Şeirlər Mir Həmzə Nigari (1805–1885) Qarabağ Sinəmə çəkilən qara dağımdır Qara bağrım qanlı Qarabağımdır Qan əkər, odlar tökər Miri-Nigari məgər Yad qılıbdır yenə Qarabağ torpağını Eşqin kanı Qarabağdır məkanım Bülbülü-şeydayam, cənnət yerimdir Əvvəl başdan Qaraqaşdır bostanım İndi gülüstanım Qarapirimdir. Bir qönçə gülünün tarımarıyam Görüm abad olsun ol Qarabağı Bir gözəl ceyranın giriftarıyam Şənlik olsun dağı, bağı, ovlağı Gözlərimdən hər dəm qan - yaş tökülür Sərvtək qamətim yaytək bükülür. Sinəmə çal-çarpaz dağlar çəkilir Yadıma düşəndə Çilgəz yaylağı Xabları Huridir, Mələk mənzərdir Sözləri şirindir, şehdü-şəkərdir Cənnəti-Məvadır, Hovzi-Kövsərdir Qaraqaş yaylağı, Həmzə bulağı. Ey Nigari, ömrün erişdi payə Salmadı başıma ol sərvi sayə Can qurban eylərəm peyki səbayə Xəbər versə bir gün ol Qarabağdan. * * * Əzm eylə diyari-Şirvanı Əzm eylə diyar-ı Şirvanı Qət eylə rəh-i Azərbaycanı Bir yer diyəm ismi Qarabağ Cənnət yeri vü abı şir ü qaymağ (divan c.I, s.) XXX Bir mövziyi xoş fərah-fəzadır. Dünyaya behişt desəm, səzadır. Bir mülki vasi vü sevad-ı əzam Sünbülləri pıç-pıç ü dərhem Qərbiyyəsi Gökçə-gah-ı xuban Şərqiyyəsi Bad-kubi Şirvan Sərhəddi cənubisi Arasdır. Gör həddi-şimali xoş nəfəsdir. Bu dairənin üçündə guya Bir mərkəzi can olupdu pəyda Irmağı ve uyunu bi nihayət Enharına yoqdu had u gayet Cennet gibi hər mahallidir bağ Hər bir tərəfdən bağu ırmağ Kühəylanı ve huyuli misli ahu Vaxşane baqışı ve şirin teka vü pu Xoş ləvn ki zağferan vü ipek san Enamı geyik ü sürüsü ceyran Anbər nefesan-ı ahu-vanı Bi gaye ki san Hıtay-ı sani ….. Ənfası həvası anbər əfşan Səhraları lalezar-ı numan Yaylağı inayeti ilahi Məcmuai hub-ı hayməgahı ….. Hər canibi səbz, hər tərəfi bağ Anın içün ismidir Qarabağ Seyrangahı xoş, naziri dil-şad Şiraz degil naziri vü Bağdad İradı kəsir ü ərzı-münbit Bəhrədarı-Misirdən füzun dut Mahbubları abıri vü şəng Ziba-yi-Misir yanında diltəng Sığmaz buna lazım ey birader Vasf-ı Qarabağa özge defder Mevla vere ömrü bir zamanı Islam ile bir də görek anı Öp hakini feth et kelamı Toprağına bizden et selamı Zira ki qədimi darımızdır Ser menzili Şah Nigarımızdır * * * Kitabxana.az · https://kitabxana.az/collections/mir-hemze-nigari-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1885). Public domain (author died 1885). Original text only.