Qoşmalar Mir Möhsün Nəvvab (1833–1918) Edər Aralıqda itib hökmi-şəriət, Xahişlərin eyləyirlər təriqət, Bidət salıb, oxuyurlar həqiqət, Bu bidəti zərbəft edər, şal edər. Hər həftədə birisi baş qalxızır, «Ənəlhəq»lər deyib bar-bar bağırır. Avamları öz dininə çağırır, «Əlif» qəddin şəriətin dal edər. Bular salır aləmlərə qovğanı, Təşrih edib, dağıdırlar dünyanı. Pəst edərlər şəriəti-ğərranı, Bu əfalı, inanma, dəccal edər. Aləmi-rəbbanı hanı yanına, Gedib qurban edək canı-canına. Fəda olaq əhdinə, peymanına, Bular yəqin dəfi-qilü qal edər. Nəvvab edər bu qövmdən əlhəzər, Bu kəslərin kuyinə etməz güzər, Aləmi-rəbbanını hərdəm gəzər, Tapsa əgər fəda canü mal edər * * * Qaradağ xanına Otuz dəfə dad etmişəm sənə mən Zahidlərə uymagilən ağa, sən. Yüz il eyləş hüzurunda zahidin, Görəcəksən onda derdə dəva sen? Dəva bilsə keçəl başma eylər, Cənabına bulma zəhmət rəva sən. Yüz il sənə vədə verə inanma, Politkadır saf bilginən hava sən. Nəwabdan qəbul qıl nəsihət Ta görəsən dərdlərinə səfa sən. * * * Səthi-cahan gülüstana dönübdür Xələt geyib zümrüddən ağaclar, Ciçəklərdən boynun əyib budaqlar, Şəbnəm düşüb təzələnib yarpaqlar, Səthi-cahan gülüstana dönübdür. Yelpəkləyir badü-bahar üzlərin, Xumarlanıb yumur nərgiz gözlərin, Şəkər kimi şirin edir gözlərin, Səthi-cahan gülüstana dönübdür. * * * Sultan Həmidə Nərədə qalıb həzreti xeyriil bəşər, Hümmətinə şövq ilə etsin nəzər. Ləşkəri yunanı necə tarü-mar Eyledilər esgeri fəthü zəfər. Səngərini, tiqlərini bitamam Topu şerərbar ile zirü-zəbər. Qeleleri xak ilə yeksan qılıb Vəliəhdi eylədilər dəıbədər. Qürur edən ləşkəri ədalərin Ədəm diyanna hamu köçdülər. Aldı səda aləmi əflakidən, Söyledi ol dəmdə qəzavü-qədər.. Sayeyi alisi cähanə müfid Çox yaşasın həzrəti Sultan Həmid. * * * Kitabxana.az · https://kitabxana.az/collections/nevvab-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1918). Public domain (author died 1918). Original text only.