Dəyənəklər Əliqulu Qəmküsar (1880–1919) Vükəlayi-millətə Gətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul, Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina. Yoxsa baş tutmaz sizin məşrutəniz, eylər üful, Bəlkə qəmçiylə sizi islah edo şah eşqinə. “Molla Nəsrəddin", 19 noyabr 1910, N 36 * * * Ətəbata çağırıblar ki, Süpehdar gedib Ətəbata çağınblar ki, Süpehdar gedib, Əvəzindən haımnın rövzədə züwar olsun. Pul verib şiələrin ta satm alsın qanını, Gəlsin Iranda otursun, daha xunxar olsun. -Molla Nəsrəddin", 30 noyabr 1910, N 38 * * * Bildir cümələrdə dükan açmazdı cəmaət Bildİr cümələrdə dükan açmazdı cemaət, Səd şükür, bu il qaldınlıbdır belə bidot. Hər ildə müsətman edə gər bunca tərəqqi, Bir az keçər, aiəm deyər: əhsən, belə millət! “Molla Nəsrəddin", 8 dekabr 1910, N 39 * * * Bir rübaidə dörd qələt buraxır Bir rübaido dörd qələt buraxır, Barakallah, bizim müsəhhihlər. Belə getsə, çərayidi-Qafqaz, tşləri büsbütün tamam eylər... "Molla Nəsrəddin", 30 dekabr 1910, N 42 * * * Musiqi nəğməsinin çöldə eşitcək səsini Musiqi nəğməsinin çöldə eşitcək səsini, Moliamız evdə oturduqda qulağın tıxıyır. Bİlmirəm, bəs nə əcəb tab eləyir məsciddə Ki, çıxır morsiyəxan şur ilə şahnaz oxuyur. “'Molla Nəsrəddin", 12 yanvar 1911, N 2 * * * Təqrir ilə, təlaqətü nitq bəyan ilə Təqrir ilo, təlaqotü nitq bəyan ilə, Mənbərdə şeyx nərm eyləyir səngi-xarəni, Lakin məriz olanda dəmi-ehtizaridə, Qail deyil təbibə, sevr İstixarəni, "Molla Nəsrəddin", 28 fevral 1911, N 9 * * * Bizləri məfluk edən hər adəti-millətimizi Bizləri məfluk edən hər adəti-millətimizi Əcnəbilər daima teyibü təiin eyləyir. Leyk böylə iftizahatın qüsurun qanmayıb, Bax, “İşıq”da gör Xsdicə bir ne təhsin eyleyir. “Molla Nəsrəddin", 5 yiun 1911. N 21 * * * Xuliqan olma, quzum, fikrini bir islah et Xuliqan olma, quzum, fikrini bir isJah et, İstəmə bir bu qədor qəlbden İran şahm. Payimal olsa da qanuni-osasi yenidən, Gene müşkül yetire canə sənin dılxahın. -“Molla Nəsrəddin", 27 iyul 1911, N 27 * * * Şüğl edən surətdə ruhani danos şeytanlığı Şüğl edən surətda ruhani danos şeytanlığı, Pəndü vəzindən onun olmaz mənafe gözləmək. Şəxsin öz rəftarı, feyli qabili-təlqin ikən, Dəfn vaxtı meyyidi-caizmi təlqin eyləmək? “Molla Nasrəddin", 20 noyabr 1911, N 4l * * * Yaxşı əmniyyətdir İran, həq bəladən saxlasın Yaxşı əmniyystdir tran, heq beladən saxlasın, Qurd qoyunla otlayır bir yerdə itmiaan ilə. Bezi yerierdo egərçi öldürürlər bir-birin, Eybi yoxdıır, böyle işlər çox düşer İnsan ile. “Molla Nəsraddin", 27 noyabr 1911, N 42 * * * Dedilər gərçi mülki-İranə Dedilər gəıçi mülki-İranə Açdı məşrutə bir təriqi-nəcat, Püftəyib ruhi-tazə hər yanə, Eylədi mürdəkanə bəxş həyat. Leğvdir büsbütün bu efsanə, Demişəm mən bu mətlebİ kərrat, Altı min il yatan səfılane, Oyananmaz, mahalıdir, heyhat... “Molla Nasraddin", 4 dekabr 1911, N 43 * * * Naxçıvan dumasına gər o kəsin düşdü işi Naxçıvan dumasma gər o kəsin düşdu işi, Çörəyi pİşdi, kefi kök, damağı təht oldu. Bir saathq İş üçün on gün olur avarə, Əgər axırda düzəltdi, daha xoşbəxt oldu. “Molla Nasraddin", 18 dekabr 1911, N 43 * * * Belə bir əsrdə kim elmi-maarif günəşi Belə bir əsrdə kim elmİ-maarif günəşi Çacib öz nurunu hər bir təbəqat üstündə. Döyüşürlər, söyüşürlor, küsüşürlər yenə də, Naxçıvan mollaları bəhsi-zəkat üstündə. “Molla Nasraddin", 20 yanvar 1912, N 3 * * * Gündəlik qəzetələrdə dərc olunan sözlər edir Gündəlik qəzetələrdə dərc olunan sözlər edir Hər tərəfdən hetərənlər-petərənlər elam, Mərhəbalar ki, həmişə Bakının her xebəri Ya atışma, ya ölüm, ya da ki, sİrqətdi tamam, “Molla Nəsrəddin", 13 yanvar 1913, N 1 * * * Rusların, ermənilərin, gürcülərin xəlfələri Rusların, ermənilərin, gürcülərin xəlfələri Birliyə, mehrə, vəfaye çağırır milletini, Nə şəqavətdir bu, bəs Naxçıvan əllamələri tstəyiriər yeyələr bir-birisinin ətini, “Molla Nəsrəddin", 13 yanvar 1913, N 1 * * * Naxçıvandan bir nəfər dostuma Özgələr dərs oxuyur, alimi-ferzane olur, Özünə, millətinə qövli-həkimanə olur, Student olsa biri leyk bizim millətdə, Ya qumarbaz, ya piyan, ya da ki, dıvanə olur. “Molla Nəsrəddin", 3 fevral 1913, N 4 * * * Əcnəbi balda, qonaqlıqda, klubda həmə vaxt Əcnəbi balda, qonaqlıqda, klubda hemə vaxt Çalışır nazü nəzakətlə aparsın Özünü. Nə paxıllıqdı bu bəs bizdə Həsən xan kimilər, Qumar üstünde yanr bir-birinin baş-gözünü? “Molla Nəsrəddin", 10 fevral 1913, N 5 * * * Bilmirəm bu Kamal əfəndilər Bilmirəm bu Kamal əfəndilər, Nə üçün bikamal olur, ya Rəb? Elm, fezlü kamal başda gərək, Adı qondarmağa ne oldu sebəb? “Molla Nəsrəddin", 5 aprel 1913, N 11 * * * Oruc yeyənlərə kəc-kəc baxan, Oruc qardaş Oruc yeyenlere kec-kec baxan, Onıc qardaş, Bİr azca hövsələ bas, səbr elə, danxma, yavaş, Beş-on gün ömriinü dünyadə zohmətile keçir, öləndə, qorxma, gedersen behİştə sən birbaş. “Molla Nəsrəddin", 24 avqust 1913, N 21 * * * Misyonerlər çalışır cəbr ilə Abxaz qövmi Misyonerlər çalışır cebr ilə Abxaz qövmi Eyləsinlər hamısı dini-məsihanİ qəbul. Qılmasınlar dəxi qanuni-şerietlə namaz, Etməsinlər ölünü dəfn bəayini-rəsul. Deməyirlərmi, bizim müftiye bu məsələni, Eylə tədbir eleyə mat ola bilmerre üqul. Ya deyirlərsə də, əlbəttə, eşitmır qulağı, Çünki din məsələsi indi deyildir məmul. "Molla Nəsrəddin", 12 oktyabr 1913, N 23 * * * Bir mühərrir ki, cybü nöqsanı Bir mürərrİr kİ, eybü nöqsam Yazdığı cümləde pədid olsun, Qanmasın hər sozün həqiqətini, Anlamaq şəninə bəid olsun. Saxlasın Mir Müxammedin tərəfın, Canü dİIden ona mürid olsun. Əceba, böylə bir şəqavət ilə, Yaraşırmı, adı Səid olsun?! "Molla Nəsrəddin", 30 dekabr 1913, N 29 * * * Yaşasın həm "Nicat", həm "Sovqat" Yaşasın həm “Nicat”, həm “Sovqat”, Qoydular dər heqiqət aləmi mat. Müftinin hörmətin tutub mənzur, Ora göndərdilər böyük bir zat. Məclisi dəfn, kəfh təşyidə Eyləsin ta kİ bir vücud isbat, Söyləsİn birbəbir onun mədhin Ki, edİb milletə nasıl xedemat. Bakının böylə-böylə möcüzünə, Zikr edin siz de dadiı bir salavat. “Molla Nəsrəddin”, 9 mart 1917, N 5 * * * Şpyon axundlara Doğdu heqiqətin günü, yırtıldı maskalar, Çıxdı üzə cəmali-xəyanətmaabınız. Divani edlə çekse sizi, istəsə qisas, Bu milletə göriin, nolur aya, cəvabmız. “Molla Nəsrəddin”, 16 mart 1917, N 6 * * * Gərəkdir şahsevənlər daima bir şah sevsinlər Gərekdir şahsevənlər daima bir şah sevsinlər, Nəinki binədayə rəhm edib, Allah sevsinlər. Deyirlər haqq ilə nəhaqqi onlar qanmayır əsla, Gerək bİr qandıran olsun, olub agah, sevsinlar. “Molla Nəsrəddin", 25 dekabr 1917, N 26 * * * Kitabxana.az · https://kitabxana.az/collections/qemkusar-deyenekler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1919). Public domain (author died 1919). Original text only.