Qoşmalar Mirzə Baxış Nadim (1785–1880) Düşdüm Neyləmişdim, yarəb, həqq dərgəhində, Xəstə olub müdam, cahanə düşdüm. Yazıldı naməmiz ölkəbəölkə, Yetişdi dillərə, dastanə düşdüm. Can qurban eylərəm görsəm dustimə, Durubdurlar o zalımlar qəsdimə, Yengi gəlmiş idi təbib üstümə, Qədəm basdı geri, dərmanə düşdüm. Canü başım olsun yolunda fəda, Cavan ömrüm əcəb yanıbdur oda, Neyləmişdim məgər, ey Tari, xuda, Giriftar oluban, zindanə düşdüm. Xəstə Baxış, sözün demə bihesab, Oxudum Quranda ayətül-kitab, Təşnəlikdən oldu cigərim kabab, Axtarıban dəşti-bəyanə düşdüm. * * * Mənimçün Kimsənəm yox mənə yazsın bir namə, Qürbət içrə bu diyarə mənimçün. Məlum olsun sizə əhli-məhübban, Dua qılım sahibkarə mənimçün-. Malü əmlakımı etdilər təraş, Tökər mərdümlərim müdanı qanlı yaş, Əlac edin mənə, ey qövmü qardaş, Bir yerdən olmadı çarə mənimçün. Yetmədin dadıma, ədalət şahım, Səndən qeyri bir kəs yoxdur pənahım, Dağıldı üstümdən tamam sipahım, Dağlar göy geyibdir, qara mənimçün. Əcəb pozdu fələk xanımanımı, Din yolunda qıldım fəda canımı, Yığılıb düşmənlər alıb yanımı, Yerbəyerdən çəkir nərə mənimçim. Getdi tamam havadarım qırıldi, Ağlayıb dostlarım, düşmənim güldi, Qəm çəkib ləşkərin, üstümə gəldi, Cəfa çəkdi ol biçarə mənimçün. Car dedigin o aradə bir mahal, Əskik olmaz ondan müdam qiylü qal, Fələk əlif qəddim etdi misli-dal, Namə yazın havadarə mənimçün. Miskin Baxış, dərdim eylərəm izhar, Sanki könülümdən heç getməz qübar, Pənah gətirdim sənə, pərvərdigar, Yazılıbdır bəxtim qarə, mənimçün. * * * Mənimçün Ay ağalar, sizə tərif eyləyim, Nə iş tutub üzü qarə Murad xan. Tamam kəsib biçininin haqqını, Heç verməyib sikkə, parə Murad xan. Şəltük bəlimindən tikibdir tayə, Eşşək kimi yüyürürdü kəpəyə. Münasibdir bir tay qulaq köpəyə, Qanuq olub canavara Murad xan. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mirze-baxis-nadim-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1880). Public domain (author died 1880). Original text only.