Təxmislər Mirzə Ələsgər Növrəs (1839–1912) Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiya, Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza. Aşiqəm yuz min bəlayə "əlbəla-ul-livəla", "Qəd ənarəl-eşqə lil uşşaqi-minhacəl huda, Saliki-rahi həqiqət eşqə eylər iqtida". Fükri-zikrim dəmbədəm hərfu kəlami-eşqdir, Eyləyən sərxoş məni hər dəmdə cami-eşqdir, Aşiqi-sadiq cahan icrə imami-eşqdir, "Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir Kim, muşəxxəs olmaz ol vadidə sultandan gəda". Sərxoşam cami-məhəbbətdən, ayə, qovmi-zəlam, Badeyi-eşq aşiqə huşyarlıq eylər həram, Şövqu zövqu eşqi-canan aşiqə olmuş həram, "Eşqdir ol nəşəyi-kamil kim, ondandır mudam, Meydə təşviqi-hərarət, neydə təsiri-səda" Ey deyən hər dəm mənə, sidqi-iradət tərkin et, Eşqə, gəl qoyma qədəm, rahi-səlamət tərkin et, Hər iki dunyadə sən rahi-səadət tərkin et, "Ey ki, əhli-eşqə soylərsən: məlamət tərkin et, Sğylə kim, mümkünmüdür toğyiri-təqdiri-xuda?" Mərhəba kuyi-məhəbbətdə sucudi-aşiqə, Qıl nəzər ruzi-qiyamətdə numudi-aşiqə, Tənə qılma, baş verib cananə cudi-aşiqə, "Eşq kilki cəkdi xət hərfi-vucudi-aşiqə Kim, ola, sabit həqq isbatında nəfyi-maəda". Əlqərəz, mehru vəfadır xəstə dilər mərhəmi, Mən kənar etməm qədəm rahi-məhəbbətdən dəmi, Olmuşam mən sakinani-kuyi-eşqin həmdəmi, "Eyləməz xəlvətsərayi-sirri-vəhdət mərhəmi Aşiqi məşuqdan, məşuqi aşiqdən cuda". Ey könül, rəncu ənasir zövq buldun eşqdən, Aşiqi-həqsən, cəfasız zövq buldun eşqdən, Fəxr qıl, Novrəs, bəhasız zövq buldun eşqdən, "Ey Fuzuli, intəhasız zövq buldun eşqdən, Böylədir hər iş ki, həqq adilə qılsan ibtida". * * * Kitabxana.az · https://kitabxana.az/collections/novres-texmisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1912). Public domain (author died 1912). Original text only.