Şeirlər Xurşidbanu Natəvan (1832–1897) Qərənfil Səni kimdir sevən bica, qərənfil? Sənə mən aşiqi-şeyda, qərənfil! Səni gülşən əra aşuftə gördüm, Yəqin bildim tutub sevda, qərənfil! Belə pəjmürdə hal ilə durubsan, Düşər güllər əra qovğa, qərənfil! Driğa kim, vəfasızdır bu gülşən, Gedər bu teləti-ziba, qərənfil! Üzündən pərdeyi-nazın kenar et! Unutma aşiqi, haşa qərənfil! * * * Oldum Əya Nəvvab, valayi-süxəndan, Yetişdi naməniz dilşad oldum. Qəmü dərdim firavan idi, amma Behəmdüllah genun azad oldu. Sərasər şeiriniz öz ruyi-hikmət, Qamu məzmunları mehrü məhəbbət, Möhübbə rəhmətü ədvanə zillət, Bu şirin ləhcəyə mötad oldum. Sizə lütfi-xuda olsun müraqib, Əta qılsun dəxi əla məratib. Yetə bədxahə gər, əşhabi-saqib, Xərab olsam da gər, abad oldum. Qəmi-əyyamidən çox natəvanəm, Əliləm, naxoşam, afsordə canəm, Bu tətildən özüm də bədgümanəm. Məgər kuhi-qəmə Fərhad oldum. Unutma sən duadan Natəvanı, Əlilü naxoşu əfsordə canı, Cənabında səva yoxdur gümanı, Əgər yaddan çıxam bərbad oldum * * * Kitabxana.az · https://kitabxana.az/collections/natavan-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1897). Public domain (author died 1897). Original text only.