Müxtəlif şeirlər Əliqulu Qəmküsar (1880–1919) Hər kəs açırsa ağzın, qövlü qərəzdi yeksər Hər kəs açırsa ağzın, qövlü qərəzdi yeksər, Bir mətləb üstə hər ay bəhsi-ləsasət eylər, Hər bir yetən qoyar boş əngini, nitq söylər, Axır qalar yarımçıq hər məsələ, hər işlər. Biganələr olar cəm bu dadə, bu harayə. Dünya olubdur yanğın, bir qətrə su tapılmır, Un yox, qəhətdir buğda, xalis çörək tapılmır, Kimdir desin soyulmur, kimdir desin çapılmır. Kimdir desin soyulmur, kimdir desin qapılmır? Məzlum olursa aclar, çox xoşdur əğniyayə. * * * Yarəb Qurtarmadımı ağlamağın mövsimi, yarəb? Hər gündə münacat olunur məscidimizdə. Ağlar günə qaldıq, yenə əl çəkməyəcəklər, Bu mərsiyəxanlar nə görüblər biləmizdə. * * * Yetdin yetənə, yetməyənə bir təpik atdın Yetdin yetənə, yetməyənə bir təpik atdın, Vicdanını, imanını bircə pula satdın, Şeyxi, qazını, xanı, bəyi bir-birə qatdın, İcma eləyib qıldılar axır sənə nifrət. Tutdun yaxasından Bakının həftədə yazdın, Milyonçu, zavodçu deməkdən beynini qazdın, Uprava, qlavnı bağırıb kefləri pozdun, Saldın Bakıya həftədə bir şuri-qiyamət. * * * Dinəndə yandı dilim Dinəndə yandı dilim, Dinməyende dil yandı. Nə dərdi gizlədə bildim, Nə aşikar eylədim. * * * Əsfa, ey ədibi-pakzəmir Əsfa, ey odibi-pakzomir, Daim oldum qəyu dəfnə qərid. Millete pəndin olmaz çağir, Fikrini tutdu bir sükuti-əmiq! Güi saçıb pişkahı-rabində Gərçe Qafqaziya elvida eylor! Səni həqq saxlasm penahmdo Gy ədibi-müxalisətpərvər! Gerçe gül soldı... itdi fesli-bahar! Sana, ey gülüstan, yetişdi xəzan! Qəm yemə, Əhməd Kamalın var, Açılır başqa bagzart-bəyan! “Yeni Fuyuzat” jurnalı, 1910, N 7 * * * Səndə, ey Qafqaz, ey gözəl gülzar Əlibəy Hüseynzadə hazrathrinin Qafqasiyada mühacirəti münasibatilə təhəssürat Səndə, ey Qafqaz, ey gözəl gülzar, Qəfb açılmaz gülü bənövşə solar. Daima başqa aşıyanə açar, Solsa gil, əndəlib olar naçar. Nədən ey gülşəni-fünun və odəb Bu qədər xarsən bu dünyadə? Nə üçün bilmədin? Nə oldu səbəb? Gəh vida eyləyir bu danədə?! Ah, ey dahiyt-sütudə-nihad Bizə lütfünlə eylə etfi-nigah, Səndən eylər bu millət istimdad. Ona sizlərsiniz yeganə pənah. Edib əsğa təhəssüratımızı, Vətən olmaqda pürəsəf naçar Getmə!.. Məyusü naümid bizi Etmə, ey tutiyi-şəkərgöftar! Cismü canımda ehtisasatım Şu kədərli fəraqə nifrət edər. Getdigin yerlərə xəyalatım Sürünüb əczlə peykcə gedər! * * * Şəhidi-hürriyyət Səid Səlmasinin ruhuna ithaf Bu baxışlar melalü hüzn saçar, Bu baxış dağidar edər ciyəri, Qəlbə min dürlü yesü matəm açar, Sənde gördükcə bu nigahlərİ. Ah, ey nocavan, ki qəlbində Daima bəslədin həvayi-vətən. Vətən uğrunda, millet eşqində Laləgun oldu qanlarınla kefən. Əsəfa, vermədi əcəl möhlet, Görməyə şadikam millətini. Düşmənin vermədi sənə fıirsət, Etdi nabud fıkrü niyyətİni. tştə fikrindəki sübati-himam Verdi tərcih cahanə canani. Ruhi-pakm tutub teriqi-ədəm, Sinəçak etdi əhli-İram. Saf qəlbinlə bəzli himmət edib, Qeydi-dünyadən oldun azadə. Həsrətü yəs aruzu ilə gedib, Müsterih ol behişti-əladə. Dediyin tek həyati-istiqbal Oldu axır fədası mosləkinin. Can nisar etdin, etdin istikmal, Qayim oldu əsası məsləkinin. İştə min kərrə mərhəba olsun O mübarək-nihad fitrətinə. Cismü canım menim fəda olsun O müqeddəs türabi-türbətinə. "Yeni Füyuzat" jurnalı, 11 yanvar 1911, N 2 * * * Bu qədər ifadələnmə, sənə yoxdu bab, varlı Bu qədər ifadələnmə, sənə yoxdu bab, varlı. Fiqəranı, bəsdir, az soy, elə ictinab, varlı. Həzər eylə rencberdən, ona bəsdi, vurma noxta, O yazıq əkinçilerden bir utan, bir azca toxda. Bu qədər yekəltme qamın, puluna güvənmə çox da, Olu bir zaman çəkərlər sən ilə hesab, varlı. Sən əgərçi varlanıbsan, pulu yığmısan cəfasız, Bunu bil ki, varlı hergiz dolananmayıb gədasız, Bu qədər, görondə yoxsullan, baxma etinasız, Olann, həzər qıl, etmə üroyin kabab, varlı. Hamı sosyaiistler indi olann kömekləridir, Niyə, çün əkib-biçenlər olartn biləkləridir, Səni varlı eyleyen həm oların emekleridir, Puiu sən qucaqlayıbsan, o çəkİb əzab, varh, Sənə düriü-dürlü nemet olar eyleyıb fərahim, Bu sayaq ilə ki, indi dəyişildi vəzi-alom, Özünü kənar çəkme, dəxi keçdi, indi sən həm Gərək öz əmollerinden veresen cavab, varlı. Yeyib-içmisən doyunca, gece-gündüz olmusan şad, Füqəraye etmeyibsen o yaman gündə imdad. Bütün işçilər elinden eləyir feğan-feryad, Nədi səndə böylə bir zülm, bu cürə itab, varlı. Dexi bəsdir etdiyin cövrü sitəm, yeter, dübarə Seçilib qanşma xalqa, bir utan çekil kənarə, Zibəs etdİyin cefalar hamını getirdi zare, Törədi bu niyyetindən belə inqilab, varlı. Sənİ sodri-meclis etsə, başına doluşsa əclaf, Özünü öyünmə, bəsdir, dexi vurma çox da boş laf, Bu qədər həyasız olma, elə İaməhalə insaf, Füqerada qalmayıbdır dəxi səbrü tab, varlı. “Molla Nəsrəddin", 25 dekabr 1917, N 26 * * * Həsb-hal Tesviri pürmelalımı mütləq gören zevat Anlar keçirtmişəm necə efsürdə bir həyat, Gəldim cəhane sanki həmişə bəta çəkim, Könlümde vardı min eməlü min təhəssürat. Dünyada bir merami-diiim hasil olmayır, Yəsi olub məne bütün əcrami-kainat. Bəs kim düşünmüşam, qırışıbdır üzüm-gözüm, Zaye edib vücudumu işbu tefəkkürat. Sinnim otuzda, tüklərim iştə bəyaz olub, Köçmək sifarişin yetirib qasidi-məmat. Qalmayıb ümid çünki həyatın beqasına, Əksim götürtmüşəm, qala bəlkə, bu, xatirat. * * * Ədəbiyyat Bır hökumet tazə çıxmış, İsmi-Azərbaycan, Şəkli cümhuri, idarə üzvü yeksər bəylə xan. Heç görübsüzmü ki, olsun kəlləyə qurtdan çoban? Bir nefər xalis rəiyyət kabinedə yoxdur, inan, Əlaman bu müstəbİdlərden, ilahi, əlaman! Hər şehərda xandır, eyandır keçib iş başına, Hər cəhətdən üz görür öz qövmu, öz qardaşma. Get dolan kend-kəseyi, bax bir axan göz yaşına, Hər terəfdə kamirandır bəy, əkinçi bağrı qan, Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! Get Qazaxdan keç, Tovuzdan keç, Özünü ver Gencəyə, Gör necə vermiş rəiyyət bəylə pəncə-pəncəyə, Kəndliyə, rəncbərləre bax bir olan işkənceyə. Bax nə cür bu zülmden qan ağlayırlar hor zaman, Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! Nəql edim bir-bir seno mən hər yerin əhvalını, Kəndlinİn, rəncbər, əkinçİ, fəhlənin bil halını, Bax, düşün, gör onların idbarmı, iqbalını, Qalma qəflət uyqusunda, dur, gözün aç, bir oyan! Əlaman bu müstobidlərdən, ilahi, əlaman! Xoylu xan bir müddət etdi tək idarə milleti, Kabinə təşkil eylədi, hər yerdo çıxdı şöhreti, Çünki böhran oldu, dəyişdi vizarət heyəti, Har tərəfden toplanıb məbus açıldı parlatnan, Əlaman bu müstəbidlerdən, ilahi, əlaman! Bəh, nə məbuslar kı, tann bədnəzərdən saxlasın, Qıymasm canlanna, hər şur-şerdən saxlasın, Qəlblərin sinsitməsin, qəmdan, kədordən saxlasin, Çünki millət onlara mərhuni-minnətdir hər an, Əlaman bu müstəbİdlərdən, ilahı, əlaman! Var o cür məbus osla anlamaz besət nədir, Parlaman nə, üzv nə, bu vəz, bu halət nedir, Kimdi millet, kİmdİ dövlət, bu qedər bidət nədir, Çünki onda ne fərasət var, nə təqriri-beyan, Əlaman bu müstəbidlərden, ilahi, elaman! Get soruş, öyrən, gör, aya, bunları kimlər seçib, Onlarm kim qəddinə bu xələti ölçüb-biçib, Hər biri yüz min finldaq işlədib, zorən keçib, Ayda on min doniuq alsın, müftə olsun kamiran, Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! Boyle getse binəvalər büsbütün pamal olur, Bu fəlakətdən, yaqin, axırda İzmehlal olur, Kim bu bəylərdən səvay bu vəzidən xoşhal olur, Hər tərefden ərşə qalxıbdır bütün ahü feğan, Əlaman bu müstəbidlərdən, İlahi, əlaman! Vardı min dinsİz-İmansız, hər biri milyon yeyib, Beş gün aqdəm lüt gezərkən indi xəz paltun geyib, Doğrudur həqqən, keçonlər mətlebin lubbün deyİb, İndi bülbüllər yerində qarğalar tutmuş məkan, Əlaman bu müstəbıdlərdən, ilahi, əlaman! Qan töküldü, can verildi, oldu hürriyyet pədid, Köhnə İstibdad düşdü, parladı tərzi-cədid, Şahidi-məqsud göstərdi üzün, verdi nəvid, İxtiyar olmuş könüllər oidular yeksər cavan, Əlaman bu müstəbidlerdən, ilahi, elaman! Leyk, heyf olsun, üzü bir binəvanın gülmedi, MİUəti-cahil bu feyzin qürb-qədrin bilmədi, Fəhlənin bir kəs üzündən əşkİ-aluı silmədi, Canəverlər əl-qol açdı, oldu zaiımlar əyan, Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! İndİ getsən hər mahala hər yetən dad eyləyir, Dövreyi-mənhusi-istibdadı dəryad eyləyir, Bəs ki xanlar, bəs ki bəylər zülmü bidad eyləyir, Qalmayıbdır rencbərlərdə dəxi tabü təvan, Əlaman bu müstebidlərdən, ilahi, əlaman! İndi lazımdır ki, millət huşunu cəm eyləsin, Hər cür olsa haq damşsm, haq desin, haq söyləsin, Yoxsa bizlərdə təpər yoxsa, buna kim neylesin? Qalmaz axırda bu cür bivaye millətdən nişan, Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! Çünki bu millət susayıb bir-birinin qanma, İndi fürsotdİr, düşüb qardaş qardaş canına, Göziəri qızmış, qudurmuş, getmək olmaz yanına, Ol səbəbdəndir olur gündən-günə işlər yaman, Əlaman bu müstəbidlərden, ilahi, elaman! * * * İngiltərə Qoymayaq olsun ki, sahib-ixtiyar İngiltərə, Yoxsa bizlərdən çəkər axir damar İngiltərə. Əsrlərdəndir bu miliət Asiyada kök salıb, Hər yeri, hər ölkəni min fend-fel ile alıb. Aləmi bəıbad edibdİr, bircə Gurcüstan qalıb. İstəyir etsin onu da tar-mar İngiltərə. Çün gelən tək başlayıb hər millətİ iğva edir, Hər nə hİylə, hor nə fıtnə eyləyir ixfa edir. Hər zaman bir milləti bir növİ istisna edir, lstəyir Qafqaz dağılsın, aşkar, Ingiltərə. Çün bular əmniyyətə, asayişə verməz riza, Bəs ki, bu vəzi edir daim siyasət iqtiza, Bunlann her fəndini aləm duyubdur, əzqəza, Eybi yoxdur, her qedər qazsa məzar İngiltərə. Biztəri osmanlı, alman, rus getirdi heyrətə, Zerbə vurdu hər biri mümkün qədər hürriyyətə, Ozləri axırda düşdü gör ne cahi-zilləte. İşte vazehdir, olar axırda xar, İngilterə. Bu bəlanın biz bacardıqca biz qabağın sədd edək, Ziddinə min etirazü min təneffiirle gedək, Müstəbid olduqlannda bunlann çün yoxdu şək, Mohv edər hürriyyəti her yerdə var İngiltere, 1919 * * * Kitabxana.az · https://kitabxana.az/collections/qemkusar-muxtelif-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1919). Public domain (author died 1919). Original text only.