Qəzəllər Qövsi Təbrizi (1568–1640) Kimi can etdi, kimi könlünü dildarə fəda Kimi can etdi, kimi könlünü dildarə fəda, Bilmənəm mən ki, yoxumdur, nə edim yarə fəda? Abi-yaqut deyil əşki-rəvanım, mən onu Nə üz ilən edim ol ləli-göhərbarə fəda. Bu səbəbdən ki, sənin çeşmüvə bir nisbəti var, Eylərəm nəqdi-həyatım dili-bimarə fəda. Hər gülün başına dönmək nə həvəsdir, bülbül! Aşiq oldur ki, özün eyləyə bir yarə fəda. Eylər azadələrin adını aləmdə bülənd, Sərv edərsə özün ol şiveyi-rəftarə fəda. Onun üçün sevirəm mən dili-sədparəmi kim, Çeşmi-bimarivə hər gün ola bir parə fəda. Dili-pürxunimi hədrəm basaram bağrıma kim, Ola bir gün ki, ola saqiyi-xunxarə fəda. Yıxmağa, yapmağa layiq deyil, ol viran kim, Dəmbədəm gənci-göhər etməyə memarə fəda. Bilmə kim, görürəm tabü təbin xurşidin, Zərrə-zərrə olur ol şöliyi-rüxsarə fəda. Söz bilənlər arasında ələm olmaz, Qövsi, Etməyən xamə tək öz yaşını göftarə fəda. * * * İstərəm peyvəstə, ey rəna dolanım başına İstərəm peyvəstə, ey rəna dolanım başına, Qoygilən əldən inanım, ta dolanım başına. İstərəm kim, gah qurban, gah bəlagərdan olam, Gah, ey sərvi-səhi-bala, dolanım başına. Hanı ol bəxtrəsa kim, kakili-müşkin kimi, Ya öpüm hərdəm ayağın, ya dolanım başına. Dutgilan bir yerdə sən, ey mərkəzi-təmkin, qərar, Ha dönüm pərgar tək, mən ha dolanım başına. Çox yamandır etimad etmək bu gündən danlaya, Ta həyatım var durum hala dolanım başına. Ta ayaqdan salmamış saqi kimi səhba məni, Saqinin yadilə, ey mina, dolanım başına. Şəm tək gər tərü pudum yandırırsan razıyam, Bir zaman pərvanə tək amma dolanım başına. Ömrlərdir itmişəm, mən bilmənəm kim, handayam, Heç məni gördünmü, ey ənqa, dolanım başına. Bir-birinin halını sormaq gərək divanələr, Ver xəbər Qövsidən ey səhra, dolanım başına * * * Dostlar, könlüm diyarın etdi viran iztirab Dostlar, könlüm diyarın etdi viran iztirab, Eylədi övraqi-tərkibim pərişan iztirab. Hər kimi kim yandırar atəş, yanar ondan betər, Heyləsin gər etməsin ol bərqi-cövlan iztirab. Qətrə gər dərya üçün bitab olur məzurdur, Bilmənəm neçün qılır dəryayi-ümman iztirab? Mən deməm kim durgilən axşamatək, ya sübhətək, Belə amma etmə ey sərvi-xuraman iztirab. Nəqdi-can hər vəqt ola axır sənə təslim olur, Eyləmə qətlimdə çox, ey namüsəlman, iztirab. Eşq tək getməkdə sübhi-vəsl biaram olur, Seyl tək gəlməkdə eylər şami-hicran iztirab. Hər biri bir rəngilə Qövsi fəğan kim, qıldılar, Könlümü ab intizarü bağrımı qan iztirab. * * * Canə etdim dərdi-dil zəbtindən, ey dildar, eşit! Canə etdim dərdi-dil zəbtindən, ey dildar, eşit! Əndəlibin sərgüzəştin, ey güli-bixar, eşit! Yox dilim yalvarmağa əzbəs xumar aludəyəm, Əl-ayağın sədqəsi, ey saqiyi-xunxar, eşit! Bağrımı qan etdi qəm, ey yari-səngindil, inan Canımı yandırdı hicr, ey atəşin rüxsar, eşit! Rəhm qıl eşq əhlinə, kəs bülhəvəsdən rəğbətin, Gər eşitməzsən onu, bari bunu, ey yar, eşit! Sağərü səhbayə, zalım, ömrülərdir təşnəyəm, Bir zaman əglən, sözüm, ey əbri-gövhərbar, eşit! Öldürərsən çünki sən axır məni bidad ilə Bir nəfəs zinharim, ey xunxari-bizinhar, eşit! Çün bu dərdə öz-özün, Qövsi, salıbsan mən kimi, Hər təbibin acı-acı pəndin, ey bimar, eşit! * * * Gətir saqi şərabi-nab, mütrib sazını saz et! Gətir saqi şərabi-nab, mütrib sazını saz et! Çəkib bir naləyi bülbülləri dörd yandan avaz et! Mənə bülbül kimi hər gül budağı dilnişin olmaz. Əgər bir belə sərvin var isə, ey bağiban naz et! Dilim dutduqca əfqan eylədim, fəryadına yetdim, Nəfəsdən düşdüm axır sən həm, ey bifikr, dəmsaz et! Əgər aşiq gözündən öz cəmalın görmək istərsən Mənim ayinəmi, ey səngdil zinhar pərvaz et! Gözün hərçənd sahirdir, həbibim, dilrübalıqda, Dəmi-canbəxş ilə göftarə gəl, ol sehri ecaz et! İtirmə əl-ayağın, ey nigahi, əcz tanrıyçün, Ona əhvalımı ərz eylə, amma çox sözü az et! Vəfavü mehr ilə, ey sərvqəd, xublar arasında Özün mümtaz olub, üşşaqara Qövsini mümtaz et! * * * Olur hərçənd can şirin, vəli canan yerin tutmaz Olur hərçənd can şirin, vəli canan yerin tutmaz, Bir-iki üç nəfəs bir ömri-cavidan yerin tutmaz. Məni bülbüllər ilə bir tutan bidərd bilməzmi – Ki, yüz min bülhəvəs bir aşiqi-heyran yerin tutmaz. Meyi-gülgun, şəbi-hicran nə keyfiyyət verir, saqi – Ki, sənsiz çeşmeyi-heyvan bir ovuc qan yerin tutmaz. Əgər yüz min xiyaban şaxi-gül səbz olsa gülşəndə, Biri, ey bağiban, ol sərvi-xoşcövlan yerin tutmaz. Nə hasil möhnət artırmaq, nə lazım dərdi-sər çəkmək, Təbib, ol dərdi-bidərman məgər dərman yerin tutmaz. Könül hərçənd aliqədr olursa, mehrin əladır, Sədəf ğəltan həm olsa, kövhəri-ğəltan yerin tutmaz. Sənə ərzani Qövsi ağız açmaq, gülmək, açılmaq – Ki, yüz mərhəm mənim zəxmimdə bir peykan yerin tutmaz. * * * Onunçün mən sənə yalvarmanam kim, yalvaran çoxdür Onunçün mən sənə yalvarmaram kim, yalvaran çoxdur, Mənim könlüm alan yoxdur, sənə könlün verən çoxdur. Məni-dilxəstənin həm sədqəsi çox, sorgilən halın, Səninçin nərgisi-bimarın əhvalın soran çoxdur. Dili-sədparəmi sən algilən, ey namüsəlman kim, Bugün ol laleyi-sədbərgi dörd yandan dərən çoxdur. Gözüm nöqsani-naz olmaz, sual et hali-zarım kim, Mənim dərdim bilən yoxdur, sənə gər bildirən çoxdur. Qaçan fürsət verir nazi-təğafül dərdi-hicranə, Bəli əhya verən azdır və gör nə öldürən çoxdur. Uzaqdır yol, gərəkdir ləngü ləngin başa aparmaq, Və gər nə öz səməndin bir havur yortub-yoran çoxdur. Qənimətdir kimin kim, dideyi-mənisi rövşəndir, Və gər nə çeşmi-surətbin ilə Qövsi görən çoxdur. * * * Cismi-zarımdan mənim hicran nə istər bilmərəm Qəzəl Cismi-zarımdan mənim hicran nə istər bilmərəm. Bu sınıq gəştidən ol tufan nə istər bilmərəm. Məndə yox hiç arizu, könlüm yaman bitabdır, Zəxm yoxdur sinədə, peykan nə istər bilmərəm. Çeşmi-xunxarın sənin cismimdə çün qan qoymadı, Qan dolmuş dideyi-giryan nə istər bilmərəm. Kasə-kasə qan verir, şükr eyləyib nuş eylərəm, Dəxi məndən gərdişi-dövran nə istər bilmərəm. Hər nə var aləmdə bir-birdən betər sərgəştədir, Qətrə ümman axtanr, ümman nə istər bilmərəm. Lalə istər dağına mərhəm nəsimi-sübhdən, Ağız açmış qönçeyi-xəndan nə istər bilmərəm. Aşiqin zənciri tari-zülfə kakildən gərək, Rişteyi-zünnaridən Sənan nə istər bilmərəm. Can çü canan malıdır, bəs dəxi məndən, dustlar, Can nə istər bilmənəm, canan nə istər bilmərəm. Gövhəri-qəltan gözü taci-büləndəxtərdədir, Qətreyi-gümnam sərgərdan nə istər bilmərəm. Qaşi yayından onun yarəb, bu hamı qürbilə, Navəki-bərgəşteyi-müjgan nə istər bilmərəm. Ey dəmadəm eyləyən təklifi-məscid Qövsiyə Aşiqi-bitabdə iman nə istər bilmərəm. * * * Dilim fəğan iləvü, didə qan ilən doludur Dilim fəğan ilədü, didə qan ilən doludur, Könül səhifəsi şərhü bəyan ilən doludur. Vurubdur ağzına min qifli-ahənin qeyrət, Hənuz səqfi-fələk əl-əman ilən doludur. Haray kim, nə dilim var, nə bir dil anlayanım, Əgərçi ney kimi cismim fəğan ilən doludur. Əgərki könlümə zahirdə dəymək asandır, Bu çöl kəmingəhi şirin-jəyan ilən doludur. Sınıq səbudə su tutmaz qərar, mey durmaz, Şikəstə könlümə məhvəm ki, qan ilən doludur. Xumarilən məni öldürdü saqiyi-birəhm, Səbuyi-badeyi-gülrəng can ilən doludur. Bu bir piyalədə yarəb, nə sehr edib saqi- Ki, üstü badə ilən, altı qan ilən doludur. Sən öz yamanlannı yaxşı et, nə hasil kim, Zəmanə yaxşı ilən, ya yaman ilən doludur. Bəsirət əhli dəlil istəməz ki, kövnü məkan Nişan ilən doludur, binişan ilən doludur. Yuvada qönçələnir əndəlib bəs ki, çəmən, Nəvayi-Qövsiyi-atəşzəban ilən doludur. * * * Həmişə şam kimi sərfi-piçü tab oldum Həmişə şam kimi sərfi-piçü tab oldum, Zəmanə hər kimi yandırdı — mən kəbab oldum. Könüldən ötrü gözəl ömrümü təbah etdim, Bu bir xərabə üçün xaniman xərab oldum. Əgərçi xəlq deyər, gün çıxar, görər aləm Mənə göz açmadı heç kim gər afıtab oldum. Oda düşən od olur, bəxti-vajiguni görün Ki, mən bu odlar içində əridim ab oldum. Yaxamdan əl götür ey dil, nə aşinalıqdır Ki, mən sənin oduna yandımü kəbab oldum. Necə görüm sənin ilə bərabər əğyan, Gözüm, sən ayinə aldm ələ, mən ab oldum. Bu iztirab ilə hicran hekayətin Qövsi, Demə, demə ki, sənin halına kəbab oldum. * * * Bülbül mənim əfqanıma qatlanmadı uçdu Bülbül mənim əfqanıma qatlanmadı uçdu, Yanm gecə qönçə yuxudan durdu və köçdü. Mən tak tikib mey yerinə xuni-dil içdim, Sözdür bu ki: “Hər kimsə nə əkdi, onu biçdi”. Hicran gecəsi gəldi yenə başıma, ey vay, Hərçənd yaman keçdi günüm, şükr ki, keçdi. Qurtulmadı, yarəb, ciyərim qam, nə sirdir Hərçənd ki, göz tökdü ayağə könül içdi. Vəsfi-ruxi-gülrəngin onun başladı Qövsi, Gülzaridə bülbül yenə gül dəftərin açdı. * * * Məxı istəmənəm dərdimi cananə desinlər Məxı istəmənəm dərdimi cananə desinlər, Əhvalımı ol zülfi-perişanə desinlər. 01 Leyliyə qurban oluram mən təhi-dildən, Qoy bir neçə bitəh mənə divanə desinlər. Pərvanə yaxar var-yoxunu bir oda yetsə, Razı deyiləm kim, mənə pərvanə desinlər. Onlar ki, deyirlər bu nə fəryadü fəğandır, Ban bu sözü ol güli-xəndanə desinlər. Dillər tökərəm bülbülü pərvanəyə Qövsi, Ta bir gün. olar, halımı cananə desinlər. * * * Mən məst idim, ol məstlə axır belə düşdüm Mən məst idim, ol məstlə axır belə düşdüm, Qıl fikrimi saqi ki, yaman müşkülə düşdüm. Pərvanəvü bülbül kimi bitab degildim, Bilməm neçin oddan-oda, dildən-dilə düşdüm. Qüdsilərilə aləmi-əqdəsdə gəzərkən Yarəb, neyləmişdim ki, bu abü gilə düşdüm. Nacinslərin söhbətini məndən eşit kim, Mən bir neçə gün, bir neçə huşyar ilə düşdüm. Ol kuyi dedin tərk eləyim tərki-sər etdim, Çün öz gücüm ilə belə durdum, belə düşdüm. Məcnun olub ol Leyliyi - aləm tələbində, Evdən-evə, çölden-çölə, eldən-elə düşdüm. Sordu ki, mənim dərdimə, Qövsi, necə düşdün? Baş qoydum ayağma ki, saqi, belə düşdüm. * * * Kitabxana.az · https://kitabxana.az/collections/qovsi-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1640). Public domain (author died 1640). Original text only.