Şeirlər Qaracaoğlan (1606–1680) Gəraylı: Ey saqi, dolana-dolana Ey saqi, dolana-dolana, Dolduruver müştaq olana, Göy üzünü aldı bulud, Mahı dolana-dolana Kimi bəkdir, kimi qazı, Haqq olsun andan razı, Səhər vaxtı qıl namazı, Təsbih dolana-dolana Kimi bəkdir, kimi paşa, Yoldan çıxan uğrar daşa, Bülbül gəzər quşa-quşa, Bağı dolana-dolana Kimi bəkdir, kimi ağa, Yoldan çıxan uğrar dağa, Ovçu gəzər ovlar buğa, Dağı dolana-dolana Qaracaoğlan görək nitdi, Xanimanın tərkin etdi, Növbət gəldi sizə yetdi, Sağı dolana-dolana * * * Gəraylı: Şükür olsun ol Xudaya Şükür olsun ol Xudaya, Yenicə yazlar gələyir, Muştuluq sənə söyüdlər, Kölgəyə qızlar gələyir Gələr bir bölük göyçəklər, Ağ üzdə qara bir çəklər, Bağçada alvan çiçəklər, Dərməyə nazlar gələyir Gələr bir bölük gözəllər, Ağ üzə inci düzlər, Bağçada alvan xəzəllər, Düşənək nazlar gələyir Gələr ax yatmalı çağlar, Gül reyhan qönçəli bağlar, Qarşıdakı qarlı dağlar, Yol verək nazlar gələyir Qaracaoğlan dilək dilər, Payluq alıb gözün silər, Kafirdən qalma körpülər, Bərk duraq nazlar gələyir * * * Gəraylı: Ala gözlü nazlı dilbər Ala gözlü nazlı dilbər, Vaxtın keçər demədimmi, Gözlərin cəllad yağıdır, Qanım içər demədimmi Bax bu qaşa, bax bu gözə, Canım qurban olsun sizə, Yaxasız köynəklər bizə, Fələk biçər demədimmi Qaracaoğlan mərdlən, İşim yoxdur namərdlən, Fələk məni bu dərdlən, Salıb keçir demədimmi * * * Kitabxana.az · https://kitabxana.az/collections/qaracaoglan-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1680). Public domain (author died 1680). Original text only.