Qoşmalar Molla Cümə (1859–1920) A dünya Əzəl-axır başımıza belasan, Həsrətin bağnmı kesdi, a dünya. Duam budur; səni viran qalasan, Meni qoydun könlü yaslı, a dünya. Yar qoxusun dimağıma iylətdin, Eşqə saldın, gecə-gündüz göynətdin, Def çalıban meymvm kimi oynatdın, Şəqqə vurdun deste-destə, a dünya. Aynlıq naməsin yazdm dilimdən, Məhəbbət tasmasın açdm belimdən, Çəkibən, sevdigim, aldın əlimdən, Çıxartdın kəlləmdən tüstü, a dünya. Cahillik bəhrinə daşım atıbsan, Kamalsızlar cergəsinə qatıbsan, Ar-namusun bir qəpiyə saübsan, Bəs degilmi, daha bəsdi, a dünya. Axır verdim, atqaz etdin əızəmi, Unutdürdun sənətimi, fərzimi, İşin qanıb çevirmişəm yüzümü, Molla Cümə səndən küsdü, a dünya. * * * Aldanma Sevdiciyim, məndən sənə əmanət, Hər yetənə, yalançıya aldanma. Azdırarlar, fərar edər xasiyyət, Hər gördüyün dilənçiyə aldanma. Üç-dörd arşın bekar çitdən ötəri, Bir girvənkə şəkər, qənddən ötəri, Ağı olmuş beş qənfitdən ötəri, Hər çərçiyə, dükənçiyə aldanma. Molla Cuma səni sevdi əzəldən, Əlin çəkməz sənin kimi gözəldən, Evlər yıxan, araları düzəldən, Araçıya, tələçiyə aldanma. * * * Başını qoya Əsil dost məhləsinə girəndə, İstər ayağına başını qoya. Bədəsil doqqazda səni görəndə, Qaçıban tez salar özünü öyə. Bədəsil dost olan şadiman gəzməz, Nə hörmət eyləsən ürəyi qızmaz, Əsil dost sizinlə dostluğu üzməz, İstərsə boynuna yüz qılınc dəyə. Dəli könlüm, namərdlərdən qıraq ol, Başın üstə yandırsa da çıraq ol, Gəl, Cuma, bədəsil dostdan uzaq ol, Bir əsil dost var ki, oxşayır bəyə. * * * Bəri bax Başına döndüyüm alagöz ceyran, Aç gözünü, amandır, bir bəri bax. Yar olan yarına eylər bir çarə, Halım olub yaman, bir bəri bax. Giriftar eylədin dərdə məni də, Gül durubdu, sevdiyim, sağ yanında, Mən ovçuyam sən maralın dağında, Sürüdən ayrılmış, ceyran, bəri bax. Cüməni salmısan sən yanar oda, Qoymadın, əzizim, yetəm murada, Əslini bilmədim, ey mələkzada Hurisən, Pərisən, qılman, bəri bax. * * * Cümə gün Ey könül, haqqa iladət qıl Cümə gün, Zikr eylə, qəlbin pasını sil Cümə gün. Ver salavat, ol salamat Məhəmməd Mustafanın eşqinə, Neçə min Kəbə savabın qıl mübarək Cümə gün. Aşiq sadiq olanın tərki-dünyadır işi, Mömün odur ki, dünyada rast gəlməz hər işi Haqq buyurmuş buna layiq istərsə bir kişi Bir savabı min yazır o mübarək Cümə gün Oxunur məsciddə əzan, cəm olur bayu, gəda Ola dağlarla günahı əvf edə bayu xuda Oxunur minbərdə Quran fəzzi əda Bir dəfə zikr eylə sidq ilə Cümə gün. * * * Davalar Namərdinən mərddən xəbər söyləyim, Namərd öz könlündə mənlik davalar. Mərd olan al geysə, yekəlik bilməz, Namərd şilə geysə, xanlıq davalar. Ayıb olmaz mərdin heç nərəsində, Əslində, bətnində, nə zərrəsində. Namərd çavuş olsa kənd arasında, Gedər o, divandan donluq davalar. Cumanın göftarı arifə busat, Mərdinən dolanmaq asanddı, asand. Namərdin əlinə keçsə bir fürsət, Qəpiyin yerinə onluq davalar. * * * Dünyadı Ta ki, mənə mədh eyləmə dünyanı, Ha bu dünya bir bekara dünyadı. Hələ Adəm peyğəmbərdən qabağa Bir üzü ağ, biri qara dünyadı. Dünyaya düşənlər qismətin yeyər, Kamillər agahdı, cahillər uyar, Sehrkardı, işin bilənlər duyar, Vəfasızdır, təm məkkara dünyadı. Altun səfalıdı, mədən səfasız, Təbib şəfalıdı, xəstə şəfasız, İnsan vəfalıdır, dünya vəfasız, Əlbət, yaxşı bixəbərə dünyadı. Dəryalar bulanmaz daş düşməyinnən, Qəvvaslar qərq olmaz su daşmağınnan, Ariflər anlayar danışmağınnan, Əlarifə yek işarə dünyadı. Ağır suya girmə, keçə bilməzsən, Yıxar səni, çıxıb qaça bilməzsən, Qırar qanadların, uça bilməzsən, Şahin-şonqar dönən sara dünyadı. Ovçu-maral sözün qırağa qoyaq, Bir məndən, bin səndən, gəl, indi deyək. Əyri oturuban doğru söyləyək, Söhbət qatan zəhrimara dünyadı. Heç oxşarmı günə lampa işığı, Qarın doymaz yalamaqla qaşığı, Molla Cümə, sənin kimi aşığı Kəmənd ilə çəkən dara dünyadı. * * * Eyləsin Aşıq olan cövri-cəfaya dözsün, Ciyərini qara daşdan eyləsin. Dünya nemətindən əlini üzsün, Özün təmiz çörək, aşdan eyləsin. Bilmək istəyənlər aşıq rəsmini, Qalasın odlara gərək cismini, Dərs alanda alsın canan ismini, Sevda ilə qələm qaşdan eyləsin. Molla Cuma dərya kimi dolmasa, Saralıban heyva kimi solmasa, Bir gözəldə insaf, mürvət olmasa, Tanrı onu tezcə başdan eyləsin. * * * Əmanət Qurban ollam ala gözlü yara mən, Mən gedirəm, sən Allaha əmanət. Həsrətliyəm bağça ilə bara mən, Mən gedirəm, sən Allaha əmanət. Mən ki, burda qərib-qərib qalmışam, Ağ üzümə pərdələri salmışam. Hər nə desən qulluğunda durmuşam, Mən gedirəm, sən Allaha əmanət. Mən Cüməyəm, qulluq etdim yara mən, Həsrət qaldım bağça ilə bara mən, Vermərəm gülümü hüç xara mən Mən gedirəm, sən Allaha əmanət. * * * Get Gözəl, bircə, gözəl, dayan burada, Gözəl dərdim gözəl deyim sənə, get. Gözəl günüm gözəl qoydun qarada, Gözəl, rəhmin gözəl eylə mənə, get. Gözəl, varmı gözəl dərdə dərmanım, Gözəl aldı, gözəl dinim, imanım, Gözəlimsən, gözəl İsmi Pünhanım, Gözəl doğru, gözəl cavab denə, get. Gözəl Cuma, gözəl, doymaz sözünnən, Gözəl, qorxdum gözəl xumar gözünnən, Gözəl busə gözəl verib üzünnən, Gözəl canın gözəl qatıb cana, get. * * * Gəlmədi Səndən xəbər alım, ey badi-səba, Dilimin diləyi neçün gəlmədi. Sarmaşa boynuma, deyəm, mərhəba, Sərimin çələngi neçün gəlmədi? Neçə vaxt görmədim dost məhəbbəti, Versələr, almaram onsuz cənnəti. Behişt hurisidir yer səltənəti O ərşin mələyi neçün gəlmədi. Adını demirəm, İsmi Pünhandı, Ləblərinin suyu dərdə dərmandı, Bu Cümə müntəzir xeyli zamandı, Könül əyləncəyi neçün gəlmədi? * * * Hayıf oldu İsmi pünhan köçdü fani dünyadan, Qarışdı torpağa, göz hayıf oldu. Xudanın tədbiri beləymiş bizə, Soldu yanaqları, üz hayıf oldu. Əcəl çatıb nəfəs sana düzüldü, Qəm hicran tapdadı, bağrım üzüldü. Yenə sevdiyimdən əlim üzüldü, İxtilat tükəndi, söz hayıf oldu. Bu yazıq Cumanın dönübdü baxtı, Əsdi əcəl yeli, sərvimi yıxdı, Dedim ki, şad ollam bu bahar vaxtı, Töküldü burnumdan yaz, hayıf oldu. * * * İndi İsmi Pünhan, həsrətindən ağlaram, Fələk də yaşıma qan qatar indi. Dərdimi cəm edib dəftər bağlaram, Onun hesabına kim çatar indi... Cümənin sirləri xalqa yayılmış, Özü yuxusundan indi ayılmış. Əzəlki eşqimiz heç eşq deyilmiş, Təzədən ciyərim od tutar indi. * * * İsmi pünhan, neçin belə sınıqsan İsmi pünhan, neçin belə sınıqsan? Zülflərin görürəm şanadan qalmış. Sən allah, bu qədər çəkmə yanıq sən, Tək cana nügbarsan anadan qalmış. Tanrı qədərinə səbr eylə, dildar, Növbətdir hərlənir, hamıya, bil, var. Birində görünən iş deyil, dilbər, Zülm də ta əzəl binadan qalmış. Dost-düşmən içində gəzmə pozuq sən, Dağlama ciyərim sızıq-sızıq sən. Topla ver Cüməyə dərdin, yazıqsan, Əziz yadigarsan sonadan qalmış. * * * Mən thumb|Şeir daş üzərində Aşıqlıq Adəmdən icad olubdur, Ol Adəm atanın nəvəsiyəm mən. Nə qədər dünyaya aşıq gəlibdir, Küllü aşıqların anasıyam mən. Aşıq anasıyam, şairlər kökü, Gəzərəm dünyanı divanə təki, Mahalım Göynükdü, şəhərim Şəki, Layiski kəndinin binasıyam mən. Binəm Layiskiyə düşübdür mehman, Pədərim Salahdır, madərim Reyhan, Vələdim Həsəndir, əxim Süleyman, Familim Mollaoruc ədnasıyam mən. Ədnayam, kəmtərəm, dərdə dərmanam, Hənəfi məzhəbəm, həm müsəlmanam, Nəbim Məhəmməddir, əhli-Quranam, Mömin qardaşların aşnasıyam mən. Aşnayam gedərəm doğru yolunan, Bülbüləm, söhbətim olar gülünən, Danışsalar yetmiş iki dilinən, Ol qədər arifəm, qanasıyam mən. Qanıram, ustaddan almışam dərsi, Oxumuşam ərəb, türk ilə farsi, Fikrim seyr eyləyir ərşinən kürsi, Dərin kitabların mənasıyam mən. Mənada Mollayam, Molla Cumayam, İsmi Pünhan, oduna pərvanayam, Gəlmişəm cahana, bir gün fənayam, Axırda Kərəmtək yanasıyam mən. * * * Mənə Salam olsun sənə Molla Məhəmməd, Təzə aşıq oldum, saz göndər mənə. Amma özüm söz deməyə acızəm, Bir necə bənd deyib, söz göndər mənə. Dörd ağadır, dörd bağbandır, dörd də bağ, Dörd öləndir, dörd xəstədir, dörd də sağ, Dörd ovçudur, dörd ceyrandır, dörd də dağ, Bunun cavabını yaz göndər mənə. İki dodaq bu cahanı dürr etdi, İki səsin iki guşim kar etdi, İki mələk iki gözüm kor etdi, Təzədən ikicə göz göndər mənə. Dəryanın ğəvvası ölməgə baxmaz, Əlli beş sərçədən bir qırğı qorxmaz, İki şey insanın yadından çıxmaz, Onun sifarişin yaz göndər mənə. Molla Cuma özü yazdı bu yazı, Bülbül kimi xoş danışır avazı, Səndə olan ol əbyatı, kağızı Çox lazım olubdur, tez göndər mənə. * * * Qalıbdır Ay ağalar, ixtiyarsız dünyadır, Neçələrin ötgün sözü qalıbdır. Neçə uluların, neçə qazının, Neçə əfəndinin yazı qalıbdır. Neçələrin bala durmaz yuvada, Neçələrin əli qalmaz duada, Neçələri dövran sürür dünyada, Neçələrin seyri, düzü qalıbdır. Neçələri xınalayır əlləri, Neçələri döşə düzür gülləri, Neçələri nicələyir belləri, Neçə gözələlrin nazı qalıbdır. Neçələri mərhum olur beşində, Neçələri ölür otuz beşində, Neçələri gedir doxsan yaşında, Neçələrin gündə gözü qalıbdır. Mən Cüməyəm xoş keçinmir zamanım, Axirətdə qarşı gəlsin imanım, Beş gün dövr etməyə gəlmir gümanım, Ol Aşıq Rəcəbin sazı qalıbdır. * * * Layısqı Nə gözəl vətənsən, mübarək kəndsən, Qismət oldun biz ümmətə, Layısqı. Yan gəzənlər sənin qədrini bilməz, Sən hayıfsan müxənnətə, Layısqı. İlimiz dünyada on iki aydır, Arzumuz geyməkdir, şadlıqdır, toydur, Gözəlin gözəldir, cavanın saydır, Bəzənmisən yüz ziynətə, Layısqı. Molla Cümə qəm-hicrana batıbdır, Ahu-zarı asimana çatıbdır, İsmi-Pünhan səndə qərar tapıbdır, Oxşayırsan lap cənnətə, Layısqı. * * * Sona Nə yandırdın eşq əhlinin canını, Sənsən bu dünyanın maralı, Sona. Tökməginən sən aşığın qanını, Soluban gül rəngin saralı, Sona. Bağban olub bağlarına girmədim, Qızıl gülü dəstə-dəstə dərmədim. Dərib sevdiyimə verə bilmədim, Alışan ocaqlar qaralı, Sona. Gözəllər içində məşhurdur üzün, Məxluqat içində şirindir sözün, Xumarlanmış, canan, qaş ilə gözün, Nə üçün gəzirsən aralı, Sona. İndi düşdü ayrılığın zamanı, Kim eylərdi böylə işə gümanı, Xəzəl tək saraltdın Molla Cüməni, Başım olub mənim bəlalı, Sona. * * * Oldu İlisunun hamamına varanda, Kəndin gözəlləri mənə tuş oldu. Görən təki məndə aman qalmadı, Əqil getdi başdan, lap bihuş oldu. Kimisi gəlmişdi, keyfə, damağa, Kimisi də yatıb qaldı sabaha, Canım qurban ayna kimi qabağa Ağ üzündə xalı qələm qaş oldu. Mən Cüməyəm, başım düşdü bəlaya Hamam döndü qızılgülə, lalaya. Yönümü çevirdim Tovla Talaya, Hayıf ki, yollarım qara daş oldu. * * * Tamaşa Ay ağalar, heç qorxmuram ölümdən, Torpaq altda yatandadı tamaşa. Neçə günah qurtarıbdı əlimdən, İnkir-Minkir sorandadı tamaşa. Xilaf yoxdu alimlərin sözündə, Yazılıbdı dörd kitabın özündə. Çilin-çılpaq Ərəsətin düzündə Boynu buruq durandadı tamaşa. Molla Cümə, haqq bir divan qayırıb, Möminləri behişt içrə buyurub. Günahları dəstə-dəstə ayırıb Cəhənnəmə sürəndədi tamaşa. * * * Ya bir olar, ya iki İsmi Pünhan, niyə məndən küsübsən, Yaxşı-yaman ya bir olar, ya iki. Bir gün ölsəm, hamı deyər, yazıqdır, Canı yanan ya bir olar, ya iki. Sən şöləsən, dörd yanında fanaram, Bülbülünəm, gülşənindən kənaram. Od tutuban hər məclisdə yanaram, Dərdim qanan ya bir olar, ya iki. Hilal qaşa nə layiqdir o sürmə, Meylin qırıb məndən üzün çevirmə, Cümə deyər, hər yetənə sirr vermə, Dost mehriban ya bir olar, ya iki. * * * Yarəb Bir diləyim var dərgahımdan istərəm, İsmi olan o minbirə bağışla, Yarəb. Dilim duadadır, üzüm də haqda, Təbibim piri nurə bağışla, Yarəb. Biz ona ümmətik, o bizə ağa, Günahkar bəndəyik, düşdük ayağa. Ol hürü qılmana, səkkiz uçmağa85, Şərabən təhurə bağışla, Yarəb. Şərabən təhurə axar cənnətə, Qismət olsun bir günahkar ümmətə. Beş vaxt qılınan fərzi sünnətə, O, Leylətil Qədrə86 bağışla, Yarəb. Leylətil Qədrdir ildə bir gecə, Dostun hüzuruna gələr meyraça Ehsan üçün olan bir ay oruca, Qur`anə, Zəburə bağışla, Yarəb. Qur`anə, Zəburə, İncil, Tövrata, Sureyi Yasinə, başsız barata. Abi zəmzəm ilə abi həyata, Ol ali kösərə bağışla, Yarəb. Ali kösər içən olar şən, Musa gündə min bir kəlmə danışan. Eşqi tutub alovlanan, alışan, Ol Turi-Sinayə bağışla, Yarəb. Turi-Sina məsgən oldu Musaya, Əvvəli Adəmə, sonra Həvvayə. Yüz iyirmi dörd min gələn mövlaya87, Xatəmül Muxtara bağışla, Yarəb. Xatəmül Muxtar da şahdır İslama, Hənifə məzhəbə, o dörd imama Yığışıb gedərlər beytul həramə, Ol beytul məmurə bağışla, Yarəb. Beytul məmurda ziyarətkar məlaikə Yığılıb gedərlər küllü diləyə Yeddi qat yerlərə, yeddi fələyə, Şəms ilə Qəmərə bağışla, Yarəb. Səms ilə Qəmərə, gecə gündüzə, Xeyri-şəri yazarlar, Lohu məhfuzə. Qəriblikdə gəlib kim getsə bizə, O Nəbiyi Xızıra bağışla, Yarəb. Xızır çatsın qəriblərin dadına, Hər kəsi yetirsin öz muradına. Ənbiya məsgəni Məkkə, Mədinə, Şamilə buxara bağışla, Yarəb. Şamilə buxarda olan ərvaha, Yığılıb gedilən o bəngargaha Yunisi dəryada saxlayan mahata, Yeddilər qırxlara bağışla, Yarəb. Çağırram yeddi qırx ənbiyanı, Siz amini deyin, mən də duanı İki dözüm şöləsi ismi punhanı, Molla Cumayı kəmtərə bağışla, Yarəb. * * * Kitabxana.az · https://kitabxana.az/collections/molla-cume-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1920). Public domain (author died 1920). Original text only.