Şeirlər Molla Cümə (1859–1920) Bizə gəlsən Dostluğun billəm, Sən bizə gəlsən. Dərdindən ölləm, Sən bizə gəlsən. Getmə küsərəm, Yel tək əsərəm. Qurban kəsərəm, Sən bizə gəlsən. Cümə fanaram, Dəymə, sınaram, Fikrin qanaram, Sən bizə gəlsən. * * * Ey gözəl Ey gözəl, surətinə, Mehri dürəxşan demişəm. O güli rüxsarına, Mah ilə taban demişəm. İnci tək dişlərinə, Ləli bədəxşan demişəm. Qaşların əyməsinə, Naleyi-müjgan demişəm. Zülfünün hər telinə, Sünbülü reyhan demişəm... * * * Qız “Bey” - bəxtim açılsın asimana oynaşa Cəlal. “Tey” - tərlan balasısan, misli humay quşa Cəlal. “Sey” - səni, loğman səni, hər dosta sirdaşa Cəlal. “Cim” - Cəlil-Cabbar yandırmasın cəsədin atəşə, Cəlal. “Hey” - həkimsən, hikmətin düşübdür dildaşa, Cəlal. “Xey” - xudam xəlq eyləmiş nə gözəl əxlaq sana, “Dal” - deyəllər əqli olan məclisdən çırağı sana, “Zey” - zəlil Zeynəb beynavalar basdılar ağrı sana, “Rey” - rəbbin həzrətləri versin ömür badı sana, “Zey” - zaval yetirməsin aləmlərin xaliqi sana. “Sin” - səni tuş etməsin bed əməllərə, Cəlal. “Şin” - şəfa xəstələrə həmdərdlərin dəvasısan, “Sey” - salıbsan aləmə səda, Cəlal. “Zey” - zərif xoy-xasiyyətin Adəm atanın nəvəsisən, “Dey” - dalıb dəryalara möhrü-mühüt qəvvasısan. “Zey” - zülümət çek qəlblərin bəxşi fələyin pərvanasısan. “Ayın” - Əli, Ömərə, Osmana hədiyyə götürsün, Cəlal. “Qey” - Qərbə, Şərqə salmışam dostum, sənin adın. “Hey” - fələk faş eyləmiş külli Gürcüstana adın, “Kaf” - keçibdi Qax, Kuteyis, Tiflis, Gəngə, Şəkistana adın. Bakı, Quba, Dağıstana adın. “Ley” - ləbin Əbdülhəşim döndərmiş büstana adın. “Min” - Mirzə Məhəmmədi yetirsin sirdaşa Cəlal. “Nun” - Nəbi Məhəmməd xudan yetirsin çıxasan başa Cəlal. “Vey” - vurub otağını ol tamaşa etsin Cəlal. “Lav” - layıxlı keyf çəkək işində həmişə Cəlal. “Yey” - yazıb bu kəlməni sən kimi qardaşa Cəlal. * * * Kitabxana.az · https://kitabxana.az/collections/molla-cume-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1920). Public domain (author died 1920). Original text only.