Mürəbbelər Mir Möhsün Nəvvab (1833–1918) Bir nigarı istərəm aləmlərin əlasıdır Bir nigarı istərəm aləmlərin əlasıdır, Ruzgarın bağı içrə novgüli-rənasıdır, Can ona qiymət degil, qiymətlərin ədnasıdır, Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır. Nazilə nazik baxanda dinü imanı alır, Oəmzəsi ahənrüba tək cismdən canı alır, Qiyməti-ləli-ləbi İranü Turanı alır, Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır. Xalü xəttü tələti firdövsi-əlaya dəgər, Qaməti-şümşadi min-min sərvi-tubaya dəgər, Zülfünün hər tarı yüz Leylavü Əzrayə dəgər, Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır. Zahida, bu biz degil kim, əlli qat başa qoyub, Şiydü salusi ilə biçarə əvamı tovlayub, Ac qurd kimi cəmiən pul, malını soyub, Bəlkə bu sövdeyi-kamili-gülrüxan sövdasıdır. Yox məlaməti-aşiqi-biçarə gər candan keçə. Bir belə canan yolunda xanimandan keçə, Bu degil halva ki, molla dinü imandan keçə, Bəlkə bu sövdayi-kamili-gülrüxan sövdasıdır. Bu degil yaqutü almasü zəbərcəd zivəri, Hər dənizadə alıb zinət, verə duşü bəri, Bu gedil dinarü dirhəm kim, yığa hər sərsəri, Bəlkə bu sövdayi-kamili-gülrüxan sövdasıdır. Yoxdur insaf sənə, Nəvvab bir etməz nigah, Bülbüli-şeyda kimi gər edəsən əfqanü ah, Kəbəyi-kuyində ömrün mayəsin etsin təbah, Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır. * * * Bir nigari-novbaharın gül camalın istərəm Bir nigari-novbaharın gül camalın istərəm, Lölöyi-tər tək camalı üzrə xalın istərəm, Cuybari-hüsn ara, şəkkər zülalın istərəm, Mey içib məstan gəzən çeşmi-ğəzalin istərəm. Aşiqin tərk eyləyib, amma özü məstan gəzər, Naz edər hər dəm rəqibə bağ ara şadan gəzər, Yadına bilmərrə düşməz, əhdilə peyman gəzər, Bir belə insafsız yarın vüsalın istərəm. Yarını həsrət qoyub aləm ara xar eyləyən, Sındırıb iqrarını firqətdə bimar eyləyən, Şad edən əğyarını hər ləhzə təkrar eyləyən, Gərdəni-mina, qəddi-Tuba misalın istərəm. Rovzeyi-hüsn içrə guya ahuyi-tatardır, Xali-mişkini zənəxdanında ənbərbardır, Ləbləri gül, dişləri həm lölöyi-şəhvardır, Bir belə rəna ğəzalin, xəttü xalın istərəm. Bülbüli-şuridə tək cəh-cəh uran, dad eyləyən, Məst olan, tavus tək məstan geyib, məstan gəzən, Aşiqini görcəgin tərlan kimi gərdən çəkən, Naz edən nazikbədən tuti məqalın istərəm. Baği-gülzar içrə ahu kimi hər yanə baxan, Etinalar eyləyib əğyarə naz ilə axan, Aşiqi-zarın dilini nari-hicranə yaxan, Dərgahi-pakində əğyarın zəvalın istərəm. Əl çəkib Nəvvabdan, yarəb, o yari-bivəfa, Nazilən eylər ona hər ləhzə min cövrü cəfa. Bir deməz biçarə məndən görmədi zövqü səfa, Rəm yeyən, ram olmayan vəhşi ğəzalin istərəm. * * * Cünki bu sovdayi-kamili-gülruxan sövdasıdır Bir nigarı istərəm aləmlərin əlasıdır, Rüzgarın bağı icrə növguli-rənasıdır, Can ona qiymət degil, qiymətlərin ədnasıdır, Cünki bu sovdayi-kamili-gulruxan sövdasıdır. Nazilə nazik baxanda dinu imanı alır, Oəmzəsi ahənruba tək cismdən canı alır, Qiyməti-ləli-ləbi İranu Turanı alır, Cünki bu sövdayi-kamili-gülruxan sövdasıdır. Xalu xəttu tələti firdovsi-əlaya dəgər, Qaməti-şumşadi min-min sərvi-tubaya dəgər, Zülfünün hər tarı yuz Leylavu Əzrayə dəgər, Cünki bu sovdayi-kamili-gülruxan sövdasıdır. Zahida, bu biz degil kim, əlli qat başa qoyub, Şiydu salusi ilə bicarə əvamı tovlayub, Ac qurd kimi cəmiən pul, malını soyub, Bəlkə bu sovdeyi-kamili-gulruxan sövdasıdır. Yox məlaməti-aşiqi-bicarə gər candan kecə. Bir belə canan yolunda xanimandan kecə, Bu degil halva ki, molla dinu imandan kecə, Bəlkə bu sovdayi-kamili-gulruxan sövdasıdır. Bu degil yaqutu almasu zəbərcəd zivəri, Hər dənizadə alıb zinət, verə duşu bəri, Bu gedil dinaru dirhəm kim, yığa hər sərsəri, Bəlkə bu sovdayi-kamili-gulruxan sövdasıdır. Yoxdur insaf sənə, Nəvvab bir etməz nigah, Bülbüli-şeyda kimi gər edəsən əfqanu ah, Kəbəyi-küyində omrun mayəsin etsin təbah, Cünki bu sovdayi-kamili-gülruxan sövdasıdır. * * * Kitabxana.az · https://kitabxana.az/collections/nevvab-murebbeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1918). Public domain (author died 1918). Original text only.