Şeirlər Məhəmmədhüseyn xan Müştaq (?–1780) Müxəmməs: Gəlmiş ol alicənabın qasidi istər tüfəng Gəlmiş ol alicənabın qasidi istər tüfəng Ey gözüm, nəzzarə qıl, bax hər yana axtər tüfəng Eyləsin tab, kim görənlər söyləsin bəhtər tüfəng Kamil olmuş cövhəri, üstündə nəqşi-zər tüfəng Neylər aya, bilmənəm, yarəb, o şux-u şər tüfəng Yox ikən zatı cahanda qıldı Əflatun anı Gör nələr saldı xəlayiq içrə, tutsun xun anı Hər kanlar ixtiraən qıldılar əfzun anı Eyləmişlər qətli-nəfs üçün həmişə çün anı Anın üçün nöhə salmış aləmə ağlar tüfəng Yayı təşbih etdilər xubruların əbrusuna Yetəri müjganə dönüm, ey gözlərin cadusuna Xəncər ilə nizə kimdir düşələr qıqusuna Çərxə də dəysə başı, dəyməz onun pabusuna Hansı bir əndamı-simin üzvünə bənzər tüfəng Sən Qarabağ içrə qurmuşsan tələb meydanını Tutmusan dildə olan vədü-vəfa mizanını Görməyibsən əsbi-ehsanın məgər cövlanını Bir tüfəngin bu qədər sən çəkməmisən hicranını Eylədim təslim Rafe çeşmi-pabərsər tüfəng Şeirinə əhsən ki, yetməz heç bir əş'ar ona Hər kimin var isə həddi, söyləsin güftar ona Kimsə ləb tərpətməsin, kim gəlməz istifsar ona Eybdir Müştaqdən bu sözləri izhar ona Tutmasın nəzmi rəkakət var isə kəmtər tüfəng * * * Müstəzad ای باد صبا حال من خسته ناشاد – با عجز گدایی تقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی برخواست ز صحرای جنون ناقه لیلی – با محمل شیرین افکند فغان جرس تیشه فرهاد – در کوه صدایی از دام فلک نیست پس امید خلاصی – هر گز توان شد دیگر نشود چاره افتاده صیاد – امکان رهایی خواهم برسم در حرم کعبه کویت – نزدیک تو باشم باز از ستم چرخ جفا پیشه بیداد – ترسم ز جدایی غیر از سر کویت نشود منزل ماوا – بر عاشق شیدا مرغیست کجا میرود اندر قفس افتاد – بیچاره بجایی در ظلمت هجر تو گرفتار بلایم – خواهم شمع نور از شعله وصل تو بود چاره امداد – ای ماه کجایی حیف است بر اندام تو از اطلس و خارا – باید که نپوشند بر قد تو هر جامه زیبنده نه افتاد – جز غنچه قبایی عمریست که در قید تو پابسته غلامم – با گیسوی مشکین رسم است که چون بنده شود پیر شد آزاد – ای ترک خطایی مرغان چمن نغمه سرایند درین باغ – مانندهٔ مشتاق بلبل بصد انواع زند از سر شمشاد – آهنگ نوایی * * * Mürəbbe: Sevdim bir cavan on dörd yaşında Sevdim bir cavan on dörd yaşında O tərfə çağına qurban olduğum Günəş tək aləmi qıldı münəvvər Cəbinin ağına qurban olduğum Rəqibi görəndə eylədi pərxaş Dağıldı hər tərəf manənd xaşxaş Səfheyi-ruxsarə çəkəndə nəqqaş Qaşları tağına qurban olduğum Sinəm o gözlərin çarpaz dağıdır Məclisi-eyş içrə tərfə çağıdır Şux naz-ğəmzəsi can almağıdır Müjgəni sədağına qurban olduğum Ağ üzdə xalları fülfülə nisbət Can quşu bağında bülbülə nisbət Ləbləri çiy düşmüş bir gülə nisbət Əhmər yanağına qurban olduğum Sevdim can ü dildən Müştaqi oldum Həsrətin çəkməkdən üç dağı oldum O cəllad gözlərin qonağı oldum Bilmənəm nəsağına qurban olduğum * * * Təcnis: Ey əbrusi kaman müjgani xədəng Ey əbrusi kaman, müjgani xədəng Durubsan qəsdimə yarağıla sən Rəvamıdır bu şikəstə könlümü Qəmzənin qılıncı ilən yarağıla sən Həmsöhbət bilirsən həmdəm bilirsən Ciyərim zəxminə həmdəm bilirsən Rəqibi özünə həmdəm bilirsən Haçan gələcəksən yarağıla sən Kim deyər hüsnünə sunam o dinə Sən'an tərsa sevdi girdi o dinə Pərvanəni saldın hicrin odına Bayqunun dilini yarağıla sən Yüzü qaraları yuzaq eyləmə Bülbülün həmdəmin yuzaq eyləmə Aşiqi könlündən yuzaq eyləmə Tərəhhüm çağıdır yarağıla sən Dönmə camalına hər ayinəsən Yetmə hər nakəsin hər ayinəsən Öldürsən Müştaqı hər ayinəsən Barı gəl üstünə yarağıla sən * * * Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasında Həbibim, qəddi-mövzunun əlifdir dal arasında Vücudun Həzrəti-Haq saxlasın iqbal arasında İşim düşvardır hicran əlindən xeyli müşküldür Mən biçarəyə bir iltifat et hal arasında Mənim qətlimdədir kafir, gəlin qoymuyun, müsəlmanlar Məgər yox aşiqlə məşuqun bir dal arasında Qaşının bir yanə səf çəkmiş müjən bir yanə iki ləşkər Durubdur bir-bir ilə cəng edərlər xal arasında Edərdim məsləhət mən bu iki xunrizə Müştaqi Dedi hatif mənə yar durma başın qal arasında * * * Kitabxana.az · https://kitabxana.az/collections/mustaq-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1780). Public domain (author died 1780). Original text only.