Şeirlər Mirzə Hüseyn bəy Salar (1824–1876) Mari-siyahi-zülfün edər xanə könlümü, Qıldı məhəlli-gənc bu viranə könlümü. Tiri-bəlayə etdi hədəf aqibət məni, Ya rəb, görüm ki, seydvəş oxlanə könlümü. Qəmzən çəkib xədəng, qaşın tir ilə kəman, Qanlı kimi çəkər hərə bir yanə könlümü. Qoyma ki, şanə dil uzada tari-zülfünə, Allah üçün batırmagilən qanə könlümü. Xalın həvası ilə könül qondu zülfünə, Axır əsiri-dam elədi danə könlümü. Hər sübhlər bu xəstə dili xəstə eyləyir Gahi nəsimi-sübh, gəhi şanə könlümü. Salarını qoyub qəmi-hicranda mübtəla, Rəhm eyləməz, edər yenə viranə könlümü. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mirze-huseyn-bey-salar-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1876). Public domain (author died 1876). Original text only.