Kitabi-tarixi Qarabağ Mir Mehdi Xəzani (1819–1894) Bismillah ər-Rəhman ər-Rəhim BİSMİLLAH ƏR-RƏHMAN ƏR-RƏHİM Hemdü sənayi-bihədd və ədəd ol maliki-külli-məmalik və xaliqi-küllixəlayiqi-xüdavənde şayistə və layiqdir ki, taci-dövlət və şərafəti və külahi-izzət və səadəti hər kimin başına layiq bilsə qoyar və hər kimsədən nəz edib soyar ki, filhəqiqə dövlət və bəxtiyarlıq və sultan və sərdarlıq və hər növ sahibi-ixtiyarlıq məhz onun kərəmi-əmim və lütfi-qədimindər ki, xaliqi aləm və aləmiyan və saneyi-zəminü asiman və müğəllibi-övzai-zaman və xəbər-dari-cəmii-aşikarü nəhandır cəllət əzəmətəhü ve əmmət nemetehu. Və bedə çün sahibani-əql və bəsirətə və hüşməndani-əhli-fərasətə bu əmr vazeh və məlumdur ki, keçən güzarişat və vəqayeyi-qədim əhval və təvarixi bilib və xəbərdar olmaq və hər vilayətin keyfıyyət və övzaina mülahizə qılmaq insan üçün baisi-ibrət və bəsirət və əz cümlə səyahət və mərifi və ziyadəti fəzl və mənfəətdir. * Bəsirəti-əhli-ibrət sanma hər cahildən əxz eylər, Süluki-əhli-təriqi mürşidi-kamildən əxz eylər. Seyahəti-bəhrü bərr seyri deyil ərbabi-ürfanə, Ki, talibi-rəsmi-hikmət arifı-aqildən əxz eylər. Bu mənalara görə bəzi məxadimi-cani və əxlan-ruhani, o cümlədən sərdəftəri-ərbabi-məani və mehri-sipehri-izzət və rüfət və nüktədani-alicahinicabəti-iktibah ki, səramədi-ərbabi-bəsirət və növnəhali-riyazi-nəcabət idi, səvabiqi-irtibat və təzayidi-iltifatları səbəbinə bu mühibbi-xeyirxah və raciyiiləllah Axund Seyid Mir Mehdi ibn mərhum Mirhaşım bəy ibn Mirzə Məhəmmədbağır-əl-Musəvi-ər-Rəzəvi, vəziri-vilayəti-sülseyi-Məşhədül müqəddəssiyül-əsl və Qarabağiül-məskən, mütəxəllis be-Xəzanidən xahişmənd oldular ki, bir kitabi-məcmueyi-müxtəsər tərtib və təsnif edib və vazeh türki lisanına tərcümə qılıb yazam ki, Qarabağ vilayətinin qədim və cədid övza və keyfiyyətləri və xəvanini-sabiqeyn-mərhumin Pənah xan və İbrahim xan və Mehdiqulu xanın ənsab və əhval və bəzi vəqaye və hekayətləri və Rusiya dövləti ilə İran dövlətinin təlaqiyi-əvaillərdə vaqe olan pareyi-cəng və ədavətləri onda cəm və mündərəc ola ki, həm mütaliə edənlər əhvali-vilayətə müttələ olub bəsirət qıla və həm bu duaguyi-müxlisdən mütəzzəkkir xatir olunmaq üçün yadigar qala. Əgərçi mən özümdə o ləyaqəti görməz idim və bu cür hadisələri yazıb qələmə almağı ömrünü sərf edib kağız üzərinə qeyd etməz idim. Bununla belə zəbanitürki, xüsusən istilahati-əhaliyi-Qarabağ tamam adi, bərbəzəksiz və çox sadə olduğu səbəbə heç cür yazı ki, mərifət sahiblərinə təqdim etməyə layiq ola əmələ gəlməz idi və əgər sözlər dəyişilib qanun-qayda çərçivəsinə sığışsaydı və başqa ifadələrlə yazılsaydı, təmiz türk dilində olmazdı. Lakin şul məxdumi-əzizin xatiri-şərifləri ziyadə əziz olmaq üçün əmrindən təcavüz etmək əmri-müşkül olurdu və bu mətalib tələbkarı olan bu nüsxə təlif və tərğimini həmin bu türki istilahati-Qarabaği ilə təmenna qılardı. Fehəza təhriri mavəcə əhvalı lazım bir zəmmə bilib tərğiminə şüur etdim. Ümid ki, mütaliə edənlər müayibi üçün bəndəni müatib etməyib məsadiqinə görə həqiri məfuz və məzur buyuracaqlar, minallah tovfıq. Bu kitabça bir müqəddimə və iyirmi dörd fəsil və bir xatimə ilə itmamə yetişdi. Ya rəbb, nə olur qəbuli-dərgah ola bu, Hər məcməi-xassü amə həmrah ola bu. Lütfün bu səvadə bir şərafət verə kim, Ərbabi-vəfa görəndə dilxah ola bu. * * * Amma müqəddimə. Bu hekayətlərin əsil əvvəl raqım və ravilərin bəyan edər AMMA MÜQƏDDİMƏ. BU HEKAYƏTLƏRİN ƏSİL ƏVVƏL RAQİM VƏ RAVİLƏRİN BƏYAN EDƏR Çün mərhum Mirzə Camal qalabəyi Məhəmməd xan bəy oğlu Cavanşir Dizaği əlli il qədri mərhumeyi-İbrahim xan və Mehdiqulu xan xidmətlərində mirzəlik edib və Qarabağ vilayətində dəxi vəzarət əmrində olub və xanların hökumət əyyamı münqəzi olandan sonra müddəti-mütəmadi yenə Rusiya dövlətində xidmətkar və kargüzar olub qocalmışdı və özü dəxi ülumi-ərəbiyyə və farsiyyə və türkiyyədən xəbərdar və təvarix kitablarında və müsini və kardan kəslərdən təfəhhüs qılmaqda və hər gunə işlərdə kamil və huşyar idi və Qarabağın cəmi əhvalatına və hər növ nağıl və hekayətinə dürüst müttələ və xəbərdar idi. 1847 tarixi-məsihiyyədə ondan sərdari-sabiqi-məmaliki-səneyiQafqaziyyə general-adyunfanter sahibi-ənvayi-həmayilat knyaz qraf Mixail Semyonoviç Voronsov əhvalati-xəvanini-sabiqəni xahiş buyurmuşdu. Mirzə Camal dəxi onun fərmayişinə görə əhvalati-Qarabağı və parəyi-vəqayeixəvanini-mərhumani-mütəfərri-qədən müfəssəl edib ona mərğum və mərsul qılmışdı. Onun köhnə və faris nüsxəcatı mütəfərriqə mənim yanımda hazır idi. Həmçinin kapitan Mirzə Adıgözəl Göranlı Haqverdi bəy oğlu, Qazaxi-ül-əsl dəxi özü bir zirək və kamil adam idi ki, o da mərhum Mehdiqulu xanın hökuməti- əyyamında onun hüzurunda hörmət və ixtiyar sahibi olmuşdu və ondan sonra sərhədlərdə nayiblik edib və sabiq komendantlar və naçalniklər yanında kargüzar olmuşdu və özü dəxi erməni və rus və gürcü dillərin və ərəbi və farsi istilahatın yaxşı bilirdi . Haman Mirzə Adıgözəl dəxi, Rusiya hakimlərinin bəziləri ondan xahiş etməyinə görə, o da yenə bir para güzarişaş və vəqayei ki, məzkur xanların əsrlərində Qarabağda və Gəncə və Tiflis və Şirvanatda vaqe olmuşdu, bir kitabça tərtib edib yazmışdı. Onun həm surəti yanımda var idi və bunlardan əlavə təvarixi-qədimlər həm mövcud idi. Bu kitabı onlardan məxuz və mərqum edib tərcümə və təlif etdim. Ümid ki, xilafı olmaya. İnşallah təala. * * * Əvvəlinci fəsil QARABAĞ VİLAYƏTİNİN ƏSİL ABADLIĞINI VƏ SINUR-SƏRHƏDİNİ VƏ ONDA OLAN QƏDİM ŞƏHƏRLƏR VƏ NƏFLİ KÖHNƏ ARX VƏ NƏHİRLƏRİ BƏYAN EDƏR O ki qədim təvarixə görə Qarabağ vilayətinin sınur və sərhədi budur: Cənub və qiblə tərəfi Araz çayıdır ki, Xudafərin körpüsündən gedir ta Sınıq körpüyə ki, Dəmirçi-Həsənli və Qazax əhlinin içində vaqedir ki, əmnayi-dövləti-Rusiya ona Krasmy most adı qoyublar, yəni Qızıl körpü derlər. Şimal tərəfi Kür çayıdır və məşriq tərəfi Cavad qəryəsidir ki, orada Araz ilə Kür suyu bir-birinə mülhəq olub gedib dəryayi-Xəzəriyə müttəsil olurlar və məğrib tərəfi böyük dağlardır ki, Qarabağın və Gəncənin və Qazax Şəmsəddin xalqının yaylaqlarıdır. Amma keçən əsrlərdə bəzi zamanlar iğtişaşlıq çox olub, bəzi övqat İran və Rum və Türküstan padşahları bu vilayətlərə təsəllüt tapıblar. Övzai-zəmanə mütəğəyyar olduğu səbəbə bəzi məkanlarda qalalar salıb və qeyri-sayaq abadanlıq edib, əlahəddə sərhədlər qoyublar və qeyri-ismlər ilə mövsüm ediblər. Övzai-dəhrü kari-cahanü dövrü-ruzigar, Daim təğyir ilə təbdil qılıb şüar. Bundan qiyas eylə ki, gör gahi yay olur, Gahi xəzanü, gahi zimistanü, gahi bahar. Gah səfavü eyşü təravətdə gülü çəmən, Məcmu səbzü xürrəm olur bağu laləzar. Gah fəsürdəxatir üşşaq tək zəmin, Fəsli-xərif cümlə nəhifü fükarü qar. Güldən gedər o ətrü səfa gördüyün tamam, Biçarə əndəlib olur bağdan kənar. Gəh bir zəlili qaldırırbən dəhr edər əziz, Eylər cəhanə xosrovi-sultani-tafdar. Gəh bir əzizi sərvərü sultanü xan ikən, Eylər bu ruzigari-cahanda zəlilü xar. Ari Xəzani dəhrdə bu rəsmdir qədim, Əlbəttə bu fənayə könül vermə zinhar. Şimdi Qarabağda sərhəd budur: Cənubiyyən rudi-Arazdır, Xudafərin körpüsünün ta Cavad, Əlvənd və Zərdab kəndlərinin müqabilinə (kimi). Şərqiyyən Kür suyudur. Qərbiyyən kühüstanatü-əzimi-Qarabağdır ki, Köşbək və Salvartı və Ərikli dağlarıdır. Şimaliki, Gəncə ilə Qarabağın sərhədidir, Göran çayıdır. Bu Qarabağ vilayəti Aran məmləkəti cümləsindədir. Ol zaman ki, Nuh peyğəmbər əleyhissəlam əsrində tufan oldu, tufan keçəndən bir müddəti-mütəmadi keçəndən sonra Nuh peyğəmbərin övlad və əhfatından bir kimsə Aran adlı gəlib bu vilayətlərdə malik və hökmran olub, bu məkanları abad edibdir və Kür suyu ilə Araz çayının arasında vaqe olan şəhərlərə və vilayətlərə ki, ibarət ola Tiflis və İrəvan və Naxçıvan və Gəncə ki, imdi Yelizavetpol ad qoyulubdur və Qarabağ vilayətində vaqe olan Bərdə və Beyləğan şəhərlərinə ki, imdi hər ikisi də xarabalardır, tamam bunlara öz ismini qoyub Aran müsəmma edibdir. Buna görə ki, onun öz adı Aran imiş və dəxi əvvəl şəhər və qala ki, Qarabağda bina olunub Bərdə şəhəridir ki, Tərtər çayının üstə və Kür suyunun üç ağaclığında və qiblə tərəfində vaqedir və ol şəhərin əhli qədim sabiqdə xaçpərəst imişlər. Xulafayi-sabiqi bəni Abbasiyyə ki, şəhri-Bağdadı bina və abad edib və darül xəlafə qılıb əyləşdilər. Həmin əsrdə ki, tarixi-islamiyyə sənə 306 hicridə mütabiqi-sənəyi-məsihiyyə 889 sənədə o şəhərin əhli müsəlman oldular və ondan sonra Beyləğan şəhəri Qarabağda səmti-Araz da bina olub. Onu da Qubad padşah ki, İran və fars padşahlarının cümləsindəndir o, bina edibdir ki, təxminən min beş yüz il olur və bəlkə daha dəxi ziyad ki, haman Qubad padşah rudi-Arazdan bir əzim arx götürüb səhrayi-vəsiül-fəzayi Beyləğanda şəhər bina eyləyib Köndələn çayı ilə Qarqar çayının arasında yaxşı kəndlər salıb, əmlak və məzrəələr rəiyyətlərə təyin və təqsim etdirib, abadlıq və məmurəlik qaldırıbdır ki, hamı o aralıq bağ, ziraətgah və abadlıq imiş və qədimül-əyyamda o arxın adı Bərlasdır ki, imdi Govur arxı kimi məşhur olubdur. Dəxi haman şəhər və nəhr və kəndlər abad idilər, tainki islam tarixi 695-ci hicridə Çingiz xanın qoşunu gəlib o şəhəri mühasirə eylədilər və bir neçə aydan sonra oranı təsəllüt tapıb, o şəhəri qətliam buyurub şul arxı və şəhəri viran və xak ilə yeksan etdilər. Əhaliyi-Qarabağ dəxi təmamən mütəfərrin olub dağlara və Şirvanat vilayətlərinə dağıldılar və Çingiz xanın əhvalı budur ki, yazıblar: Çingiz xan ibn Yəsukay Bahadur ibn Bərtan ibn Fil - əvvəl adı Temuçin idi. Səneyi 649- cu tarixdə Zilqədə ayının 26-cı günündə anadan mütəvəllüd olub ta otuz yaşına yetişənədək işi çox tənəzzüldə idi. Elə ki (yaşı) otuzdan təcavüz eylədi, günbəgün əhvalı və bəxti-dövləti və calalı qəvi olub ismi Çingiz xanı ona itlaq olundu. Əzəmət və şövkəti qayətdə tərəqqi bulub, tamam məmaliki-Quran və Xatay və Xubən və Çin və Maçin və Dəşti-Xəra və Seqestin və Bulqar və Valan və Rusiya, dəxi qeyri müsəxxər edib sahib oldu. Dəxi şul zamanda İran padşahı Sultan Məhəmməd Xarəzmşah idi. Müddətlər Çingiz xan ilə mabeynlərində ülfət və saziş və dostluq var idi, tainki Xorasan hakimi Sultan Məhəmməd Xarəzmşahın ittilai və izni ilə beş yüz nəfər tüccadi Türküstani Çingiz xanın tabelərindən olalar, Xorasan diyarında qətlə yetirib çox əmval və əcnas və nəfanelərini qarət və təsərrüf etdilər. Bu səbəbə Çingiz xan əzim qeyznak olub, bihədd olan qoşun çəkib İran məmalikinə mütəvəcceh oldu. Dəxi hər tərəfdən əsakiri-naməhsur İran hüduduna məmur və müqərrər özü dəxi Muğan və Mazandaran səmtindən hərəkət eləyib əsgəriməmaliki-İrana qalib oldu və qətli-am eylədi. Yazıblar ki, məcmui İranı müsəxxər qılıb, bir növ qətlü-am eylədi ki, heç bir təvarixdə belə iş görülməmişdi. Həmin ildə adı çəkilən Beyləğan şəhərini dəxi şöylə qətlü-am və şəhər və arxını viran və yer ilə yeksan etdi. 711-ci ildə yenə Turana müraciət qılıb müddəti-iyirmi beş il tamam məmalikə padşahlıq edib axır ki, 724-cü tarixdə Ramazan ayında dari-qüruri-fənanı vida edib vəfat etdi. Beyt: Bəli, belədir rəsmü-ayini-dəhr Nə lütfu olur paydar, və nə qəhr. Əlqissə, çox müddətlər Qarabağın Beyləğan şəhəri və o nəhri-əzim xaraba qaldı.Tainki Teymur padşahi-Qurqani ki, məmaliki-Türküstandan Rum məmləkətinə ləşkər çəkib və Rum məmalikinin sultanı İldırım Bəyazid ilə cəng və davalar eylədi və sultani-Ruma qalib olub oradan müraciət edən zamanda bu sərzəmin cənibindən qayıdıb gəlib bu vilayətlərə. Güzarı Muğan və Beyləğan şəhərinə düşüb bir neçə müddət Arazbar səmtində əylənib təfərrür və tamaşa edərkən o məkan qayətdə xoşuna gəlib, dübarə onun abad olmağına əmr eylədi və dəxi ətraf və cəvanibdən rüaya və xalqları cəm etdirib, yenə Beyləğan şəhərini abad qılıb və haman arxı təmir edib suyun o şəhərə cari eylədi və ondan bir müddət abad olub. Pəs Səfəviyyə padşahları əsrlərinə yavuq, İran əsgərləri Rum və Gürcüstan və Şirvanat tərəfinə gəlib-getməkdən və tərəddüd etməkdən yenə oralar xarab olub, sakinləri dağılıb pərakəndə oldular; ondan ta indiyədək o şəhər və nəhr bərbad və viranə olub, hənuz qalıbdır. Fil həqiqətə o arx çox böyük və əzim arxdır və çox mənfəətli və mədaxilli arxdır. Əgər təmir oluna, onun altında hər qəsmi ziraat və məhsulat əmələ gələndir. Bağ və əbrişəm, çəltik, taxıl, pambıq, bostan, maş, küncüt və hər növ məhsul yaxşı əmələ gəlir. Əgər bir çetvert buğda ziraət olunsa otuz çetvert Müqayisə üçün bax: Mirzə Camal Qarabaği, Qarabağ tarixi, səh.12. , bəlkə ziyadə əmələ gəlir və cəmin-əqsami-məhsulat və hübubat orada olandır. Xüsusən darı və çəltik ki, təxminən əgər bir çetvert əksələr olur ki, bəlkə əlli çetvert ya ziyadə əmələ gələ və ziraət olunmağı dəxi asandır ki, iki öküz ilə yaxşı əkmək olur, əgər bu arx yaxşı təmir olub yaxşı nizam və zabitə ilə ola, əlbəttə ki, əqəllən altı, yeddi min ev dəxi ziyadə orada rifahallıq ilə və fəraqəti-tamam ilə güzəran və təiş edə bilərlər ki, kəndlər salıb və bağ və ziraət qaytarıb ənva və əksam mədaxillər hasil edib nəfbərdar olarlar və vüsət ilə güzəran qılalar Dəxi bu Govur arxı məşhur və məzkur olandan əlavə yenə neçə arxlar vardır ki, Arazdan Beyləğan şəhərinə və səhrasına qədim zamanlarda çıxarıblar ki, hər bir arxın üstündə yaxşı böyük kəndlər abad olub mərğub güzəran edə bilərlər ki, hər birisi yüz, iki yüz ev ola. Qəllədən və çəltikdən və bağdan və ipəkdən və pambıqdan və sair ənva mədaxilatdan gəlirlər hasil edib, çox yaxşı kamil vüsət ilə məişət və güzəran edərlər. Əgərçi şəhriBeyləğan təxminən dörd-beş yüz ildən ziyadə olur ki, xarab olubdur, amma o qeyri kiçik arxlardan mərğumeyi-Pənah xanın və İbrahim xanın əvail hökumətlərində abad olanı var idi ki, xanlar həm nəfbərdar olardılar. Haman kiçik arxların adları bu təfsil ilədir: Kürək arxı, Meymənə arxı, Luvar arxı, Gəmiçi arxı, Sarı arx, Ayaz arxı, Xan arxı, Taşqay arxı. * * * İkinci fəsil ƏSARİ-SABİQDƏ QARABAĞ VİLAYƏTİNİN ADƏTİN VƏ QAYDALARIN VƏ TƏBƏƏLİYİN BƏYAN EDƏR Cənnətməkan Səfəviyyə padşahlarının əsrlərində xəvanini-Gəncənin əsilləri Qacariyyədir və məşhur Ziyadoğluna aid edirlər idi. Həmə vəqt onlar şahaniSəfəviyyənin müxlis dövlətxahları və xeyir-xahları və safül-əqidə dərgahları var idilər və daim o dudman rüfət bünyanə xülumi-tam ilə xidmətgüzar və sədaqətşüar olduqları səbəbinə əksəri-övqat onların əhdlərində bəylərbəyi sahibikar və sərdari-külli-ixtiyar həm olardılar. Belə ki, Sınıq körpü yuxarı Sürüdaş Gürcüstan ilə və puli-Xudafərin və Araz çayı Azərbaycan ilə onların sərhədləri olub və həmişə Gəncədə sakin və hakim olublar. Və bəzi zaman Azərbaycana dəxi hökumət ediblər. Çün 1148-ci ildə Nadir şah özünün səltənətinə cülus edib məmaliki-İrana padişah oldu. Əvvəl səhrayi-vəsi ül-fəzayi-Muğanda qışlaq və binayi çadır və otaq qoyub tamami-məmləkəti-İranın üməra və üləmasın və əyan və əkabir və ərkani-dövlətin o məkanə cəm edib onlara dedi ki, əyyühənnas Sizlərə vazeh və rövşəndirlər ki, məmaliki-İranı hər tərəfdən əcnəbi və biganələr əl tapıb qarət və viran və tarü mar etmişdilər. Həqq-təala tofiqi ilə təmamitəvayifı biganələrdən xilas etdim və səy ehtimam edib təsərrüfə getdim, şimdi həm həzrəti şah Təhmasibi-Səfəvi hazır və məlum və həm oğlu Abbas Mirzə əgərçi tifli çahar salədir, yenə mövcud və mənzur hansı birisin layiq və məsləhət bilirsiniz təhti-səltənətdə mütəməkkin edin. Mən özüm də sizinlə ittifaqi-kəmər xidmətlərin miyançecanə üstüvar edib, xülusi-təmam ilə xidmətgüzar və cansipar olaq. Pəs əhaliyi İran hamı əyan və əkabir təmamən müttəfıq ülləfz və lisan bu kəlamatı təqrir və bəyan etdilər: “Çün bizim can və malımızı və namus əyalımızı müxaliflər çəngində əsir və dəstgir və əhaliye-zülm əlində müqəyyid və məhbus və biəmir ikən, siz himayət və siyanət buyurub xilas edibsiniz. Gərəkdir ki, bizim sultanımız və padişahımız yenə sizin vala-cənabınız ola ki, sizin vücudiməsudinizdən qeyri heç kimsə səltənəti-İranı vərtəq və fətəqi-mümümmaticahani kəmayanbəqi dolandırmağa şayəstə və sizavar ola bilməz”. Hərçənd Nadir şah üzv və təhaşa edib, qəbuli-əmri-səltənət eylə-məzdi, amma xəlaiq qəbul etməyib, israr və ilhahı həddən keçirdilər. Axır ki, qəbul edib məzkur sənədə evrəngi-səltənətə cülus edib, məsnədi-şahlıqda mütəməkkin oldu. Pəs şul məclisi-üzəma və məc-məyi-kübərayi-şura Muğanda bu güftəgu və mühavirə və müşavirələr müddəti bir ay və bəlkə ziyadə çəkdi. Haman vaxtlarda Gəncə xanı Ziyadoğluları pünhan və aşkar çox səy və təlaş edirdilər ki, Səfəviyyə nəslindən qeyri heç kəs kimsə əcnəbilərdən İrana şah olmasın və sair əsnafi-biganə balişi-səltənətə söykənməsin. Bunların bu gunə fıkir və təlaşın tamam Nadir şaha xəbər aparmışlar. Elə ki Nadir padişah oldu və təxti-səltənətdə qərar qıldı, Ziyadoğlular nəzərdən düşüb, Nadir şahın məğzubi oldular və əz bəs ki, ocaqi-əzim və dudmani-qədim var idilər, o səbəbə görə bunlara qeyri-tənbeh və siyasət rəva görməyib həmin məratib və mənasiblərin və nemət və təvabelərini alıb əfsurdəhal və məqsurulcəlal etdi. Belə ki, Qazax Borçalını ki, ilati-mötəbər idilər, xəvaniləri ilə Gürcüstan valisinə təfviz etdi və Qarabağın ilatın ki, Kəbirli və Cavanşir və Otuziki ola, sürüb Xorasana aparıb Sərəxs torpağında məskun etdi. Xəmsə əraminə mahalların dəxi alıb, mütləqül-inan qılıb buyurdu ki, lazım olan mühümmatlarını vəqti-ləvazimdə özləri əlizəcat ilə məzuri-pişgahi-hüzur etsinlər. Pəs xəvanini-Gəncənin hamı ixtiyarları əllərindən gedib, məslubül-ixtiyar və mütkəsirül-bal oldular. Amma Nadir şah əsrindən irəli Qarabağın tamam ilatı və Xəmsə mahalları və Bərgüşad və Həkəri çayları əgər ki, kiçik xanlar Cavanşir və Otuziki və Bərgüşad ellərinin içində olublar, amma hamıları tamamən Gəncə bəylərbəyisinə tabe olubdurlar. Gah zaman dəxi Azərbaycan sərdarının ziri-hökmündə olublar. Bəd öz an ki, Nadir şah Gəncə və Tiflis və Qarabağ və İrəvan və Naxçıvan və Şirvanatı Rum əhlinin qanunlarını təsəllüblərindən çıxarıb öz təsərrüfünə götürdü. Bir qəlil müddətdə bu vilayətlər Gəncə hakiminə baxdılar. Amma sonra Azərbaycan bəylərbəyisinə tabe oldular. Belə ki, hər mahalların və ellərin içində xanlar və məliklər və mübaşirlər olardılar. Amma xədamati-divani və fərmayişi-padişahi-sərdari-Azərbaycanın əmri və mərifəti ilə əncamə yetirdilər. Tainki Nadir şahı 1160 cı ildə cəmadül-axır ayının on beşinci gecəsi ki, yekşənbə gecəsi idi , Fəthabad mənzilində Məhəmməd bəy Qacar, Qacar İrəvanlı və Musa bəy Gündüzlü, Əfşar Qarimi və Qoca xan Əmirli, Əfşar Urmulu, Nadir şahın qardaşı oğlu Əliqulu xanın işarəsi ilə və Qırqulu Saleh xan Əbivərdinin və Əfşar Məhəmmədqulu xan Keşikçibaşının və hafeyi-keşiklərinin ittifaq və icvaları ilə öz ordusunda sərapərdə içində yatmış yerdə başını kəsib kuyi-baziye-tiflan eylədilər və o baş ki, xaqan və qeysərə sərəfrazlıq edirdi, ayaqlar altında paymali-ətfal etdilər. Pəs ondan sonra vilayətlər məğşuş və pərişan və məmalik xərab və viran olub, zəmanə qeyri nəsəq və siyaqə mübəddəl oldu. Bilmüəllifəhu: Övzai-dəhrü kari-cahan dövri-ruzigar, Daim təğyir ilə təbdil qılıb şüar. Bundan qiyas eylə ki, gör gahi-yay olur Gah xəzanu, gahi zimistanu, gahi bahar. Gah səfavu eyşü təravətdədir çəmən, Məcmu səbzü xürrəm olur dəştü kuhsar. Gah fəsürdəxatir üşşaq tək zəmin, Fəsli xərif cümlə nəhifu fükaru qar. Güldən gedər ətrü səfa gördüyün təmam Biçarə əndəlib olur bağdan kənar. Gəh bir zəlili qaldırubən bəhr edər əziz, Eylər cahanə xosrovi-sultani-tacidar. Gəh bir əzizi-sərverü sultanu xan inək Eyler bu ruzigari-cahanda zəlilü xar. Ari, Xəzani dehrdə bu rəsmdir qədim, Əlbəttə bu fənayə könül vermə zinhar. * * * Üçüncü fəsil PƏNAH XAN MƏRHUMUN ƏSİL VƏ NƏSƏBİNİN VƏ QARABAĞ VİLAYƏTİNDƏ HÖKUMƏT QILMAĞIN VƏ İSTİQLAL BULMAĞIN BƏYAN EDƏR Mirzə Camal mərhum yazar ki, Pənah xanın əsil-nəsəbi Cavanşir Dizaq elindən və Sarıcalı oymağındandır ki, Sarıcalı həm qədim Bəhmənli elindən bir firqədir ki, əyyami-sabiqdə Türküstan məmləkətindən gəliblər. Amma Mirzə Adıgözəl və başqa adamlar rəvayət edərlər ki, Pənah xan mərhumun əsil-nəsəbi Arqun xan Çingizə yetişir. Guya belə nisbət veriblər ki, dudmani-Çingiziyyənin dövlət və səltənətləri münqəriz olandan sonra o nəsildən birisi fərar edib gəlib əvvəl Gürcüstanın Lori qalasında məxfi və mütəvari olub, sonra xavaniniGəncənin işləri tərəqqidə olan zamanda gəlib Gəncədə onlara xidmət edərmiş. Sonra ali olan hümməti şöylə xanlara xidmət-güzar olmağı özünə ar bilib, oradan Qarabağa gəlib Cavanşir içində bəxti-cavani-yarıt qılıb, çox dövlət və mal və həşəm üz verib və bir fərzəndi-ərcüməndi və bir mövludi-səadətməndi dəxi təvəllüd edib ki, hüsni-vəcahəti və camali-bilətafəti həddən ziyad imiş. Pəs ol əxtər bürci-nəcabətə və ol mehr-süpehri-şərafətə Əli müsəmma ediblər və çün cəmali-rüxsarı və dürrbar olan məqal və göftarı ata-anasının gah misal olan qülubi-xatirələrini kəhrəba kimi məczubi-məhəbbət etmişdi. Bu səbəb kəsrətiməhəbbətdən və nəhayəti-mehrü ülfətdən ona Sarıca Əli xitab ediblər və əz bəski dövlət və müknəti və malü qəniməti ziyad olduğu səbəbə yanında naxırçı və ilxıçı və çoban və muzdur və xidmətkar çox olublar. Həmin obanın adı o zamandan Sarıca Əlili qalmışdır və Pənah xan dəxi şul nəsildən əmələ gəlmişdir. Əlqissə, Pənah xanın ata-babası həmişə Cavanşir içində məşhur və məruf və sahibi-üsmü rəsm və nanü sahibi-hörmət və dövlətü ehsan olmuşlar və atasına İbrahim Xəlil ağa derlər imiş ki, çox qövm və qəbilə sahibi və arxa və əqrəbası ziyad olan şəxs imiş ki, vaqiən dövləti bipayan və avazəsi məzkurül-lisan və məşhuri-cahan olmuş. Belə ki, Ağdam qəryəsində bağı və damı və divarı və Arazbarda çarpayının mərabei və əsarı və yaylaqda həm İbrahim Xəlil ağa Qalağı deyilən imarəti və nişaneyi-ali miqdarı vardır. Bir nişanələri dəxi əllərində və bilfel Mehdiqulu xan evində Səfəviyyə padşahlarından fərmanları və rəqəmləri vardır. O cümlədən Şah Abbasi-sani Səfəviyyədən 1083-cü ildə və zilqədə ayında yazılıb , İbrahim Sultan Budaq Sultan oğlu Cavanşir adına ki, hakimi-ali-Cavanşir və Otuziki müxatib olub və yeddi yüz otuz nəfər süvari qoşun böyüyü və sərkərdəsi edib və məbləği-doqquz yüz tümən və yeddi min altun təbrizli məvacib müqərrər imiş ki, Pənah xanın cəddi imiş. Bu cür nişanələr, onların rüfət və nəcabətinə dəlili-vazehdir. Pəs o vaxtlarda ki, Nadir şah Əfşar Gəncə və Tiflis və Qarabağ və Şirvanat vilayətlərinə təsəllüq tapdı, qaydası bu idi ki, hər bir el və obanın və kəndin içində ki, bir kimsəni rəşid və kardan və zirək bilsə və eşitsə idi, götürüb öz hüzuruna onu xidmətkar və kargüzar edər idi. Və mənsəb və məvacib və hörmət verər idi. O cümlədən Cavanşir əhlindən qoşun cəm edən vaxtda İbrahim Xəlil ağanın böyük oğlu Fəzləli bəyi ki, asari-nəcabət və cəladət və rəşadət cəbindən zahir və namayan idi, aparıb hüzurunda əvvəl naib edib, sonra eşikağasılıq mənsəbinə münasib görüb öz qapısında saxlayıbdır. Əz qəzayirirdigar Fəzləli bəy bir az zamandan sonra vəfat edib, sonra kiçik qardaşı Pənah xanı ki, ilat arasında Pənahəli bəy Sarıcalı Cavanşir məşhur idi, şah eşidir ki, qardaşı Fəzləli bəydən dəxi rəşadətli və fərasətlidir, götürüb hüzuruna əvvəl böyük qardaşının mənsəbini və məvacibini ona verir. Sonra günbəgün rəşadətinə və hüsnü-xidmətinə görə mənsəb və məvacibini və rütbəsini artırır. Şul vaxtda ki, Nadir şah Gəncə və Tiflis və İrəvan və Naxçıvan və Şirvanat vilayətlərini Osmanlı sultanının qoşunlarının təsəllütlərindən çıxardıb Abdulla paşa Köprülü oğlu vəziri-əzəmiRum yüz min qoşun və çox top və tədarükat ilə sultani-Rum tərəfindən məmur olub gəlmişdi ki, Nadir şah ilə cəng edə. Nadir şah Gəncə mühasirəsinə məşğul ikən Abdulla paşanın şul əzim əsagirləri ilə İrəvana gəlməyini eşidib, Gəncə üstə qoşun qoyub; özü əlli min qoşun ilə Abdulla paşaya müqabil gedib Naxçıvan və İrəvanın Arpa çayında davalan vaqe olub, Rum qoşununu basıb və Abdulla paşa vəziri-əzəmi Rüstəm bəy Kürd Qaraçurlunu öldürüb başını Nadir şah hüzuruna gətirmişdi. Bəd əz Gəncə və Tiflis və Şəki və Şirvan və Naxçıvan və Qarabağ və İrəvan və sair bu vilayətlər tamam Nadir şahın təsərrüfunə yetişib Rumun qoşunların şəhərlərdən və qalalardan mürəxxəs edib, sair əsir və qoşunları Abdulla paşanın nəşi ilə Rum vilayətinə göndərib asayiş hasil etdi. Tamam şul davalarda Pənah xan rəşadətlər göstərib, həmə vəqt səfərdə və həzərdə Nadir şahın hüzurunda doğruluq ilə yaxşı qulluqlar və sədaqətlər edib, bu səbəbə şah hüzurunda sahibi-mənsəb olub, mərcu olan xidmətə sədaqəti-tamamilə qiyam edərdi. Neçə il bu minval ilə olub, günbəgün şahın mərhəməti ona ziyad olub, tay və tuşdan mənsəbi və mərtəbəsi artıq olur. Belə ki, paxıl və həsud kimsələrin adətidir, bir para şərir və bədxah adamlardan şah hüzurunda Pənah xanın qiybətini edib, məxfi və aşikar o qədər yaman sözlər qondarıb danışıblar ki, ta şahın məğazını Pənah xan mərhumdan mütəğəyyir ediblər. Elə ki Pənah xan əhvali-həqiqətdə bu növ görüb, canının qorxusundan dəxi dura bilməyib, o vaxta ki, şah Xorasan vilayətində imiş, fürsət tapıb zeyldə mərhum olan yeddi nəfər əqrəba və əğvam müxlisləri ilə oradan qaçıb, Qarabağ vilayətinə gəlibdir: Pənah xan, oğlu İbrahim xan, Lütfəli bəy Sarıcalı Pənah xanın bacısı oğlu, Seyidəli bəy, Hacı Məhəmməd bəy, Şahverən bəy, Hümmətəli bəy, Küküş bəy oğul-tamami Sarıcalı. Elə ki onun bu növ fərar etməyi şaha məlum olub çaparlar göndərib ki, bəlkə yollarda onu tutub gətirələr. Müyəssər olmayıb, ondan fərmanlar və hökmlər Azərbaycan sərdarına və Gəncə və Tiflis və Şirvan hakimlərinə yazıb ki, Pənah xanı hər yerdə tapalar, tutub şah hüzuruna göndərələr. Haman o vaxtlarda Pənah xanın ev və əyal və əqrəbaları Cavanşir ellərinin içində ki, şahın hökmü ilə Qarabağ vilayətindən köçürüb Xorasan məmləkətinə və Sərəxs torpağına aparmışdılar, orada qalıb və orada əhli-əyal və sair qövm və əqrəbalarını əgərçi şahın əmri ilə incidib və cərimə edib və zəhmətlər veriblər. Nəhayət, bir fayda hasil olmayıb. Pənah xan qaçıb özünü Qarabağ torpağına yetirib haman öz xəvasları və parə əqrəbaları ilə gahi Qarabağın dağlarında və meşələrində quldursayaq dolanıblar və gahi Nuxa vilayətinin Qəbələ mahalında övqat keçiriblər. Əlqissə, bu minval ilə iki-üç il güzəran ediblər. Tainki 1160-cı ildə Nadir şahı Xorasanda qətlə yetirdilər. Əhvali hamı bu vilayətlərə məlum oldu. Ondan sonra Pənah xan qorxudan çıxıb Qarabağ ellərinin içində özün zahir edib və yaxşı zirək və rəşid cavanlardan öz başına dəstə cəm edib, dəsti-qarəti-Gəncə və Şəki və Şirvan və Naxçıvan və qeyri vilayətləri aşıb, çalıb və çapıb götürüblər. Pəs öz məxsuslarını və hamı o cavanları ki, yanında var imişlər ev, at, əmlak, libas və yarağ sahibi edib. Bu əsnalarda xəbər yetişib ki, ilati-Cavanşir və qeyrilər ki, şahın hökmü ilə köçürüb Xorasana aparmışdılar, Nadir ki, məqtul olub təmamən xodsər köçüb öz əsil vətənlərinə mütəvəcceh olub gəlirlər. Pəs haman cəmiyyət ki, Pənah xanın yanında var idilər, onları götürüb ta İraq və Azərbaycanın sərhədinədək haman ellərin istiqbal və qənşərlərinə gedib, vəqti ki o ilat və camaatlar və qövm və əqrəbalan onu salamat və şöylə barüfət gördülər və yanında o növ xəvas və nökər və mülazimlər müşahidə qıldılar, hamısı həmdü şükürlər edib xoş-hal və məsrur oldular. Oradan bilittifaq Pənah xan ilə gəlib Qarabağ torpağına daxil oldular və hər kimsə öz əsli olan yerlərində və yurdlarında və məkanlarında fərağət olub əyləndilər. Çün, ilat əhli və Pənah xanın əqarib və əşairləri təmamən bivəz və çapılmış və soyulmuş və qarət olmuş və biqizü təfriqə olmuşdular. Və çox qürbət və zəhmətlər çəkmişdilər. Mərhum Pənah xan onlardan çox kəramət cavanlara at və əmlak verib özü ilə müttəfiq qılıb gedib Şirvan, Şəki, İrəvan, Gəncə və Qaradağ vilayətlərindən çalıb və çapmağa məşğul olub, hamı cavanları vəz və övza və əsbab sahibi edib və sair xalqlara dəxi at və mal və əsbab xələt vermək ilə özünə rəğbət qazandı və bir para bəziləri ki, düşmənçilik və müxalifət başladılar, onları dəxi bozxast və tənbeh və qətlü qarət etmək ilə özünə müti və münqad edib heç kimsənin Cavanşir və Otuziki və sair ilat və dəhat camaatlarından qadir olmadılar ki, Pənah xanın əmrindən və hökmündən və itaətindən təxəllüf və təcavüz edələr. Pəs Pənah xanın avazəsi tədric ilə müttəşir olub hər yerdə hekayəti və hər vilayətdə şöhrəti məzkur oldu. Elə ki Şirvan və Şəki hakimləri bu növ ilə Pənah xanın Qarabağda ümur və istiqlalını eşitdilər. Özlərinə bu əmri zərər və müxəl bilib bir-biri ilə göftü gu və müşavirələr edib, axır səlah bunu gördülər ki, hər ikisi ittifaq olub qoşun və cəmiyyət tədarük edib, Pənah xanın dəfinə kəməri-hümmət bağladılar. Çün o vaxtlarda Qarabağın xəmsəyi-əraminə mahalları Pənah xana müti olmamışdılar. Cavanşir və Otuziki və pareyi-ilat və dehatdan savayı qalan mahallat və vilayət itaət qılmamışdılar. Pəs səlah belə gördü ki, ilat içində bir münasib məqamda bir qala binası edə ki, hərgah ətraf xanları onunla dava və müdafiə məqamına gəlsələr labüdən ev və əyal və əqrəbalarını orada mühafizət qılsın. Bu xüsusda lazım olan böyüklər və xəvasları ilə tədbir və müşavirə və məsləhət qıhb, onların səlah görməkləri ilə Bayat qalasını ki, imdi Kəbirli mahalındadır, bina qoyub və təcil ilə bir az zamanla hasar çəkib və möhkəm xəndək və bazar və məscid və hamam təmir edib, tamam ev və əhlü əyallarını və qövmü əqrəbalarını və böyük kəslərinin ev və əyallarını və əhli-mahaldan mötəbər kimsələrinin evlərini orada cəm edib və ətrafdan hətta Təbriz və Ərdəbil və Qaradağ əhllərindən əhli-sənət olan xalqlardan həm götürüb orada qəsəbə və şəhər kimi məğam bina eylədi və dəxi xəlayiq ətraf və cəvanibdən Pənah xanın avazeyi-hörmət və məhəbbət və müraatın eşidən kimsələrdən ev və əyal və külfətlərilə gəlib onun yanında orada məskən ixtiyar eylədilər və Bayat qalasının binası 1162 hicridə miladi ilə 1745-ci tarixdə vaqe olub əncam və ixtital buldu. Elə ki Bayat qalası istehkam tapıb Pənah xanın işi binayi-tərəqqi və istehkam hasil etdi günbəgün cəmiyyəti və kisrəti və rüfəti və avazeyi-istiqlal və istiqrar və şöhrəti mütəzayid olub, bu avazə Şəki və Şirvan xanlarına artıq gəran və nagüvar gəlib öz bəski, Pənah xanın özündən və qoşunundan və cəmiyyətindən və adamlarından onlara zərər və nöqsanlar çox yetişmişdi və gələcəkdə dəxi özlərinə müxəll və yaği hesab edib, onun bu cür iddia və istiqlalını və təzayid əhvalını və rövnəqi-karını xəlafiməsləhət və özləri üçün nöqsan və zərəri-dövlət və rəfahət bilirdilər. Bu səbəbə Şirvanın və Şəkinin xanları hər ikisi ittifaq edib öz təvabelərindən çox qoşun fərahəm edib cəmiyyəti-tamam ilə Pənah xanın dəfinə və Bayat qalasının üstə gəldilər və qalanın ətrafını kəsib mühasirə etməyə məşğul oldular və Pənah xan dəxi yaxşı, rəşid və nami olan atlılardan, öz qövmlərindən və karaməd mülazim və təvabelərindən götürüb hər iki-üç gündə bir dəfə çıxıb qaladan kənara, bir meydani-vəsi ki, düşmən qoşunu ilə qala arasında vaqe idi, orada tərhi-cəng salıb və dava edib, mərdanəliklər edərdi ki, tamam Şirvan və Şəki qoşunları xaif və hərasan olardılar. Bu minval ilə bir ay və ay yarım müddət mühasirə və dava olub xəvanin Şəki və Şirvan heç bir zəfər Pənah xana və təvabeinə və cəmiyyətinə tapa bilmədilər və dəxi hər gün və gecə qarət və zərəri-külli at-ulağlarına və qoşunlarına yetişib, axır gördülər ki, Pənah xana bir qələbə başarmayacaqlar, gəlməklərinə peşman və pərişan olub, qayət bidamaq və pərişanlıq ilə oradan köçüb geri qayıtdılar və çün xayib və xasir müavadət edirdilər. Yolda Hacı Çələbi ki, Şəki hakimi idi, bu sözü dedi: “Həqiqət Pənah xan, xan idi. Amma biz ki, gəlib belə qayıtdıq, onu şah qayırıb getdik” və bir də dedi ki, “Pənah xan şimdiyədək bir sikkəsiz gümüş idi. Amma bizim gəlib bu növ ilə qayıtmağımızla ona sikkə vurub getdik”. Bu sözlər əhamünnas arasında şimdiyədək zərbülməsəl olub qalmışdır. Əlqissə, Şəki və Şirvan qoşunları dağılıb hər kəs öz mənzil və məkanlarına getdilər. Pənah xanın bu müqəddəmələrdən sonra avazeyi-istiqlal və hökuməti və rəşadət və rüfətinin sədası və şöhrəti hər yerdə ziyad olub ruzbəruz tərəqqi qılıb, ondan sonra Xəmseyi-əraminə mahallarını özünə müti etmək əzminə düşdü. * * * Dördüncü fəsil XƏMSEYİ-ƏRAMİNƏ MAHALLARININ ƏSİL VƏ NƏSƏBLƏRİNİ BƏYAN EDƏR Bu Qarabağda ki, beş mahal bundan əqdəm Xəmsə mahalı işlaq olurmuş və şimdi hər birisi bir qeyri-ism ilə adlanırlar, çünki bu mahalati-məzkurə ədəd heysiyyəti ilə beş olmağına görə Xəmsə deyiblər. Zira ki, ərəb dilində beş ədədə “Xəmsə” itlaq edirlər və şul mahalatdan birisi Dizaq mahalıdır və məlikləri Məlik Yegan idi, əsilləri Loridən gəlmədirlər və keçmişdən ixtiyar sahibi mötəbər məliklərdirlər. Xüsusən, mərhum Nadir şahın əsrində və onun səltənət əyyamında çox tərəqqi və təmtəraq ilə olublar və Nadir şaha Məlik Yegan çox şayəstə xidmətlər edib və ixlas və sədaqətlər zühura yetiribdir. Nadir şah ona çox iltifat və nəvazişlər edib, həttadır ki, Məlik baba xitab edərmiş və şul Yeganın övladı çox müddəti-mütəmadi Pənah xan ilə ədavətlər edib, yaği oldular. Çox zamanlar cəng və münaziə qıldılar. Aralarında uzun zamani-təvil və naireyi-qətl və atəşi-cidal-müştəil olub, gahi qalib və gahi məğlub olub. Axırül-əmr Pənah xanın özünə və övladına haqq-taala yarlıq edib, onlan məğlub və mənkub qıldılar və təsəllüti-tamam ilə qalib və faiq oldular. O nəsildən neçə nəfəri məqtul edib və neçə nəfəri dəxi hifzi-bədəni lazım bilib, bəsti-darüləman imanə mültəği olub nicat tapdılar. Əgərçi, irəli çox zəif hal və münkəsirül bal olmuşdular. Amma sonra mərhum Mehdiqulu xan əsri və dövləti-Rusiya zamanı yenə Məlik Aslan bəy və oğlanları tərəqqilər bulub mahallara hakim və naib olub, əyani-vilayət cümləsindən məhsub oldular. İkinci Vərəndə mahalıdır. Məlikləri Məlik Şahnəzərgillərdir ki, onların əsli dəxi Göyçə nücəbalarındandır. Oradan fərar edib gəliblər və Qarabağın Vərəndə mahalında məlik və hökmran olublar. Məlik Şahnəzər Pənah xan əsrində çox mütəməvvil və dövlətli və varlı idi. Əvvəl keyfıyyəti bu növdür ki, Məlik Şahnəzərin əmisi Məlik Hüsü Vərəndə mahalında məlik idi. Məlik Şahnəzər bir para səbəblər cəhətinə əmisi Məlik Hüsünü qətlə yetirdi və özü onun yerində məliklik məsnədində oturdu. Bu səbəbə görə tamam Xəmsə məlikləri onun bu növ hərəkəti səbəbinə ona müddəi və düşmən oldular və onun dəf və rəfini vəcheyi-hümmət qıldılar. Hamısı ittifaq edib, cəmiyyəti tamam ilə onun üstünə gəldilər. Pəs Məlik Şahnəzər dəxi Çanaxçı qəryəsində qala tərtib edib onlar ilə dava başladı. Məliklər qoşun ilə gəlib onu mühasirəyə saldılar. Səylər edib qalanı o dəfə almağı başarmadılar. Məlik Şahnəzərin tavabeində olan kəndləri yəğma və qarət edib, müahidə etdilər ki, əyyami-zimistan münqəzl olub bahar fəsli olanda, dübarə ittifaq ilə qoşunlar fərahəm qılalar. Gəlib qəleyi-Çanaxçını alalar və Məlik Şahnəzərə nə ki əldən gəlir eyləyələr. Elə ki onlar müraciət qıldılar və hər kəs öz məqər və məqamına varid oldular, pəs Məlik Şahnəzər fikir və əndişələr edib, məsləhət vaxtı səlahkarı belə gördü ki, Pənah xan ilə ki, o şol vaxtda cülusi-vilayətdə təzə və şöhrəti və tərəqqisi bülənd avazə olmuşdu, binayi-ülfət və itaət və rüsmü-ixlasi-müvafiqət möhkəm edə, tainki onun müavinəti və yarlığı ilə düşmənlərinə faiq gələ. Bu tədbiri xatirində müsəmmim edib tühəf və hədayalar və layiqli sovqatlar ilə Çanaxçıdan süvar olub, Pənah xanın hüzuruna getdi və ona itaət etdi. Elə ki mərhum Pənah xan dəxi bu növ görəndə qayətdə xoşhal və fərəhnak olub, şöylə böyük sahibi-hörmət və sahibi-dövlət şəxsin itaətini özünə səadəti-əhval və amədi-iqbal bilib, ziyad olan izzət və hörmət və nəvazişlər eylədi və günbəgün dəxi hörmət və ehtiramın mütəzayid edib, heç bir mütalibatın müzayiğə etməz idi. Əlqissə, Məlik Şahnəzər ki, çox danəndə və sahibi-tədbir və huşmənd və zirək adam idi. Bu tədbir ilə müddəilərinə qalib oldu. Dəxi ondan sonra Xəmsə məlikləri ona səmt getmədilər və müzahim və mütəərriz olmağa cürət etmədilər. Əlhəqq, Məlik Şahnəzər həmişə oğlu Məlik Cəmşid ilə Pənah xana və İbrahim xana sədaqətlər göstəriblər və onların yanında mənzuri-nəzəriatifət olublar və heç vaxt xanlara bir ədavət və xəyanət etməyiblər. Hətta ki, Məlik Şahnəzərin bir qızı Hurizad xanım İbrahim xanın kəbinli zövcəsi olub, aralarında ülfət və sədaqət birlə qürabət həm hasil olmuşdu. Üçüncü Xaçın mahalıdır. Qədimdən məlikləri Məlik Həsən Cəlalyan övladı olub və o nəsil aradan gedəndən sonra bir müstəqil məlik olmayıb və hər vaxtda bir kimsəni məlik ediblər. Ta Pənah xan əsrinədək və şul əsrdə Xaçın mahalında məlik Ulubab nəvadəsi ixtiyar idi. Çün Pənah xan əzm-cəzm eylədi ki, əhaliyi-mahali Xaçını öz itaətinə gətirsin. Əvvəl onlara təklif edib, dəvət eylədi. Elə ki gördü rahatlıq ilə icabət və itaət qəbul etməzlər və ta quşmali-bəliq olmayınca rəftar ilə yol getməzlər, ondan sonra süvarilər cəm edib onların qətlü qarətinə əl açdı. Əhaliyimahali Xaçın övzai bu növ mülahizə edib, Ballı qaya müsəmma olan məkanı ki, bir möhkəm və qayətdə müstəhkəm məqam idi, özlərinə məlaz və mömən edib və səngəri möhkəm qayırıb orada sığınaq eylədilər. Və yaxşı çabun olan tüfəngçilərdən iki minə yaxın cəm edib mühəyyai-cədal və müdafiə oldular. Pəs Pənah xan mərhum pareyi-rəşid və nami olan atlı və piyadələrdən götürüb onların səngərlərin qəl və bərhəm və maddeyi-fəsadların dəf və dərhəm etməyi lazım və əhəmm büib haman səngərlərinə yürüşə başladı, dəxi üç gün və üç gecə müavidət qılmayıb, atəşi-peykar və naireyi-cəngü cüdal tərəfeyndən təskin bulmayıb, mərdanə səy və guşişlər etdilər. Üçüncü günü həməlati-dəmiranə ilə onları səngərdən çıxarıb sındırdılar və basıb dağıdıb çox adamların məqtul, övrət və uşaqların küllən əsir və dəstgir, əmval və əsbablarını hamı tarac və kəsib edib, kamil olan qətlü qarət zühura yetirdilər. Bədəz an mənsur və müzəffər oradan aşağa gəlib dəxi sair camaatlar üçün ibrətün-nazirin olmaqdan ötrü Xaçın çayının başında şol məqtul olanların başlarından bir kəllə-minar qayırıb, üç yüzdən ziyadə baş o minarədə kəsb eylədilər. Elə ki bu müqəddimə vaqe oldu və mərhum Pənah xandan şöylə növ rəşadət və siyasət zühura gəldi ki, o tövr səb və möhkəm məkanda və şöylə düşvar dağın qülleyi-kuhda vaqe olan möhkəm səngərdə iki mindən ziyadə çabun tüfəngçini və sığınaqlarını dağıdıb, qətlü qarət edib şöylə kəllə-minarə tikdilər. Pəs tamami-xəlayiqi-ətraf xaif və hərasan olub məcmu ətrafın əhliləri və Xəmsə mahalının qalanları qorxuya düşüb, tamami Pənah xanı sayardılar. Dəxi əhaliyi-mahali-Xaçm Pənah xana müti olub, bir dəxi tüğyan və üsyan təriqinə getmədilər və ondan sonra bir də təmərrüd və müxalifət xəyalı etmədilər. Bəd əz an Xızınstanlı məlik Mirzəcanı onlara malik mənsub etdi ki, sonra onun oğlu məlik Allahverdi və ondan nəvadəsi məlik Qəhrəman məliklik camından sərməst oldular. Dördüncü Talış mahalıdır. Əyyami sabiqdə məlikləri var idi, Şirvandan gəlmə. Amma onlar münqəriz olub sonra məlik Usubgillər cülus etmişdilər. Gülüstan qalasını məlik Usub təhdi-təsərrüfə gətirib orada sükunət ixtiyar qılmışdılar ki, haman məlik Usubun orada ixtiyar və məlik olduğu illərdə Pənah xan cülus edib, onlar ilə davaları başladı və axırda məlik Usub tənha əhdə eyləməyib Çiləbörd məliki Məlik Hatəm ilə həmdəstan və müttəfiq oldu və Pənah xan ilə cəng və davalar qıldılar. Dörd ilə müddəti çalışdılar və hərçi səy və guşiş etdilər, axır bir zat başarmayıb fərar qıldılar. Mülk və mahallarına Pənah xan mütəsərrif və malik oldu. Onlar müzməhil və münqəriz oldular. Necə ki zeyldə müxtəsər mərqum olacaqdır. Beşinci Xəmsə mahallarından Çiləbörd mahalıdır. Məlikləri məlik Allahqulugillərdir ki, onlar da əlhəqq qədimi-ocaq və sahibi-təmtəraq imişlər. Əsilləri Mağavizdən gəlmədir. Gəlib Çarmıx qalasını ki, Tərtər çayının arasında vaqedir, özlərinə məlaz və məskən qayırıb maliki bilistiqlal olublar və çox şöhrətlər qılıblar. Belə ki, Nadir şah ilə Osmanlı dövlətinin sərəsgəri Abdulla paşa Köprülü oğlu dava və müharibə etdilər. O davalarda Məlik Allahqulu çox rəşadətlər göstərib və xidmətlər zühura yetirib. O səbəbə Nadir ona sultanlıq verib, xələt və ənam və mənsəb sahibi eyləmişdi və şul Allahqulu sultan məliki mahali- Çiləbörd, Pənah xanın təzə əvvəl cülusunda ki, Ağdamda olurmuş, xanı görməyə gedib və o halda Heydərqulu xan-hakimi-Naxçıvan dəxi Pənah xana mehman gəlmiş imiş. Orada mülaqat hasil olub, bu Allahqulu sultanı ki, Heydərqulu xan Naxçıvani bu calal və təmtəraq ilə görüb Pənah xana xatirnişan edib işarə qıldı ki, bu tövr sultan bu təşəxxüs və hişmət və dimağ ilə sənə itaət etməz və iki sahibi-iddia və sahibi-calal bir şəhərdə yola getməz. Səlah budur ki, bu dəfə bunu buradan getməyə qoymayasan ki, sonra öhdəsindən gəlmək müşkül olur. Və bir də bunu belə dama salmaq çətin hüsul qılır. Pəs Pənah xan Heydərqulu xanın bu səlahdidini eyni-səvab bilib haman vaxt Allahqulu sultanı orada qətlə yetirdi və maneyi-vücudunu aralıqdan götürdü. Və dəxi ondan qardaşı Məlik Hatəm onun məsnədi-məlikliyinə malik olub, Talış məliki Məlik Usub necə ki, fövqdə işarə olundu, ittifaq edib öz əmisini dəxi həla-kətə yetirib, Məlik Usub ilə həmdastan və həmraz olub, Pənah xan ilə nəğmeyi-müxalifəti saz etdilər və Çarmıx qalasını ki, bir möhkəm qala idi, özlərinə mömən və məskən edib, ədavət və nifaq rəyətini əfraştə qaldırdılar və müddəti dörd il təpuri-müharibələri əfsurdə olmayıb, atəşi-müharibələri müştəil var idi. Hər qədər ki, Pənah xan onlara təklif və tədbir etdisə, itaətə gəlmədilər və kərrat ilə qoşun yığıb onların üstünə - Çarmıx qalasına yürüş edib həmləavər oldusa, qalanın möhkəmliyi səbəbinə ala bilmədilər. Axırül-əmr onları təngnayi-mühasirədə təngə gətirmək və cana yetirməyi məsləhət bilib hər nə ki, dağdan aşağa məhsul və ziraətləri var idi, qarət və pamali-mərakib eylədilər və güzəran və məişətlərini kəsib can və cəzana yetirdilər. Hər nə qədər, o iki mahalın məlikləri ki, çox sahibi-dövlət və sahibicəmiyyət idilər səy və cəhd edib cəng və rəzmlər sözü məğatla və davalar ağaz etdilərsə, axır aciz olub Pənah xanın qoşununun və adamlarının əlindən və qətlü qarət qorxusundan vaxtında ziraət və maaşgüzarlıq bilməyib, gördülər ki, asayiş və dolanmaq qeyri-mümkün və mütəzzir oldu və diriliyi onlara təng və haram qaldı. Əksər zamanlarda möhkəm dağlarda və dişvar dərələrdə olub və sərgərdan qalıb, axır hər iki məliklər ev və əmlaklarını, bağ və məzrəəcatların tamam cabəca qoyub, külfətlərini götürüb fərar və cılayivətən ixtiyar etdilər və Gəncə vilayətinə gedib Şəmkir mahalında bir para dağlarda övqat keçirdilər və yeddi il müddəti dəxi orada olub zəhmətlər və əsrətlər çəkdilər. Ancaq şul müddətdə Pənah xanın üstünə hər kimsə ki, qeyri vilayətlərin xanlarından düşmənliyə gəlsə idi, onun yanında olub və ona gəlib bələdlik qılıb, Pənah xan ilə dava edərdilər. Aqibətül-əmr heç bir zad Pənah xana və İbrahim xana başarmayıb müzməhil oldular və Pənah xana həqq-taala nüsrət verdi. Hamı mahalati-Xəmsə və ilati-Qarabağ küllən itaət və inqiyad qıldılar. * * * Beşinci fəsil ADİL ŞAHDAN PƏNAH XANA FƏRMAN SADİR OLMAĞIN VƏ ONU QARABAĞDA XAN VƏ HAKİM QILMAĞIN BƏYAN EDƏR Çün-səneyi 1160 - hicridə, yəni miladi - 1743-cü ildə Nadir şahı Xorasanda qətlə yetirdilər. Bəd əz an onun (Nadirin) qardaşı Zəhirəddövlə İbrahim xanın oğlu Əliqulu xan Adil şah müləqqəb edib Nadir şahın yerində şahlıq məsnədində əyləşdi və onun tərəfindən Əmiraslan xan sərdarlıq əmrinə mənsub olub Azərbaycana gəlib Təbriz şəhərində oturub hökmranlıq qıldı. Elə ki həmin Əmiraslan sərdari-Qarabağ sahəsində Pənah xanın bu cür ixtiyar və istiqlal avazəsini eşitdi. Mirzə Adıgözəl bəyin rəvayətinə görə sərdar Təbrizdən özü Pənahəli bəyi görmək üçün Qarabağa gəlib və burada mülaqat hasil olandan sonra axşamı Pənahəli bəyə sultanlıq və sabahı xanlıq verib və ondan sonra (şaha) yazıb və Adil şahdan təsdiq fərmanı gəlib. Amma Mirzə Camal bəy yazır ki, Əmiraslan sərdar, çün Qarabağda Pənah xanın avazəsini eşidib öz yanında at və qılınc və xələt Pənah xana göndərib və onu Adil şahın itaətinə tərğib və dəvət edib. Mərhum Pənah xan dəxi bu tərəfdən Əmiraslan sərdarın göndərdiyi adamların adına görə yaxşı hörmət və lazımi ziyafət gətirib və bəd neçə nəfər nami və mötəbər olan ilat kəndxudalarından dəxi onlara qoşub töhaf və hədaya və yaxşı sədaqətamiz cavablar ilə sərdari-məzburun hüzuruna göndərib, dövləti Adil şaha izhari-itaət və inqiyad etdi. Çünki hənuz o vaxt deyil idi ki, o tövr sahibi-şövkət sərdar ilə dava və müqatilə məqamına gələ. Tamam ətraf xanları batinən onunla düşmən var idilər və Qarabağın əksəri həm Pənah xana dürüst itaət qılmamışdılar və hənuz müti olmamışdılar. Ona görə Adil şaha və Əmiraslan sərdara görə itaət və rəftari-süluki məsluk edərdi. Pəs Əmiraslan xan sərdar dəxi Pənah xanın o tövr itaət kəlamatını və xülus və iradatını və o növ göndərdiyi kəndxudalarını görüb, qayətdə xoşhal olub və məzidi iqbal bilib, Adil şaha görə bu əmri xədəmaticəlilədən məshub edib pəs bu keyfıyyəti ərizə ilə Adil şah hüzuruna yazıb pişnəhad etdi. Ona görə 1160 səneyi-islamiyyedə mütabiqi səneyi-məsihiyyə 1744 Adil şahdan xanlıq və Qarabağın hökumət və fərmani sadir olub. Pareyigirənmayə xələt və ənam və mürəssə becəvahir qdınc və qızıl irasbablı at Pənah xana gəlib, sərdar Əmiraslan xan dəxi əlavə özü də sovqat və hədiyyələr məzid edib. O vəqtdə ki, Pənah xan Bayat qalasında məskən ixtiyar etmişdi, orada gəlib vüsul oldu və haman kəndxudalar ki, Pənah xan tərəfindən Əmiraslan sərdarın yanına getmişdilər, onlar dəxi xələt və ənam və hörmət ilə gəlib yetişdilər. İbtida o oldu ki, oradan Pənah xana xanlıq ismi qoyulub və Qarabağa hakimlik əmrinə mənsub oldu. Yövmən-yövmən tərəqqilər qıldı və İran məmalikinin ixtilalında tamam Qarabağa və qeyri-para ölkəyə istiqlal buldu. Ondan sonra bir az müddət çəkdi ki, Adil şahı Nadir şahın nəvadəsi Şahrux Mirzə qətlə yetirib təxti səltənətə əyləşdi və o hallarda Əmiraslan xan dəxi Qarabağ hakimi Kazım xanı dəstgir edib məğlub etdi. Bir çox qəlil zamanda Şahrux şahı dəxi məqtul etdilər. Növbət hökuməti-səltənəti-Zənd Kərim xan Vəkilə yetişdi. O dəxi vilayətlərə istiqlal və aram edənədək, müddəti-mütəmadi İraq və fars və Xorasan və Azərbaycan və hamı İran məmalikində hərci-mərc və məqşumluq olub xudsərlik və pərişanlıq əmələ gəldi. Dəxi o zamanlarda Pənah xan əzmi-hümmət bağlayıb cəhdü səy edirdi ki, Gəncə və İrəvan və Naxçıvan və Qaradağ və Ərdəbil vilayətlərini təsərrüfünə gətirsin. Bir az zamanda dəxi onların bəzilərini zor ilə və bəzilərini qövmlük ilə və bəzilərini rəsəl və rəsail ilə müti edib, Ərdəbildə məxsusən Dərgahqulu bəy Sarıcalını hakim qoydu və Gəncə xanzadələrindən hansını ki, xahiş etsə idi tikərdi və hansını istəsə çıxarardı. Dəxi neçə nəfər o vilayətlərin xanzadələrindən götürüb öz yanında zaval rəsmi ilə saxlayardı və hər diyarda avazəsi və şöhrəti müntəşir olmuşdu. * * * Altıncı fəsil PƏNAH XANIN TƏRNƏKÜT QALASINI VƏ ŞUŞA QALASINI TƏMİR ETMƏYİ VƏ BƏZİ İLAT-MAHALATINA İTAƏT EDİB, XİDMƏTİNƏ GETMƏYİN VƏ PAREYİ VƏQAYEYİ BƏYAN EDƏR Çün mərhum Pənah xan 1162-ci il hicridə Bayat qalasını təmir edib , dörd-beş il orada sakin olmuşdular. Baxıb gördülər ki, aran zəmindir, həmişə orada oturub dolanmaq mütəəssir olur. Yay fəsli olanda ilat əhli dağlara gedib, uzaq olurlar. Zərurət olanda onlara əl yetişmir. Ona görə məsləhət bilib Tərnəküt qalasını ki, indi Şahbulaq adlanır, bina eylədilər. Pəs böyük çeşmə başında bir bala tülənnək üstündə məzənnə edib, yaxşı mühəndis, peşə adamları ilə bir böyük hasari-vəsi tərh edib uca yerdə qala tikib bazar və hamam və çarsu və məscid təmir etdirib və tamam ilat böyüklərinin sükunəti üçün evlər bina etdirib. 1175-ci il hicridə öz evini və tamam mülazim və məxsuslarının evlərini və mahal böyüklərinin evlərini cəm qılıb qələyi-Şahbulaqda sükunət qılıb mütəməkkin oldular və üç-dörd ildə orada istiqlali-təmam ilə əyləndilər. Pənah xanın avazəsi və istiqlah və şöhrəticəmiyyət və tərəqqisi və calalı günbəgün iştihari-təmam bulub ətraf və əknafın cümləsində məşhur oldu və tamam Gəncə, Şəki, Şirvan, Qaradağ, Naxçıvan və İrəvan xəvanini rəsəl və rəsail və mürasilat və peşkəş və töhəf və sovqatlar Pənah xana göndərib, izhari-xüsusiyyət və məvəddət və dusti və yeganəki və ülfət qoyardılar və əksəri xəvaninin övladlarından zəval rəsmi ilə Pənah xan öz yanına götürüb, qəleyi-Şahbulaqda saxlardı və bir parası ilə qövmlük edib və bəzilərilə dostluq və ülfət edib və bəzilərinə zor qılıb. Qərəz ki, Məğri, Günay və Çuldur mahallarını, ta Bərgüşad çayınadək Qaradağ hakiminin təsəllütündən və Tatif və Sisiyan mahallarını Naxçıvan hakimindən əxz eylədi və Zəngəzur və Qapanatı Təbriz bəylərbəyisindən intiza etdi və Tərtər çayı (sahilindəki) Uşacıq günbəzindən yuxarı, ta Göyçə sərhədinədək ki, Kolanı məskənidir və İrəvana tabedir, İrəvan hakimindən zəbt eylədi və Xudafərin körpüsündən, ta Gəncənin Kürək çayınadək xəvanini-Gəncənin əlində olardı. Gəncə xəvanilərindən əlinə keçirdi və bunlardan maəda Kəngərli dəstəsi ki, bir minbaşıya tabe idilər və Naxçıvan elidir, Naxçıvandan gəliblər və Dəmirçi Həsənli ki, Gürcüstan Dəmirçi Həsənlisindən gəlmədir və bir minbaşıya mütəəlliqdir və Cinni tayfası yenə bir minbaşıya tabe idilər. Onlar da Gürcüstandan gəlmədir və Gürcüstan elidirlər. Təmamən Pənah xanın avazeyi-hörmət və məhəbbət və riayəti səbəbinə və yaxşılığına görə ətraf vilayətlərdən gəliblər onun yanına və məcmuinə Qarabağda yurt və məskən və məkan və məhəlli-təiş və güzəran, yaylaq və aran verib və izzətlər edibdir. Hamı ona müti və mənqad olublar və xidmət və təbəiyyət edib, yanında qalıblar ki, şimdi təmamisi Qarabağ əhli cümləsinə mülhəq olub Qarabağ hesab olunurlar. Əlqissə üç-dörd il var idi ki, Tərnəküt qalasında sakin olmuşdular ki, Qacar Məhəmməd Həsən xan validi -Ağa Məhəmməd xan Mazəndəran, İraq, Fars və Azərbaycan məmləkətlərində istiqlal behəm yetirib, şöhrət və avazəsi iştihar buldu və çün həmə övqat Pənah xanın kargüzarları və hüzurunun xəvasları və ixtiyarları hökumət fikrindən qafil olmazdılar, fikr və tədbirlər əndişə edib Pənah xanın səlah və işarəsilə məsləhəti bu növ gördülər ki, “çün Nadir şahın vəfatından sonra müddətlər ki, Əliqulu xan və Əmiraslan xan ilə müdara edib və rəbti-dostluq və ittihad var idi. Ola bilər ki, Məhəmməd Həsən xan ilə şöylə süluk və rəftar məqdur olmaya və o gunə müvafiqəti qəbul qılmaya və xəvanini-ətrafdan dəxi o qədər xatircəmliyimiz yoxdur və batində bəzilərinin bizimlə həsəd və ədavəti çoxdur və şayəd ki, onlar Məhəmməd Həsən xanı təhrik edələr və onunla ittifaq olub gəlib bizimlə dava və münaziə başlayalar və Qarabağın əmval və əhşamı Qızılbaş qoşunlarının paymalı ola. Bizlər bu Şahbulaq qalasında oturub şöylə qəvi olan düşmənə və xəvanini-ətrafa cavab verə bilmərik. Bilmərrə müstəsil oluruq”. Pəs əlacı vaqiə piş əz vüqu bayəd kərd babından lazımdır ki, bir yaxşı möhkəm və münasib məkanda bir yaxşı məstəhkəm qala bina edək ki, əbədi və həmişəlik ola və ortalıq ola ki, aran və yaylaq, hər ikisi əldə ola. Bir tərəfi güşad ola ki, yaylaqda onların qaladan xəbərdarlığı və əlləri üzülməyə və mütləğa qəvi olan düşmənlər onu təxir etməyə qadir olmayalar və bu məsləhəti Məlik Şahnəzər bəygilə həmişə sədaqət və xeyirxahlıqda var idi, eylədilər. Onun məsləhəti və rəhnümalığı və səvabdidi ilə bu Şuşa qalasının binasına müsəmməm oldular. Pəs əvvəla neçə nəfər əhli-vüquf və kardan kamil və aqil əşxaslardan göndərdilər ki, ətraf və cəvanibdən şöylə qala binası üçün yer tapsınlar. Pəs gedib gəzib və baxıb həmin Şuşa qalasının yerini ki, şul vaxtda Şuşa kəndinin sakinlərinin cüzvü otlaq və biçənək yerləri idi tapıb, gördülər ki, hər babda layiqdir. Nəhayət, içində bir cari suyu yox idi, məgər inki iki-üç balaca çeşməsi var idi ki, şöylə cəmiyyətikamil və şəhri-qabil üçün kifayət edən deyildi. Pəs səlah və məzənnə olan yerlərdən sudan ötrü quyu bina etdilər, gördülər ki, su çıxar. Məlum əksər məkanlarından su çıxandır. Gəlib mərhum Pənah xanı hali eylədilər və xan özü də neçə nəfər xəvasları ilə gəlib baxıb, bu növ qabil gördülər. Bəd əz an təmirinə ağaz edib 1170 hicridə mütabiqa səneyi məsahiyə 1753-cü ildə qalanı qayırıb tamam Şahbulaqda olan evlərin və əyan və əşxas məliklər və ilat kəndxudaları və böyüklərinin və mülazimlərinin evlərini oraya gətirib və əlavə kəndlərdən və ilatın bəzilərindən çox evləri köçürüb gətirib qala içində onlara yurd, məqam və mənzil verib mərqub olan şəhər və abadanlıq qayırdı. Adını Pənahabad qoyub o ism ilə pullar məskun etdilər ki, avazası iqlimlərdə məşhur oldu. Ondan irəli heç bir əsrdə orada abadanlıq olmamışdı. Həmin ki, qalanın altı verstliyində vaqe olan Şuşa kəndinin otlaq yerləri idi ki, Pənah xan mərhum abad edibdir. Çün qala tamam oldu və orada möhkəmlənib aram və qərar və tədarükat əmələ gəlməkdən bir il müddəti keçmişdi, Məhəmməd Həsən Qacar ki, Ağa Məhəmməd şahın atası idi, İraq və Azərbaycan sipahından cəmiyyəti-mövhur və əsakiri-naməhsur götürüb Pənah xanın tənbehi və Şuşa qalasının təsxiri üçün Qarabağa azim oldu. Gəlib Arazı keçib, qalanın dörd ağaclığında vaqe olan Xatun arxı mənzilində ordu əylədi və xatirindən keçirdi ki, bəlkə Pənah xan itaətə gəlib bilamünaziə qalanı təslim edə. Müddəti-bir ay orada oturub hay-huy etdi. Baxıb gördü ki, Pənah xan məhəlgüzar olmaz çəndan mənzuruna olmaz, hənuz qalaya yavuq gəlməmiş ki, Qarabağın əhli və quldurları, ordu əhlinin at və qatır və çarpalarına küllü qarət və zərərlər həm yetirmişdilər. Bu əsnada daldan Məhəmməd Həsən xana xəbər yetişdi ki, Kərim xan Zənd Şiraz və Fars məmləkətlərində istiqlal bulub və sahibi-dayə olub iddiai-səltənət ilə əsakiri-firavan cəm edib Şiraz şəhərindən İran və Mazandaran təsxirinə müsəmməm və azim olubdur. Pəs bu əhvalata görə Məhəmməd Həsən xan qala almağı, Gəncə və Şirvanatı müsəxxər qılmaq ki, məqsudi-zəmiri idi, mövquf edib çox istecal ilə müraciət qılıb Mazandaran və İraqi-Fars tərəfinə mütəvəcceh oldu. Belə ki, gedəndə təcilindən öz qalakub olan topların dəxi Xatun arxında qoyub getmişdi ki, haman toplar ilə 1826-cı ildə qızılbaş qoşunu gəlib, qalanı mühasirə edən zamanda imnayi-dövləti-Rusiya onlardan istifadə edirdilər. Əlqissə, Məhəmməd Həsən xan buradan qayıdıb, təcili-tamam ilə İraq məmləkətinə gedib yetişənədək Kərim xan Zənd tamami-Fars və Mazandaran vilayətlərini və İraq məmləkətindən əksərini təsərrüfə gətirib Məhəmməd Həsən xanın müqatilə və müdafıəsinə amadə olmuşdu. Pəs Məhəmməd Həsən xan dəxi bu tərəfdən, Azərbaycandan və sairlərdən əsakiri-şayan və ləşkəri-külli münəcid edib Kərim xanın dəfinə əzmi tamam üə mütəvəcceh oldu və çün bəxtü dövlət və fəthü nüsrət xudavəndi-aləmin ətiyyeyi-üzmalarından və məğadiri-kübralarındandır. Neçə nəfər adam Məhəmməd Həsən xanın öz xəvas və məhrəmlərindən xəyanət fikrinə düşüb Məhəmməd Həsən xanı qətlə yetirdilər və başını kəsib ənam və mənsəb təmənnası üçün Kərim xanın hüzuruna apardılar. Əz anca ki, nəcib və böyük kəslərə görə şöylə böyük və əzim sərdarlarının təəssübü şöylə məzmum və şəni işlərdə sərdarlara yetişir. Kərim xan Məhəmməd Həsən xanın qatillərini tutub lazımeyi-siyasəti-kamil edib ənam və mərhəmətdən məhrum eylədi ki, qeyrilər üçün ibrəti-nazirin olub, bundan sonra heç kimsə dəxi öz vəli ünnemətlərinə ağ olub, bir də şöylə şeni olan əfala mürtəkib olmasınlar, bir şəxsin nəməkpərvəri olub, nəfsü həva və iblisi-bihəya əğvasilə ona fikri-xəyanət qılmasınlar. * * * Yeddinci fəsil GÜRCÜSTAN VALİSİ İRAKLİ XAN MƏRHUM PƏNAH XANI VƏ QARADAĞLI KAZIM XAN VƏ NAXÇIVANLI HEYDƏRQULU XANI VƏ GƏNCƏLİ ŞAHVERDİ XANI DƏSTGİR ETMƏYİN VƏ ŞƏKİ HAKİMİ HACI ÇƏLƏBİ ONLARI XİLAS EDİB QORA YETMƏYİN BƏYAN EDƏR Çün Qacar Məhəmmədhəsən xan Ağa Məhəmməd şahın atası Qarabağa qala üstə gəlib hənuz bir mətləb hasil etməyib, qayıdıb Kərimxan Vəkilə müqabil getdi və bu tərəflərdən müavidət edib İran canibinə müraciət etdi. Haman ildə Pənah xan və qarabağlı Kazım xan və gəncəli Şahverdi xan və naxçıvanlı Heydərqulu xan bir yerdə cəm olub, məclis və məhfil arastə qıldılar və məsləhətlər edib buna səlah bildilər ki, dedilər: “Hacı Çələbi tamam Şəki və Şirvanda hakim məbsütülyəd və sahibi-ixtiyari-müvəbid olub, heç bizlərə iltifat etməyir və təriqi-müvafıqətə iqdam edib, mürafıqəti-birlə yol getməyir. Gərəkdir ki, ittifaq ilə ona bir tədbir və tənbeh edəlim ki, min bəd guşmali bəliq ola. Pəs bu cürə mühavirə edib məknun zəmirlərini mürasilə məzmunu ilə valiyi-Gürcüstan İrakli xana hali etdilər. Çünki Hacı Çələbidən o da sədəmələr çox görmüşdü. Onu dəxi bu əmrə talib və Hacı Çələbinin guşmalına rağib bilirdilər. Elə ki rnəcbur vali onlardan bu mənzur və məknun olan əhvali istima etdi. 0 dəxi bu mənzurda özünü onlar ilə həmdəm və həmqədəm olmaqlığını izhar edib əşar etdi ki, əcəb səlah edibsiniz, əlbəttə çox təcil ilə bu canibə hərəkət edəsiniz ki, fürsət fövt olmuya, pəs məzkur xanlar təhiyyə və tədarük mühəyya edib cəmiyyət ilə rəiyyəti-əzimət əfraştə edib yola düşdülər və gedib Gəncə şəhərindən yuxarı Qızıl qaya adlanan məhəldə düşüb, orada xeymə və xərgah qübbəsini övci-səmaya qaldırıb, valinin gəlməyinə intizar çəkdilər. Nagah vali dəxi gəlib o mənzilə varid oldu və yetişən kimi xanların dördün də tutub dəstgir və müqəyyəd və əsir eylədi. Əzqəza, haman dəmdə bir nəfər Şahverdi xanın nökərlərindən oradan bir iti qaçan ata süvar olub, qaçdı xəbərə. O vaxtda Hacı Çələbi dəxi bu mətalibatı eşidib, ictima əsakiri-Şirvanat üçün hökmlər yazıb, özü dəxi cəmiyyəti-şayan və istedadi fırəvan ilə Mingəçevir məbərində rəhli-iqamət sahb və müntəziri müqabilə əylənmişdi və hər canibə nəzzarə edirdi. Bu əsnada baxıb gördü ki, Kürün bu tərəfindən bir nəfər atlı peyda olub, sürəti-təmamilə müqabilə gəlib varid oldu. Hacı Çələbi gəmi ilə onu Kürdən keçirməyə əmr eylədi. Öylə ki, keçib Hacının hüzuruna gəldi, fılfövr ərz eylədi ki, “Qoca baba, vali xanları tutdu”. Hacı Çələbi cavab verdi: “Qoca baban onları inşallah xilas edər”, deyib haman vaxtda üzünü öz müqərriban həzrətinə və ərkani-dövlətinə tutub dedi: “Yaran nə deyirsiniz? Bu işdə tədbir və məsləhət necə eylə-məkdir?” Bu müşavirədən qərəzi onların mafiz-zəmirlərin bilmək imiş. Pəs ümərayi-Şəki və Şirvan əmirləri dedilər ki, bəli biz də bir məsləhət edək görək səlahi-vəqt nə təqazə edir. Hacı onlara buyurdu ki, “Hər nə ki səlah və məsləhət edirsiniz, edin. Amma gərəkdir ki, Kür keçidi içində olsun”. Onlar ki, bu kələmatı Hacıdan istima etdilər dəxi müşavirə və məsləhət məqamında gəlməyi bərhəm edib Hacının hüzuruna gəlib, cəm və amadə oldular. Hacı Çələbi dedi: “Bəs nə üçün məsləhət və müşavirə məqamına getmədiniz və təmhid və tədbir məclisini fərahəm etmədiniz?” Onlar ərz etdilər ki, bizlər tutiya və təmhid məcalisini onun üçün bina edərdik ki, Kürü keçmək içində olmasın. Çünki siz buyurursunuz, gərək Kür keçidi içində ola. Dəxi nə məsləhətiniz var buyurun, qoşun atlansın gedək. Hacı Çələbinin o sözü zərbi-məsəl olub şimdiyədək xalq arasında məzkurül-lisandır. Pəs Hacı Çələbi buyurdu, qoşunu təcili-tamam ilə Kürdən keçirib valinin dalınca azim oldular və köçbəkeç ilqar edib, Gəncə torpağına yetişəndə vali xəbərdar olub bu əhvalı ki, istima etdi. Qayətdə hərəsan və xofnak oldular. Zira ki, keçən əsrlərdə Hacı Çələbinin qoşunundan zərb-dəst görmüşdülər. Naçar əzmimüqabilə edib Şeyx Nizami əleyhürrəhmənin məqbərəsinin yanında təlaqiyifəstin vaqe olub dava etdilər. Az müddətdə gürciyyə şikəsi-fahiş tapıb, vali dəxi ordugahı olan Qızü Qaya səmtinə qayıtmaq məqduru olmayıb, fərarı ixtiyar edib, təmamən xeymə və xərgahları və xanlar dəxi xeymələr də hamı mayəriflərilə cabəca Qızıl Qayada qalmışdılar. Vali qaçıb getmişdi və Hacı Çələbi Sınıqdan üç ağac yuxarıyadək dallarınca ilqar edib və Tiflisin beş ağaclığına yetişib və qaçan gürcüyyə qoşunlarının qabaqlarını Şəmkurdə və Şəmsəddində kəsib, çox adamların tələf etmişdilər. Hacı Çələbi Baydar torpağında səngər qayırıb, öz oğlu Ağakişi bəyi Tiflisdən bəri olan müsəlmanlara hakim və hökmran qıldı və ondan xanları dəxi xilas edib öz vətənlərinə mərsul və rəvanə qüdı və özü dəxi oradan müraciət edib Şirvana gəldi və Ağakişi bəy şul nəvahidə üç il hakimlik eylədi. Axır ki, valiyi-Gürcüstan Çərkəs və Başıaçıqdan çox qoşunlar götürüb Ağakişi bəyi dəf etməyə azim oldu və Ağakişi bəy bu xəbəri ki, eşitdi tabi-müqavimət etməyib, oradan fərar etdi və valinin qoşunları dalınca ilqar edib öncə gedənlər Tovuz çayında ona yetişib bir qədər müqatilə və dava edəndən sonra Ağakişi bəyin neçə nəfər adamı dəstgir olmuşdu və özü səhi və salim Şəkiyə gəlib çıxmışdı. Pəs valinin qoşunu oradan, ta Xudafərin körpüsünədək gedib vəqtimüraciətdə Qarabağdan və Gəncədən çox qarət və çapavul və qəsb eyləyib aparmışdılar. * * * Səkkizinci fəsil FƏTƏLİ XAN ƏFŞAR HAKİMİ URMİYA QARABAĞA QALA ÜSTƏ GƏLMƏYİNİ VƏ MÜHARİBƏ EDİB BİR ZAT BARIŞMAYIB, AXIRI MƏKR VƏ HİYLƏ İLƏ İBRAHİMXƏLİL AĞANI ƏLƏ GÖTÜRÜB URMİYƏYƏ APARMAĞINI VƏ PƏNAH XANIN XATİMEYİ-KARINI BƏYAN EDƏR Çün Məhəmmədhəsən xan Qacarın xatimeyi-karı və müqəddi-meyi-əhvalı həmin qərar ilə oldu, necə ki, fövqdə mərqum və bəyan olundu. Onun o qəziyəsindən sonra urmiyalı Fətəli xan Əfşar ki, Nadir şahın ümdə və namdar olan sərdarlarından idi, Urmiya vilayətində iddia və dəbdəbə sahibi olub bir qəlil müddətdə təlaş edib, təmam Azərbaycanın torpaqlarını zəbt etdi. Ondan əzm qıldı ki, bu vilayətləri öz əlinə gətirsin. Pəs neçə kərrə mərhum Pənah xanın yanına yaxşı dil bilən mötəmid və mötəbər elçilər və kağızlar və peyğəmbər göndərib öz itaət və ittihadına dəvət eylədi. Çün mərhum Pənah xan şöylə sərdarlara itaət etməyi həqiqətdə özünə ar və xiffət bilirdi. Onun göndərdiyi kimsələrdən (biri ilə) çox sanballı olan kəlmələr göndərib (Fətəli xanın) təklifini rədd etdi. O, (Fətəli xan) dəxi qeyzə gəlib elçiləri şöylə qəliz xəbərlər ilə gəldiyindən sonra cəmiyyəti-təmam və ləşkəri-malakəlam Azərbaycandan və Urmiyadan və qeyrilərdən münəqid və mühəyya qılıb Pənah xanı dəf etmək üçün Şuşa qalasını təsxir etməyi çeşmdaş edib Qarabağa ilqar etdi və gəlib qalanın bir ağaclığında Ballıca çayı ilə Xacə Əlili çayının arasında düşüb, orada səngər tərtib edib ordu eylədi ki, indi onun səngərlərinin yeri və asari hənuz məlum və xalq arasında Fətəli xan səngəri derlər məşhurdur. Orada ordu qayırıb mühəyyayicəng oldu. O tərəfdən Talış və Çiləbördün məlikləri ki, Pənah xan ilə batinən ədavətləri var idi, Fətəli xanın yanına gəlib ona kömək və bələd və mütəhərrik oldular. Qərəz, altı ay müddəti oturub, hər neçə gündən bir dəfə Fətəli xanın qoşunu ilə Pənah xanın (qoşunu) aralarında dava və müqatilə vaqe olardı. Hər bir kərrədə Pənah xanın qoşunu qızılbaş qoşununa faiq olurdular. Əlqissə, bu müddətdə Fətəli xan bir iş qayıra bilməyib günbəgün öz qoşununun əhvalında isrət və şikəst müşahidə qılırdı. Axirül-əmr bir gün təmami-qoşunun nəki atlı və piyadə var idi və həmin Talış və Çiləbörd məliklərinin dəxi özləri və təvabeləri ittifaq edib heyəti-məcmuə ilə həmləvar və cəmiyyəti-təmam ilə qala üstə yürüş başladılar. Gəlib çayı keçib qalanın yarım verstliyinədək yetişdilər. Bu tərəfdən dəxi Pənah xan rəşid və nami və karaməd cavanları ilə və ilatın və Xaçın və Vərəndənin yaxşı çabuk və zirək tüfəngçiləri ilə əzmi-müqabilə edib və bir tərəfdən dəxi ilat camaatının rəşid atlıları ilə Pənah xanın qardaşı uşağı və övladları və qohum-əqrəbaları hücumavər oldular. Cəngi-əzim vaqe olub Fətəli xanın qoşununa şikəsti-fahiş yetirdilər. Oradan Fətəli xan məqsədinə çatmamış geri qayıdıb vəqti-müavidətdə bərk və dərin olan dərələrdə və möbərlərdə onları tutub öldürməyə əl açdılar. Ta Fətəli xanın ordusundan kimi tutmaqdan və qırmaqdan dəstbərdar olmayıb təxminən iki minədək atlıdan və piyadadan o günü məqtul və dəstgir edib müraciət qıldılar. Fətəli xan xaib və xasir oradan peşman və pərişan gəlib ordusunda məqam və aram rutdu. Pənah xan dəxi kəsib və əsirləri götürüb mənsur və müzəffər qalaya müavidət qıldı. Çün Fətəli xan Əfşar bu gunə kar və ətvarı mülahizə edib və qış mövsümü dəxi yaxınlaşmışdı, fikir və tədbirlər edib, bənayi-məkrühiylə qoyub sülh və müsalihə tərhini ağaz eylədi. Pəs yaxşı əhlidil və kardan elçilər göndərib Pənah xan mərhuma qəliz and və qəsəmələr və təəhhüdlər etdi ki, bizim giriftar və əsir olanlarımızı mürəxxəs etsin. Dostluq və ittihad aləmində yol getsin. Doğruluq və yeganəlik üçün mən də qızımı onun böyük oğlu İbrahim Xəlil ağaya əhd edərəm ki, həmə vəqt dostluq və qohumluq və yeganəliyimiz bərqərar olsun ki, əbədən bir-birimizdən ayrı və kənar olmayaq və həm məşrut budur ki, İbrahim Xəlil ağanı dəxi buraya mənim yanıma göndərsin ki, orada şərbət və şirni içək və siğə-nikah cari etdirək. İki-üç gün də burada qalsın, ondan qayıdıb getsin. Dəxi bu, rin istihnamı üçün ki, Pənah xan dürüst xatircəm olsun. Üç nəfər də öz yaxın olan qohum və əqrəbalarından və namdar olan övladından göndərdi ki, ta İbrahim Xəlil ağa müraciət edənədək əvəz və girov rəsmilə Pənah xan saxlasın. Mərhum Pənah xan ki, bu cürə kələmat və təəhhüdatı istima etdi, onun şöylə qəliz andlarına və övlad və əqrəbalarını göndərməyinə etimad edib və qız verməyinə dəxi şad və xoşhal olub İbrahim Xəlil ağanı iki-üç mötəbər kəndxudalar ilə Fətəli xanın yanına və ordusuna rəvanə eylədi. Elə ki Fətəli xan eşidib qayətdə xoşdil və fərəhnak olub, neçə nəfər öz övladlarından İbrahim Xəlil ağanın pişvazına göndərib, İbrahim Xəlil ağanı izzət və ehtiram ilə və əsbabi-eyşü inbisat ilə daxili-ordu eyləyib, sözü nəvazəndə ilə məşğuli-eyşü sürur qılıb, saatın bədliyini bəhanə qılıb əyləndirdi. İki gün İbrahim Xəlil ağanı əsbabi-sürur ilə və izzətü hörmətlər ilə saxlayıb və hər gündə mükərrər mötəmid əşxaslar qalaya və rəngarəng şirnilər Pənah xana və evinə göndərirdi. Belə ki, onların qızılbaşlıq adətləridir ki, öz işlərinin səlahı üçün təarif rəsmi və zahiriləri çox edələr, adamı aldatmaq üçün. Qərəz ki, bu günə əməllər ilə tutulmuş əsirlərin və adamların dəxi xilas edib üçüncü günü oradan İbrahimxəlil ağanı və yanınca gedən kəndxudaları tutub məhbus var götürüb, köçüb yola düşdülər və ta Urmi vilayətinədək heç bir məkan və mənzildə təvəqqüf etməyib özlərini Urmiyyə qalasına yetirdilər. Pəs mərhum Pənah xan və Qarabağda olan məcmuə əkabir və əyan, bu müqəddimədən çox məhzun və pərişan olmaqdan bir fayda mütəsəvvar deyil idi. Ancaq təsi-tamam ilə oturub Fətəli xanın dəfi üçün və oğlunun və adamlarının xilası üçün fikr və əndişələr və məsləhətlər və tədbirlər edirdilər ki, görələr məsləhət nə ola ki, nagah bu əsnalarda nəsimi-mürad əsib və uğur qapısı açılıb “bimusəddaq izə əradə Allah şeyən həyya əsbəbəhi” həqqi-təala bir səbəb ortaya salıb. Belə ki, pərvərdigari-aləmyan və xəliqü-ünsü can hər hal və hər zamanda vəfadar və doğru və həqq-güzar olan kimsələrə yarü müin və mehrəban və qəmküsardır Xüsusən tofiq və nüsrət o kəslər üçün kamil və şamildir ki, öz əhd və misaqlarında sadiq və sabit olalar və məkrü qədərü hilədən ki, ağibəti xəsarət və nidamətdir, pəhriz və ehtiraz qılalar. Necə ki, hükəmalar deyib: “Başqasına quyu qazan, özü düşər": Beyt: Ço çahi kəndə dər rəh ke, xəlqi-ra bər əndazi, Nemitərsi əz-an ruzi ke, xod-ra dər miyan bini * Əz qəzeyi-rəbbani bu hallarda Kərim xan Zənd ki, İraq və Fars məmləkətlərində sahibi-daiyyə olmuşdu və istiqlal və istedad bulmuşdu, Fətəli xan ilə bənayi-cəng və pürxaş qoyub öz qardaşı İskəndər xanı İraq və Fars qoşunu ilə Fətəli xanın rəf və dəfı üçün Azərbaycan sövbinə göndərdi. Fətəli xan dəxi bu xəbəri eşidib Azərbaycan və Urmiyyədən əsakir və cəmiyyət fərahəm edin İskəndər xan hənuz səmti-Azərbaycana gəlməmiş qoşun ilə onun müqabilinə əzm eylədi. Pəs həvaliyi-İsfahanda təlağiyi-fəriğin vaqe olub, İskəndər xan orada qətlə yetişdi. Kərim xanın qoşunu münhəzim olub fərari düşdü. Bəd əz an Fətəli xan mənsur və müzəffər İraq məmləkətindən bir para məkanlar həm təsərrüfə gətirib, oradan öz vilayətinə qayıtdı. Elə ki bu hadisə vaqe oldu, dəxi Kərim xan qayətdə qeyznak olub fars vilayətlərindən əzim olan qoşun cəm edib Fətəli xanın intiqamı üçün kəməri-himmət bağlayıb şiddəti tamam və Azərbaycan sövbinə azim oldu və hənuz-Azərbaycana gəlib yetişməmiş yoldan bir yaxşı mötəmid kimsəni mərhum Pənah xanın yanına göndərib, şəraitiməhəbbət və məvəddat və yeganəliklər təqdimindən sonra yazmışdı ki, “Çün Fətəli xan Əfşar qəddar və bədkirdir, bizim ilə nəinki düşmən, bəlkə qanlıdır və sizin ilə dəxi o növ əyyaranə hərəkətlər ki, heç kimsədən çıxmaz idi, əmələ gətirib yalan and içmək və əhd və iqrar edib sındırmaq və oğlunu məkrü qədərü hiylə ilə öz yanına aparıb götürüb qaçmaq ilə onu qürbətdə məhbus və sizi pərişan və məyus etmək işlərini tamam sizin həqqinizdə əmələ gətiribdir. Pəs lazımdır ki, nə qədər qüdrət və qüvvət və himmətin vardır, bizim ilə saziş və yarlıq etməkdən müzayiqə etməyəsən ki, həm o bədkarın mükafati-əməlinə görə intiqam və qisas və həm sənin oğlunu və adamlarını həbsdən xilas etmək müyəssər və məmul ola”. Çün Pənah xan bu növ vəsiləni həqqi-təaladan xahan və cuyan idi, bu günə hekayəti eyni-bəşarət və qənimət və səadət bilib haman dəm arastə olan qoşun Qarabağın adlı və rəşid olan atlılarından fərahəm qılıb sürəti-tamam ilə Kərim xanın yanına gedib, özü oradan Azərbaycana yetişincə onun ordusuna mülhəq oldu. Kərim xan dəxi onun mülaqatı ilə qayətdə şad və xoşhal olub, necə ki, lazımdır, hörmət və izzət və ehtiram və ziyafətlər edib. Bəd əz an hər ikisi müttəfiq olub Fətəli xanın dəfinə Urmiya vilayətinə mütəvəcceh oldular. Fətəli xan dəxi öz ziri-hökmündə olan vüayətlərdən qoşun cəm edib, tamam olan cəmiyyət ilə onlarla müqabil gəlib, hər iki canibdən tərhi-cəng başlanıb, davayi-əzim vaqe oldu. Axırül-əmr, Fətəli xan məğlubiyyətə düçar olub və Urmiya qalasına fərar qıldı və oraya sığındı. Bir az müddətdə təngnayi-mühasirədə qalıb, axır itaət etməkdən qeyri çarə görməyib və Kərim xan tərəfindən dəxi ümidnəvidlər hasil edib, qaladan çıxıb Kərim xanın yanına gəldi və qalayi-Urmiyanı təslim edib itaət qıldı. Kərim xan dəxi özünə Vəkil şahi-İran ləqəb qoymuşdu. Bu səbəbə ki, çün hənuz İran mülkündə padşahi müstəqil yox idi. Deyirdi ki, ta padşahi-təzə və layiq xücur və cülus edənə kimi mən İranda Vəkili-şahi-İranəm. O səbəbə görə Kərim xan Zəndə Vəkil derlərdi. Əlqissə, İbrahim Xəlil ağa ki, Urmidə məhbus var idi, Kərim xan hüzuruna gətirdib, ona at və qılınc və xələt verib və Qarabağ vilayəti üçün xanlıq və hökumət fərmanı verib ezazi-tamam ilə əyaləti-Qarabağa mənsub edib, Rəvanə eylədi. Pənah xandan dəxi lütfü mehribanlıq ilə xahişmənd oldu ki, bir neçə vaxt gərək mənim yanımda olasan ki, sənin ialət və sədaqətinə əvəz və təlafi edəm. Onu hər hal ilə razı edib, öz hüzurunda Şiraz vilayətinə apardı. Fətəli xan Əfşan həm öz yanınca ittifaq aparırdı. Qərəz, yol gedirdilər. İsfahan həvaləsinə güzar düşüb, haman məkana yetişdilər ki, Fətəli xan ilə İskəndər xan müharibə qılmışdılar və orada Kərim xanın qardaşı İskəndər xan qətlə yetişmişdi. Kərim xanın validəsi o yolda hərçənd ki, pərakəndə xatir olub Kərim xana çox israr etdi ki, bu Fətəli xanı gərək İskəndər xana mülhəq edəsən və vücudunu bizim nəzərimizdən məlum qılasan. Amma Kərim xan öz əhd və iqrarını sındırmayıb və o sözlərə riza və mültəfit olmazdı. Əlhasil, vəqti ki, gəlib haman o mənzilə yetişdilər və o məqama düşdülər. Kərim xan Fətəli xandan sual eylədi ki: “Bu məkanı tanımırsan ki, haradır, ya yox?” Fətəli xan əhvalını bal etməyib cavab verdi ki: “Bəli, bu haman məkandır ki, İskəndər xanın afitabi-ömrü məğribi-fənayə yetdi və burada məqtul olub aləmi-üqbayə getdi”. Elə ki Kərim xan Fətəli xandan bu cür cavabi-nasavabi eşidəndə, bir növ təğyiri-hal və mükəddər əhval oldu ki, yaxın idi ki, qəlbi çak və qeyzü qüssədən həlak ola. Dəxi (Kərim xan) bu münasibətsiz cavaba tab gətirməyib, dərhal orada Fətəli xanı qətlə yetirib, aləmi axirətdə qardaşı İskəndər xana qovuşdurdu. Ondan bir neçə gün yol gedib ta ki, Pənah xanın ittifaqı ilə Şiraz şəhərinə varid oldular və orada daxili-şəhr və imarət olandan sonra eyşü-işrətə və ləzzəti söhbətə məşğul oldular və İbrahim Xəlil xan dəxi Urmiya məhbəsindən xilas olub və Kərim xanın fərmanı ilə hökumətə mənsub olub, gəlib daxili-Qarabağ oldu. Burada gəlib xanlıq taxtında əyləşib, təməkkün buldu və tamam əhaliyiQarabağ və bir para əlavə vilayətlər İbrahim xana dəxi müti və münqad olub beduni-itaəti-əhdi hökmüranlıq qılıb kəlami-istiqlal ilə hökumət qıldı. Pəs mərhum Pənah xan az müddət Şiraz şəhərində ki, Kərim xanın darüssəltənəsi idi, söhbət və işrət ilə onun yanında qaldı. Bundan sonra qəzayirəbbani varid olub, əcəl yetişib Şirazda həqq-təalanın rəhmətinə vasil oldu və oradan onun nəşini kəmali-ehtiramla götürüb Qarabağa, öz halal və zərxərid olan mülkü Ağdam torpağında mədfun etdilər (Rəhmətullah əleyhi) . Ondan pareyivəqaye və işlər ki, üz verib məlumdur ki, Nadir şah vəfat edəndən sonra on iki il müddətində Pənah xan Qarabağ vilayətində hökumət edib, sahibi-kar və ixtiyar olubdur. Öz əyyami-əhdində günbəgün tərəqqi və bəxt və nüsrət hər tərəfdən Pənah xana ruyi avər olub və məmləkəti-Azərbaycanın çox vilayətlərinə hökmü nüfuz edib ona itaət edərdilər. Qeydlər -Yolda quyu qazmısan ki, xalqı (ora) salasan O gündən qorxmursan ki, özünü orada görəsən (farscadan tərcümə). * * * Doqquzuncu fəsil İBRAHİM XAN MƏRHUMUN HÖKUMƏTİ VƏ ƏYYAMİ-HÖKUMƏTİNDƏ SADİR OLAN HEKAYƏTİN BƏYANIDIR Çün Pənah xan həqq-təalanın əmrini yetirib vəfat etdi, fərzəndi-ərşədi İbrahim Xəlil xan hökumətdə müstəqillən mütəşəkkin olub tarixi islamiyyə 1174 sənədən 1221 (1760-1806) tarixə kimi Qarabağ vilayətində hökumət edib İran və Rum padişahlarının heç birinin ziri-hökmündə olmayıb və heç kimsəyə itaət qılmayıb biduni-itaət və inqiyad əhədi-hakimi-sahibi ixtiyar olub, istiqlali-təmam ilə hökmranlıq eləyibdir. Öz əsrində onun hökmü Qarabağdan əlavə Şirvan, Şəki, Gəncə, İrəvan, Xoy, Naxçıvan, Qaradağ, Təbriz, Ərdəbil, Marağa və hətta Qaplanguhadək ki, İraq ilə Azərbaycanın sərhədidir, cari və nafiz olubdur. Tamam bu vilayətlərin hakimlərinin ədl və kəsi mərhum İbrahim xanın əmr və hökmü ilə olubdur. Dağıstanın Avar vilayətinin valisi ki, şul vaxtda Nusal (xanın) oğlu Ümma xan idi, onun ilə dəxi qüvvətlik edib və Ümmə xanın bacısı Bikə ağanı əqd və nikah edib almışdı. Çox yaxşı, şirin qohum idilər. Hər bir vəqtə ki, zərur və dərgah olurdu. Dağıstan vilayətindən ləzgi qoşununu cəm edib Ümmə xanın və sair sərkərdələrinin ittifaqı ilə Qarabağa gətirib, hər yerdə ki, qoşun göndərmək lazım olanda öz övlad və əqrəbalarından dəxi sərkərdə töküb Qarabağ qoşunu ilə müttəfiq göndərib, düşmənlik edənlərə tənbeh və guşmal edəndi, özünə müti və münqad qılırdı. Belə ki, Dağıstan qoşunu ilə Qarabağı alıb, Kürdəşt ki, xəvani-Qaradağın məhəlli-qərar və aramgahları idi, xərab və zirü zəbər edib. Hənuz asar və cəlina aliha, səfilha dər və divarında bağidir və oranın sakinləri fərar edib sair mahallarda pərakəndə olmuşlar və Kürdəşt xanı Mustafa xanı ələ keçirib və əsir edib, Qarabağa gətirmişlər. Həmçinin sair vilayətlərin xəvaninlərinin bəziləri ilə qohumluq edib və bəzilərinə zor edib, özünə müti və münqad etmiş idi. Belə ki, Xoy və Şahsevən və Dağıstan və Qaradağ və Gəncə xanları ilə qohumluq etmişdi və sairlərilə dəxi həm qohum və qərabət və xah zor və qüvvət. Qərəz, hər günə səbəb ilə hamısı mərhum İbrahim xana canü dil ilə itaət qəbul edib, müti olmuşdular. Hətta ki, Təbriz və Qaradağ vilayətlərindən bəzi mahalları öz adı-sanı və etimadı olan sərkərdələrinə ənam və mərhəmət rəsmilə vagüzar edib, mənsub edərdi ki, nəfbərdar olurdular. Fil həqiqət İbrahim xan mərhumun adında hərçənd ki, padşahlıq ismi yox idi, amma dövlət və calalı İran padşahları kimi qayət təsəllüt və rüfət ilə istiqlası var idi. Məzkur vilayətlərin xəvaninlərinin övlad və yaxınları həmişə zaval rəsmi ilə Şuşa qalasında onun hüzurunda sakin olardılar və fərmayişatına itaət qılardılar. Bu səyaq-qərar ilə mərhum İbrahim xanın hökuməti və ixtiyarı və əsas xanlığı və iqtidan ziyadə olan əzimət və istiqlal ilə bulub, kəmali-ehtişam və ixtiyar ilə rəyasət və hökumət qıldı. * * * Onuncu fəsil AĞA MƏHƏMMƏD ŞAHIN İRANDA CULUS ETMƏYİN VƏ QALA ÜSTƏ QARABAĞA GƏLİB, BİNEYİ-MƏRAM QAYIDIB GETMƏYİNİ VƏ PAREYİ-VƏQAYEYİ BƏYAN EDİR Tarix səneyi - 1206 olanda Kərim xan Zənd vəfat etdi . Vəkili-İran Kərim xan Zənd vəfat edib, Ağa Məhəmməd şah ki, Qacar Məhəmmədhəsən xanın oğlu idi, şul vaxtlarda Şiraz şəhərində zaval rəsmilə olurdu. Elə ki Kərim xan Zənd vəfat etdi, Ağa Məhəmməd xan oradan çıxıb padşahlıq iddiasına düşüb, bir neçə il səy və guşiş edib, ta ki, İraq və Fars məmləkətlərinə təsəllüt tapıb və Tehran şəhərini özünə darüssəltənə qayırıb müstəqil oldu. Dəxi tarixi-islamiyyə səneyi 1280 sənədə olanda məmləkətiAzərbaycana varid olub və tam Azərbaycanın cənub tərəflərini taki, Arpa çayınadək ələ keçirib ondan sonra Arazın bu tərəflərini ki, İrəvan və Talış və Şirvanat və Gürcüstan və Qarabağ və qeyri zəbt etmək niyyətinə düşdü. Əvvəl dəxi İbrahim xana xələt və şəmşir və qızıl əsbablı at göndərib öz itaətinə dəvət eylədi və İbrahim xan tərəfindən dəxi zəbani-itaət izharı və təarüfat küftarı əmələ gəlib bir neçə müddət elçiliyi tərəfeyi gəlib-getməkdə oldu. O cümlədən mərhum İbrahim xan öz əmuzadəsi Əbdüssəməd bəyi Mirzə Vəli Baharlı ilə ki, o da bir kardan və şirinzəban adam idi, zaval rəsmilə Ağa Məhəmməd şahın yanına göndərib və şah dəxi orada onları kəmali-hörmət ilə hüzurunda saxlayırdı. Bir az müddət bu minval ilə keçib, ondan sonra bir para düşvar təkalif və hökmlər İbrahim xana eylədi. Xan baxıb gördü ki, ondan buyi-ülfət məşami-təmənnayi gəlmir. Dəxi onun təkliflərini qəbul etməyib və hökmlərinə məhəl qoymadı. Bu səbəbə miyanlarına ədavət və küdurət düşüb, aralarında bərhəmzədəlik oldu. Pəs 1208 səneyi-islamiyyədə (1793) Ağa Məhəmməd şah əsakiri-əzim və cəmiyyəti-kəsir ilə Gəncə və İrəvan və Tiflis və Qarabağ və Şirvan vilayətlərini təsxir əzmilə Azərbaycan sövbinə hərəkət edib, əvvəla Şahsevən Əliqulu xanı ki, onun ümdə sərkərdəsi idi, bir para xəvanin ilə İrəvan üstünə məmur edib və özü dəxi İraq və Fars və Xorasan və Azərbaycan məmləkətlərinin tamam ləşkəri ilə Qarabağa və Şuşa qalasını təsxir etmək üçün azim oldu və gəlib Arazı keçib Şuşa qalasının on iki verstliyində Qaraxan mənzilində düşüb ordunu əylədi. Ol vaxtlarda, çünki Tiflis valisi İrakli xan, İrəvan hakimi Məhəmməd xan, Talış hakimi Mir Mustafa xan mərhum İbrahim xan ilə and içib həmqəsəm olmuşdular ki, heç vaxt Ağa Məhəmməd şahın itaətini qəbul etməyib bir-birilə hər halda müttəhid və müttəfiq olalar və bir-birinə məqdur olduqca mədəd və kömək edələr. Bu səbəbə Qarabağın ilat və tərakimə xalqının bir paraların Tiflis səmtinə və bir parasın Şirvan tərəfinə ki, Şirvanatda Mustafa xanı İbrahim xan mənsub etmişdi, o səmtlərə göndərib və baqi ilat xalqının ki, əksəri dəftərdə və siyahidə qoşun cümləsindən idilər, Qarabağın dağlarında və qalanın içində sükunət verib, çox olan atlı və piyada Qarabağın ilət və dehatından və mahallarından cəm edib və külli olan tədarüklər ilə və böyük və kiçik toplar ilə müstəidiqital və amadeyicəng olub qaladarlıq əsbabına məşğul oldular. Ağa Məhəmməd şah müddəti-otuz üç gün qalanın həvaləsində əylənib və Çiləbörd mahalının mələyi Məlik Məcnun dəxi, keçən övqatda İbrahim xandan rugərdan olub və Qarabağdan fərar edib, gedib Gəncə vilayətində gəncəli Cavad xanın yanında olurdu. Cavad xan Gəncədən onu da özü ilə götürüb, gəlib Qarabağdan Ağa Məhəmməd şahın hüzurunda ona müttəfiq oldular. Şah dəxi bu müddətdə o qədər əsakiri-əzim və cəmiyyətikəsir ilə qadir olmadılar ki, qaladan altı verst kənar olan Şuşa çayının o tərəfindən qala tərəfinə keçə bilələr. Atlı və piyada, Qarabağın sərkərdələri və qoşunu, ilat və dihat xalqları və Dizaq və Vərəndə və Xaçın mahallarının məlikləri və əlilləri dərələrdə və meşələrdə və güzərgahlarda qızılbaş qoşununa hücumlar edib, hər gün onlara külli zərərlər yetirib və qənimətlər gətirərlərdi. Mərhum Mirzə Camal yazır ki, o vaxtda mən özüm xan hüzurunda var idim və hər gündə vaqe olan əhvalatı və vəqayeyi bilirdim. Şul vaxt Qarabağ əhli müsəlman və erməni küllü-qoşun və cəmiyyət xan hüzurunda var idi. Ağa Məhəmməd şah bir gün mərhum İbrahim xanı qorxutmaq və bikamal hesab edib sataşmaq üçün bu fərdi münasibi-məqam bilib, divani-qəsaidi - Seyid Məhəmməd Şərar təxəllüsdən intixab edib İbrahim xana yazdı: Beyt: Ze məncənəqi-fələk səngi-fıtnə mibarəd, To əblahanə gerefti miyani-şişə qərar. (Fələk mancanağından fitnə daşlan yağır, Sən axmaqcasına şüşədə qərar tapıbsan). Bu kağız mərhum xana yetişən kimi, verdi öz nədim hüzuru və vəziri-müşir məmləkəti olan Axund Molla Pənah Vaqif təxəllüsə. Mütaliə edib haman dəmdə bu beyti o məktubun dalısına yazıb geri qaytardı. Beyt: Gər nigahbani mən an əst ke, mən midanəm, Şişə ra dər bəğəli səng nigəh midarəd. (Məni saxlayan mən tamdığımdırsa, Şüşəni daşın qoynunda salamat saxlar). Vəqti ki, Ağa Məhəmməd şah bu kəlamatı görəndə son dərəcə qəzəbnak olub haman səat əmr eylədi ki, ildırım kimi olan əjdaha ağızlı toplara od qoydular və qala canibanə atdılar ki, o sədəmələrdən neçə evlərin divarı dağıldı. Amma hər nə qədər hay-küy və qırr-vırr oldusa, hərkiz mərhum xan xaif və hərəsan olmayıb nəzərə almazdı. Əlqissə, otuz üç gün müddəti ki, Ağa Məhəmməd şah orada ordu edib əyləndi. Hər gün və gecə Qarabağın müsəlman xalqının atlı və piyadəsi fövc və dəstə-dəstə meşələrdə və Araz kənarından qala kənarınadək yollarda orduya gələn azuqə karvanını və ota və ələfə çıxan qoşun əhlini tutub öldürüb, at və ulaqlarını qarət və özlərindən bəzilərini əsir və dəstgir edib xan hüzuruna gətirirlərdi. Şul vaxtda qalada azuqə və tədarük və top və tüfəng və barıt və qeyri hədsiz idi. Hətta Qarabağın quldurları gecələr Ağa Məhəmməd şahın ordusuna girib xanların və sərkərdələrin çadırlarını qarət edib götürərdilər. Dəvə və at və qatır o qədər götürərdilər ki, yaxşı at on manata və dəvə altı manata və qatır dörd manata alınmazdı. Ağa Məhəmməd şahın qoşununa, at və ulaqlarına külli zərərlər olub və çox qoşun adamları qətlə yetişib, o cümlədən hərçəndi ki, ordunun ətrafını yaxşı möhkəm bürclər tərtib etmək ilə xeyli müstəhkəm etmişdilər ki, məbadə Qarabağın qoşunu gecələr şəbixun gətirələr. Ba vücud bu yenə əramineyi-mahali-Vərəndə piyadaları ki, Məlik Şahnəzərin böyük oğlu Məlik Cəmşid onlara yüzbaşı idi və xan hüzurunda olardılar və həmişə ata-babadan onlar Pənah xana və İbrahim xana sədaqəti-tamam ilə sədaqət göstəriblər. Hətta ki, Məlik Şahnəzər öz qızı Hurzad xanımı İbrahim xana övrət verib, kəbin etmişdi. Ba vücudinki erməni məzhəbində olmazdı. Əlqissə, haman Malik Cəmşid yaxşı yüzbaşılar ilə bir gecə Vərəndə piyadəsini götürüb Şuşa çayının ətrafında olan səngəri və bir möhkəm bürcü ki, Ağa Məhəmməd şahın və xassə fövcünün tüfəngçiləri mühafizət edirlərdi, dağıdıb və zor ilə qələbə edib, içində olan mühafizət edənləri ki, altmış nəfərdən ziyad imişlər, təmamən qətlə yetirib, başlarını və iki-üç nəfər dəxi diri adamlarını haman gecə sübhə yavuq mərhum İbrahim xanın hüzuruna gətirdilər. Xan dəxi şul Vərəndə piyadələrinə külli ənam verdi. Bu növ ilə qarabağlılar gecə və gündüz aram və asayişi qızılbaş qoşununa haram edirdilər və bu 33 gün müddətdə üç-dörd dəfə şah külli olan qoşunu qala üstə məmur etdi. Bir dəfə özü dəxi əzim olan cəmiyyət ilə Şuşa çayından qala tərəfinə keçib, qala üstə yürüş gətirmək üçün səy və təlaş etdilər. Amma bu tərəfdən çevik olan piyadalar və qoçaq olan səvarələr və rəşid və nami olan sərkərdələr müqabilə gedib, mərdanə davalar edib, mane oldular və qala almağa qoymayıb, basıb geri qaytardılar. Əlqissə, Ağa Məhəmməd şah baxdı ki, qala müsəxxər etmək mütəzzur olmur. Çiləbörd mahalının məliki, Məlik Məcnun və Gəncə hakimi Cavad xan ki, msabiqən məzgur oldu, gəlib şahın hüzurunda idilər. Onlar hər ikisi şaha dəlil oldular. Şah çoxlu məğlubiyyət və pərişanlıq ilə səmti-qaladan köçüb, qaladan beş ağac kənar olan Qara təpə mənzilində ki, Ağdam səmtində vaqedir, ordu eylədi. Həqiqət özünü mühasirədən xilas eylədi və bir ay müddəti dəxi şul mənzildə olub qoşunu at və ulağı rahat və aram tapıb, bəd əz an Gürcüstan təsxirinə azim oldular. Mərhum İbrahim xan şah hərəkət edəndən irəli bu xəbəri valiyi-Gürcüstan İrakli xana məlum eyləmişdi ki, Ağa Məhəmməd şah qalanı tutmaqdan aciz olub, qoşununa və at-ulaqlarına külli zərərlər yetişib. İndi məsləhət görüb ki, bu zərər və məğlubiyyətini o səmtlərdən dürüst etsin. Pəs o tərəfə yönəldi ki, o yerləri qarət və zəbt etsin. Gərəkdir ki, bunun zəbt və fəsad şərrini dəf etməklik tədarükünə məşğul və hazır olasınız. Pəs Ağa Məhəmməd şah hər yerdə Cavad xan gəncəlinin və Məlik Məcnun məliki-Çiləbördün bələd və pişrövliyi ilə Tiflisə tərəf yönəldi. Elə ki İrakli xan vali bu xəbəri istima etdi, tədarük əzmində olub, Başıaçıq valisi Süleyman xana ki, öz nəvadəsi idi və sair övlad və yaxınlarına ki, Gürcüstanı qismət eyləmişdi, tamamına əhvalatı məlum edib, istimdad qıldı və kömək istədi. Çünki vali özü qocalıb kuhənsal olmuşdu və sinni və yaşı yetmişdən keçmişdi. Amma bunun ilə yenə düşmənin dəfində və cəngü davada çalışqan və cəhd edirdi. Amma o ki oğlanları və övladı var idi, bir-birlərilə aralarında ədavət və ləcacət və küdurət vaqe olmuşdu. O səbəbə heç birisi kömək qılmayıb, valinin sözünə və hökmünə mültəfit olmayıb gəlmədilər, səvayi Süleyman xan ki, dörd min qoşun cəm edib vali hüzuruna köməyə göndərmişdi. Hərçənd ki, qalan övladına vali təkid və təkrar ilə hökmlər və kağızlar və sifarişlər etdisə, heç birisi baxmayıb, köməyə və davaya gəlmədilər və valinin əmrinə qulaq asmadılar. Ancaq ləhu və ləəb zənanə ilə kisvəti-mərdanəlikdən ari olub, eyş-nuşə məşğul olurlar. Axır vali naçar olub, haman dörd min adam ilə Ağa Məhəmməd şahın müqabilinə əzm edib və gəlib Qazax və Borçalı mahalının İncə çayı (kənarında) düşdü və camaatı Qazaxdan və qeyri ilatdan həm bir qədər səvarə və atlı qoşun tədarük edib, oradan yenidən hökmlər və təkidlər övladına yazıb, kömək təklif və təkrar etdi və hərçi gözlədi ki, kömək gəlmədi. Ağa Məhəmməd şah dəxi gəlib Gəncəyə yetişdi və daxiliGəncə oldu. Bali labüd və laəlac olub, ehtiyatən qayıdıb. Övrəti Dede Valini Tuşetiyə ki, bir nıöhkəm məhəl idi, göndərib və özü haman az adam ilə Tiflisdə qaldı. Elə ki Ağa Məhəmməd şah köç bir köç gəlib Soğanlığa yetişdi, orada gecə mənzil edib, sübhü şəhərə yürüş binası qoydu. Vali dəxi haman qəlil cəmiyyəti ilə müqabil gəlib cəbbəxana və toplar ilə davaya başladı. Çünki o qədər Seyli-əzimə bu az adam tab gətirmək məqdur deyildi. Axır dörd tərəfdən ləşkər şəhəri əhatə edib, nikini-ənguştər kimi araya aldılar. Vali sarsılıb, dəxi imarətinə daxil olmaq fürsəti də bulmayıb, bir nəfər atlı və bir nəfər qatırçı ilə Hallavar körpüsündən keçib fərar edən və heç yerdə davam etməyib, Qara-qalxan dağlarına getdi. Süpahi-Qızılbaş şəhri-Tiflisə daxil olub, Darüssüruru (Tiflisi) matəmsəra etdilər Belə ki, hər simbər bir divpeykörə düçar və hər mahru bir sitəmkərə giriftar oldu. Qərəz ki, az müddətdə çox sitəmlər etdilər və şəhəri yandırıb, qarət və qənayimi-kəsir və hədsiz olan kəsb və əsir götürüb, getdilər. Elə ki oradan müavidət edib Kürün kənarı ilə Cavad kəndinin həvalisindən Arazı ubur edib Muğanın geniş səhrasında düşüb bənayi-qışlaq eylədilər ki, qışı orada qışlayıb, yazda yenə dübarə Qarabağa, qala üstə gələlər. Onlar bu əzmdə ikən, vali İrakli xan dəxi Tiflisdən qaçıb gedib Tuşetdə öz övlad və yaxınlarını cəm edir və onlar ilə məsləhət və məşvərətlər qılır. Axır təmhid bu məqama müncər olur ki, vali deyir: “Bundan soma mənim ömrüm keçibdir. Dəxi ru görməzəm ki, bu halımda Ağa Məhəmməd şaha xidmətgüzar olub itaət qılam. Ancaq səlah budur ki, öz övladımın birisini sizin ilə Ağa Məhəmməd şahın hüzuruna göndərəm və aramızda saziş və birlik olmaq üçün zaval verəm və özüm fərağət ilə oturam”. Bu günə məsaleh və müahid əzmində idilər ki, bu əsnada xəbər gətirdilər ki, Ağa Məhəmməd şah bu sayaq ilə qarət və əsir və kəsb və sitəmlər etdi və şəhəri dəxi yandırdı və xarab edib, qayıdıb getdi. Elə ki vali macəra və əhvalı bu növ eşidib və görəndə dəxi bu tədbir və məsləhətləri bərhəm edib, götürüb oradan bir Rusiya dövlətinə ərizeyi-ixlasi-fərizə və böyük imperatur həzrətlərinə yazıb, mədəd və kömək təmənnası qıldı. Ağa Məhəmməd şahın zülm və cəfaların dəxi dərc edib, ianət və imdad mültəmis oldu. Vəqti ki, ərizeyi imperaturiyyə-üzma Yekaterina astani-mədilət bünyaninə yetişdi, padşah Yekaterina aciznəvazlıq məqamına gəlib əmr eylədi ki, general anşef qraf Valerian Zubov qoşun ilə Gürcüstana gəlsin. Zubov ləşkər və əsasi-tamam və tədarükati-şayəstə və malakəlam ilə vilayəti-Gürcüstana, valinin kömək və imdadı üçün Rusiyətdən azim olub köç bir köç gəlməyə məşğul oldu. Ağa Məhəmməd şah dəxi o qışı Muğanda qışlaq edib əyləndi ki, bahar fəsli olanda yenə Qarabağa qala üstə gələr. Amma haman ili Şiraz və Kirman vilayətlərində şüriş və inqilab əmələ gəlib, Ağa Məhəmməd şaha xəbər yetişdi ki, Lütfəli xan Zənd ki, o da bir rəşid və səxavətli və səbahətli nami cavan idi, Kirman vilayətində sahibi-daiyyə və istibdad olub və Ağa Məhəmməd şaha yağı olmaq binası başlayıbdır. Pəs bu əxbari-vəhşətəfpayə görə Ağa Məhəmməd şah o yazı Qarabağa gəlməyi mövquf salıb, yolunu İraq və Fars və Kirman canabinə çevirib, o vilayətləri islah etmək və Lütfəli xana müqabil getmək binasını ilzəm və müqəddəm bildi. Çün o ildə Ağa Məhəmməd şah Fars və Kirmana mütəvəcceh olub, bu nahiyələrdən uzaq və kənara getdi. Haman ilin bahar fəslində mərhum İbrahim xan Gürcüstan valisi İrakli xana dəxi təklif eyləyib və Dağıstandan dəxi ləzgi qoşunundan kömək götürüb, gedib şəhriGəncəni mühasirə eylədilər. Bu səbəbə görə ki, Tiflis şəhərinin xarabaçılığına Cavad xan gəncəli bais olmuşdu. Pəs bir az müddətdə Cavad xan dəxi rəyə gəlib, mərhum İbrahim xana itaət eylədi və öz oğlunu və bacısını həm İbrahim xana zaval verib, əhdi şərti-müvekkid və şərt və möhkəm qıldı ki, bir dəxi əbədən mərhum İbrahim xanın itaət və məhəbbətindən birun və kənara olmaya. Haman davada dəxi Çiləbörd məliki, fitnə-fəsadçı olan, şər işlərlə məşğul olan Məlik Məcnun öldürüldü. * * * On birinci fəsil ƏVVƏLİNCİ SƏRDARİ-RUSİYA GENERAL ANŞEF QRAF ZUBOVUN GƏLMƏSİ VƏ İBRAHİM XAN OĞLU ƏBÜLFƏT XANI GÖNDƏRİB, ONU GÖRÜB RUSİYA DÖVLƏTİNƏ İTAƏT İZHAR QILMAĞINI BƏYAN EDİR İslamiyyə tarixi 1208 (1793)-ci ildə idi ki, Ağa Məhəmməd şah hənuz Fars və Xorasan sahətlərində idi ki, Gürcüstan valisi İrakli xanın ərizəsinə və həsbüttəmənnasına görə imperaturiyyə üzma Yekaterina əmr eyləyib sərdari-əzəm anşef qraf Zubov zəfərli əsgərləri ilə əzm eyləyib və gəlib səmti-Dərbəndə və qəleyi-Dərbəndi müsəxxər qılıb ölkayi-Salyana və həvaliyi-şəhri-Şamaxıya varid olub, orada ordu eyləmişdilər. İbrahim xan eşidən kimi, öz oğlu Əbülfət xanı Qarabağ bəyzadələrindən neçə nəfəri ilə yaxşı sovqat və töhfə və hədiyyələrlə göndərib öz səmimi-qəlbi və rzayi-xatiri və xahişilə Rusiya dövlətinə dil verib, izhari-itaət eylədi və həm bir ərizeyi-ixlas və iradəti-farizeyi-imperaturiyyə-üzma Yekaterina hüzuruna yazıb mərsul etdi. Çün onlar oraya yetişdilər, sərdari-əzəm dəxi o ki var, lazimeyi-hörmət və təzim idi, Əbülfət xanın və Qarabağ bəyzadələrinin haqqında əmələ gətirib və İbrahim xanın ərizəsini dəxi mötəmid mərsuləsi ilə öz eşikağasına qoşub, Dərbənd və Kızlar yolundan imperaturiyyə hüzuruna göndərib və İbrahim xana dəxi yaxşı, qiymətli hədiyyə və töhfələr (verib), bir nəfər knyazın mürafiqətilə mərsul edib qayət məhəbbət və nəvazişlər ilə impera-turiyyə üzmanın əbədi olan mərhəmət və inayətlərinə ümidvar eylə- mişdi və bir yaxşı əsayi-mürəssə becəvahir dəxi Molla Pənah Vaqif təxəllüsə göndərmişdi. Elə ki ətraf xanlar xəbərdar oldular ki, İbrahim xan öz oğlunu sərdari-əzəm hüzuruna göndərib, onların hamısı ki, Mir Mustafa xan Talış və Mustafa xan Şirvani və Cavad xan Gəncəli olalar, hətta xəvanini-İrəvan və Naxçıvan və Xoy və Qaradağ təmamən mərhum İbrahim xan xidmətinə elçilər və namələr göndərmişdilər ki, bizlər hamı İbrahim xanın əmrindən və məsləhətindən xaric və kənar deyilik. Hərgah səlah görərsə, bizlər hamımız padşahi-mərhəmət məstgah imperaturi-Rusiyanı qəbul edirik. Mərhum İbrahim xan dəxi dübarə həmin xanların yazdıqları məktubları və qamu bu əhvalatı mücəddidən sərdari-əzəm Zubov hüzuruna göndərib, məlum eylədi. Məxfi olmaya ki, hərçənd Gürcüstan valisinin əzəməti və şövkəti və calalı sair xəvanini-Şirvan və Xoy və İrəvan və qeyri kimi deyildi. Onun ocağı qədim və vilayəti əriz və dövlət və neməti əzim idi. Amma bu vücudun sahibi yenə hər cür səlah və məsləhətdə mərhum İbrahim xanın sözündən çıxmazdı. Bu səbəbə ki, valiyi-Dağıstan avar hakimi mərhum Ümmə xan və sair Dağıstan əmirləri qohumluq cəhətinə İbrahim xana kömək və müti və münqadvar idilər. Çünki Ümmə xanın bacısı Bikə ağanı mərhum İbrahim xan almışdı və çox da mehriban qohum idilər. Əgər əhyanən bir ədavət və küdurət Gürcüstan valisi ilə mərhum İbrahim xanın aralarına düşsə idi, İbrahim xan işarə etsə Dağıstanın əhlləri və qoşunu Ümmə xanın əmrilə Gürcüstan vilayətini xarab edərdilər. Necə ki, 1199 (1784-85)-cu tarixdə valiyi-Gürcüstan ilə İbrahim xanın aralarında bir küdurət oldu. Ümmə xan avar hakimi çox ziyad olan qoşun ilə Gürcüstan sahətinə hərəkət edib qalanı və sığınacağı və Gümüşxananı təsərrüt etdi və çox xəlayiq məqtul olub övrət və uşaqdan çox əsir apardılar və ətraf və cəvanibdən çox kəndləri qarət edib, çapıb, dağıtdılar. Oradan əsirlər və qənimətləri götürüb, apardılar Axısqa vilayətinə və oranın paşası Süleyman paşanın yanına gedib, qışda orada qalıb, Rum sultanı xandkari-Rumdan çox ənam və xələtlər hasil edib, yazda yenə qayıdıb Gürcüstanın kənarından keçib Dağıstana gedən vaxtda dübarə Baxan qalasını ki, sərhəd və güzərgahda vaqe idi və qəleyi-möhkəm idi və orada knyazlardan Abaşidze knyaz öz əhl və əyalı ilə sakin olurdu. Haman qalanı mühasirə qılıb və təsərrüfə gətirdilər və qala əhlindən çox adamlar qətlə yetirib, mal və dövlətlərin qarət edib, əyal və ətfallarını əsir edib aparmışdılar. Haman qızların birisini töhfə və hədiyyə rəsmilə, bir para əlavə şeylər ilə mərhum İbrahim xana sovqat göndərmişdilər. İbrahim xan dəxi o qızı nikah edib özünə almışdı ki, bir oğlu Abbasqulu ağa adlı və bir nəfər qızı ki, Gövhər ağa ola, şul Abaşidze knyazının qızıldan təvəllüd etmişlərdi. Ağaşidze knyazın o birisi qızını dəxi Ümmə xan özü əqd-nikah edib, almışdı. Əlqissə, bu səyaq işlərə görə valinin İbrahim xana görə ehtiyacı və ehtiyatı çox olardı və həmçinin Şirvan və Şəki və Gəncə və İrəvan və Xoy və Naxçıvan və Qaradağ və Talış və Təbriz və habelə Şahsevən və Şəqaqi xanları dəxi İbrahim xana müti var idilər ki, onun əmrindən və məsləhətindən təmərrüd və təxəllüf etməyə qadir deyildilər. Tiflis valisi dəxi həm ixlas və həm ehtiyat yolu ilə mərhum İbrahim xana görə müti idi. Xülasə bunlar hamısı İbrahim xanın məsləhətilə dövləti-behiyeyi-Rusiya itaətinə razı olub, elçilər və ərizələr göndərdilər və təmamisi nisbəti-dövləti-əliyyəyə görə müheyyayi-ixlas və itaət olmuşdular ki, bu əsnada imperaturiyyə-üzmanın vəfat etmək qəziyyəti vaqe olub , salari-əzəm Zubov dəxi Əbülfət xanı və onunla oraya gedən Qarabağ bəyzadələrini və kəndxudalarını izzət və hörmət ilə və pareyi-ənam və hədiyyələr ilə mürəxxəs və mətuf edib, özü dəxi imperatorpadşah Pavelin əmrilə dala qayıtmalı olub, əhvalı İbrahim xana məlum etmişdi. Özü müavidət qılıb Rusiyaya getmişdi. Bəs bu növ xəbəri və qəziyyəni ki, mərhum İbrahim xan eşitdi, qayətdə məyus və məğşuş olub, hamılara yəsi külli ruyavər oldu. Vali İrakli xan dəxi Ağa Məhəmməd şahın hadisəsindən sonra bir də Tiflis şəhərinə gəlmədi və iki ildən sonra vidayi-cahan edib vəfat etdi və oğlu Georgi xan ki, vəliəhdi-vali idi, dualadılar, vali oldu. Amma sair qardaşları ki, İldun (Yulan) xan və Pirnavaz (Parnaoz) xan və Aleksandr Mirzə bu əmrə razı olmadılar. Çünki anaları ayrı idi . Hər biri bir tərəfdən iddia və düşmənlik başlayıb, küdurət və ədavət binası qurdular. Pəs təzə vali Georgi xan naçar olub adamlar irsal edib və məvaciblər verib, Dağıstandan özünə kömək və qoşun götürüb, ləzgi və gürcü qoşunları ilə hərəkət edib, Kəsəmən qışlağından keçib, Aleksandr Mirzə ki, Qazax və Borçalı və Şəmsəddin mahallarına malik olmuşdu və valiyə ağ olub binayi-rüğyan və üsyan qılmışdı, onun üstünə azim oldu. Elə ki o, cəmiyyəti tamam ilə Qazax torpağına yetişdi, Aleksandr Mirzə tab və müqavimət gətirməyib izqrarən oradan qaçıb Qarabağa gəldi. Qarabağ vilayətində (bir) müddət qalıb, ondan Qızılbaşa getdi. Bəd əz an orada Qazax və Borçalı əhlinin bir para fəsad peşəli və şərarət əndişə olanlarına tənbeh və siyasət edib, ondan sonra şul qoşunu müqərrər etdi ki, Qars vilayətini çapavul etsinlər və onlar dəxi həsbül-müqərrərə görə gedib o nahiyələrdən pareyi-qarət və kəsblər edib, ondan qayıdıb yenə valinin hüzuruna gəldilər. Bəd əz an oradan müraciət edib gəlib Tiflis şəhərinə varid oldular. Çün Aleksandr Mirzə Gürcüstandan çıxıb Qarabağ vilayətinə fərari oldu, ondan sonra qalan valizadələr fərağət olub, filcümlə valiyə itaət qılıb aram oldular və başlarını salamat saxlamağı qənimət bildilər. * * * On ikinci fəsil AĞA MƏHƏMMƏD ŞAH DÜBARƏ QARABAĞA QALA ÜSTƏ GƏLDİYİNİ VƏ İBRAHİM XAN QARABAĞDAN ÇIXIB DAĞISTANA, CAR VƏ BALAKƏNƏ FƏRAR QILDIĞIN VƏ AĞA MƏHƏMMƏD ŞAHIN ŞUŞA QALASINDA MƏQTUL OLDUĞUN BƏYAN EDƏR Çün qeyd oldu ki, İbrahim xan davasız və səbəbsiz öz xahiş və rizası ilə Rusiya dövlətinə ixlas və iradət bağlayıb, öz oğlunu sərdari-əzəm Zubov hüzuruna göndərib, dil vermişdi. İslam və İran padşahını tərk edib, öz səmimi qəlbi ilə imperatori-əzəm itaətinə raqib olmuşdu. Əlavə ətraf xəvaninlərinə dəxi bais olub, Ağa Məhəmməd şahdan rukərdan qılmışdı. Bunlar tamam Ağa Məhəmməd şaha məlum olub. Onun üçün İbrahim xana görə ziyadə qəzəbnak olub, ədavət və küdurət qıldı. Bu işlər səbəbinə görə İbrahim xanın qətl və dəfinə kəməri-hümmət bağlayıb, əzmi tamam ilə müsəmməm oldu. Pəs buna görə səneyi 1210-cu ilin bahar fəsli olanda tədarükü-şayan və əsakiri-firavan ilə Azərbaycan sövbinə hərəkət edib , dübarə Qarabağa və Şuşa qalasına müsəxxər qılmağa azam oldu. Və çün müddəti-üç il olurdu ki, afati-səmavi və ərzi-Qarabağ vilayətinə ruavər olub, məhsuli-qəllə və sair hübubat elə gəlməzdi. Aclıq və qıtlıq olub. Bir növ şiddətitamam ilə aclıq olmuşdu ki, şul ildə bir çetvert buğda yüz manata və arpa və darı altmış manata düşvarlıq ilə məqdur olurdu. Hətta ki, xalq at və qatır və pişik və eşşək əti yedilər. Meşələrdən palıd yığıb, qurudub, dəyirmanda üyüdüb, yeyirdilər və çox adamlar aclıqdan həlak oldular. Pəs bu növ aclığa görə iş düşvara və intizara yetişdi. Əksər Qarabağın ilat və dehat xalqı tamam dağılıb fövc-fövc köçüb Şirvan və Şəki və Tiflis və İrəvan vilayətlərinə mütəfərriq oldu. Sipahiye-qızılbaş və Ağa Məhəmməd şahın qoşunu dəxi gəlib Araz kənarına yetişdilər. Pəs bu növ neçə illərin zəhməti və azuqənin yoxluğu və aclığın şiddəti və çoxluğu və Ağa Məhəmməd şahın həm bu tövr ədavət və hərəkətinə görə dəxi qəleyi-Şuşada durmaq müşkül idi. Labüdən mərhum İbrahim xan öz əhl və əyalını və evini və övlad və əqvamını və bir para məruf bəylərin və xassü canisar mülazamlarının ev və külfətləri ilə qaladan köçüb Dağıstanın Car və Tala vilayətinə əzm eylədi. Bu mənzurə ki, orada bir müddət qala. Əgər Dağıstandan və Gürcüstandan və sair vilayətlərdən bir tədarük və ianət və layiq kömək gəlsə, qayıdıb müqabilə gələ və illa oradan Dağıstana öz qohumu Avar hakimi Ümmə xanın evinə gedib, özünü və əhlü əyalını Ağa Məhəmməd şahın siyasətindən mühafizət edə. Və xəvanin cümləsindən ki, o vəqtdə mərhum İbrahim xanın hüzurunda var idilər və ondan kənarəlik və ayrılıq ixtiyar etmədilər. Xanın damadı Nəsir xan, Əta xan Şahsevən və Səlim xan Şəki vilayətinin hakimi ki, o da yenə xanın damadı idi və bir para Şahsevənin və vilayəti Şəkinin bəylərindən və onların övlad və yaxınlarından var idilər. Ağa Məhəmməd şah Araz kənarında xanın qaladan çıxıb getməyin eşidib, iki minə yaxın atlı qoşuna buyurub ki, gedib bəlkə Gəncə yolunda və Kürün kənarında düçar olub bir iş edələr. Onlar dəxi əzm və həzm ilə ilqar edib, Tərtər çayının körpüsündə xanın və sair əşxasın köç və əyallarına yetişib, dava ediblər. Köç və külfətdən və sair adamlardan bir zərər olmayıb. Amma çox mal və dövləti nəqdü cins köçdən qarət edib qayıtmışdılar. İbrahim xan dəxi oradan Kür kənarına yetişib, Səlim xan hakimi-Şəki ilə ki, qohum idilər. Xan qızını ona vermişdi və onun bacısını dəxi özünə almışdı. Onları yaxşı, salamat Kürdən keçirib və özü dəxi evi və əyalı və xəvasları ilə İbrahim xana mülhəq olub, Şəkidən keçib, Car və Tala torpağına yetişdilər. Əgərçi Car və Tala camaatının böyüklərinə və kəndxudalarına Ağa Məhəmməd şah tərəfindən fərman yetişmişdi ki, İbrahim xanı və sair xanları ki, oraya getmişdilər, mane olub, qoymasınlar ki, oradan keçib Dağıstana gedələr. Onlardan bir para cahil və nadan adamları əvvəl bir o təmənnaya düşdülər ki, onlara hücum edələr. Amma sonra xanın mənhukəsi, Ümmə xanın bacısı Bikə ağa onlara təhdid və tənsih etməyinə görə və bir dəxi bu səbəbə görə ki, müddətimütəmadi Carın və İlisunun və Balakənin və sair Dağıstanın əhlləri mərhum İbrahim xandan çox hörmətlər və məhəbbətlər və külliyyə bəziləri ənamlar və ehsanlar görmüşdülər. Ona görə kamilləri həmin cahillərinə mane olub, bu hərəkətdən nadim oldular. Bəd xana və həmrahlarına çox ehtiram və izzət və xidmətgüzarlıq və mehmannəvazlıq edib, onları hər yerdə hörməti-tamam ilə Balakən qəryəsinə yetirdilər. Pəs xan Balakəndə əylənib, fərağət oldu və sükunət qıldı. Hamı o camaat onun itaətində və təəssübündə və xeyirxahlığında var idilər. Çox ehtiram və izzət və mehmannavazlıq əmələ gətirdilər ki, biqayət rizaməndlik hüsula yetdi. Əlqissə, iyirmi gün müddəti xan Balakəndə əylənmişdi ki, Ağa Məhəmməd şahın Şuşa qalasında məqtul olmaq xəbəri xana yetişdi. Ağa Məhəmməd şahın ölümünün müqəddiməsi belə olubdur ki, xan Balakənə köçüb gedəndən sonra Ağa Məhəmməd şah bilaniza və beduni mane Şuşa qalasına gəlib, İbrahim xan mərhumun böyük oğlu general-mayor mərhum Məhəmmədhəsən ağanın imarətində mənzil ixtiyar edib əyləşir. Müddəti-bir həftə aradan keçir. Bir gecə qəzadan, bir əmrdən ötrü ki, xatirinə nagüvara olub iki nəfər pişxidmətlərinə ki, çox xidmətgüzari müqərrəb imişlər, acığı tutub, qəzəbnak and içib, deyib ki, əgər sabah olur, sizin hər ikinizə də əzim siyasət edərəm. O iki nəfərin adları birisi Səfərəli bəy və birisi Abbas bəy imiş. Çün onlar bilmişlər ki, onun dediyi və buyurduğu hərgiz təğyir və təbdil olan deyil, canlarının qorxusundan o gecə onu qətlə yetirməyi lazım bilib amadə olublar ta ki, səhərin açılmasına yaxın ki, şah yuxuda imiş. Hər ikisi xəncər çəkib şahın tacını, cavahir həmailini, bazubəndlərini, məşhur olan Nur və Kuhi-Nur daşlarını götürüb sübh vaxtı Sadıx Şəqaqinin yanına gedib, həqiqəti-əhvalı ona hali ediblər. Sadıx xan əvvəl bu nağılı şahın hiyləsi təsəvvür edib, etimad etmədi. Fikir eylədi ki, nəbada bu hiylə ola ki, şah istəronu təcrübə etsin. Şah tərəfindən həmişə xatircəmliyi yox idi və canı qorxulu var idi. Axırül-əmr müqəlləz and və qəsəmlər ilə inandırdılar. Durub gəldi yenə tam kəmali-xof ilə dəstiri-sabiq ilə imarətə daxil olub, haman otağın ki, şah orada yatmış idi, pərdəsin ədəbi-təmam ilə götürüb baş endirib, ahəstə otağa daxil oldu. Hərçənd Səfərəli bəy qatil ona dildarlıq verirdi. Yenə Sadıx xan xaif və hərəsan idi. Pəs Səfərəli bəy irəli gedib, şahın üstündən yorğanı çəkib, onun xunalud bədənini Sadıx xana göstərib. Sadıx xan tab gətirməyib haman saat fövri qayıdıb şahın bazubəndlərini, tac və həmailini götürüb öz mənzilinə gəlib səs saldı ki, şah məni Gürcüstan və Gəncə tərəfinə məmur edibdir. Özünün tamam tabelərini və Şəqaqi qoşununu təmamən görürüb, qaladan çölə çıxıb və haman Abbas nam qatili-şah dəxi onun yanınca gedib, Səfərəli bəy qalada qaldı. Elə ki Sadıx xan yola düşdü, iki saat çəkmədi ki, şahın qətlə yetişməyi qalanın içində şöhrət tapdı. Pəs Qızılbaş xanları sərasimə və pərişan olub hər kəs öz təvabelərilə əllərinə gələni götürüb, istecal ilə fövc-fövc yola düşüb qaçmağa məşğul oldular. Şəhərin əhli tökülüb hər kəsi ələ keçirdilər, tutub soyub, lüt edirdilər. Qala əhli xəbərdar olub, şah olan imarətə tökülüb, qarət ağaz etdilər. Məhəmməd bəy ki, mərhum İbrahim xanın qardaşı Mehrəli bəyin oğlu idi, o vaxtlar qalada şah yanında idi. Bir yaxşı, şüca və rəşid və xoşsurət və məşhur cavan idi ki, hamı əhaliyi-vilayət onu sayardılar və bir eldən və camaatdan idilər. (Molla Pənah) bu əşarı inşa edib, ona mərqum və mərsul eylədi: Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax, Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax. Əhli zülmi necə bərbad eylədi bir ləhzədə, Hökmi-adil, padşahi-qadirü qəhharə bax. Sübh söndü, şəb ki, xalqa qiblə idi bir çırağ, Gecəki, iqbali gör, gündüzdəki ədbarə bax. Taci-zərdən ta ki, ayırdı dimaği-pürğurur, Paymal oldu təpiklərdə səri-sərdarə bax. İbrət et Ağa Məhəmməd xandan ey kəmtər gəda, Ta həyatın var ikən, nə şahə, nə xunxarə bax. Baş götür bu əhli-dünyadən ayaq dutduqca qaç, Nə qıza, nə oğula, nə aşina, nə yarə bax. Vaqifa, göz yum cahanın baxma xubu ziştinə, Yüz çevir, Ali-Əbayə, Əhmədi-Muxtarə bax. Çün Ağa Məhəmməd şahın aqibəti və müqəddiməyi-əhvalı bu növ olub Məhəmməd bəyin ərizəsi şahın kəsilmiş başı ilə Balakənə İbrahim xanın hüzuruna yetişdi. Xan və cümlə baxan əşxas və əyanlar ibrətlər hasil edib, bəd əz an necə ki, rəviyeyi-nəcabətdir orada şahın başına hörmət və ehtirami-tamam ilə qüslü kəfən etdirib və mötəbər və yaxşı kamil mollalar ilə göndərib, Carın üzmalarının məqbərələrində möhtərəm məhəldə dəfn etdilər və bir para maneələr və səbəblər cəhətinə İbrahim xan Qarabağa, tez qayıtmaq məqdur olmayıb üç ay müddəti Balakəndə təvəqqüf etdi. O vaxtlarda hər tərəfdən, xüsusən Gürcüstan valisindən və Gəncə hakimi Cavad xandan və Şirvan və Şəkidən xana çox sovqatlar, töhfə və hədayalar gəlirdi, hamısı izhari-dusti və ixlas və məhəbbət və yeganəlik edirdilər. Buna görə ki, çün o tövr, sahibi-calal padşah ki, qəvi olan düşmən idi. Fövt olub və hamı Azərbaycanın və sair məmalikin böyüklərini və xəvanini həmişə İbrahim xanın əzəmət və şövkətini və əmrini nüfuz və cərəyanını və hər yerdə sayılmasını çox müddət götürmüşdülər və bilirdilər. Hamısı bu səbəbə itaət məqamında var idilər. İstərdilər ki, qeyrilərdən irəli öz xeyir və səlahları üçün onun rizayi-xatirini ələ gətirib sədaqət və məhəbbət və möhkəm olan xüsusiyyət əmələ gətirələr. Əlqissə, mərhum İbrahim xan bəd əz an ki, bir ay müddəti keçmişdi ki, Balakəndə təvəqqüd edirdi. Öz qohumu avar hakimi Ümmə xan Dağıstanın ruəsaları və böyükləri və sərkərdələri ilə və külli tədarüki-məkulat və məlbusat ilə və külli-qoşun ilə xanın yanına gəldilər. Orada o ki, lazimeyi-qohumluq və mehribanlıq və mehmandarlıq və insanlıq idi, necə ki, şöylə əmiri-əzəmdən o tövr mehmani-möhtərəmə şayistə olan qayət mərtəbədə əmələ gətirib nəinki yalnız mərhum xana və övladına və Qarabağ bəylərinə, bəlkə tamam orada olan Şahsevən xanlarına və onların adamlarına və bəylərinə və əyallarına taarüfdən və hörmətdən və xörək və puşakdan və xərci-məişətdən necə ki, lazımdır qüsur və füturu qoymadılar. Hamı barədə ziyad olan rizaməndlik hüsula yetdi. Çün iki ay qədəri xan orada qaldı. Qarabağa gəlmək əzmin eylədilər... * * * On üçüncü fəsil BİR PARA MÜQƏDDİMƏLƏR Kİ, AĞA MƏHƏMMƏD ŞAH FÖVT OLANDAN SONRA VƏ İBRAHİM XAN QARABAĞDAN ÇIXANDAN VƏ QAYIDIB GƏLƏNDƏN SONRA ÜZ VERİB, ONLARI BƏYAN EDİR O cümlədən Molla Pənah Vaqifin ölmək hekayətidir. Belə ki, məşhur Axund Molla Pənah bir sahibi-kəmal və müddəbir və təcrübəli və şair və xoşməqal adam idi. Əsli Qazax camaatından idi, amma gəlib Qarabağda İbrahim xanın hüzurunda izzət və şöhrət və xüsusiyyət hasil etmişdi ki, xanın ondan kənar məsləhəti olmazdı. Onun vəziri və mötəmidi idi. Və hər ümuri-hökumət və qeyridə Axund Molla Pənahın tədbiri və müşavirəsi ilə rəftar edərdi. Hər necə düşmüşdüsə ona yaxşı inanıb etimadi-külli etmişdi ki, hamı övlad və əqrəbalarından artıq onun xatirin və hörmətin mənzur edirdi. Və külli-ixtiyarın ona vermişdi. Xan Dağıstana, Car və Balakənə gedən vaxtda Molla Pənah, çün Muğanlı Cəmil ağanın ittifaqı ilə Təklə Muğanlı həmçinin əslən qədim Qazax elindəndirlər, ikisi də Tiflis canibinə getmişdilər. Oradan Qarabağa müaviyət edən zamanda və yainki, bir rəvayətdə Qarabağdan Ağa Məhəmməd şahın xofundan qaçıb xanın dalınca o tərəfə əzm etdiyi halda, Gəncənin dağlarının həvaləsində Gəncə hakimi Cavad xan onu özünə ümdə olan sovqat bilib, tutub öz ittifaqı ilə Ağa Məhəmməd şahın hüzuruna gətirmişdi. Çünki şah onu tutub çoxdan qətlə yetirmək arzusunda idi. Haman vaxt ki, onu dəstgir edib şahın hüzuruna qalaya gətirmişdilər, axşartı vaxtı idi. Şaha məlum etmişdilər, şah buyurmuşdu ki, onu möhkəm saxlasınlar ki, sübh onu əzim olan siyasətlə qətlə yetirəcəyəm. Əlqəza, təqdir belə oldu ki, haman o gecə Ağa Məhəmməd şahı öldürdülər və Molla Pənah salamat qaldı. Bu qəribə mücməl hekayətin keyfıyyəti-təfsili budur ki, çün Axund Molla Pənahı qüruba bir-iki saat qalmış Şuşa qalasına gətirdilər. Məhəmmədhəsən ağanın evinin qapısında ki, şah orada mənzil eyləmişdi, dəstgir saxlayıb şaha məlum etdilər. Şah buyurdu ki, bu gecə onu yaxşı mühafizət edin, sabah ona bir siyasət edim ki, ibrətün-naziran olsun. Qərəz o halda Məhəmmədhüseyn xan Qacar ki, şahın çox yaxınlarından idi, Axundu qapıda əlibağlı görüb soruşdu: “Bu kimdir?” Dedilər: “Bu haman məşhur Molla Pənahdır ki, eşidibsiniz?” Haman dəm ağzını föhşə açıb Axunda çox yaman föhşlər və itab və xitablar eylədi. Axundi-biçarə ərz eylədi ki, “Ey xani-əzimüşşən. Siz böyük olan şəxs varsınız və padşahi-İranın mötəmidi və nəzərkərdəsi və müqərrəb hüzurusunuz. Layiq deyil ki, siz dəstgir və günahkar və müqəyyəd və giriftar və biçarə və dərməndələrə yaman kəlmələr və föhş və hədyan sözlər buyurasınız. Bəlkə sizin rütbə və məratibinizə şayəstə olan budur ki, gərək ətvar və əxlaqi-həsənə və küftar və rəftari-nəcibanə sizdən zühur edə. Bu gunə dərmandə və əsir və xaif olan acizlərə siz dildarlıq gərək verib, iltifat və mərhəmət, əvf və ətayə ümidvar qılasınız. Nəinki şahın qəzəbindən qəzəbnak olub, dilazarlıq edəsiniz”. Məhəmmədhəsən xan bu cür kəlamatdan heç bir mütəəssir olmayıb yenə föhş və hədyanı ziyadə başladı: Axund, hər ke dəst öz can beşuyəd, Hər çe dər del darəd bequyəd. (Ey axund, canından keçibsə bir kəs Ürəyində nə varsa açıb deyəcək). Məzmuna görə dəxi qərar etməyib, haman xanın cavabını dəxi-ziyadə föhşkarlıq və darüştgüftarlıq edib dedi: “Ey xani-nanəcib, qəzayi-sübhani və dövri-zamani və müqəddimeyi-fərdani sən nə bilirsən, bəlkə sabah şah mənə ənam və xələt də verib, xoşhal və azadə edəcəkdir və ya fələyi-kəcrəftar və təqdiri-pərvərdigar bir qeyri-təriq yol gedəcəkdir! Şəb abestən əst, ta çe zayəd be ruz. (Gecə hamilədir, görək gündüz nə doğacaqdır). Mən ki indi dustağam, şah dustağıyam, sən nəkarəsən ki, mənə təərüz və əziyyət edə biləsən. Məhz bu günə ətvari-naqabil sənin nakəs və nanəcibliyinə dəlildir. Həqq-təala kərim və rəhimdir”. Məsəldir ki, mıxı mismar eyləyən vardır. Qəzara iş şöylə oldu ki, o gecə şahı öldürdülər. Molla Pənah salamat qurtardı. Axund, Ağa Məhəmməd şahın əlindən xilas oldu. Amma Məhəmməd bəyin əlində giriftar olub qətlə yetişdi. Səbəbi-qətli bu idi ki, çün Axund mərhum İbrahim xanın yanında sahibi-ixtiyar və müdəbbirkar olan vaxtlarda Məhəmməd bəy ona çox hörmətlər edərdi ki, onun tədbiratı səbəbinə xandan bir para təmənnaları var idi, əmələ gələ. Axund vasitəçilik eyləyə, onu İbrahim xana ziyadə yaxın qıla və bəlkə qızını da ona ala ki, müqtəzi ül-məram ola. Amma onun bu mütalibatı axundi-məzburdan hasil olmamışdı və onun məsulatını icabət qılmamışdı. Çünki Məhəmməd bəy çox rəşadətli və qüvvətli və səlabətli idi. Tamam əmizadələri və xanın qohum və əqrəbaları və müqərribləri məcmuən ona hasid və məand və düşmən var idilər. İstəməzdilər ki, Məhəmməd bəy İbrahim xana şöylə yaxın ola. Hamısı ona bədxah idilər və bir də ki, çox fəsad işlər yer üzündə övrət səbəbinə olubdur. Deyirlər Molla Pənahın bir yaxşı, gözəl, sahibicamal məşhurə övrəti var idi ki, çox şöhrətli idi və Məhəmməd bəy dəxi onun şöhrətini və tərifı-camalını eşitmişdi. Ona eşqi və əlaqəsi var idi. Çün övrət cahilə və cavan, axund qoca və natəvan idi və əlavə Məhəmməd bəyin rəşadət və şücaəti və xoşsurət olduğu və fərasəti padşah xəzinəsi əlində olmağı və cavan oğlanlığı övrəti dəxi ziyadə ona əlaqələndirmişdi. Övrət Məhəmməd bəyə demiş idi ki, hərgah Molla Pənah hali-həyatda sağ ola, şəraitə görə mən sənə gedə bilmənəm. Bir səbəb dəxi bu idi ki, pareyi-fəsadpişə adamlar özlərinin səlahkarları üçün Məhəmməd bəyi təhrik etmişdilər ki, Axund Molla Pənahı öldürə ki, o səbəbə Məhəmməd bəy İbrahim xandan uzaq ola və onlar da Məhəmməd bəyin hüzuruna sahibkar və yaxın olalar, iş-güc sahibi və rəşid və xəzinə sahibi və şüca adamdır. Onları mühafızət qıla, xoş ovqat olalar və işrət qılalar. Hər hal ilə isə qərəz Ağa Məhəmməd şahın qətlindən neçə gün sonra Molla Pənah Axundu və bir oğlu Qasım Ağanı Məhəmməd bəyin əmri ilə tutub qətlə yetirdilər. İndi qala içində günbədi var ki, orada mədfun ediblər. Əlqissə, bais o oldu ki, ondan sonra Məhəmməd bəyin İbrahim xan ilə ədavəti zahir olub, dəxi heç bir vəch ilə xatircəm olmadı. O qədər kənar gəzdi ki, axır gedib Şəkidə öldürüldü ki, onun da hekayəti ənqərib məzkur olacaqdır. Dəxi haman məzkurə və məşhurə övrəti Molla Pənah məqtul olandan sonra Məhəmməd bəy alıb özünə övrət eylədi. Bir az müddətdən sonra ki, Mustafa xan Şirvanlı, Məhəmməd bəyi qətlə yetirdi, haman övrəti Sarıcalı Hüseyn bəy adlı ki, əsli qarabağlı idi, şəkili Məhəmmədhəsən xanın yanında olardı, o, almış idi, onun övrəti idi ki, o, Hüseyn bəy dəxi sonra Şəkidə dəxi qaçıb Şirvana Mustafa xanın yanına getmişdi. Orada sakin olub, gahi oradan Qarabağa quldurluğa gələrdi. Bir dəfə dəxi quldurluğa gələndə Mehdiqulu xan ağa olan zamanda dəstəsilə gedərkən xidmətində polkovnik Fərəculla bəyin atası Uğurlu bəy və Əsəd bəyin atası mayor Rüstəm bəy və sair bəylərdən həm var imişlər. Haman quldur dəstəsinə düçar olub, quldurları basıb və qırıb dağıtmışdılar və haman Hüseyn bəyi dəxi Uğurlu bəy öldürmüşdü. Elə ki fövt oldu, ondan sonra haman övrəti Mustafa xan alıb özünə övrət eləmişdi və ondan Mustafa xanın iki oğlu oldu ki, ona kimi Mustafa xanın övladı olmazdı. Qəzadan o oğlanlar olandan sonra Mustafa xan haman övrətə təlaq verib boşadı. Övrət dəxi Qarabağa gəldi və Qarabağda dəxi mayor İmamqulu ağa almışdı ki, bu yaxın illərədək sağ qalmışdı. Səksən ildən yuxarı ömr elədi. Bu qəbil hekayətlər Qarabağda çox olub, tamamisi yazılsa çox böyük tulani kitab olar, qalsın. Əlqissə, çün Ağa Məhəmməd şah qalada məqrul oldu və İbrahim xan dəxi Balakəndə üç ay qaldı. O müddətdə Məhəmməd bəy Qarabağda hökumət əmrinə və divan etməyə məşğul var idi. Əgərçi Məhəmməd bəy bir hökumət fikrinə düşüb, Axund Molla Pənahı öldürüb və övrətini ahb və üstünə rəşadətli adamlardan çox cəmiyyət yığıb, ilatdan və qeyrilərdən bir parça özünə ixlasmən olanlardan külli dəstə və havaxahlar cəm edib, şahın xəzinəsi də ki, təsərrüfündə idi bihədd olan qızıl və gümüş və cavahiratı ki, var idi, pareyi-məşhur adamlara verib, özünə cəmiyyət və havaxah çox fərahəm etmişdi. İlatın bir parasın dəxi köçürüb Araz kənarına aparıb, orada oldu. Sadıq xan Şəqaqi ilə həm qohumluğu var idi və İranda dəxi hənuz bir padşah müəyyən olmamışdı.Xalq Sadiq xana müti var idilər. Ona dəxi arxalanıb istərdi ki, hökumətə otura, görə axırı nə gunə olur və mirati-ruzigar nə surətə zahir qılır... Pəs elə ki, iki ay qədəri İbrahim xanın Balakəndə məks etməyindən keçdi, Qarabağın və Şahsevənin orada olan əhlləri Balakəndən Qarabağa gəlmək əzminə düşüb sövbivətənə varid olmağa şayiq oldular. Pəs xan məsləhət görüb əvvəl Balakəndən Mehdiqulu xanı ki, şul vaxtda Ağa derlər idi, Qarabağın bəylərinin övladları ilə və neçə nəfər bəyzadələr ilə yola saldılar ki, o gəlib Qarabağa daxil olanda Qarabağın əhlləri bir para xilaf işlərə mürtəkib olmayıb, avazeyi-təmərrüd kənar olur. Pəs Mehdiqulu xan bəyzadələr ilə gəlib Qarabağ torpağına yetişdilər və Məhəmməd bəy də hərçənd onun barəsində zahirən bir para rəviyyələr və mehribanlıqlar əmələ gətirdi. Amma çünki əyyami-cavanlığın və o günə vardövlət və xəzaneyi-padşahlığın hövasına görə və bir parə insani təhriklər nəfsin və tamahın tələbinə görə batinən başına həvəsi-hökumət düşüb Mehdiqulu xana o qədər də məhəl-güzar olmaz idi. Mehdiqulu xan dəxi zərurəti-həsbi ilə onunla müdara qılıb pərdədürlük etməzdi. Gah ətraf səmtlərdə və gah qala içində yola gedərdi və həqiqəti-əhvalı və siyaqi-rəftari dəxi ərizə ilə atası İbrahim xan hüzuruna pişnihad edib, müntəzir var idi. Çün bu əxbar Kür kənarında İbrahim xana yetişib öz böyük oğlu Məhəmmədhəsən ağanı üç yüz ləzgi qoşunu ilə və Qarabağ sərkərdələrilə çaparvar göndərib yolda Məhəmmədhəsən ağaya belə xəbər verdilər ki, Məhəmməd bəy xanın gəlmək avazəsin eşidib, Qarabağın ilat xalqını yığıb, bir parasın köçürüb Arazın səmtinə aparıb orada saxlayıb və özü də çıxıb qalanın üç ağaclığında vaqe olan Kirs dağında cəmiyyəti-tamam ilə əylənib, əzmü iradəsi budur ki, dava başlayıb, müxalifətə başlaya. Buna görə mərhum Məhəmmədhəsən ağa sürəti-tamam ilə haman ləzgi qoşunu ilə ilqar edib, Məhəmməd bəyin cəmiyyəti və həvaxahları və özü ki, əsas və calal ilə şahın alatəpə və sərapərdəsin bu Kirs dağında dəxi qurub əylənmişdilər. Onların sərvəqtinə varid oldu. Çün Məhəmmədhəsən ağa həqiqətdə çox sahibi-tədbir və sahibi-hörmət, sahibi-nəcabət, sahibi-vüqar və sahibi-rəftar adam idi və xalq hamı onu sayardılar və heç kimsə ona etinasızlığa olmağa cürət etməzdilər. Elə ki Qarabağ əhli mərhum Ağanı görcək hamısı fövc-fövc gəldilər, Ağanın xidmətinə baş endirdilər və bəziləri əlini öpdülər. Hamı Məhəmməd bəyin yanında olanlar gəldilər. Hərçənd Məhəmməd bəy əvvəl dəfə bir qədər xofnak oldu, amma axır Məhəmmədhəsən ağa ona xatircəmlik verib. O da gəlib Ağanın əlindən öpdü və üzr istədi və Ağa dəxi onu hər babda xatircəm edib çox məhəbbətlər etdi və hətta o qədər mehriban oldu ki, qızını da ona verməyə xahişi oldu. Bir az müddət müvafıq olub bir-biriylə mehriban oldular. Sonra bir neçə nəfər şər adamlardan Məhəmməd bəyin yanında var idilər ki, onun istiqlal və hökumət xəyalında olduqları vaxtda bir para fəsad işlərə bais və mürtəkib olmuşdular. Məhəmmədhəsən ağa onlara Məhəmməd bəyin öz gözünün qabağında tənbeh və siyasət olmağa əmr eylədi. Mehdiqulu xan da ki, qala içində idi. Elə ki eşitdi qardaşı Məhəmmədhəsən ağa qoşun ilə gəlib qalanın bərabərindən keçibdir. Haman dəm də Məhəmməd bəyin mənsub etdiyi adamları ki, öz əmizadələri idilər, tutdurub məhbus eləmişdi. Pəs mərhum Məhəmmədhəsən ağa Qarabağın ilat camaatına xatircəmlik və asayiş verib, hamı mahallara hökmlər yazdı ki, məcmui-xəlayiq asudə və rahat olub öz iş-güclərinə və kəsbü güzəranlarına məşğul olsunlar. Pəs ondan sonra mərhum İbrahim xan dəxi gəlib Qarabağ torpağına yetişib öz məğərri-hökumətində qərar tutdu və Qarabağın ilat və dehatı və əksər camaatı aclıqdan və qəhətlikdən pərişan və pis vəziyyətdə olub Gəncə və İrəvan və Şirvan və Gürcüstan vilayətlərinə dağılıb, hətta Rum vilayətinə dəxi dağılıb mal və dövlətləri təmamən qarət gedib, ziyadə əfsurdəlik olmuşdu və ətrafının zülmkar xəvaninləri dəxi, əgərçi zahirdə itaət və məvəd-dətilafi edirdilər. Amma batinən hamı öz səlahlarını güdüb və öz nəflərinə talib idilər. O cümlədən şirvanlı Mustafa xan vəqti ki, İbrahim xan Balakəndə idi, şəkili Məhəmmədhəsən xan ki, Səlim xanın böyük qardaşı idi və Səlim xan hakimi-Şəki ki, İbrahim xanın damadı idi və o da xanın ittifaqı ilə Dağıstana getmişdi. Mustafa xan Məhəmmədhəsən xanı təhrik edib, gətirib özü də ona kömək və yardım qılıb, Şəki vilayətində hökumət əmrində qoydu. Ba vücudi ki, haman Məhəmmədhəsən xanın gözləri dəxi kor idi. Mustafa xan o qədər də razı deyildi ki, Səlim xan Şəkidə hakim olsun. Çünki Səlim xan İbrahim xanın damadı idi və bir-birinə müttəfiq idilər. O gəlib Şəkidə yenə hökumət edəndə və Qarabağ və Şəki birləşib müvafiq olanda ona zərərləri yetişirdi və onda Mustafa xan acizlik və itaətindən qeyri onlara başqa yol ilə üstünlük edə bilməzdi. Pəs buna görə Məhəmmədhəsən xan ilə razılıq edib, Səlim xan Dağıstandan gəlməmiş onu Şəkidə hökmran elədi ki, məbada Səlim xan gəlib yenə Şəkidə hökumətə əyləşə. Onu bidəxil etmək mətləbi idi və Məhəmməd bəy də Məhəmmədhəsən ağa ona xatircəmlik verdikdən sonra asudəxatir olub, o da sair xəvanin övladları kimi mərhum Pənah xan övladı və silsüəsinin içində mütləğa can qorxusu xatirinə gələn deyildi. Saymaz və rəşid və hünərmənd igid idi və həm o övqat saymazlıq məğrurluğu və xəzinə və dövlət havası və əlavə bir para şərir adamlar ki, xan Qarabağdan çıxıb və yenə vilayətə gələnədək bihesab işlər tutmuşlardı, onların təhrik etməkləri bais olub ki, xəzinədən çoxusunu Qarabağın dağlarında və daşlarında gizləyib və bir qədərin dəxi özü ilə aparıb Kürün kənarında olub, xana səmt gəlmədi. Pəs Məhəmmədhəsən xan şəkili ki, gözləri kor idi və Mustafa xan şirvanlı ilə müttəfiq var idi və qədimdən İbrahim xan ilə ədavəti küllüləri var idi, onun ilə dostluq binası qoyub Məhəmmədhəsən xan Məhəmməd bəyi aldadır. Adam göndərib Məhəmməd bəyə təhrik edir ki, gəlsin buraya, Şəki vilayətində əyləşsin. Mən özüm bir naibina və kor kişi varam və qızımı da ona verib özümə onu oğul edirəm və burada Şirvan hakimi Mustafa xanın bir para hərəkatı və nərəva təklif və təhəkkümatı məni cana yetirib, təngə gəlmişəm, gəlsin Şəkidə hökumət etsin. Çünki qədimdən Məhəmməd bəy Mustafa xanın atası Ağası xanı və qardaşı Əhməd bəyi və əlahiddə qardaşını öldürmüşdü. Bu səbəbə ki, Məhəmməd bəyin atası Mehrəli bəyi ki, İbrahim xanın qardaşı idi, Şirvan vilayətində Mustafa xanın atası Ağası xanın adamları öldürmüş idilər. Ona görə Məhəmmədhəsən xan Mustafa xanın təhrik və fitvası ilə Məhəmməd bəyə fərib verdi ki, bəlkə oraya gedə. Mustafa xan orada onu ələ gətirib öldürə. Bu mənzur ilə Məhəmmədhəsən xan çox and və qəsəmlər ilə mərhum Məhəmməd bəyi inandırıb öz yanına aparmışdı və haman günü ki, oraya yetişib, haman dəmdə onu tutub və hər nə ki, əlində və yanında dövlət və cavahir və qızıl-gümüş və sair nəqdü cins var idi hamısını alıb sahib və mütəsərrif olub və dəsti Mustafa xana xəbər eyləmişdi və Mustafa xan dəxi təcili tamam ilə gəlib Məhəmməd bəyi məhbus və bağlı alıb, orada qətlə yetirmişdi: Bəli ruzgar əst anke gəh izzət dəhəd və gəh xar darəd, Çərxi-bazigər əz in baziçeha besyar darəd... Əlhasil, Ağa Məhəmməd şahın düşmənçiliyi və Qarabağa gəlməyi Qarabağ vilayətini xarab və viran etdi və xalq tamam mütəfərriq olub dağıldılar. Bir yandan dəxi taun azarı şiddət elədi və aclıq və qəhətlik əmələ gəldi. Vilayət ziyadə qüsur və məğşuşluq hasil etdi və dağılanı dağıldı və qalanlarına dəxi Mustafa xan hakimi-Şirvan və Məhəmmədhəsən xan hakimi-Şəki və Cavad xan hakimi-Gəncə çox zərərlər və qarətlər yetirdilər. O həm bir xarabalığa bais oldu və ətraf dəxi hər canibdən günə-günə cürətə və ədavətə başladılar. Qarabağın vilayəti və İbrahim xanın əsas və calal və işi və istiqlal və hökuməti bir qədər kəsrü nöqsan hasil elədi. Pəs bu əsnalarda Fətəli şahın əhvalı yetişdi ki, İranda şah olubdur və İbrahim xana elçisi gəldi. * * * On dördüncü fəsil İRANDA FƏTƏLİ ŞAHIN ŞAH OLMAĞINI VƏ İBRAHİM XAN İLƏ MACƏRASINI BƏYAN EDƏR. Belə ki, Fətəli şaha Baba xan sərdar derlər idi, Ağa Məhəmməd şahın tərəfındən Fars məmləkətində və Şirazda vali idi. Elə ki şahın Qarabağda Şuşa qalasında məqtul olmaq xəbərin eşitdi, oradan təcili-tamam ilə ilqar edib Tehran şəhərinə gəldi və oradan xəzinəyə və əsbabi-padşahlığa malik və mütəsərrif olub məsnədi-şahlıqda mütəməkkin olub, övrəngi-səltənətdə cülus qılıb, kəmaliistiqrar və istiqlal ilə əyləşdi. Bu tərəfdən Sadıx xan Şəqaqi ki, Şuşa qalasından fərar edib getmişdi, o da Azərbaycanda vilayəti sahibsiz görüb, başına külli cəmiyyət yığıb Tehranı müsəxxər eləmək və öz zaval evlərini xilas edib gətirmək əzmində və Fətəli şahla cəng və rəzminə İraq səmtinə hərəkət elədi. O tərəfdən Fətəli şah xəbərdar olub, müqabilə gəlib, dava oldu. Sadıx xan tabi müqavimət gətirməyib, şikəst oldu və vilayətdən fərari düşüb, tərki-vətən qıldı. Bəd əz an Fətəli şah istiqlali-tamam ilə təxti-səltənətində əyləşib İranda şah oldu və İbrahim xan yanına kamali-hörmət ilə elçi göndərib Ağa Məhəmməd şahın nəşini istəyib və İbrahim xanı dəxi öz itaətinə dəvət elədi. Çün Qarabağ vilayəti necə ki, qeyd oldu, bir para səbəblər ilə müddəti qoşunkeşlik və aclıq və taun və sair əqsami-inqilab və iğtişaşə görə və ətraf xəvaninləri dəxi qaldırıb ədavətlər izhar etməklərinə binaən mərhum İbrahim xan müdara etməyi məsləhət bilib, münazilə məqamına gəlmədən və buradan Ağa Məhəmməd şahın nəşini ezaz və ehtiram ilə Tehrana rəvanə edib və bir para xoşayənd peyğamlar dəxi ilqa elədi. Çün Fətəli şah İbrahim xanın bu cür rəftarlığını və rəviyyə-güzarlığını mülahizə etdi, xoşhal olub, bunu yaxşı qarşıladı. Xanın göndərdiyi adamlarına tamam ənam və xələtlər verib qaytardı. İbrahim xana dəxi xələt və şəmşir və Qarabağın hökumət fərmanını və əlavə Qaradağ vilayətinin tamam mədaxilini yazıb, göndərib və binayi-qohumluq dəxi təmənna eyləmişdi ki, hər iki tərəf xatircəm olmaq üçün İbrahim xanın əzizeyi-mükərrəmeyi-səbiyyəsi Ağa Bəyim ağanı dəxi mənim hərəmxaneyi-şahanəmə layiq görsün ki, bizə banuyi-hərəm olsun. Pəs mərhum İbrahim xan dəxi məsləhət və məşvərətdən sonra Ağa Bəyim ağanı Fətəli şaha əqd və nikah edib və bir oğlu Əbülfət xanı ki, o vaxtda Əbülfət ağa idi, yolladı şahın hüzuruna ki, orada daim şah hüzurunda ola. Fətəli şah dəxi İbrahim xanın qızı Ağa Bəyim ağanı özünə banuyi-hərəm elədi və Əbülfət ağaya dəxi xanlıq ləqəbi qoyub, pərvəriş elədi və özünü əmir-ülüməra qılıb öz məclisixassına mərhəm elədi və son dərəcə izzət və hörmətlər edərdi ki, məşhuri-İran idi. Hər il dəxi İbrahim xana xələt və qılınc və qızıl irəsbablı at və sair sovqat və hədiyyə-lər Fətəli şahın tərəfindən gəlirdi və oğlu Məhəmmədhəsən ağaya dəxi əlavə xələt və ənamlar göndərirdi. Əlavə, Qaradağın tamam mədaxilini həm İbrahim xana vermişdi ki, onun ola və Qarabağ dəxi küllən özünün xalisəsi idi. * * * On beşinci fəsil RUSİYA QOŞUNU DÜBARƏ QAFQAZIN BU TƏRƏFİNƏ GƏLMƏYİN VƏ GÜRCÜSTANA MALİK OLUB, ƏLAVƏ CAR VƏ BALAKƏNİ ALMAĞIN VƏ VAQE OLAN VƏQAYEYİ-BƏYAN EDƏR Çün yuxarıda mərğum və məzkur oldu ki, Ağa Məhəmməd şah əvvəlinci gəlib Qarabağa və Tiflis şəhərini yandırıb və qarət edib getdi. Haman hadisədən sonra vali İrakli xan dəxi Gürcüstan torpağına gəlməyib, iki il keçənədək vəfat etdi və böyük oğlu Georgi xanı dualadılar, yerində vali oldu və qardaşları dəxi ona dürüst itaət etməyib, təmərrud başladılar. İran dövlətində dəxi Ağa Məhəmməd şah məqtul olub, Fətəli şah məsnədi-səltənətə cülus qılıb, istiqlal buldu. Vali Georgi xan bir tərəfdən Rumdan və bir tərəfdən İrandan, bir tərəfdən Dağıstandan və bir tərəfdən qardaşlarının yağı olduqlarından vahimə edib, dübarə bir ərizeyi-niyazməndanə yazıb, öz böyük oğlu Davud Mirzəni şahənşahi-əzəm və imperaturi-əfkəm cənab Pavel Petroviçin astani-behiyyəsinə irsal etdi. Bu kəlamat ilə ki, bu qədər xaric məzhəblər miyanında tənha qalmışam və hər saatda bir kimsədən ehtiyat etməkdən cana gəlmişəm. Güzəran və istirahətimiz haram olub və Ağa Məhəmməd şahdan haqqımızda olan zülm və cəfalar həm hamılara məlum və aşkardır. Övlad və ixvanım hamısı mənə yağı və düşmən olublar. Diriliyimiz bəsi düşvardır. Ona görə padşahani-aləmyan və imperator cahandan xahişimiz oldur ki, riayəti-namus, məzhəb və millət edib, inayət və mərhəmətləri dərmandələr haqqında şamil ola və bizləri himayət etmək ilə düşmənlər dəfıni vəcheyi-hümmət qıla. Pəs Gürcüstanın seçilmiş, nəcib olan tavadlarından eşikağası baş Kərsəvan bəyi ki, knyaz Çavçavadze məşhurdur və irəlicə dəxi padşahi-aləmpənah, astani-şərafət bünyanında məruf idi. Davud Mirzənin əqəbincə imperatori-əfxəm dərgahına mərsul və rəvanə etdi. Pəs padşahi-aləmpənahın mərhəməti cuşa gəlib, bir polk qoşun ilə general-mayor Lazarevi təyin edib göndərdi ki, mühafızəti-hüdudi-Gürcüstanda ehtimamitamam əmələ gətirsin və ştatski sovetnik Kovalenskini həm ministr təyin etdi ki, Gürcüstan valisinin yanında otursun. Bir az müddət keçmiş, mərğum və məzkur olan üməralar qoşun ilə gəlib Tiflisə varid oldular. Bir il ondan keçəndə Ümmə xan Dağıstani, hakimi-Avar iyirmi min Dağıstan qoşunu ilə vali üstə gəldi. Bu əzmə ki, çün vali Rusiya qoşununa pənah gətirib və hüquqi-rəfaqəti-qədimini xatirdən götürüblər və gedib Rusiyanı Gürcüstandan xaric edərək və Gürcüstan vilayətini və Tiflisi irəliki kimi xarab və tarac qılıram. Elə ki vali bu əhvalı istina etdi, əz bəski, Ağa Məhəmməd şahın hadisəsindən və qabaqlar ləzgilərin etdikləri vaqiələrdən xofnak olmuşdu ki, bu xəbərlərdən çox vahimə edib, çox pərişan olub, qorxuya düşdü və əhaliyi-Tiflis dəxi vəhşətlər edib fərar etmək əzm eylədilər. Hər birisi hifzi-bədəni lazım bilib bir diyara qaçmaq fikrinə düşdülər və general Lazarev nə qədər onlara nəsihətlər və xatircəmliklər verdisə, fayda etməyib, əhaliyi-şəhər qəflət və kəmetiqadlıq ilə ona bavər edib mültəfit olmazdılar və nə qədər səy və cəhd edirdisə, əsla iltifat qılmazdılar. Zira ki, şul zamanədək Rusiya qoşununun zəfər əsərli olan hünərləri imtahan və təcrübə olmamışdı və bu diyarın əhlləri onların rəşadət və nizamına müşahidə qılmamışdı. General bu əhvalı anlayıb Tiflisdə car etdirdi ki, siz əhaliyi-şəhər və vilayət nahaq yerə məkanınızdan fərar olmayın və əbəs-bica yerə cəlayivətən ixtiyar qılmayın, sakit və asudə yerinizdə oturun, ta mən özüm məxsus öz qoşunu ilə onların müqabilinə gedirəm və Ümmə xan və qoşuni-Dağıstan ilə cəng və savaş edərəm. Hərgah qalib oldum fiha ülmətlub və ila məğlub olsam və ya onlardan qaçsam, ondan sonra siz də fərar edərsiniz. Və hansı canibə istərsiniz gedərsiniz. Pəs əhaliyi-Tiflis bu qissələri istima etdikdən sonra filcümlə aram buldular. Və bu kəlamatı ağılları qəbul edib təsdiq qıldılar. Pəs generalməzbur qoşuni-mənsuri fərahəm edib Ümmə xanın müqabilinə çıxdı və gedib Səğrəlu kəndinin altında və Qabırrı çayının üstündə axşamçağı təlaqiyi-fəriqin vaqe olub əsakiri-Dağıstan baxıb gördülər ki, urus qoşunu bir cəmdir. Nəzərlərinə az və çox həqir və zəlil gəlib təəccüblər edib və heyrətlər qılardılar ki, bir az cəmiyyəti ilə bunlar necə cəng və dəvaye cürət edirlər və bu gunə uzaq yolları gəlib məmalik hərasətinə iqdam qılırlar. Pəs hər iki tərəf barinüzül açıb düşdülər və çadırlar tikib əyləşdilər. Ləzgiyyə qoşunlarının sərkərdələrindən bəziləri dedilər: “Axşamın xeyrindən isə sabahın şərri yaxşıdır”. Amma Ümmə xanın özü və bir para sərkərdələr dedilər ki: Çe danəd kəsi qeyri-pərvərdigar, Ke fərda çe bazi konəd ruzigar. (Tanrıdan başqa kim bilir ki, ruzigar sabah nə oyun çıxaracaq). Səlah budur ki, haman bu halda dava başlayıb bu az camaatı tüfəng və tömeyi-tiğ və tüfəng edib ortadan götürək və ondan Tiflisi qarət və zəbt etməyə gedək. Pəs Ümmə xan nisfı-ləşkərinə müqərrər etdi ki, generalın qoşununu əhatə edib aralığa alsınlar, onların dörd ətrafını negini-ənguştər kimi tutub, tənk mühasirəyə alsınlar. Ləşkəri-Dağıstan bu hökmə əməl etdilər. General əhvala nəzər edib haman dəm müqərrər etdi ki, atəşbar olan əjdəhadəm toplara od qoysunlar və rəşid olan nüsrətli soldatlar “uray” çəkib onlara həmlə qılsınlar. Dağıstanlılar bir vaxt baxdılar ki, aləmi dəryayi-atəş tutub başlar havaya bülənd oldu və leşlər tökülüb qanları səhranın rəngin qıldı. Filfövr tabi-müqavimət gətirməyib fərarı qərara ixtiyar qıldılar və əhvali-macəranı gəlib Ümmə xana hali və bəyan eylədilər. Onlar bu müqəddiməni eşitdikdə qayətdə xofnak və pərişan olub, təqrir etdilər ki, sabah tezdən bunları zirü zibər edirik. Bu qisas əvəzin alıb ondan Gürcüstana müvaxizəsinə gedirik. Əgər ma bemərdi nəyarim nam, Bavəd in koləh bər səre-ma həram General ki, onları fərar edən gördü, ləşkər zəfər əsgərin götürüb, onların əqəbincə rəvanə olub özlərini onların sığınağına yetirib həməlati mərdanə və sədəmati-dəliranə ilə onların cəmiyyətlərini dağıdıb bərhəm etdilər. Hərçənd Ümmə xan və sair sərkərdələr səy və cəhd etdilər ki, o vəhşi xislətləri təskin edələr və mərdanəlik rəsmilə meydani-cəngə gedələr, heç fayda etməyib. Çünki Rusiyanın əvvəlinci sədəmati-zəhrə şikafından qayətdə xofnak olmuşdular. Dəxi durmayıb haman ki, axşam qaranlığı araya gəldi, ləzgiyyə üzü qaralıq edib atlarına minib fərar etdilər və ta Gəncə torpağınadək heç mənzildə durmayıb, ”Eyn əl-məfəru” söylədilər. Xəyalları bu imiş ki, oradan keçib Qarabağa gəlsinlər və qışı burada qalıb, yaz mövsümü olanda vətənlərinə azim olsunlar. O da olmadı və dağlar çox qar olduğu səbəbə geri getmək də müyəssər olmayıb, əhaliyi-Gəncə həm o qədər azlıq ilə onlara hücumvər olub, bir paraların məqtul etdilər. Axır ləzgiyyə yüz min məşəqqət ilə Car tərəfində qışlaq edib, əyləndilər. Haman o qışda Ümmə xan dəxi orada vəfat etdi. Aparıb Carın məscidində dəfn edib dübarə təziyəsində məhzun və pərişan oldular və rus generalı-məzkur dəxi haman dəm Tiflisə adamlar göndərib əhval və güzarişatı elan etdi. Amma Gürcüstanda əsla buna kimsənə inanmazdı və etibar edib bavər qılmazdı. Hətta məqtul olan ləzgiyyənin başlarından bir neçəsini dəxi göndərmişdi. Yenə heç kəs inanmayıb xatircəm olmadılar ta ki, bu neçə gündən sonra generali-mənsur və müzəffər (Lazarev) gəlib yetişdi və ehtiramı-tamam ilə daxili-Tiflis olub, əhali-şəhər şadyanəliklər eylədilər və tamam Gürcüstan əhli və sairlər Rusiya qoşununun hünər və rəşadətinə müqərr və qail oldular. Ondan sonra generalın hörməti və qoşunun şöhrəti məşhuri-miyan və məzkuri-billisan oldu. Bəd əz an vəli Georgi xan bir il zində qaldı. Ondan qış mövsümündə idi ki, 1215-ci il səneyi-islamiyyə tarixində rəhmətliyə getdi Pəs onun vəfatından sonra qardaşları Kartilidən çoxlu qoşun görürüb gəldilər ki, Tiflisdə böyük qardaşları İvan Mirzəni vali və sahibi-ixtiyar qılsınlar. Elə ki Tiflisdən Yuxarı Bucan kəndinə gəlib yetişdilər, general Tiflisdən qoşununu götürüb onların müqabilinə getdi və orada dava başlayıb onları ta Başıaçığadək fərari etdi. Ondan qayıdıb şəhri-Tiflisə valinin böyük oğlu Davud Mirzəni valilikdə əmani qoydu, ta bahar fəslinədək. Bu sayaq ilə keçib yaz açılanda, general adyunfantar Knorrinq ki, Liniyada sakin idi, mənsəbinə dəxi inspektor derlər idi. Tiflisə gəldi və divanxana binası qoydu və dörd nəfər tavad zadələrdən müntəxəb edib divanbəyliyə mənsub etdi ki, zərur olan mühümmat və ərizələr orada qət olunsun. Həmin general Lazarevin mərifəti ilə özü yenə dalı müraciət qıldı. Bir il dəxi bu qərar ilə dolandı. Bundan sonra sərdari-əzəm knyaz... İşpextur Sisianov Qafqazın bu tərəfındə olan vilayətlərə sərdari-sahib ixtiyar olub, gəldi Quberniya əsbabını özü ilə gətirib Tiflisdə divanxanələr açdı. Elə ki valizadələr o vaxtda hamısı Gürcüstanda idilər. Bu cürə binaları görəndə şöylə ümurata razı olmayıb, keçən əsrlərin zabitlərini təmənna etdilər və bu xüsusda fasad olan xəyallara və kasıb olan əfallara başladılar. Hərçənd sərdar Sisianov onlara mülayim nəsihətlər etdisə, onlar qəbul etmədilər və rahat və fəraqət yol getmədilər. Axırül-əmr sərdar baxdı ki, mövizə və nəsihət onlara əsər eləməz. Ondan tamamini zor ilə Rusetə rəvanə elədi. O cümlədən, valinin övrəti dəxi getməkdən təmərrüd və təkəhül edirdi. Sərdar Sisianov general Lazarevi onun yanına göndərdi ki, mövizə və nəsihət ilə onu bu əmrə razı etsin. General dəxi gedib, ona nə qədər nəsihət və mehriban olan məvaizlər elədi, qəbul etməyib və gizlincə bir xəncər çəkib, generalı qətlə yetirdi. Elə ki sərdar bu müqəddimatı mülahizə etdi, haman dəm əmr qıldı ki, onu da cəbr və qəhr ilə sair valizadələrə qoşub aparsınlar. Dəxi şöylə yolladı ki, valizadələrdən o diyarlarda bir dəyyar qalmadı. Çün Gürcüstan məsələlərində filcümlə, fərağət hasil oldu və hər cəhətdən xatircəmlik əmələ gəldi. Əzbəs ki, Car və Balakənin ləzgiləri, vali əsirləri kimi Gürcüstanın ətraflarından qarət etmək və adam tutub aparmaqdan əl çəkməzdilər. Haman vaxt, Gürcüstan əhlinə zəhmətlər və qarətlər yetirirdilər. Sərdar əvvəl onlara nəsihətamiz kağızlar və hökmlər yazdı ki, keçən zamanlar vali zəmanlan idi və xudasərlik idi. İndi padşahi-aləmpənah dövlətidir. Bu cür hərəkati-nalayiq yola getməz. Gərəkdir ki, bu növ nalayiq əməlləri tərk qılasınız və xələf işlərdən mütəqaid olasınız ki, axırda səməri-nidamət və cəzası xəsarət olur. Hərçənd bu barədə təkrar etdisə, onlar əl çəkmədilər və adətlərini tərk qılmadılar. Aqibətül-əmr bir cüzvi ləşkər götürüb onların tənbehi nəsbül-eyn zəmiri-himmət qılıb səmti Dağıstana üz tutub yollandı. Elə ki ləzgiyyədə bu əhvalı eşitdilər, qoşun cəm edib, gəlib Qanıq çayının yanında xeymələr tikib, müntəziri-müharibə oldular. Məqsədləri bu idi ki, Rusiya qoşununun Car torpağına daxil olmasına mane olub, qovsunlar. Amma bilməzdilər ki atəşisuzanə xari-xuşk mane ola bilməz, torpaq və qum böyük selə tab gətirməz. Çün Rusiya ləşkəri Qanıq çayına yetişdi, orada üzbəüz dava düşdü. Haman ləhzə Qanıqda şahbaz kimi ləzgiyyenin cəmiyyətlərini pərakəndə edib və çaydan keçib, ta Balakən torpağınadək onlardan bir əsər qoymadılar. Balakən dəxi onların bərk olan məkanı və möhkəm olan hasarı idi. Oranı türreyi-xubani-tatar tək tarü mar edib, onlara yaxşı bir qulaqburması və tənbeh verdilər ki, bir də Gürcüstandan əsir və qarət etməyi cürət etməsinlər, əvvəlki kimi müxalifət və bietidarlıq təriqinə getməsinlər. Ondan Car torpağında dəxi qoşun təyin edib, general-mayor knyaz Orbelianovu və general-mayor Qulyakovu sərkərdəlik əmrinə mənsub elədi ki, əgər birdən bir də ləzgiyyədən bir hərəkəti xəlaf sadir olsa və yenə dübarə əsəri-şərarət onlardan zühur qılsa, mane olub, qoymasınlar və özü dəxi oradan müraciət edib daxili Gürcüstan oldu. * * * On altıncı fəsil SƏRDAR KNYAZ SİSİANOVUN QƏHR VƏ QƏLƏBƏ İLƏ GƏNCƏNİ ALMAĞIN VƏ GƏNCƏ HAKİMİ CAVAD XANI, OĞLUNU MƏQTUL EDİB, ŞƏHRİ-GƏNCƏNİ QƏTLİ-AMM QILMASINI BƏYAN EDƏR Çün sərdar Sisianov Car və Balakən sövbindən qayıdıb Gürcüstana gəldi. Gəncə hakimi Cavad xanı itaətə götürməyi nəsbül-eyn himmət qıldı. Əvvəl bir kağız yazıb, Cavad xana təklif etdi ki, itaəti-dövlətibehiyyeyi-Rusiyanı qəbul qılsın. Təriqi-tüğyan, üsyan və müxalifəti tərk edib müti və münqad olsun ki, bu dövlət əbədi müddət müxalifətindən xəsarətdən qeyri, bir səmərə gəlməz. Ədavət, qeyrəz, nədamət bir bəhrə görməz. Cavad xan şöylə nəsayeh və möizə qəbul etməyib haman vaxt Qızılbaşiyə dövlətinə şaiq və mail idi. Bir Məhəmmədhüseyn xan adlı, adı Sərdar, amma qoşunu yox, bir xan dəxi, Fətəli şah yollamışdı ki, Gəncə qalasında Cavad xanın yanında ola. Buyurmuşdu ki, 5 min qoşun Azərbaycan vilayətlərində onun üstünə və ixtiyarına cəm olalar ki, Gəncə qalasını mühafizə edib, Cavad xana kömək olalar. O, dəxi orada var idi. Amma qoşun hazır olmamışdı. Hənuz bir kimsə, onun təhti ixtiyarına gəlməmişdi. Cavad xan sərdar Sisianovun kağızına məğruranə cavablar deyib, itaət etməzdi. Kusi-müxalifəti-bülənd avaz edib rast yola getməzdi. Buna görə sərdar knyaz İşpextor Sisianov səneyi-məsihiyyə 1803-cü tarixdə ilin əvaxirində ki, Ramazan idi cuyuyişi-bəhri xüruş ilə o səmtə hərəkət edib, Gürcüstandan və Qazax Şəmsəddinlidən süvarilər cəm edib və soldatı dəxi götürüb cəmiyyəti-şayani ilə Gəncə üstə gəldi. Cavad xan dəxi fərahəm ləşkər edib, müqabilə əzm qıldı. Gəncənin iki verstliyində vaqe olan Quru-qobuda təlaqiyi-əsgəreyi və iştiali-nəvayiri-şurişin əmələ gəlib Cavad xan yaxşı mərdanəlik ilə savaş edib, axır tabi-müqavimət göstərməyib, qayıdıb Gəncənin qalasına daxil oldu. Bənaye-qaladarlıq qoyub, ixtiyari-təhəssün qıldı. Pəs Rusiya qoşunu gəlib, qəleyi-Ərkin dörd ətrafını əhatə edib, şəhər və qalanı təngnayi-mühasirəyə saldılar. Çün onlar bir aya yavuq mühasirədə qaldılar. Cavad xan və o Məhəmmədhüseyn xan nə qədər gözlədilər ki, bəlkə Qızılbaşiyə tərəfindən bir kömək gələ, olmayıb, axır Ramazanın 30-cu gecəsi ki, sabahı bayram idi - fıtir idi sərdar əmr eyləyib, qoşun qalaya yürüş etdi. Nərdivanlar tərtib edib, iki yerdən bayıra qalxdılar. Cavad xan dəxi rəşadət birlə süud edənləri həməlati-mərdanə və sədəmati dəliranə ilə rəf və dəf edirdi. Axır ki, mayor Lisaneviçin bir gülləsi ilə (Cavad xan) baruyi-həyatından sərazir oldu. Dəxi Hüseynqulu ağa adlı bir oğlu da, orada qətlə yetişdi. Pəs soldatlar haman saat dörd tərəfdən hücum edib, daxili-Ərk oldular. O bayram gününü onlara qara edib, müddəti-üç saat tamam, o şəhərdə xalqı kütləvi şəkildə qırdılar. Bir növ ki, süknayi-bigünahların xuni-nahaqları ilə şəhərin səhrayi-vəsnül - fəzası laləzar və türfeyi-gülzar oldu. Üç saatdan sonra sərdar qadağan qıldı ki, dəxi səfəki-dəmadan əl götürüb, giriftar olanları hüzura gətirsinlər. Xalqı qaladan kənara çıxarıb, qalanı xalqdan təmizləsinlər, haman Məhəmmədhüseyn xan məzbur ki, Qızılbaşdan gəlmişdi, odun anbarında gizlənib, oradan uzun saqqalını qırxıb, erməni övrətlərinin içində çölə çıxıb, 4 günə Gəncədən Şuşa qalasına gəlmişdi. Pəs rus sərdarının təbarükül hökmündən sonra əhaliyi-şəhrin əyalını şəhər və Cavad xanın övlad və ətfalını məscidə apardılar. Sonra məsciddən dəxi çıxarıb, aparıb bir qeyri evdə üstlərində qarovul təyin etdilər. Bəd əz an sərdar orada divanxana və komendant təyin edib və əhli-vilayətə ümid və təsəllilər verib, ondan Gürcüstan vilayətinə müraciət qıldı. Həqiqətən bu cür qala almaq və bütöv qətli-am olunmaq Çingiz xan qoşunundan və Teymurləng zamanından sonra bu vilayətlərdə və bu məmalikdə görülməmişdi. Ona görə bu tərəflərin xalqına Rusiya qoşunundan çox əzim xoflar və vəhşətlər hasil oldu. Mail və raqib olanlar dəxi rub və istibad qıldı. * * * On yeddinci fəsil SƏRDAR SİSİANOVUN İRƏVAN SÖVBİNƏ HƏRƏKƏT ETMƏYİN VƏ ORADA FƏTƏLİ ŞAH VƏ NAİBÜSSƏLTƏNƏ ABBAS MİRZƏ GƏLİB, DAVALAR OLUB, İRƏVANDAN Bİ NEYL-MƏRAM QAYIDIB, GÜRCÜSTANA MÜRACİƏT ETMƏYİN BƏYAN EDƏR Çün İrəvan hakimi Məhəmməd xan və Naxçıvan hakimi Kəlbəli xan hər ikisi Fətəli şahdan xaif və harasan var idilər, o səbəbə şahdan qaçıb İrəvanda sakin olurdular. Oradan 1804-cü ildə hər ikisi sərdar knyaz Sisianovun hüzuruna elçi və qasid göndərib, sığınacaq təmənnası edib, öhdəsinə götürmüşdülər ki, hərgah sərdar bu tərəfə təşrif gətirib, bizlərə kömək və yarlıq edə, biz qəleyi-İrəvanı ona təslim edib və özümüz dövləti-Rusiyaya itaət edib, xidmətgüzar oluruq. Zira ki, Fətəli şah o dəmlərdə öz oğlu və vəliəhdi olan naibüs-səltənə Abbas Mirzəni məmur etmişdi ki, onların tənbehi üçün İrəvan üstə gələ. O da, tədarükdə idi ki, gəlsin. Lihaza sərdar knyaz Sisianov Gəncə şəhərini zəbt və kütləvi qırğın və sakit edəndən sonra qayıdıb o qışı Tiflisdə qalıb, yaz açılanda İrəvan səmtinə hərəkət elədi. Köç bir köç gəlib, ta ki, Üçkilsəyə yetişənədək. O tərəfdən Abbas Mirzə naibüssəltənə ki, o zamanlarda tifli-Səğir idi, şah tərəfindən məmur olub, çox sərkərdələr ilə və çoxlu əsgərlərlə İrəvan üstünə və sərdar Sisianovun müqabilinə gəlməkdə idi. Gəlib yetişib Üçkilsədə təlaqiyi-fariqin və təqabülü-əsgərin vaqe oldu. Dava düşüb bir əzim cəngi-sultani baş verdi ki, tez torpağın göyə qalxmasından hər tərəf və göy üzərində günəşin də rəng və rüxsarı gecə zülməti kimi tirə və tar oldu. Rusiya əsgərləri o günü üç tip olmuşdular. Qızılbaş qoşunu onlara bir növ həmləvər və bir şiddət ilə hücum avər oldular ki, işıqlı dünya onların gözlərinə tirə və siyah olub, bir-birlərindən bixəbər oldular. Hər birisi belə xəyal eylədilər ki, o biri dəstələri məğlub və mənkub ediblər. Sərasimlik onlara üz verib ta bir vaxtadək ki, toz-torpaq yatıb, hava açıldı. Rusiyalılar nəzzarə qılıb gördülər ki, məcmusu sağ-salamatdırlar. Qızılbaş dəxi bu əhvalı gördülər ki, hər nə tələf olubdursa, bunlardan imiş. Heyrət edib, oradan köçüb, gedib İrəvanın dağ səmtində Kənəkir adlı məhəllədə ki, bir mömən, müstəhkəm idi, orada düşüb, ordu bazar edib əyləndilər. Sisianov orada qalıb bir neçə gün istirahət etdi. Vəqti ki, qoşun aram və ağayiş qıldı, ondan qalxıb onların dalınca və canibə yola düşdülər. İttifaqən axşamçağı idi. Onlara yetişib qəflətən həmlə elədilər. Qızılbaş ləşkəri bu halı müşahidə edərək, hərasan olub, sərreşteyi-intizamı buraxıb, qaçdılar. Tamam ordu bazarları cabəca qalıb, tamam qəni-mətlərini, xeymə və xərgahlarını Rusiya qoşunu ələ keçirdi. Bəd əz an oradan köçüb İrəvanı mühasirə etmək bina etdilər. Bu əsnada Fətəli şah özü sipahi-əzim və ləşkəri-kəsir ilə gəlib, Dəvəli nam məhəldə yolboyu Abbas Mirzəyə birləşib, birlikdə Rusiya qoşunu İrəvanı mühasirə etmiş ikən onları mühasirə elədilər. Bir növ ilə onları əhatə qıldılar ki, rahi-tərəddüd qət olub azuqə və başqa ehtiyaclar Rusiya qoşununa heç bir tərəfdən gəlmək məqdur olmadı. Pəs çarə və güzəran yolunu onlara şöylə məsbud etdilər ki, Gürcüstan knyazlarından Sisianov ilə o səfərdən həmrah və həmsəfər olanları o girdabdan qaçmaq istərkən qaçmaq yolu da tapmayıb, Qızılbaş qoşununa düçar və giriftarikəməndi üsar olmuşdular. Bu halda Fətəli şah oradan Pirqulu xan sərdarı, valiyi-Gürcüstan Aleksandr mirzə ilə Tiflisə yola saldı ki, gedib orada zəbti-vilayətə məşğul olalar. Onlar dəxi müstəcilən gedib Gürcüstana əzim şurim və inqilab saldılar. Tamam Qazax, Borçalı ilatını Rusiya dövlətindən rugərdan edib, bircə məhz Tiflis şəhərindən və Şəmsəddinlidən savayı məcmuən Gürcüstanın ilat və dihatının dönüklük edib, hətta Başıaçığa gedən valizadələr dəxi qayıdıb gəlib valiyə mülhəd olub, üsyan və tüğyan təbilini bülənd avaz elədilər. Qarakilsə kəndində bir qəlil soldat var idi. Kəndin əhli ilə onları dəxi mühasirə etmişdilər. Təngnayi-mühasirədə qalıb, müddəti-mütəmadi əsarət çəkirdilər. Əlqissə, müqəddimə bu növ olub: Sərdar Sisianovun qoşunundan azuqə və zəxirə qurtarıb və kəmyab olub. İrəvandan mayor Kondratovu ki, qara mayor xitab edirdilər, 150 nəfər soldat ilə yola saldılar. Sisianov məlik Əbu oğlu Rüstəm bəyi dəxi öz təvabeləri ilə onlara qoşub, göndərdi ki, gedib Gürcüstan tərəfindən zəxirə gətirsinlər. Qızılbaş qoşunlan xəbərdar olub onların dalınca gedib, üç gün dava-gunan apardılar. Pəmbəkə vüsal olacaq, valizadələr Pirqulu sərdara elan etdilər ki, üç gün müddəti bunlar ilə cəng etmişik. Nəinki bunlar, bəlkə özümüz də cana yetişmişik. Gərəkdir ki, bizə kömək edəsiniz. Pirqulu sərdar və valizadələr dəxi onların müavinətinə gəldilər. O camaata mülhəq oldular. Sübh çağından, ta axşamadək müharibə etdilər. Çox adamlar tələf oldular. Nə qədər ki, mayor zəxmdar olmamışdı, bazari-girudvar kərimdi, elə ki mayor üç yerdən güllə ilə zəxmdar oldu, döyüş meydanı söndü, mayor öldü və əsgərlər əzildi və soldatlar pərakəndə olub, ermənilər dəxi fərar edib bir mağarı özlərinə məlcə və məskən qıldılar. Axırül-əmr giriftar və əsir oldular. Pəs haman qoşun oradan qurtarıb qayıdıb Qarakilsəni mühasirə etdilər və orada qübari-fıtnə və fəsadi-çərxi-fəvvarə yol verdilər. Qubernator Tiflisdən iki yüz araba zəxirə bir az soldat ilə serdarın qoşununa irsal etdirdi. Onlar dəxi gəlib, yaylaqda Cığı adlı mənzildə düşdülər. Pəs haman dəm orada sakin olan ilatlar gəlib onların keçidlərini tutdular. Onlarlın qitalına müntəzir və mühəyya oldular. Elə ki, o soldatlar übur və çarə yolunu məsdud gördülər, haman arabaları özlərinə səngər qayırıb oturdular. Bir sürü qoyun onların əhşamından götürüb, daxili-səngər edib, sərf qıldılar və məşquli-xudadari və müdafiə oldular. O camaat dəxi nə qədər səy və ehtimam elədilər, təsxiri səngərlərdən aciz olub, müstəqir qaldılar. Axır əhvalı Pirqulu sərdara məlum və hali qıldılar. Pirqulu sərdar dəxi tez hərə-kət edib oraya gəldi. Nə qədər ciddi-cəhd ilə tədbirlər əmələ gətirdisə, onları və səngəri almaq məqdur və müyəssər olmayıb, aciz qaldılar. Axırül-əmr zəfər bulmayıb, bineyi-məram, həsrəti maləkəlam ilə hirsindən və həyəcandan xəcalət çəkib ağlarmış. Bu əhval Tiflisdə müntəşir olub, bir general ilə üç yüz soldat və dörd arabada top göndərdilər ki, təcili-təmam ilə özlərini onların köməyinə yetirsinlər. Birlikdə o ehtiyatı sərdarın qoşununa gətirsinlər. Çün general məzkur səngərdə olan qoşuna mülhəq oldu, dəxi bir kimsə cürət edib, səmtlərinə gəlmədi. Pirqulu sərdar dəxi döyüş meydanına əzm qılmadı. Zəkirəni səhih və salamat oradan götürüb, Qarakilsəyə yetirdilər. Əlqissə, o döyüşdə şah özü bir tərəfdən və naibüssəltənə bir tərəfdən, Məhəmməd xan və Kəlbəli xan dəxi öz əhdlərindən nigül edib, qalanı sərdara verməyə qoymadılar. Ətraf və əknafı tamam Qızılbaş qoşunu tutub, mütləqa azuqə və zəkirə gəlməyə qoymadılar. Dəfələrlə davalar olub, hər iki canibdən çox qoşunlar tələf oldu. Küllü zərərlər hasil buldu. Sərdar Sisianov baxıb gördü ki, zəxirə gəlmədi, qala dəxi ələ keçmədi, qızdırma və qeyri naxoşluq dəxi qoşuna tari oldu. Şöylə hal ilə İrəvanda məks etməyi dəxi məsləhət bilməyib, pəs oradan müraciət edib Qarakilsəyə gəldi. Orada zəxirəni qoşununa təqsim qıldı. Elə ki Pirqulu xan sərdar və müxalifətçi valizadəgan bu əhval və ətvan mülahizə qıldılar, xaib və xasib olub naçar öz əşhəbi-müraciəti tez rəftar edib qayıdıb Gürcüstandan çıxıb, yenə Qızılbaş ordusuna qoşuldular. Çün Məhəmməd xan İrəvanlı və Kəlbəli xan Naxçıvanlı öz əhdlərini sındırıb, qalanı sərdara məsdub edib, Qızılbaş qoşununu qalaya daxil etmişdilər. Naibüssəltənə Kəlbəli xanı məcmu əhli və əyah ilə köçürüb Tehrana yolladı. Məhəmməd xanın dəxi hökumət və xanlığını qət edib. Qacar Mehdiqulu xanı İrəvanda hökumət əmrinə mənsub elədi. Şul əhdü xəyanətin əvəzində xəsarət və nədamətdən qeyri bir səmərə və mənfəət görmədilər. Əlqissə, sərdari-əzəm knyaz Sisianov elə ki İrəvandan qayıdıb, qoşun ilə Qarakilsəyə varid oldu, ilati Borçalı və sair camaat əhaliyü-Gürcüstan ki, dövləti-qəvibünyan Rusiyadan, rukərdan olub, həvayi-Qızılbaşiyə ilə havalar başlamışdılar. Sərdarın gəlməyini eşidəndə öz napəsənd əməllərinə binaən xahiş etdilər ki, dəxi Gürcüstanda durmayıb, köçüb Qarabağa gedələr. Fərarı qərara ixtiyar edib üstün tutub qədim vətənlərini tərk edələr. Mayor Lisaneviç xəbərdar olub, Nəsib bəyin ittifaqı ilə gəlib, onlara çox möizələr və xoşagələn nəsihətlər edib, niyyətlərindən dönməyi dedilər və təsəlli-verici sözlərlə onları xatircəm edib, qərini aramiş qılıb əyləndilər, ta ki, sərdar Gürcüstan torpağına varid olub, şul ilat ağalarını izhar edib, onlara bir para tünd və tələx hədə-qorxular gəldi. Sonra dəxi cəhalət və nabələdlikləri səbəbinə, təqsiratlarını əfv və güzəşt edib, haman buyurdu ki, gərək hər nə qədər əmvali-mənhubə ki, Gürcüstandan qarət edib, aparıbsınız tamamilə öz sahiblərinə qaytarasız. Ondan sonra daxili Gürcüstan oldu. Bir neçə gün asayişdən sonra Gürcüstanın kuhnəşinlərindən yağı və tağı olanların istimalına gedib onları qəriniaramiş və ətraflara asayiş verəndən sonra qayıdıb daxili-şəhri-Tiflis oldu. Və qış mövsümünü keçirəndən sonra yaz fəslində Gəncəyə gəldi. * * * On səkkizinci fəsil İBRAHİM XAN VƏ ONUN DAMADI ŞƏKİ HAKİMİ SƏLİM XAN GƏNCƏNİN KÜRƏK ÇAYINDA SƏRDARİ-ƏZƏM KNYAZ SİSİANOV İLƏ MÜLAQAT EDİB VƏ MÖHKƏM ƏHDNAMƏ İLƏ RUSİYA DÖVLƏTİNƏ İTAƏT ETMƏKLƏRİNİ BƏYAN EDƏR Çün fövqdə məzkur oldu ki, Ağa Məhəmməd şah əvvəl dəfə Qarabağa qala üstə gəlib təsxir edə bilməyib, buradan süxtə damaq və qeyzli halda gedib, Tiflis şəhərini qarət və xarab edib, çapıb və yandırdı. Ondan sonra qayıdıb səhrayi-Muğana və bəd səmti Şiraz və Kirmana getdi. Onun zülm və cəfasına görə Gürcüstan valisi İrakli xan dəxi Rusiya dövlətinə ərizə yazıb mədəd istədi. Haman o ildə İbrahim xan dəxi imperatoriyyə Yekaterina hüzuruna elçi və ərizə göndərib, Mazdok və Yelenada sərdar olan qraf Qudoviçə izhari-ixlas və itaət eləmişdi. Haman ilin əvaxirində cənabi-sərdari-Valerian Zubov qoşuni-külli ilə ki, Şamaxı səmtinə gəlmişdi, onda dəxi oğlu Əbülfət ağanı Qarabağın neçə bəyzadələri ilə sərdarın yanına göndərib dövləti-behiyyə üçün sədaqət və iradət izhar etmişdi. Aralıqda ülfət və məhəbbət olub taarüf və tühəf və hədiyyələr göndərmişdi. Ondan bir müddət keçmiş imperatoriyyə vəfat qəziyyəsi vaqe olub sərdar Zubov müavidət edib Rusiyaya getmişdi. Onun ayəndəsi ili Ağa Məhəmməd şah dübarə Qarabağa qala üstə gəlib, İbrahim xan Dağıstan və Balakənə qaçıb, Ağa Məhəmməd şah daxili-qəleyi-Şuşa olub və orada qətlə yetişdi. Xan yenə Balakəndən qayıdıb, Qarabağda öz hökumət təxtində möhkəmləndi. O ildə valiyi-Dağıstan Ümmə xan ki, İbrahim xanın qohumu idi, vəfat etdi. Carın məscidində də dəfn elədilər. Haman ildə Fətəli şah İranda padşah oldu. İbrahim xanın qızını da alıb, qohum oldu. Növ-növ hörmət və nəvazişlər edərdi. Qarabağın hər şeyi özünəməxsus olmaqla bərabər Qaradağ vüayətinin dəxi tamam mədaxilini ona vargüzar etmişdi. Bunlar ilə yenə şul ildə ki, valiyi-Gürcüstan İrakli xan vəfat edib, oğlu Georgi xan yerində qalmışdı. Qardaşlan ona müxalifət etməkdən və İran və Rum və Dağıstan əhlindən xofnak və vahiməli olduğu səbəbdən, o da dübarə ərizə yazıb padşahi-cahanpənah imperaturi-əzəm Pavel Petroviç həzrətlərindən kömək təmənnası eləmişdi. Onun xahişinə görə general-mayor Lazarevi sərdar edib, qoşun ilə Gürcüstana ki, göndərmişdilər, gəlmişdi Tiflisə. İbrahim xan ona dəxi kağız yazıb və elçi göndərib, təcdidi-ixlas və izhari itaət qılmışdı. Çün o da gedib yerinə general Kovalenski mənsub olmuşdu. Ona dəxi İbrahim xan dübarə elçi göndərib, izhari-dostluq və itaət eləmişdi. Əlhəqq, general Kovalenski dəxi mərhum xanın göndərdiyi adamlarına çox ezazi tamam edib və xana dəxi çox töhfələr və sovqatlar göndərib, kəmali mehribanlıq əmələ gətirmişdi. Ondan sonra ki, sərdari-əzəm Sisianov ki, knyaz Şpuxter derlər idi, sərdar olub, Gürcüstana gəldi. Əz bəs ki, çox qeyrətli və şövkətli və sahibi-hörmət və sahibi-cürət idi. Car və Tala ləzgiyyələrinin bir para xəlafi-hərəkatına və Cavad xan Gəncə hakiminin cürbəcür etirazlarına o da sair sərdarlar kimi mütəhəmmil olmayıb, onlara tənbeh və siyasətlər etdi. Necə ki, fövqdə hamısı məzkur olundu. Gəncə şəhərində 1804-cü ildə üç saat tamam səfəki-dima və təqliam elədi. Əgərçi Gürcüstan vilayətini və qeyriləri mütməin və qərini asayiş və aram elədi. Amma fılvaqe bu növ qala alınmaq və qətliam olunmaq Çingiz xan qoşunundan və Teymurləng zamanından sonra bu vilayətlərdə görülməmişdi. O səbəbə bu ətrafın xəlayiqinə Rusiya qoşunundan çox xof və dəşhət və qorxu hasil oldu. Əlqissə, sərdar Sisianov bir dəfə mayor Starikovu Gəncədən mərhum İbrahim xanın yanına elçi göndərib, padşahi-mərhəmətdar, daimül-qərar Rusiyaya itaət dəvət eləmişdi. Xan dəxi mayora çox ezaz və hörmətlər edib, demişdi ki, mən keçən illərdə öz xalis olan səmimi-qəlbim və rizayi-xatirim ilə imperaturi-üzma Yekaterina həzrətlərinə və qraf Qudoviçə və sərdari-sabiq Zubova və Lazarevə sözlər verib, dövlətidaimül-qərara ixlasi-qaibanə bağlamışam. Ümidvaram ki, ixlasın təğyir olmayıb günbəgün ziyadə ola. Bu tövr ilə qərəzi-kələməti məvədətamiz ilə mayoru yola salmışdı. Pəs sərdar haman sənə qışı Tiflisdə qalıb, yazda irəvanlı Məhəmməd xan və naxçıvanlı Kəlbəli xan sərdara dil verməkləri səbəbinə, o yazı İrəvan üstə getdi. Orada necə ki, məzkur oldu. Fətəli şah və naibüssəltənə Abbas Mirzə gəlib, dava və mülaqat olmuşdu. Məhəm-məd xan və Kəlbəli xan dəxi əhdlərindən nikül etmişdilər. Sərdar bineyiməram Tiflisə qayıtmışdı. Fətəli şah və Abbas Mirzə dəxi Azərbaycan sövbinə qayıtmışdı. Pəs sərdari-əzəm knyaz Sisianov gəlib, o qışı da Tiflisdə qışladı. Bahar fəsli olanda Gəncəyə gəlib, Gəncədən dübarə mərhum İbrahim xana və şəkili Səlim xana kağız və elçi göndərib hər ikisini mülaqat və itaətə təklif etmişdi. Onlar dəxi hər ikisi sərdari-əzəmin şahidi-məsulin zivər qəbul ilə məhəlli edib, İbrahim xan Qarabağdan, Səlim xan Şəkidən və knyaz Sisianov Gəncədən gəlib, Kürək çayında ittifaqi-mülaqat düşüb mühavirat və traktat vaqe oldu. Təfsili-icmal və tövzihi-məqal bu ki, çün sərdari əzəm Sisianov İrəvan səfərindən müraciət edib, qışı Tiflis şəhərində idi. Mərhum xan elçi göndərib, təvəqqe eləmişdi ki, sərdar Kürək çayına təşrif gətirsin. İbrahim xan damadı Səlim xan hakimi Şəki ilə gedib, orada sərdarı görüb, əhd və itaəti-dövləti behiyyeyi-Rusiya imperator Aleksandr Pavloviçə itaət edələr. Sərdar dəxi vədə vermişdi ki, yaz mövsümü oraya təşrif gətirə ki, onlar ilə mülaqat və dər ittifaq hasil ola. Ona görə tarixi məsihiyyə 1805-ci sənədə olanda may ayında ki, bahar fəsli idi. Sərdar varidi-şəhri Gəncə olub, sahəti-Gəncəni zəfəri-ehtişam qıldı. Sonra İbrahim xana və onun damadı Səlim xana ki, İbrahim xanın tərəfindən Şəkidə hakimlik əmirinə mənsub olmuşdu və onun müavinəti ilə xanlıq və hökumət balışına tikrə qılmışdı. Hər ikisinə adamlar göndərib, öz gəlməyini izhar etdikdən sonra mücəddədən onları dövlət-aliyeyi-Rusiyanın təcdidi-itaətinə çağırdı və öz hökumətlərini rus padşahı vasitəsilə möhkəmləndirməyə işarə qıldı. Fəlihaza İbrahim xan və böyük oğlu Məhəmmədhəsən ağa və Mehdiqulu ağa və Xanlar ağa və Qarabağın təmam ümdə bəyləri ilə gedib, Səlim xanı dəxi xəbərdar etdilər. O, dəxi Şəkinin zübdə bəyzadələri ilə gəlib, ittifaqi-təmam ilə gedib, Kürək çayında sərdari-əzəmi mülaqat etdilər. Lazımlı eyş və bayram və qonaqlıqlar əmələ gəlib, işrət və ləzzət və söhbətlər çox vaqe oldu. Aralarında məsləhət və məşvərət və çox müahidat və mühavirat hasil olduqdan sonra bənayi-müsalihə hər iki tərəfdən əhd və iman və şürüt və peyman ilə möhkəm olub, Sərdari əzəm knyaz Sisianov əhdnamələr mərqum etdirib, İbrahim xan və Səlim xan o əhdnaməni möhür elədilər. Əlahəzrət imperator əfxəm tərəfindən dəxi lazım olan əhd və şərtləri yazıb sərdari-əzəm qol çəkib və dəstxət yazdı. Bəd bir birlərinə çox ezaz və ehtiram və artıq töhfə və lütfkarlıq göstərib, sərdar yaxşı sovqatlar İbrahim xana və Səlim xana və Məhəmmədhəsən ağaya və Mehdiqulu ağaya və sair Qarabağın bəylərinə və Şəki bəylərinə verib, haman məclisdə general-leytenantlıq mərhum İbrahim xana və şəkili Səlim xana və general-mayorluq Məhəmmədhəsən ağaya və Mehdiqulu ağaya və polkovniklik çini Xanlar ağaya sərdari-əzəm vəsatit və prisvoit edib imperaturi-əzəm hüzuruna yazdı ki, dörd aydan sonra bu iltifatlarının fərmanı və münasib məvacibi-müssəmərri ilə gəlib yetişsin. Dəxi haman əhd və şərtnamədə də qeyd olunmuşdu ki, İbrahim xan və nəslində nə qədər ki, varisi vardır sonradan nəsli-imperaturi-əzəm tərəfindən Qarabağda tam istiqlaliyyəti olan hakim olalar. Ona görə Məhəmmədhəsən ağa ki, İbrahim xandan sonra varisi-Qarabağ idi. Sərdar onun özünü və kamalını çox pəsənd eləmişdi və artıq bəyənmişdi. Onun ikinci oğlu Şükrulla ağanı istədi ki, itminan və istihkamı-ümur üçün versinlər ki, Gəncə qalasından zaval rəsmi ilə qoşunda qalsın. Hər gündə də 10 manat vəchi-nüqrə Rusiya ona məvacib və vəzifə versin. Bunlar hamı məqbul və mərbut olub 11 gün orada bir yerdə olub, bu növ ümurat hamı əncam bulub, bəd əz an sərdari-əzəm qayıdıb, Tiflisə getdi. İbrahim xan və Səlim xan dəxi öz vilayətlərinə gəldi-lər. Dəxi əhdnamə bağlanarkən İbrahim xan və Səlim xan hər ikisi xahiş etdilər ki, hər birinə bir dəstə rus qoşunu verilsin ki, topxana ilə gəlib, bizim yanımızda olsun. Ona başlanğıc üçün sərdari-valata-bar mayor Lisaneviçi beş yüz soldat ilə Qarabağa və şul qədər qoşun dəxi Şəkiyə məmur və rəvanə edib göndərdi. Ondan (sonra) özü qayıdıb Tiflisə, Gürcüstan və Başıaçıq vilayətlərinin nizam və işlərinə məşğul oldu. * * * On doqquzuncu fəsil PAREYİ-SƏBƏBLƏR Kİ, FƏTƏLİ ŞAHIN İBRAHİM XANDAN PƏNCİDƏLİYİNƏ BAİS OLDU VƏ ARADA MÜNAZİƏ ƏMƏLƏ GƏLDİ. ONLARI BƏYAN EDƏR Əvvəla, bir səbəb bu idi ki, İbrahim xan tamam ömründə sədaqəti-qəlb və ixlasi-kamil ilə İran şahına müti olmadı. Səmimi-xatir ilə itaət qılmadı. İkincisi, İran padşahı Ağa Məhəmməd şah kimi sahibi-İran burada məqtul olundu. Dərya xəzinəsi bu yerdə batdı ki, onun müqabilində Qarabağdan və Qarabağın xanı İbrahim xandan İran dövlətinə onda bir və mində bir qədər xeyir hasil olmadı. Bəlkə hər zaman zəhmət və qəramətlər yetişdi. Salisən İbrahim xan bir vasitə və dostrəs tapan vaxtda bitəvəqqüf və ehmal Rusiya dövlətinə qayibanə ixlas bəsləyib, heç bir mərhəmət o dövlətdən hənuz görməmiş, ona meyil və rəğbət göstərmişdi. Onu da anlayıb və bilmişdilər. Dördüncüsü, Fətəli şahın vaqedə mərhum İbrahim xana görə qayətdə çox məhəbbət və mərhəməti var idi ki, onun qızı Ağabəyim ağanı öz hərəmxanasında banuyi-hərəm eləmişdi. Oğlu Əbülfət xanı öz hüzurunda tərbiyə edib, əzizləmiş və möhtərəm qılıb, müqərrübül-Xaqan və əmirül-ümərayi-İran və məsahib və mərhəmi şah eləmişdi. Qarabağ vilayətindən heç bir zərrə və bir dinar tama və təvəqqə etməyib, əlavə Qaradağ vilayətinin təmam mədaxilini İbrahim xana vagüzar etmişdi. Bundan masava yenə hər ildə o ki lazımdır, öz tərəfindən əsb və şəmşir və xələt və ənamlar və mərhəmətlər mərsul medərdi. Dəxi Qarabağ bəylərindən və əhllərindən hər kimsə ki, onun yanına getmişdilər təmamisinə izzət və hörmət və mənsəb və məva-ciblər verib, sahibi-ənamına külliyə eləmişdi. Tamam hamı bunlar ilə yenə İbrahim xan ona meyli-qəlb etməyib, sədaqəti-kamil ibraz etməzdi. Bir dəxi Qarabağın quldurları bir para nadanlığa görə mərhum xandan xəlvət gedib quldurluğa, Gəncə şəhərində olan Rusiya qoşununun ərradə və top atanlarını qovub gətirmişlərdi. İbrahim xan xəbərdar olub, o quldurlara acığı tutub, əzim basxast onlara elədi. Atları dəxi cəm etdirib, sərdar Sisianov tərəfindən şul zamanda elçiliyə gələn mayor Dimitri Lisaneviçi halı edib, o da sərdara məlum etdi. Sərdarın əmri ilə Gəncə böyüyü polkovnik Gulugin hüzuruna göndərdi. Amma əgər İran təvabelərinin dərya qarəti Qarabağa gəlsəydi, bir həbbə rədd etməyə meyli olmazdı. İbrahim xanın dəxi Rusiya dövlətinə itaət etməyinə ümdə səbəblərdən bais bu idi ki, Ağa Məhəmməd şah Qarabağa gələndə, xan tamam övlad və əqrəbaları və qohumları ilə qaçıb ki, Balakənə getdi. Vilayət təmam əfsurdə və aclıq və çox pərişan və xarab oldu. Xalqın çoxu qeyri vilayətlərə dağılıb, pərakəndə oldular. İbrahim xan dəxi sonra Dağıstandan və Balakəndən ki, qayıdıb gəldi. Camaat hamı müqəşvəş və əfsurdə olmuşdu. Övzadan və mədaxildən düşüb, dağılanı dağılıb və qalanları dəxi nimcan və pərişan olmuşdular. Ətraf vilayətlərin xanları dəxi ayaqlanıb, Şəki və Şirvanın xanları və qeyrilər ədavət və düşmənlik başladılar. Xanın calal və şövkəti bir az kəsr və qüsur hasil elədi. Əlavə, xanın özü qoca və müsini olmuşdu. Övladı və oğlanları dəxi bir-biri ilə ədavət başladılar. Qarabağda nifaqlıq vaqe olub İbrahim xanın hökmü dürüst cari olmadı. Xüsusən bir para şərir adamlar ara-lıqda şeytanlıq edib, İbrahim xan ilə öz böyük oğlu Məhəmmədhəsən ağanın arasına və Mehdiqulu ağa və Xanlar ağanın aralarına küdurət və iğtişaş saldılar. İbrahim xanı Məhəmmədhəsən ağadan dilxor və rəncidə elədilər. Cəbrayıllı tayfası ki, Vərəndə mahalında bir böyük eldir və Məhəmmədhəsən ağanın anasının qohumları olan ümdə bəyləri var idilər. Məhəmmədhəsən ağaya itaət edib, İbrahim xanın əmrinə müti olmadılar. Bu gunə işlər çox baisiküdurət oldu. Hərçənd mərhum xan iradə elədi ki, Mehdiqulu ağa və Xanlar ağa ittifaq olub Məhəmmədhəsən ağanın hökmünü və rütbəsini aşağı salalar və cəbrayıllı camaatını dəxi bir növ (sakit) edib, ondan kənar və uzaq edələr ki, İbrahim xana dürüst müti olalar. Amma Mehdiqulu ağa və Xanlar ağa Məhəmmədhəsən ağa ilə bihörmətlik etməyə razı olmadılar ki, İbrahim xan yaşlaşmışdı. Məhəmmədhəsən ağa sayılan və sahibihörmət və sahibi-əql və rəftar və fərasətli və kamallı və sahibi-ədəb və adab və qırx yaşına yetmiş və təcrübə etmiş və hamı vilayətlərdən ümdə mötəbər və sahibi-tədbir hesab olunan idi. Məhəmmədhəsən ağanın vücudu ilə onlar və sair övlad və qeyrə xəlaf hərəkət etməyə məqdur ola bilməzdi. Pəs İbrahim xan, xəlvət oğlu Əbülfət xana ki, Fətəli şah hüzurunda əmiriül-üməra hesab olmuş idi, adam göndərib və sifariş edib, dəvət elədi ki, şahdan mürəxxəs olub Qarabağa gəlsin ki, ona məsləhətlərim var. Çünki Fətəli şah dəxi imperaruri-əzəmdən ki, sərdarı Tiflisdə idi, ehtiyat edirdi ki, İbrahim xan Rusiya tərəfinə getməsin. Elçilər və adamlar İbrahim xan ilə sərdarların arasında gəlib-getməyi dəxi eşitmişdilər. Fətəli şah Əbülfət xanı beş min qoşun ilə Qarabağa İbrahim xanın yanına məmur elədi. Çox giran ənam və mərhəmətlər ilə ona göndərdi ki, İbrahim xanın inaət və köməyinə iqdam edə. Onun hüzurunda vəkil və naib kimi olub, dəxil və təsərrü edənləri, xüsusən Məhəmmədhəsən ağanı, bir para Qarabağın bəyzadələri ilə Fətəli şahın hüzuruna rəvanə edə. Nə qədər ki, İbrahim xan hali-həyatdadır, onun xidmətində olub, Qarabağda heç bir iş Əbülfət xanın səlah didindən xaric olmaya. Pəs Əbülfət xan sərhədi-vilayətə gəlib, Fətəli şahın bu gunə səlahdidin atası İbrahim xana hali elədi. Xan dəxi bir para işlərə və övladından küdurət etməyinə görə əvvəl hər-çənd bu əmrə razı olmaq istədi, amma sonra oğlanları Məhəmmədhəsən ağa və Mehdiqulu ağa və Xanlar ağa hər üçü ittifaq olub, əzbəski, Əbülfət xan bir ədna olan övrətdən olmuşdu və həmə vaxt Qarabağda olanda Məhəmmədhəsən ağaya və Mehdiqulu ağaya nökərlər rəftarı kimi xidmətlər qılmışdı. Onun şöylə vəkil və sahibi-ixtiyar olmağına razı olmayıb, İbrahim xanı nikul və təğyir elədilər. Əbülfət xanın dedikləri kəlamatın əksinə rəftar və əməl başladılar. Xan dəxi Fətəli şahın bir para təklifatını xoşagəlməz bilib dübarə Əbülfət xana yazdı ki, qayıtsın və Qarabağ torpağına gəlməsin. Əbülfət xan əhvalatı bu növ görəndə bildi ki, tədbirlər qardaşlarınınkıdır. Dəxi atasının əmrini qəbul etməyib iki nəfər xan dəxi, şahın əmri ilə həmrah götürmüşdü. Beş min dəxi Qızılbaş qoşunu əmrində idi. Əvvəl Qarabağın Zəngəzur və Qapanat mahalatına daxil olub, hər kənddə və hər qəryədəki xanın və Məhəmmədhəsən ağanın və Mehdiqulu ağanın və sair bəylərin və ağaların darğa və nökərləri var idi çıxarıb və məzul etdi. Özü əlavə nökər və darğa kəndlərə qoydu. Tamam məlikləri və kəndxudaları hüzuruna cəm edib, xələt və bərat verib, özünə müti və münqad elədi. Qapan və Çuldur və Günay mahallarına tamam malik olub, ta Bərgüşad çayınadək mütəsərrüf oldu. Çayda ordu edib oturdu. Hərçənd İbrahim xan bu cür hərəkət-lərdən onu mən edib mükərrər adamlar göndərdi ki, bu gunə əməlləri tərk etsin və ya qayıdıb getsin və ya mənim yanıma gəlsin. Necə məsləhət desəm, şöylə eləsin. Əbülfət xan baxmayıb və qulaq asmayıb hökumət iddiasının əlamətlərini zahil eylədi. Bir para bəylərdən ki, onun qohumları idilər Mirzə Əlibəyi və Fazil bəyi ki, ümdə bəylər və övlad və əqrəbaları çox və İbrahim xanın əmizadələri və Qarabağ vilayətində ümdə və zübdə hesab olunan şəxslər idi. Hərçənd, zahirən xandan, Məhəmmədhəsən ağadan və Mehdiqulu ağadan və Xanlar ağadan ehtiyat edib Əbülfət xana aşikar yardım və kömək izhar edə bilməzdilər. Amma batinən onun istiqlalına kömək etməyə və himayət etməyə çalışırdılar. Mirzə Əlibəyin əmisi qızını Əbülfət xan alıb övrət eləmişdi. Şuşa qalasında olurdu. Əbülfət xan Bərgüşad mahalında ordu eyləyib oturdu. Qarabağın tamam ilat və kəndlilərini öz yanına dəvət edib, ziyadə məğrurluq başladı. Axır İbrahim xan oğlanları Məhəmmədhəsən ağa və Mehdiqulu ağa hüzurunda qoşun bina edib, Əbülfət xana müqabil getməyə məcbur oldular. İbrahim xan ilə Məhəmmədhəsən ağa Dizaq mahalının Tuğ kəndinə gəldilər. Mehdiqulu ağa və Xanlar ağa xandan mürəxxəs olub Zəngəzur mahalına tərəf əzm eylədilər. Xanlar ağa öz müqərrəbi və ixtiyarı olan Əhməd ağa ilə Qaraçurlu və Hacısamlı kürdlərinin mahalına daxil olub, Mehdiqulu ağa dəxi özünün mötəbidi və müqərribləri Rüstəm bəy və Uğurlu bəy və s. rəşid nökərləri ilə hərəkət etdi. Qasım bəy, Rüstəm bəyin atası ki, bir sahibi-tədbir, rəşid və kardan adam idi, Diq və Gorunzur kəndlərində olurdu, Əbülfət xana itaət etməmişdi. Mehdiqulu ağanı Diq və Gorunzur kəndlərinə daxil edib, üç yüzdən ziyadə tüfəngçi adamlar ilə möhkəmləşib möhkəm məkanda oturub və Xəzzək kəndinin kuxasına ümid və nəvad verib, Əbülfət xandan rukərda edib öz hüzuruna gətirdi. Mehdiqulu ağa dəxi Uğurlu bəyi neçə atlı ilə göndərib, Əbülfət xanın Xəzzək kəndində qoyduğu bəyləri tutub, at və əsbablarını alıb və özlərini dustaq elədi. Bu xəbərlərdən Əbülfət xan müstərib olub, sürət ilə Dizaq mahalına əzm eylədi. Məqsudu bu oldu ki, İbrahim xanın və Məhəmmədhəsən ağanın hənuz cəmiyyətləri güc toplamamış gəlib Tuğ kəndində Məhəmmədhəsən ağanı tutub və İbrahim xanı dəxi bidəxil edib, gəlib Şuşa qalasına daxil ola. Əcəb batil fıkirlər və biəsl xəyallar eləmişdi ki, heç ola bilməzdi. Ol vaxtda İbrahim xanın və Məhəmmədhəsən ağanın yanında ancaq iki yüz nəfər atlı və piyadə ola bilərdi. Pareyi-bəylər dəxi onların hüzurunda var idilər ki, zahirən orada idilər. Amma batinən Əbülfət xanı istəyən idilər. Şayət Əbülfət xana dəxi onlar elam etmiş ola idilər ki, burada İbrahim xanın və Məhəmmədhəsən ağanın cəmiyyətləri kəm və özləri bixəbər və xatircəmdirlər. Gəlmək münasibdir. Və illa Əbülfət xandan bu gunə hərəkəti və ağılı qəbul etməz idilər. Əlqissə, bu əhval məlum olan kimi İbrahim xan və Məhəmmədhəsən ağa Mehdiqulu ağaya ki, Zəngəzur mahalında olurdu, kağız yazıb, təcili-təmam ilə istədilər ki, dörd-beş yüz atlı və piyada o səmtlərdən cəm edib, iki günədək buraya Tuğ kəndinə gəlməyəsiniz, işlər xarab olur. Qızılbaş qoşunu və Əbülfət xan Qarabağa və Şuşa qalasına təsəllüd tapacaqdır. Hətta Qasım bəy və oğlu Rüstəm bəy mərdanəlik edib və sədaqət göstərib, Xanlar ağa dəxi öz ixtiyarında olan Hacısamlı və Sultanlı xalqının atlı və piyadəsin cəm edib, Mehdiqulu ağa və Qasım bəy Diğ və Goruzur və Xəzzək və Qala dərəsi və müsəlman kəndlərinin rəşid və qoçaq rüfəngçilərindən yeddi yüzə yavuq atlı və piyadə cəm edib Rüstəm bəy və Uğurlu bəy və s. Mehdiqulu xanın nami və rəşid nökərləri ilə şul gecə vaxtı kamila kamalitəcil və sürət ilə Tuğ kəndinə İbrahim xanın və Məhəmmədhəsən ağanın yanına gəlib, hazır oldular. Haman vaxt idi ki, Əbülfət xan gəlib, Tuğ kəndinin iki ağaclığında Qızılqışlaq mənzilinə varid olmuşdu. Yanında külli və çox olan cəmiyyət və qoşun ki, o vaxtda məcmu, Qapan və Bərgüşad və Dizaq mahallarının kəndlərinin əhli və Dizaq, Cavanşir və Hacılı xalqı və hətta Cəbrayıllı bəyləri və əhlləri tamam ehtiyat və xofdan ki, məbada Əbülfət xan çapıb və qarət edə məcmusu onun yanında idilər. Əbülfət xanın təsəvvürü bu idi ki, İbrahim xanın və Məhəmmədhəsən ağanın hüzurlarında cəmiyyətləri yox və bəylərin dəxi aralarında nifaqlıq və əksərinin qəlbləri batinən ona maildir. Sübhdən gedib Məhəmmədhəsən ağa ya qaçıb Gəncəyə və ya Tiflisə gedər və ya tutulur və Qarabağ vilayəti təmamən əlində olur. Bu cür xəyalda amma bu əhvaldan xəbəri yoxmuş ki, Mehdiqulu ağa şöylə nökərləri ilə və şöylə zübdə və zirək-çevik qoşun və tüfəngçi ilə gecə gəlib Tuğ kəndində İbrahim xan hüzurunda hazır olublar. Pəs sübhdən Qızılqışlaqdan çıxıb, qoşunlarını dəstə-dəstə edib, nizam verib, cəmiyyəti-tamam və izdihamimalakamal ilə Tuğ kəndinin üstünə yollandılar. İbrahim xanın və Məhəmmədhəsən ağanın üsrünə, Allah, Allah, çəkib yürüşə başladılar. Əz qəza haman günü hava bulud və duman idi. Görməzdilər ki, Tuğ kəndində cəmiyyət nə qədərdir. Şul qədər gəldilər ki, bir verst qədəri kəndə qalmış, duman açılır. Əbülfət xan və qoşunu baxıb, Tuğ kəndində cəmiyyəti-küllü və kisrət və izdihami-kami görəndə müztərib-əhval olub, xəbər hasil edirlər. Məlum olur ki, o gecə Mehdiqulu ağa çox cəmiyyət və tüfəngçi ilə varid olub, döyüşə amadə vardılar. Pəs bu gunə gəlməkdə peşman olurlar. Amma peşmanlıq dəxi nə fayda edər. Xüsusən ki, çox iddia və qürur ilə gəlmişdilər. Dəxi labüdən qalıb davanı başladılar. Orada Əbülfət xanın iki nəfər adamını qətlə yetirdilər. Mehdiqulu xanın dəxi bir yaxşı məruf nökəri məftul oldu. Birisi dəxi zəxmdar olub gün məğribə yetişib, hava artıq soyuq oldu. Ramazan və orucluq ayı idi. Yer dəxi qar idi. Çox məğşuş oldular ki, soyuğun çoxluğundan əlləri iş tutmaq müşkül idi. Naçar haman yerdə bir kiçik dağın üstə qarın içində yerbəyerdən tökülüb, yüklərini açdılar və sübhə kimi burada qalıb, sübh tezdən köçmək binası etdilər ki, dala qayıtsınlar. Nagah Məhəmmədhəsən ağa və Mehdiqulu ağanın atlı və piyadə qoşunları əzmicəng edib, ətrafdan dava salıb və şənlik başladılar. Əbülfət xanın cəmiyyətinə hücum və həmlə qıldılar. Pəs Əbülfət xanın qoşunu şikəst tapıb, yerbəyer yüklərini töküb, qaçmağa başladılar. Bir tərəf dəxi öz yanlarından olan Cəbrayıllı və Hacılı və Cavanşir xalqı həm dönüklük edib, ümdə şikəstliyi onlar saldılar. Əbülfət xanın qatırxanası və sandıqxanası tədarükatı və sair xanların tədarükləri və qoşun əhlinin yükləri və ulağları təmamən qarətə gedib, Əbülfət xan bir neçə nəfər məxsus nökərləri ilə Araz tərəfinə fərari olub, əksər qoşunları isə əsir (oldu) və xanlar dəstgir olub, yüz nəfərə yaxın adamları qətlə yetişdilər. Qalan qoşunları dəxi soyulub və basılıb əsirvar və piyada Araz səmtinə həzimətə gedib, hər kəs öz tərəfinə dağıldılar. Hətta o cümlədən beş yüzə yaxın atlı Əbülfət xanın dalısınca gələrmişlər. Yolda Heregül kəndində Cəbrayıllı bəyləri və xalqı tökülüb, onları qarət edir və soyub, lüt və piyada mürəxxəs etmişdilər. Pəs Əbülfət xan şul gecə gedib, çox xof ilə Araz kənarında qalıb, sübh Arazdan keçib Qaradağa getmişdi ki, məhz cərideyi-subay atlı oraya çıxıb təmam əsbab və barxana və tədarükatı qarətə getmişdi. Və bəd Əbülfət xana xəlvət söz verib, təhrik edənlər və ona mail olan bəylər şərməndə və xəcalət qaldılar. Məhəmmədhəsən ağa dəxi hərçənd ki, onlara cəza və siyasət etməyə asanlıq ilə qadir idi. Amma bir para xanın əmizadələri və bir-iki nəfər müsinn və sahibi-hörmət bəylər onların içində var idilər. Dəxi aşkar onların xəyanət və batil fikirlərin açıb, bir məvaxizə və bazxast etmədi. Əlqissə, bu xəbərləri dəxi Fətəli şah eşidib, zahirən Əbülfət xana məzəmmətlər yazıb və İbrahim xana elçi göndərib, izhar etdi ki, Əbülfət xan padşah əmrinə xilaf edib ki, xanın əmrinin əleyhinə çıxış edibdir. O nə şöylə buyurulmamış idi ki, o növ hərəkət əmələ gətirib. Mən bu babda hərgiz İbrahim xandan və Məhəmmədhəsən ağadan inciməyib, razı varam. Mətləblərinin həmə vaxt məqruni-əncam bilib, ərz edələr ki, hər cür ehtiyacları ödənilir. İbrahim xan cavab verdi ki, mən şöylə təsəvvür eylədim ki, bundan əvvəl olan keçmiş müqəddimədər İran dövlətinin xatirindən çıxıb. Sair padşahlar kimi öz əhdlərində vəfa və dürüstlük fəramuş olub. Şimdi ki, keçmiş ədavət yenə zühur edib, pəs mənə vacib oldu ki, əhdi dürüst olan ədalətli və mərhəmətli, ədəbli və hörmətli padşaha itaət edəm ki, qoşunu çox nizamlı və qüdrətli və mərhəmətli padşahdır ki, imperator adlanıbdır. Fətəli şah, bu sözlərə sakit olmayıb, bilirdi ki, İbrahim xan Rusiya dövlətinə itaət edib, Şuşa qalasını ki, ruyizəmində şöylə qala yoxdur və bəlkə əgər olsa da az olur. Bu tövr böyük vilayət torpağı və dağları və səhrası çox vəsi və ərzi məmləkətdir ki, quberniya demək olur. Əlbəttə ki, onun damadı Şəki hakimi Səlim xan ki, onun da dağları Qafqaz və Dağıstan və Car vilayətinə mübtəsil olur. O, dəxi təbii olaraq itaət edir. Bu iki xan itaət edəndə, onların qorxusundan Şirvan hakimi Mustafa xan dəxi xahi-nəxahi itaət edəcək. Çünki hərgah Rus dövlətinə düşmənlik etsə, Qarabağın və Şəkinin əhlləri Şirvanı qarət və xarab edib, zərb ilə çoxusunu köçürüb Şəkiyə və Qarabağa aparırlar. Bunlara binaən, o da gərək itaət edə, bu surətdə Azərbaycanın əlavə xanları fürsət tapalar İbrahim xan ilə müttəfiq olub, xarablıçılıq edərlər. Belə ki, Şahsevən xanı İbrahim xanın damadı idi. Xoy hakimi damadı və Qaradağ xanı dəxi damadlıq etmiş idi. Şəqaqi və Təbriz və Marağa təmamən Rusiya dövlətinə itaət edərlər. Necə ki, irəli tarixi islamiyyə 1209 sənədə imperaruri-üzma Yekaterina əmri ilə sərdar qraf Zubov qoşunu səmti-Şirvana gələndə, İbrahim xan oğlu Əbülfət xanı ki, onda Əbülfət ağa idi, onun hüzuruna göndərib, dövləti Rusiyaya izhari-itaət qılmışdı. O vaxtda, bu qeyd olan xanlar necə ki, fövqdə yazıldı, təmamisi İbrahim xana Ağa Məhəmməd şahdan xəlvət kağızlar yazıb və adamlar göndərmişdilər ki, İbrahim xan bizim böyüyümüz və ixtiyarımız və atamızdır. Əgər səlah bilib, dövləti-Rusiyaya itaət edirsə bizlər hamı onun məsləhətindən xaric olmayıb, itaət edirik. İbrahim xan o vaxtda haman kağızları ki, xəvanini-Azərbaycan yazmışdılar bir nəfər mötəmid adamla sərdar qraf Zubovun hüzuruna göndərdi ki, bu gunə əhvalat məlum olsun. Şahid şul kağızları qraf Zubova (verdi ki), imperaturi-üzma Yekaterina hüzuruna yollamış olar. Bir dəxi o ildə ki, İrəvan səbtində sərdari-əzəm knyaz Sisianov ilə Fətəli şah və naibüssəltənə mülaqat və müharibat etdilər və oradan sərdar Sisianov Tiflisə qayıtdı. Şah dəxi Azərbaycan və Tehran sövbinə müraciət etdilər. Ol vaxtlarda şaha xəbər verdilər ki, İbrahim xan həmişə Rusiya dövlətinə mail və şaiqdir. Doğru sözü və elçisi və sovqatı həmə vaxt onlar ilə gəlib-getməkdədir. İran dövlətinə və Qızılbaşa qəlbən bədxah və xaindir. Necə ki, sabiqdə həmişə Qızılbaşiyə ilə dava və münaqişələr edib. Azərbaycanın keçmiş hakimlərinə və Ağa Məhəmməd şah kimi şahi-İrana xain və bədxah olduğu aydındır. Lakin Rusiya böyüklərindən hansı ki, o səmtə gəlsə və ya birisinə dəstrəs əl versə dərhal onlar ilə mehriban və səmimi və sədaqət ilə xahan olur. Heç bir davasız və münaciəsiz və o dövlət tərəfindən bir artıq hörmət və mərhəmət görməmiş, onlara müti və raqib olur. Hərçənd Fətəli şah özü də bu gunə əhvalatın əsərin müşahidə edərdi, amma necə ki, yuxarıda məzkur olundu, İbrahim xana artıq məhəbbət və mərhəməti və Qarabağ əhlinə ziyadə iltifat və şəfəqqəti olduğu səbəbə, bunlara mültəfit olmayıb, yenə Kərim xan və Abdulla xanı İbrahim xanın yanına göndərib, kamalihörmət və mərhəmət və mülayimət ilə yazmışdı ki, Allah rizasına namusi-islamı mənzur edib, hər nə təvəqqeyi var, məndən etsin, yerinə yetirim. Urus padşahına itaət etməsin. Şuşa qalası ki, toxunulmazdır və qəleyi-Xudafərin və məmləkətdə səddi-mətindir və İranın giriş qapısıdır, Urus dövlətinə verib Rusiya qoşunlarını daxili-şəhr və (onların) qalası eləməsin. Və ehtiyat etməsin ki, Urus dövlətindən ona zərər və vilayətinə xarabalıq gələr. Mən əvvəla, İran qoşunun zübdə atlısından çox atlı, yaxşı rəşid sərkərdə ilə və öz xərcim ilə Tərnəküt qalasında ki, Şahbulaq ola, qoyaram ki, həm Qarabağı mühafizət edər və həm İbrahim xanın itaətində olar. Və saniyən oğlum Abbas Mirzəni sinahi-əzim ilə göndərim ki, sərhesab olur. Həm Şirvan və Şəki hakimlərini və sairləri tənbeh edər və Qarabağdan dağılıb o vilayətlərə qaçan və təfriqə olan evləri təmamən cəm edib, Qarabağa gətirər ki, sabiq əyyamda Qızılbaş tərəfindən sənin vilayətinə yetişən nəqs və sədəmələrin mükafatı əmələ gəlib Qarabağ yenə ziyad gözəlləşər və abad olur. Əlavə, iki min piyadə sərbaz və top yollaram Əsgəran qalalarında oturar ki, oradan Şuşa qalasına üç ağac yoldur, Rusiya qoşununun qala üstə gələn yoludur. Mühafizət edərlər. Əgər küllü və güclü cəmiyyət Rusiya tərəfindən gəlməli olsa, özüm də köməyə gələrəm. Heç fıkir eləməyin. Çün şul vaxtlarda Rusiya dövlətinin necə ki, şimdiki kimi küllü qoşunu və bu tövr top və tədarükü və bu gunə əzəmət və əsası yox idi. İbrahim xan cavab verdi ki, mən hənuz Urus dövlətinə itaət etməmişəm. Bir güclü və qüdrətli və mürüvvətli padşahdır. Onun qoşunu gəlib və sərdarı Tiflis şəhərindədir. Çünki mən sadiq Rusiya dövlətinə, imperaturi-üzma Yekaterina hüzuruna və qraf Qudoviçə və qraf Zubova elçi və adam göndərib, izhari-ixlas etmişəm. Layiq deyil ki, şöylə padşahın sərdarı bu yaxında Tiflis şəhərində ola, mən (də) ona elçi və adam göndərməyim. Əlbəttə ki, təqazeyi-vaxt necə olsa və qəzayi-fələki nə surət göstərsə, şöylə əməl olacaqdır. Əlqərəz, bu növ cavablar ilə Fətəli şahın adamların geri qaytardı. Fətəli şah elə ki, bu gunə əhvalatı və cavabları görüb, yenə sakit olmayıb, dübarə yenə Kərim xan və Abdulla xan və Rəhim xanı İbrahim xanın yanına göndərib, müqəllizə andlar və qəsəmlər edib və Quranı möhürləyib, yuxarıda mərqum və məzkur olan təəhüdat və mətalibata dübarə təkid edib və külli böyük ənamlar və mürəssi və cavahir qılınc və qızıl, iri əsbablı başdan-ayağa qaşdaşla bəzənmiş at və üç min əşrəfi məzkuk nağd və giranbaha xələt və şal ilə göndərib yenə İbrahim xandan Şuşa qalasını Rusiya qoşununa verməməyə və rus padşahına itaət etməməyə iltimas və təkid etmişdi. İbrahim xan şul xanları mürəxxəs etməyib qalada göz dustağı kimi saxlayıb, bu əhval və hadisələrin sərdar Sisianova məlum eylədi. Sərdar buyurmuşdu ki, əgər doğru-həqiqət, canü dil ilə imperaturi-əzəmə və dövləti-əfxəmə (Rusiyaya) ixlas və itaəti varsa, şul xanları ki, qasidliyə gəliblər saxlasın, buraxmasın. Və illa onun dövləti öz fikrini yaxşı bilir. Pəs İbrahim xan cavab verdi ki, mən qədimi ixlas və sədaqətimdə sabit və möhkəm varam. Heç vaxt təğyir verməmişəm və verməyəcəyəm. O, xanları dəxi buraxmayıb saxladı. Sonra sərdara pişnəhad etdi. Əlqissə, İbrahim xana Fətəli şah hər nə qədər ki, mülayimlik və mərhəmət göstərdisə, hərgiz ona xülus və iradət ilə itaət eləmədi. Onun yanında banuyi-hərəmi-şah olan əzizeyi-mükərrəmə qızını və oğlu Əbülfət xanı və Qarabağ bəylərini ki, İran dövlətində ıdilər və Qaradağ vilayətinin məbaliğ mədaxilini ki, İbrahim xana yetişirdi və islamlıq və həmməzhəblik şərtini ki, məscidlərdə İbrahim xana bəd dualar edəcəklər, təmamini atıb mənzurə gətirməyib, Rusiya dövlətini hörmətli və şəfəqqətli və əhdi dürüst və mərhəmətli bilib, öz rizası və səmimi qəlbi ilə bu dövlətin itaətini qəbul eylədi. Axır ki, Fətəli şah dəxi incidi və aralığa küdurət düşdü. * * * İyirminci fəsil İBRAHİM XANIN TƏMƏNNASI İLƏ RUSİYA QOŞUNU ƏVVƏL QARABAĞA GƏLMƏYİNİ VƏ QIZILBAŞ LƏŞKƏRİ İLƏ CƏNG VƏ MÜHARİBƏ VAQE OLMASINI BƏYAN EDƏR Belə ki, yuxarıda mərqum və məzkur oldu ki, məsihi ilinin 1805-ciilində - may ayının əvvəlində sərdar Sisianov Kürək çayına gəlib, İbrahim xan dəxi damadı Səlim xan şəkili ilə və Qarabağın və Şəkinin bəyləri və böyükləri ilə gedib orada görüb və əhdnamələr tərtib edib əhd və peymanı və itaəti Rus dövlətinə möhkəm etdilər. Oradan müraciət edəndə sərdardan qoşun və topxana təmənna etdilər. Ona görə sərdar Sisianov mayor Lisaneviçi beş yüz yeger adla-nan dəstə və topxana ilə Qarabağa - İbrahim (xanın) yanında olmağa təyin elədi. Bir dəstə dəxi Şəkiyə müqərrər və məmur eləmişdi. Elə ki İbrahim xan və Səlim xan və onlar ilə oraya gedən Qarabağın və Şəkinin əyanları Kürək çayından və sərdar hüzurundan müavidət edib, hər kəs öz yerinə və məqamına gəlib yetişdilər, haman əsnada İbrahim xana əhval və xəbər yetişdi ki, qızılbaş qoşunu Fətəli şahın əmri ilə Qarabağa azim olub, gəlməkdədirlər. Və yeger dəstəsi və mayor Lisaneviç dəxi topxana ilə gəlməkdə idilər. Təxir oldu. Qızılbaş ləşkəri gəlib yaxınlaşdı. Bu keyfıyyətə görə Məhəmmədhəsən ağa təcil və ixtirab edib, batalyonun istiqbalına əzm eylədi. Gedib batalyonu götürüb, o ilin aprel ayında gəlib, Xan bağına varid oldular. Və çün o vaxtda yaz fəsli idi. Arazın suyu daşıb, həddən ziyadə olmuşdu. İbrahim xan belə səlah gördü ki, əgər rus qoşunu ilə Qarabağ qoşunu gedib Xudafərin körpüsünü kəssələr, dəxi qoşun körpüdən keçməsə, qeyri yerdən keçmək məqdur olmaz. Bir-iki ay təxir olar. Onadək əhaliyi-Qarabağ, xüsusən Dizaq və Vərəndə mahalının əhlləri taxıl və əkinlərini cəm edib və döyüb götürərdilər ki, pamal olub Qızılbaş qoşunu qarət eləməzlər. İşin axır əncamını görələr necə olur. Bəlkə daldan qoşun gələ. Şayəd sərdar Sisianov öz qoşununu götürüb köməyə gələ. Əlhasil, bu mənzurələrə əsasən mayor Lisaneviç batalyon ilə Məhəmmədhəsən ağa İbrahim xanın böyük oğlu, varisi - Qarabağ və bəyzadələr ilə və çox atlı və piyada cəmiyyət ilə getdilər, ta Cəbrayıllı bağlarınadək ki, şimdi orada tamojni və qarantin olur. Amma ta bunlar oraya yetişənədək Qızılbaşın adamları xəbərdar olur. Çünki qızılbaşın məşhur sərkərdələrindən zübdə atlılar və küllü qoşun ilə körpünün ətrafında imişlər. Haman vaxtda piştdəstlik edib, körpüdən keçib, cəmiyyəti-təmam ilə gəlib, haman Cəbrayıllı bağlarından onlara düçar olub dava başladılar. Orada şiddət ilə savaş olub, ta axşamadək nayireyiqital və atəşi-cidal müştəil oldu. Hər iki tərəfdən adamlar qətlə yetişib, elə ki gün batıb gecə oldu, çünki xan və Məhəmmədhəsən ağa pareyi-Əbülfət xanın qohumları olan bəylərdən xatircəm deyildilər. Onlar Şuşa qalasında olurdular. Onlardan ehtiyat və əndişələri var idi. Məhəmmədhəsən ağa orada dava eləməyi məsləhət bilməyib, mühafizəti-qalanı ümdə mətləb bildilər. Məhəmmədhəsən ağa haman gecə oradan urus qoşununun əsbab və tədarükatını, dəxi sair qoşun atlılarının atlarına yükləyib birahə dağların üstündən aşıb, şul gecənin sübh vaxtı Tuğ qəryəsinə özlərini yetirdilər. Sabah olanda, Qızılbaş qoşunu xəbərdar olub, çöl və səhra yolu ilə ilqari-tamam və səy və cəhd etdilər ki, bəlkə Məhəmmədhəsən ağanın və qoşuni-Rusiyanın dağlarda qabaqlarını kəsib qoymayalar ki, qalaya daxil olalar. Dalıdan Abbas Mirzə naibüssəltənə dəxi, çox qoşun ilə gəlib, Şuşa qalasına müsərrəf olalar. Amma fikri-mahal idi ki, Şuşa qalasını almaq ola, bəlkə nifaq olan bəylərdən qala içində xəyanət edib, bir növ məğşuşluq ola biləydi. Əlqissə, haman günü Məhəmmədhəsən ağa Tuğ kəndindən gəlib, Rusiya qoşunu ilə qalaya varid oldular. Qalanın hasarının çölündə ordu edib, İbrahim xan və Məhəmmədhəsən ağa və rus batalyonu və tamam atlı və piyada Qarabağın qoşunu ilə çadırlar tikib, orada əyləndilər. Qarabağın və Dizaq və Vərəndənin mahalat kəndləri tamam köçüb dağlarda və möhkəm yerlərdə sığınaq elədilər. İlat və tərəkəmə əhli dəxi küllən yaylaq dağlara gedib, möhkəm oldular. Pəs naibüssəltənə Abbas Mirzə təmam qoşunu ilə gəlib Çanaxçı kəndində ordu eylədi. Əliqulu xan, sərdari-Şahsevən dəxi beş min qoşun ilə Əsgəran qalasının həvaləsinə gəlib ki, Tiflisdən gələn yolun üstü ola. Orada ordu edib və bir dəstə atlıları dəxi Tərtər çayınadək qarovula getdi. Qərara gəlmişdilər ki, hər iki tərəfdən yürüş eləyib, qalanı müsəxxər edələr, Əbülfət xan bir para Qarabağdan Qızılbaşa fərar edən bəylərlə, Qarabağın ilat və dihatın xah erməni və xah müsəlman naibüssəltənə hüzuruna itaətə aparıb, (onlara) ənam və xələtlər verirdilər. Erməni kəndlərinin məcmu məlikləri və koxaları təmamən Əbülfət xanın yanına gedib xələt və xatircəmlik hasil elədilər ki, qarət və əziyyətdən arxayın olalar. Bu müqəddimələri və əhvalatı İbrahim xan və mayor Lisaneviç təkrarən sərdar Sisianov hüzuruna hale elədilər. Pəs sərdar Sisianov dəxi polkovnik Karyagini yeger polku ilə ki, Bahadur adı ilə məşhur idi, topxana və podpolkovnik Kotlyarevski ilə Qarabağ əhlinin himayətinə məmur və məsul elədi. Onlar da tezlik ilə gəlib haman günü ki, əzm eləmişdilər ki, Əliqulu xan Əsgəran səmtindən və şahzadə Abbas Mirzə Çanaxçı kəndindən qala üstə yürüş edələr. Bu əsnada İbrahim xanın məmur elədiyi qarovul xəbər gətirdi ki, polkovnik Karyagin qoşun ilə Şahbulağa gəlib düşdülər. Naibüssəltənə Çanaxçıdan köçüb Şuşa kəndinin üstündən keçib, Əsgəran qalasına tərəf getməyə başladılar. Xan və Məhəmmədhəsən ağa belə təsəvvür edirdilər ki, qala üstə gələcəklər. Bu heyndə polkovnik Karyagin dəstəsi Şahbulaqdan Əsgərana tərəf zahir olub, topunun tüstüsü aşkar nümayan oldu. Naibüssəltənə həm qala səmtindən keçib, top və zənburək ata-ata getdi. Amma yollarda dava eləyə-eləyə gələn, Əliqulu xanın üstə olan qoşunu idi. Polkovnik qoşun ilə dava edə-edə Qarağacı mənzilinədək ki, əzim qəbiristan idi, gəldilər. Orada yolun içi qəbirlərin hasarları idi. Təng və çətin yerlər idi ki, ərradə keçib gələ bilməzdi. Xüsusən ki, Əsgəran qalalarını qızılbaş qoşunu tutub və möhkəmləndirmişdilər. Qaladan dağa kimi hər iki tərəfini möhkəm səngər qayırmışdılar ki, keçmək mümkün deyildi. Əlacsız qalıb, geri Şahbulağa tərəf qayıtmağı dəxi ar və namus bildi. Qəbiristanın kənarında iki kiçik balaca hasar var idi. Ərradələri oraya sürüb yerbəyer düşdülər. Və ətraflarını səngər elədilər. Aşkar idi ki, əgər Əsgəran qalalarının şul Qarağacı yerinin arasında daşlı və enişli-yoxuşlu dərələr olmasaydı, düz və səhra yer olsaydı, polkovnik və yeger batalyonu, xüsusən bahaduri-namdari-şardil Pyotr Stepanoviç Kotlyarevski Qızdbaş qoşununa qalib olub, Əsgəran qalalarınadək gedərdilər. Ləşkəri-qızılbaş onlara mane ola bilməzdi. Şul yerdə ki, batalyon səngər eləmişdi, ətrafı tamam səhra və düz yer idi. Qarqar çayı ilə onların arası bir verst olurdu. Qızdbaş qoşunu çox piyada batalyonla suyun arasında və qabaqlarında çoxlu möhkəm səngərlər qayırıb batalyonu mühasirə elədilər. Su aparmağa məqdur ola bilmədi. Batalyon iki gün əvvəl götürdükləri su ilə güzəran edib, ondan sonra susuz qaldılar. Quyu qazdılar ki, bəlkə su çıxa. Məqdur ola bilmədi. İki gündən sonra bir gecə bir rota qoşun su aparmağa çaya yürüş edib Qızılbaş ləşkərini suyun ətrafından kənar edib, bir dəfə beqədri-məqdur su apardılar. Sonra suyun ətrafını yerbəyer şöylə möhkəm eylədilər və kəsdilər ki, batalyon əslən su aparmağa məqdur ola bilmədi. Müddəti-on bir gün və gecə o tövr ilə dava edib ki, ətrafdan tüfəng və zənburəng batalyonun üstə barani-bahari kimi tökülürdü. Amma rəşid və cürətli və tab və taqətli olan batalyon şöylə zəhmət və məşəqqətlərə və səngərlərdə güllə dəyib ölməyə tab və taqətlər gətirib, yenə pozulmadılar. Bavicudi ki, polkovnik Karyagin dəxi yaralı olub və Kotlyarevski həm yaralı olub, qoşunun yarıdan çoxu qınlıb və zəxmdar olub, üç yüzə yavuq soldat ancaq qalıb, onlar da əksəri yaralı və susuz (idilər). Qızılbaş qoşunu ətrafdan səngərlərə yavuq yeriyib batalyonu məşəqqətə və müşkül hərə-kətə gətirdilər. On bir gün keçdi, bir yerdən kömək olmadı. Məlik Vanya o vaxt da yüzbaşı idi və batalyonun içində olurdu. Pyotr Stepanoviç ona şəfəqqətlər və məhəbbət etməyinə görə qulluq edərdi. On birinci gecə bələdçilik edib, əlhəq o səfər yaxşı qulluq edib, batalyonu və yaralı soldatları götürüb, gecə vaxtı səngərdən çıxıb və topxananı da götürüb birahədən Şahbulaq tərəfinə rəvanə oldu. Hərçənd ki, çox piyadə Qızılbaş qoşunundan Şahbulaq qalasında qoymuşdular ki, Rusiya qoşunu gəlib, qalaya daxil olmasınlar. Amma qoçaq bahadur namdar Kotlyarevski bavicudi-zəif və yaralı ki, dava umurunda səramənd idi, yürüş edib, qalanın qapısını dağıdıb, daxili-qala oldular. Qızılbaş qoşunundan ələ düşəni öldürüb və mabədisi qaladan yerə töküb, Əmirastan adlı sərkərdə dəxi qaladan yıxılıb vəfat etmişdi. Sabahı Abbas Mirzə gəlib İran ləşkəri ilə qalanı mühasirə edib, adamlar göndərib ümid və nəvidlər verdi ki, guya Pyotr Stepanoviç və polkovnik hər ikisi yaralıdırlar. Qoşun dəxi cüzvi və əksəri yaralı və aclıq dəxi qoşunda var. Bəlkə polkovnik rəyə gəlib, Abbas Mirzəyə itaət edə. Xəyalı xam idi. Rus qoşunu tamam acından qırılsa da, şöylə zillət ilə itaət etməzdi. Polkovnik cavabı-mülayim və vədeyi-fərib verib, üç gün orada məqs edib, soldatlar və yaralılar bir qədər aram hasil edib, yenə bir gecə Vanya yüzbaşı bələdçilik edib, tədbir ilə qaladan çıxıb xəlvət yol ilə Çöləbörd mahalının möhkəm və düşvar olan Cermuq dərəsində olan qalaya iki günədək gətirdi. Bir gecə, yolda qoşunu bir möhkəm dərədə şöylə xəlvət saxlamışdı ki, bir gün bir gecə qızılbaş əsgərləri nə qədər batalyonu axtarmışdılar və səy-təlaş ilə cüstəcu etmişdilər tapa bilməmişdilər. Məlik Vanya gedib dağlarda sığınaqlardan subay adamlar gətirib Çiləbördün kəndlərində quyulardan taxıl çıxarıb, özünün həm nə qədər buğdası varsa, çıxarıb un edib batalyona verib, cüt öküzlərini və camışlarını da onlara verib aclıqdan çıxartdı. Cermuq dərəsində üç-dörd gün qalıb, soldatlar dürüst fəraqət elədilər. Ondan suxarı və ət tədarük edib, Murov dağınm xəlvət yolları ilə Məlik Vanya batalyonu Gəncə şəhərinə gətirmişdi. Şul ilin haman günlərində Fətəli şah bu əzmə ki, bəlkə bir əlac edə, Şuşa qalası Rusiya qoşununun əlinə düşməyə, təmam qoşunu ilə Arazdan keçib, gəlib Quru çay üstə, Dizaq mahalında təxtitavus müsəmma olan mənzildə ki, Şuşa qalasının altı ağaclığında vaqedir, düşüb ordu elədi. Qarabağ xalqına küllü ənamlar verib, hüzuruna apardı ki, bu əhvalat və güzaridatı Tiflis şəhərində sərdari-əzəm Sisianov eşidib, qoşun ilə Tiflisdən çıxıb, Fətəli şah və Abbas Mirzənin müqabilində Qarabağa azim oldu. Ta, gəlib Tərtər çayına yetişənədək, Fətəli şaha daldan xəbər gəlmişdi ki, Rusiya qoşunu dövlət tərəfindən məmur olub, dəryayi-Xəzərdən keçib Talış və Rəşt-Ənzəli tərəfindən İrana gəlib davaya başlayıblar. Buna görə şah buradan Ərdəbil səmtinə qayıdıb getmişdi. Xüsusən, sərdar Sisianovun həm gəlmək əhvalını eşidib, onunla rubəru cəng etməyi məsləhət bilmədi. Abbas Mirzə naibüssəltənə dəxi səmtini xali görüb, polkovnik Karyagin Gəncə şəhərinə gedəndən sonra Şahbulaq ətrafında bir müddət ordu eləmişdi. Sonra Tiflisi çapıb və qarət etmək məqsədilə köçüb Gürcüstan tərəfinə Axısqa çayınadək getmişdi. Oradan dəxi Tiflisə getməyi məsləhət bilməyib, İrəvan vilayətinə getmişdi. Mayor Lisaneviç də ki, qalada idi, batalyonu götürüb Mehdiqulu ağa ilə Zəngəzur mahalına gedib, orada var idilər. Əbülfət xan ki, o vaxtlarda Qapan mahalından köçüb Arazın o tərəfinə keçmişdi. Bəd əz an Qapan və Zəngəzur və sair o tərəflər təmamən yenə Qarabağ hakimi İbrahim xana müti oldular. Sərdar Sisianov dəxi Xanaşen mənzilinə gəlib məlum oldu ki, Fətəli şah köçüb gedibdir. Oradan geri qayıtmalı oldu. Bu əsnada Məhəmmədhəsən ağa varisi-Qarabağ İbrahim xanın əmri ilə gedib oradan sərdar Sisianovu qalaya götürdü. Lazımeyi-çeşn və qonaqhq və şadyanəlik əmələ gətirdilər. Çünki sərdara məlum olunmuşdu ki, İbrahim xanın əmizadələri Mirzə Əli bəy, Feyzi bəy və Məhəmmədhəsən bəy və onlara tabe olanlar Əbülfət xana maildirlər. Hərçənd onu xan edib; və ona itaət etməyi zahirən özlərinə xiffət bilirdilər ki, İbrahim xanı və Məhəmmədhəsən ağanı tərk edib, Əbülfət xanı böyük edib, ona baş endirələr. Amma müstəqillən sahibi-hörmət olmağın istərdilər. Onu Məhəmmədhəsən ağaya və Mehdiqulu ağaya həmçeşm qərar verdilər. Ona görə sərdar Sisianov qalaya varid olan vaxtda Mirzə Əli bəyi və Feyzi bəyi tutdurub, buyurdu ki, gərək evlərinizi götürüb, köçüb Tiflis şəhərinə gedəsiniz. Axırül-əmr İbrahim xan xahişmənd olmağa görə onlan buraxıb, amma Mirzə Əli bəyin böyük oğlu Behbud bəyi və Feyzi bəyin bir oğlu ki, qulluqçudan olmuşdu 15 yaşmda, hər ikisini zaval alıb Gəncə şəhərində Məhəmmədhəsən ağanın oğlu Şükrulla ağa ilə zaval saxladı. Ondan sonra bir para bəylərə ki, Əbülfət xana meyil idilər, onlara təhdid və pareyi-itab-xitab və qadağan eylədi. Bir para qərardadlar bina edib, haman üç nəfər dəxi qızılbaş xanlarından ki, İbrahim xan yanına Fətəli şah tərəfindən yuxarıda məzkur olunan mətaliblərdən elçiliyə gəlmişdilər, onlan da tutub; Qarabağdan kəmali-razı və xoşhallıq ilə yola düşüb Gürcüstana və şəhri Tiflisə rəvanə oldu. * * * İyirmi birinci fəsil MƏHƏMMƏDHƏSƏN AĞANIN VƏFAT ETMƏYİN VƏ SƏRDAR SİSİANOVUN BADKUBƏ SƏMTİNƏ GETMƏYİN VƏ ORADA QƏTLƏ YETMƏYİN BƏYAN EDƏR Çün salari-əzəm knyaz Sisianovun ümdə fikirləri bu imiş ki, Böynəlnəhreyn əldə ola və ətrafı guşadə qıla, ta tərəddüdinam hər iki dəryadan müyəssər ola. Bu səbəbə Meqril (Minqreliya) torpağında Yeddiqat qalasını və Qara dəryanın kənarında bina elədi. Ondan sonra əzmi bu oldu ki, sahəti Badkubəni təsərrüfə gətirsin. Elə ki Qarabağdan darüssürur Tiflisə müraciət qıldı, ondan ləşkər münəqid edib ciyuş və bəhri-şuriş və əsakiri-cövşənnuş ilə Badkubə təsxirinə azim oldu. İbrahim xandan dəxi kömək istəmişdi. Xan da buradan oğlu Mehdiqulu ağanı pareyi-Qarabağın bəyzadələri ilə və qoşunu ilə sərdarın hüzuruna göndərdi ki, orada əsakiri-padşahi üə müttəfiq olub, müqərrər olunan xidmətlərə canfəşanlıq ilə qiyam və iqdam edələr. Pəs haman ilin qış mövsümündə Gürcüstandan çıxıb gəlib Şəkiyə və Şəki hakimi Səlim xan dəxi ki, İbrahim xanın damadı idi və dövlətə müti və münqad idi, o da sərdara görə lazımeyi-ixlas və iradət və yaxşı peşkəşlər və tədarüklər edib Şəki vilayətindən yola saldı. Çünki sərdarın əzmi əvvəl Şirvan vilayətini təsxir edib və Mustafa xan şirvanlını itaətə gətirmək idi. Sonra Badkubəni və Qubanı və Dərbəndi müsəxxər eləmək idi. Pəs Şəkidən keçib, Şirvan sahətinə varid olub, Mustafa xanı itaətə təklif qıldı. Mustafa xan dəxi əgərçi əvvəl dəfə də bir para öz dövlətinə və möhkəm olan məqamlarına etimad edib sərdara görə məğruranə cavablar və hərəkətlər eləmişdi, ləğv cavablar söyləmişdi. Amma sonra müşahidə etdi ki, şöylə ləşkəri-əzimə və Şəkinin və Qarabağın qoşunlarına və müxalifətinə müqavimət etməyə qadir ola bilməyəcəkdir. Əlavə Qarabağ qoşunu Şirvanın kəndlərini çalıb-çapıb və qarət qılmağa əl açdılar. Axırül-əmr Mehdiqulu xanın və Səlim xanın dəlalətləri ilə o da itaətə gəlib necə ki, İbrahim xan və Səlim xan əhdnamə yazıb qərardad bina etmişdilər. Haman qərar ilə o da əhdnamə yazıb, zahirdə itaət qılıb, Rusiya dövləti-əleyhi-Rusiya təhtinə daxil oldu. Bu əsnada general-mayor Məhəmmədhəsən ağa-İbrahim xanın böyük oğlu ki, qəleyi Şuşada sahibi-azar və naxoş idi, vəfat edib, mərhum oldu. Elə ki bu məlalətamiz qəziyyə Qarabağda vaqe oldu, əhaliyi-vilayəti-Qarabağ üçün çox yəsitamam və pərişanlıq və qəmginlik üz verib, ənduh və məlali-külli əmələ gəldi. Pəs o şəxslər ki, batinən Rusiya dövlətinin itaətinə razı deyildilər və bəziləri də ki, Əbülfət xana mayil və raqib var idilər, Məhəmmədhəsən ağa vəfat edəndən sonra ki, onu çox sayardılar, həqiqətdə biqüsur əmir idi və hər vilayətdə avazəsi var idi. Və sərdar Sisianovun da ona çox etimadı və meyli-məhəbbəti var idi. Və hər gunə səlahdidini pəsənd etmişdi, onun bu cür qəziyyəsinə görə və həm də Mehdiqulu ağanın vilayətdən kənar və uzaqda olmağına binaən İbrahim xan da ki, qoca və müsini və kəmqüvvət və naxoş və pərişanhal olmuşdu. Haman şəxslər cari olub, bir para əhdnaməyə müxalif olan hərəkətlərə başladılar. Pəs bu əhval vaqiat sərdari-əzəm knyaz Sisianov hüzuruna və Mehdiqulu ağaya yetişəndən sonra sərdar səlah görüb, Mehdiqulu ağanı və Qarabağ qoşunlarını mürəxxəs edib, ezaz və ehtiram ilə və layiq olan ümidi-nəvid və ənam ilə Qarabağa rəvanə elədi. Dəxi necə ki, mərhum general Məhəmmədhəsən ağaya kamali-məhəbbət və ülfəti-səmimi qəlb ilə mehribanhğı var idi. Çox ənduhi-tamam və böyük təəssüf ilə onun oğlu, hörmətli general-mayor Cəfərqulu ağaya təziyənamə yazıb kəmali-dilsuzluq və mehribanlığı və təəhüdati-pərəstarlıq etmişdi. Elə ki Mehdiqulu ağa bəyzadələr ilə və qoşun ilə Qarabağa gəldi və pədəri-mehribani İbrahim xanın xidmətinə varid oldular və sərdarın məhəbbətamiz nəvidatını və peyğamlarım yetirdilər. Bundan sonra şərarət kiş və bədəndiş kəslərin dəf və rəfinə və dövləti-əleyhinin ixlas və iradatının istehkam qəvaidinə məşğul oldular. Dəxi bir az günlər bu müqəddimədən keçmişdi ki, xəbər yetişdi ki, sərdari-əzəm Badkubədə məqtul oldu. Pəs bu qəmli xəbər dəxi mərhum İbrahim xanın və onun övladının və əhaliyi-vilayəti-Qarabağın xatirələrinin pərişanlığına dübarə səbəb və bais oldu. Təfsili-məqal bu ki, çün sərdari-əzəm Sisianov Badkubə vilayətinə gedib yetişiblər. Hüseynqulu xan hakimi-Badkubə bənayi məkr və hiylə qoyub, əvvəla zahirdə itaət məqamına gəlib, vədə ediblər ki, bir gün sərdari-əzəm qəleyi-Badkubənin həvalisinə gələ, Hüseynqulu xan dəxi hüzura varid olub, əhd və itaətin güftü gusunu təmam edələf. Heç vaxt sərdari-əzəmin xatirinə gəlməz idi ki, Hüseynqulu xandan və onun tabelərindən şöylə xəlaf və şəni əfal əmələ gələ. Qəzadan sərdari-əzəm iki nəfər bəyzadələri ilə ki, birisinin adı Ənbərbar knyaz imiş, Gürcüstan knyazlarından və birisi dəxi bəyzadə imiş və sərdarm hüzurunun müqərribləri ola. Mükalimə məqamına təşrif aparırlar. Bir İbrahim bəy adlı ki, Hüseynqulu xanın əqvanından idi, iki nəfər də əlahiddə adamlar ilə məxfi pusquda imişlər, nagah namərdlik edib, güllə atıb, sərdari-əzəmi rüfəqaları ilə qətlə yetirib , ədavət nəğməsini və müxalifət təbilini büləndavaz elədilər. Dəxi bu sani-həni Qızılbaşiyə dövlətinə xədamati-cəlilə və xülusicəmilədən hesab edib dərhal yel qanadlı çaparla bu əhvalı Qızılbaş dövlətinə irsal və izhar elədilər və o dövlət tərəfindən dəxi təcili-tamam ilə böyük qoşun və əyilməz ləşkər gəlib, səhrayi-Badkubə qoşun ilə doldu. Elə ki Rusiya qoşunu bu qəzayaları görəndə dəxi Gürcüstana qayıtmağı məsləhət bilməyib, oradan riayati-ehtiyat ilə gəmilərə minib Hacıtahirxan (Hacı Tərxan) vilayətinə keçib getmişdilər. * * * İyirmi ikinci fəsil MEHDİQULU XANIN QARABAĞDA VARİS VƏ VƏLİƏHD OLMAĞINI VƏ PADŞAHİ-İMPERATOR FƏRMANI İLƏ ONU XANLIQ VƏ VARİSLİK VƏ HÖKUMƏTDƏ TƏSDİQ QILMAĞINI VƏ İBRAHİM XANIN MALKARLIĞINI BƏYAN EDƏR Çün yuxarıda səmti-güzariş tapdı ki, İbrahim xan sərdari-əzəm Sisianov ilə əvvəl Kürək çayında mülaqat edib, əhdnamə yazıb, dövlətə, itaəti-möhkəm etdikləri zamanda, çünki Məhəmmədhəsən ağa xanın böyük oğlu və nəzərkərdəsi idi, varislik və vəliəhdlik onun adına hesab olunurdu. O səbəbə onun oğlu Şükrulla ağam sərdari-əzəmə girov və zaval rəsmi ilə vermişdilər ki, Gəncə şəhərinə aparmışdı. Çün generalmayor Məhəmmədhəsən ağa general-leytenant mərhum İbrahim xanın hali-həyatında vəfat etdi. Ondan sonra Mehdiqulu xan İbrahim xanın oğlanlarının böyüyü olduğuna görə və o zamanda dəxi hərçənd ki, Məhəmmədhəsən ağa varis hesab olunurdu, amma dürüst sərahətən adı vəliəhd yazılmışdı. Həmçinin qeyd olmuşdu ki, İbrahim xandan sonra böyük oğlu varisdir. Qəzadan iş ki, bu növ oldu və böyük oğlu Məhəmmədhəsən ağa özündən əvvəl vəfat elədi. Pəs İbrahim xan o ildə ki, səneyi-islamiyyə 1220-ci il hicridə idi zilhəccə ayının 4-cü günündə 1 varislik və vəliəhdlik kağızı yazıb və möhür eləyib və tamam Qarabağ bəylərinin və əyan və əşxasm möhürləri üstündə, öz hali-həyatında cənab general-mayor Mehdiqulu xana verib, onu varislik və xanlıq xitabı ilə müxatəb elədilər. Bəd əz an ki, İbrahim xan vəfat etdi. Mayor Lisaneviç bu kağız ilə sərdarm canişini olan general-mayor Nesvetayev hüzuruna yazmışdı ki, təklif olub imperaturi-əzəm Aleksandr Pavloviç tərəfindən qızda bəzənmiş və ələmi-padşahi və Qarabağın xanlıq və hökumət fərmanı miladi 1806-cı tarixdə olanda, yəni sentyabr ayının onuncu günündə yazılıb və verilib general-mayor mərhum Mehdiqulu xana (fərman) gəlib yetişdi və (Mehdiqulu xan) Qarabağın əyalətinə mənsub oldu. Sərdar Sisianov ki, Badkubədə məqtul oldu. Bu tərəflərin xəlayiqi çün dövləti-əleyhi-Rusiyanın qanun və zabitəsinə xəbərdar deyildilər, şöylə təsəvvür eylədilər ki, Rusiya dövlətinin nizam və qaydalarına xələl gətirir. Vaxt keçdikcə çoxlu iğtişaşlar və qarışıqlıq olur. İran şahı və Qızılbaş qalib (gələcək) və buralara şəksiz malik olacaqdır. İransayağı güman və təsəvvür edirdilər. Çünki İranda əgər şöylə sərdari-əzəm və hakim, sərdari-müəzzəm vəfat etsə, bir müddət nizami-ləşkər və qanunqayda vilayətlər üçün tamamilə pozulur. Bunu bilməmişdilər ki, əgər neçə nəfər sərdar və sərkərdələrdən düşmənlər ilə müqatilə edən zamanda məqtun və ya hakimi-vilayətdən neçəsi vəfat qılsa qətiyyən dövlətibehiyeyi-Rusiyanın zakon və nizami-məhkəminə xələl və qəvaidivilayətinə iğtişaş və zərər hasil olmaz. Sərdar Sisianov vəfat edəndən sonra yenə general Nesvetayev canişin var idi. Tiflis şəhərində qoşunun və vilayətin nizam və intizamıyla iştaqal edərdi və sərdarhq ümuratını dolandırardı. Xalqa ürək-dirək və təsəllilər verib, Gürcüstanda Pənbəkdə əyləşmişdi. İbrahim xanın elçisi və səmimi məktubları gedib və gəlirdi. Hər halda xatircəmlik hasil olurdu. Pəs, haman 1806-cı ildə bahar fəsli olan kimi naibüssəltəneyi-İran Abbas Mirzə qoşunlar cəm edib və tədarüklər görüb. Qarabağa köçmək binasmı qoydu. Haman dəmlər Mirzə Əli bəy, İbrahim xanın əmizadəsi xandan xəlvət adam göndərib, oğlu Behbud bəyi ki, sərdar Sisianov zaval aparıb Gəncə şəhərində qoymuşdu, oradan oğlunu götürüb və Rusiya dövlətindən əl çəkməyi zahir edib və Feyzi bəy də ki, Mirzə Əli bəyin qardaşı oğlu idi və Mirzə Əli bəydən heç vaxt da ayn olmazdı, köçüb Qarabağdan Qızılbaşa və Arazın şul tərəfinə getdilər. Bəd əz an rəxnə düşüb xırda-xırda xalqdan çəpavül və qarət qorxusundan Qızılbaşiyyə canibinə azim olmağa başladılar. Tiflis və Gürcüstanda dəxi bir sərdari-məşhur olmamağa görə İbrahim xan mülahizə elədi ki, əgər Qızılbaş qoşunları Qarabağa gəlsə, mayor Lisaneviç bir batalyon ilə qaladan çıxıb, onlara cavab verə bilməz. Qarabağın şöylə ümdə bəyləri dəxi Qızılbaşa getdilər. Çoxusu dəxi üz rugərdanlığa mayil idilər. Aşikara, Əbülfət xan tamam xalqı və əhaliyiQarabağı köçürüb aparacaqlar. Hər kəs də getməsə, (evini) çalıb-çapıb xarab edərlər. İlat və dihati-Qarabağ tamam pamal və qarət olar. Qəllə məhsulunun dəxi vədəsi yetişirdi. İbrahim xan Qızılbaş ilə müdara etməyi lazım və səlah bildi. Hər gunə ümurat və məsləhətlər mayora dəxi hali edərdi. Mayor da bu tədbiri səlah bilib, xana ürək-dirək verirdi ki, tezlik ilə dövlət tərəfindən qoşun bu tərəfə gəlir. Vədə və təəhhüdlər edirdi. Əlhəqq, qoşunun gəlməyi dəxi çox təxib və taliq oldu. Qızılbaş əsgərləri və Abbas Mirzə naibüssəltənə dəxi gəlib, Arazı keçib qalanın iki ağaclığına varid oldular. İbrahim xanı itaətə dəvət qılıb, xan da mayora məsləhət elədi. Mayor dedi ki, sən müdara etgilən, şimdi sərdarm yerində general Nesvetayev olur ki, Tiflisdə canişindir, ənqərib Qarabağın mühafızətinə qoşun gəlir. Bu növ ilə müdara olunub İbrahim xan Abbas Mirzəyə cavab verdi ki, mən İran dövlətindən bilmərrə məyus deyiləm. Əgər xatircəmlik olsa, itaətimdə varam. Əlhasil, be heynlərdə İbrahim xanın evi və külfəti Xan bağında olurdu. Oradan köçüb, qalanın iki verstliyinə gəldilər. Xan orada evində idi. Mehdiqulu xan ki, xidmətində idi. Bir gün irəli qalaya göndərib, vədə elədi ki, sübhdən oradan xan özü həm külfəti ilə köçüb qalaya gələlər. Pəs, şul gecə şeytanlıq peşəsi olan şər adamlar mayora şərarət edib, deyiblər ki, İbrahim xanın Qızılbaşla güftü gusu var. Bu gecə xanın yanında çox cəmiyyəti-külli və qoşun var ki, Qızılbaşdan gəlib, hazırdılar. Bu gecə gedəcəklər. Qərəz şul gecə, şeytan və bədxah adamlar mayoru fərağət qoymayıblar. Xüsusən, Miraxor adlı bir gürcü böyüyü var idi ki, mayorun yanında olurdu. O çox bais olmuşdu. Əlqissə, haman gecə, sabaha üç saat qalmış, mayor iki rədə soldat ilə qaladan çıxıb, xanın evi olan məkana gedirlər. Xəlvət xanın mənzilinə yavuq olub, mülahizə edirlər ki, görələr nə qədər cəmiyyət var və nə işlədirlər. Baxıb görüblər ki, tamamən rahat və fərağət yatıblar. Bir əlavə qoşun və biganə adam da yoxdur. Orada mayor gəlməkdə dəxi peşman olub, xan bidar olub rus qoşununun orada gəlməyindən xəbərdar olub, acıqlanıb, səslənib mayora ki, bu nə qismi gəlməkdir ki, bu gecə vaxtında övrət və uşağı qorxudursan. Bu əhvalat xanın yanında olan adamların içinə inqilab və vahimə düşüb, sərasimə yerindən qalxan hər kəs bir tərəfə qaçmağa başlayıblar. Əz qəza o ki, müqeddər olmuşdur, olacaqdır. Bu əsnada mayor əmr eyləyib, soldatlar atəş açıblar. Tökülüb ələ düşəni qətlə yetiriblər. Qalan adamlar qaçıb xilas olub, xanın evini tarac etmişdilər. Xana əvvəl bir güllə dəyib, yıxılıb, bir övrəti ki, Səlim xan şəkilinin bacısı idi və bir Nəcibə qızı ki, Bikə ağadan olmuşdu və bir oğlu ki, Göhər ağanıv anasından olmuşdu, bir nəcib oğlan idi. On üç yaşında orada qətlə yetişib, övrəti və qızı yaralı qalaya gəlib, qalada mərhum oldular. Onlardan əlavə 17 nəfər bəy və bəyzadə və mirzə və nökər qətlə yetişmişlər ki, adları bu təfsil ilədir: İbrahim xan özü, Tubu bəyim - şəkili Hüseyn xanın qızı - Hərəmi xan, Səltənət bəyim-səbiyeyi-xan, Abbasqulu ağa-fərzəndi-xan, Hacı Hüseynəli bəy Kəbirli, Mirzə Haqverdi Kəbirli, Hümmət bəy Cavanşir, Həsənağa Gülməli bəy Sarıcah, Mirzətağı Əfşar, Əli-pənah-pişxidmət, Xacə Həsən Əcəm oğlu Kəbirli, Qaranm iki oğlu, başqa iki nəfər, birinin adı Teymur, iki nəfər də şuşalı. Mehdiqulu ağa və sair xanlar bu müqəddimədən bixəbər, qalada asudə və fəraqət vardılar. Sübhə bir saat qalmış bu faciəli hadisə üz verib və mayor Lisaneviç xanın divanxanasına gəlib, qala xalqını cəm edib, Mehdiqulu ağanı xanlığa mənsub edib, bir para təkib elədi. Mehdiqulu xan dəxi Qarabağın vilayət əhlinə ki, səhrada idilər, mahal bemahal təliqələr yazıb, o tövr vəhşətki olmuşdu, fərağət olmağa hökm eylədi, hamılara təsəlli və xatircəmlik verirdi. O halda, Cəfərqulu ağa varislik barəsində zahirən bir cavab demədi. Amma batinən dilxor idi. On beş gün bu müqəddimədən keçmişdi ki, general Pyotr Petroviç Nebolsin qoşun ilə gəlib, Əsgəran yanında düşüb, ordu elədi. Mehdiqulu xan dəxi Qarabağın bəyzadələrindən yaxşı atlılardan götürüb, generalın hüzuruna getdi. Mayor (Lisaneviç) qalada qaldı. İki-üç gün general Əsgəranda var idi. Naibüssəltənə həm qoşun ilə Ağoğlanda ordu eləmişdi. General gördü ki, Abbas Mirzə döyüş meydani-rəzmə qədəm qoymağa hərəkət eləməz. Qoşun ilə o səmtə hərəkət edib, Xanaşen mənzilinə yavuq Abbas Mirzə qoşunu ilə müqabilə gəlib bir şiddət ilə əzim dava oldu. Pyotr Stepanoviçin bahadur şul mənzildə hər yerdən qoçaq soldatlar ilə qabaqda davada var idi. Yeddi saat qədəri dava olub, 30-40 nəfərdən ziyadə soldat və 4-5 əfsər məqtul və zəxmdar oldular. Pyotr Stepanoviç də özü dəxi o davada qıçmdan zəxmdar oldu. Axırül-əmr Qızılbaş əsgərləri məğlub olub, fərar ixtiyar etdilər. General dallarınca Quru çayın Təxti-tavus mənzilinədək gedib, məlum oldu ki, naibüssəltənə Arazı keçib, Arazın şul tərəfində ordu edibdir. Elə ki bu xəbər məlum oldu, Əbülfət xan və sair Qarabağın Qızılbaş dövlətinə gedən bəyləri ki, Zəngəzur və Qapan səmtlərində var idilər, yaylaqdan Qarabağın tamam ilatmı və dihatını həm bəzilərini Naxçıvan və Ordubad tərəfinə köçürüb aparmağa məşğul oldular. Buna görə, cənab general-mayor Cəfərqulu ağa mayor Lisaneviç ilə soldat qoşunu və ilatın yaxşı məlum və namlı atlılarından həm götürüb, Qarabağın ellərini qaytarmaq üçün Zəngəzur mahalatına azim oldular. Gecə-gündüzə baxmayıb, səyi-tamamilə ilqar etdilər. Qapanın böyük olan dağlarında Cəfərqulu ağa atlıları ilə qabaqca gedib, Qızılbaş qoşunlarına yetişib, çünki soldat piyada olmaqlarına görə dalda qalmışdılar. Qarabağ atlıları ilə general Cəfərqulu ağa Qızılbaş ilə davaya başladılar. Orada bir yaxşı mərdanə savaş edib, iki min qədəri səvarə və piyada Qızılbaşdan basıb və sındırıb zir-zəbər elədilər. Əksərin lüt və qarət edib, daldan soldat həm gəlib çatdılar. Qızdbaşı basıb, dağıdıb, Ələngəz adlı böyük yaylaq dağdan ki, Ordubadın üstüdür, oradan ilatı qaytarıb götürüb Qarabağda yenə öz yurd və yaylaqlarından sakin və cabəca və fəraqət eylədilər. Həqiqət orada Cəfərqulu ağa xeyli rəşadət isbat etmişdi. Əlqissə, general Nebolsin Quruçay və Dizaq tərəfindən qayıdıb gəlib, qoşun ilə qala səmtindən keçib, yenə Əsgəran yanında ordu elədi. Özü oradan Şuşa qalasma Mehdiqulu xana qonaq gəlib, iki gün qalada var idi ki, Mehdiqulu xan kağız ilə yazıb, general hüzuruna hali etdi ki, çün mayor Lisaneviç İbrahim xanın haqqında bu tövr nahəqq iş elədi ki, özünü və övrətini və oğlu və qızmı yeddi nəfər yaxm adamları ilə qətlə yetirdilər. Təmam evi və əcnası qarət olundu. Ehtiyat edirəm ki, bu hərəkətə görə Qarabağın cahil-cühulundan bir yerdə mayora zərər hasil ola. Ya qətlə yetirələr. Səlah budur ki, bir qeyr hüznlük batalyona böyük ola, onu buradan kənar etməyə binagüzarlıq edəsiniz. Pəs, general Nebolsin qəbul edib, hökm yazıb, Lisaneviçi məzul etdi. Pyotr Stepanoviç Kotlyarevskini batalyona böyük elədi. Çün mayor Lisaneviç Kotlyarevski ilə çox yeganə dost idilər. Pyotr Stepanoviç bu səbəbə Mehdiqulu xan ilə ədavət və rəncidəliklər elədi. Onu məzul etdirmək istədi. Cəfərqulu ağa ilə dostluq edib, onu təhrik etdi. Mehdiqulu xan ilə ədavət və küdurət başlayıb, iddia qıldı ki, varislik mənim haqqımdır. Amma, çünki Lisaneviç necə ki, yuxarıda məğrum oldu, əvvəl dəfə ərizə yazıb, general Nesvetayevə təqdim eləmişdi ki, İbrahim xan öz həyatında Məhəmmədhəsən ağanm vəfatından sonra Mehdiqulu ağanı kağız ilə varis və vəliəhd edibdir. Nesvetayev ki, canişin və əvəzi-sərdar idi, padşah hüzuruna yazmışdı. Dəxi orada iş təsdiq olub, qurtarmışdı. Buna görə Cəfərqulu ağanın iddiası məqbul olunmadı. Əlqissə, bu ilin qış mövsümündə ki, sərdari-əzəm knyaz Sisianovun məqtul olmaq müqəddiməsindən yeddi-səkkiz aydan ziyadə keçmişdi. General feldmarşal qraf Qudoviç sərdarlıq əmrinə mənsub olub gəldi. Hənuz Tiflisə yetişməmiş yoldan Mehdiqulu xana kağız yazıb, məlum eləmişdir ki, imperaturi-əzəm Aleksandr Pavloviçdən fərmani-hümayun sədr olub sizi Qarabağın əyalət və hökumətinə mənsub edibdir. Mən darüssürur Tiflisə varid olandan sonra sizi Tiflisə çağınram. Gərəkdir ki, padşahın ələminin altmda qəsəm yad etdirib fərmanı sizə və Qarabağın əhlinə təqdim edəm. Pəs bu xəbər məlum olan kimi Cəfərqulu ağa tədarük görüb, Mehdiqulu xandan irəli, qraf Qudoviç sərdar Tiflisə gəlməmiş Tiflisə getdi. Qudoviçin gəlməyi bir ay müddəti təxir oldu. Cəfərqulu ağa o biri ayı orada məəttəl qaldı. Qudoviç Tiflisə varid olan günü Cəfərqulu ağa istiqbal etməmişdi. Qraf hörmət edib, buyurmuşdu ki, Mehdiqulu xan sizi nə mətləb üçün buraya göndərib? Cəfərqulu xan demişdi ki, mən özüm gəlmişəm. Məni Mehdiqulu xan göndərməyib. Sərdara məlum olmuşdu ki, mətləbi özgədir. Pəs buyurmuşdu ki, mayor Lisaneviç sizi on yeddi yaşında yazıb varisliyə layiq bilməmişdi. Şimdi imperaruri-əzəmdən fərman sadir olub, dəxi bərhəm etmək mümkün olmaz. Pəs, qraf Tiflisə varid olandan sonra bir mötəmid müqərrər buyurmuşdu ki, gəlib Mehdiqulu xanı apara. Ona binaən Mehdiqulu xan tamam Qarabağ bəylərini və əyanlarını, hətta kənd yüzbaşılarını dəxi özü ilə bir yerdə aparıb, Tiflis şəhərinə daxil oldu. İki gündən sonra qraf ümumi məclis qayırıb, Mehdiqulu xana aman verdirib, Qarabağın hökumət fərmanını ki, xanın adına və əhaliyi-vilayəti-Qarabağa yazılmışdı orada təslim elədi. Pəs Cəfərqulu ağa əhvalı belə görəndən sonra orada sərdara məlum elədi ki, xan mənə 36 para kənd verdi. Mən artıq təmənna elədim. Şimdi o hal ilə qalır. Qraf da xandan dil cavabı təvəqqe etdi ki, şul kəndləri Mehdiqulu xan Cəfərqulu ağaya maaş güzəran versin. Bu şərtlə ki, Cəfərqulu ağa və şul kəndlər Mehdiqulu xanın ixtiyarından xaric olmayıb, cüzvi divanların Cəfərqulu ağa kəssin. Amma ümdə təqsirlərinə yenə xan yetişib, qət qılsın. Tövci məsələlərin dəxi xanın əmri ilə əncam və məmun etsinlər. Hərçənd Cəfərqulu ağa israr edib, xahişmənd olmuşdu ki, təmam onun tabelərin ixtiyarı məhz öz əlində ola. Sərdar qraf razı olmamışdı ki, bir vilayətdə iki hökm ola bilməz. Cəfərqulu ağa qayıdıb, oradan Qarabağa gəldi. Mehdiqulu xan dəxi bir neçə gündən sonra Qarabağa gəlib, öz hökumətində müstəqil olub əyleşdi. Altı aydan sonra dəxi Mehdiqulu xana imperaturi-əfxəm tərəfindən cavahir qılınc və ələm mərhəmət olub, qraf sərdar yolladı, gəldi. Mehdiqulu xana kağız yazmışdı ki, Cəfərqulu ağaya vədə elədiyi kəndlər ki, bundan əqdəm Məhəmmədhəsən ağanın əlində olarmış və ixtiyarında imiş, onları Cəfərqulu ağaya versin. Çün, Mehdiqulu xan ilə Cəfərqulu ağanın arasında əzim, ədavət və küdurət var idi, dəxi kəndləri verməyib, xan bəhanə və dəstaviz qayırdı ki, şul kəndlər Məhəmmədhəsən ağanın əlində və ixtiyarında olmayıb, mən özüm ona verərdim ki, mənə itaət və xidmət edə. Şimdi ki, razı olmadı, mən də vermənəm. Bu növ ilə şərir və bədxah adamlar bayislik edib, Cəfərqulu ağanı qızışdırıb, arada söz-söhbət gəzdirib, küdurətlər saldılar. Lazım idi ki, çün varislik olmadı, bari xoşhallıq ilə 36 para kəndləri ki, ümdə mədaxil idi, alıb, xoşgüzəranlıq və rəfəhət edərdi. O tövr daimi savaş və küdurət arada olmayıb, şeytanət pişə adamların dilxahmda rəftar etmiyəydi. Çe fayda ki, küdurətdən bir nəfı olmadı ki, zərər və nidamət hasil oldu. Dəxi haman küdurət və dava-dalaş bais olub, Cəfərqulu ağaya və qardaşı Xancan ağaya ki, mütləqa ağlagəlməz idi ki, Qızılbaş dövlətinə gedələr. Çünki Qarabağın Urus dövlətinə itaət etməyinə səbəb və bais Məhəmmədhəsən ağa idi. Fətəli şahın dəxi ümdə rəncidəliyi və qəzəbi ona idi. Axır şöylə oldu ki, Mehdiqulu xanın küdurəti səbəb oldu ki, onlar hər ikisi Qarabağdan fərari olub Qızılbaşa getdilər. * * * İyirmi üçüncü fəsil MEHDİQULU XANIN HÖKUMƏTİ-ƏYYAMINDA QARABAĞDA VƏ SAİR ƏTRAF VİLAYƏTLƏRDƏ VAQE OLAN BƏZİ ƏHVALATI VƏ MÜHARİBATI VƏQAYEYİ-MÜTƏFFƏRRİQƏTLƏRDƏN BƏYAN EDİR Çün, səneyi-məsihiyyə 1808 tarixdə və islamiyyə tarixi ilə 1222-ci il hicridə sərdar qraf Qudoviç təyin olub, Gürcüstana gəldi. Tiflis şəhərində rəxti-iqamət salıb, əyləndi. Bir neçə müddət keçmişdi ki, sultani-Rum ilə ədavət və müharibə vaqe oldu. Sərdar qraf dəxi general Nesvetayevi qoşun ilə Gömrüdə qoyub, özü əsgərləri ilə Axan kəklik (Axalkalaki) sövbünə rəvan oldu. Orada Axısqa hakimi Xümşizadə Səlim paşa ilə davalar edib, Axan kəklik (Axal-kalaki) qalasına yürüş elədilər. Axır mətləb hasil olmayıb, yenə məqsədə yetmədən Tiflisə müraciət qıldı. Sonra xəbər gəldi ki, Yusif paşa sərəsgər olub, əzmi-müqabilə üçün Qarsa gəlibdir. Pəs qraf tədarük görüb, Gömrüyə azim oldu. Arpa çayında sipahi-Rumiyyə ilə təlaqi olub, hər iki qoşun orada düşüb, əyləndilər. Bir neçə gündən sonra əzmi-meydan edib, tərəflər davaya başladılar. Bir gün əsr vaxtınadək cəng və guşiş əmələ gəlib, axır osmanlı qoşunu məğlub olub, axşamçağı fərar elədilər. Sərdari-qanim və müzəffər çox qənimət və axtarma, böyük topları osmanlıdan ələ gətirib, fəth və nüsrət ilə qayıdıb, yenə Tiflisə gəldi. Qışı Gürcüstanda qalıb, bahar fəslində İrəvan və Naxçıvanı təsxir etmək üçün o tərəfə hərəkət elədi. Qabaqca general Nebolsini cunidi-məsud ilə Qarabağdan Naxçıvan təsxirinə mərsum və müqərrər etdi. Sonra özü dəxi tədarükü-şayan və əsakiri-firavan ilə İrəvan üstünə getdi. Naxçıvan müsəxxər olundu. Amma İrəvan qalasma müddəti-mühasirədən sonra yürüş elədilər. Çox qoşun tələf oldu. Axır, bineyl məqsud müraciət edib, oradan yenə Tiflisə gəldilər. Ondan sonra qrafı Rusiyaya izhar etdilər. Yerinə general adinfanter Tormasovu mənsub qıldılar. Bu canibə gəldi və sülh məsləhət bilib, dövləti-osmaniyyə ilə sülh və müsalihə elədilər. Amma İran dövləti ilə həmişə dava-dalaş var idi. Pəs məsihiyyə tarixi 1811-ci ildə olan vaxtı, naibüssəltəneyi-İran Abbas Mirzə qoşun ilə Bazar çaymda ki, Zəngəzur mahalatının Sisyanında vaqedir, gəlib düşüb ordu eləmişdi. General Xanveysov dəxi onun müqabilində var idi. O vaxtda Hacı Məhəmməd xan Mustofı ki, bir qoçaq və kardan və fəribəndə xan idi, Qaradağ vilayətində hakim idi. Xəlvət kağızlar yazıb, yollayıb Dizaq mahalında olan cəbrayıllı bəylərini təhrik edib və naibüssəltənə tərəfindən onlara ümid-nəvidlər verib ki, köçüb Qaradağa gedələr. Onlara kəndlər və mahallar və ənamlar verilib, xoşgüzəran olalar. Çünki Mehdiqulu xan ilə Cəfərqulu ağanın aralarında necə ki, fövqdə mərğul oldu, həmişə küdurət və daimi sitizə var idi. Cəbrayıllı bəyləri və sairlər üçün ki, Cəfərqulu ağanın mənsub və tabeliyində idilər, xoşgüzaranlıq məqsədəuyğun ola bilməzdi. Pəs, cəbrayılh bəyləri ki, Mahmud ağa, Lütfəli minbaşı, Yaqub ağa və Hüseyn bəy və qeyrə onun yazmağına və sözünə etimad edib, Qaradağa köçmək fikrinə düşdülər. Bu əhvalı Cəfərqulu ağa bilib, o vaxtlarda ki, Mehdiqulu xan və Cəfərqulu ağa bir parayi-sayir bəylər Zəngəzur mahalında general Xanveysovun yanında idilər, oradan generaldan mürəxxəs olub, şöylə fəsadı sakit etmək üçün Qarabağın bu tərəfinə gəldilər. Bu heynlərdə naibüssəltənə Bazar-çayından köçüb, Təbrizə getdi. General Xanveysov dəxi qayıdıb, geri gəldi. Mehdiqulu xan dəxi gəlib, qışlagi-Qırçıda batalyon ilə sakin olurdu. Cəbrayıllı bəyləri və xalqı dəxi tamam orada idilər. Hacı Məhəmməd xan məzbur dəxi qafil deyildi. Həmişə adamı və kağızı Cəbrayıllı bəylərinin yanına gəlib-gedirdi. Dürüst onları aldadıb və xatircəm edib, Qaradağa getməye raqib olmuşdular. Hərçənd Cəfərqulu ağa sayıq oldu ki, onlara mane olub, qoymaya, məqdur olmadı. Bu əsnada üç fərman, naibüssəltənədən bir bəyzadə ki, Mehdiqulu xanın nökəri idi, qaçıb Qızılbaş dövlətinə gedib, qulluq edirdi, gətirib öz əmisinin evində qoyub ki, bir əmizadəsi dəxi Cəfərqulu ağaya nökər idi. Ona verələr ki, fərmanları Cəfərqulu ağaya yetirə. Bu xəbəri Mehdiqulu xana hali ediblər. Xan bilib, adam göndərib ki, o fərmanları götürün. Adamı tutub və fərmanları dəxi hüzuruma gətirə. Çün haman adam qayıdıb getmişdi. Əmisini və fərmanları və Cəfərqulu ağanın nökərini xanın hüzuruna gətirdilər. Pəs, xan da o adamları və fərmanları müşkteristki (atıcılar) batalyonunun böyüyü mayor Jenyaya verdi. O, dəxi adamları dustaqxanaya salıb, fərmanları da Şuşa qalasında olan podpolkovnik Jenkoviçə yolladı. O podpolkovnik dəxi bir kamil adam deyildi. Qızılbaşın hiylələrindən xəbərsiz idi. Lazım idi ki, həqiqət oluna, ayə Cəfərqulu ağanın ittilai və getməyə meyli vardırmı, ya nə? Heç həqiqət etməmiş hökm yazdı ki, Cəfərqulu ağanı tutub, məhbus edə. Mayor Jenya da adam göndərib, Cəfərqulu ağaya demişdilər ki, mayor səni tutub, dustaq edəcəkdir. Demişdi ki, mənim nə xəlafım var ki, məni dustaq edələr. Qızılbaşın bu növ hiylələri çox olacaqdır. Ondan ötrü mən ki, getməyə mail deyiləm. Nədən ötrü məni tutacaqdır. Haman saat mayorun evinə gəlmişdi. Haman ki, Cəfərqulu ağa daxil olacaq, qarovullar qapını tutub Cəfərqulu ağa həbsdə qalmışdı. Hərçi mayora dəlil və dəlaillər demişdi, mayor baxmayıb, o günü Qırçı qışlağında batalyonun içində dustaq saxlamışdı. Ondan sonra bir gecə bir rota soldat ilə bir kapitana tapşırıb, Tiflisə yola saldı. Cəfərqulu ağa çox dedi ki, qarovul lazım deyil. Mən evimi və uşağımı və istəyən nökərlərimi zamin verib, özüm Tiflisə gedirəm. Məni bu xalqın içində dustaq göndərmə. Ya möhlət ver, ərizə yazım Tiflisdən cavab gəlsin. Əməl elə, əlac olmadı. Cəfərqulu ağa sübh açılanda Tərtər çayından keçən vaxtda belindəki xəncərin alt bıçağını çıxarıb, atın cilovun kəsib, dalısındakı soldatı ki, Cəfərqulu ağa ilə bir ata süvar olmuşdu, dalısından salıb, atı çapıb soldatın içindən çıxıb getmişdi. Gedib, qışlağa mayor kağız yazmışdı ki, mən dustaq kimi getməyi, ar bildim. İnşallah özüm sərdar hüzuruna gedirəm. Naibüssəltənə dəxi şul vaxtda ki, Mişkin mahalında Talış tərəfınə gedirmiş, naibüs-səltənə oradan Qarabağa gəlməyə təəhhüd edib, Cəbrayıllı bəylərinə adam göndərib, ümid və nəvidlər vermişdi. Cəfərqulu eşitmişdi ki, sərdar markiz Pauluççi Badkubədə olur və Şirvana gələcək. Pyotr Stepanoviç dəxi hüzurundadır. Pyotr Stepanoviçə və şirvanh Mustafa xana kağızlar yazıb ki, mənim haqqımda belə işlər tutarlar. Orada sərdara ərz edin ki, izin versin hüzuruna gəlim. Pəs Mustafa xan da belə şəxslərin Rusiya dövlətindən uzaq olmağını və xain olmağını həmişə istərdi. Cəfərqulu ağanın adamlarına yəs və naümidlik cavabı deyib, geri qaytarıb və demişdi ki, mən sənin gəlməyinə izin verə bilmənəm. Çünki sən soldatın içindən qaçıbsan. Müşküldür. Qərəz, Cəfərqulu ağanın adamları o naümidlik xəbərləri ilə qayıdıb, bu günə yəs və xofnak xəbərləri gətirmişdilər. Cəfərqulu ağa ondan sonra qəti-ümid və məyus olub, İran tərəfınə getməyi azim oldu. Bu əsnada Abbas Mirzə naibüssəltənə qoşun və sərbaz və topxana ilə Araz kənarına yetişib, Cəfərqulu ağaya adam göndərmişdi ki, mən onun xilasından ötrü bu qış günü səfər etmişəm. Arazdan keçib, güclü atlı ilə öz dayısı Əmirxan sərdarı dəxi, Cəfərqulu ağanın yanına göndərib. Bir vaxtda Cəfərqulu ağa xəbərdar olub ki, Əmirxan atlı ilə daxili-qışlaq olub. Cəbrayılılar fövqfövq köçüb, Araz tərəfə getməyə başlayıblar. Abbas Mirzə bu növ ilə Qarabağa daxil olub, hərçənd ki, Mehdiqulu xan naibüssəltənə Qaradağda və Mişkində olanda günbəgün əhvalatı qalada olan böyük Rifkoviçə və mayor Jenyaya məlum edib, yazırdı ki, naibüssəltənə qoşun ilə gəlir. Mütləqa mayor Jenya inanmazdı. Hətta, şul gündə ki, qışlağın və batalyonun üstünə gəldi. Ona da inanmazdı, ta ki, ləşkəri-qızılbaş gəlib, Qırçıda qışlağı və batalyonu əhatə elədi. Mehdiqulu xan öz hüzurunda olan bəylər ilə labüdən öz evlərini qoyub, batalyonun içinə qışlağa daxil oldular. Soldatlar ilə Qızılbaş qoşununa tüfəng atıb, dava edirdi. Tamam xanın atları və qatırları və hamı bəylərin at qatırlarm və məcmu yanlarında olan əcnas və əşyaları küllən qarətə getdi. Savayı səkkiz at əldə, batalyonun içində saxlamışdılar. Bir gün sübhdən axşama iki saat qalanadək dava olub, mayor Jenya ilə bir əlahiddə mayor və kapitan və neçə afiserlər qətlə yetişdilər. Batalyonun yarısı qırılıb, əksəri yaralı oldular. Bu əsnada Abbas Mirzə tərəfindən bir çinovnik ki, Rus dövlətindən qaçıb Abbas Mirzənin hüzuruna getmişdi, qışlağm kənarma gəlib, afiserlər ilə sülh və itaət kəlamatı aralığa salıb, itaətə təklif elədi. Çün mayor Jenya öləndən sonra bir kapitan ki, Cəfərqulu ağanı Tiflisə aparırdı ki, yolda Cəfərqulu qaçmışdı. O kapitanı o vaxtda dustaq etmişdilər. Afiserlər o halda gedib, onu dustaqxanadan çıxardıb, gətirdilər. Qalan afiserlər və soldatlar ona müti oldular. Qızılbaşın sərbazları az qalmışdı ki, qışlağın evlərinə daxil olalar ki, kapitan soldatlar ilə həmlə edib, sərbazlardan öldürüb, qışlaqdan onları kənar eylədi. Naibüssəltənə baxıb gördü ki, əgər zor ilə dava olunar çox sərbaz tələf olunur. Müsalikə danışmağı bu səbəbə məsləhət bilmişdi. Əlqissə, afiserlər cavab verib, neçə şərtlər aralığa qoydular. Kapitan Mehdiqulu xana təkid elədi ki, sən bəylər ilə əgər imkan olsa, qışlaqdan çıxıb, qalaya get. Bizlər hər neçə tədbir edər olsaq, bəlkə iki günədək bizə kömək də gələ. Ona görə də gecədən iki saat keçmiş xan ilə on iki nəfər bəylər və mülazimlər haman səkkiz at ilə süvar olub, Qırçıdan batalyonun içindən çıxıb dağ tərəfinə, Tərtər çayına səmt qaçdüar. Mirzə Camal mərhum yazar ki, mən özüm də orada var idim. O gecə vaxtı qaçdıq. Sübh vaxtı idi, Qəsdabad kəndinə gəlib, daxil olduq. Oradan kağızlar yazıb, Tiflisə və Gəncə şəhərinə göndərdik. Çox təkid ilə kömək istədik. Qala böyüyü podpolkovnik Brikoviç dəxi neçə gün irəlidən xanın yazmağı ilə iki yüz soldat Məlik Vanyanın bələdliyi ilə batalyonun köməyinə göndərmişdi. Onlar Şahbulağa gəlib, oradan xəbər bilmişdilər ki, batalyon pozulub, yolları tamam Qızılbaş qoşunu kəsib və tutublar. Gedə bilməyib Şahbulaqda qalmışddar. Xan o gecə Qırçıdan gələndən sonra kapitan naibüssəltənə hüzuruna gedib, şərt ilə qayıdıb, sübhdən təmam soldatlar və afiserlər ilə naibüssəltənə xidmətinə getmişdilər. Naibüssəltənə oradan köçüb Şahbulağa yaxın gəlib, Şahbulaqda olan (rusların) böyüyünün yanına adam göndərib, təklif etmişdi ki, itaətə gələlər. Onlar da bir aydın cavab deməyib, möhlət istəmişdilər və haman gecə Məlik Vanyanın bələdliyi ilə Şahbulaqdan çıxıb, xəlvət yol ile qalaya gəlmişdilər. Ondan sonra naibüssəltənə köçüb Təbrizə getmişdi. Qarabağın tamam ilatı köçüb Cəfərqulu ağanın hüzurunda Arazın o tərəfinə getdilər ki, məcmu Arazdan Goran çayınadək Qarabağın torpağı xali qaldı. Məgər bir para cüzvi ilat ki, qaçıb dağlara getmişdilər, orada qalmışdüar. Orada Cəfərqulu ağaya xanlıq fərmanı verib, çox hörmətlər edib, Qaradağın məcmu Taxta qapı olan mahallannı və Əhər qəsəbəsini ona vermişdilər. Hər nə ki, Qarabağdan gedən ilatlar var idi, onlar da təmam xalisə özününkü idi. Əlavə ki, lazımeyi-tədarük var isə, nağd və cins və çadır və otaq və əsbabi-fərş və qab və tədarükat və taxıl və düyü ve sair lazımi mayəhtaclar verib, o ki hörmət rütbəsində heç bir qüsur qoymadılar. Cəfərqulu ağa sonra da qoşun ilə gəlib, Qarabağdan Tuğ kəndini köçürüb Araz kənarına apardı. Cəbrayıllı və sair xalqlar Arazın bu Qarabağ tərəfındə rus qoşunundan ehtiyat etməyib, qışlaqlar tutub və tabei-qızılbaş olub, oturdular. * * * İyirmi dördüncü fəsil HÜSEYN XAN SƏRDARİ-İRƏVAN MƏĞLUB OLMAĞIN VƏ NAİBÜSSƏLTƏNƏ ASLANDUZDA ORDU QILMAĞIN VƏ PARAYİ-VƏQAYE ƏMƏLƏ GƏLİB VƏ DÖVLƏTEYN ARASINDA GÜLÜSTAN SÜLHÜ BÜQU BULMAĞINI BƏYAN EDƏR Çün Qızılbaş dövləti və naibüssəltənə dail-ül-övqat həngameyi-cəng və cidalı əfsürdə, məhfili-niza və qitalı pəjmürdə qoymazdı, Rusiya dövləti ilə daima bu ətraflarda davaları var idi. Bir dəfə dəxi bu həngamələrdə şahzadə Məhəmmədəli Mirzə xəfiyyətən sərhəddən ürub edib, Gürcüstan səmtinə mahali-Borçalını nəhib və qarət edib, ziyadə xəsarətlər yetirib, hədsiz olan əsir və kəsib aparmışdüar. Ondan bir az sonra irəvanlı Hüseyn xan sərdari-Gürcüstan valisinin ittifaqı ilə Gürcüstan tərəfinə təyin və rəvanə etmişdilər ki, Axısqa tərəfindən gedib, Gürcüstana iğtişaş salsınlar. Çün sərdar Tormasov xəbərdar olmuşdur, qoşun ilə Şəmkürdən (Şamxordan) keçib, təcili-təmam ilə Sədra körpüsünün yanında düşüb, general-leytenant Pau-luççiyə və general Lisaneviçə qoşun verib, Axısqadan Hüseyn xan sərdarın qənşərinə göndərmişdi. Onlar oraya yetişib bir gecə nisfi-şəbdə Qızılbaş qoşununa qəfil hücum edib, çox adamlarını qətlə yetirmişdilər. Ləşkəri-qızdbaş sərasimə olub, atlı və piyada həzar fəlakət ilə nicat tərəf üçün oradan azimi-vadiyi fərar olmuşdular. Ərzirahda dəxi osmanlı əsgərləri düçar olub, onların əksəriyyətini lüt və qarət edib bəqiyətül-seyfi oradan mühayəti-zillət ilə qaçıb, daxili sərhədi-İrəvan olmuşdular. Hüseyn xan sərdar dəxi bu səbəbə şərmsar olub, dövləti-qızılbaşdan xofnak olduğuna görə fərar edib, gedib Koroğlu qalasında mütəvari oldu. Bir müddətdən sonra (onu) yenə xatircəm edib, öz yerinə aparmışdılar. Onun sonuncu ili idi ki, sərdar Tormasov gedib yerinə knyaz Pauluççi sərdar olub, Tiflisə gəldi. Haman ilin qış mövsümündə idi ki, Cəfərqulu ağanm Qızıl-başa getməyi və Qırçıda müşktristki (atıcılar) batalyonu dağılmağı vaqe oldu. Sərdari-məzbur Tiflisdən Badkubəyə səfər əzmi ilə Gəncə vilayətinə gəldi. Cavad xan gəncəlinin əhli və əyalı və övlad və ətfalı ki, bir neçə nəfər Qızılbaş xanları ilə məhbus var idilər, onları mürəxxəs edib, oradan Badkubə tərəfinə getdi. Bu heyndə Kaxet və Qısıq bunt etdilər. Cəfərqulu ağanm Qızılbaşa getməyi vaqe oldu. Qarabağın elləri sınıb, Qızılbaşa getdilər. Qırçıda batalyon dağıldı. Bu müqəddimələrə görə sərdar knyaz Pauluççi Badkubə səfərini bərhəm edib bu gunə dəhşətli əhvalata görə qayıdıb, Şirvana Mustafa xanın yanına gəlib və oradan - Şamaxıdan Qarabağa - Şuşa qalasına gəldi. Pyotr Stepanoviç dəxi yanında idi. Gəlib bir para adamlara və Mehdiqulu xana çox itab-xətablar etdi. Xanı hökumətdən məzur etmək (işinə) başladı. Amma neçə gün ki, qalada qaldı kağızlara və işlərə baxıb gördü ki, Mehdiqulu xan heç gunə təqsir etməyib, tamam əhvalatı naibüssəltənə Təbrizdən çıxıb, ta Mişkindən Qarabağa gələnədək xan günbəgün qaladakı böyüyə və mayor Jenyaya məlum edib və təkid edib ki, batalyonu Şahbulağa apara. İlatı köçürüb dağlara apara. Mayor Jenya razı olmayıb və təqsir eləyibdir. Pəs bir neçə gündən sonra yenə sərdar Mediqulu xana nəvaziş və hörmətlər edib, Pyotr Stepanoviç dəxi vəsatət qılıb dübarə hökumətdə mənsub eylədi. Mığrı kəndində bir batalyon var idi ki, o zamanda Mığrıda olurdu. Onlar üçün taxıl və tədarükat bina edib, mayor Rüstəm bəy və podpolkovnik Cəmşid bəy özlərindən və kəndlərindən iki yüz çetvert buğda sərdarın təmənnasma görə mühəyya edib, Mığrı qəryəsinə mərsul qıldı. Ondan sonra Şirvan və Şəki və Qarabağ və Lənkəran və Talış vilayətlərini Pyotr Stepanoviçə təfviz edib, özü darüssürur Tiflisə azim oldu. Amma rəşid və kamil olan Pyotr Stepanoviç əvvəl öz zirdəstində olan qoşunu ilə Araz kənarında olan Cəbrayıllı və sair xalqlara çapavül edib, çox mal və qoyun qarət və kəsib elədi. Tuğ kəndinin xalqını ki, Araz kənarında idilər, hənuz o taya getməmişdilər, köçürüb geri yenə özlərinə gətirdi və öz ziri-hökmündə olan polku götürüb Ağoğlanda ordu elədi. Həmişə irəliki böyüklər, general Nebolsin və general Xanveysov həmə il qoşun ilə Əsgəran qalalarının yanında ordu edərdilər. Amma Pyotr Stepanoviç Araza yavuq ordu elədi ki, sərhəd tərəfindən Arazdan keçib, quldurluğa və düşmənliyə gələn qoşunlardan tez xəbərdar olmağa ki, Ağoğlandan Araz kənanna altı ağac olub, o ilin bahar fəsli olanda, naibüssəltənə gəlib Araz kənarında Aslanduzda ordu elədi. Haman ildə fransızın Rusiyaya gəldiyi şöhrət buldu. Sərdar markiz Pauluççi məzur olunub Rusiyaya çağırdılar. Əvəzində general Rtişşev sərdar olub, bu məmalikə gəldi. Yenə haman ildə İran dövləti ilə saziş və müsalihə nağılı aralığa düşüb, sərdar Rtişşev Qarabağa gəldi. General Haqverdiyev Araz kənarına gedib, vəziri-qayimməqam Mirzə Əbülqasım ilə orada güftəgular elədilər. Əvvəldən Pyotr Stepanoviç müsalihə etməyə razı deyildi. İstərdi ki, Qırçı müqəddiməsinə bir əvəz çıxa. Amma sonra yenə şöylə oldu ki, Haqverdiyev ilə qayimməqamın güftü guları mütabiq gəlməyib, o dəfə müsalihə surəti əmələ gəlmədi. Pyotr Stepanoviç Ağoğlanda ordu ilə qaldı. Sərdar Rtişşev dəxi qayıdıb, Tiflisə getdi. Bu əsnada qayimməqam Mirzə Əbülqasım 200 atlı zübdə süvarilərdən xəlvət yollamışdı ki, Ağoğlandan Rusiya qoşununun ilxı atlarını qovub aparalar. Dəxi əlavə atlılardan xəlvət yerlərdə qoyub ki, əgər Qazax polku haraya gəlsələr, onlara həmlə edib, şikəst eliyələr. Pəs, rəşid olan Pyotr Stepanoviç xəbərdar olub, bir növ nizam ilə Qazax polkunun təyin eylədi ki, təmam Qızılbaşm o atlılarını basm, əlli-altmış nəfərdən ziyadə onlardan qətlə yetirdilər. Qalam bineyl məram həzimət qılıb, qayimməqamın o tədbiri özünə zərər etməkdən qeyri bir nəf hasil eləmədi. Əlqissə, haman Rtişşev sərdarın vaxtında idi ki, İran dövlətindən Mirzə Əbülhəsən xan əmri-müsalehədən ötrü məmur və təyin olub, gəldi Şəb torpağına və Rusiya dövlətindən dəxi mötəmid gedib, orada izdihami-təmam və cəmiyyəti-məlakəlam ilə bənayimüsaliheyi-üstüvar və istiqrar tapdı. O müsalihəyə "Gülüstan sülhü" adı qoydular. Ondan sonra müddəti-fəraqət və əmniyyət hasil oldu... Hicri 1229 (1813)-cu ildən ta 1242/1826 tarixədək aləmi-pürfıtnə aram qıldı. Ta ki, bir müddət keçəndən sonra general Rtişşev sərdarlıqdan çıxdı. Əvəzində general Yermolov mənsub olub, Tiflisə gəldi. Bundan sonra təmam vilayətlərin işlərinə diqqət yetirib, Yermolov təzə qanunlar qoydu. Hər vilayətin tələbinə görə zabitlər icad edib, bəzi vilayətlərdə qəribə görünən işlər və səyaqlar başladı. Pyotr Stepanoviç məzur olub, general Mədətov Şəki və Şirvan və Qarabağ və Talış və Lənkəran vilayətlərinə okrujnoy naçalnik mənsub oldu. Dəxi qoşun ilə Qarabağda sükunət edib, Mədətov həm pareyi-işlər əmələ gətirdi ki, şul zabitə və ixtiraata mütəhhəmmil ola. Bilməyib, o illərdə Qarabağ hakimi mərhum Mehdiqulu xan və Şirvan hakimi Mustafa xan Qızılbaşa fərar etdilər. Şəki xanı İsmayıl xan həm vəfat etdi. Bu üç xannəşin vilayətlər 1822-ci ildə dövləti-Rusiya təhtinə daxil oldular. Sərdar Yermolov dəxi bu yerlərdə divanxanalar açdı. Divanbəylər tikdi (seçdi), komendantlar təyin eylədi. Təmam işləri özü ixtira etdiyi qanun və zakona mühəvvəl və mərcu etdi. * * * İyirmi beşinci fəsil QIZILBAŞİYƏ DÖVLƏTİ DÜBARƏ NƏQZİ-ƏHD EDİB, İZHARİ-ƏDAVƏT ETDİYİN VƏ 1242HİCRİDƏ MÜTABİQİ - 1826 - SƏNEYİ-MƏSİHİYYƏDƏ NAİBÜSSƏLTƏNƏ ABBASMİRZƏ ŞUŞA QALASI ÜSTƏ QARABAĞA GƏLİB, BURADAN MƏĞLUB OLUB GETDİYİN VƏ RUSİYA QOŞUNU VƏ PASKEVİÇ SƏRDARIN TƏBRİZƏDƏK ƏZM EDİB, GETDİYİN VƏ AXIRINCI ƏHD VƏ MÜSALEHƏ DÖVLƏTEYN ARASINDA İSTEHKAM BULMAĞIN VƏ CƏNG VƏ MÜNAZEƏ BİLMƏRRƏ QƏT OLUB, VİLAYƏTLƏR ARAM VƏ FƏRAQƏT OLMAĞIN BƏYAN EDİR Dövləteyn-əliyyətey və səltənəteyni-behannəteyni-İran və rus arasında vaqe olan sülh və müsalihə ki, 1808-ci il tarixi məsihiyyədə vaqe olmuşdu. Lazım olan qanunlarla təsbitləşmiş və layiq olan qaydalar ilə möhkəm və məbud var idi. O vaxta qədər ki, məsihiyyə tarixi 1826 oldu. Pəs haman ildə xalqın arasmda şayə və müntəşe oldu ki, mübaşirinidövləti-İran sülh peymamm pozmağı və viran etməyi lazım bilib, dava və ədavət fikrinə düşüblər. Əmnai-dövləti-Rusiya bu gunə kəlamata mütləqa bavər və etibar etməyib, kizb və xilaf buyurdular. Belə ki, bu əsnada imperaturi-əzim tərəfindən rəsuli-mötəmid və səfiri-mötəqid knyaz Menşikov İran dövlətinə rəsalət və səfarətə məmur olmuşdu. Gəlib Qarabağdan və Xudafərin körpüsündən keçib, İran dövlətinə elçiliyə getdi. Pəs bu əməl xalqı dəxi artıq fəriq və xatircəm elədi. Əlqissə, haman elçi Qoçandan übur edən vaxtda Qızılbaş sipahisi ilə mülaqat edib, dəxi məqdur olmayıb ki, əmnayi-dövlətə bu əhvalı izhar edib bu ətrafda olan hadisələrdən xəbərdar etsin. Ta ki, Qızılbaş əsgərləri və naibüssəltənə gəlib Araz suyundan keçən vaxtda neçə nəfər qazaxlar çayda bədənlərini şüs-tüşu edərmişlər. Onları mtub, məqtul edib, oradan keçib, gəliblər Gorus kəndində olan batalyonun sərvəqtinə. O günlərdə dəxi, batalyona öz naçalniyindən hökm sadir olub ki, təcili-təmam ilə qalaya azim olsunlar. Paruçik Səfərəli bəy ki, şul vaxtda Zəngəzur mahalatına naib idi. O da qoşuna bələd idi. Gorusdan batalyon çıxıb, qalaya gələrkən, yolda Gorunzor kəndinin yanında sipahi-Qızılbaş batalyona düçar olmuşdular. Orada dava və qital vaqe olub, hərarəti-aftabdan atəş və susuzluq qoşuna kargər edib, çox səyi-təmam və etdimami-malakəlam etmişdilər ki, özlərini Həkəri çayına yetirələr. Kapitan Hacı Ağalar bəy ki, mütaiQızılbaş idi, xəbərdar olub, neçə nəfər bəyzadələrin ittifaqı ilə əkradın süvarə və piyadələri ilə gəlib, çayın bu tərəfini kəsiblər. Bir heyət ilə, iki tərəfdən macal verməyib, soldatı aralığa alıb və bəzisini qılıncla öldürmüş və bəzilərini giriftari-kəməndi-üsar etmişdilər ki, onlardan bir nəfəri fəllahi olub fərar etməyə macal və məqdur olmamışdı. Pəs o gün naibüssəltənə oradan bu əsirləri götürüb, gəlib Gorunzorda Hacı Ağalar bəyə qonaq olub, oradan polkovnik Nazimovu və mayor Kovalevskini və sair tutulan afiserləri soldatlar ilə Fətəli şahın hüzuruna ki, o vaxt o qoşun ilə Ərdəbil şəhərində idi, fəthnamə göndərdi. Şah dəxi bu əvvəlinci fəthi baisi-fət və zəfər bilib, xoşhal olmuşdu. Haman vaxtda Mehdi-qulu xan Qarabaği dəxi Naxçıvanda sakin var idi. Şul 1242-ci ilin məhərrəmülhəram ayında Fətəli şah bir fərman Mehdiqulu xana yazıb, guya onu Qarabağın hökumət və əyalətinə mənsub edib, naibüssəltənə xidmətində şəraiti-xülus və canfəşani əmələ gətirməyə təkid etmişdi. Mehdiqulu xan dəxi Əmirxan sərdar ilə Naxçıvandan əzimət edib, gəlib haman vaxtda Gorunzor kəndində şahzadəyə mülhəq oldular. Oradan sübh vaxtı köçüb, Mehdiqulu xanı Kuhistan səmtindən - kürd tayfalarının obalarının içərilərindən yola saldı. Özü Çanaxçı kəndində olan qoşunun sərvəqtinə əzm edib, təmam əsakir ilə yola düşdü. Ondan irəli Araz kənarında qazaxlar məqsul olanda Mehdiqulu xanın qardaşı Süleyman ağa pareyi-əqrəbaları ilə ki, o zamanlar Vərəndə mahalmda sakin idilər. Orada rugərdanlıq edib, xəyanəti-aşkar qılmışdılar. General Reutt ki, o vaxtda polk komandiri idi, piştdəstlik edib, qoşunu qalaya daxil eləmişdi. Amma onlar azuqə gətirənlərə macal verməyib, Zərgər və Sair ətrafda vaqe olan Cavanşir, Dizaq ilatları, Ağoğlanı və qoşunun anbar və azuqəsini qarət və nəhib və tarac eləmişdilər. Şahzadə oradan Gorus yolu ilə Çanaxçı qəsdinə azim olub, yolda bu əhvalı eşitdi. Yolu döndərib, qala canibinə barvər oldu. Gəlib haman həmlə ilə yürüş edib, qalanın (bir) gülləlik (məsafəsinə) və hətta barının dibinədək gəlib yetişib, sonra fikir və tədbir nə olmuşdursa, genə oradan müraciət edib, kənar olmuşdular. Bir para ermənilər şuşakəndli Səfər yüzbaşını götürüb, qalanın cənub səmtində vaqe olan Xəzinə qayasında səngər edib, oturmuşdular. (Şahzadənin əsgərləri) onların səngərlərini dəxi tutmaqda aciz olmuşdular. Amma şəhəri və qalanı mühasirə və əhatə edib, nikani-ənguş-tər kimi arahğa aldılar. Məhz əhaliyi-şəhərdən qeyri-Qarabağın təmam ilat və dihatı-mütii-Qızıl-baş olub, məcmu vilayətin bəyləri və məlikləri və kəndxudaları küllən Mehdiqulu xanın hüzuruna gedib, o da naibüssəltənə xidmətinə yetirib, tanıdıb, orada xədamət əncamı ilə xulaifəxirə və ənamati-vafırələr ilə faydamənd oldular. Bəd əz an Qarabağ qoşunu da Qızılbaşa kömək edib, şəhərin üstünə hücumavər oldular. Hər gün qalada müharibə vaqe olub, iş yəs və naümidliyə çəkdi. Dəxi bu əsnalarda Talış vilayətindən Rusiya qoşununun çıxmağı səbəbinə Talış xanları həm Rusiya dövlətindən rugərdan olub, Mirhəsən xan hakimiTalış öz qardaşlarını burada naibüssəltənə hüzuruna göndərib izhari-itaət elədi. Mustafa xan şirvanlı dəxi, gedib daxili-vilayəti-Şirvan olub, əhlivilayəti təhrik qılıb, onlar dəxi məcmuən itaətə gəldilər. Hər canibdən üsyan və tüğyan avazəsi bülənd olub, həvaxahi-dövləti-Qızılbaşiyə ilə havalar başladılar. Dəfəat ilə Rusiya qoşunu ilə cəng və müharibat vaqe oldu. Axırül-əmr Şirvan vilayətində hər nə ki, qoşunlar var idi, bilkülliyə cəm olub, Quba vilayətinə getdi. Şirvan vilayəti xali olub, Mustafa xan yenə istiqlali-təmam ilə Şirvanda hakim oldu. Köhnə Şamaxını darülimarə qılıb, əyləşib, Qızılbaşa itaət qıldı. Həmçinin Şəki vilayətində olan Rusiya böyükləri Şəkini xali edib, Tiflisə getdilər. Şəkili Hüseyn xan Səlim xan oğlu dəxi Şəkidə hakim olub, məshədi-xanlıqda istiqlal buldu. Dəxi, Zurnaabada olan Rusiya qoşunu xahişmənd oldular ki, daxiliGəncə olub, oradan Tiflisə gedələr. Əhaliyi-Gəncə onlara mane olub, şəhərə qoymadılar. Qoşun müraciət qılıb Uğurlu xan dəxi Gəncədə xanlıq və hökumət əmrinə mənsub və müstəqil oldu. İrəvan səmtində Hüseyn xan sərdar və qardaşı Həsən xan gedib, Pənbək və Şuragildən knyaz Davud mirzə (Savarsamidze) xaric olandan sonra Rusiyanın orada olan təmiratlanm və dam-daşlanın yıxıb və yandırıb, tamam oralara malik oldular. Hətta Həsən xan gedib, Borçalı mahalında Göyçə altında olan nemsələri qarət edib, əsirlər gətirdilər. Və arabir də, hər gün qızılbaşlar belə təqrir edirdilər ki, sərdar Yermolov Tiflisi xali edib, Rusiyaya (gedib) general Mədətovdan dəxi bir əsər hənuz yox idi. Bu qərar ilə bir müddət keçib, ta bir vaxtadək, sonra xəbər gəldi ki, sərdar Yermolov Tiflisdə kamali-aram və qərar ilə əyləşib, Mədətov general dəxi Rusiyadan çox hədsiz qoşun ilə gəlibdir. Belə xəbər verirlər ki, padşahın öz xassə qoşunudur. Bu xəbərləri eşidəndən sonra Qızılbaş öz qəflət yuxusundan bidar olub, naibüssəltənə öz vəliəhdi Məhəmməd mirzəni və dayısı Əmir xan sərdan külli qoşun ilə və Nəzərəli xana həm sərbaz verib göndərdi ki, gedib Gəncədə oturub kəmali-sər və ehtiyat ilə qaladarhğa məşğul olsunlar. Müharisəti-ədada lazım ehtimal qılsmlar ta görsünlər, sərəncami-kar nə yerdə münəccər olur. Burada qalanı mühasirə qılandan bir neçə gün sonra şahzadə öz yaxını olan Bican xanı ümid və nəvid və nəva-zişlər ilə qalaya irsal etmişdi ki, qalanı təslim eləyim. Bu tərəfdən dəxi mayor Klugenaunu qaladan şahzadənin yanına elçi göndərdilər. Pareyi güftəku və müşavirə və mühavirələr vaqe olub, axır qərardad belə olmuşdu ki, komendant mayor Çilyayevi bir kapitan ilə Qızılbaşa zaval verdilər. Mayor Klugenaunu və bir yüzbaşı da Qızılbaşiyyə tərəfindən müttəfiq, sərdar Yermolovun hüzuruna Tiflisə göndərdilər ki, sərdar Yermolov qala təslim olunmağa razı olsun. Onlar Tiflisə gedəndən sonra sərdar Yermolov cavabda yazmışdı ki, Rusiya zəbanında kapitulyasiya sözü yoxdur. Çünki kapitulyasiya sözünün mənası (fransızca) qala təslim etməyə deyirlər. Pəs, mayor Klugenaunun özü orada qalmışdı. Kağızı bir İbrahim adlı yasavuldan bu tərəfə göndərmişdilər. Burada kağızı tutub vermədilər. Əlqissə, bu hal əsnasında İraq tərəfindən Allahyar xan çox olan iraqh qoşunu ilə gəlib, şahzadə mülhəq oldu. Dübarə qala üstə yürüş binası qoydular. Yenə bir murad hasil olmayıb, həvaliyi şəhərdə ordu edib, əyləşdilər. Bu hala Əmir xan sərdarın Mədətov general ilə Şəmkirdə (Şamxorda) davaları olduğunu və Əmir xan ölüb, qoşunları dağılıb, şikəst bulduğunu naibüssəltənəyə xəbər verdilər. Elə ki şahzadə bu xəbəri eşidib, ətraf qaladan köçüb, Ağdama düşdü, oradan komendant Çilyayevi və Mirzə Adıgözəli və şul kapitam Təbrizə yola saldı. Özü qoşunu ilə Gəncə tərəfinə azim oldu. O tərəfdən general Mədətov ki, gəlib, Şəmkürdə sərdar Əmir xan ilə dava edib, Əmir xan orada qətlə yetişib, qoşunu şikəst olmuşdu. Ondan Mədətov qoşun ilə gəlib, Gəncəyə daxil olmuşdu. Onun ardınca general feldmarşal İvan Fyodoroviç Paskeviç qoşuni-əzim ilə gəlib, onlara qoşulub, Gəncədə bir neçə gün aram və asayiş edirdilər ki, Qızübaş üstə gələlər. Bu halda şahzadə Abbas Mirzə bu tərəfdən köç bir köç, gedib Gəncə torpağma daxil olub, yük və çadırlarını Kürək çayında qoyub, özü yalnız süvarə qoşununu və sərbazları götürüb Gəncənin Zazalı nam arxının üstündə gecə yatıb, sübhdən ki, sərdar Paskeviç və general Mədətov qoşunlarına nizam verib, Şeyx Nizami məqbərəsinin yanına gəlmişdilər. Orada Qızılbaş ilə üzbəüz gəlib, mülaqat oldu. Pəs orada bir əzim cəngi-sultani vaqe olub, bir neçə saat atəşi-cidal naireyi-qital şiddəti-təmam ilə dava edib, axır ki, sipahiQızılbaşiyə münhəzir olub, basüdılar. Naibüssəltənə nə qədər guşiş etdisə, şikəsti-bəst eləmək mümkün olmayıb, oradan qaçaraq bir gün bir gecədə gəlib, Arazdan keçmişdilər. İki topları dəxi Tərtər çayı ilə İncə çaymın arasında qalmışdı. Amma bir xüsusi dəstə sərbaz o davadan sabitqədəm olub, qoşunları məğlub olub, fərar edəndən sonra Rusiya əsgərləri ilə mərdanə cəng edib, qaçmamışdılar. Ta ol qədər ki, barıt və güllələri var imiş, təmam olana kimi tədarükləri olub, ondan məqtul və dəstgir olmuşdular ki, o zamanda onları çox tərif edirdilər. Əlqissə, Qızılbaş o cəmi kəsir olan qoşunları ilə ki, orada basılıb və qaçıb Arazı keçmişdilər, gedib o tayda təmam pərakəndə olub, dağılmışdılar. Naibüssəltənə dəxi Ərdəbildə Fətəli şahın hüzuruna getmişdi. O dəmlərdə ki, şah özü həm Ərdəbildən köçüb, Əhər qəsəbəsinin yanında Təviləyi-Şam adlı məhəldə düşüb təvəqqüf edirdi. Orada şah ilə mülaqat edib, bir para sərkərdələrindən və qoşunun-dan şikayət edib, Rusiya dövlətinin sipahını və sərkərdələrini şaha tərif eləmişdi. Ondan (sonra) oradan Təbriz və Tehran canibinə azim olmuşdular. Paskeviç sərdar dəxi o səfərdə gəlib Qarabağa Təxti-tavusda ki, Dizaq mahalında və Quru çay üstə bir məhəldi, orada qoşun ilə bir müddət əyləndi. Çərəkən kənarında bir ay yarıım dayandı. Əlhəqq Məlik Aslan bəy Dizaqi o vaxtdan sərdar Paskeviç xidmətində çox layiqli xidmətlər eləmişdi. Orada qoşuna nabələd vaxtı çox tüncü və tədarükat hazırlayıb, sərdarı və qoşunu məmnun və razı eləmişdi. Bir növ ilə sərdar feldmarşal Varşavda olanda dəxi onu razılıq ilə yad etmiş və xatırlamış, oğlu kapitan Firudin bəyə o mükafata görə çox iltifat və mərhəmətlər eləmişdi. Əlqissə, haman vaxtlarda ki, Paskeviç sərdar qoşun ilə Qarabağda dayanırdı, onda Mustafa xan hənuz Şirvanda, Hüseyn xan dəxi Şəkidə öz hökumətlərində var idilər. O hallarda Hüseyn xan şəkilinin qardaşı Hacı xan Şəkidən qoşun fərahəm edib, gəlib Goran çaymda Mirzə Adıgözəl bəyin obalarını çapıb, əlavə bir para kəndləri qarət və nəhib edib, aparmışdı. Mustafa xan dəxi Şirvandan kamali-asayiş ilə xudsər köçüb, öz evinə Qaradağa getmişdi. Amma Hüseyn xan hənuz Şəkidə məqs qalmışdı, ta ki, sərdar Paskeviç bu tərəfdən qoşun ilə gedib, Nuxanın üç ağaclığına yetişən vaxtda Hüseyn xan tabi-müqavimət gətirməyib, Şəkidən fərar edib, Arazdan keçib, İran dövlətinə getdi. Paskeviç sərdar dəxi Arazdan Qaradağ ölkəsinə übur edib, oradan çox çəpavül və qəsbiqarət və əsir gətirib, Qarabağda xalqı cabəca və xatircəm edib, ondan izafə ləşkərini götürüb, Tiflisə azim oldu. Ondan sonra bir dəfə dəxi general Mədətov Qarabağ və Şirvanat qoşunlarını cəm qılıb, soldatı dəxi götürüb, Arazı keçib, Mişkinədək gedib, Mişkin və Qaradağdan külli qarət və çapavul edib, Şahsevən xanlarım müti edib, onlara xəyanət fikrinə düşmə-məkdən (ötrü) aid verdirib, sonra oradan müraciət etdi ki, ona da Mişkin çapqmı deyərlər. Hənuz, əlsəneyi-əvamda məzkur və məşhurdur. Mədətov general dəxi oradan qayıdandan sonra Tiflisə getdi. Təhiyyeyi-tədarük bina edirdi ki, bahar fəsli olanda İran tərəfmə əzimət etsin. Sərdar Yermolov tədarükati-şayan və istedadi-fıravan ilə Mədətovu yola saldı ki, İran səfərinə getsin. Mədətov dəxi Xudafərin körpüsünədək gəlmişdi. Qızılbaş dəxi istiqbal edib; bazari-kiridar gərm olub, binayimərikə başlanmışdı ki, Yermolov sərdarlıqdan məzur olub, Paskeviç sərdarlıq ümurunda istiqlal buldu. Baş sərdarhğa təkyə qıldı. Bəd əz an polkovnik knyaz Abxazovu bu vilayətlərə naçalnik və hakim pəst qılıb, Mədətovun ziri-hökmündə olan qoşunları təmam general Pankratova tapşırdı. Abxazovun ştab naçalniyi edib, beş günədək Tiflisdən Xudafərin körpüsündə olan orduya özün yetirib, gecə yatıb, işləri Mədətovdan alıb, sübh Mədətovu Tiflisə yola salıb, qoşunu oradan köçürüb, qayıdıb gəlib Vərəndə mahalının Qozlu çayına daxil oldu. Sərdar Paskeviç özü dəxi tədarükati-şəyan ilə İrəvan səmtinə hərəkət edib, o sahətləri təsxir etməyə müsənnəm oldu, İrəvan sərdarı Hüseyn xan sərdar hər tamam ilatı köçürüb, yalnız bir Sərdarabad və bir də İrəvan qalasım mühafızət etməkdən ötrü qardaşı Həsən xanı qala içində qoyub, özü ətraflarda gəzirdi. Bu əsnada, general-mayor sahibi-həmail Mehdiqulu xan hakimi-Qarabağ ki, o vaxtlarda Daral-gözdə idi, Paskeviç ilə amadu-rəfti vaqe olub, İran dövlətindən rugər-danlıq qılıb, yenə bu dövlətin itaətinə gəlmək istədi. Knyaz Abxazov Pankratov ilə mühavirə və müşavirə edib, iki batalyon qoşun götürüb gedib, Ağ karvansarada ki, şul vaxtda iki sərhədi-dövləteyn idi, Mehdiqulu xanı (oradan) götürüb, xatircəmliklər verib, öz təvabei və ləvahədləri ilə köçürməyə məşğul oldular. Pəs o halda Ehsan xan Naxçıvani ki, haman vaxt qoşun ilə Abbasabad qalasının mühafızət edəni idi, xəbərdar olub, knyaz Abxazovun yanına adam göndərib, hali etmişdi ki, bu səmtə gəlsin ki, mütəvəcce olan kimi qalanı onlara təslim edirəm. Bundan sonra əhvalı bu növ görəndə, tutiya və təmhid edib, amma sərdarın izni olmamağa binaən cürət etmədilər. O dəmdə oradan Abbasabad səmtinə getmədilər. Qayıdıb Qarabağa gəlib, buradan macəranı sərdar hüzuruna ərizədaş qıldılar. Sərdar Paskeviç bu xəbəri eşidən zamanda İrəvan təsxirdən əl çəkib, Abbasabad səmtinə hərəkət elədi. Əmnai-dövləti-Qızılbaşiyyə bu əhvalı istima edən kimi Məhəmmədəmin xan Qacar neçə əlavə xanlar, çoxlu qoşun və sərbazi-bəxtiyari ilə Abbasabad qalasına irsal qıldılar. İxtiyariqəleyi Abbasabad Ehsan xandan səlb olundu. Sərdar Paskeviç gəlib, Abbas-abadı mühasirə etdi. Naibüssəltənə dəxi o tərəfdən əsakiri-firavan ilə gəlib, qənşərə nümayan oldu. Pəs, Paskeviç əvvəl suvariye-Qazağı, sonra əqəbincə soldatı müqərrər etdi ki, Abbas Mirzəyə müqabil gedələr. Onlar Arazdan übur edib getdilər. O tayda Abbas Mirzə ilə cəng və dava etdilər. Az zamanda Abbas Mirzə məğlub oldu. Əsakiri-Rusiya qayıdıb, qalanm çar ətrafmdan yürüşə başladılar. Xəndəklər qazıb sibələr yeritdilər. Çün əhaliyi-qala Abbas Mirzənin imdadından məyus olub və sibənin yaxınlaşmağını gördülər. Ehsan xanı da özlərinə qarşı xain bilib, qalanı təslinı etməyə razı oldular. Pəs qala müsəxxər olandan sonra ki, orada olan təmam top və tədarükat və anbarlar təsərrüfə gəldi, sərdar qalada olan Məhəmmədəmin xanı və baqi xanları və sərbazı əsir edib Qarabağ yolundan Tiflisə rəvanə elədi. Ehsan xanı xidmətinin əvəzində Naxçıvanda naib edib, ondan sonra qəleyiAbbasabadda kurval (qalabəyi) təyin edib, havanın yay fəslində hərarət ifrat olmaq səbəbinə oradan köçüb qoşun ilə Qarabağ yaylağma gəlib, orada aram və asayiş binası qoydu. Sonra Abbas Mirzə eşitdi ki, təxribibinayi-qəla üçün Rusiya tərəfındən böyük toplar gətirirlər. Rəqəmlər (əmrlər) yazıb, Arazın o tərəfindən ilqar edib, Avaran nam məhəldə Rusiya qoşunu ilə bir əzim cəngi-sultani edib, hər iki canibdən rəşadət və cəladət zühura gəlib, amma susuz-luq cəhətinə soldata çox zərər yetişmişdi. General Krasovskiyə necə güllə dəyib, şahzadə buna iktifa edib, çox şad və xürrəm olub, ora-dan qayıdıb, azimi-darüssəfayi-Xoya varid olmuşdu. Elə ki sərdar Paskeviç Qarababa yaylağmda bu hadisəni eşitdi, ehmal və isqah orada qoyub, o kirü dara azim oldu, ta sərdar oraya yetişənədək, şahzadə çıxıb getmişdi. Sərdar oradan topları götürüb, əvvəla Sərdarabad qalasını tupayi-atəşbar sədamati ilə viran və yer ilə yeksan edib, müsəxxər elədi. Oradan çox hədsiz zəxirə və tədarük və bünə təsərrüfə gətirdi. Ondan fariq olandan sonra İrəvan qalasma rəvanə oldu. Və oradan dəxi bir neçə gün nayireyi-qital və atəşi-cəng və cidal şölələnib, haman əjdahədəm olan toplar ilə qəleyi-İrəvanm bürc-barısmı dağıdıb əhaliyi-şəhr çox səy və təlaş əmələ gətirib, istədilər ki, guşişitəmam ilə mane ola bilələr. Məqdur və müyəssər olmadı. Nəhayət, Həsən xan və sair ümərayi-İran dəstgir və qəleyi İrəvan məftuh və təsxir olurdu. Sərdar oraları təsərrüfə gətirib, tənzim və tənsiq etdikdən sonra qoşununu cəm edib, əşhəbi-əziməti-Xoy səm-tinə kərəmi-cövlan elədi. Qarababa yaylağmda olan qoşuna ki, knyaz Eristov sərkərdə idi. Hökm qıldı ki, Təbriz canibinə ərəqraz şitab olsun. Özü Arazı keçib, gedib bir az müddətdə Xoy vilayətini müsəxxər etmişdi. Knyaz Eristov dəxi bi cəngicidal və biduni-sitizə və qital sahəti-Təbrizi öz ixtiyarına keçirdi. Abbas Mirzənin cəmiyyətləri pərakəndə olub, özü nəhayət şərməndəlik ilə Marağa hüdudunda övqat keçirirdi. Sərdar Paskeviç daxili-Dehxarqan olmuşdu. Hərçənd Abbas Mirzə tədbir etdi, dəxi bundan savayı çarə bilməyib, bir neçə nəfər üməraların ittifaqı ilə birlikdə sərdarm hüzuruna azim oldu. Sərdar Paskeviç dəxi təzim və təkrimdə dəqiqeyi-naməri etməyib, o ki lazımeyirəviyyə və rəftar idi, əmələ gətirib, müddəti-mədid bir yerdə qaldılar. Aralannda müsalehə və sərhəd və qəramətdən ötrü müşavirə və damşıqlar çox vaqe olub, şah dəfül-vaxt edərdi, razı olmazdı. Axırda bunlar bir-biri ilə danışıq və məsləhətlər edib, ayrıldılar. Sərdar darülsəltəneyi-Təbrizə gəldi. Abbas Mirzə öz məmalikinə azim oldu. Miyanlarında əqdi-irtibatimöhkəm və rişteyi-ülfət və ixtilat müstəhkəm idi. Dedilər ki, bu binayimüsalihəni təxrib edən, şahdan qeyri-bir əhəd deyildir. Pəs sərdar vilayətlərə, özünün qalib qoşunlarına hökmlər yazıb, avazələr saldılar ki, buni-saf şahın öz darül-xilafəsinə lazımdır gedəm və paytaxtı olan şəhəri gərək zəbt edəm. Naibüssəltənə dəxi atasma yazıb, bu sadir olan əhvalatı izhar edirdi. Əxbar etdi ki, sərdar şimdi nagəhan bəla kimi üstünə gəlməkdədir. Axır ki, şah dəxi müsalihəyə razı olub, Türkmənçay adlı məhəldə müsaliheyi-möhkəm vaqe oldu. Araz çayının sərhədidövləteyni-əliyyəteyn qərar qoyub, yeddi kürur pul cərimə verməyə razı oldular. Neçə məşrutat və müahidat edib, Xoy vilayətini cərimə ödənən zamanadək rəhn və girov aldılar. Bundan sonra cərimə pulu gəlib çıxdı. Ondan sonra Xoyu da mübaşirini-dövləti İrana həvalə edib, sərdarivalatabar qoşunu götürüb, darüssürur Tiflisə müraciət etdi. Qalib və müzəffər gəlib, Gürcüstana varid oldu. Dəxi o müddətdən şimdiyədək vilayət kəmali-asayiş və fəraqət ilə aram və istiqrar tutub, günbəgün abad olmaqdadır. Şimdi xəlayiqi-padşahi-zillüllah aləm pənahın zillihimayəsində kəmali-rahətlik və asudəlik ilə məişət və güzəran edib, əmnai-dövləti-əliyyənin əmr və dövlətlərinə duagu vardırlar. Həqqsübhanə və təala bu dövləti-daimül-qərarı ədalət və mürüvvət ilə daim və əbədi etsin. Amin, ya müin. * * * Xatimə XƏVANİNİ-MƏRHUMEYNİN MÜDDƏTİ-HÖKUMƏTLƏRİNİ VƏ QARABAĞDA OLAN TƏMİRATLARINI VƏ MÜDDƏTİ-HÖKUMƏTLƏRİNDƏ ASAR VƏ ADƏTLƏRİNİ BƏYAN EDİR Çün səneyi 1160/1747 tarixi-islamiyyədə Nadir şahı Xorasanda qətlə yetirdilər. Pənah xan mərhum ki, neçə il ondan irəli Nadir şahdan qaçıb Qarabağa gəlmişdi. Məxfı dağlarda və meşələrdə quldur sayağmda dolanıb, övqat keçirirdi. Elə ki haman ildə Nadir şah məqtul oldu, Pənah xan qorxudan çıxıb, bənayi-hökumət xəyalına düşdü. Haman ildə, Bayat qalasını bina qoyub, xanlıq iddiasına başladı. Nadir şah məqtul olandan sonra Cavanşir və qeyri ellər ki, Nadir şah buradan onları köçürüb Xorasan məmləkətinə və Sərəxs torpağına aparmışdı. Pənah xanın evi və əyalı dəxi onların içində idilər. Təmamən köçüb birgə öz məkanları və vətənləri Qarabağa gəldilər. Xorasanda dəxi Nadir şahın qardaşı oğlu Əliqulu xan cülus edib, özünə Adil şah ləqəb qoyub, Nadir şahın məsnədində əyləşdi. Əmiraslan xanı hakim və sərdar edib, Azərbaycana mənsub edib, gəlib Təbriz şəhərində oturdu. Onun Pənah xan ilə ülfəti vaqe olub, vəsatət etdi. Adil şahdan Pənah xana xanlıq fərmanı verilib, 1161 (1748)-ci ildə Qarabağda hökumətə başlayıb, ətraf və əknaf mahalati-Qarabağı təsərrüfə götürməyə avaz etdi. Bir az zamanda Qarabağa təsəllüd tapıb, müddəti - 12 il Qarabağda istiqlal və hökumət etdi. 1168 (1755)-ci ildə Pənah xan Bayat bazarı mülkünü əsil malikləri Behbudəli bəy və Pənahəli bəy övladi-Sədrəddin sultan vələdiMəhəmməd xan sultandan satın alıb, 1168-ci ilin zilhiccə ayında qəbalə həm yazılıb, qəbaləsi Mehdiqulu xan evində bu dəqiqə durur. Ondan 4 il Bayat qalasında oturub, sonra isti və aran zəmin olduğu üçün orada güzəran düşvar olmağa görə köçüb, Tərnəkütə gəlib və 1165 (1751) tarixdə dəxi Şahbulaq adlanan məhəldə Tərnəküt qalasını bina və təmir edib, orada sakin oldu. Ondan sonra istiqlal və ixtiyarı və calalı artıq olub, mahalati-xəmseyi-əraminə və qeyri ilat və dihati-Qarabağ ona müti oldular. Bəd əz an 1170 sənədə Vərəndə məliki Məlik Şahnəzərin və pareyi-əkabir və əyanın məsləhətləri ilə Şuşa qalasını məsihiyyə ili 1753-də təmir və bina edib, şəhər qayırıb, kamali-istiqlal və istiqrar ilə hökumətə əyləşdi. Çünki az müddətdə Adil şahı Xorasanda Nadir şahın nəvadəsi Şahrux mirzə qətlə yetirdi. Özü təxti-səltənətə çıxdı. Onu dəxi bir az müddət keçməmiş, qətlə yetirdilər. Pəs məmaliki-İran məqşuş və pərişan olub, hərc-mərc oldu. Hərə bir iddiaya başladı. Pənah xan dəxi Qarabağda Şuşa qalasında aram və istiqlal ilə oturub, hökumət qıldı. Şul vaxtlarda Şuşa şəhərinə Pənahabad müsəmmi edib, Pənah xan adına orada sikkə çalınırdı ki, indi də məşhur və dillər əzbəridir. Pənah xan 12 il müddəti ki, 1161 (1748) tarixdən, ta 1174 (1760) ilədək Qarabağda hökumət edibdir. * * * İmarət və asar ki, Qarabağda Pənah xandan qalıb İMARƏT VƏ ASAR Kİ, QARABAĞDA PƏNAH XANDAN QALIB Əvvəl Bayat qalasıdır ki, bişmiş kərpic ilə barı və bürc və imarət və hamam və bazarı təmir olunmuşdur. Xarab edib, kərpicin həm aparıb, qeyri yerlərdə məsrəf ediblər. Qarabağın Kəbirli mahalında vaqedir. Dağılıb, indi cüzvi asar və nişanəsi vardır. İkinci - qəleyi-Şahbulaqdır ki, daş və əhəng ilə çeşmə başmda təmir edib. Çarsu və bazar və məscid və hamam qəsəbə şəhər kimi qayırmışdı, indi dağılıb. Hasarı hənuz möhkəm və baqidir. Üçüncü - Şuşa qalasıdır ki, onun köhnə barısını bina edib və bu halda olan şəhərin üçdən bir hissəsinə möhkəm hasar çəkmişdi. Qalanın bir kənarında özünə imarət yapmışdı. Qalaça tək bürc və barılı idi və böyük oğlu İbrahim xana yenə bir təpə üstə öz evinə bərabər imarəti-mərqub yapmışdı ki, düşmən qalaya gələn çağda, lazım yerləri mühafızət edə. O da bürc və barıhdır. İkinci oğlu Mehrəli bəyə və üçüncü oğlu Talıbxan bəyə dəxi qala içində imarət və ev təmir edib ki, bürc-barılıdır. Onlar da indi durur. Hasarı möhkəm məlumdur. Qalanın köhnə barıları dağılıb, şimdi əmnai-dövləti-tazə bina etmişlər. Amma Pənah xanın hasarından bəzi yerlərdə yenə nişanəsi vardır. Pənah xan əsri Pənah xanın bacısı oğlu Lütfəli bəy idi. Əmisi oğlanları İsmayıl xan və Behbudəli bəy, Mirzə Əli bəyin atası sərkərdə idilər. Qarabağ Pənah xanın əsrinədək və o zamanda şəhərsiz mahalat və əksəri ilat var idilər. Pənah xan mərhum Şuşa qalasını ki, şəhər bina elədi, ondan sonra tamam Gəncə və Ərdəbil və Qaradağ və Naxçıvan hakimlərinə hökmü işlədi. Ərdəbildə Dərgahqulu bəyi hakim qoymuşdu. Şul xanlarm övladlarından həmişə zaval rəsmi ilə hüzurunda gətirib saxlardı. Pənah xan, Meğri, Güney mahalatını Bərgüşad çayınadək Qaradağ hakimindən məxuz edib, təsərrüt etdi. Tatef və Sisyan mahallarını Naxçıvan hakimindən (ahb) ixtiyarına keçirdi. Zəngəzur və Qapanat (Qafan) mahallarının Təbriz bəylərbəyisindən xilas edib, öz itaətinə gətirdi. Tərtər çayını Uşacıq günbədindən yuxarı Göyçə sərhədinədək ki, Kolanı məskənidir, İrəvan hakiminə tabe olardılar, hakimi-İrəvandan əxz qılıb, zəbt elədi. Xudafərin körpüsündən, ta Kürək çayınadək Gəncə hakimlərinə aid idilər. Onları həm Gəncə hakimindən mərxuz edib malik oldu. Bunlardan əlavə, ilati-Kəngərli dəstəsi bir minbaşıya tabe olar. Naxçıvandan gəlmədir və Dəmirçi Həsənli həm Gürcüstanda olan Dəmirçi Həsənlidəndirlər, sahibi-rəiyyət və sahibiləva olmuşdular. Bir minbaşıya tabe vardırlar. Cinni tayfası dəxi bir minbaşıya tabe yenə Gürcüstandan gəlmişlər. Təmamisi Pənah xan mərhumdan izzət və hörmət və ədalət görüb, öz xahiş və rizaları ilə onun yanına gəlib və ona müti olublar. Onlara yurd və məskən, yaylaq və aran mühəyya edib, Qarabağda sakin olublar. İxlas ilə Pənah xana xidmət edib, hamısı Qarabağlı mənsub olmuşlar. Və illa Qarabağın əsil ilatı dihatdan savayı Cavanşir və Kəbirli və Otuzikililərdirlər. Qalanları tamam Pənah xan təxti ələ gətirdikdən (sonra) Qarabağ cümləsinə lahəq etmişdir. Mərhum İbrahim xanın əyyami-hökuməti qırx yeddi ilə (yaxın) olub ki, min yüz yetmiş dörd tarixi-islamiyyədən, ta min iki yüz iyirmi bir tarixədək Qarabağda hökumət edib. Əgərçi adı xan olub, amma balaca padşahlar kimi əsası və calalı və ixtiyari-kamil olub, əyyami-hökumətində heç bir padşaha itaət etməyib, xərac verməyib, istiqlal və ixtiyari-təmam ilə hökumət qurubbdır. Ağa Məhəmməd şah Qarabağa qala üstə gəlməmişdən müqəddəm. İbrahim xanın şahlıq əsası var imiş ki, əksər vilayəti Azərbaycana hökmü cari olub, Naxçıvan, Xoy, Ərdəbil, Gəncə, Şirvan, Talış, Şahsevən, Marağa, Təbriz, hətta Qaplankuhədək İbrahim xana əksər vaxt müti olubdur. Şahverdi xan ki, Pənah xan əsrində Gəncə hakimi idi. Pənah xana müti olub. O vəfat edəndən sonra onun oğlu Məhəmməd xan İbrahim xanın əmri ilə hakim təyin olundu. Əvvəl Tutu bəyim adlı bir bacısını İbrahim xana verib, iki qızı şul həramdən olub, ondan o vəfat edib, ikinci bacısı Xurşid bəyimi yenə İbrahim xan alıb ki, Mehdiqulu xan o Xur-şudbanu bəyimdən olubdur. O cümlədən Mustafa xanı Şirvanda İbrahim xan mənsub edib, Şəkidə Səlim xanı və qardaşı Məhəmmədhəsən xanı yenə İbrahim xan hakim mənsub eləyib, Talışda Mir Mustafa xanı həm İbrahim xan nəsb edib, İbrahim xan mərhumun Qarabağda və sair vilayətlərin müti olanlarından əlavə, otuz beş minədək ev itaətində olub. On iki minədək dəftəri-məxsusi qoşunu var idi ki, həmişə zira-hökmündə və adları siyahı və dəftərdə yazılmış qoşun idi. Amma zərurət vaxtı öylə rəşid adamlar, çerik və tüfəngçi hazır olardılar. Amma zərurət vaxtı öylə rəşid adamlar, çerik və tüfəngçi hazır olardılar. Dağıstanın Avar hakimi Ümmə xanın bacısı Bikə ağanı da almışdı, çox şirin qohum idilər. Hər vaxt xahiş edəndə, Dağıstandan və ləzgi qoşununu götürüb bir yerdə düşməni olsa, onlara tənbeh və siyasət edib, özünə müti edərdi. İbrahim xan əlavə çox xanların qızların alıb və qız verib qohum olmuşdu. O cümlədən Şahsevən xanı Nəzərəli xanın bacısını əvvəl almışdı ki, ondan üç qızı olmuşdu. İbrahim xanın calal və hökuməti həmişə artıq olub, ta ki, Ağa Məhəmməd vaxtıvadək. Elə ki Ağa Məhəmməd şah Qarabağa gəlib, bu vilayətləri xarab və aclıq etdi. Ondan sonra xarablıq olub, əksər xalq vilayətlərdə əfsurdə olub dağıldüar. Pərişanlıq əmələ gəlib, xanın calalı və hökuməti və ümuru və vilayəti bir az kəsir və qüsur və nəqs və fütur hasil etdi. Amma Fətəli şah İranda cülus edəndə yenə İbrahim xana hörmətlər və mərhəmətlər çox edirdi. Qızı Ağa Bəyim ağanı alıb, qohum olmuşdu. Qaradağın vilayətinin təmam mədaxilini İbrahim xana vermişdi. Qarabağ dəxi təmam özunün xalisəsi idi. Ta ki, İbrahim xan Rusiya imperatoru Aleksandr Pavloviçə itaət edənədək, Qaradağ hakimlərini yenə İbrahim xan təyin edirdi. * * * Asar və İmarət ki, mərhum İbrahim xandan qalıbdır ASAR VƏ İMARƏT Kİ, MƏRHUM İBRAHİM XANDAN QALIBDIR Əvvəl, Şuşa qalasının sabiq divan və bansı idi ki, üç il müddəti yaxşı mühəndis peşə ustadları tərəfindən təmir olub, 1198 (1783-84)-ci ildə itmam bulmuşdu. Sonra əmnai-dövləti-Rusiya pozub əlavə yaxşı möhkəm bina və təcdid etdilər. Amma yenə bəzi məhəllələrində xanın təmiratından əsər və nişanəsi hənuz baqi qalmışdı. İkinci, qalada vaqe böyük məscidi-camedir ki, daş və əhəng ilə səneyi 1182 (1768-69)-ci tarixdə təmir etmişdi. Amma sonra köhnə olmuşdu. 1281 (1864 65)-ci ildə öz mükərrəmə qızı Gövhər ağa təcdidi-imarət qılıb, yaxşı artıq möhkəm səliqə ilə təğdidən təmir elədi. Lakin 1919-cu ilin iyununda, Şimaldan yaxınlaşan təhlükə ilə bağlı olaraq, və iki ali minarə müzəyyid elədi. Əlavə bir qeyri məscid dəxi Gövhər ağa mərhumə qalada tikib. O hər iki məscidə dünyadan gedəndə çox kəndlər və əmlak və mədaxil və pul vəqf edibdir ki, indi də şul vəqfiyyat davam edir. Gövhər ağadan sonra haman xərc ilə Gövhər ağanın ikinci məscidini mühəndis Kərbəlayı Səfi xan Qarabağinin səy və sənəti ilə əlavə, xoş səliqə ilə möhkəm təmir edirlər. Bu 1290 (1873)-cı ildə çox mərqub və pəsəndidə olubdur. Üçüncü, İbrahim xanın təmiratında iki mərqub imarətlər idi ki, öz evləri idi. Birisində Xurşidbanu bəyim, Mehdiqulu xanın anası sakin olardı. Birisində Ümmə xan Dağıstanlının bacısı Bikə ağa olurdu. Onların birində şimdi Mehdiqulu xanın evi sakindir. Birisində Əhməd xan evidir. Sonra təcdidi-imarət ediblər. Xanın divanxana evini dəxi şimdi qoşun kilsəsi edib, mərqub kilsə bina ediblər. Dördüncü, Ağdam kəndində bağlar və hasarlar və üç günbəzi-alidir ki, Pənah xanın və sair övladlarının qəbirləri üstündə bina etmişdi. Böyük çarsu damları var ki, Pənah xanın atası İbrahimxəlil ağanın qədimi ocağı və evidir ki, yonma daş ilə tağbənd təmir olunmuşdu. Amma Ağa Məhəmməd şah gələndə o səmtdə ordu eləmişdi. Tiflis təsxirinə gedəndə günbəzləri və evləri xarab etmişdilər. Sonra mərhum Mehdiqulu xan irəlidən yaxşı təmir elədi. Dəxi bir ehsan bağı orada təmir olunub. Ətrafı hasar və barılı və bir böyük buzxana həm təmir olub. Yenə ehsan üçün və o məqbərələrə vəqf olunub ki, səhra xalqı ilat və dihat yay mövsümü və biçin vaxtlarında aparıb, sərf edərlər. Arazlılara götürüb məsrəf edirlər. Əlbəttə ki, min yük buz və bəlkə ziyadə məsrəf olur. Yaxşı ehsandır. Bunları mərhum Mehdiqulu xan təcdidi ziyadə edibdir. Beşinci, Xan bağmdakı imarətlərdir ki, qəleyi-Şuşanm bir ağaclığında vaqedir. Bağlar və tövlələr və buzxana və dəyirmanlar və arxlar bina edib qayırmışdı. Nəhayət, 1826-cı ildə Qızılbaş qoşunu gəlib, tamam onlan yandınb, xarab etmişdilər. Amma sonra fərzəndi-ərşədi Mehdiqulu xan ziyadə səliqə ilə təmir edib, yaxşı karvansara və dükanlar həm orada təmir etmişdir. Altıncı, İbrahim xanın bir ümdə əsəri dəxi Əsgəran dağının iki qalasıdır. Çünki Şirvan və Şəki və Dağıstan xalqı Pənah xan ilə düşmən idilər. Ehtiyatən vəsiyyət elədi ki, hərgah mənə fürsət olmasa, gərək mənim oğlum İbrahim Xəlil bu iki dağın arasında iki qala təmir edə ki, düşmənçilik vaxtında Əsgərandan, ta Şuşa qalasınadək iyirmi səkkiz verst olur. Və ətraf möhkəm meşə və qayalı dağlardır ki, böyük dərələr və səhralar vardır. İlat xalqı o dağlarda və dərələrdə sığınaq edib, Əsgəran qalalarında qoşun və tüfəngçi qoysalar, düşmən keçib qala üstə müşkül gələ bilər. Əgər gələ bilsələr də, çəpavül edib, mal-məvaşi qarət edib, apara bilməzlər. Ona əsasən İbrahim xan iki qala - biri məşriq tərəfindən və birisi məğrib tərəfindən əhəng və daş ilə bürc və barını möhkəm təmir elədi. Belə ki, Ağa Məhəmməd şah qala üstən köçüb Tiflisə gedən vaxtda o qalalardan keçib gedə bil-mədi. İyirmi gün müddəti Şuşa qalası ilə Əsgəran arasmda şahın qoşunu məəttəl qaldı. Nə qədər ki, böyük toplarını o qalaya atdı, bir zərər edə bilmədi. Orada çox adamlar qətlə yetişdi. Çox zərər və nöqsanlar oldu. Axırül-əmr, İbrahim xan əmr eylədi, qoşun oranı boşaldıb, Şuşa qalasına gəldilər. Ondan sonra şahın qoşunu oradan keçib gedib, Qarqar çaymın kənarında yavuq ordu elədilər. Yeddinci, Şuşa çayının Xəzinə qayasında, qayanın ortasında qırx-əlli sajin yer, eni və uzunu olan məqamda ki, oradan çaya yüz sajin və ondan yuxarı qayanın başına beş yüz sajin iltifa olub, otaqlar təmir etdirir ki, məhz qayanın arası ilə o otaqlara bir nazik yol gedir. O da piyada yoludur. Qalan yerləri tamam qayadır. Yol yoxdur. Qalanın içindən şul imarətlər olan yerə qayanın başından tüfəng atsalar, çətinlik ilə yetişir. Qayanın üstündən şul yerə daş və qaya salsalar, o imarətləri görməz, çaya gəlir. Yenə onun qənşərində Şuşa qalası tərəfində bir böyük mağara vardır ki, dərinliyi məlum olmaz. Onun ağzına yavuq Məlik Şahnəzər özünə otaqlar və evlər tikdirib ki, xanın o imarətləri ilə qabaq-qabağa ki, düşmənçilik vaxtı olanda o imarətlərdə olanlar bir-birinə himayət edib, düşməni qoymayalar və aralarından Şuşa çayı axıb gedir ki, çayı və suyu düşmən kəsə bilməz. Belə ki, 1826-cı məsihiyyə ilində naibüssəltənə Abbas Mirzə qoşun ilə Qarabağa, qala üstə gələn vaxtda Şuşa kəndinin xalqı o Məlik Şahnəzərin mağara ağzmda olan imarətlərində sığınaq etmişdilər. Qalaya gəlib-gedirdilər. Qoşunun və şəhər əhlinin taxılını aparıb, un edib, gətirirdilər. Çaydakı dəyirmanları onların səbəbinə Qızılbaş qoşunu ala bilmədi. Qalaya külli nəfi oldu. * * * Mərhum Mehdiqulu xanın əyyami-hökuməti MƏRHUM MEHDİQULU XANIN ƏYYAMİ-HÖKUMƏTİ General-mayor sahibi-həmail mərhum Mehdiqulu xan 17 il Qarabağda xanlıq və hökumət edibdir. Belə ki, çün mərhum İbrahim xan məqtul oldu mayor Lisaneviç pristavit etməyinə görə 1806-cı ilin sentyabr ayının 19-cu günü imperaturi-əzim Aleksandr Pavloviç peyrəvidən fərmanihümayun sadir olub, Qarabağın əhlinə yazıhb ki, Mehdiqulu xanın xanlıq və hökumət əmrinə mənsub etdim. Onun itaətində olasımz. Xan dəxi haman ildən hökuməti-Qarabağa mənsub olub, müddəti - 17 il və bir neçə ay ziyadə hökumət qılıb, ta ki, 1823-cü ildə ki, məğşuşluq olub, Arazın o tərəfınə Qızılbaşa qaçdı.Ondan vilayəti-Qarabağ dövləti-Rusiya ixtiyanna yetişdi. Zakon və zabitə qeyri səyaq olundu. Mehdiqulu xan çox səxavətli və güzəştli və kərim kimsənə idi ki, əyyami-hökumətində tamam Qarabağda olan nücəba və nüğəvalara və qeyrilərə kəndlər və rəiyyətlər verib və qürəbalara və üləmalara və fuqəralara ehsan və iltifat çox eyləyibdir. Dəxi əhvalat riyasəti-dəftərlərdə və dillərdə mənkur və məlumdur. Xofı-tətvil üçün ziyadə yazılmadı. Mehdiqulu xana imperator Nikolay peyrəvidən həmail nişanı və hörmət fərmanı 1838-ci ilin oktyabr ayının 30-cu günü verilib, yetişmişdi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mir-mehdi-xezani-kitabi-tarixi-qarabag İctimai mülkiyyət (müəllifin vəfat ili: 1894). Public domain (author died 1894). Original text only.