Divanilər Miskin Abdal (1430–1535) Bilmərəm Ey dost, sənin bağın cənnət, narın üzə bilmərəm, Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm. Qırxlar piri özü süzüb ayağına atəşi, Alışıram Səməndərtək, narın üzə bilmərəm. Dərviş gərək bu meydanda qurban olsun baş-başa, Mürşüdündən üzü dönməz, dünya gəlsə baş-başa, Ayıq olan uzaq olsun, yetsin gərək baş-başa, Fələk nə vaxt sökər üzüm, narın üzə bilmərəm. Miskin Abdal, eşq əhlisən, ömrün vermə badə hey, Özün haqsan, haqq əlindən götür nuş et badə hey. Məhşər günü tab etməzsən. salxum-salxum badə hey, Nə tutmusan özün dərviş, narın üzə bilmərəm. * * * Qoymaram Şeşpərlərə əgər nişan olsa yaxan, qoymaram, Cəng olarsa bu meydanda könül yıxan qoymaram. Yaxşılıqda payım vardır, qismətimdi halallıq, Bica yerə sitəmlərə qəlbi yaxan qoymaram. Pak olmasa ulu Tanrı verər ağır cəzanı, Qır qazanda qaynadar düz yolundan azanı, Sitəmlərə düçar edər mərdə quyu qazanı, Mərdimazar deyiləni səmtə yaxın qoymaram. Miskin Abdal göstərməyib heç zaman sərt üzünü, Dərviş olub əridərəm ürəklərin buzunu, Yol gedərəm diyar-diyar neçə illər uzunu, Düz ərkanı əyri gedə ya bəy, ya xan qoymaram. * * * Məni Çərxi-fələk yarıtmadı Dövlətdən, vardan məni; Min bir dərdi-əzab verib, Ayırdı yardan məni; Səkrəqibin fitnə-feli, Çəkdi məni çarxına, Yazıq Həzrət İsa kimi, Asdı divardan məni. Türk əcəmə, əcəm türkə Zülm eyləsə, günahdı; Hər ikisi bir kökdəndi, Yaradan da Allahdı; Öz elinə düşmən kəsin Axır günü kütahdı; Qadir mövlam, uzaq eylə Bayquşdan, sardan məni. “Qırxlar piri” özü verib Dərsimi ümman mənim; Çətin girə ürəyimə, Ləini-şeytan mənim; Seyyid Miskin Abdal mənəm, Söz mənim, meydan mənim, Qoruyanım, özün qoru, Xain dostlardan məni. * * * Narın üzə bilmərəm Ey dost, sənin bağın cənnət, narın üzə bilmərəm, Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm. “Qırxlar piri” özü düzüb ayağıma atəşi, Alışaram Səməndər tək, narın üzə bilmərəm. Dərviş gərək bu meydanda qurban olsun baş-başa Mürşüdümnən üzüm dönməz, dünya gəlsə baş-başa, Ayaq olan uzaq olsun, yetsin gərək baş-başa, Fələk nə vaxt sökər üzüm, narın üzə bilmərəm. * * * Olmusan Yazıq könül, nə sızlarsan, bülbülə tay olmusan, Haçan yardan yarımısan, sevilib bay olmusan? Sən dərvişsən haqq yolunda haqqı istə, haqqı sev, Nə olsun ki, bel bükülüb, kamana tay olmusan. Yar olsam da incimə gəl, Ulu tanrı bağışlar, Dərgahında apaydındı bu cizgilər, naxışlar, Qoy didəndən sel-sel axsın yenə leysan yağışlar, Axır məhşər görəsən ki, köpüklü çay olmusan. Çay olmağın paklığındı, durma yuyun paka çıx, Doğru-düzə yol açıqdı, nə qar-boran, nə palçıq, Miskin Abdal, dolansan da ayaqyalın-baş açıq, Zər qədrini zərgər bilər, zaylara say olmusan. * * * Vermədim Xoş bəyanlıq virdim oldu, böhtana yol vermədim, Şirin süxən əndəlibəm, hədyana yol vermədim, Nifrin edib, lənət dedim xainə, iblislərə, Qəlbimi ayna saxladım, şeytana yol vermədim. Bir bəşəri incitmədim, kəndimi şah saymadım, Dostun sirrini söyləyib, dildən-dilə yaymadım, Ömür qısa, dünya əzəl, az yaşadım, doymadım, Dür mətaha meydan açdım, tək cana yol vermədim. Aşıq olub dərs alanlar söz desin sözüm kimi, Miskin Abdal, məğrur istə hamını özün kimi, Arifi, mətləb qananı, bilirəm gözüm kimi, Sinəm üstən mərd yeridi, nadana yol vermədim. * * * Ya Əli Bey bismillah əzbərimdi, hey xudadan, ya Əli Ən ibtida gəldi səda ərş-əladan, ya Əli. Babi sər-sər, lohu qələm oldu dünya olmamış, Bir Cəbrayıl qalxdı göyə tək dəryadan, ya Əli. Səlli-aləm, mahi-aşkar, zülsətdən var pərdəsi, Sey-Sirrdən səda gəldi, Cəbrayıl çəkdi bəhsi, Həqiqəti düz bilmədi, tərsə döndü kəlməsi, Alışıb yandı şahpəri, oldun fərman, ya Əli. Yandı sahpər, endi suya, nəhər gəldi yadma, Xaki-kəlam verdi salam, yetişdi muradma, Haqq-taala özü dedi irəhmət ustadma, Hər tərəfdən səda gəldi “Əhsən! Əhsən!”, ya Əli. Hər kəlmədə tərif edir, Quranda ayət səni, Cəmi aləm övliyadır, yazır əsli zat səni, Həbib özü tərif edir külli vilayət səni, Zahirdə təvəllüdsən, Sirri-Sübhan, ya Əli. Göyçəlidi Miskin Abdal, yoxdu heç bir günahım, Hər kəlmədə, hər ayədə sən ol mənim pənahım, Puli-sirat, haqq divandı, ol xudadan köməyim, Vəli sənsən, vəkil sənsən, şiri yəzdan, ya Əli. * * * Yol vermədim Xoşbəyanlıq virdim oldu, böhtana yol vermədim, Şirin süxən əndəlibəm, hədyana yol vermədim. Nifrin edib, lənət dedim xainə, iblislərə, Qəlbimi ayna saxladım, nadana yol vermədim. Bir bəşəri incitmədim, özümü şah saymadım, Dostum sirrini söyləyib, dildən-dilə yaymadım, Ömür qısa, dünya əzəl, çox yaşadım, doymadım, Dür mətaha meydan açdım, tək cana yol vermədim. Aşıq olub dərs alanlar söz desin sözüm kimi, Miskin Abdal, məğrur istə hammı özün kimi, Arifi, mətləb qananı bilirəm gözüm kimi, Sinəm üstən mərd yeridi, şeytana yol vermədim. * * * Zay olmusan Yazıq könlüm, nə sızlarsan, bülbülə tay olmusan, Haçan yardan yarımısan, sevilib bay olmusan. Sər dərvişsən haqq yolunda, haqqı istə, haqqı sev, Nə olsun ki, bel bükülüb kamana tay olmusan. Yar olsan da incimə, gəl, ulu Tanrı bağışlar, Dərgahmda apaydmdı bu cizgilər, naxışlar, Qoy didəndən sel-sel olub axsm qara yağışlar, Axır məhşər görərsən ki, köpüklü çay olmusan. Çay olmağm paklığında, durma, yuyun, paka çıx, Doğru-düzə yol açıqdı, nə qar-boran, nə palçıq, Miskin Abdal, dolansan da ayaqyalm, başaçıq, Zər qədrini zərgər bilər, zaylara tay olmusan. * * * Kitabxana.az · https://kitabxana.az/collections/miskin-abdal-divaniler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1535). Public domain (author died 1535). Original text only.