Qəzəllər Nitqi Şirvani (?–1600) Qəzəl: Məhbub odur ki nəqşi gözəl bir nigar ola Məhbub odur ki nəqşi gözəl bir nigar ola, Xub-lətif və nazik ola, şivəkar ola Xal-xətilə fitnəyi-axır zaman ola, Qaş-gözilə bibədəl ruzigar ola Gülzari-hüsn içində nəziri bulunmaya, Qönçədəhən və sərvqəd ü gülüzar ola Ali-cənab ü mərdüm ola, pakbaz ola, Yanında əhli-mə'rifətin e'tibar ola Nitqi, çü bir bunun kimi canana bula, Lazımdır yolunda onun xaksar ola * * * Qəzəl: Ol qədər kar etdi cana atəşi-fürqət bana Ol qədər kar etdi cana atəşi-fürqət bana, Nari-dozax güldürür ol atəşə nisbət bana Həmnişinim gər sən olmaz isən, ey huri-sifət, Kövsəri zəqqum olub dozax olar cənnət bana Dudi-ahım göylərə yürüsə, çərxi yırtar, İki ay oldu görünməz ol qəmər tal'ət bana Çün zərrə mayildir dilbər, yüzüm zər eylədim, Yüz bulum yanında ta ki eyləyə rəğbət bana Dövləti-dünyaya qılmam zərrə təki e'tibar, Bəndeyi-eşq olduğum Nitqi, yetər dövlət bana * * * Qəzəl: Ruxun şövqilə ah etsəm olur dudən şərər peyda Ruxun şövqilə ah etsəm olur dudən şərər peyda, Nə mehr olur bu kim zərrati-atəşnak edər peyda Bana feyzi-vücud edən sənin mehrindürür, mahım, Çü qılmaz zərreyi-mə'dumi illa tabi-xur peyda Kabab etdim ciyər pərgaləsin çeşmi-məstinçün, Dəmadəm dudi-ahımdan olur buyi-ciyər peyda Çıxıb qapusuna dilbər bu gün ərzi-cəmal etdi, Sanasın mətləindən aftab oldu səhər peyda Həvayi-zülfi-yarilə yürürkən Nitqi sərgərdan, Daxi badi-sabadan olmamışdı bir əsər peyda * * * Qəzəl: Aləmə mehri-ruxun, ey üzü gün, verdi ziya Aləmə mehri-ruxun, ey üzü gün, verdi ziya, Sidqilə gördü əyan didəyi-can sübhi-səfa Astanın görünür qanda nəzər eylərsəm, Güya didələrim oldu bütün qiblənüma Xəddin üstündə görüb nagəhan ol turrələrin, Başıma gəldi dərığa ki bəla üzrə bəla Ney kimi nalə qılıb dəmbədəm ah eylədiyi, Gərdunda nəyin yoxsa, eşqinlə həva Nitqiyə zərrə qədər pərtövi-ehsanın yox, Aləmə mehri-ruxun, ey üzü gün, verdi ziya * * * Qəzəl: Sən yüzi gülsüz gülüstan səhni-zindandır bana Sən yüzi gülsüz gülüstan səhni-zindandır bana, Bu cahan işrətsarayı beytül-əhzandır bana Hüsnünün bir an təmaşası neçə aləm dəyər, Anınçün aləmin seyrani bir andır bana Guşeyi-dərd ü bəla vü kuçeyi-rənc ü ə'na, Ey gül-ra'na, xəyalınla gülüstandır bana Bəndeyi-fərmanınam, ey padşahi-mülki-hüsn, Hər nə cövr eylərsən eylə, lütf ü ehsandır bana Dil əvvəldən aşina, Nitqi, xəyali-yarilə, Qürb ü bö'd, vəsl ü hicran cümlə yeksandır bana * * * Qəzəl: Məhbub odur ki şivələri dilfərib ola Məhbub odur ki şivələri dilfərib ola, Məqbuli-aləm ola, həsib ü nəsib ola Hüsni-lətifi mənzəri-əhli-nəzər ola, Zati-şərifi mərdümi-eyni-ləbib ola Əğyari-bivəfaya bəğayət bəid ola, Üşşaqi-basəfaya dəmadəm qərib ola Halına görə bağışlaya üşşaqə şərbəti, Dərdini xəstənin bilə, hazıq təbib ola Dilbər dəyildir ol sənəm, ey Nitqi, hasili, Hərdəm müsahib olduğu kafir rəqib ola * * * Qəzəl: Pasiban olmuş qəmər qapında, dərban aftab Pasiban olmuş qəmər qapında, dərban aftab, Hər biri bir vəchilə sən şaha qılmış intisab Sən şahi-mehruyə gərdun xeyməyi-firuzədir, Cabəca olmuş şüayi-aftab ona tənab Cameyi-surxilə sən mahı görən əhli-nəzər Şöylə sanır kim təlu etdi şəfəqdən aftab Badədən ləli-ləbin zövqüdür, ey saqi, murad, Bir qədəh sun camı-ləlindən bizi qıl kamyab Necə ali-qədrsə dəsti-xəyalım irişir, Nitqiya, susam əcəbmi dilbəri-ali-cənab * * * Qəzəl: Aftabi-aləmi-candır ruxi-zibayi-dost Aftabi-aləmi-candır ruxi-zibayi-dost, Rövnəqi-bağı-candır hüsni-bihəmtayi-dost Canıma atəş buraxdı arizi-ra'nayi-yar, Başımı sevdaya saldı zülfi-müşkəsayi-dost Hər kişinin himmətinə görədir çün rütbəsi, Zahidi-dunhimmətə Tuba, bizə balayi-dost Kimsə baxmazdı cahan arayişinə olmasa Aləmi təzyin edən hüsni-cahanarayi-dost Ol qədər rahi-təlbdə oldu pəuya Nitqi kim, Vardı iqlimi-ədəmdən irəli arayi-dost * * * Qəzəl: Zülfi-siyəhin başıma sevda yetər, ey dost Zülfi-siyəhin başıma sevda yetər, ey dost, Xalın bu qədər fitnələr edib nədir, ey dost Sən qaşı kamandan irişən yetər cəfaya, Səbr eyləyəlim, ol daxi əlbət keçər, ey dost Sərf etmə cəfanı bana həp, sonra nə dirsən, Üşşaqə cəfa lazım olursa əgər, ey dost Mey nuş edəcək ləli-ləbin cür'ə qılırsa, Tökmə yerə ol cür'əni kim can dəyər, ey dost Mey məclisini gərçi bəzər mütrib ü saqi, Sən olmayıcaq Nitqi bulardan bizar, ey dost * * * Qəzəl: Qədin bəndəsidir sərvi-bülənd Qədin bəndəsidir sərvi-bülənd, Əzilür ləbinə ki şəkkər ü qənd Zülfi-zənciri, sən ahuçeşmin Gərdəni-can ü dilə saldı kəmənd Sən pəriruya nəzər dəyməməkə, Bəylərin micməri-hüsnündə səpənd Şahsuvarım, qulunam, rəhm eylə, Üstümə sürmə cəfa ilə səmənd Gər Xucəndə irişə bu şe'ri-lətif, Nitqiya, əhli-Kəmal eyləyə pəsənd * * * Qəzəl: Bağı-hüsnündə bu sünbüllər ki dəstədir Bağı-hüsnündə bu sünbüllər ki dəstədir, Sayəsində xətti-müşkin sübzeyi-nurəstədir Ağzıma öpdük deyə hərdəm canıma cövr eyləmə, Ya ki bühtan etdin, ey qönçəlib, yox nəstədir Halini ərz etməyə şahi-gülə bülbüllərin Qönçeyi-nuxiz guya naməyi-sərbəstədir Tazə-tazə dağlarilə saidi-zibayi-yar, Şöylə rəngin görünür guya ki bir gül dəstədir Çeşmi-bimari-nigarın qanə pərhiz eyləməz, Anınçün Nitqiya hərdəm oxunu xəstədir * * * Qəzəl: Gül dövridir əlində kömək kim ayağı var Gül dövridir əlində kömək kim ayağı var, Kövsər suyilə bağı-cinandan fəraği var Bülbül nida edər ki saqın qafil olma göz, Eyş etmə ki şahi-gülün yasağı var Hər namihəl uzatmağa daməninə əl, Hər xarı xəncər etdi gülün çox yarağı var Məqul odur ki qoymaya əldən piyaləni Şol aşiqin ki sinədə gül kimi dağı var Nitqi, şərabi-şövqilə layə'qil olalı, Şürbi-müdam və eyşi-cahandan fəraği var * * * Qəzəl: Qaçan ol sərvi-səhi nazilə rəftar eylər Qaçan ol sərvi-səhi nazilə rəftar eylər, Gövhəri-əşki gözüm payinə isar eylər Bülbülün giryə vü zarilə keçər ömrü dəriğ, Bağı-aləmdə gülün aləmini xar eylər Ey könül, cəzbi-qulub etməyə şirinliyilə, Ol şəkərləb yenə tuti kimi güftar eylər Ötür sonra yüzümdən bənim ol simbədən, Şimdi bizar deyü baxmaz üzümə, ar eylər Nitqiya, razi-dürunum necə məxfi ola kim, Şe'ri-dilsuz bənim halımı iş'ar eylər * * * Qəzəl: Kuhi-Tur olsa səlabətdə dili-aşiqi-zar Kuhi-Tur olsa səlabətdə dili-aşiqi-zar, Duymaya tabi-təcəlliyə yenə Musa var Şöylə dəhşət verir ənvari-təcəlli dilə kim Heyrətindən edəməz zövqi-təmaşayi-nigar Tutamaz didə təmaşasına yarın, bənzər Ki aftabi-fələki-hüsn ü bəhadır ruxi-yar Şövqi-şəm'i-ruxi-dildarilə pərvanəyi-dil Yaxdı eşq atəşinə bal ü pəri səbr ü qərar Nitqiya, atəşi-eşqilə dürunum pürdür, Dəmbədəm ahi-dürun olsa nə var atəşbar * * * Qəzəl: Ey pəri, nəqşi-ruxun adəmi divanə qılır Ey pəri, nəqşi-ruxun adəmi divanə qılır, Düşürür dillərə, aləmləri əfsanə qılır Sufi əbrusun xəyal etmiş isə mehrabı, Dün ü gün xəm edib qamətini yanə qılır Necə aşiqdir o kim dildə qoya surəti-qeyr, Necə mö'mindir o kim Kə'bəni bütxanə qılır Ləbin öpməkdə sənə zərrəcə nöqsan yoxkən, Bu qədər xişmi nəçün qəmzələrin cana qılır Nitqiya, eşq xərab etdi könül xanəsini, Xassə gənc budur yerini viranə qılır * * * Qəzəl: Aşiqə cövr etməklə, cana, günahı yoxmudur Aşiqə cövr etməklə, cana, günahı yoxmudur, Gər qərib isə nə var, onun Allahı yoxmudur Ləşkəri-qəm işbu könlüm şəhrini qıldı xərab, Hey mədəd billah, şəhrin padşahı yoxmudur Bum bəxtin sayəsində qalmışam nomid bən, Bu cahanın bir həmasayə pənahı yoxmudur Varmazsa xanəgahi-zöhdə gər əbdali-dil, Nola, zahid, piri-eşqin təkyəgahı yoxmudur Padşahlar bəndəsindən ar edərsə, Nitqiya, Göz ucuyla barı gəh-gəh bir nigahı yoxmudur * * * Qəzəl: Dəmbədəm nalan olarsam, nola, manəndi-həzar Dəmbədəm nalan olarsam, nola, manəndi-həzar, Görmədim buyi-vəfasın qönçədən, ey gülüzar Qönçəvəş könlüm açılmaz seyri-gülzar etmədən, Həsrəti-ruyunla var sinəmdə yüz min xarxar İki gündən daxı xətt irər, həlak eylər məni, Hey qiyamət olmadan bir kərə həşr olsaq nə var Şivəyi-rəftarını seyr eyləyib sərvi-səhi Lərzə düşdü cisminə heyrətdən oldu biqərar Həsrəti-ruyi-nigarilə sirişki-laləgun Nitqiya, ətrafımı hər dəmdə eylər laləzar * * * Qəzəl: Əhvali-eşqi-aşiq şərh ü bəyanə sığmaz Əhvali-eşqi-aşiq şərh ü bəyanə sığmaz, Övsafi-hüsni-dilbər yüz gülüstanə sığmaz Bir vəchilə nigarə uyduğu cihətdən Gərmiyyətilə xurşid nə asimanə sığmaz Yarın yolunda can ver, demə bəhanə cana, Zira təriqi-eşqə hərgiz bəhanə sığmaz Hərdəm könüldə hüsnün cövlan edər gərçi, Xeyli-xəyalın, ey şah, kövn ü məkanə sığmaz Əhvali-eşqi Nitqi xamə bəyan edərmi, Dəryayi-binəhayət çün naudana sığmaz * * * Qəzəl: Hər qəni dil ki cahanda gənci-pünhan istəməz Hər qəni dil ki cahanda gənci-pünhan istəməz, Eylədi dil xanəsin mə'mur, viran istəməz Murvəş bu həbbəyə hərdəm qənaət eyləyən Öz həvasinə uyub təxti-Süleyman istəməz Ol gədakim hər nəfəsdə eylər ahi-atəşin, Gənci-qəmdə gecələr şəmi-şəbistan istəməz Fəqrilə aləmdə binamü nişan olan gəda Padşahdan kimsədən xof etməz, ehsan istəməz İxtiyar edən fəraqət aləmini, Nitqiya, Çərxə rəğbət eyləməz, mehri-dərəxşan istəməz * * * Qəzəl: Sənin kimi məlahət mülkünə bir padşah gəlməz Sənin kimi məlahət mülkünə bir padşah gəlməz, Bənim kimi məlamət şəhrinə kəmtər gəda gəlməz Gözəllik asimanında yüzün kimi günəş doğmaz, Sənin kimi lətafət bir cənnətə məhliqa gəlməz Səmənd naz ilə gəldin, sıdın həp qəlbi-üşşaqı, Bu meydana sənin kimi dilavər dilrüba gəlməz Nə müşküldür ki hər dəmdə rəqibilə gələ dilbər, Cahanda bundan özgə aşiqə müşkül bəla gəlməz Ruxun gülzarının gərçi həzaran bülbülü vardır, Vəli Nitqi kimi bu gülüstanə xoşnəva gəlməz * * * Qəzəl: Təkəllüm eyləyib ləlin qaçan qılsa şəkərxalıq Təkəllüm eyləyib ləlin qaçan qılsa şəkərxalıq, Görən dir: xoş yaratmışdır dəhanında şəkərxalıq Qəmər əksikliyin bilsə, əcəbmi dövri-hüsnündə, Bu gün səndə təmam olmuşdur, ey mah, qərralıq Cəmalın müshəfində xoş yaratmış xətti-reyhanın, Həzaran həsənət xətm olmuşdur hüsnündə zibalıq Göyə ki başı irsə sərvi-ra'nanın nə canı var, Ki ərz edə nihali-qamətinin yanında ra'nalıq Saqın incimə, Nitqi sözlərinə, ey gülü nazik, Çü eyb olmaz, bilirsən, bülbüli-şeydaya güyalıq * * * Qəzəl: Mehri-hüsnündən təcəlli edəli ənvari-eşq Mehri-hüsnündən təcəlli edəli ənvari-eşq, Zahir oldu gün kimi hər zərrədən asari-eşq Dönə-dönə yanmadan pərvası yox pərvanənin, Şəm'i-bəzmarayi-ruxsarın salmışdır nari-eşq Tazə-tazə dağlarla cismimi zeyn eyləyib, Eylədim üşşaqə bu viranəni gülzari-eşq Mənzili darı-fənadır, dilbəra, Mənsurvəş, Bir sərimu ki zülfündən aça əsrari-eşq Gülşəni-aləmdə dəydi saqlağı bülbüllərin, Söylədən Nitqiya sən şövqilə güftari-eşq * * * Qəzəl: Könlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyil Könlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyil, Başıma zülfün ucundan bir bəla əksik dəyil Ey üzü gül, sahibi-sünbül, fikri-ləlinlə müdam, Ruzi-şəb meyxanədə zövq ü səfa əksik dəyil Ey təbibim, dərd dir aləmdə məqsudum mənim, Dövləti-vəslinlə gərçi kim dəva əksik dəyil Bən sənin kimi nigarı qanda bulam bir daxi, Bin mənim kimi gəda, şahım, sənə əksik dəyil Gördümmü ol pürcəfadan Nitqiya hərgiz vəfa, Haddən artıq, lik, ənvayi-cəfa əksik dəyil * * * Qəzəl: Məhbub, badə tərkin edəmmi, lənd olam Məhbub, badə tərkin edəmmi, lənd olam, Divanəlik edəmmi, çü bən huşmənd olam Aləmdə sərsəri necə bir bən lənd olam, Zülfünlə istərəm ki əsiri-kəmənd olam Layiqmi camı-mey kimi qanlı yudam müdam, Bir gözü bəşlü gülü sınıq dərdmənd olam Mirati-dildə yarı görüb eylədim pəsənd, Zənn etmə, zahida, məni kim xudpəsənd olam Himmət edərsə bana gər padşahi-Rum, Tərzi-qəzəldə Nitqi, Kəmali-Xucənd olam * * * Qəzəl: Dövr gəldi, gülgəz zövq ü səfa eyləyəlim Dövr gəldi, gülgəz zövq ü səfa eyləyəlim, Xari-qəmdən dili gül kimi cüda eyləyəlim Qıldı afaqı müəttər bu dəm ənfasi-nəsim, Səhni-səhrada gələk şimdi həva eyləyəlim Oxusun eşq zəburını gül altında həzar, Yenə Davud nəfəslərlə nəva eyləyəlim Gərdi-qəmdən könül ayinəsi pürzəng oldu, Badeyi-saf ilə gəl, gül kimi cila eyləyəlim Nitqiya, dövri-gülü işrətlə xub keçir, Dövləti-Şah Süleymana dua eyləyəlim * * * Qəzəl: Bir mələk üzlü pəri simə nigarım var mənim Bir mələk üzlü pəri simə nigarım var mənim, Zahida, huri-behiştilə nə karım var mənim Zərrəvəş mehrilə sərgərdandır bu nüh fələk, Bir günəş üzlü qəmər tal'ətlü yarım var mənim Sayeyi-Tuba ilə bağı-behişti neylərəm, Gülşəni-aləmdə sərvi-gülüzarım var mənim Dilbəra, şəm'i-ruxun şövqinə hər şəb ta səhər Gənci-qəmdə nari-ahi-pürşərarım var mənim Eşqi-dilbərdən fəraqət eylə dir nasih bana, Şöylə zənn eylər ki Nitqi ixtiyarım var mənim * * * Qəzəl: Xürrəmdir aftabi-ruxundan bəhari-hüsn Xürrəmdir aftabi-ruxundan bəhari-hüsn, Rəngindir abi-ruyunla laləzari-hüsn Mührü-dəhanə ə'lik olalı nigin Sənə müsəlləm oldu, şaha, bu diyari-hüsn Gər çox yaşarsa xətti-ləbin Xızırvəş, şaha, Abi-həyat içirdi ona çeşməsari-hüsn Dövri-məlahət içrə, əya mahi-binəzir, Mehri-ruxunladır bu qədər iştihari-hüsn Divanə oldu Nitqi görüb xətti-sübzini, İrdi məgər dimağına buyi-bəhari-hüsn * * * Qəzəl: Şikəstə oldu könül zülfi-yar dərdindən Şikəstə oldu könül zülfi-yar dərdindən, Bəlaya uğradı miskin nigar dərdindən Həzar aşiqi-nalan birini guş etməz, Nə bilsin ol gül-ra'na həzar dərdindən Məzarım üstünə yazın: şəhidi-xəncəri-yar, Olarsa xəstədil ol qəmzəkar dərdindən Qəm aldı canımı, sun ləblərin kimi, ey saqi, Şərab ver bizə, öldük xumar dərdindən Cahanda bulmadı dərmanın, öldü bu Nitqi, Təbibim eylədi tərki-diyar dərdindən * * * Qəzəl: Atəşin göynər özü sineyi-suzanımçün Atəşin göynər özü sineyi-suzanımçün, Bəhr hər dəmdə açar didəyi-giryanımçün Ölücək həsrəti-kuyinlə həsrət gedəyin, Üstüxanım verələr səglərinə canımçün Ruxlarını görməyəli iki ay oldu təmam, Göylərə irdi fəğanım mahi-tabanımçün Ey kam gülşəni-küyündə sənin bülbülünəm, Neymiş bu deməklə nalə vü əfğanımçün Eləndirər küyinə axır məni şövqi-ruxi-yar, Nitqiya, cənnətə girsəm gərək imanımçün * * * Qəzəl: Bir sərimu görmədi kimsə miyanından nişan Bir sərimu görmədi kimsə miyanından nişan, Mumiyanlar içrə gərçi bəllisən, ey mumiyan Mu ilə bulmaz miyanın arasında heç fərq, Muşikafi-dəhr ikən cana bu əqli-xürdədan Varsa mu beliyilə uyğunmağı qılmış xəyal, K'eyləmiş diqqətlə cismin çeşmi-mərdümdən nihan Qılca qalmışdır miyanın həsrətindən canımız, Qılca beliyindən qo hifz etsün bu cismi-natəvan Diqqət etsəm, Nitqiya, vəsfi-miyani-yarda Hər sərimu cismim üzrə cümlə olur zəban * * * Qəzəl: Dilərəm atəşi-qəm dildə fərəvan olsun Dilərəm atəşi-qəm dildə fərəvan olsun, Ta ki can məş'ələsin yaxmağa asan olsun Ləbinə canı dəriğ etməzəm, ey üzü günəş, Xəstə canıma həmən zərrəcə dərman olsun Gərçi güldürmədi üşşaqını aləmdə vəli Hərdəm ol qönçədəhən gül kimi xəndan olsun Dağlarla tənimi gülşəni-eşq eylə bən Bülbül ol gülşənə işbu dili-nalan olsun Buyi-candır nəfəsi, Nitqiyə dəşnam edəcək, Dedi var eylə dua, bu sənə ehsan olsun * * * Qəzəl: Ey gül-ra'na, məni cövr ilə nalan eyləmə Ey gül-ra'na, məni cövr ilə nalan eyləmə, Razımı bülbül kimi aləmdə dastan eyləmə Qorxaram seyli-sirişkim aləmi eylər xərab, Dideyi-qəmdidəmi hər dəmdə giryan eyləmə Qəsri-sultani-xəyalındır könül kaşanəsi, Hər zaman sən sitəmlə anı viran eyləmə Ləblərin abi-həyatın lütf edib, ey Xızr-xətt, Abi-heyvan deyü hər heyvana ehsan eyləmə Hər nə cövr eylərsən eylə aşkara, Nitqiyə, Cüft olub əğyarə tək eyşi-pünhan eyləmə * * * Qəzəl: Xəddin qoymadı çöhreyi-güldə lətafəti Xəddin qoymadı çöhreyi-güldə lətafəti, Qəddin qopardı başına sərvin qiyaməti Qəddin nihali-əşki-rəvanilə oldu sərv, Bəndən dəriğ eyləmə zilli-inayəti Rəftari-qəddi-yar çü sərvində yox sənin, Ey bağban, neyləyəlüm quru qaməti Cəm' eyləyib sipahi-xətt ü xal ü qəmzəsi Dil mülkünə şahi-hüsn etdi qarəti Canın yolunda Nitqiyi-bidil rəvan edər, Qəmzən edərsə qətlinə bir kəz işarəti * * * Qəzəl: Düşdi dil şəm'i-ruxun şövqünə pərvanə kimi Düşdi dil şəm'i-ruxun şövqünə pərvanə kimi, Aqibət atəşi-eşqinlə sənin yana kimi Neçə bin mürği-dilə danə döküb qıldı şikar, Dilbəra, xali-ruxun fitnədə bir danə kimi Saqi, muğbəçə, qılman, meyi-safi-Kövsər, Rövzeyi-xuldi-bərin guşeyi-meyxanə kimi Zülfi-müşkinə kim eylərsə dəsti-dəraz, Görəyim əlləri onun qurusun şanə kimi Nitqiya, əqlimi bir yari-pəriru aldı, Nola yar olmaz isəm kimsəyə divanə kimi * * * Qəzəl: Afaqı tutdu gün kimi yarın gözəlliyi Afaqı tutdu gün kimi yarın gözəlliyi, Məhv etdi mehr ü mahı nigarın gözəlliyi Bir nəqşi-dilkuşayilə ərzi-cəmal edib Zeyn eylədi cahanı nigarın gözəlliyi Alınsa rəngi-lalə ruxundan əcəbmidir, Bağrına vurdu dağ əzarın gözəlliyi Rəftari-qamətin görəli çeşmimə bənim, Görünməz oldu sərvi-çinarın gözəlliyi Şükr Xuda ki vəslət huri-cənandan Nitqini fariğ eylədi yarın gözəlliyi * * * Qəzəl: Xəndeyi-ləli-ləbin qönçəni xamuş etdi Xəndeyi-ləli-ləbin qönçəni xamuş etdi, Nərgisi-məsti gözün şivəsi mədhuş etdi Şöylə həzz etdi könül sinəmə tirin gəlicək, Sanki bir xub səhi qədi dər ağuş etdi Tirinin zəxmi-səfasından, əya qaşı kəman, Dil fəraq acılarını cümlə fəramuş etdi Necə darudur ol xali-siyahın, sənəma, Ki xəyalı neçə aqilləri mədhuş etdi Dərdisər vermiş idi Nitqiyə cana meyi-qəm, Bir ayaqla yenə saqi anı mədhuş etdi * * * Qəzəl: Getdi yarani-səfa, bir qəmgüsarım qalmadı Getdi yarani-səfa, bir qəmgüsarım qalmadı, Bu bütün dünyada qəmdən qeyri yarım qalmadı İxtiyarım yar idi, ayırdı çərxi-bivəfa, Ağlasam eyb eyləmək ki ixtiyarım qalmadı Eylədim sünbül səhəksiz əzmi-səhra, anlamadım, Bir nəfəs bağı-vücud içrə qərarım qalmadı Ey könül, uyma ədəm mülkünə qatlan bir nəfəs, Yarə can verməkdən özgə heç karım qalmadı Bir səhra Leyli fəraqından könül avarədir, Nitqiya, Məcnun kimi səbr ü qərarım qalmadı * * * Kitabxana.az · https://kitabxana.az/collections/nitqi-sirvani-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1600). Public domain (author died 1600). Original text only.