Qəsidələr Mirzə İsa Xəyali (1850–1917) Uzaq Sahiba, bir nəfərəm dövlətü izzətdən uzaq, Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq. Baxa hər kimsə mənim surətimə nifrət edər, Eylə ki, oldu müsahib, olu nifrətdən uzaq. Bir əcəb gövhərəm əslində, vəli səd əfsus, Düşmüşəm qədrdən avarəvü qiymətdən uzaq. Madəri-ınehrü vəfadan doğulan bir bəşərəm, Verməyib dayə mənə şir sədaqətdən uzaq. Şüğlsiz, kəsbsizəm, leyk nə kəsdən təməhim, Əhli-iranəmü amma nə sədaqətdən uzaq. Əhli-təqrirəmü amma həmə övqat xəmuş, Əhli-kağız-qələməm, leyk kitabətdən uzaq. Kamiləm hər hünəri fənndə, hər məşğələdə, Pərvəriş tapmamışam kəsbi-ticarətdən uzaq. Sürtülüb qurd yağı mənlən təməh ortalığına, Şirəm, amma boğazım rişteyi-niyyətdən uzaq. Gər əlim boşdu, gozüm toxdu, kürur olsa kürur, Yaradıb könlümü xəllaq özü xissətdən uzaq. Batinən şəri-rəsuli-nəbövi rəsmimdir, Döyüləm rəsmdə yetmiş iki millətdən uzaq. Deyiləm bəhrəsiz, hər elmdə bir hissəm var, Həq məni eyləməyib hər cürə nemətdən uzaq. Müflisəm müflis ilə, şeyxiyəmü şeyxi ilə, Sufiyu cəbriyəm, amma nə həqiqətdən uzaq. Babiyəm babi ilə, şeyxiyəmü şeyxi ilə, Sazgarəm nə məzaq olsa, nəhayətdən uzaq. Gərçi dərvişəmü hər məzhəbü millətlə rəfiq, Deyiləm leyk həqiqətdə şəriətdən uzaq. Gər adım müttəhim olsa, ürəyim ayinədir, Şərəri-atəşəm, amma ki, hərarətdən uzaq. Bircə eybim budu: bipuləmu biməşğələyəm, Yoxsa tarı bili, bir nəfsəm hər illətdən uzaq. Zahidəm, leyk başdan-başa məmlüvv yara, Abidəm məscidü mehrabü ibadətdən uzaq. Xoş deyib, xoş dolanıb, xoş gəzənəm, səd əfsus, Fələki-süflə salıbdır məni vüsətdən uzaq. Hər zaman gər mənə bir guşədə nan qismət olub, Anı sərf etməmişəm əhli-məhəbbətdən uzaq. Zahirən yetmiş iki millətilən seyrim var, Dəsti-ümmid deyili şahi-vilayətdən uzaq. Bu hamı vəsf ilə, gör, hikməti-xəllaqi yenə, Bir zamanı deyiləm rəncü məşəqqətdən uzaq. Rizq təhsili üçün bir neçə müddətdi məni, Gərdişi-çərx salıb şəhrü vilayətdən uzaq. Şəhrdən, əhldən avarə düşüb, hey gəzirəm, Salmışam öz-özümü zillətə, rahətdən uzaq. Bir ovuc buğdanı təhsil eləməkdən şəbü ruz Düşmüşəm həzrəti-Adəm kimi cənnətdən uzaq. Gəlmişəm bir yerə kim, rəsm deyil əl tutmaq, Əhli-İrana görə xasə himayətdən uzaq. Kimsə yandım deyənə bircə qaşıq verməz su, Hamı piçidədir öz dərdinə, qayətdən uzaq. Mümkünüm yoxdu ki, bir çarə qılım başıma mən, Çəkərəm başımı yetmiş iki millətdən uzaq. Çıxdı canım hisü dud içrə zavodlarda, haray! Xizri-vəqt ol, məni sən eylə bu zülmətdən uzaq. Düşdüm əldən, əlimi tut, əlimi tutsun Əli, Məni tezliklə özün eylə bu heyrətdən uzaq. Xəlqə yoxdu gözüm, sən mənə bir fikr eylə Ki, sənin təbini derlər bu cəmaətdən uzaq. Mümkün olsa mənəyol göstərib, ol Xizri-dəlil, Bəlkə bir yana çıxam vadiyi-heyrətdən uzaq. Deyiləm əhli-təvəqqə, varam əhli-kəsəbə, Düşmüşəm məşğələvü kəsbi-ticarətdən uzaq. Mənə xəllaq özü bir təbi-ğəni qılmış əta, Heyf, səd heyf ki, salmış belə miknətdən uzaq, Mən də gər olsa idim əhli-cahan kimi xəsis, Əliboş düşməz idim çöllərə, dövlətdən uzaq. Yenə həqdən dilərəm vüsəti, ta sərf qılıb. Qoymaram təb ola öz qıldığı adətdən uzaq. Barilaha, ver özün öz xoşlüğünü İsayə, Bir dəqiqə, gör, olur eyşilə işrətdən uzaq. Bir tikə nanü pəniri mənə ver, ey gərdün, Gör, anı sərf edirəm əhli-məhəbbətdən uzaq? Müxtəsər, vasitə ol kəsbə mənimlən, şayəd Dövlətindən tez olam zəhməti-qürbətdən uzaq. Qabiliyyət nə qədər məndə müşəxxəs görsən, O qədər salmagilən çeşmi-məhəbbətdən uzaq. Bəli, insan gərək əvvəl çəkə zəhmət, görə nəf! O da bu əsrdə münıkün döyü minnətdən uzaq. Kəsbilə zəhmət özü lazımü məlzum düşüb, Necə ki, aşiq olan olmadı töhmətdən uzaq. Səyü kuşeş gərək etmək nə qədər var ömrün, Rizq təhsilini yazmıbia məşəqqetdən uzaq. Qəbr evinə kimi lazımdı təlaş insanə, Ələ bir loxma çörək düşmürü zəhmətdən uzaq. Səy məndənü, kərəm səndənü ruzi həqdən, Şükr dildən, yemək olmaz dəxi qismətdən uzaq. Dəstü pavü hərəkət olmaq ilən kim oturar? Bu ki, qeyrətdən iraqdır, bu ki, qeyrətdən uzaq. Mətləbin xətmi, işin axırı, söz müxtəsəri: Qıl Xəyalini xəyaləti-kəsalətdən uzaq. * * * Sahiba, gərçi varam zahirən həzrətdən uzaq Sahiba, gərçi varam zahirən həzrətdən uzaq, Deyiləm batinən ixlasi-iradətdən uzaq. Fələyin gərdişi hər dəm məni bir hala salır, Qoymayır bir dəm olam rəncü məşəqqətdən uzaq. Çox gəzib, çox dolanıb, çox qazanıb, az yemişəm, Qismətim yoxdu, yemək olmuru qismətdən uzaq. Bəxti-bəddən il ötüb, ay dolanıb, ömr keçir, Taleyi-bəd məni qılmadı kəsalətdən uzaq. Düşmüşəm xaliqi-aləm nəzərindən qətən Ki, döyül mən kimi bir kimsənə zəhmətdən uzaq. Ey xoş ol gün ki, bizim həm var idi vüsətimiz, İşimiz yetmədi məxluqa himayətdən uzaq. Yaxşılıqda hərəkət çox elədim, çərx əvəzin Hərəkət eylədi əltafü mürüvvətdən uzaq. Bir tikə nanü pənirə görə btı gərdişi-çərx Şəhrdən həm qılıb avarə vilayətdən uzaq. Müttəhim, şəhrdə çün bəllidi, bihörmət olur, Qız ki, oldu ata mülkündə bəkarətdən uzaq. Zahiri-surətim ər xəlqə xoşayənd deyil, Ülfətim qılsa olur etdiyi fikrətdən uzaq. Nə cahan əhli kimi hirsü təməh çoxlu varam, Deyiləm bir nəfəs insafü mürüvvətdən uzaq. Ülfətimdən sədəmə bir kəsə yetmibdi mənim, Şöleyi-atəşəm, amma ki, hərarətdən uzaq. Nola bir növ güman xəlq edə dərhəqqimdə, Bəndeyi-xaliq olan olmadı töhmətdən uzaq. Ey fələk, sahibi-müyon məni eylə, gör olur Bir dəqlqə ürəyim bəzli-səxavətdən uzaq! Xəlq tək gər mənə həm vüsəl ola, namərdəm Gər olam bircə zaman eyşilə işrətdən uzaq. Neyləyim, çərx məni yandırı fərq atəşinə, Şüğldən şüğlə salır, rəhmü mürüvvətdən uzaq. Gah sərraf qılıb verdi mənə milyanı, Xəlq arasında nəfəs çəkmədim izzətdən uzaq. Ərdəbil içrə bizi eylədi şəxsi-əvvəl, İşimiz keçmədi məxluqə himayətdən uzaq. Gəh qılıb kündəvü zəncir ilə Talışda əsir, Salıb eldən məni avərə, vilayətdən uzaq. Gahi baqqal qoyub adımı, gahi əttar, Bir zaman istəmədi kəsb ticarətdən uzaq. Gəh zavodlar arasında hisü düdə biləşib, Nəcisaludə gəzib, qüslü təharətdən uzaq. Gəh piristində neçə pirkeşik içrə oturub, Rasparajet verib, olmadım hökmətdən uzaq. Gah Bakuda təzə yer verib, etdi sakin, Olmadıq şamü səhər hörmətü izzətdən uzaq. Gəh neçə tifli-səğirə məni yoldaş qılıb Hamı nadan, hamı bifəhmü fərasətdən uzaq. Aqibət bir neçə əşxasə məni qıldı düçar, Ki, hamı vəsfləri həddi-nahayətdən uzaq. Seyyid Əhməd ağa bir şəxsdi bimislü nəzir, Heyf dövran məni saldı elə həzrətdən uzaq. Məşdi Həmidin Allah evin etsin məmur, Bizi qoymadı olaq nazilə nemətdən uzaq. Yer verib, pul verib, hörmət edib, qoymadı heç, Özümü nemət ilə, cismimi xilqətdən uzaq. İstərəm ömrumü tezliklə tamam edə xaliq, Bu təriq ilə olam bəlkə xəcalətdən uzaq. Hacı Əbdülqasıma siz deyin həmsöhbət ola, Hər kəs istər ola dərdü qəmü möhnətdən uzaq. Ağa Məmmədsəlimin təbinə maşaallah, Nə ticarətdən uzaqdır, nə şəriətdən uzaq. On manat mən deməmiş verdi, xəyalında dedi: On manat səhldir olmaq bəlkə nikbətdən uzaq. Yüz ilin taciri diqqətlə baxa, görməz onu, Çörtgəvü dəftərü adabi-ticarətdən uzaq. Kərbəlayi Atakişi özü göyçək, sözü düz, Döyül əsla sözü adabi-ticarətdən uzaq. Allah-Allah, nə əcəb yer, necə himmətləri var!!! Barilaha, oları eyləmə izzətdən uzaq. Kişilik şərti bu, mərdanəlik adabı budur, Eyləsin onları Allah özü afətdən uzaq. O qədər kim, mənə hörmət olunub, vallahi, Yenə mən olmaram ölsəm də xəcalətdən uzaq. Xiclətimdən götürüb başımı qaçdım axir, Yoxsa kim öz-özünü istəri rahətdən uzaq? Nə üzüm var olar sarı baxam, bir də gözüm, Xiclətim bəs ki, varanı bihədü qayətdən uzaq. Arzudan savayı indi nə iş var, nə gücüm, Qoymayıblar məni hər vəqtdə həsrətdən uzaq. Ey Xəyali, mənü xaki-dəri-ərbabi-hüquq, Məni həm eyləsə dövran bu kəsalətdən uzaq. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mirze-isa-xeyali-qesideler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1917). Public domain (author died 1917). Original text only.