Şeirlər Mirzə Sadıq Piran (1822–1893) Edər hər qəmzədən məqtul yüz canı qara gözlər, Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər. İki kafərdi, ya kim, hər biri bir tiğ-i xunəfşan, Çəkib qətl eyləyirlər bir müsəlmanı qara gözlər. Sanasan məst hindudur, girib yaya kaman eylər, Ata üşşaqə bir-bir tir-i müjkani qara gözlər. Edən dəm əqd-i can ol iki Türk-i şux-i sərməsti, Biri xəncər çəkər, ol biri pünhani qara gözlər. Sənin eşqində, ey şux, eyiəyir vird-i zəban Sadiq, Olum ol qəmzə-yi xunriz, qurbanı, qara gözlər. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mirze-sadiq-piran-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1893). Public domain (author died 1893). Original text only.