Rübailər İmadəddin Nəsimi (1369–1419) Fəzli həqdir vaqifi əsrarımız Fəzli həqdəndir qamu ənvarımız Fəzl həq göstərmiş idi karımız Fəzli həqdir, Fəzli həq memarımız. Ey özündən bixəbər qafil, oyan Həqqə gəl kim, həq deyil batil, oyan Olma fani aləmə mail, oyan Mərifətdən nəsnə qıl hasil, oyan. Həq-təala Adəm oğlu özüdür Otuz iki həq kəlamı sözüdür Cümlə aləm bil ki, Allah özüdür Adəm ol candır ki, günəş özüdür. Ay ilə günəş üzün heyranıdır Müşk ilə ənbər saçın tərxanıdır Çün Nəsimi əyyamın sultanıdır Dövr anın, dövran anın dövranıdır. * * * Kitabxana.az · https://kitabxana.az/collections/nasimi-rubailer İctimai mülkiyyət (müəllifin vəfat ili: 1419). Public domain (author died 1419). Original text only.