Şeirlər Mirzə Əbülhəsən Şəhid (1829–?) Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər, Əfğan ki, keçdi həsrət ilə ruzigarlər. Dərda ki, yarsız qəmi-hicr aldı canımı, Qaldı könüldə məhşərə çox intizarlər. Sövdayi-zülfü xəttini başdan çıxarmazam, Gər başım içrə məskən edə mur, marlər. Künci-qəfəsdə bülbüli-miskin edər fəğan, Tutmuş məqam səhni-gülüstanda xarlər. Əfsus, gül eşitmədi bülbül nəvalərin, Yetdi xəzan gülşənə, keçdi baharlər. Ömrüm əziz saxla, Şəhid, olsa gər nəsib, Əyyami-vəsl lazım olur çox nisarlər. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mirze-ebulhesen-sehid-seirler İctimai mülkiyyət. Public domain. Original text only.