«El şairləri»ndən Mirzə Ələsgər Növrəs (1839–1912) Dilbər Ey yüzü gül, ləbi qönçə Siyah zülfü rəsən dilbər Hurimisən, pərimisən Mələkmisən, nəsən dilbər Süd tək hər yana axuban Canım odlara yaxuban Rəqib sözünə baxuban İltifatın kəsən dilbər Qaşların yayı qurma Kirpik oxun cana vurma Gəl yarı ey zülfü burma Aşiqindən küsən dilbər Nurs dir qıyma canıma Rəhm ilə gəl əfğanıma Barışalım gəl yanıma Nə mən dinəm nə sən dilbər * * * Mən oldum Çərxin yaman gərdişindən Əcəb sərgərdan mən oldum Məcnun tək səhraya düşdüm Rüsvayi-dövran mən oldum Qəm sipahi dəstə-dəstə Hücum eylər mən şikəstə Qalmışam biçarə xəstə Dərdi-bidərman mən oldum Şam-səhər işim nalə Nagafil gəldim zəvalə Fələk salub bu əhvalə Didəsi giryan mən oldum Pərvanə tək şəmə yandım Şirin canımdan usandım Leylisiz Məcnuna döndüm Dillərdə dastan mən oldum Nursam həsrətim yara Qönçə tək düşdüm kənara Yarı tapşırdım əğyara Bu dərdə pasiban mən oldum * * * Kitabxana.az · https://kitabxana.az/collections/novres-el-sairleri İctimai mülkiyyət (müəllifin vəfat ili: 1912). Public domain (author died 1912). Original text only.