Əsərlər Mirzə Xürrəm (?–1825) Naz et, dedim gözələ, işvələr azdır, Baş açmadım oynundan onun, bu nə nazdır? Necə baş çəkim dilbərin ayağından, Ki, aciz göyərçinin yeri caynaği-bazdır. Cah-cəlallı Sultan Mahmud neyləsin ki, Aləmi eşq içrə çakəri-Ayazdır, Xürrəm yazıb aləmə car çəkdi ki, Mən itirdim, ağlaram, o tapdı, kefi sazdır. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mirze-xurrem-eserler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1825). Public domain (author died 1825). Original text only.