Qəzəllər Mir Mehdi Xəzani (1819–1894) Dedim mərqum edəm ol yarə kağız Dedim mərqum edəm ol yarə kağız, Mənə bəlkə qıla bir carə kağız. Səvadi-ceşmim ilə namə yazdım, Baxa ta ol gulruxsarə kağız. Yazıb bu kağızı, qıldım həsədlər Ki, məndən tez yetər didarə kağız. Dilərsən rəf ola bu intizarım, Yazıb tərsim qıl həmvarə kağız. Əcayib ncməti-biintəhadır, Gələ dildardan dildarə kağız. Nə muddətdir o dilbərdən yetişməz Xəzani, xəstəvu bimarə kağız. * * * Genə bicarə könül düşdü bir əyyar əlinə Genə bicarə konul duşdu bir əyyar əlinə, Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə. Zulfi xəttu qaşu goz dəstinə duşmuş könlüm, Necə bir fərdi-müsəlman duşə kuffar əlinə. Həsrəti-ləli-ləbi bağrımı purxun etmiş, Hic kim duşməyə, ya rəb, belə xunkar əlinə. Cumleyi-mətləbu məqsudu olurdu hasil Yar duşsəydi əgər aşiqi-didar əlinə. Bulbulun boylə ki, daim işi fəğan olmuş, Nalə etməz, duşə gər bir dəxi gulzar əlinə. Daima xubların ulfəti əğyar ilədir, Gul vusalı, budur adət ki, duşər xar əlinə. Gərci Məcnun dedi kim, Leylini bir dəxi gorə, Sariban dəxi buraxmaz, düşüb əfsar əlinə. Yapışar daməninə, bir dəxi əldən qoymaz, Gər duşə xəstə Xəzaninin o dildar əlinə. * * * Genə dildar səri-kuyi bu gun yadə düşüb Genə dildar səri-kuyi bu gun yadə düşüb, Dili-uftad olub uftadəvu uftadə düşüb. Gər alır canımı oldurmək ucun, eyb deyil, Qureyi-eşqdə can ol gozu səyyadə düşüb. Bağban, sərvlər ovsafını cox soyləmə kim, Sərvlər coxdu və lakin bu bir azadə düşüb. Murği-dil rəşki-gulustani-ruxunlə daim Şuru əfganə gəlib, naləvu fəryadə düşüb. Xahişi-royət ilə gər yanıram atəşə mən, Bu təmənnayə ki, mən duşdum, o Musa də düşüb. Ey Xəzani, rəhi-eşq icrə məni mən etmə Ki, bu sevdayə konul aləmi-baladə düşüb. * * * Övzai-dəhrü kari-cahanü dövrü-ruzigar Övzai-dəhrü kari-cahanü dövrü-ruzigar, Daim təğyir ilə təbdil qılıb şüar. Bundan qiyas eylə ki, gör gahi yay olur, Gahi xəzanü, gahi zimistanü, gahi bahar. Gah səfavü eyşü təravətdə gülü çəmən, Məcmu səbzü xürrəm olur bağu laləzar. Gah fəsürdəxatir üşşaq tək zəmin, Fəsli-xərif cümlə nəhifü fükarü qar. Güldən gedər o ətrü səfa gördüyün tamam, Biçarə əndəlib olur bağdan kənar. Gəh bir zəlili qaldırırbən dəhr edər əziz, Eylər cəhanə xosrovi-sultani-tafdar. Gəh bir əzizi sərvərü sultanü xan ikən, - Eylər bu ruzigari-cahanda zəlilü xar. Ari Xəzani dəhrdə bu rəsmdir qədim, Əlbəttə bu fənayə könül vermə zinhar. * * * Yetişdi cana konul, ey nigar, rəhm eylə Yetişdi cana konul, ey nigar, rəhm eylə, Qalıb yolunda gozum intizar, rəhm eylə! Fəğanu nalə-işim, əndəlibi-şeydayəm, Acılmadı mənə bir novbahar, rəhm eylə! Xumar gozlərinin cun məriziyəm, ey gul, Rəva deyil ki, qalam boylə zar, rəhm eylə! O qədər mohnəti-hicranını cəkib konlum Ki, qalmayıb dəxi səbru qərar, rəhm eylə! Cəmal həsrətiyəm, daima odur fikrim, Olubdu dərdu qəmim sədhezar, rəhm eylə! Nə dərdməndu nə bir munisu nə yarım var, Nə bir ənisu nə bir qəmkusar, rəhm eylə! Məlali-rəşgu vusalu hucumi-firqətdən Olubdu didələrim əşkbar, rəhm eylə! Xəzani xəstə dərində həmişə saildir Ki, yox əlində dəxi ixtiyar, rəhm eylə! * * * Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz, Səri-kuyidir onun rovzeyi-rizvana əvəz. Can əgər cıxsa olur ki, ola movcud əvəzi, Leyk movcud deyil dəhrdə canana əvəz. Cox pərişandı konul zulfi-pərişanın ucun, Bu pərişanlığı qoydum o pərişana əvəz. İstəməm mushəfi-ruxsarına qarşı ayət, Tutaram ol xəti-ruxsarını Qurana əvəz. Dilu dildarımı gər dust tutam mən etmin, Yoxdur aləmdə, nedim, bu evi virana əvəz. Bu Xəzani qəmi-hicran ilə yanmış, ya rəb, Tut bu yanmağı sən ol atəşi-neyrana əvəz. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mir-mehdi-xezani-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1894). Public domain (author died 1894). Original text only.