Qoşmalar Mir Həmzə Nigari (1805–1885) Ey cununi-Leyla, aşiqi-şeyda Ey cununi-Leyla, aşiqi-şeyda, Məhəbbətdir ancaq sirati-minhac. Ey talibi-movla, ey əhli-sovda, Oldur təriqəti-sahibi-merac. Soyləyim bir nuktə əhli-dunyayə, Sanmasun ərbabi-dili bimayə, Hərdən əyməz dunyayi-mafihayə Kimin sərində var eşqdən bir tac. Ərbabi-dil baqmaz artıq sevdayə, Təsir etməz tohmət əhli-rusvayə. Fikr eylə kim, neylər əhu-dəryayə Məhabəti-dərya, kəsrəti-əmvac. Şamu səhər səy et, ey əhli-sovda, Gərce xətərnakdır təriqi-Leyla. İmdad eylər sana ulfəti-movla, Cunki həmdəmimdir ol şiri-qəllac. Eyləsə təriqi-sovdadə qərar. Ta kim uz gostərə xeyməyi-dildar. Ey Seyid Nigari, hasil olur kar, Eyni-inayət ki baqsa bir qiyqac. * * * Ey istəyən yari, sevən dildari Ey istəyən yari, sevən dildari, Mülki-məhəbbətdə gərəkdir ixlas. İxlas ilə eylə kari-kirdari, Gir təriqi-xasə, eylə qəlbi xas. İxlasinə hərgiz verməgil xələl, Ta yetişsin sana feyzi-bibədəl. Böylu qurulubdur qanuni-əzəl: İxlas ilə olsun kari-xas ixlas. Fəryadinə yetsin eşqi dildarin, İmdadina yetsin pərvərdigarin. Ey dil, şamü səhər olsun izkarin, Təriqi-vəhdətdə sureyi-ixlas. Sıqın eşqi-yarə, şövqi-dildarə, İstəazə eylə pərvərdigarə. Dəryayi-əsrarə, dürri-şəhvarə, Ey dəli dil, eylə kəndini qəvvas. Mütrib kim saz eylər, ələ alıb tar, Məşuqi kim söylər şövqilə dildar. Seyid Nigaridə qalmaz ixtiyar, Vəqt kim rəqs eylər eşqlə rəqqas. * * * Ey dili-pursovda, talibi-Ənqa Ey dili-pursovda, talibi-Ənqa, Qafi-eşqdə var əsrari-duşvar. Məgər kəşf eyləyə ol sirri movla, Yoxsa mumkun dəgil kimsəyə izhar. Zərrə nə fəhm etsin dəşti-kamuni? Qətrə nə anlasın bəhri-Ceyhuni? Cun necə soyləsun sirri-bicuni? Bəs soylə, kim etsun izhari-əsrar? Sanma kim, asandır ilfəti, əgər Rubadən kəmtərdir andə şiri-nər. Sındırıbdır cox şahinlər şahpər, Həvayi-Ənqayə nəhayətmi var? Gərci xətərnakdir təriqi-dilbər, Vəhm etmə kim, həmrahindir xeyli ər. Həm rəhnimunindir sədiqi-Kərrar, Həm rəhbərindir Heydəri-Kərrar. Ey Seyid Nigari, ey dili-sadə, Kuyi-həqiqətə eşqdir cadə. Cəkmə ələm kim, yetərsən muradə, Dutubsan daməni-Əhmədi-Muxtar. * * * Şamu səhər, ey dil, vəchi-dildarə Şamu səhər, ey dil, vəchi-dildarə, Sərf eylədin nəzər kim oldun mail. Zərrə qədər yer qalmadı əğyarə. Gostərdi uz dilbər, məhv oldu hail. Cakər eyləmiş kim, səni bir şahid, Hasil olmuş sana ulfəti-cavid. Şukr eylə kim, buldum dovləti-xalid, Ey dəli dil, ey bəndeyi-İsmail. Kəmali-eşqə kim eylədin iman, Gostərdi uz sana yəqini-canan. Sərvəri-xubanə bəxş eylədin can, Bəxş eylədi sana ruhu-şəmail. Girdin kim, meydanə mərdi-mərdanə, Vermədin bac Təhəmtəni-dastanə. Eylədin kim, ta xidməti-şahanə, Şahənşahdan gəldi sana həmail. Oynadarsan ki, top, qılırsan covlan, Cəkərsən ki, cilə, atarsan peykan. Ey Seyid Nigari, ey mərdi-meydan, Ey fənni-hunərdə ustadi-kamil. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mir-hemze-nigari-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1885). Public domain (author died 1885). Original text only.