Şeirlər Mirzə Əli Möcüz (1873–1934) Arzu Xudaya, bəhəqqi birincü kərə, Mənə tez bərat eylə beş-on lirə! Xudaya, əgər yoxdu nəğdən pulun, Bari açgilən milləta Rus yolun, Və ya rəhm sal qəlbinə konsulun Ki, bəlkə verə millətə təzkirə. Aman, ingilisin işindən aman, Yeridir su altından hər gün saman, Onun öhdəsindən gələmməz cahan, Xuda, ingilisi özün vur yerə! Nə məzhəb daşır, nə mürüvvət, nə din, Bığın kəsdirib, qırxdırıb səqqəlin, Lazan məclisində o Şimri-ləin Oturmuş ki, xəlqin belin sındıra. Gəhi bihəya qəsdi-İran edir, Yığır Dari-Şurani viran edir, Vüsuqi, Qəvami yenə xan edir, Olur düşməni-can maliklərə. Deyil bu, dadaş, qeyğanağü tərək, Deyərlər buna "İngilisi kələk". İşarət edəndə o kafər, gərək, Müsəlman o saat girə səngərə! * * * Axtarır Dilbəra! Bu rind genə bir yağlı qurban axtarır, Bu qələtdir kim, deyərlər, əhli-iman axtarır. Vaizə ərz eyləyim bihudə zəhmət çəkməsin, Çoxdu meydani-səxavət, gər müsəlman axtarır. Bu pərişan qız mühübbü şahi-mərdandır, əmu, İrzü namusu eşikdə, bir tikə nan axtarır. Bilmirəm sirri nədir Parisə getmir bu məriz, Dərdinə gəh Xamnədə, gəh Sisdə dərman axtarır. Binəvanın gözlərin mili-təəssüb kur edib Mətləül-şəms cəhldə abi-heyvan axtarır. Aləmi pürnur edib nuri-qəmər, yəlləl-əcəb, Nuri şəm ilə bu nadan mahi-taban axtarır. Qoy yerə səccadəni, al başuvi, bir yana qaç, Kafər əldə qanlı xəncər əhli-Quran axtarır. Pirəzənlər karidir təsbih ilə cəng eyləmək, Al ələ dəhtiri, düşmən mərdi-meydan axtarır. "Lovhəşəllah", "maşəallah", "afərin", "səd afərin!"- Şiənin qarnın doyurmur; musyo Vartan axtarır. Mülhüdün dəhr ilə yoxdur kari ki, qanın tökə, Xalisən-muxlis mühübbü şahi-mərdan axtarır. * * * Ağalar O xaliq ki, girdə edib mazını, Alınımaza yazıb qara yazını, Aşiq genə aldı ələ sazını. Qulaq verin bu dastana, ağalar! Beş yaşında bizim xanım üşüdü, İlik dondu, üstüxanım üşüdü. Gəlin gedək, genə canım üşüdü, Soyuq gəldi çün İrana, ağalar! Bir pinc qoyduq yerə kürsü otaqda, Bainhəmə sular dondu çanaqda, Göy təbərzə buz bağladı məlaqda, Ahım çıxdı asimana, ağalar! Dünən gecə Nuhi gördüm röyada, Dedim ki: Çox yaşadın sən dünyada, Belə soyuq heç görmüsən dünyada? Dedi: Xeyir!-yana-yana, ağalar! Fərşi, qabı satdıq verdik kömürə, Allah, yazma bu günləri ömürə! Bu il soyuq təsir etdi dəmirə, Təsir etməz məgər cana, ağalar? Yaş-yaş kəsib ağacları kətdilər, Səhər tezdən Şəbüstərə gətdilər. Yaş odunu amma necə satdılar- Batmanını bir qrana, ağalar! Yaş odunlar çün ocağa düzüldü, Bir ah çəkib, göz yaşları süzüldü. Tükəzlərin xumar gözü büzüldü, Tüstü qalxdı çün tavana, ağalar. Küçədə buz gümüş kimi parıldar, Füqəralər soyuq evdə zarıldar, Beşaçılan tüfəng kimi xarıldar, Ayaq qoysan nərdivana, ağalar. Yuvasında dondu fərə soyuqdan, Pişik gəldi ahuzarə soyuqdan, Qulaq yarə, burun yarə soyuqdan, Çarə nədir bu borana, ağalar? Mən deyirəm qapı, baca sökülə, Həm ocağa, həm də pincə tökülə. Bu qış dərdi o dərd deyil çəkilə, Çörək bağlun dəstərxana, ağalar! Yerləşdirin qəddərəni qurşağa, Xudahafiz!-deyin arvad-uşağa, Yuxarıdan isti olar aşağa, Durun gedək Vayiqana, aralar! Nəzr elərəm bir şam imamzadəyə, Oxuyaram Quran Həsən dədəyə, Aş paylaram hər həftə bir badiyə, Soyuq getsə Şamqazana, ağalar! Möcüz deyər: Duamın var əsəri, Hov təpərəm, qalmaz qışın əsəri, Hər kim verə mənə bayram xəbsəh Bir cüt busə aşiqanə, ağalar! * * * Axtarma Duanəvisdə kəşfü kəramət axtarma, Buyur həmamə və lakin nəzafət axtarma! Onun ki, oxdu həlalü həramdən baki, O hiyləgərdi, sən onda dəyanət axtarma. İtin sədaqəti var, qoy yanında gövduşi, Pişik yalançıdı, onda sədaqət axtarma. Biri deyə: Oxuma, yazma, getmə mədrəsəyə; Onun sözündə-bezində ləyaqət axtarma. Edib xərab tütün tüstüsü onun beynin, Çubuq çəkən qafalarda fərasət axtarma. Kağızuvi yaz özün, sirrüvi demə xəlqə, Oxu səbahü məsa, xabi-rahət axtarma, Qızıl itər, aparar oğru-əyri, sən ey qız. Suvay elmü kəmal, ayrı ziynət axtarma, Araş fəqiri, soruş binəvalərin halın, Madam tuman, zəri yəl, tirmə çərqət axtarma! Ərin məzacini tap, qaynananla rəftar et, Qapı-qapı dolanıb, falçı övrət axtarma. Ayın onu, on üçü birdi, gör bu gün işüvi, Sabahə qoyma işün, "yaxşı saət" axtarma. Anam deyər: Qərə başmaq günahdır. Ey Möcüz, Hələ bu taifədə elmə rəğbət axtarma. * * * Allah Bir az istər ayıla milləti-İran, allah! Dəsti yorğanı çəkər başına mollan, allah! Yatdı nadan, qoyub səcdəyə başini axund Dedi: Ey cismimə can, dərdimə dərman, allah! Yaradıbsan mənə, yarəb, nə həməl heyvanlar- Minməsi, sürməsi, yük çatması asan, allah. Əql verrəm,-deyə vəd etdi bu biəqlə xuda, Bilmirəm noldu sora, oldu peşiman allah? Deyisən: Etmə nəzər arizi-xubanə tərəf, Niyə bəs xəlq olunub bir belə canan, allah?! Yaradıbsan ələfi ta edə xurak heyvan, Xəlq edibsən gülü həm iyliyə insan, allah. Gülşəni-hüsni edib xari-şəriət qarət, Gör nə pis halə qalıb sibi-zənəxdan, allah! Şeyxəna, tazə əlifba ilə çox eyləmə cəng, Düşməni-din odu, bax, orda, nə sübhan allah! Gör necə həmlə edir iğ-bığı biçarəyə bu, Cəng edir şəst ilə guya, bu komandan, allah! Kaş sən də, üşüyəydin, belə məxluq kimi, Ta biləydin nə çəkir qış günü üryan, allah! Demirəm bu lütə bir dəst libas eylə əta, İki arşın şilə ver, eyliyə tuman, allah! Vermisən bir aca otuz iki diş-misli-sədəf: Olmasa dən, nəyə lazımdı dəyirman, allah?! Görsənir daireyi-isməti bu acizənin, Gülməyim mən necə, ey xaliqi-mənnan, allah! Fərci-Həvvayə baxıb, güldü tamam hurilər, Çün soyundurdu onu xazini-rizvan, allah. Baği-rizvandan ötürdün eşiyə tumançaq, Kaş Adəm yeməyəydi iki buğdan, allah! Nə günah sahibidi bu iki yaşında uşaq, Qarnı ac, paltarı yox, ay sənə qurban, allah! Börkü yox, başmağı yox, peykəri üryan, bikəs Dolanır kuçəvü bazarı pərişan, allah! Səni raziq bilib əkdi bunu biçarə kişi, Bilmədi axır acından verəcək can, allah! Ey verən bir səlavətə iki min qəsri-tila, Evin abad ola, ey sahibi-ehsan, allah! O imarətləri sat, tök füqəranin cibinə, Ver o puldan mənə də bir-iki tümən, allah. İki buğdan yeyib Adəm neçə min il əvvəl, Hələ də eyliri rüsvay onu Quran allah. İstəyirdi biri məsciddə xudadən yorğan, Gördüm ağlar, deyər: "Ey qadiri-mənnan, allah!" Dedim: Axmaq kişi, gündə sənə bir danə lavaş Verə bilmir, necə versin hələ yorğan, allah? Ya gərək qoymayasan aduvu rəhmanü, rəhim, Ya gərək eyləyəsən ədl ilə divan allah! Balı xəlq eyləmisən yoxsulu çatdatmaq üçün, Düzdü bu söz, demirəm mən sənə böhtan, allah! Əlli yaşında Rəhim bal yeməyib bircə kərə, İldə yüz yol yeyər əmma hacı Rəhman, allah! Möcüzün bari-sitəm qamətini etdi kəman, Öldüm axir, yerə gəlsin görüm arxan, allah! * * * Ağalar! Biri deyər: gərək fala baxıla! Biri deyər: gərək dua yazıla! Biri deyər: gərək evi yıxıla, Bu kişini gəlin yıxaq, ağalar! Səhər tezdən kişi gedər işinə, Pinti arvad çarşab salı başına, Fatma xala gələr, düşər peşinə, Nə xoş olar dua yazmaq, ağalar! İki arvad küçələri dolanır, Çərşabları zığ-çamura bulanır, Falçı qardaş xanımlara sulanır, Boynu yoğun, şələpapax, ağalar! Əvvəl bir az danışarlar, deyərlər, Çubuqlaşıb qəndü nabat yeyərlər, Ondan sora mis-tas yerə qoyarlar, Gəlin bir az fala baxaq, ağalar! Arvad gərək əlin çəksin tasına, Falçı baxar əlinin hənasına. Belə arvad, ərin gəlsin yasına! Yaxşı bilək, qəşəng buxaq, ağalar! Qətbaşılar dövrəsinə düzülür, Falçı baxar, xumar gözlər süzülür, Başın əyər, dodaxları büzülür, Səslər gəli tarax-tarax, ağalar! Kafir həblər tas içinə tökülü, Kimin başı, kimin qarnı sökülü, İfritlərin cümlə qanı tökülü, Kimisi də olu dustax, ağalar! Bir tümən pul beş qətbaşı verilü, Ər-arvadın qarabaxtı durulu, Evdə genə əcinnələr dirilü, Genə o aş, o ispanax, ağalar! Fatma xala hər gün gələr bulara, Yeyər, içər, əlin silər duvara. Gedəcaxla sabah mala, bazara, Sora görax, nə yapacax, ağalar. Sabah olar gedər mala, yozana, Beş qran da verər dua yazana. Başa gəlməz, qalu arvad azana, Axşam oldu, yanar çırax, ağalar! Molla yazan duaları bitürü, Yarı gecə qonaxları ötürü, Fatma xala qapıyacan gətirü, Xanım girər gözdən irax, ağalar! Kişi gəlib, odun qoyub ocağa, Qaranlıxda yağı töküb çırağa. Xanım gəlir, kişi durur ayağa, Sizə zəhmət, ona dayax, ağalar! Kişi vurar, arvad çəkər havarı, Parçalanıb köynəyinin kənarı. Qana batıb zəncirəsi, navarı, Qurtaracax, görax nə vax, ağalar? Baş yarılıb, çomax gəzir havada, Macal olmub çarşabını çıxada. Səni tarı, təsirə bax duada, Durun gedax, biz də alax, ağalar! Fatma xala nağıl elər ərinə; -Biz yaxçılıx etdux bu gün birinə! Boğuşdura hər gün yarı-yarına, O dünyada görməz duzax, ağalar! Bu əsnada nagəh qapı açılır, Pinti arvad gəlir, qanı tökülür. Fatma xala bunu görüb, əkilir, Başımıza nə kül tökax, ağalar? Lənət eylər arvad dua yazana, Fatma xala hanı, bassın qazana? Xəbər verin gəlsin falı yozana, Yuxlamasa, olsa oyax, ağalar! Sözün kəsib, pişik qaşdı eşiyə, Təsir etdi bu sözlər çox kişiyə. Bir söz deyim; Möcüz əyər yaşıya, Ona çatmaz heç bir yanşax, ağalar! * * * Axır ki, ağlat milləti Hər gecə şamdan sora, ey Molləli Qoy çırağı qarşüva, aç mətqəli, Əqlüvi yığ başuva misli-para, Nohəni əzbərlə, doldur anbara, Çəkmə al bir cüft, rəngi-ləligün, Əzbərayi payi-nəhsi Şimri-dun Ver çilingər çərxə çəksin xəncəri, Bədha süst eylə Şimri-əbtəri! Xəncəri tez ver əlinə kafərin, Mürdəşu yusun görüm o əllərin! Al ələ bir neyzə, ya bir kərvaşan, Dur dalıda, ver ağan Şimrə nişan. Çün alar xəncər o məlun dəstinə, Eylə nərə eylə ki, xax diksinə! Bərk çığır, millət ayılsın xabidən, Ol qədər ağlat ki, düşsün tabidən. İstisən ki, tul tapsın mərsiyə, Hökm qıl, vursunla başın neyzəyə! Xalqa təsir etməsə bu macəra, Söylə Şimrə, nəl vursun atlara! Qəlbi daşdan bərkdir bu millətin, Ağlamazlar. Xeyməgahə sür atın, Vur, dağıt, yandır xəyami sərbəsər, Bəlkə bu zülm eyləyə xalqa əsər. Görsən olmur, qamçını al dəstüvə, Eylə vur ki, daşlana qan üstüvə. Sal ərusi at döşünə bir zaman, Ta ucalsın ərşə fəryadü fəğan. Tutmasa məclis əgər, ey mərd kosa, Şimridən al xəncəri ver Harisə! Bağla ətfali-yetimi qol-qola, Ta desin Kösün xala: "Ey vay, bala!" Etməsə bu həm əsər bacilərə, Müslümü sal damidən, düşsün yerə. Bəd çubi-mənbərə çal dəstüvü, Milləti-İranə göstər şəstüvü! Qurxusan gər payeyi-mənbər sına, Qorxma, vur, sınsa, qayıtdırrıq genə! Gözlərin gər varsa aç, gör bir nə var! Xax yatıb, görsən əgər misli davar, Qamçını çək, vur Səkinə başına, Əmməsin qərq eylə tez göz yaşına. Qorxuram çıxsın yadından sarıban, Əqlüvi yığ başuva, ey rozəxan! Bir qılınc parçası tap, ey şeşqulaq, Xırda barmağın Hüseynin kəs görax! Xalx vurmur başına, çəkmir havar, Səndə yoxdur taqsır, ey Mirzə Qafar! Pas basar qəlbi könül şad olmasa. Yəni kəntdə dadü büsdad olmasa. Müştəri yox çün bə aluyi-qərə, Ol cəhətdən xəlq əlin vurmur yerə. Bir yanıqlı söz de ki, xalq ağlasın! Şimrə bir bel ver, Fərati bağlasın, Hökm ver ləşkər ala sağü solun, Çək qılıncı, sal ələmdarın qolun! Məclisi gərm etməsə bu sərgüzəşt, Düş aşağı, tez gətir bir danə təşt. Xeyzərani qovza, gən qoy qışların, Söylə: Ya movla, nə xoşdur dişlərin! Etməsə bu həm əvami əşkriz, Abidi-bimari ver cəlladə tez! Bir qədər zalim Yezidə ver araq, Təki vursun başına xalq şaqqaşaq. Rastuva keçsə o mərhum hərmələ Söylə: Məlun, qolların tez çərmələ! Çün Fərati-ibni-Səd etmiş qorux, Qoy kəmanə bir daha üçpərli ox. Parçalar çün ox boğazi-Əsğəri, Sən də vur yumruqla sındır mənbəri. Qərq olar millət kəsalət dəhrinə, Min səməndi, get Mədinə şəhrinə, Boynuva sal şali-əza çün Bəşir, Nərə vur sən əz çigər-manəndi şir. Yolda gəlsə rastuva Ümmülbəni, Kəs qabağın, söylə, ba ahü ənin, Eylə əşki-çeşm ilə tər yaylığı: "Gəlmişəm mən verməyə başsağlığı". Bu qədər var ki, xanım dər Kərbala, Qalmadı ali-əbadən bir bala! Ey xanım, çün bitdi Əbbasın işi, Əlli min boynuyoğun, zalım kişi Etdilər qarət xəyami biltamam, Qalmadı, bir şahılıq zad, vəssəlam! Görsən etmir nalə xəlqi-biədəb, Düş aşağı mənbər üstən pürqəzəb, Al ələ bir ba kifayət yarmaça, Kəs qabağın millətin qoyma qaça, Hər ki, gəldi qarşuva vur qorxma, ha! Seyyidə, mollayə, xanə baxma, ha!…. Müxtəsər, bazuyə cəm et qüvvətin, Kəlləsin əz milləti-biqeyrətin! Millətin sən baş-qulağın yaxşı eş, Möcüzü görsən, vəli axtarma, keş! * * * Ay millət! Gözlərizi yummayın, ey dustan, Bir nəzər eylün qərə çaydanuza, Başuzi yorğanə çəkib yuxlasaz Düşmən edər qəsd genə canuza. Gəh yarısız başüzi, gəh çərtisiz, Bu nədi, qardaş, düşünün bir özüz, İndi ki, vardır sizin ağlar gözüz, Ağlayın öz hali-pərişanuza! Şam üsərasın salısız yadə siz, Pəs gəlisiz nalövü fəryadə siz, Rəhm edin, ey qovm, bu arvadə siz Ac idi, möhtac idi ehsanuza. Altı min övrət gözü qürbətdədir, Sübhü məsa rəncü müsibətdədir. Şam üsərası bu vilayətdədir. Pəs niyə olmur səbəb əfğanuza? Qissəyi-qürbət əridib canini, Beh qoyub o, süfreyi-binanini, Köynəyini, şalini, tumanini, Rəhm edin, ey qovm, öz üryanuza! Dövrəni ifriti-cəhalət alıb, İş tapa bilmir, gədə, millət qalıb. Ay kişilər, gör necə yanğun salıb Fəqrü zərurət odu İranuza! İndi bu ki, göydə uçar başyaran, Başını şəst ilə açar başyaran, Hərmələni görsə qaçar başyaran, And ola o kəlleyi-nadanuza! İndi deyirsiz: Ağa, qurbanuvam, Nasiri-ətfali-pərişanuvam, İştə qəmə, bəndeyi-fərmanuvam İzni verin, qan eliyək qanuza! Saymışam ağzızdakı dəndanızı, Siz o deyilsiz, verəsiz canızı! Batıracaqsız hamı tumanızı, Şimri-ləin gər gələ-meydanuza. Çün yığışar bir yerə tüccarınız, Söhbət edər gör necə dindarınız, Gör haralarda gəzər əfkarınız, Bir qulaq as söhbəti-əyanuza! Ay kişilər, heç bilisiz neyliyək? Jonları qəddarə ilə peyliyək, Tazə dəbstanları sədd eyliyək, Çün sovurur rəxnələr imanuza! Firqeyi-əhrardı din düşməni, Yaxşıdır onlardan urus-erməni, Qırxdırın, ey qovmi-vəfa, kəlləni, Bağ salın lifəli tumanuza! Cəm olun, ey qovm, verin səs-səsə, Qoymayın açsınla təzə mədrəsə, Şərə müğayirdi fizik, həndəsə, Köhnə kitabları yığın yanuza! Dərs verin oğluza Əbvabdən, Ya çəkin əl məscidü mehrabdən, Eyləyin, ey qovm, həzər babidən, Qoymayın onları dəbistanuza! Bir para qız namə yazır-bərməla, Yollur onu Tiflisə, İstambula, Qorxuram həq göndərə əbri-bəla, Yağdıra daş bağuza, bostanuza! Qızlar oxur şəhridə alman kimi, Şəhri görüm həq edə Dilman kimi, Qız nədi kağız yaza oğlan kimi, Tüf sizə, həm də o qələmdanuza! * * * Açıq məktub Hacıya, vardı sənin mülki-Səmədabadın, Qoş tarazın və iki danə oğlu imdadın, Üç dükan, bağ, saray, bir də çörəkçixanə…. Qələm aldım ələ yazdım, bu sənin iradın. Sən də bir al qələmi dəstüvə yaz, söylə görüm, Nəyi var mülki-Şəbüstərdə məni-naşadın? Keçərəm mən o tələbdən, yazaram bir para söz, Ta ila yovmi-qiyamət utanar övladın! * * * Allahın nemətləri Gözün aç, Möcüza, qıl bir nəzər əltaf yəzdanə, Tamam etmiş xuda nemətlərin biz əhli-İrəna. Çubuq, siqar və qəlyan verib, həm bəng, həm əfyun, Şərabü çayü qəhvə, meykədə, həm şirəkeşxanə. Yaratmış mehriban allah hər əsnafə belə bir daş, Səqət, Təbrizi, Zəngani düsəd, bəh-bəh bu ovanə! Təsuci, Xungəri, Dilmani, Tehrani təalallah…. Və səngi Ərvənəq, put afərin olsun o rəhmanə. Və Şah əbdul Əzimü, Kazimeynü Kərbala, Məkkə, Xorasan, Samirə, Bağdad, Mədinə, Şamşahanə. Yaratmış bir peyəmbərlə bərabər bir sürü imam Və bir dəccal, həm bir Sahibzaman biz əhli-İranə. Pazəhri, qırmızı, ağ, göy, yaşıl, sarı, qərə səqqəl Səri üryan, miyanbirçək bənaguş, anladın, ya nə?…. Orucluq, mahi-matəm, ərbəinü, ruzi aşura, Kəfən, qəddarə, meydan, təbl, istehzayi-biganə. Dəxi etmiş nələr ehsan xüsusən bizlərə xaliq? Fəqanu naləvü zəncirü sillə, qəlbi viranə. Bizə etmiş fəqət əşki-bəsərlə rozəxan ehsan, Nə türkə eyləmiş ehsan, nə əfqanə, nə yunanə. * * * Aşiqi-pərişan Həmişə fikri budur aşiqi-pərişanın: O gözlərindən öpəydi, olaydı qurbanın! Qapını bağlama, ey bağıbani-hüsni-cəmal, Mürəxxəs eylə məni bir görüm gülüstanın. Xülusi-niyyət ilə gəlmişəm təmaşayə, Eşitmişəm gül açıb tazə nari-püstanın. Nə nar dərməyə gəldim, nə gül bu gülşəndə, Nədir ziyanı sənə xüşgə bir təmaşanın? Nəzarə nəqs yetirməz gülün lətafətinə, Daha gözəlləşi barin siləndə heyvanın. Risumi-eşqü məhəbbətdən anlamaz müflis, Bilər doşabı olan ləzzətin mürəbbanın. Nəzarə qıl, necə gör xalq fövc-fövc gəlir, Ziyarət eyləməyə kəbeyi-zənəxdanın. Gülab iyi gəlir ağzından aşikar sənin, Gül üstə nəsb olunub yoxsa dürri-dəndanın? Əgər deyəm ləbüvə qənd, dahanüvə gülqənd, Zücac qəlbi sınar pəşmək ilə həlvanın. Dilüvi yaş rötəbə oxşadırdı şairlər, İçində çərdəyi gər olmayaydı xurmanın. Qələtdi zülfüvə reyhan demək və ya mərzə, O rəngü buyi hanı mərzə ilə reyhanın? O çeşmi-məstüvə eylər fəda bilatərdid Verilsə aşiqə mali təmam dünyanın. O xali-şah, o ariz, o zülfi-mari-siyəh, Fəda olum sənə, incitmə ziri-dəstanın. Yazanda bu qəzəli nisfi-leyl keçmişdi, Yavaş-yavaş işığı tar olurdu lampanın. Xanım ayıldı bu əsnadə, gördü mən yazıram, Dedi: -Du yat, kişi, tozlu qala qələmdanın! Təmam fikrüvü həsr etmisəi qəzəlyatə, Düşünmüsən ki, küpü boş qalıb qovurmanın? Sabah olanda cavabın nədir tələbkarə, Məgər verilməyəcək maliyatı divanın? İcarədar güzəşt eyləməz fəqirə pulun, "Səranə"ni dərisindən çıxardı üryanın. Xudanəkərdə Səfər bəy əgər gələ qəzəbə, Yerində yellər əsər yastıq ilə yorğanın. Başı bəlalı oğul Badikubədə çalışır, Gərək yazıq ana vəchin verə müfasanın. "Göral" rəsmidi gər, bəs bu "Görməal" nədir?! Əcəb nizam qoyub hökmdarı Tehranın! Bizi satır sizə bir kəlləqənd üçün molla, O qənd işlənə, yarəb, yasında mollanın! Məni sənə verəni həq, görüm, zəlil etsin, Kəbin kəsəndə dili lal olaydı ağanın!… Bu təlx söz məni pərt etdi, bilmədim nə deyim. Dedim: Vəfasına, lənət təmam nisvanın! Behişti-ədndə, ey kaş, həzrəti Adəm Olaydı kor, üzünü görməyəydi Həvvanın. Cahanda bilmədi övrət nədir, uşaq nədir, Xoşa səadətinə həzrəti Məsihanın! Suvay qüssə nədir xeyri bunların kişiyə, Nə nəfi var, görəsən, bizlərə Tükəzbanın? Eşitdi bu sözü övrət durub sərasimə, Dedi: Tafavütü çoxdu pilovla şorbanın. Dedim ki: Xərcinə fərmayişiz nədir pilovun, Tutub iyirmi tümən zərbənarə tumanın!… -Şəbüstər əhlinə kafər də olmasın arvad, Nə xeyri var bizə bu ismi-bihüsəmmanın! On il gedər, gələr on gün qalar vilayətdə, Nə böylə vəslin olaydı, nə öylə hicranın. -Vətəndən əl çəkib, ey yar, getməyim, neylim? Buyur görüm, güzəranı hanı bu viranın? Yəqin bilin ki, qədəm basmaz özgə torpağə, Vətəndə xoş keçə gər ruzigarı insanın. Soyuqda qürbətə getmək çətindir ölməkdən, Nə bərk canı var, ilahi, bu əhli-İranın! Nə şah şad, nə dərviş səndə, ey İran, Nə əmi var, nə ticarət, nə şərə, nə qanun! Bu karivanı çəkir cəhl dərreyi-mövtə, Nə yatmısan bala, dur, məstdir şütürbanın. Bizi əcanib edib zuri-elm ilə həmmal, Suvay səbr nədir təkyə kahı nadanın? Qəm aldı canımı saqi, səni ağan canı, İçinə qədri ərəq tök o şirli fincanın! Ərəq həramdı, lakin həlaldır rüşvət, Təəmmül eyləmə, qurbaniyəm bu fitvanın! Bəqəsd rüşvə həlalı həram edib mücrüm, Vəbalı boynuma olsun o namüsəlmanın! Yatar mühaciri-islam ac qar üstündə, Qalar pilov başına mətbəxində əyanın. Kənari-pincdə əyləşmisən nəzakətlə, Nə kar edər sənə təsiri indi sərmanın? Nə pinci var, nə libası, edə soyuqdan hifz, Fəqirdən xəbər al zəhmətin zimistanın. Urus yolu açılaydı, qaçaydın, ey Möcüz, Xilas olaydın əlindən bu kəcqabırğanın! * * * Ay qız Qoydun qədəm beş yaşına, Qız, çadra saldın başına, Bir namə yaz qardaşına, Yollasın bir Quran sənə. Getmə məscidə Quran oxu, Araxçın tik, corab toxu, Yaxşı deyil günüz yuxu, Gecələr yat, qurban sənə. Ay qız, bir gün böyür boyun, Nişanlı yollar bir qoyun, Başıva gələr min oyun, Toy eylər çün anan sənə. Ərin səni duz tək yalar, Qolların boynuva salar. Qaynanan saçların yolar, Ər olsa mehriban sənə. Ərin hacı Məmmədvəli, Səhər gedər, axşam gəli, Baldızların olar dəli, Alsa zəri tuman sənə. O gün ki, olarsan gəbə, Tərpəşsə qarnunda bəbə, Qaynanan gələr qəzəbə, Dartdırar dəyirman sənə. Duzunu çox salar ətin, Atar boynuna övrətin, Artar qəmin, kəsalətin, Ər çün deyər yaman sənə. Xanım nənə, yavaş-yavaş Bir gün deyər bunu: dadaş, Yeyər hər gün səkkiz lavaş, Ərin olar düşman sənə. Qız olsa doğduğun uşaq, Nə bal verər, nə qayğanaq, Yarma şiləsi bir çanaq Yedirdər qaynanan sənə. Görsən ağzın olur acı. Qaşqabağın salır bacı. Sifariş et gəlsin falçı, Desin beş-on yalan sənə. Tası qurar deyər: Gəlin, Beş qran ver, bir də yəlin, Bağlayım cinnərin əlin, Yetirməsin ziyan sənə! Baldızların səhər çağı Üstüvə sürtər qurd yağı. Pulun yoxdur, sat qolbağı, Gətir, edim dərman sənə! Satarsan qolbağı-zadı, Tükəz bacı eylər cadı. Bilər ərün, çəkər dadi, Şirin olmaz oğlan sənə. * * * Anam təlim edən dildə Mənə lütf eylə, ey saqi, gətir o cami–sərşari Ki, ta rəf eyləyim nəştov qarın bu rənci xümmari. Nəpüstəm var, nə badamım, nətüxmi – şur, nə neytaqim, Məzə olsun məni – biçizə yarın ləli şəhvari. De gəlsin məclisə mütrüb, əlində sazü mizrabi, Çalıb tarü dəfi, şad eyləsin mən aşiqi – zari! Nə kisəmdə zərim vardır, nə ambarımda bir həbbə, Əlim boşdur, üzüm qarə, doyunca mey içim bari. Nə məllakəm, nətüccarəm, nəxani – mərdümazarəm, Mataim şerdir ancaq, onun da yox xiridari. Dilim türki, sözüm sadə, özüm səhbayə dildadə, Mənim tək şairin, əlbət, olar kasad bazari. Dünən şer ilə bir namə apardım şahi–İranə, Dedi: "Torki nəmidanəm, məra to bəççe pəndari?" Özü türk oğlu türk, əmma deyir türki cəhalətdir, Xudaya, müzməhil qıl təxtidən bu al – Qacari! Ümidim kəsmə, Möcüz, yaz anan təlim edən dildə! Gəzər bir ərməğan tək dəftərin Çini və Tatari. * * * Açın üzləri Niqabi eylədi icad bir şahin hərəmi Ki, misli-paşinə səng arizi-müxəddər idi. Cəmali-ənvərinə salmadı niqab hərgiz Cənabi Fatimə ki, doxtəri-peyəmbər idi. Kəmalin əmrini şövq ilə etdi istiqbal Olar ki, ruxi-vəcahətdə mahi-ənvər idi. Və lakin eylədi lənət çinanki biz Şimrə O bacılar ki, misali-Nəkir-Münkər idi. O hökm eylədi dilşad əhli-namusi, Günahkar xanımlar niyə mükəddər idi? Biduni xofu tərəddüd niqabisiz məşuq Gedərdi aşiqi-zarin ziyarət eylər idi. Niqabi açsa xanım sahibindən eylə həras, Niqabü çadirə səttari-çeşmi-şöhər idi. Bəsa olub ki, dadaş bacini edib təqib Bəqəsdi-eşqü həvəs, bilməyib ki, xahər idi. Xoşa o günlərə ki, tacirin, bəyin, xanın, Qızının adı Şərəf, oğlununki Əskər idi. Qoya bilərdi məgər adın oğlunun Pərviz, O günləri ki, axundlar "əmiri-ləşkər" idi? Darardı saqqalın on beş yaşındakı oğlan, Müti mərdi-dəyanət o gün ki, bərbər idi, Əgər o devrüdə kəşfi-hicabi nisvandan Edəydi bəhs müdiri "Sitarə" kafər idi, Kəmançəvü dəfü tari şikəst edər günlər Cəmaəti-tələbə Rüstəmi-Şəbüstər idi. Nə çəkməsi, nə corabi olardı sərbazın, Xoşa o günlərə ki, canişin Müzəffər idi. Nə şahdən, nə vəliəhdidən edərdi həras O həllac oğlu ki, min atlıya bərabər idi. Alardı bacü xərac əhli-şəhrdən hər gün Şərarət əhlinə çün Seyyid-həmzə səngər idi. Girərdi bəstə adam öldürən zaman qatil, Ona himayət edən şəxs əhli-mənbər idi. Rəvayət eyliri ravi ki, səhni-topxanə Qəzayi-hacət üçün məbrəzi-müqərrər idi. Bina bəqovli-cənabi-şəhiri Qaani Nikola, Nasirəddinə qulami-kəmtər idi. Onun rikabin öpərmiş təmam dövlətlər, Əmir ona qapıçı, qeysər isə mehtər idi. Əgər baxaydı məhəbbətlə səmti əflakə, Düşərdi qorxuya sükkani-ərş, titrər idi. Ətabək açmış idi karxaneyi-füqəra, Səxadə hatəm ona bir kəminə növkər idi. Duayi-müftəxoran hifz edərdi sərhəddi, Dilavərani-vətən seyyidü qələndər idi. Nə daxil ilə vardı işi, nə xaric ilə; Təmam səyi, təmənnası vəsli-dilbər idi. Gecə sabaha kimi cəng edərdi mərdanə, Sərayi mərkəzi-nisvani-mahmənzər idi. Cəmalin açsa xanım qorxar əqrəbasindən Onu dilavər edən ruybəndü çadər idi. Bəcayi inki deyə xəlq ona səhabi-bilad, Deyərdi: Zilli-xuda! Xəlq itaət eylər idi. Zəban dahanda müqəffəl, qələm qələmdanda, O günkü gündə danışmaq məgər müyəssər idi? * * * Anbardara xitab Xuda rəhm etdi, nazil oldu rəhmət: Yağış yağdı, işıqlandı ziraət. Yağış yağdı, yaşıl oldu çəmənlər, Açıldı lalələr, xoş nəstərənlər. Yumuşandı zəmin, ey cüt sürənlər, Öküz etmir daxı yerdən şikayət. Durun ey kövkəbi-bəxti yatanlar, Durun, ey buğdaya arpa qatanlar, Tökün göz yaşı, ey qəllə satanlar, O qədri ki, gözüz olsun cərahət. Dedim: Buğda alıb yığsan sarayə, Qəmin artar bulut gəlsə həvayə, Pulun çoxdur, apar ver qəndə, çayə, Yağış yağsa ona vurmaz xəsarət. Yağış məsrur edər əhli-dehatı, Ucuzlatmaz fəqət çayı, nəbatı. Ağırdır qəndü çayın maliyatı, Ona nə səndə var, nə məndə taqət. Yağış eylər yeri sirab, əmoğlu, Ucuzlatmaz suyu mirab, əmoğlu, Verər xeyri sənə bu ab, əmoğlu, Əgər hər gün yağa beş-altı saət. Verər su nırxına hacı tərəqqi, Xuda verməz ona peyəmbər həqqi, Sökər beynün mirabın dəqqə-dəqqi, Misali ibni Sədi-bimürüvvət. Baharın çox gilası var, xiyarı, Uşaq sahibləri sevməz baharı. Sabah uşqun başın qovzar yuxarı Yetiş imdadə, ya şahi-vilayət! Uşaq: var-yox nədir-bilməz; deyər: Al! İlahi, olmayaydı kaş baqqal, Əgər sən də olaydın, sahib ətfal Yaratmazdın bu qədri nazü nemət. Nə baqqalda var insaf, nə dərəndə, Hucum eylər uşaq alça görəndə. Palası sat və ya qaç get Mərəndə Və ya keç abirudən ta qiyamət. Qazandı yüz tümən biçarə Möcüz. Dedilər: Al bir arvad, yatma yalqız. Onu xərc etdi toyda, qaldı pulsuz, Gəl, indi eylə baiskarə lənət! * * * Axır çərşənbə duası İlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin. Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin! İlahi, səni and verirux dövlətlilərimizin toxluğuna və füqəralarımızın çoxluğuna, xirov suyunun yoxluğuna, ya bizi öldür, tələbkarın yaxasın qurtar, ya tələbkarı öldür, bizim yaxamız xilas olsun. Ey arpa çörəyini biri birinin əlindən qapanlar, ey soyuq yarma aşına həsrət qalanlar, "Amin" deyin! İlahi! Səni and verirux tüməni on şahıya höccət yazan mollaların qələm-davatına, istambulçuların baratına, tiflisçilərin manatına, bu nəzir sahibinin əmvatına, axirətdə "Neynim!" günü görsətmə. Ey bir kağız lirə verib, bir cüt corab alıb ayağına soxanlar, yatmısız, ya bəng atmısız? Ucadan "Amin" deyin! Ey nəzir sahibi, allah görüm sənin pullarını falçıya, ilançıya qismət eləməsin. Ey bacılar, allah falçıları sizə və sizi falçılara çox görməsin! Ucadan "Amin" deyin! Cənab hacı, allah nəzrüvü qəbul eləsin. Sənin ki, əlindən su suvarmaq və cənazəyə yapışmaq və xeyrə-şərə işləmək gəlməz, bəs allah yanında əyləşən kasıbın ömrünə bərəkət əta eləsin, sənə də bir ölüm versin, ta beş-on kasıb fövtündən xeyir görsün. Ey dövlətlilərin xeyratında aşağı başda əyləşib, doyun-qarın pilov yeyənlər, ucadan "Amin" deyin! Ey molla qorxusundan saqqal qoyub, baş qırxdıranlar, "Amin" deyin!" Ey istambulçu qardaş, nə yapdın gəldin vətənə, öldün ətənə, əgər nənən caridi, sənin ömrün yarıdı. Ey cəmi Əli şiəsini murdar və özünü pak bilən cari, öldürsün səni tarı! "Amin" deyin! Xudaya-xudavənda, bari pərvərdigara, bir söz deyəcəyəm, acığın gəlməsin, ola ki, yadından çıxa, sən bu nəzir sahibinin qədim ölənlərinə və cədid ölənlərinə rəhmət elə. Ələlxüsus iki yüz doxsan doqquz il bundan qabax, axşama üç saat qalanda, qaynanası Tükəzban xala ki, baş tireyi-xakə çəkib, ona rəhmət elə və ondan yaxşı mütəvəccöh ol. Can sənin, can Tükəzban xalanın. "Amin" deyən, lal olmayasan! İlahi, səni and verirux bu nəzir sahibinin burduğu gülələrə və çıxartdığı lülələrə, əvvəla cəmi bağ sahiblərini bunun şərrindən mühafizət elə və saniyən həlal kəsbinə bərəkət ət elə. Ey bağına hər həftə qapı alanlar, ey altı ay zəhmət çəkib, hasildə əli bənd olmayanlar, "Amin" deyin! İlahi, səni and verirux girdəkanın girdəliyinə, fındığın xırdalığına, Sisbəyin qəbiristanlığına zibil tökənlərin başını qoyub ayağına daş vurma. Ey iydəni yeyib, çərdəyini həsir altına soxanlar, ey burnunu ətəyi ilən silənlər, ey pırpıslı donbalanlar, məbadə allahın beytində sizdən bir hadisə büruzə gələ hər iki dünyada rusiyah olarsız. Qalxın, ucadan "Amin" deyin. Bəh, bəh, tardan da bir nəzirverdilər! Ey bacı, bilmirəm müsəlmansan, ya kafirsən? Boynuva qızıl taxırsan, naməhrəmə baxırsan! İlahi, and verirux ucubunuğun qəddinə, vəttəzalinin məddinə, bu övrətin cəddinə, cənnati-ədəndə yer kəramət elə. Ucadan "Amin" deyənlərlə bərabər. İlahi səni and verirux riyanın mübahlığına, qumarbazların sağlığına, Fironun allahlığına, kərbəlayi Hüseynqulunun cərrahlığına, bu nəzir sahibini əsrin Əzrail həkimlərinə vadar və möhtac eləmə. Ey ucadan "Amin" deyən, səni görüm, vayqanlı Zülfəlinin sütünə rast gələsən!…. Bəh, bəh, usta Abbasqulu da bizə bir nəzir göndərdi. Uşax, ucadan "Amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux məşədi Lütfəlinin iştahasının azlığına, hirov Cəfərin kefinin sazlığına, Kərbəlayi Həsənəlinin gözlüyünə, Ağa Mirzə Məmmədəli ağanın süxənvərliyinə, birə yüz min bu dünyada, birə yüz min axirətdə əcir və əvəz kəramət elə. Ey başını usta Abbasquluya qırxdırıb pul verməyənlər, ucadan "Amin" deyin. İlahi, səni and verirux Gülşənin duvarlarına və İmamzadənin dağılan tifağına, sən bu nəzir sahibini Sultan Babanın qəbrinə zəvvar elə. Ey bu nəzir sahibi! Get, bu Dərəküçəsindəki pir mətləbin versin, Hüseynbaba kəmərin bağlasın, qışın tütətüt vaxtında məscidin minarəsində əzan deyəsən. Ey imamzadə qapısına qəndil bağlayan bacılar, ucadan "Amin" deyin. İlahi, səni and verirux molla Məmmədəli (molla Məndəli) axundun qəbrinə, padişahi-islamın tiqi-bidiriqini ədayə qate və bürra elə. Bu məscidin banilərinin ölənlərinə rəhmət, qalanlarına tofiqin kəramət elə. Ucadan "Amin" deyin. İlahi, bu əmi ki, adını tanımıram, mənə pul əta elədi, ey əmi, allah qadanı-balanı, əğrəbi-ilanı, mamılı-matanı, yanunda yatanı, rəhmətlik atanı, yerin, göyün bəliyyatından məhfuz eləsin!…. * * * Amandı dur məzardan Beş-altı yüz nəfər dələ alır kilünki çün ələ, salır cəhanə vəlvələ və şurişü qiyaməti, səbahü əsrü vəzzüha, yıxalla qəsri-şürbəha, tükəndi səbrimiz daha, gedax Məmmədəlişaha, deyax ki, ölürux daha! Başuva yığ əcamiri, xüsus Əmir Bəhadiri, belinə bağla qəddərə və rakib eylə əstərə, o hafizi-şəriəti. Deyin: Əya şəhi bəqa, əya xədivi-məhliqa, olub rəiyyət əşqiya, misali rus və erməni geyiblə kəfşi-rovqəni, genişləyirlə kuçəni; deyəndə: ey sitəmşüar, nolar olanda kuçə dar? Deyəllə: çor və zəhrimar, döyəllə həm cəmaəti. Nə hoqqabazılıqdı bu əya giruhi-səqf gən, yaratmış həyyu-zülmənən, şütur bərayi mərdü zən və əsbü filü gərgədən, məgər o üştərizəmin, o piri-zuri-pərvərin və əsbi-mah peykərin, maşından azdı sürəti? Baxın bu qövli-əbtərə, nə rəhm edəllə dülgərə, nə dəlləyə, nə rəşbərə, nə məscidə, nə minbərə, nə Miri-şəri-ənvərə, bu qövmün ehtiramı yox şəriəti peyəmbərə; nə həq tanır və nə Əli, nə Cəfəri, nə dini var, nə bığı var, nə səqqəli. Gəlibdi fəleyi-Güney, misali muri-biədən, çıxalla damə nagəhan, deyəllə: ya Əli mədəd! Verəllə səs-səsə hamı, yıxalla şəst ilə damı, gedəllə cümə axşamı içəllə zəhrimari mey, vuralla dəf, çalılla ney, deyəllə: Ay daley-daley! Əya cəmaəti Güney, məgər ki, yoxdu qeyrətüz, qalıbdı kətdə külfətüz, nə aşı var, nə də əti! Deyin o əhli Təbrizə, maşın gərək deyil bizə, gəlin, gəlin, çökün dizə, qulaq verin bir həmdüzə, fərasət örgədək sizə. Qələtdi həmdü surəmiz, gərək onu ravanlayax, üsuli-dini anlayax, firui-dini həmçinin. Niyə boş əyləşək ki, biz xərab edək vilayəti? Vuranda gürzünü yerə, Nəkirü-Münkər, ey Əmu, qoyunlar ürkər, ey əmu! Sual edə nəmazdən, xudayi-baniyazdən, şəhənşəhi-hicazdan, nə farsicə bilər: "Birov", nə türkücə "Xnov-minov", nə kürdücə "Həsov-məsov", nə rusicə "Netov-metov", fəqət bilər ərəbcə o, cavab alar ərəbcə o. Bə izzəti, bə şövkəti behişti xəlq edib xuda bərayi-şieyi-Əli; vəli o mömünün gərək ola döşündə səqqəli, ki, yəni çox kəbir ola, Fətəlişah Pəzir ola, həna qoya o səqqələ və rəngi misli qır ola və ayinə ala ələ, baxa bığın qabağına, məbadiya ki, meyil edə beş-altı tük dodağına, o tükləri təmizləyə, ola adam balası, ta gedə ala qucağına, o huriyani-cənnəti. Mələk dolanmaz o evə, ki orda əskinas ola, zikur ola, ünas ola! Və huşu ya təhur ola, vəlov ki, əksi-nur ola, şəkil çəkən məlahidə, gərək o əksə can verə, xuda sizə cəza günü xudalığın nişan verə. Bir iş görün əlahidə, o işdə yoxdu faidə, bu iş həramidür bəli, qəsəm bu saçü səqqələ, miadə etiqad edin. Kişi gərək əzan verə ki, ta xuda əvəz ona behişti-cavidan verə. Nəinki eylə iş görə--ilan vura, çayan vura, mələk ona əzab edə və ətlərin kəbab edə, cəhənnəmin hərarətli, belə müqərrər eyləyib xuda, həmişətar ola gecə, çü zülfi yar ola gecə, günüz yana çiraqi mehr, işıq sala vilayətə, ziraətə, sən istisən günüz kimi ola ləyal qasiqə, əmoğlu sən nəkarəsən, məgər rəqabət eylisən, belə ibadət eylisən xudayi-girdigarə sən, şərikisən bu xaliqə, xudayi-nuru zülmətə, çiraqi-bərqi xoş gəlib, nə qədri var imarətə, cəmaətə, onun pulun verin ata, minin, gedin ziyarətə. Uşaq, fənarı yandırın, çiraqi-bərqi söndürün, misali-səng sındırın, bə öhdəyi-mən əstü mən, vəlov beş-altı yüz tümən olur onun xəsarəti, bu işlərin təmaməti çıxar o ruzinamədən, fizundu ol cavanların, o ruzinaməxanların şərarəti Qutamədən, olar bətərdi kəbrdən, əşəddidür həcirdən, əya güruhi-gülbədən, həzir edən cəridədən, salar sizi zəlalətə. Üzütəra qiyamətə gələr ona baxan kişi, alan kişi, satan kişi, yanında saxlayan kişi! Amandı almayın onu, yalandı cümlə mətləbi, həram edib onu nəbi, vəli ona baxanların nə dini var, nə məzhəbi, nə izzəti, nə isməti, nə üffəti, geyir qulaqlı köynəyi, vurur fokullara boyaq, o bəngxor, o tiryaki, olar cəridə bir taya, oxur səbahü şam onu. O xeyrəsər, o bihəya, əya sülaleyi-zina, xuda edib həram onu, oxuma vəssəlam onu. Təlavət eylə, məshəfi, təbarəkə-mübarəki, xüsusən o bəraəti ki, çoxdu xovfü həşəti, fəsahəti, bəlaqəti. Deyəndə bu sözü ona, deyir: Bəli, səhihdir, deyəllə çox fəsihdir, onu bilən fəqihdir. Qızı olanda bir zaman, deyir qulağına əzan, adın qoyur Tükəzziban, böyür çün o kiçik bala, olur Tükəzziban xala; onun da olsa bir qızı adın qoyar Hüvəlləzi. Çaxır səpəllə üstümə, saman təpəllə nustuma, xuda nəkərdə, gər deyəm: Nəçün bu düxtəri-əcəm, xudayi-beytü vəlhərəm, həlal edib həcaməti, həram edib kitabəti? Deyin cənabi Möcüzə: əya qəribi-elmü fən, qolun-qıçın uzatmısan o həfreyi-məzaridə; mənim sözümə ver qulaq, qiyamət oldu, dur görax! Çıx ol xərabəzardən, o təngəna hesardən, düşüb cəhanə vəlvələ, edir zəmin zəlzələ, ayıl, təbəddilatə bax, eşikdəki həyatə bax. Hamı ayıldı, ay kişi! Yatırsan indi sən hələ. Baxır sənə, gülür cahan, fələk, mələk, zəmin, zaman və xəlq hər kənardən, aman, aman, aman, aman, əmoğlu dur məzardən, bir az tumarla saqqalun və sil sərü uzaridən xəlü bu cəhlü qəfləti…. * * * Bilmədim Bəndəni əfv eyləyə millət gərək, Məbədə-meyxanə dedim, bilmədim, Başini divarə vurub, sındıran Aqilə-divanə dedim, bilmədim. Mən nə bilim qarğa xoşavazmış? Bayquşa bayquş demək olmazmış! Təlx idi övqati-şərifim bir az Bayquş o heyvanə dedim, bilmədim. Gördü filankəs yuxuda bir gecə Qolboyun olmuş yatıri hur ilə. Sərxoş idim şireyi-əngur ilə, Uyquya-əfsanə dedim, bilmədim. Bığ və səqəl söhbətin əldən salın, Eyləməyin zümm o qızıl dişləri, Əsrimizə lazım olan işləri Öyrədin oğlanə-dedim, bilmədim. Düşməni-din göydə gəzir quş kimi, Məbədi viran edəcəkdir, əyil! Kəs səsüvi, başuva bir çarə qıl, Qareyi-Quranə-dedim, bilmədim. Görcək əlində qəzetə Cəfərin, Rəngi pozuldu, sırığı korladı, Qeyzə gəlib bomba kimi gurladı, Ağzına qorxanə-dedim, bilmədim. Vizri, vəbalı, günəhi boynuma, Məşdi, canım ver pulunu aclara! Peykəri üryanlara, möhtaclara Getmə Xorasanə-dedim, bilmədim. Hacı dadaş, salma özün zəhmətə, Ver o pulu milləti-bidövlətə, Kafər əgər borc verə bu millətə, Bənd olar İranə-dedim, bilmədim. Uymuş əcəb qəflətə qardaşlarım, Çorta gedib, sübhü məsa yuxlayar. Mən elə bildim ki, o sir saxlayar, Sirrimi qəlyanə-dedim, bilmədim. Atdı əlin qaimeyi-xəncərə; Durdu beş-on vurdu məni-müztərə. Mən elə bildim ki, o söz yaxşıdır, Yatma-müsəlmanə dedim, bilmədim. On iki il ağlamışıq müttəsil, Bu günü bayramdı, gəlin bir gülək. Bəndeyi-bitəcrübeyi-kəməqil Bu sözü nadanə dedim, bilmədim. Dosta deyər dost xətiyyatını Ki, edə islah üyubbatını, Dinü vətən düşməni zənn eylədim, Möcüzə biganə-dedim, bilmədim. * * * Bacılar Qulaq verin, sizə var bir-iki sözüm, bacılar! Gedin, yazın, oxuyun, ey iki gözüm, bacılar! Əlimdə namə zibəs ki, dolanmışam kəndi, İki dizim gözü sızlar sızım-sızım, bacılar! Dadaşlar evdə deyil, mollalar gedib dərsə, Beş-altı gündü qalıb bağlı kağızım, bacılar! Gərək kağız yazana yalvaram mən hər həftə, Və dolduram cibinə bir çərək üzüm, bacılar! Evimə gəlsə, deyərlər dalımca bir para söz, Nə qaynanam, nə nənəm var, nə baldızım, bacılar! Boyumu görməz, eşitməz səsimi naməhrəm, Əgər yazam, oxuyam, kağızı özüm, bacılar! Necə deyim ona mən hər sözü belə yerdə? Utanıram, ölürəm, doğrudur sözüm, bacılar! Əgər deyəm: Yaz, uşaqlar qalıbdı tumançaq, Necə deyim bu sözü, tərlir arizim, bacılar! "Eşitmirəm səsüvi, gəl xanım, bir az irəli!" İtaət eyləməyim, neyləyim, quzum, bacılar? Gəhi əlim görünür, gəh bilək, gəhi biləzik, Gəhi çənəm, gəhi qaşım, gəhi gözüm, bacılar! Zibəs ki, təngə düşər qəlb, razıyam, buna ki, Gedim cəhənnəmə, əmma kağız yazım, bacılar! Oxur, yazır hamı millət xanımları, lakin, Əlif görəndə dirək zənn edir bizim bacılar. Nişan verin mənə, mən Möcüzə o mollanı Ki, ta qafasını bu daş ilə əzim, bacılar! Olaydı kaş, oxudaydım bərəqmi axundan, Həzar heyf ki, yoxdur mənim qızım, bacılar! * * * Bəzək Dəvədən öyrənib bizim bacılar Boynuna zəng asa beş-altı qatar. Beyni xalidir elmdən, əmma Var qızıl gərdənində bir xalvar. Gərdənində fəqət zərin çoxdur, Qeyri bu bir fəzilətin yoxdur. Xaneyi-qəlbimiz qaranluxdur, Sinəmiz gər ki, gün kimi parlar. Sənə həsrətlə binəva baxırı, Nari-həsrət ciyərlərin yaxırı. Vəlibağı yerindi, bil, axırı, Boşla kibri, qüruri, ey dindar! Bivəfadır cahan! Olar bir gün Satılar, sinə boş qalar bir gün, Yaş ilə gözlərin dolar bir gün, Özgə qoynunda çün gəzər onlar. Fəxr edə elm ilə gərək arvad, Nə bu zər ilə, ey evi bərbad! Gəz, dolan, bir könül elə abad Ki, vilayətdə ac qalanlar var. Demirəm vermə ziynət əndamə, Əşrəfi düzmə sədri-gülfamə; Düz və lakin aparma həmmamə Ki, gəda öz yanında olmaya xar. Demə naməhrəmə sözün, bacı, Oxu, yaz kağızı özün, bacı, Özgəsi yazsa kağızın, bacı, Sirrüvü faş edər, qəmin artar. Dur dağıt cəhl evin, xərab eylə, Elmsizlikdən ictinab eylə, Gecələr həmdəmin kitab eylə Ki, o hər qüssəni, qəmi dağıdar. Bisavad bacılar qışı, yayı, Yığışar bir yerə, içər çayı, Qeybət eylər xala və zəndayı, Olu saət səkiz, xoruz banlar. Oxusa ruznaməni nisvan, Gedər əldən,-deyər,-bizim iman. Deməsin xəlqə iftira, böhtan, Neyləsin bəs o binəva cindar? * * * Bahalıq Yaran, başuz sağ olsun, çay çox giran olubdur, Girvənkəsi otuz beş sahibqıran olubdur. Ponzasını satırlar altı qırana qəndin, Kişmişlə dadı qaçmış ol çayi-dilpəsəndin. Rəngü-rüxü solubdur çaydani-dərdiməndin, Qənddani-binəvanın qəddi kaman olubdur. Dad vermiri ağızda şiriniyi-cəvanmərg, Əndamı, təhri, təmi, hər zadı misli gerçək. Yox bir nəfər desin ki, bəsdir bu çaydan əl çək. Bain həmə qurumsaq İranda xan olubdur. Dünyanı əhli-məğrib döndərdi Kərbalayə, Dəva bir az da sürsə başım keçər cidayə, Biçarə zərli fincan həsrət qalıbdı çayə, Əttövbə, tövbə, yaran, axir zəman olubdur. * * * Boşla, gedə Kişi, sənə deyirəm: hey filanı boşla, gedə! Vəfası yoxdu cahanın, cahanı boşla, gedə! Rəvadi sən yatasan qeyr ilə və mən yalqız? Bəmərgi bəndə o mamli-mətanı boşla, gedə! Dişin töküldü, ağardı saçın və səqqalın, Daha bəsindi, əmoğlu, zənanı boşla, gedə! Qumarə vermə pulun, ey gözüm, eynim, tez gəl, Səni xuda, o kopani, maçanı boşla, gedə! Bu namə çün sənə vasil olar, haman səət Dükanı sat, nisiyən yığ, otanı boşla, gedə! Tərəbizon yolu, gəlmə ki, dağdı, daşdı, dərə, Gələndə Rusiyədən gəl, o yanı boşla, gedə! Həmin ki, varid olarsan hüdudi-İranə Lokantanı, kafeni, restoranı boşla, gedə! Birisi gər yapışa eşşəyin palanından Deyə: mənimdi! Amandır, palanı boşla, gedə! Mübaşir istəsə mərhum atan səranəsini, Kisən bağın tez aç, on beş qranı boşla gedə! Vuralla peysərüvə, həm gözün oyalla sənin, Başıvı sal aşağı, iddəanı boşla gedə! Səlamün almasa molla, qara günün qabla, Üzüvi qırxmasa dəllək, yamanı boşla gedə! Yaxan, maxan, qravatın Gəcildə pünhan et, Xüsus o qondareyi-dikdabanı boşla gedə! Məriz olanda dişin ya başın və ya qarnın, Duanəvisə pulun ver, davanı boşla gedə! Demə: bu bağ mənimdir və girdəkan ağacı. Ağac sənindi, vəli, girdəkanı boşla gedə! İçində hər nə ki var, oğrular edər qismət, Fəqət havası sənindi, havanı boşla gedə! Səməd əmu kimi gorkan soxar məzarə səni, Qavali, dünbəyi, sazı, kəmanı boşla gedə! Qoyalla aduvi babi, çəkəllə darə səni, Danışma, dinmə, gədə, kəşkəranı boşla gedə! Çəkil kənarə, əlin çək o pakidaməndən, Ziyarətə gedir oğlan, ağanı boşla gedə! Gözündə qalmadı yaş, qorxuram çıxa canın, Gözüvi sil, bala, ahü fəqanı boşla gedə! Nə qədri zülm edisən eylə xəlqə, mən nə deyim, Fəqət nə iş görürsən gör, riyanı boşla, gedə! Cəfəngiyati Süleyman Nəzifə vermə qulaq, Yalançıbaşıdır, ol bihəyanı boşla gedə! Eşitmişəm ki yazır: "Kürdlər aldı Təbrizi", O bimürüvvətə söylə: Yalanı boşla gedə! Nə Umru qaldı, nə Dilman, nə Cəhr əlində onun, O başı daşlı Simitko ağanı boşla gedə! Himayət eyləməz əkradə türk mən bilirəm, Güvənmə türkə, o Kamil Paşanı boşla gedə! Gətirməyəndə gətirməz, yatanda bəxt yatar, Ayıltma, qoy yata bəxti-qəranı boşla gedə! Qafası boşdu o köhnə şəhərli Teymurun, Və Ərşədin, o uzun nərdivanı boşla gedə! Dedim: bəlayi-cahandır o ingilis, ey dust, Bəlayə soxma özün, gəl bəlanı boşla gedə! Əgər deyəm ona: Avropa, get, bəsindi sənin, Ay ingilis mən ölüm, Asiyanı boşla gedə! O da mənə deyəcək: Qoy, dadaş, qəmən qınına" Başın dağıtma, səri-binəvanı boşla gedə! Gecə keçibdi, du yat, damda oğrular üşüdü, Çirağı bas aşağı, dastanı boşla gedə! Bu gecə növbə sənindi yəqinən, ey Möcüz, Nağanı qoy başın altda, duanı boşla gedə! * * * Bayram gəlir Eylə tərəhhüm, xuda, bəndəyi-bidövlətə, Yoxdu tila kisədə zad-mad alım külfətə. Mən necə əlboş gedim xaneyi-viranimə, Axiri-çərşənbədir, mən nə deyim övrətə? Az qalır axşam ola almamışam yağ, düyü, Bir şahı da yox verəm, bircə dənə kibritə. Dönməməli xanəyə, çəkməli dabanları, Etməli burdan fərar, fatihə bu millətə! Söyləyin, ey nazənin, sədriyi-izzət-qərin, Yeddi lövünü ləin atdı məni qürbətə. Zəhr kimi danışar, hər bir işə qarışar, Görəsən övrətlərin xeyri nədir millətə? Bu qısacıq ömürlə, neylirəm mən oğlanı, O, para qazanınca mən gedərəm cənnətə. Gər çiçək aparmıya, məndən sora sağ qala, Yoxsul dədənin oğlu həsrət qalar rahətə. Əgər oxuyub yazmaq nəsib ola oğluma, Millət söyər goruma, ələ alsa qəzetə. Yetimlə bazar dolu, bürəhnə qıçı-qolu, Tumançaq Əliqulu xeyir verməz dövlətə. Hər gün ruzə, hər gün çay, hər gün: "Ey vay, acam, vay!". "Ey vay" qarın doyurmaz, paltar olmaz ümmətə. Qulaq verin bir mənə, bayramdır, ey hacılar, Başı açıq bacılar möhtacdı bir çərqətə. Gər verilə hüququ, fəqir yaşar şah kimi, İmanı yox ağalar doldururlar səbətə. Cəm olluq bir yerdə çox, dünyalıq işimiz yox, Söhbətimiz tamamən racedir axirətə. Aləmi-manyatimiz batil etdi hissini, Milləti-biçarəni saldı xabi-qəflətə. Çağırıram nə qədər ayılmır bu biçarə, Günəş çıxdı duvara, dur, gələsən lənətə! Səhər gərək tez duram, zad-mad alım bayrama, Gecənin nə vaxtıdı, bax bir görək saətə! Bu il bayram bikarə saqiya, beş gün sora Hilali-mahi-siyam görünəcək ümmətə. Hər il sizdəh günü eyş eylər idik səhrada, Bu il bayram bikarə, saqiya, beş gün sora Ağayi Naxçıvani bir söz deyim mən sənə, Sizdəh günündən kam al, özün salma zəhmətə! Gər yoldaş istəyirsən, hacı Məhəmməd Əli Təraş edir səqqəli, inanmır qiyamətə. Nigaranam bir az mən hacı Hüseyn ağadan. O da mən deyən olsa, apar bəzmi-işrətə! * * * Bir gecə Bir gecə mənzili-Hüseyn xani Eylədux şəmlərlə nurani. Gər mütrüblər baxa və görə, Zülməti təbdil eyləyər nurə, Qaşları həmd, gözləri surə Zülfi "vəlleyli" səxt zülmani. Tar oxur, qəlb istirahət edər, Yar açar qolların, qiyamət edər, Səhfi-eşqi dəf təlavət edər, Tazələr rəsmi-dinü imani. Dəhəni təng, həlqeyi-mərcan, Qəbqəbi iltifah vəl-ərman, Arizi misli sureyi-rəhman, Cəlb edər iştəhayi-insani. Eyləmişdik əyərçi biz kəsəmat, Lakin ol mütrübi-xəcüstə süfat Nagəhan qoydu baş, qaldux mat, Tökdü diz üstə zülfi-reyhani. Gördü bu halı çün Ağabdulla, Qəlbdən çəkdi bir müfəssəl ah! Əl atıb kisəyə, sifidü siyah Etdi bəzl, razı qaldı canani. O suvaşdıqca xəlqə misli çiriş, Hamı eylərdi Möcüzə qarqış. Meylü rəqbətlə olmayan bir iş, Rəsmdir, hər zaman çıxar canı. Bəzilər qaçdı, leyk mən qaldım, Bir qıran borc Hüseyndən aldım, Müxtəsər cürm ilə qurtardım, Tari hifz eyləsin Hüseyn xani. Əlqərəz oldu çün altı saət, Xəlq durdu. Vəli mənə rüxsət Vermədi tarzən. Dedim: İllət? Dedi: Lütf eylə altı tumani. Xamsən, Möcüz, olmadın püxtə, Aldanar daima novamuxtə. Aldı məndən pulu pədərsuxtə, Verdi cananə, çəkdi qəlyanı. Deyirəm hər zaman: Ay Əsqərağa, Vergilən pul! Özün çəkir qırağa, Müxtəsər, saldılar məni şuluğa Güneyin xəlqi-namüsəlmanı. Verməseydim o pulu tarzənə, Ərz üçün əzm edərdi Tehranə, Od vurardı təmam İranə, Almasaydi pulun, ağam cani! * * * Bu gecə Genə yer üstə nizul afitab edib bu gecə, Könül sərayini rövşən şərab edib bu gecə. Gəlin, öpün əlini Möcüzi-günəhkarin Ki, künc meykədədə çox səvab edib bu gecə. Şərab nur hidayətlə doldurub qəlbin, Binayi-küfri yıxıb, mey xərab edib bu gecə. Mey ilə eyləmişəm mən mühasini əlvan, Əgər həna ilə zahid xəzab edib bu gecə. Yatıb kəsalət ilə şeyxi-şəhr, mən neynim? O nəfsinə sitəmi-bihesab edib bu gecə. Əlində badə, yanında həbib, ey Möcüz Xuda dualərüvi müstəcab edib bu gecə! * * * Bənzisən qızılgülə sən Səni xuda yaradıb, dilbəra, deyib-güləsən, Nəinki sallayasan qaşqabağuvi belə sən! Mən aşiqəm sənə, ey yar, əndəlib kimi, Cəhət odur ki, bala, bənzisən qızılgülə sən. Yaralı, xəstə kimi biqərar olur könlüm, Vuranda şanə, cəvanim, o zülfü kakilə sən. İlan vuran yatar əmma mənim yuxum gəlməz. Nolur ki, rəhmə gəlib bir gecə bizə gələsən! Əgər deyəm: Mənə bir busə ver dodağından! Deyər: Günahdı, bu, verməm, əgərçi lap öləsən! Sənə namazi-cəmaət yaraşmaz, ey dilbər, Firui-dini, qızım, çünki bilmisən hələ sən, Günah bir bu deyil, aç risaləni bax bir, Həzar heyf ki, sən bisavadü cahiləsən! Xuda bahasına bir bistilik soğan verməz, Əgər qiyamətədək müttəsil namaz qılasan. Mənim dilimcə anan Fatmaya səlam eylə, Ki, xəlq ilə edisən xeyli bəd müamilə sən. Bacayi inki deyə: "Lailahə illəllah!", Kişisiz övrətə söylər ki: Əclaf, hamiləsən! Günorta vəxti gedir məscidi-Bərabə tərəf, Xala, mənə de görüm, xəlqi salmısan ələ sən? Kimin cəsarəti var yan baxa sizin tərəfə, Əbəs yerə qoyusan, bacı, qapuva gilə sən. Nə eybi var, ola gər "camə qəsbi, ca qəsbi". Namaz vəqti keçir, qollaruvi çırmala sən! "Dodağın öp balamın!"-söylisən məni-zara, Həzar bar öpərəm, burnunu əgər siləsən. Necə qucağa alım mən bu tifli-məsumi, Üzü-gözü qaralıb, soxmusan bunu külə sən? Alıb qucağına bir natəmiz uşaq, ey vay, Çiçək, amandı yetiş, bu uşağı pörtələ sən! Gənə gəlir Abacım naz ilə bizə mehman, Gəl, indi ver bu kifir arvad ilə əl-ələ sən! * * * Bir məsləhət Yükün az çat bir az, qardaş, ulağın xeyli lağərdir. Nə tək zülm eyləyən dünyadə bir Şimri-sitəmkərdir. O zülmi ki, edirsən sən, onu hərgiz firəng etməz, Düşün, ey kəmsəadət, sən müsəlmansan, o kafərdir! Bizi soxma, qanatma üzvini biçarə heyvanın, Sən insaniyyətin pozma, əgər qarşındakı xərdir. Qabırqasın əzirsən ki, tez olsun mətləbin hasil Gedəmməz o yeyin ondan, o nə maşın, nə əstərdir, Sənin qorxundan ahulər səri-daqi edib məskən, Pələngü gərgədəndən çün bəniadəm sitəmgərdir. Dili yoxdur gedə ərzə, şikayət eyləyə səndən, O da dərdin deyər bir gün, o gün ki, ruzi-məhşərdir. Niyə zülm eylədin biçarəyə?-Səndən sual eylər, Onu xəlq eyləyən var, xaliqi allahi əkbərdir. Qəmavərdir bu sözlər, Möcüza, sən böylə yazmazdın, Nə görmüşsən bu gün söylə, nədən halın mükəddərdir? Səyahət eylə bir şair, dolan, gəz mülki İrani, Məgər iranlıya, yahu, Vətən bir bu Şəbüstərdir? * * * Bekarlara nəsihət Hər şəxs gərək eyləyə bir sənətə xidmət, Bir iş görə, ta olmaya mehtaci-cəmaət. Naçar gərək iş görə qışda, həmi yayda, Çün müftə deyil çay, çörək, qənd, pendir, ət! Amma elə bir iş görəsən ki, onu tari Mən eyləməyə, şəri-pəyəmbər verə rüxsət. Mey satmağı mən eyləyib allah təala, Var mənfəəti satmağın; amma, o ticarət İslamə yaraşmaz-onu satsın və qazansın; Mömün onu satsa, gedər imani o saət, Mey içsə, gəzər kuçəvü bazarı tumançaq, Mömün kişi tez kefləni, ey əhli-dəyanət. Gəh nərə çəkər, gəh qəmə-qəddarə müsəlman Bir botri ərəq eyləsə daxil bə imarət. Əkkasə deyin ağzını bassın suya hər gün, Bir qədri, siz allah, verin əkkasə nəsihət. Bir yaxşı düşün, heç bilisən, neylisən, oğlan, Xəllaqmisən ki, çəkisən nəqşə və surət? Qorxum budur axir verə ruh əksə Həsənxan, Əks ağzın aça, söyləyə: Ey əhli vilayət, Əkkas olursuz, hər nə olursuz-olun, əmma Bikar oturun, eyləməyin xəlqə əziyyət! Hərçi deyirəm hacıya, vermir mənə dükkan, Bilməm niyə hacı sözümə etmir itaət? Ey kaş, sınaydı dəvənin qol-qıçı yolda, Hacı qayıdaydı evə başərmü xəcalət. Ey kaş, itireydi pulunu yolda təmamən, Nə Məkkə görəydi, nə Mədinə, nə ziyarət! Eyvah mənim halimə ki, millət ayıldı, Bəh, bəh, nə xoş əyyam idi, əyyami-cəhalət! Əkkas nədir, əks nədir? Bilməz idik heç, Çox yaxşı keçirdi bizim əyyami səbavət. Sındı ələmim, öldü ələmdarım o gün ki, Haçı, məşədi eylədi təbdili-qiyafət. Hər nə deyirəm hacıya: Rəngin qaralıbdır, Ver izn, qoyum daluva bir yaxşı həcamət. Baxmır sözümə, gəlmiri həmmamə və lakin Axır boğacaq hacını əfrati-hərarət. Düşdü necə ki, moddan o baş yarmaq, əmoğlu, Moddan düşəcəkdir o həcamət də nəhayət. Səqqəl gedəcək, bığ gedəcək, çümlə kökündən, Hər kəs qoya səqqəl, ona eyləllə şəmatət. Möcüz, demədim mən sənə dəllak dükanında Xəlqin bığına-saqqalına etmə dəxalət? Çox bizləmə, qoy yuxluya bu köhnə qafalar, Eyvah, əgər diksinə, bidar ola millət! Qolların açıb, gərnəşə gər bu canavarlar, Taqət gətirəmməz daxi zənciri-əsarət. Sən xud səbəb oldui bu işə, xəlqi ayıltdın, Yatmaz daxi bu qovm, ila ruzi-qiyamət. * * * Bu necə əsridi? Yoxdu bir şəxs mənim tək meyə müştaq olsun. Saqiya, ver, iki dünyadə üzün ağ olsun! Verməsən millətə mey, mail olar tiryakə, Ver, əgər istəmisən xəlq qurumsaq olsun! Meyi mən şirəkeşə etdim həlal, ey saqi, Demə axunda, ver içsin, bədəni çağ olsun! Mey bədəxlaq edər insani-deyərlər, insan Olmasın tənbəlü biar, bədəxlaq olsun! Qəhvədə şirə çəkər şirəkeşi zəncirə, Qoy o da kuçədə çəksin, qəmə dustaq olsun! Bəs deyilmi bu qədər, tabekey iranlıların, Əşki-xunin ilə kirpikləri islaq olsun? Saqiya, Möcüzi-müştaqə o meydən ver ki, Abi-Kövsər kimi xoştəm və bərraq olsun! Qıldan incə olu-vaiz buyurur Puli-Sirat, Şiəyi-bədəməlin vasiri xəllaq olsun! Bir caket al mənə, sat bu ərəbi paltarı, Gərək orda kişi qırğı kimi qıvraq olsun. Şirəkeşlik bizi qoymur çalışaq, ey naci, İzn ver millətə abuneyi-konyak olsun! Baba dərvişə dedim: Tut əlüvə bir pişə, Təbəri atdı həvayə, dedi: Bu sağ olsun! Aldı əmniyyə əlindən təbəri, kəşkuli, Ağzının dadı gərək misli-sarımsaq olsun. Bar-ilahi, sən özün eylə kömək dərvişə, Baba dərviş necə bu qış günü sallaq olsun? Bu necə əsridi, ya rəb ki, deyirlər xəlqin Kəlləsində nə dürüyə, nə də papaq olsun?! Rəhm yox zərrəcə qəlbində o Sadıq xanın, Görüm allah, əli şil, qıçları çolaq olsun! Düryəmi eylədi parə, başaçıq getdim evə, Baxdı arvad dedi: Vah-vah! Həzər, irağ olsun! Dedim: Ey həmdəmi-can, qorxuram axir deyələr: Nə qərə çadirə, nə qırmızı başmaq olsun! Qoyacaq başinə sərpuşi-cədidi hökmən, İstər ol sahibi-baş həzrəti Əshaq olsun! Girəm hökm eylədi dövlət, fəqət, ey laməzhəb, Necə əmniyyə axundun üzünə ağ olsun? Dedim: Ey qönçədəhan, qorxma, yıxılmaz dünya, Qoy o da bir neçə gün xanədə dustaq olsun! * * * Bu necə vilayətdir? Xoşa səadətinə on ki, əhli cənnətdir, Ki, yəni sahibi cahü-cəlalü dövlətdir. Kərə ucuzdu və sədri və ləhmi-buzqalə, Bu il çilov yeməyən xeyli bimürüvvətdir. Kabab edərdi əti xalq, yüz min il əvvəl, Soxurlar indi ki, kövduşə, məhz bidətdir. Əgər qənaət edə yoxsul, haqqı var, amma Qənaət eyləməyi varlının qəbahətidir. Cəmali-balə nəzər etmə, yum gözün, müflüs, Bu eşqbazlığıvun çün sonu nədamətdir. Lətifdir bədəni, həm gözəldi ruxsarı, Əsəl cahanda, ilahi, nə yaxşı nemətdir! Soyuqdan az qalır ölsün fəqir həmsayən, Düçari-fəqri-zərurət əsiri-külfətdir. Cəhalət ilə gedirsən Əli ziyarətinə, Vəli, Əliyyü-Vəli düşməni-cəhalətdir Şəbüstər əhli nə bədbəxtdir, xudavənda, Baxırsan hər yana, başı ləçəkli övrətdir. Diyari-qürbəti icad edənlərə lənət! On evdə bir kişi yox-bu neçə vilayətdir? Vətən cavanları qürbətdə ixtiyar oldu, Bu hali-zərə səbəb, Möcüza, şəriətdir. Bu hali-zarə əlac eyləyə bilər varlı, Vəli çi sud ki, bunlar da bikifayətdir. Ayıqlıq eylədi bazar Möcüzü, saqi! Piyalə ver mənə, xovf etmə, xanə xəlvətdir. * * * Bahar oldu Nə yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu, Bulut od yağdırır dünyayə, aləm tarü mar oldu, Dolu qoydu kəmanə topların, atdı biyabanə, Xiyarın ixtiyarı getdi əldən biqərar oldu. Nə qarpız qaldı bostanda, nə gərmək, ah va veyla! Kədu, pəncər və gərmək də təmamən zəxmidar oldu. Üzün tutmuş göyə bostançı, söylər: Ey rəhim allah! Çuvallar qaldı boş, mən boşlu, karim ahü zar oldu, Sitəmkari, görüm, tari özü salsın yaman dərdə, Səbəb bu dərd-bidərmanə çərx kəcmədar oldu. Xiyarə vurdu min yarə fələk, şərrin bilirsizmi? O da çün qoydu kakil başə, bu dərdə düçar oldu. Nə qarpız şad olur bu əsrdə, Möcüz, nə xərbuzə, Və gərmək xar olub qaldı, qəribə ruzigar oldu. * * * Bədbəxt o kimsədir ki... Fəsli-bahardı keçir idim laləzaridən, Xoş sövt ilə oxurdu, eşitdim həzaridən. Bülbül, sənin də var məgər aləmdə bir qəmin? Gördüm o da şikayət edir ruzigaridən. Ta var fəraq, dərdi-gülüstan dəhridə, Əksilməz ahü nalə səsi bu diyaridən! Gəl, əndəlibin halını seyr eylə onda sən, Zalim fələk çün ayrı salar yari yaridən. Diş düşdü, baş ağardı, kəman oldu qamətim, Bir səs gəlir qulağimə hər gün məzaridən: "Gəl, gəl ki, gözləyir yoluvi xaneyi-ləhəd; Gəl, murü mari eylə xilas intizaridən!" Qüvvətli çox cavanlar əsir etdi şahi-mərg, Bak eyləməz sənin kimi bir ixtiyaridən. Nagəh əlində badə gələr saqiyi-əcəl, Zur ilə hülqüvə tökər ol zəhrimaridən. Verməz ölüm o qədri sənə fürsət, ey əmu! Ta bir içim su meyl edəsən cuybaridən. Eylə vida bu əhlü əyalə həmişəlik, Didar qaldı məhşərə, əl çək nigaridən! Divari-qəbri hiç dilavər yarammadı, Mümkün deyil fərar o möhkəm divaridən! Sultandı can bədəndə, bədən təxti-səltənət, Sultan ki, qalxdı, təxt düşər etibaridən. Varis deyər: Mənimdi bu dövlət tez ol görək Təşrif apar ki, çıxdı əlin ixtiyaridən! Düşsə yolun məzar evinə, qəflət eyləmə, Kam al doyunca, sən də, əmu, susmaridən. Varis "Hotel Palas"da yeyər müftə pulları, Busə alar doyunca qələm qaşlı Maridən. -Qurban ola ata və anam gül dəhanüvə, Can, madmazel, gözəldi cəmalin baharidən! Aşiq qoyar külahı yerə, yar şapkanı, Zülfün tökər üzarə yəminü, yəsaridən. Dəf səslənər, kamança deyər: yar, yar, yar! Saqi tökər gilasə meyi müşkbaridən, Şampan qədəhləri elə ki, bir-birə dəyər, Övc eylər asimanə bu səs çəngü taridən: Ya bəxtiyar edin özüzü, ciddü cəhdilə, Ya parisa olun, çəkin əl kəsbi-karidən! Bədbəxt o kimsədir ki, yığar malı sandığa, Xərc eyləməz yerində, keçər ömrü yaridən. Beynin yoruldu çortkə qabağında sübhü şam, Hasil nə oldu bəs sənə bu dərrə-daridən? Bir xəstəxanə millət üçün etmədin bina, Naxoşlar öldü küçədə, baxdın kənaridən. Ey kaş, olaydı dövlətin ömrün kimi zəlil, Bir körpü yapdıraydın o darü nədaridən. Nə millətə, nə dövlətə bir xidmət eylədin, Bir huşə gəl, dadaş, gecə keçdi qəraridən! Gəh Bəsrədən səsin gəliri, gahi Misridən, Gəh Şamü şumidən və gəhi Qəndiharidən. Əsbab eyş xofü xətər, mənzilin rübat, Fərqi nədir belə kişinin çarvadaridən? Möcüz, ağardı sübh yeri, huşə gəl görək, Yalvar, sızılda, əfv dilə girdigaridən! Salma aşağə böylə səri-şərmsarüvi, Allah bağışlayandı, keçər tövbəkaridən. * * * Bəsdir yetər axir! Nədir bu nazü istiğna, gecə oldu səhər axir, Könül şad eylə bir tək busə ilə ey gözəl, axir! O güllər ki, açıbdır gülşəni-hüsnündə rəngarəng, Həmişə eylə tər qalmaz, bala, vallah, solar axir! Dedim: saqi, gülərsən sən niyadaim? Dedi: çünki Gülən də, ağlayan da, dari-dünyadan gedər, axir. Al, iç bu badeyi-nabi, xəyalət ilə əlləşmə, Danış, gül, oyna, cəlladi-əcəl qanın tökər axir. Fələk bir tac ilə bir təxt vermişdi Kəyumərsə, O tacü təxtə oldu namizəd ali-Qəcər axir. Yüz il qan ağladı millət, vəli, ahəstə-ahəstə, Tükəndi qəlb evində səbr, ucaldı nalələr axir. Vətəndə qalmadı bir yer ki, viran etməsin Qacar, Fərar etdi vətəndən milləti-xunincigər axir. Min üç yüz qırx iki il keçdi çün tarixi-hicrətdən, Qəza səsləndi: Zalim, dur görək, bəsdir, yetər axir! O qəsri ki, edərdi səcdə millət asitanində, O qəsrə qaldı həsrət zadeyi-bidadgər axir. Xilas oldu Vətən, əhli Vətən, Möcüz, bihəmdüllah, O təxti badə verdi padişahi-bihünər axir. * * * Cumhuriyyətə Saqiya! Bir badə ver əbnayi-cümhuriyyətə, Təşnədir əhli-vətən səhbayi-cümhuriyyətə. Sakit ol, ahəstə gəl, tünd əsmə, ey badi-səba, Qorxuram toz əyləşə simayi-cümhuriyyətə! Bir para nadan kişi "Başsız bədən olmaz" deyər, Bəs, demək vaqif deyil mənayi-cümhuriyyətə, Qurda verdi kəlləni çün kəlləsiz çobanımız, Ol cəhətdən düşmüşük sövdayi-cümhuriyyətə. Qaməti oldu xəmidə binəva iranlının Bəs ki, kürnuş eylədi ədayi cümhuriyyətə. Qibleyi-aləmlərə yüz il "Bəli, qurban!" dedik. Bir zaman da "hən" deyək ağayi-cümhuriyyətə. İstəsən qeydi-əsarətdən xilas olmaq əgər, Qoy qədəm Musa kimi dəryayi-cümhuriyyətə! Etdi əhya Yenki Dünya mürdəganin biltamam; Sən də yalvar, ey oğul, İsayi-cümhuriyyətə! Bir qarış yer yoxdu ləmyəzr Firəngistanidə, Eylə bir ətfi-nəzər səhrayi-cümhuriyyətə! Möhtəkirlər asitanin bus edən cühhalidir! Üz sürə aqil gərək tuğrayi-cümhuriyyətə. Qədri-zər Möcüz şünasəd, qədri gövhər-gövhəri, Olmaz hər kəs müştəri kalayi-cümhuriyyətə! * * * Canlı cənazə Mahi-siyam gəldi, məni saldı möhnətə, Ey kaş, gəlmiyəydi oruc bu vilayətə. Görsən, məhi-mübarəki, saqi, beş-on təpik Vur, bəd söylə məndən o biarü-qeyrətə: Ey mahi-ruzə, ey rəməzan, ey filan, filan, Xəlqi gətirmə təngə, özün salma qeybətə! Get hər yerə kefindi, vəli gəlmə Təbrizə, Yoxdur dəvam məndə otuz gün kəsalətə. İftarı yox, obaşdanı yox binəvələrin, Təklifi-şaq həqq eləməz bibəzaətə. İftar üçün kəbab edisən bir çərək əti, Ey malidar, gəl bizə, bax bir qənaətə! Axşam olanda çölməyi ləbriz edər xanım, Yəni ki, bir çərək su tökər həfdirəm ətə, Qəlbi zəif edər bu qəza, əqli tarümar, Mən tapdaram uşaqları, arvad dönər itə. Arvad mənə-yaman, mən ona-silləvü təpik, Qan eyləri, gər olmasa həmsayə vasitə. Cəngü cidal mahi-mübarəkdə çox olur, Həqsiz çıxar fəqir gedə gər şikayətə. Varlı əgər fəqirin əzə daş ilə başın, Tənbih edər hökumət o başı cərahətə. "Xəmseyn əlf" ayəsi nazildi şəninə, Əlhəq bahar günləri bənzər qiyamətə, Bir il qalıb əzanə hələ başı qoy yerə. Ey binamaz, açma gözün, baxma saətə! "Yat, başüvi kəsim!"-desə vaiz, varam, bəli, Amma yoxam oruc kimi müşkül ibadətə. Çay içməsəm səhər gedərəm ixtiyardən, Qoymazla-qoymasınla məni baği-cənnətə! Mali-yetimi molla yeyir, mən orucluğu, Mən mali-həqqə bəndəm, o mali-rəiyyətə. Ey yar qar, kafər edirsən Əlini sən, Əyləşmisən Yezid kimi təxti-xilafətə. Tüllabi yığmısan başuva bir məram ilə, Məxfi deyil məramin, əmu, zifərasətə. İrzi qalıb eşikdə mühacirlərin təmam, Əmma verir tümənləri əshabi-sərbətə. On min tümən fəqir pulun qoymusan evə, Təzvir edib, həsir salısan sən imarətə.... Saqi, dünən bu vaxtı keçirdim Bərabdən. Düşdü gözüm o səmtdə bir bikəs övrətə. Bimaridi, qəribidi, biixtiyar idi, Möhtac idi qəzayə, dəvayə, himayətə. Mən müztərib baxırdım o canlı cənazəyə, Ağlardı gözlərim o pərişan qiyafətə. Bir təxtəparə tək qurumuşdu o binəva, Gördüm o hal ilən döşənib xaki-zillətə. Zülfün edib niqab saralmış üzarinə, Başın qoyub daş üstə, gedib xabi-rahətə. Şəkli bəyan edirdi ki, bu bir əziz imiş, Biçarə bir qəza ilə düşmüş bu halətə, Hər kəs ona baxıb dedi: qalmıbdı bunda can, Mən də deyirdim: ömrü yetişmiş nəhayətə. Nagah gətirdi huşə onu taqqataq səsi, Açdı gözün yavaşca, məni saldı heyrətə. Bir baxdı həsrət ilə, yenə yumdu gözlərin, Əydi başın, üzün dayadı səngi-ibrətə. Möcüz: bu səs nədir?-dedi; baxdım, dedim ki: heç! Dövlətlilər gedirlə nəmazi-cəmaətə. Bir ah çəkdi, şöləsi yandırdı şairi, Ya rəb, olarmı çarə bu biçarə millətə!? * * * Candan keçmişux! Dilbəra! Mümkün deyil gülşəndə gül bixar ola, Bülbül aşiqdir, gərək eşq əhlinə azar ola! Biz Vətən aşiqləri baş ilə candan keçmişux, Zalimə "Adil" deyib, baş əymərux, xunxar ola! Zülmdür bu, ya deyil-millət acından can verir, Pişivayi-millətin buğdası yüz anbar ola! Müxtəsər cürm ilə vaizlər məni təkfir edir, Həqqi var yerdən göyə, qafil gərək huşyar ola! Baxma cayi-səcdəyə, allanma, saqi, mey gətir, Hər başıqırxıx kişi zənn eyləmə dindar ola. Ta nə qədri mən sağam, göz açmasın millət gərək, Yuxlasın ta həşr olunca.... Qoymaram bidar ola. Aləmi-meyxanəyə kəc baxma, oğlan, keç görax, Bir belə aləm tapammaz, gər, atan memar ola! Şeyxana, birahə getmaxdan xəyalım var mənim, Çıxmışam yoldan, onunçün qorxuram tərrar ola! Saqiya, çami dolandır başuva, ver, nuş edim, Dərd-sərdən az qalır başım iki xərvar ola! Əhli-qeyrət cənkcur, dəvatələbdir daima, Ey cəmaət, qoymayın tiryakilər meyxar ola! Zahida, bundan ziyadə dinu iman bəsləməz Bir çörək ki, mayəsi arpa ilə cövdar ola! Ey cəmaət, məndə yüz batman kəsalət var bu gün, Paylıram-gəlsin aparsın,-hər kəsə, bikar ola! * * * Çəkmə siqarə! Ey gözləri piyalə və ey qaşları qələm, Dərdi-fəraqin ilə Əli, az qalır öləm! Şövqi-vüsal ilə edərəm şad könlümü, Vəslin, bala, nə vəqt edər abad könlümü? Sən etmisən əsir o azad könlümü, Sənsən səbəb əgər ürəyim bağlaya vərəm. Mən düşmənəm cənabüvə, yainki yaruvam? Hər kəs bilir ki, aşiqi-biixtiyaruvam! Mən neylərəm bahari, sənin intizaruvam, Zənn eyləmə ki, fəsli-bahar ilə xürrəməm. Hər vəqt qəm edərdi məni çaki pirəhən, Siqar ilə edərdim o məlunə həmla mən, "Zərd əvvəl" eyləyib putuna zəm on tümən, Minbəd edərmi bir də o üşşaq dəfi-qəm? Bəski, salıb tütün Güneystanə şurişin, Tiryakilər çəkir gecə damlarda "Ya Hüseyn!" Vermişlə əl-ələ, bala məzlum seyyideyn, Məşd İsmayıl, birinci, ikinci, üçüncü həm. Viran edirlə xakeyi-əqli əsasidən, Baci-xərac alırla zikurü ünasidən, "Əlli nömür" yuxarıdır on beş abasidən, Qorxum budur özün asa əşxasi-bidirəm. Zülmün tülui dəm-bə-dəm, eylər ziyadraq, Xasə o "bərgi-səbzü", "bayqara" və "şeşqulaq". Yox çarə, qeyr əzinki Tükəzbanı boşluyaq, Bu qədri məsrəf ilə necə saxlayaq hərəm? Versək hər il iyirmi tümən çayə maliyat, Vursa beş-altı silli də xəlqə duxaniyat, Biçiz millətin üzünə bağlanar Fərat, Nari-səfalət ilə yanar xaneyi-əcəm. Çayın ki, yoxdu mənfəəti, suvay.... Sat çayidanı, etmə onunla alış-veriş. Çəkmə siqarə, eylə bir az hövsələn geniş, Artırsa qəm hərarəti, qoydurgilən həcəm. Çay içməsəm səhər gedərəm ixtiyaridən, Siqarəsiz səsim gələr qəri-məzaridən, Zülmi-tütün çoxaldı, çıxın bu diyaridən, Xasə "Məhəmmədiyyə", edir xəlqə çox sitəm. Çıxmaq məgər rahatdı, çıxım, ey filan, filan! Yol xərci, puli-təzkirə və rişvə min qran, İnsan necə bu bari-səqilə verə təkan? "Al daluva!"-deyərlə mənə; mən məgər xərəm? Beş yüz tümən məvacib alır bir nəfər gəda, Beş yüz tümən də rişvə yeyər, va Məhəmməda! Mən gər deyəm o zalimə: "Yoxdur xuda-muda!" Əqrəb kimi o saat edər quyruğun ələm. Ya dini-məzhəbi edin inkar misli-mən, Ya əl çəkin o xanəbərəndaz zülmüdən. Lənət əvam dininə yeksəd həzar mən, İrani yıxdı, etdi misali-sərayi-Cəm. Piri-zəif tərk edə bilməz siqarəni, Dəva günü cavanlar edər rəf düşməni. Qorxum budur əsir edə İkramiyə səni, Zira ki, çox rəşididi Möcüz o dud-dəm. * * * Çiçək İki qız aldın əlimdən, boyadın qanə, çiçək! Bu ki bir danədi, rəhm eylə bu oğlanə, çiçək! Dedim: "Oğlana çiçək döydürək", övrət dedi: "Yox" Etiqad eyləmədim mən də o dərmanə, çiçək. Titrərəm bərgi-xəzan tək gecələr ta bəsəhər, İki qurban kəsərəm gər gedə Dəryanə çiçək. Xəlq edib xaliqi-can, ey bacı, hər dərdə dəva, Aqil ilə işi yox, bənd olu nadanə çiçək. Lövhi-məhfuzə yazılmış: "Gərək ölsün balalar!" Bu "Gərək" ləfzi gərək od vura İranə, çiçək! Qəbr qazmaqdan olubdur əl-ayağı şil-küt, Bizə rəhm eyləməsən, rəhm elə gorkanə çiçək. Gözəli çirkin edib, eyləmə rüsvayi-cahan, Qorxuram qızlar əlindən qaça Tehrana, çiçək! Qızların şikvəsini gər eşidə şahi-cahan, Bağlar əl-qollaruvi, göndəri zindanə, çiçək. Bu qızı kim alacaq qoynuna, ey vay bəmən, Qaşı yox, kirpiyi yox, bənzəmir insana, çiçək. Gər çiçək yerlərinə sürtə bu bir pud kirşan, Yenə gəlməz süfətə, heyf ola kirşanə, çiçək. Oxşar, ağlar analar, çün deyər: "Ey vay, bala vay!" Dərü divar gələr naləvü əfğanə, çiçək. Ana çün gördü ciyərparəsini qan aparır, Qüssədən oldu dəli, düşdü biyabənə, çiçək, Nə firəng ilə işin var, nə urus ilə sənin, Olmusan bənd fəqət milləti-İranə, çiçək. Od vurub başdan ayağə Əcəmistanı qırır, Nə Amerkanə gedirsən nə də Almanə, çiçək. Qorxuram eyləyə qilmanə sərayət bu mərəz, Bu uşaqlar ki, gedir rövzeyi-rizvanə, çiçək. Ölməli çox qocalar Ərvanəq, Ənzabdə var, Tifli-məsum aparırsan, niyə, divanə çiçək? Etiqad eyləsə peyvəndə müsəlman, Möcüz, Bu qədər eyləməz azar müsəlmana çiçək! * * * Çək başuvu yorğan içinə! Dilbər istər apara mülçünü müjgan içinə, Ey xuda, küfr girir din ilə iman içinə. Şanə zinət verir ol türreyi-cananə genə, Mişgü ənbər tökülür ənniyü kirşan içinə, Kəlbətinə gələ o dişlərin, ey şaneyi-şum, Dişlərin basma elə zülfi-pərişan içinə, Məşgüvi çiynivə al, sən də əya əbri-bahar, Əxtəri-fikrim edir əzm gülüstan içinə. Sən də bir badeyi-külgun ilə şad eylə məni, Saqiya, qoyma qəmi daxil ola can içinə, Şəhri şəban, deyirlər, edəcək köç bu gün, Mahi-rövzə salacaq Yusifi zindan içinə. Qorxuram nagəh edə həmlə bizə mahi siyam, Necə ki, qurd girər bir sürü heyvan içinə. Al qılıncın ələ, yığ başuva beş-altı nəfər, Rastuza keçsə, tökün qanını meydan içinə. Gözüzü dörd açın, oğlan, deyirəm mən sizə ha! Bir daha çıxmaz oruc, girsə müsəlman içinə. Gəldi, ha, gəldi, gedə, qoymayın, ha! Qaç, saqi, Qılıcı sal yerə, sox başuvu qalxan içinə. Dustan! Hazır edin çəngini bu məclisə tez, Şairin mürqi-dili düşdü zənəxdan içinə. Rəmazan bir ox atıb, parələdi qəlb evini, Göz yaşım oldu rəvan çay kimi fincan içinə. Genə verdi hərəkət başına qarelərimiz, Vəlvələ saldı yoğun səsləri eyvan içinə. Oxuram ayələri, bilmirəm allah nə deyir, Baxıram bəndə fəqət mal kimi, Quran içinə. Genə vaiz əlinə aldı cəhənnəm çubuğun, Belə bərk xanələri saldı o mizan içinə. Min tümən rəddi-məzalim gətirib Şimr mənə, Çəkil, oğlan, atıram rövzeyi-rizvan içinə. Bu necə sözdü deyirsən, ağa, qurbanın olum, Yoxsa israr qoyursan gecə qəlyan içinə? Rey həvasilə Hüseyn başını kəsdi o ləin, Şimri də, Yezidi də at, gedə Tehran içinə. Səcdəgahə qoyaram kiseyi-simü zəhəbi, Elərəm səcdə o qədri, girə şeytan içinə. Möcüz! Axır oruca meyl edənin cürmü də var, Aşikar eyləmə, çək başüvu yorqan içinə. * * * Əmoğlu (Sabirə nəzirə) Beş gündü cahan, dövləti neylərsən əmoğlu? Elmi, hünəri, sənəti neylərsən, əmoğlu? Ölç kölgəni gündüz, gecə bax ulduza, ayə, Kafər qayıran səati neylərsən, əmoğlu? Bozbaş dediyin başə bəla, cane xətərdir, Yat, dur səhər olsun, əti neylərsən, əmoğlu? Üryan gələcək məhşərə məxluq təmamən, Alma nisiyə, xələti neylərsən, əmoğlu? Biqeyrət edər ağlamaq insanı, deyerlər, Xərc eylə gedə, qeyrəti neylərsən, əmoğlu? Bağla belüvə qeyrəti, namusu, həyanı; Sat qəddərəni, Hacəti neylərsən, əmoğlu? Arxa yaralı, baş xoralı, sinə cərahet, Bu zəhmət ilə cənnəti neylərsən emoğlu? Sən rum qızını bəsle Bəyoğlunda2, damş gül! İrandakı ac külfəti neylərsən, əmoğlu? Huri verecəklər sənə: xərmən kimi zülfü, Bir kəlləsi daz övıəti neylərsən, emoğlu? Vaiz ki, satıbdır sənə cənnati-nəimi, Şahiddi xuda, Höccəti neylərsən, əmoğlu? Saqqalı uzun, kəlləsi küt, fikri dansqal. Sən surətə bax, sirəti neylərsən, əmoğlu? Möcüz danışar bal kimi, aç ağzuvi, dinlə, Qəndi, rətəbi, şərbəti neylərsən, əmoğlu? * * * Fərzəndani-şəbüstər Yemiyək, içmiyək, boş sözlər danışmayaq, Möhtac olluq düşmənə biz egər çalışmayaq. Fərzəndani-Şəbüstər, vətən bizdən elm istər. İzzəti, dövlətidir hər insanın sənəti, Hünərsiz millətlərin yoxdur qədri-qiyməti: Fərzəndani-Şəbüstər, vətən bizdən elm istər. Elmsiz əgər biz yaşasaq gecə-gündüz, Vallah, billah, vətəndə gülməz hərgiz üzümüz, Fərzəndani-Şəbüstər, vətən bizden elm istər. Çalışan alişan olur, olmaz pərişan, FƏTZ edib axer bizə nəbiyi-zişan, Fərzəndani-Şəbüstər, vətən bizdən elm istər. Oxuyaq, anlayaq, qardaş, cahil qalmayaq, rahil qalaq biz? Niyə vətəndən kam almayaq? Fərzəndani -Şəbüstər, vətən bizdən elm istər. * * * Qürbət Kim, görəsən, qürbəti icad edib? Hər kəs edib, mən kimi bimar ola! Tərki-diyar eyləməyin baisi Olsa gərək zülmi-tələbkar ola. Qalsa vətəndə gedəcək izzəti, Həm Tükəzin çadrəvü çərqəti, Canuvi incitmə, oğul, övrəti Boşla, vəlov ki, məməsi nar ola. Təzkirə on dörd tümənə maldır, Qol pulu ondan da qınşmaldır, Yolçu nə eşşək və nə hambaldır, Ta bu qədər zülmə xiridar ola. Sən də bilirsən ki, o, tacir deyil, Bunca pulu verməyə qadir deyil, Boşla yaxasın, bura bir yer deyil, Qoy gedə İstanbula, tüccar ola. Göndərə həq hər gün əger rehmətin, Etmez ucuz təzkirənin qiymətin, Eyləyin agah rəsul ümmətin, Cibdə gərək dirhəmü dinar ola. Xərci var həştad tümən getmağın, Ya evi qoy beh, ya da ki, sat bağın, Qorxuram axır yıxıla mitbağın, Perdiləri azimi-bazar ola. Türk mənə verdisə, dörd yüz lirə, Qüssə və qəmdən tutular xirxirə, Ya zəhər iç, ya sal özün təndirə, Qoyma, qərəz, hövsələ çox dar ola. Qarət əger eyləyələr xeyməni, Hərmələvü Xuli və Şimri-dəni, Qüssə boğar yoxsulu, biçarəni, Əllərin, ey mərsiyəxan, var ola! Sinniz əgər baliğ olub əlliyə, Qəddərəni bərk vurun kəlləyə, Bəlkə sizi axirətə yolluya, Xəlq geyə qarə, əzadar ola. Bəs ki, içər şireyi-engurdən, Şairin olmaz xəbəri surdən, Məst çıxar daireyi-gurden, Kaş hamı Möcüz kimi dindar ola! * * * Millət Çalındı suri-İsrafil və bidar oldu hər millət, Ayılmır xabi-qəflətdən hələ bu bixəbər millət. Tilu etdi günəş məğribdən, əhli-şərq qafildir, Apardı feyzi-nuri şəmdən ol bəxtəvər millət, Nicumi-cəhl binur eylədi elmü hünər nurin, Fəzayi-qərbdə birləşdi xurşidü qəmər, millət. Dağıldı pənbeyi-mənquş tək övhami-İstambul, Cəhalət mərkəzi çökdü, yer oldu ayrı yer, millət! Qiyamət qopdu, yahu, köhnə dünya tarümar oldu. Quruldu tazə aləm, aç gözün, eylə nəzər, millət! O hansı elmdir-elmi ki, icad etdi telfuni, Soruş hər yerdən istərsən, sənə versin xəbər, millət, O elmin qüvvəsilə xəlq olundu çap maşini, Basar saətdə övraq üstünə min cür əsər, millət. O hansı elmdir-elmi ki, təxsir etdi əflaki, Nə xoşdur mərkəbü-balun ilə seyrü səfər, millət. O elmi ki, çiraği-bərq ilə zülmati-dünyanı Münəvvər qıldı, rövşən oldu şəb, misli səhər, millət. O elmi ki, hədidə verdi can, həml etdi əsqalı, Xilas oldu məşəqqətdən bəşər, həm kavü xər, millət. Haman elmi ki, gəldi nitqə ahənparə insan tək, Qulaq ver, gör nə xoş səslər gəlir, xuninciyər millət. O hansı elmdir-elmi ki, yardı, sineyi-xaki, Çıxartdı mədəni neftü zoğalü simü zər, millət. O elmi ki, gəzər insan balıq tək qəri dəryadə, O elmi ki, keçər bəhri-mühiti bixətər, millət. Tənabi-elm ilə beş yüz kürur Hindusitan əhlin, Necə gör bağlayıbdır qol-qola bir müxtəsər, millət. O elmi ki, çuğundur rişəsi təbdil olur qəndə, Məgər zənbil ilə göydən ənər çayü şəkər, millət? Həram etdi sizə təhsili-elmi alimi-cahil, Binayi-elmi yıxdı, eylədi zirü zəbər, millət. Cəhalət eylədi İranı viran, milləti fəhlə, Neçün məzlumdur, yarəb, bizim bu dərbədər millət! Bu ahü-vah daim yerdə yatmaz, xakriz olmaz, Kəsər məzlumun ahı gec, vəli karlı kəsər, millət! Ayıl, ey yadigari-Bəhmənü Şapurü Keyxosrov, Ayıl, ey varisi-Nuşirəvani-dadigər millət! Əmudi-elmlə əz kəlləsin cəhlin, cəhad eylə, Cəhalət xəsmi-candır, mari-əfidən betər, millət! Təəssüf bisəmərdir, çün keçən-keçdi, köçən-köçdü, Ayıl, bundan sora qoyma keçə ömrün hədər, millət! Ümidin kəsmə, məyus olma istiqbali-millətdən, Tamam eylə sözün, Möcüz, ayılmış bir qədər millət! * * * Nə anladıq bu gəlmaqdan Nə anladıq bu gəlmaqdan, Bu altı aylıq qonaqdan? Kabab olduq ağlamaqdan, Allah, özün imdad elə! Təzkirəni aldı ələ, Canıma saldı vəlvələ, Yanm gedib, nə vaxt gələ? Qəmli könül, fəryad elə! Aşıq ağlar acı-acı, Yar baxar ona qiyğacı, Saxla atın, arabaçı! Aşiqləri bir şad elə! Sənin ilə könlüm xoşdur, Necə görüm yerin boşdur? Yarın qəfəsdə bir quşdur, Tez gəl, onu azad elə! Əmoğlucan, səni tan, Dön bir də bax mənə san, Ytxıldı könlüm divan, Gəl, gəl, onu abad elə! Ağ gərdəndə qara şəvə, Mən baxaram sevə-sevə, Sil göz yaşın, qayıt evə, Yıx köyümü, bərbad elə! Yarım gözdən nəhan oldu, Dağlar başı duman oldu, İşim ahü fəğan oldu, Allah, özün imdad elə! * * * Oxuyun Arvadın bilsə yazı Özü yazar kağızı, Yalvarmaz yad kişiyə, Sən keçəndə Arazı. Mane olma yazıya, Gedin deyin qazıya: Qeyri millət öyrədir Yazı yazmaq tazıya. Oxu rusca, almanca, Möhtac olma dilmanca. Hər kəs desə “Günahdı”, Başın dola qırmanca. Eşit dədən sözünü, Oxu, öyrən yazım, Qara yazı ağ eylər Oxuyanın üzünü. Oxur urus qadmı, Anlar elmin dadını, Bizim Hacı kişilər Yazammaz öz adını. Gözün sil bax maşına, Dolanır özbaşına. Biz də bir zad qayıraq, Əyləşməyək boşuna. İranlı qənd qayırsa, Möhtac olmaz Prusa. Axund deyər: Müsəlman Kafər olar oxusa. İtalyanlar - imansız, İngilis, həm fransız Bizə iynə verməsə, Qalacağıq tumansız. Avtomobil yürüdü, Toz aləmi bürüdü, Arvadlar baxıb dedi: — Bu cindi, ya pəridi? Avtomobil qoşdu getdi, Dağlan aşdı getdi. Bizim ulaq yeriməz, Hövsələm qaşdı getdi. Yayda suyu dondurar, Rus, erməni və bolqar. Bacarmırsan qışda sən Bə cəhənnəm, bə finnar. Mən gedirəm Mərəndə, Tamaşadı gələndə. Bizim millət yuxlayıb, Ayılacaq öləndə. Dalın çevir Miyana, Baxma zərər-ziyana. Saqqalı qırx tök yerə, Culfanı keç o yana. Təyyarə çıxdı göyə, Gəlirlə bizim köyə, Biz neylərik görəsən, Od yağdırsa Güneyə? Bir dənə yox Almanda, Hətta Frəngistanda Falçı darülfünunu- Min dənə var İranda. Öküzü danammaram, Duzəxdə yanammaram. Yer havada dolanır? Mən buna inanmaram. Deyirəm, sür dərəyə! İnanma cin, pəriyə, Hər kəs gəür qabağa, Biz gedirik geriyə. * * * Sizə mən neyləmişəm Başıma zülf qoyub saqqalı yoldurmamışam, Xəlqdən rüşvət alıb kisəmi doldurmamışam, Cəddizin vəqf suyun mülkümə saldırmamışam, Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm? Bir qran pul apanb dövləti-İran dəridən, Zülm edir firqeyi-qəssabə, utanmır tandan, Möhri-zibhiyyə alır bac ölüdən, həm diridən, Mən belə zülmü sitəm xəlqə reva görməmişəm, Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm? Görürsüz mən nə ajanam, nə qazax, ay kişiler, Görməyir qondara hərgiz bu ayaq, ay kişiler, Salmışam lifəli şalvanma bağ, ay kişiler, Pantalon geyməmişəm, bığlanmı burmamışam, Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm? Küfnmə hökm elədiz hansı günah ilə mənim? Cürmümü sabit edin bircə günah ilə mənim. Nə təlaq ilə işim var, nə nikah ilə mənim, Qızızı hazır edib məclisə, dindirməmişəm, Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm? Mən filankəs deyiləm, siğəmə irad edəsən, “Get, kəbin kəsmə” deyə, üstümə fəryad edəsən, Yıxasan xəlqin evin, öz evin abad edəsen. Mən hələ hiç kəsin qəlbini smdırmamışam, Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm? Ey əmu, çək qılıncın, eylə mürəbbayə hücum, Şirbirincə1, xamaya, həm qara dolmaya hücum, Bicahət eyləmə çox Möcüzi-şeydayə hücum. Mən məgər ildə beş-on yol sizi güldürməmişəm? Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm? * * * Vətən Neçin ah eylədin, ey bülbüli-nalani-vətən, Yaduva düşdü məgər hali-pərişani-vətən? Xəsü xaşak basib gülşəni, güllər saralıb, Niyə bu halə qalıb bəs bu gülüstani-vətən? Nə yatıbsan, ayıl, ey milləti-biçarə, ayıl! Satır axır vətəni düşmənə əyani-vətən. Dərü divanm qan eyləyib əlvan, ey dad! Nə qəməngizdi, ya rəb, bu şəbustani-vətən! Balişi-tazə qoyub başını naz eyləmə, dur, Sürünü qurd dağıdar yuxlasa çobani-vətən! Əcnəbi mülkü dolub bisərü pa millətlə, Niyə, ya rəb, bele xar oldu əzizani-vətən? Düşmən elm ilə bizi eylədi həmmal özünə, Kim zəlil etdi bizi? - Cəhl! A müsəlmani-vətən! Vətəniz cismidi, siz də vətənə can kimisiz, Razı olmun qala cansız vətən, ey cani-vətən! Verəlim əl-ələ, təhsilü kəmal eyləyəlim, Xabi-qəfletdən ayılsın gərək əxvani-vətən! Olmayıb şad, üzü bir gülməyib əfsus, əfsus! O zamandan ki, olub Möcüzə İran vətən! * * * Yaşamaq Nə xoşdi bir sənəmi–məhcəmal ilən yaşamaq, Həmişə izzətü cahü cəlal ilən yaşamaq. Fəraq dərdinə bir çarə eyləyin, yaran, Mahaldır gecə-gündüz bu hal ilən yaşamaq. Ümid-vəsl ilə xoş saxla xatirin, aşiq, Fəraqə çarə edəmməz məlal ilən yaşamaq. Fəqih mədrəsə hərgiz yeməzdi mali-həram, Əgər müyəssər olaydı həlal ilən yaşamaq. Bahari-ömrü keçibdir bizim Tükəzbanın, Düşüb xəyalimə bir növ-nahal ilən yaşamaq. Əsiri-şəhvət olub, əqlin eyləmə zail, Sənə yaraşmaz, əmucan, maral ilən yaşamaq! Cavan üçündü dəfü nayü məclisi-işrət, Qocayə eybdi zurna-qaval ilən yaşamaq. Cəlali-səltənət aldatmasın səni, ey qız, Ölüm kimi acıdır ağsaqal ilən yaşamaq. Dedim: Otur dizim üstə, əya, nigari-cavan Ki, xoşdu Möcüzi-şirinməqal ilən yaşamaq. Dedi: Çəkil o yanə, sürtmə saqqalın üzümə, Mənim işim deyi cəngü cidal ilən yaşamaq. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mocuz-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1934). Public domain (author died 1934). Original text only.