Şeirlər Mirzə Əli Ləli (1845–1907) Bir deyən Bir deyən yoxdur, ey xudavənda, Bu bədən qurquşundu, ya misdi? Kürəxanə deyil bizim mənzil, Nəyə lazımdı bu qədər isti? Bizim ev Məkkə, mən ərəb deyiləm, Ərəbistan deyil bu, Tiflisdi. Bu hava xətti-istivadə gərək, Sakinani-şimalə çox pisdi. Bunu göndər ki, özgə bəndələrin Cümləsi acü urü müflisdi. Cücülər doldurub kitab arasın, Biri molla, biri müdərrisdi. Birəvü mığmığavü kor milçək Cəm olub, bir qəribə məclisdi. Şəhəri qızdırıb, çölü soyudub, Bilmirəm bu necə mühəndisdi?! * * * Görüm Bu yağışa dayanırmı dəmir, daş, görüm, Qalaydı xeyrin, ilahi, qapında kaş görüm! Yağış gərək çölə yağsın, nə şəhr, bazarə, Nə xeyri var sənə üstü başımı yaş görüm? Bir aydı üst-başım zığdı, başmağım palçıq, Özün mələklər ilə bircə gün sulaş görüm. Nə vaxt yağıbdı yağış, küçələrdə it boğulub, Nə vaxt yağıbdı dolu, sındırıbdı baş görüm. Bahalıq ildə acından ölənləri gördün, Tapa bilir oların qırxı bir lavaş görüm? * * * İstidən şikayət De göriim bir menə, xüdavenda, Bu bədən qurğuşundumu, ya misdi? Kürəxana deyil bizim mənzil Neyə lazımdı bu qədər isti? Bizim ev Məkkə, men ərəb deyiləm, Ərebistan deyil bu, Tiflisdi. Şəhrə od yağdınr, çölü soyudur Bilmirəm bu nece mühəndisdi? İstini qışda ver ki, bendelerin Çoxu üryani ürü muflisdi. Birəvü mığmığavt kor milçək Cem olub, bir qeribe məclisdi. Nə səbebdən bize müsellet olub Ne ki dünyadə rətbü yabisdi? Cücüler doldurub kitab arasın Biri molla, biri müdərrisdi. Sokakda lehlər istidən itlər Yixılıblar yol üste, bihissdi. Gecələr peşşehak zəmzəməsi Məclisdə baniyi müəssisdi. Bu hava-xətti istifade gərək Sakinani-Şimala çox pisdi. Ne cehətden görüm, bu muzilər Gecə-gündüz bizimlə munisdi? * * * Kitabxana.az · https://kitabxana.az/collections/mirze-eli-leli-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1907). Public domain (author died 1907). Original text only.