdü möhnətin, ey sənəm, sənəm Dərdü möhnətin, ey sənəm, sənəm, Eşq ilə çəkən, bir mənəm, mənəm. Arü-varini rahi-mehrdə, Tarümar edən bir mənəm, mənəm. Çəkmişəm cəfa, eylə bir vəfa, Sən də ələta can sənə fəda, Rahi-mehrdə zari-binəva Tarükül vətən bir mənəm, mənəm. Yari nazənin, hüsnü-biqərin, Şahrahdə intizarkeş, Qəm çəkib həmin eyləyən bina Xaneyi-həzin bir mənəm, mənəm. Eyləgil xitab, verməgil əzab, Üzdən al niqab, eyləgil səvab, Texmi-mehrini rəşki - afıtab Sinəyə əkən bir mənəm, mənəm. Cismi - pürhəva, könlü püməva, Badeyinişin, fərdi-biqeva, Kəndi-kendinə köftgu edib Ağlayan, gülən, bir mənəm, mənəm. Dəstü pafişan, cəngü tarsız, Ahü naləzən, gülüzansız, Məsti-sərmədi, nəngü arsız, Rindeyi-köhən bir mənəm, mənəm. Eylədim dilə, eylə bir səda, Qopdu Bisütun, oldu kim həma, Dedi, rəhnüma, afərin mana, Boylə kuhkən, bir mənəm, mənəm. Ərşə vəlvələ, fərşə zəlzələ, Saldı seyheyi-nayi-şöhrətim, Babi - eşqdə indi sübhü şam, Kusü təblzən bir mənəm, mənəm. Eylədim nida, vermədi səda, Kimsə gəlmədi, qaçdı Əhriman, Kar-zarda şirü divgir, Mərdi - filfikən bir mənəm, mənəm. Ey sitəmzədə, nəfsə mübtəla, Gəl əmanıma eylə iltica, Dari-əmandır ziri-damənim, Dafeül fitən bir mənəm, mənəm. Ləfzi-canfəza, təbi - xoşəda, Nəzmi - dilrüba, hərfi-dümüma, Sözü kimiya, simu-zər, gövhər Dəmbədəm tökən bir mənəm, mənəm. Qövlibibədəl, ləhcəsi gözəl, Rindeyi-əzəl, nazənin qəzəl, Söyləməz həzəl, xub göftgu Söhbəti Həsən bir mənəm, mənəm. Ləmeyi hüzur, eylədi zühur, Ey Nigari, yar aldı üqdəni, İndi xoşzəbən Turi-mehrdə Kelimi süxən bir mənəm, mənəm. * * * Əlhəmdülillah, fikrimdir Allah Əlhəmdülillah, fikrimdir Allah, Fikrimdir Allah, əlhəmdülillah. Könlümdə, dildari dilxah, Dilxari dilxah könlümdə, vallah. Zikrimdir Allah hər bir məhəldə, Hər bir məhəldə zikrimdir Allah. Tövbəti lillah əcəb riyadən, Əcəb riyadən tövbətü-lillah. Əstəğfırullah birahlıqdan, Birahlıqdan əstəğfırullah. Keçməzəm bəzmi səmadən, Bəzmi səmadən keçməzəm, billah. Virdimdir Allah, Seyyid Nigari, Seyyid Nigari, virdimdir Allah. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mir-hemze-nigari-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1885). Public domain (author died 1885). Original text only.