Qəzəllər Xurşidbanu Natəvan (1832–1897) Bahar əyyamıdır, acıldı güllər, ey cavan sənsiz Bahar əyyamıdır, acıldı güllər, ey cavan sənsiz! Təəccübdür, nədən divanə olmaz Natəvan sənsiz? Nə umidim vusalə, nə fəraqə tabu taqət həm, Gozumdə tirəvu tar oldu, billah, bu cahan sənsiz. Sən əyləş hur ilə, eylə həmişə eyşu işrət kim, Dəmadəm mən cəkim, dildən edim ahu fəğan sənsiz. Yetişməz başə, Abbas, ömrüm axır bir tamam olsun, Kecər hər bir dəqiqə ildən artıq, əlaman sənsiz. Bu gün eydi-şərif oldu məgər sən bixəbərsənmi? Güman etmə ki, işrət icrə əylənsin anan sənsiz. Guli-ruyindən ayrı neylərəm mən gulsitan seyrin? Edər bülbül kimi nalə bu zaru Natəvan sənsiz. * * * Əgərçi xoşdu mənə ətri, həm səfası gülün Əgerçi xoşdu məne etri, hem səfası gülün, Cəfası çoxdu, nə hasil ki, yox vəfası gülün. Cəfayi-xan görüb köçdü bağdən bülbül, Gören kim oldu bir gülşəndə aşinası gülün? Xezane meyl eledi, almadı vefa nəzəre, Yetişdi bülbüle çox-çox qemü cefası gülün. Töker sirişk evezinde gözüm üze al qan, Olubdu çünkü könül zarü mübtelası gülün. Yazılsa nöqtebenöqte, deyilse hərfbeherf, Qurtarmaz heşre qədər halü macerası gülün. Üzari-aline baxdıqca qan olur diller, tiaVıij hədden aşır möhnetü belası gülün. Xeta yoluna düşüb bülbüle cəfa qıldı, Xetaya saldı özün.aqibət xətası gülün. Cahanda zene qəder olmaz, ey könül, xendan Ki, xuni-bülbül eger olmasa ğezası gülün. Tutardı xuni-cigerden olaydı ger sirab Güneş tek her terefi, Natevan, ziyası-gülün. * * * Dilbəra, dərdi-dilimdən belə ünvan etdim Dilbəra, dərdi-dilimdən belə ünvan etdim Ki, qəmi-hicrdə dil mülkünü viran etdim. Mümkün olmaz mənə vəslin bilirəm həşrə kimi, Ol səbab məskənimi guhi biyaban etdim. Eşq sultanı mənim qətlimə fərman gətirib, Etmədim tərki-vəfa, taəti fərman etdim. Səri-kuyində qoyub başımı bir uf demədim, Səri sidqilə dilü canımı qurban etdim. Ya təbib adını tərk eylə, təbabət etmə, Ya mənim dərdimi tap, gör, niyə tüğyan etdim? Yoxdu bir kimsə məgər dərdimi bilsin, ya rəb Ki, mən öz qanım ilə dərdimə dərman etdim! Dərdi-hicrində gözüm yaşı tutub dünyanı, Nuh tufanı kimi, gör ki, nə tufan etdim! Natəvan, etmədi ol səngdilə naləm əsər, Gecə-gündüz nə qədər naləvü əfğan etdim. * * * Hicran ilə kim, daməni-qəm dəstrəsimdir Hicran ilə kim, daməni-qəm dəstrəsimdir, Şadəm ki, xəyalın, gözəlim, həmnəfəsimdir. Gül ayrısı bir bülbuli-bimarü qəminəm, Əfğan ilə bu guşeyi-mehnət qəfəsimdir. Cismimdəki biman könül haləsi, guya, Bir qəmzədə məhmildən asılmış cərəsimdir. Görmək üzünü qayəti-hər fikrü xəyalım, Öpmək ayağın maeyi-şövqü həvəsimdir. Xurşidə yetər başım əgər, çakərin olsam, Bu rütbə ilə aləm əra fəxr bəsimdir. * * * Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə! Mənə tərəhhüm elə, qoyma Natəvan, getmə! Bu gülşən içrə, gülüm novşüküftə bir gülsən, Sənə hənuz deyil mövsimi-xəzan, getmə! Məni - fələkzadəyə rəhm qıl, səni tari, Qaşın kimi qəddimi eyləyib kaman, getmə! Sənin bu gözlərinə gözlərim ola qurban, Bir-iki dəm mənə ol bari həmzəban, getmə. Yeni nümüvv eləyən, sərvvəş, dayan bari, Sirişkimi qoy edim payinə rəvan, getmə! Mənə ki, guşeyi-cəşm ilə bir nəhan baxdın, Tez öldürər məni bu möhnəti-nəhan, getmə! Düşə əyaqdən ol sərvi-qamətin, billah, Qiyaməti gətirər başimə əyan, getmə! Bu cismi-zarım üçün məhz ruhsən, axır, Tutar qərar məgər, ruhsuz rəvan, getmə! İki gözüm işığı, şahzadə simbərim, Məni də yoldaş apar, qoyma Natəvan getmə! * * * Könül, qanın gözümdən navəki-qəmzən rəvan eylər Könül, qanın gözümdən navəki-qəmzən rəvan eylər, Məsəldir mərdüm içrə: “Məst olan, əlbəttə, qan eylər”. Könül, bil kim, o çeşmi məst olub heç bir xəta etməz, Yəqinimdir, əgər, qan etmiş olsa, qanə-qan eylər. Əgər qaşü gözün xişm eyləsə, ey mahi-növ, bir dəm, Könüldə fitnələr peyda olur, hər dəm fəğan eylər. Nihani baxmağından iztirabi-könlüm, əfzundur, Nə cadudur ki, hər dəm kəşfi-əsrari-nihan eylər? Uçub mürği-dilim qonmuş səri-zülfi-pərişanə, Bəla sərmənzilində gör nə qafil aşiyan eylər? Üzün dövründə zülfün küfrə bənzər, tutmuş imanı, Hərami xeylini kim böylə gəncə pasiban eylər? Səba zulfün nəsmin gər aparsa vadiyi-Cinə, Xötən səhrasını mişkin edib ənbərfəşan eylər. Rəqibim görməsin bir nəşə, ya rəb, cami-işrətdən Ki, məndən bisəbəb ol şuxi məstü sərkiran eylər. Deyirlər: dərdi-eşqin adəm öldürməz, - dürüstdür bu Və lakin əmr elər, mən kimi zarü Natəvan eylər. * * * Qoyubdur intizarında, necin gəlməz, necin gəlməz Qoyubdur intizarında, necin gəlməz, necin gəlməz? Həmişə ahu zarında, necin gəlməz, necin gəlməz? Üzüldüm karivanımdan, əl üzdüm xanimanımdan, Fələk incir fəğanımdan, necin gəlməz, necin gəlməz? Gedibdir qafiləsalar, olubdur gözlərim xunbar, Nə bir yaru nə bir qəmxar, necin gəlməz, necin gəlməz? Könüldə ahu zarını var, nə səbru nə qərarım var, Deməz bir dufikarım var, necin gəlməz, necin gəlməz? O zulfi-nərgisi-məstə konul coxdandı pabəstə, Məni hicran edib xəstə, necin gəlməz, necin gəlməz? Səri-kuyin gəzər konlum, guli-ruyin sevər könlüm, Vüsalın cün dilər könlüm, necin gəlməz, necin gəlməz? Alıbdir canımı hicran, olubdur gozlərim giryan, O məhvəş, nazənin canan, necin gəlməz, necin gəlməz? Mənə hicran məşəqqətdir, fərağin dərdu möhnətdir, Nigarım xeyli muddətdir, necin gəlməz, necin gəlməz? Əzizim, goz yaşım qandır, işim fəryadu əfqandır, O yarım harda mehmandır, necin gəlməz, necin gəlməz? Yanar canım fərağından, tutar konlum sorağından Ki, cıxsın yar otağından, necin gəlməz, necin gəlməz? Əlimdə ixtiyarım yox, gedib-səbri-qərarım yox, Yanımda gulzarım yox, necin gəlməz, necin gəlməz? Səba, ol məhliqa dilbər, alıbdır canımı yeksər, Könül ancaq onu istər, necin gəlməz, necin gəlməz? Yetibdir ərş uzə dadım, tutub dunyanı fəryadım, Mənim ol sərvi-azadım necin gəlməz, necin gəlməz? Qalıbdır Natəvan nalan, gecə-gündüz olar giryan, Onun yox dərdinə dərman, necin gəlməz, necin gəlməz? * * * Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı! Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı! Nə hicr atəşinə odlanıb yanaydı dilim ki, Nə eşqin icrə konul boylə şadu xurrəm olaydı! Nə sərv qəddin olaydı, nə bəsrətinlə gozum kur, Nə rüzgari-fəraqində qamətim xəm olaydı! Nə bəhr olaydı, nə umman, nə boylə goz yaşı cari, Nə gül üzündə, ilahi, bu nov-şəbnəm olaydı! Nə gül olaydı, nə gülzari-gulşənin dəxi seyri, Nə xari-mohnəti-bülbül səninlə möhkəm olaydı! Nə Misr olaydı, nə Kənan, nə həzrəti-Yəqub, Nə xar olub qəmi-hicranda, qərqi-matəm olaydı! Nə cah olaydı, nə zindan, nə karvan guzəri, Nə Yusifi bu bəlada gorən bir adəm olaydı! Nə bəzm olaydı, nə bazari-Yusif əhvalı, Nə rəhguzərdə Züleyxa qəmlə həmdəm olaydı! Nə ah olaydı, nə əfsus, nə parə-parə konul, Nə Natəvanın, ilahi, həvəsi dəhrəm olaydı * * * Nə yaxşı munis idi, heyf, nagəhan getdi Nə yaxşı munis idi, heyf, nagəhan getdi, Məni bu möhnət əta qoydu firavan getdi Salax Rahim Elekberovdan ayrı baxarmı sərvə gözüm? Hilal tək qədimi eylədi kəman, getdi xaniman tərkin, Nə baxdı yarlərə, cəkdi olaman getdi. Nə oldu ariz əya, bağiban, bu gülşəndə, Acılmadı bu bahar gulləri, xəzan getdi? Nə tapdı ləzzəti-işrət, nə gördü gülzarı, Bahar fəslində, yaran, bu növcavan getdi. Məni bu mohnət əra qoydu didəsi giryan, Bəlayi-hicrə salıb, qoydu bağrı qan, getdi. Məzarın üstə gəlib əylənim dəmadəm, oğul, Deyərmisən ki, nə növ ilə Natəvan getdi. * * * O müjgani-siyəh-novkin xədəiki-yarə bənzətdim O mücgani-siyəh-novkin xədəiki-yarə bənzətdim. Xətadır çeşmi-məstin ahuyi-Tatarə bənzətdim. Gözün mərdümləri sərməst olub tökmək dilər qanı Düzübdür hər tərəf peykan əcəb xunxara bənzətdim, Çəkilmiş guşəyə bülbül, fəğanü nalələr eylər. Düşən gül üstə damə əndəli-zarə bənzətdim. Tutub kəc gərdənin hər ləhzə olmuş məhvi-nəzzarə, Yar ardınca baxan bir aşiqi-naçara bənzətdim. Görüb tərfi-binaguşunda cin-cin zulfi-mişkini, O gənci-şayəgan üstə yatan şahmara bənzətdim. Der idin: kim, nədəndir Qeys olub divaneyi-aləm? Cünun sərriştəsi ol turreyi-tərrarə bənzətdim. Cəfayi-dəhrdən gördüm edərdi şəkvə bir müztər Səsindən Natəvani-bidilü əfkarə bənzətdim. * * * Olmuşam dəhri-bəla içrə bu gün divanə mən Olmuşam dəhri-bəla içrə bu gün divanə mən, Varmadım meyxanəyə, sındırmadım peymanə mən. Əhdlərdən keçmədim, peymanlər sındırmadım, Lacərəm bimehrlə tək, olmuşam əfsanə mən. Tərki-gülzar etmişəm, bülbül kimi mən, ey rəqib, Aqibət bir guşə içrə gəlmişəm əfqanə mən. Eşq rüxsarında bir dəm vəslilə şad olmadım, Hər tərəf seyr eylədim, düşdüm əcəb hicranə mən. Qəm yükün çəkməkdən, ey dil, bir dəm azad olmadım, Hərçi cəhd etdim, nə hasil, yetmədim cananə mən. Duş gördüm kim, gəlibsən gülbeyi-ehzanıma, Ol zaman nəzr eylədim canü dilim qurbanə mən. Görməyim düşvardır, vallah, səni, bil, ey rəqib, Zülfə bağlı qoy gedim, axır düşüm zindanə mən. Dövrü dönmüş dövr dövran etmədi kamımca ah! Düşmənimdir, bilməzəm kim netmişəm dövranə mən. Varü yoxumdan qalan ancaq mənim bir can idi, Natəvan, daxi dedim: sərf eyləyim mehmanə mən. * * * Rəqib töhməti etdi məni cüda, ey dust Rəqib töhməti etdi məni cüda, ey dust! Bu zülmü gördü rəva, görməsin səfa, ey dust! Əgər ki, tiğ çəkib öz əlinlə öldürəsən, Deyil mənə bu cəfa, bilməzəm cəfa, ey dust! Kənardan baxaram mən həqir həsrətlə, Bu yaxşı şiyvə deyil, olma bivəfa, ey dust! Rəqibə xoşdur həmişə, məni kənar etsin, Fəda o himmətinə, olma sən riza, ey dust! Nə tab hicrinə vardır, nə taqətim səbrə, Bunun əlacı ki, mümkün deyil mana, ey dust! Sənin bu hüsnünə layiq ki, heyf, əhdin yox, Nə qədər səy elədim, tapmadım dəva, ey dust! Bəli, bu hicrin ilə mən həmişə xoşhaləm, Görək ki, neyləyəcək axırı qəza, ey dust! Rəqib görməsin, allah, visali-işrətini, O səpdi tuxmi-fəraqı, görüb rəva, ey dust! Çağırram allahımı hal, Natəvan ilə Məgər ki, tez verə həq düşmənə cəza, ey dust! * * * Şuri-eşqin başıma axırı sövda gətirir Şuri-eşqin başıma axırı sövda gətirir, Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir. Tari-zülfündü məni böylə giriftar eləyib, Nə gələ başıma, ol zülfi-mütərra gətirir. Gül üzün görmək əgər mümkün olaydı bir dəm, Hər zaman görmək onu nuri-mücəlla gətirir. Qaşü göz, novki-mücə fitnə üçün cəm olmuş, Ox atıb, tiğ cəkib, hər biri dəva gətirir. Könlümü qarət edir eylə ki, tari-zülfün, Rumə, sanki həbəşi ləşgəri-yəğma gətirir. Naqənin varmı şüuru bula aşıq guyin, Onu Məcnunə tərəf cəzbeyi-Leyla gətirir. Yusifin sanma, dübarə görə Yəqub üzün, Mehr bazarına gör getsə, Züleyxa gətirir. Yusifi Misrdə gər aldı Züleyxa nəqdə, Nəqdi-can, aşiq olan, əldə mühəyya gətirir. Sidqi-qəlb ilə nisar etmiş idin can nəqdin, Natəvan, mücdə bu gün qətlinə fərman gətirir * * * Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm, Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm. Fəraqdan gecələr yatmaram səbahə kimi, Xəyali-zulfunə bağlı gedibdir can, ölürəm. Bahari-husnun əra gör necə xəzanəm mən, Bahar laləsi tək bağrım oldu qan, ölürəm. Vərəq-vərəq dilu can hicrin icrə odlaşdı, Misali-kəncəfə sədparə oldu can, ölürəm. O xaki-payini mən aşiyanə etmiş idim, Vətəndən ayrı düşüb indi laməkan, ölürəm. Dedin ki, cək əlini damənimdən, əl cəkdim, Tərəhhum eyləmədin axır, ey cavan, ölürəm. Cəkirdim həsrətini, görmədim, xudahafiz! Olubdur indi işim naləvu fəğan, ölürəm. Fəda o qamətinə kim, qəza nə xoş cəkmiş, Qədər bukub belimi, eyləyib kəman, ölürəm. Fəraqdan tukənib tabu taqətim, billah, Vüsalə yetməz əlim, zaru Natəvan ölürəm. * * * Yanar canım, oğul, daim sənin nari-fəraqında Yanar canım, oğul, daim sənin nari-fəraqında, Necə pərvanələr hər dəm yanar şemin ayağında. Güli-ruyün hevasilə çxxar efiakə əfğanxm, Olur bülbül nəvasx gül fəraqü iştiyaqında. Sənin vəslin xəyaliyle gözü könlüm gezər daim Ki, çün Mecnuni-sərgəştə, gezer Leyla sorağında. Nəhali-qametin zikri mənim virdi-zebanımdır, Demadem naleyi-qumri olur sərvin budağında. O şirin ləblərin şövqü günü gündən olur əfzun, Əgər Fərhad tək yüz il dolansam hicr dağında. Hərisəm bəs ki,oI şirinzebanın zikrinə hərdem, Olur xoş nitqli tuti, şəkər olsa dəmağında. Sənin hicrin odu, Abbas, dəxi, çıxmazki canımdan, Seməndər tək yanar daim anan nari-feraqında. Uçub şəhbaz tək könlüm, gəzerdi vəsl bağında, Pərü balını sındırdı fələk, bu pir çağında. Gözümdə tardır dövran, məhü xurşidi-nurefşan, Məhaq içrə olub pünhan, sanasan çərx tağında. Sirişkim birlə kim, xali deyildir qametin gözdən, Nə tez düşdü təravətdən o sərvin su qırağmda. Nolaydı kur olaydım, görməyəydim gül kimi cismin, Qalıbdır tirə xak içrə, məzann gün qabağında. Könüldə həsrətim qaidı, məzann heyf kim, bir dəm Səni ta görmədim xürrəm, oğul, damad otağmda. Nədəndir intizar ilə, o şəhla göz baxar heyran, Gözüm ol gözlərə qurban, baxar ahu sayağında. Həmişə zarii dilməhzun, tökər gözdən sirişki-xun, Perişan hal ilə daim, qəmü mehnət bucağında. Qəmi-hicran edib tüğyan, qalıbdır Natəvan suzan, Rəvan eşki-besər her yan olan gözlər bulağında. * * * Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm, Rumuzi-eşqdən agah olub, ustad olan könlüm. Görübdür yari əğyarə olubdur məhvi-nəzzarə, Edibdir sinəsin parə, mənim abad olan könlüm. Niyə peymanədən kecdin, niyə zəncirdən qacdın? Nədəndir collərə duşdun, mənim bərbad olan könlüm? Fəraqin ruzi-məhşərdir, sərasər möhnətü-qəmdir. O zülfün kimi dərhəmdir, mənim azad olan könlüm. Baxın bu Natəvan zarə, gunu bəxtim kimi qarə, Gəzər Məcnun tək avarə, mənim naşad olan könlüm. * * * Yıxıb bu könlüm evin, eyləyib viran, getmə Yıxıb bu könlüm evin, eyləyib viran, getmə! Yoxumdu tabü tavan firqətə, cavan, getmə! Fəda olum sənə mən, səndən ayrıla bilməm, Yəqin, fəraqın edər qəddimi kəman, getmə! Səninlə rövşən idi qəlbim, ey gözüm nuri! Güman ki, təng ola bu canıma cahan, getmə! Boyun bəlasın alım, sərv tək yıxılma, oğul, Doyunca görməmişəm, getmə bir zaman, getmə! Çıxaydı kaş gözüm, görməyeydi hicranın, Ölüncə, bil, edərəm naləvü fəğan, getmə! Səbahədək oturub çəkmişəm cəfalerini, oyum bərabərisən indi, elaman, getme! Yəqinen, əl çəkəcək dostü aşinalərdən, Kimi düşəcək çöllərə aman, getmə! Səninlə kim, açılıb qəlbimin şükufeleri, Ümvət eylə, əzizim, edib xəzan, getmə! Di yumma gözlərini, qoy görüm doyunca səni, Özümə cari edib eşk, hem rəvan, getmə! Tərehhüm eyle mənə, dərdü mehnətim çoxdur, Qoyub bu hicri-bela içrə Natəvan, getmə! * * * Zəmanə saldi əcəb mohnətu məlalə məni Zəmanə saldi əcəb mohnətu məlalə məni, O mahrudən iraq verdi qəm zəvalə məni. Tukəndi tabu təvan, ey xudayi-ləmyəzəli! Ya tez bu canımı al, ya yetir vüsalə məni! Sənə nə qədri dedim, rəhm qıl mənə, getmə! Gəl indi gör ki, fəraqın salıb nə halə məni! Nə vaxtadək qəmi-hicrində ahu zar cəkim? Tərəhhum eylə, gətir sən də bir xayalə məni! Kəsildi səbru qərarım, fəraqə tabım yox, Rəvadı təngə gətirsin bu ahu nalə məni? Alıbdı əqlimi sərdən, qərarımı dildən, Edib bəlayə fələk, gor necə həvalə məni. Təəccubəm ki, necun rəhmə gəlmədin, zalım?! Fəraq oduna yaxıb salmısan bu halə məni. Nə yaxşı gunlər idi kim, səninlə munis idim, Zəmanə indi edib sinə dağlı lalə məni. Vusalə yetməyibən zaru Natəvan qaldım, Edib fələk yenə həsrət o məhcəmalə məni. * * * Kitabxana.az · https://kitabxana.az/collections/natavan-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1897). Public domain (author died 1897). Original text only.