Şeirlər (Salman Mümtaz, 1925) Qövsi Təbrizi (1568–1640) Qəzəl: Zəxmi-xunəfşanım, ey bülbül, güli-tərdir mənə Zəxmi-xunəfşanım, ey bülbül, güli-tərdir mənə Könlümün hər əqdəsi bir əqdi-gövhərdir mənə Ey nəsimi-dilküşa, nalə-imdad eylə kim Qönçeyi-təsvir tək vəz'im mükərrərdir mənə Arzular küştəsinə kakül kəməndir, dadxah Təngnayi-sinə bir səhrayi-məhşərdir mənə Qulzümi-xunxar çərxin ləngəri-təslimiyəm Öz evinə zülm edər hər kim, sitəmkərdir mənə Əndəlibin xatiri üçün istərəm gül, yoxsa kim Növbahar ilə xəzan fəsli bərabərdir mənə Guşeyi-üzlət behişti-cavidanımdır mənim Xaki-səhrayi-qənaət abi-kövsərdir mənə Gərçi mən surətdə dərvişəm, vəli dana bilir Padşaham, kişvəri-məna müsəxxərdir mənə Adım ki Qövsi tək, ey şəm', bəla bir gündəyəm Kim nəfəs həm şami-hicran badi-sərsərdir mənə * * * Qəzəl: Gərçi artıq yaraşır ol cameyi-gülgün sənə Gərçi artıq yaraşır ol cameyi-gülgün sənə Hər nə geysən qaməti-mövzun edər mövzun sənə Hər görən bu dadlı-duzlu ləblərin bi-ixtiyar Söylər: ey saqi, halal olsun meyi-gülgün sənə İmtahan üçün əliflərdir çəməndə sərvlər Xameyi-qüdrət çəkəndə qaməti-mövzun sənə Yumşadır daşı bu rəng ilə dutub yalvarmağım Eyləməz əfsanəcə təsir ol əfsun sənə Özgə ahular məni ram eyləmək qəsdindədir Axır ey Leyli, görməzmi məgər Məcnun sənə Bir gecə ol şəm' ilə çeşmim sərayın rövşən et Olsun ol əbləq günün ərzani, ey gərdun, sənə Mən ki mənzurun olubdur Qövsi, ol qamət sənin Yek gələr min sərvdən bir misreyi-mövzun sənə * * * Qəzəl: Nə vüsalın məni dildən sala hicran, nə rəva Nə vüsalın məni dildən sala hicran, nə rəva Ta meyi-nab ola, ey bağrı bütün qan, nə rəva Bitiribdir göyə təprağımı çün rəftarın Bu kəşakəş dəxi, ey sərvi-xuraman, nə rəva Aparıbdır məni çün əldən ayaqdan sahba Bu təğafül dəxi, ey saqi-dövran, nə rəva Məni öldürməklə çün sənə təslim oldum Səyd kim bismil ola zəxmi-nümayan, nə rəva Bülbülün naleyi-bitabına səbr eylə, könül Hər nəsim ilə daşa şur ilə əman, nə rəva Nə rəvadır sənə gülçinlər ilə açılmaq Bülbülə çin-cəbin ilə, ey gül-xəndan, nə rəva Aşiqin şikvəsinin əvvəli var, axırı yox Naməyi-əncamə gər yetməyə ünvan, nə rəva Məni gülçin kimi bipərdə sanan qönçeyi-naz Söylə hər söz diyənə kəsə bu bühtan, nə rəva Qövsi xəstə ki pərvanəyi-bitabındır Ona dil sər-dağ, ey atəşi-suzan, nə rəva * * * Qəzəl: Ləbinlə dilləşə bilməz nə gül nə qönçeyi-həmra Ləbinlə dilləşə bilməz nə gül nə qönçeyi-həmra Qədinlə boylaşa bilməz nə sərvi-naz nə rəna Bu rəng ilə dil və dinim alırsa ol sənəm əldən Mənimlə yar olacaqdır fireng və kafiri-tərsa Gedərsəm əldən ayaqdan şərab üçün, nola, saqi Ki badə ilə olur nəş'əyi-vüsal dübala Havayi-kakülün ilə nə eyb başına dönsəm Ki çərxi çərxə gətirmiş mənim başımdakı sevda Fəğan ki sübhümü şam etdi intizar ilə axır Gözümün qarasını ağ eylədin, ey gülrəna Həyat buldu ləbindən firaq küştəsi Qövsi Məsih möcüzünə verdi aqibət ləbin ihya * * * Qəzəl: Təəmmül eyləmə, saqi, yetər xumar mənə Təəmmül eyləmə, saqi, yetər xumar mənə Boynun bəlasın alım, bəsdir intizar mənə Sənin əlinlə sitəm daşı yeğdir, artıqdır Ki gövhər eyləyələr özgələr nisar mənə Bu vəchdən ki sənin hüsnünə bir az oxşar Nə cilvələr ki bu il eyləməz bahar mənə Könül rəngi bətər, ey səbz rəng, nə gülgun? Nə gül nə səbzə gərəkdir nə laləzar mənə Gərək qiyamətə dək yağa, bəs ki təşnəliyəm Əgər mürüvvət edər əbri-növbahar mənə Gül məhəbbət düşməni-tikan olur, Qövsi Demə ki bir-iki gün çərx oldu yar mənə * * * Qəzəl: Ta nigahım nərgisi-yar ilə olmuş aşina Ta nigahım nərgisi-yar ilə olmuş aşina Kafirəm gər çeşmi-xunbar ilə olmuş aşina Əkinibdir gözlərimdə rəşkdən mən yanıram Kim niçün göz mərdümi yar ilə olmuş aşina Üzvü üzvüm hər biri bir pərdədə eylər məqam Ta cismim naleyi-zar ilə olmuş aşina Nuri-çeşm, aşina deyirlər səni əğyar ilə Tərfə kim, can nəqşi-divar ilə olmuş aşina Guşeyi-darüləman yox dəhr bünyadında Ey xoşa Mənsur kim dar ilə olmuş aşina Gah olur həsrətdən ab, gah heyrətdən qurur Kimki ol ayineyi-ruxsar ilə olmuş aşina Sinədə bir dəm nəfəs zəncir ilə çağ eyləməz Ta dili-bitab dildar ilə olmuş aşina Ta mən etdim əzm, Qövsi, Kəbədən büthanəyə Rişteyi-təsbih zünnar ilə olmuş aşina * * * Qəzəl: Can nədir kimsə onu eyləyə cananə fəda Can nədir kimsə onu eyləyə cananə fəda Ola ya olmaya bir mur Süleymanə fəda Vəchi var, bağrımı cəllad gözünün doğrar kim Ola hər parəsi bir navəki-müjganə fəda Bir təbibin yenə bimarı və dilxəstəsiyəm Ki məni dərdə nisar eylər və dərmana fəda Belə kim nami-xuda çeşmin içər qan, saqi Et ona sədəqə üçün bir neçə peymanə fəda Sovurur göyə rəşk atəşi xakistərim Şəmə hər gah qılır canını pərvanə fəda Mən ki bir belə suxənsaz hərifəm, Qövsi Nola, yarəb, olum ol çeşmi-suxəndanə fəda * * * Qəzəl: Ey olan Quran icazafərin bürhan sənə Ey olan Quran icazafərin bürhan sənə Mədd-i bismillah mizani-ülüvvi-şan sənə Zatına ol qürb ilə hacət deyil merac kim Ömürlər möhtac idi paybus üçün Keyvan sənə Bəs deyil ol şövkəti-şan ilə cövlan etməyə Tövsəni-gərdun, səməndi-lamakan meydan sənə Zati-bi-şibhü-misalın bəs ki ali-qədrdir Gündə min yol tazələr ərşi-bərin iman sənə Bəs ki ehsan etməyə möhtacdır lütfün sənin Dəmbədəm ehsan uman səndən qılır ehsan sənə Müxtəsər kaşanədir firdovs nisbət cuduna Bir mühəqqər sərzəmindir ravzeyi-rizvan sənə Kəsmə məndən guşeyi-çeşmi-tərəhhüm, ya Nəbi Ey mən və yüz min mən və Qövsi kimi qurban sənə * * * Qəzəl: Dilər könlüm ki yar əğyar ilə yar olmasın, yarəb Dilər könlüm ki yar əğyar ilə yar olmasın, yarəb Cahan tavar olsun, yar əğyar olmasın, yarəb Mənim tək bülbülün qan oldu bağrı xar qədrindən Bu dil bilməzlərə heç kim giriftar olmasın, yarəb Könül min dərdə dərman etmək üçün bir nigah istər Sənin bimar çeşmindən ki bimar olmasın, yarəb Nə lazım zahidə tərğibi-eşq, mən'i-zöhd etmək Kim ol surət bu mənidən xəbərdar olmasın, yarəb Müalicilər usanmış ahi-zarından, nə dildir bu Ki heç kafir evində belə bimar olmasın, yarəb Əlində zahidin təsbihi min zünnar işi işlər Ki kafirlər nəsibi belə zünnar olmasın, yarəb Giran kamız ol əksü gecə bahalar mahi-Kən'anə Sözümə bibəsirətlər xəridar olmasın, yarəb Ayağa baş qoyub qəflət yatından pasiban olmuş Qiyamətdə dəxi ol fitnə bidar olmasın, yarəb Sənə Qövsi kimi çox vardı məhvəlayiz əl, amma Ontək var isə səndən özgəsi var olmasın, yarəb * * * Qəzəl: Əldən gedirəm sərvi-xuramanını görcək Əldən gedirəm sərvi-xuramanını görcək Dildən düşərəm qönçeyi-xəndanını görcək Hər çənd mənə tab verir muyi-miyanın Bitab olurum zülfi-pərişanını görcək Ey can alıcı gözləri şahbaz baxışlı Şahin yaşınır pəncəyi-müjganını görcək Hər çənd səməndər kimi rizqim nəm oddur Bağrım ərinir atəşi-hicranını görcək Xurşid kim oldur fələyin çeşm çırağı Pərvanələnir şəm'i-şəbistanını görcək Dil zövrəqi neyləsin ki, əgər Nuh özü olsa Gərdaba düşər çahi-zənəxdanını görcək Bülbül necə yanında həyadan ağız açsın Gül qönçələnir ləli-dürəfşanını görcək Sinəmdə könül qönçeyi-sirabdır, amma Şəbnəm tək ərir qətrə peykanını görcək Rəhm eyləyib əhvalına küyündəki itlər Fəryada gəlir Qövsi nalənini görcək * * * Qəzəl: İç şərabi-nab, özün, saqi, mənə məstanə bax İç şərabi-nab, özün, saqi, mənə məstanə bax Gah çeşmi-şəfqət ilə, gahi bi-rəhmanə bax Hər rəviş var eyləmə qət'i-nəzər aşiqlərdən Baxmasan şəfqət gözilə, barı bir rəhmanə bax Ey ki dəmadəm yandığım kəyfiyyətin məndən soran Taqətin var isə ol bərqi-səbəb və cövlana bax Aşiqəm mən, taətə nisbət verir zahid məni Gör yalanın ol sözünü, bilməzin bühtanə bax Rövşən istərsən könül ayinəsin, dildarı gör Görmək istərsən əgər can cövhərin, cananə bax Eşq dərdindən bəqayi-cavidan istər könül Belə daşqın seyldən təmir umar viranə bax Qəmzə, yarəb, o gərdu, ya rəhm ol xunxarə kim Eylə zalım gözlər ilə belə məzlumanə bax Ey dil, ki badeyi-gülgün içib qan ağlama Bir əlində saqər mey, bir əlində qanə bax Eşq rövşən rayidir, hüsn rəssam-məşşatəsin Ya ələ ayinə al, ya Qövsi heyrana bax * * * Qəzəl: Gərçə gün kimi olub pak nəzərlər gustax Gərçə gün kimi olub pak nəzərlər gustax Qarşı durmaz sənə ayinə kimi hər gustax Düşsə göz yaşı kimi mey nəzərimdən nə ola Görə bilməm ki ləbinlə ola saqər gustax Nola cəmiyyəti-tiğ ilə əgər dağıdasan Çöhrə olmuş yüzünə xətti-müənbər gustax Ağladırlar məni mina kimi, güldürmək ara Girməsin xubların bəzminə kafir gustax Məni qan tərlədir ol ləl nə yüzdən, yarəb Ki təbəssümlə açıb qönçəni eylər gustax Verdi gül bir kinək ahım belinə rəşki məni Ki səba çulğaşır ol zülfə, oynar gustax Ey xoş ol məst ki bilməz kim özünü sözünü Yalvarıb saqiyə cam və məzə istər gustax Necə saqinin ayağını öpüm ya əlini Ki həyadan öpə bilməm ləbi-saqər gustax * * * Qəzəl: Dutar ahəngi-mütrib çün dili-pür-iztirab oynar Dutar ahəngi-mütrib çün dili-pür-iztirab oynar Məgər bilməzmi kim dəfsiz bu sər-məsti-xarab oynar Necə ətfal ilə divanə həm rəqs olmasın, yarəb Ki zövqündən nəsimi-növbaharın şeyx və şab oynar Məni rəşk atəşi mey tək edər pürşö'lə od, saqi Sipəndi-şux çün məstanə rəqs eylər kabab oynar Könül, sən çərxi-bi-zinhardan zinhara tez gəl, dönək Ki hər pərvanə başına yüz il bu asiyab oynar Özün üçün sayəban fikr elə, çıx gərdunun altından Ki bir gün öz yerindən axır ol zərrin tənab oynar Nola gər biqərar olsam sipehrin pic-ü-tabından Ki başıma fələxən tək bu ağır asiyab oynar Bu ol söz pərtövüdür kim Füzuli söyləmiş, Qövsi Niçük kim mövclənmiş suda əksi-afitab oynar * * * Qəzəl: Ol gün ki zülfin ol sənəmin şanə qıldılar Ol gün ki zülfin ol sənəmin şanə qıldılar Zəncirə çəkdilər məni divanə qıldılar Ol gün ki rövşən etdi fələk şəm'i-arizin Mehr ilə mahın adını pərvanə qıldılar Bir tazə güldən ötrü məni əndəlib tək Sərfi-nəvayi-naleyi-məstanə qıldılar Ol gəncdən nişan mənə bir kimsə vermədi Bilmən nə vəchdən məni viranə qıldılar Eşq ilə kim ki yandı, mən oldum kabab ona Hər şəm'i yaxdılar, məni pərvanə qıldılar Çox mən kimi əsiri özündən bu xublar Bir azca iltifat ilə biganə qıldılar Məcnun fəsanəsini unutsa nolurdu xəlq Qövsi, bu növ kim səni əfsanə qıldılar * * * Qəzəl: Təğafül eyləmə, saqi, ki növbahar keçər Təğafül eyləmə, saqi, ki növbahar keçər Yetincə bir də mənə dövr, ruzigar keçər Qəfəs əsiri olan bülbülün gözündən iraq Ki bağbanı vida eyləyib bahar keçər Qiyamət oldumu kim bir neçə şəhidlərə Qiyamət etmək üçün baxa-baxa yar keçər Fəğan ki məndə ayaq yoxdur, onda təmkin çox Keçincə yar, ötər ömr, ruzigar keçər Nişati-vəsl təmənnası ilə olma məlul Könül, bu bir neçə gün hər rəviş ki var keçər Giran gəlir sənə zalım demək, və gərnə mənə Nə zülm eyləsən, ey atəşin üzar, keçər Çox ağlama, giryə, göz axır zərər olur, Qövsi Gəlib nəzzarə günü, şami-intizar keçər * * * Qəzəl: Səba, durub yola düş, var ona salam yetir Səba, durub yola düş, var ona salam yetir Alıb cavabi-salamım dönüb peyam yetir Səba, mənim yerimə yollar üstədir neçə gün Ona salamımı sübh, duamı şam yetir Məsih tək ki gəlir mayəyi-həyatilə can Yetir özün mənə, saqi, yetincə cam yetir Bu niyyət ilə ki qanım sənə halal olsun Əgər halal ola, sahba, əgər haram yetir Sirişk ilə məhnət çəkən yazıq Qövsi Meyi-rəsidə yetibdir, kabab-xam yetir * * * Qəzəl: Qönçeyi-gül ta gülüstanın çırağın yandırır Qönçeyi-gül ta gülüstanın çırağın yandırır Əndəlibin pərdeyi-çeşmində yağın yandırır Yanaram ah etməsəm, gər ah çəksəm ah kim Bülbüli-biçarənin bağ-bulağın yandırır Eyləmişdir şami-hicran sinəmi zülmətsəra Bu səbəbdən onda canan şəm' dağın yandırır Eşq əhli aşiq istər cümlə əhibbanı kim Səməndər mizban olsa, qonağın yandırır Gərmdir əz-bəs nigahım, yandırır göz pərdəsin Vəh nə sahbadır bu sahba kim ayağın yandırır Yandırır ol atəş ilə xanimanın aqibət Hər kimin gərdunu-dunpərvər çırağın yandırır Ol gül üçün bağban nazın çəkər hər xardan Nükhəti-gül gərçə Qövsinin dimağın yandırır * * * Qəzəl: Hər qədər gül lətif ola, ruxsarın özgədir Hər qədər gül lətif ola, ruxsarın özgədir Nərgis nə olsa, çeşmi-fusunkarın özgədir Mən qönçəyə yaman deməzəm, nüktə tutmazam Söz bundadır ki, ləli-gövhərbarın özgədir Tubada var rəunət və əndami-sərvdə Amma xirami-nəxli-bəlabarın özgədir Yox vaizin sözünə sözüm kim behişt var Küyün bir özgə cənnət, didarın özgədir Qövsi, əgərçə var cəfapişə dostlar Amma sənin hərifi-sitəmkarın özgədir * * * Qəzəl: Bir yol demədinmi kim könül ol yar kimindir Bir yol demədinmi kim könül ol yar kimindir Ey kaş biləydin ki bu bimar kimindir Məhcur mənəm, özgəyədir guşeyi-çeşmin Məxmur kim və saqəri-sərşar kimindir Könlüm mənim avarə və sən qeyr qəmində Kim xanəxərab olmuş və memar kimindir Mən təşnəliyəm, sən suyu torpağa səpərsən Bimar pərişan kim və timar kimindir Getdi könül əldən, rux-zülfün həvəsindən Viranə kimin, gənc kimin, mar kimindir Bir pillədə dir cəm qardaş ilə gövhər Yusif necə bilsin ki xəridar kimindir Zahid, mənə gəl söylə, gələn dini sorsan Təsbih sənin, halqeyi-zünnar kimindir Yoxdur xəbərim kim könül olmuş kimə heyran Ayinə nə bilsin sər-bazar kimindir Hər niş ilə bir nuş gərək bar ola, Qövsi Gər xar sənindir, gül bixar kimindir * * * Qəzəl: Nolə ki bağrımı həm çeşmi-giryan eylər Nolə ki bağrımı həm çeşmi-giryan eylər, Mənə fərman özünündür nə ki canan eylər Mur-u mar ilə düşübdür sərükarım neylim, Könlümü xal yaxar, zülfü pərişan eylər Bir uşağın gənə bazicə evidir könlüm, Ki həman yapdığı saət onu viran eylər Naguvar odur əgər qeyrə verə abi-həyat, Yar əgər dərd verir, dərd yemə dərman eylər Qönçələtmiş məni ol şaxi-gülün hicranı, Bibəsirət mənə təklifi-gülüstan eylər Kimsənin dəyməmişəm könlünə hərgiz, yarəb, Mənə hər kim ki yetər, könlümü viran eylər Tifl dər südcəm yaxşı yaman fərq etməz, Ki əgər Kəbə əgər bütkədə viran eylər Ola gər Qövsiyə mənzur gül-ruxsarın, Nəzmi-rəngin ilə dünyanı gülüstan eylər * * * Qəzəl: Nə sərkəş şölədir bu boy, bu nə qədd, nə qamətdir Nə sərkəş şölədir bu boy, bu nə qədd, nə qamətdir, Qiyamətlər qiyamından qiyam etmiş qiyamətdir Nə kakildir ki ənbərbiz olub badi-səba ondan, Cahan həm ol səba feyzilə rəşki-bağı-cinandır Fələkdə elə pozmuş mehri-mahın rövnəqin hüsnün, Ki ulduzlar bu üzdən hər biri bir çeşmi-heyrətdir Göz ü qaşın əgər İslam küfrü etməmiş yeksan, Bu nə meyxanədir, bəs ol nə mehrabi-imamətdir Nə rəngamizdir, yarəb, bahari-xəti-səbzin kim, Gülüstanlar onun dövründə rəngamiz xəcalətdir Kəlami-möcüzəncam ləbi-şirin kəlamından, Doludur şur ilə dünya və ləbriz həlavətdir Bilübdür ta cəmalın mənasın, ey səbzə kakül, Nə surət kim müsəvvir nəqş edər məşqi-xəcalətdir Çəməndən pərtövi-ruxsar ilə yarəb sən ötdün kim, Gül ü şəbnəm bəeynihi çeşmi-heyrət, əşki-həsrətdir Gələr sağ u solunda hurvəşlər ol mələk, Qövsi, Nə olmuşdur, ey bidərd, gör kim nə qiyamətdir * * * Tərkibbənd: Qurbanın olum, Qövsi, məhcur sənindir Qurbanın olum, Qövsi, məhcur sənindir, Şirin söz ilə xalqa salan şur sənindir Aşiq ki zəif ola, onu yazıya salma, Hərçənd Süleyman olasan, mur sənindir Məst olsam və dursam, dolanıb başına olsam, Təqsirə baxma, mey pərrüz sənindir Gər öldürər olsan, əgər ehya verir olsan, Öz istədiyin elə ki dəstur sənindir Yandırsan əgər cismimi yandır, nə sözüm var, Didar sənin, şölə sənin, Tur sənindir Yadınla gözüm mərdümi dür, qətrəi-əşkim, Gər var çırağımda mənim nur sənindir Ey gənci-rəvan, guşeyi-bitövşədən ötmə, Gəl, gəl ki bu gəncinə vü gəncur sənindir Hərçənd ki hər bağda, hər ravzədə, ey gül, Bülbül mənəm və qönçeyi-məstur sənindir Mən eyləmənəm ərz ü təmənna, sözüm onunla, Dindirmə məni, dilsizəm, amma sözüm onunla * * * Qəzəl: Üşşaq binəvaya qulaq tut, nəvayı gör Üşşaq binəvaya qulaq tut, nəvayı gör, Ney tək bu bizəbanlara dil ver, harayı gör Göz yara-yara könlüm evin göz-göz eylədi, Dəryaya saldı rəxnələr ol qanlı çayı gör Derdim ki nobahar gələ, könlüm aça, Sındırdı şax u balımı ol mumiyayı gör Aldanma pic ü tabına mui-miyanın, Ey qafil, aç gözünü, bu görünməz bəlayı gör Almaz məhəbbəti həvəs qab nərxinə, İnsafa bax, mürüvvəti, sirayət vəfayı gör Öz cani düşmənini sevər aşiqəm deyən, Biəqli gör, səfahəti gör, binəvayı gör Zahirdə zəfdən çəkə bilməm nəfəs, vəli, Mənidə çəkdi kəmcə nəfəs ah ü vayı gör İnsaf tərkin eyləmə, nə istərsən et mənə, Yəni aradə aşiqi görmə, Xudayı gör Qövsi, əgərsə boynutu, çox baxma xar ona, Rənalıq zamanda bu xəm gəştə-bayı gör * * * Qəzəl: Yüz hüsn dil ü dideyi-heyrana yetişməz Yüz hüsn dil ü dideyi-heyrana yetişməz, Yüz gənc həqiqətdə bu viranə yetişməz Yüz bağ ü bahar olsa mənim könlüm açılmaz, Fəryadıma tək nalei-mestanə yetişməz Ol atəşi-suzanə nə həsil yaxın olmaq, Ta yetməyə məqsudinə pərvanə yetişməz Gər yetməsə bülbül mənə, ey gül, əcəb olmaz, Kim şaxi-gül ol sərvi-xuramana yetişməz Ol çeşmi-siyahi-məsti görən kimsə bilir kim, Yüz tiri-qəza növəki-müjgana yetişməz Təbriz açar könlümü, Qövsi, gər açılsa, Hərçənd ki firdovs Səfahana yetişməz * * * Qəzəl: İçib mey qanə-qanə bağrımı qan etdi ol nov-xət İçib mey qanə-qanə bağrımı qan etdi ol nov-xət, Həvasım qönçəsin gül tək pərişan etdi ol nov-xət Ucadı hansı bülbül naləsi kim səbzə ətrafın, Həyadan tərləyib gül-gül gülüstan etdi ol nov-xət Dolandım Kəbə kuyinə yüz kəz, ta məni bir yol, Çevirdi başa ol, sonra qurban etdi ol nov-xət Gətirmədim əzəldən zülfə iman, şükr kim axır, Gətirdi ayeyi-xəttin müsəlman etdi nov-xət Keçərkən ruzigarım sadə surətlər xəyalilə, Məni Qövsi bu mənidən peşiman etdi ol nov-xət * * * Qəzəl: Ey səba, Tanrı üçün et bir dəm mənimlə yarlıq Ey səba, Tanrı üçün et bir dəm mənimlə yarlıq, Yara ərz et ki gələrmi yardan əğyarlıq Ta mey gülgun ola, məst olmayan divanədir, Kim bilər hüşyar olan naçardır hüşyarlıq Taqətin yoxdur, təbibim, var məndən əl götür, Kim bu dərd ilə mənə düşvardır qəmxarlıq Mən onunçün şükr edib yalvarmanam gərdunə kim, Pək gələr nakəs dəvasından mənə bimarlıq Aşiq olmaz, olmaya dilgir, kim mümkün deyil, Eşqdən xoşhallıq, seylabdan mə'marlıq Cism candır bir-bir ilə, eşqü-hüsnün nisbəti, Olsa gər azarlıq mümkün deyil bizarlıq Dəhrdə tavar, Qövsi, lazim ü məlzumdur, Əqli-naqis padşahlıq, eşqi-kamil xarlıq * * * Qəzəl: Yoxdur səbatı fəsli-gülün, ey həzar, heyf Yoxdur səbatı fəsli-gülün, ey həzar, heyf, Bir göz yumub açınca keçər nobahar, heyf Düşdüm gedə-gedə iki aləm bəlalara, Bir qatilə ol bəla mənə olmaz duçar, heyf Mən dəxi bir gül olsa idi tərzəban idim, Ol nobahar unutdu məni, ey həzar, heyf Bülbül kimi mənim dəxi çox var sözlərim, Lal oldu qönçə tək dilim, ey gülüzar, heyf Dövri-zaman əgərçə şərər bardır bu il, Bidərd, dərdin ki keçən nobahar, heyf Meraca getdi gərçə səbuklıq şikəstəlik, Olamadım öz muradım ilə xaksar, heyf Heç kimsə dərd qədrini bilməz mənim kimi, Qədrimi bilmədin mənim, ey ruzigar, heyf Səyyadə səyd qədrini vəhşət bildirir, Qövsi, mən ol kəməndə tez oldum şikar, heyf * * * Qəzəl: Ey deyən Məcnun hanı, Məcnun mənəm, Leyli gərək Ey deyən: Məcnun hanı, Məcnun mənəm, Leyli gərək, Surəti-divar çoxdur dəhrdə, mə'ni gərək Hər kimi görsən Məcnundan, vəfadan laf vurar, Dəvayi-batil nə həsil, şahidi-dəva gərək Aşiqə təmkin, istiğna ü taqət peşədir, Kim deyibdir kim gədanın təb'i müstəğni gərək Mən səmumi-hicrdən bərbadam, ey badi-bahar, Ya nəsimi-sübhi-məhşər, ya dəmi-İsa gərək Eşq isbatında, ey pərvanə, yandın, bilmədin, Kim bu surətxanədə dəvayi-bimə'ni gərək Hüsnə eşq əhvalını ərz etmək asandır, vəli, Aradə nəzzarə tək bir dil bilən elçi gərək Ey cünun, bil qədrini, çox çalma daşdan daşa kim, Səhldir Məcnun, Fərhad olmasa, Qövsi, gərək * * * Qəzəl: Zəxmi-tiğin xalqdan biyhudə yaşırmış könül Zəxmi-tiğin xalqdan biyhudə yaşırmış könül, Mümkün olmaz etməyə ol qönçə sirabi gül Şəm tək zinhar od yandırma mənim, ey xurşid ü mah, Kim edər tədriclə hər əxgəri-əflak gül Üz ki xubar həm dutar çeşmimdə ol sərvin yerin, Bülbül məhcur əgər şəm istəyə, pərvanə gül Gəlmə, ey Məcnun, mənim ardımca, əqlin var isə, Ahudan qət'i-nəzər qıl kim yaman çöldür bu çöl Sənsiz, ey sərvi-səhi qamət, bu ağlar ol kar, Könlümü almaqdan ötrü gah bülbül, gah gül Ol qəzəl feyzidən üz vermiş mənə, Qövsi, bu kim, Bu imiş qismət, Füzuli, xah ağla, xah gül * * * Qəzəl: Getmə, başın sədəqəsi, ey sərvi-xoşrəftar, gəl Getmə, başın sədəqəsi, ey sərvi-xoşrəftar, gəl, Getdim əldən, ey dolanım başına, dildar, gəl Gəldi ayami-bahar, səs saldı bülbül aləmə, Gəl nə durmuş sən daxi, ey saqi-xunxar, gəl Natəvanlıqdan yaman düşdüm mən ü bidəst ü pa, Gəl əlimdən tut, ayağın sədəqəsi, ey yar, gəl Qönçəyə pərvanə tək bülbül tutub təkrar edər, Kim yerin boşdur sənin, ey şəm'i-ruxsar, gəl Can nisar etdikdə bir ömr intizarın çəkmişəm, Ey təbibi-bimürüvvət, ta həyatım var, gəl Naləsindən dərdi-sər çəkdin, müdara eylədin, İndi kim dildən düşübdür Qövsi bimar, gəl * * * Qəzəl: Xəzan ayamı girdim bağa, yadi-nobahar etdim Xəzan ayamı girdim bağa, yadi-nobahar etdim, Quru bir nalə ilə bülbülün dərdin həzar etdim Gərək min canı təslim eyləmək cananə bir yerdə, Fəğan kim mən ona bir canı yüz min yol nisar etdim Məgər üstüxanım sürmə oldu məğzi-canım tək, Ki bu bazarda aynamı mən bigübar etdim Səni göz yaşım ilə naləi-zarım cavan etdi, Bu əbrü ol nəm ilə xəzan fəslin bahar etdim Ona tapşır ənanın, müddəalardan kəsil, kim mən, Özümdən eylədim qət'i-nəzər ta yarı yar etdim Mənə ərbabi-dil tapşırdılar gənci-rəvan, Qövsi, Özümçün hər yerin viranə tək, bəskim, hasar etdim * * * Qəzəl: Hərçənd bəzmi-vüsalə cananə yetmişəm Hərçənd bəzmi-vüsalə cananə yetmişəm, Ta canı tapşıranca ona cana yetmişəm Ta əzmi-kuyun eyləmişəm bir ümid ilə, Ol qədəmdə ravzeyi-rizvana yetmişəm Hərçənd bilməm dili-bitab qədrini, Yüz gənc keçmişəm ki bu viranəyə yetmişəm Seyli-bəhar gərdimə yetməz şitabdan, Asudəyəm hənuz ki ümmana yetmişəm Giryanə yana yaşına dönsəm əcəb deyil, Pərvanəyəm ki şəm'i-şəbistana yetmişəm Çox əbr tək kənarda göz yaşı tökmüşəm, Ta bəhr içində gövhəri-qəltana yetmişəm Zinhar göz götürmə, kan, qanlu dağdan, Kim mən bu şəm'lə mehi-Kən'ana yetmişəm Ta oldu dağı-lalə kimi danışın mənə, Qövsi, şükufteyəm ki gülüstana yetmişəm * * * Qəzəl: İkaş eşqi ol bazicə sanmasaydım İkaş eşqi ol bazicə sanmasaydım, Ta avarə-varə axır o odlara yanmasaydım Dön başına dönərkən xab ü xəyal içində, İkaş oyanmasaydım, ikaş oyanmasaydım Qılmazdı qeyrəti-eşq axır məni fəsanə, Məcnun hekayətin mən əfsanə sanmasaydım Tez canı tapşırardım, tez kamımı alardım, Əndişə çəkməsəydim, bica oyanmasaydım Olmur ki mərg yadı təlx etməsin həyatı, İkaş vəsl içində hicranın anmasaydım Yarəb nolurdu, Qövsi, bir tifli-bitəmizin, Mehrinə uymasaydım, əhdinə inanmasaydım * * * Qəzəl: Əzəl başdan ki nəqdi-canımı cananə tapşırdım Əzəl başdan ki nəqdi-canımı cananə tapşırdım, Onun dərdü-bəlasın cümlə yığdım, cana tapşırdım Yaxam bir lehzə qurtulmaz kəşakəşdən nə həsil kim, Bu kəştinin giryanın tutub tufana tapşırdım Onun xalın dərin öz gözlərimdə saxladım mən kim, Əgər düşmənlərim can istədi, mərdanə tapşırdım Biləydim kaş qəmmaz olduğun aynənin ol gün, Ki mən yarın xəyalın dideyi-heyrana tapşırdım Pər pərvanətək hər kipər kim bir şölədir, ta mən, İnayətin könlümün ol atəşin cövlana tapşırdım Məhəbbətdən görənin yaxşı yamanın könlümün, kim mən, Özüm çəkdim aralıqdan, evi mehmana tapşırdım Dağıldı tarü-pudum, ta dili-sədparəmi yığdım, Onun hər pareyin bir növəki-müjgana tapşırdım Nolaydı nəqdi-canım tapşırdım, ah kim, Qövsi, İnani-ixtiyarım saqiyi-məstanə tapşırdım * * * Qəzəl: Onun qəddin nihali-ömri-cavidana bənzətdim Onun qəddin nihali-ömri-cavidana bənzətdim, Sözün abi-həyatə, ləli-nabın cana bənzətdim Onun can tazələrkən növki-müjganın xəta qıldım, Ki zəhri-çeşm ilə sirab olan peykana bənzətdim Əzəl başdan bu səhvi etdi Məcnun, sanma kim yalqız, Gözin ahuya cananın mən divanə bənzətdim Sənin, ey şaxi-gül, sərvi-rəvanın intizarında, Bu bağın şəbnəmin göz, səbzəsin müjgana bənzətdim Əgər zahirdə könlüm təngzərf, məstü-rüsvadır, Onu bir gənci-gövhər yaşıran viranə bənzətdim Muradım, mətləbim pərvanə könlün şad qılmaqdır, Əgər bir şölənı ol atəşin cövlana bənzətdim Gözüm hərçənd sirab oldu, səliqi doymadı könlüm, Bu viran olmuşu dəryayi-bipayana bənzətdim Qəddi-mövzununa Qövsi uyub məhv olduğundandır, Ki hər bir misrəyi mənidə bir divanə bənzətdim * * * Qəzəl: Qoymaz əldən eşq damanını əqli var olan Qoymaz əldən eşq damanını əqli var olan, Etməz ol səhbayi-biğəş tərkini hüşyar olan Dərd ü dağı-eşqi məndən sor, nə hər bidərdən, Kim təbibi-hazıqın qədrin bilər bimar olan Hər gecə bidar edər Fərhad ilə yüz kimsəni, Bir gecə ah ü fəğanımdan mənim bidar olan Hüsni-biğəş qarşı aşiqi-safdil aynədir, Məhdud ah olur hər atəşi-ruxsar olan Fəqr damanı əlindən qoyma kim bibəhrədir, Xabi-rahətdən əsiri-dövləti-bidar olan Xakda münkir eşqəm dilnişin dər sühbətim, Yar olur ömründə bir saət mənimlə yar olan Heç bundan çəkmə qəm, Qövsi, əgər bina isən, Qəm niçün çəksin Qulami-Heydəri-Kərrar olan * * * Qəzəl: Ey biqərar sinədə neştərmisən, nəsən Ey biqərar sinədə neştərmisən, nəsən, Peykanmısan, könlümüsən, əxgərmisən, nəsən Bir dəm səni ol atəşi-ruxsar yaxmadı, Sən, ey hicab, sədd-i-İskəndərmisən, nəsən Rəhm eyləməz fəğanına ol dilbər, ey könül, Sən gəbrmi, firəngmi, kafirmisən, nəsən Heç kimsə səndə eyləməz iqbal kimsəyə, Ey kuyi-yar, ərsədə məhşərmisən, nəsən Kəsdin çırağımın işığın şami-hicrdə, Dudi-nalə, gərdeyi-sərsərmisən, nəsən Məhv etdi cavidan məni şirin təkəllümin, Ey ləli-yar, çeşməi-Kövsərmisən, nəsən Hərdəm bir üz ki surətlə bağladın gözüm, Ey abi-rəngi-hüsn, füsungərmisən, nəsən Bir nalə naləm ilə həmahəng etmədin, Ey əndəlib, lalmısan, karmısan, nəsən Ey qanlı dağ, açılmadın, əfsürdələndin, Təsvir bərgi-lalei-əhmərmisən, nəsən Hərçənd yandın odlara, Qövsi, usanmadın, Axır sən, ey od evlu, Səməndərmisən, nəsən * * * Qəzəl: Sızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsən Sızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsən, Yanar bərqi-bəladan ol neyistan, sən nə sızlarsən Könül xuni-cigərdən camı-gülgunun ləbaləbdir, Bu hamu eyş ilə, ey xanəviran, sən nə sızlarsən Bu gün mən bizəbanam, bənd-bəndim yansa eyb olmaz, Sənə mümkündür, ey ney, ah ü əfğan, sən nə sızlarsən Yanarsan mətləbincə, ey səpənd, şux odlara, Mənim tək görməmişsən dağı-hicran, sən nə sızlarsən Mən, ey ney, olmuşam bitab öz fəryad naləmdən, Bu yanar od məni etmiş neyistan, sən nə sızlarsən Gərəkdir ki qəfəs qeydində mən fəryad edim, bülbül, Müyəssərdir sənə seyri-gülüstan, sən nə sızlarsən Sınıq mina kimi mən sızlasam bica deyil, Qövsi, Bu bükülmüş qəd ilə, ey nayi-Nisan, sən nə sızlarsən * * * Qəzəl: Ey sünbüli-zülf, ol gül-ruxsarə düşərsən Ey sünbüli-zülf, ol gül-ruxsarə düşərsən, Öz başına fikir et ki ayaqlara düşərsən Zinhar əlinə aynə, ey sənəm, dil alma, Öz canına rəhm eylə ki odlara düşərsən Tə'xir şəkinin dəxi gəncayişi yoxdur, Gər fikri-dəvayi-dili-bimarə düşərsən Gər versə könül taqət nəzzareyi-firibin, Zinhar ona aldanma ki zinhara düşərsən Mən dami-bəlayım, yeri məndən həzər eylə, Kim udma, ey Qövsi, bicarə düşərsən * * * Qəzəl: Sübhdəm gülzar içində çaldı bülbül ərğənun Sübhdəm gülzar içində çaldı bülbül ərğənun, Əyyuhəl-uşşaq qum, və innəkum la təsməun Ərğəvan tutdu piyalə, nəsrin doldurdu cam, Mütrib, çal nəğmə, ya əyyuhəl-müstəğfirun Hüsni-ruyin hər görənlər afərin təhsin edər, Şükr edən in'ama yox, illa qəlilən təşkürun Gözlərin sərxoşluğundan badə həm lafın oxur, Zir-i ləb saqi deyir hərdəm və lahum yəhzənun Qövsinin fikri budur yolunda can qurban edə, Hər görəndə deyəsən innə iləyhi raciun * * * Qəzəl: Təşnəyi-gülzari-dağı-laləzarəm, ah ah Təşnəyi-gülzari-dağı-laləzarəm, ah ah, Təxtəyi-məşqi-cünuni-nobaharəm, ah ah Seyl viran eyləyən ev qabili-təmirdir, Neylim mən kim xarabi-ruzigaram, ah ah Qüdrətim yox çərx evindən başım alıb çıxmağa, Bir özü bağlı, gözü bağlı şikaram, ah ah Elə kim seylab önündə xar ü xəs pamal olur, Payimali-giryeyi-biixtiyaram, ah ah Səydə gər yüz pərdə zəncir olsa mümkündür xəlas, Mən giriftari-kəməndi-zülfi-yaram, ah ah Nalədən xali gələr gahi səpənd öz könlümü, Ah kim mən bizəbanam, biqəraram, ah ah Heyf Qövsi, çərx sübhi pic ü tabım, heyf heyf, Ah neylim şəm'i-şami-intizaram, ah ah * * * Qəzəl: Saldı ol sərvi-rəvan saya həvaxahlara Saldı ol sərvi-rəvan saya həvaxahlara Ayağı bağlılara, əlləri kotahlara Qanı öz boynuna dir, keçmiyən öz qanından Gər nigahın düşə məhşər günü xunxahlara Kakilin fikrinə mən elə ki çulğaşmış idim Çıxar idim göyə yapışsa idim ahlara Saya-i lütf salıb başıma bir sərkəş kim Boynun əyməz sər küyündə gəda şahlara Aləmin dərdisəri əql imiş, ey bixudlar Bunu məndən eşidib siz deyin agahlara Nə qədər yandırır od şami-qəriban Qövsi Verirəm şam kimi arxa səhərgahlara * * * Qəzəl: Qan içmə könül saqiyi-xunxar gəlincə Qan içmə könül saqiyi-xunxar gəlincə Səbr ilə gözüm növbəti-didar gəlincə Güllər düşəcəkdir gözümə xun cigərdən Gül seyrinə ol növgül-bixar gəlincə Fəryad ki hicran məni bərbad edəcəkdir Ol atəşi-suzan şərərbar gəlincə Ey vay ki heyrət məni dildən salacaqdır Ol nuşi-ləb və ayineyi-ruxsar gəlincə Əfsus ki həsrət məni məndən alacaqdır Bazarıma ol arıca dinar gəlincə Bir dərd mənə mərhəm gələ ya gəlməyə Qövsi Kim təzələnir yaralarım yar gəlincə * * * Qəzəl: Yetərmi rişteyi-can gövhəri-yəganə sənə Yetərmi rişteyi-can gövhəri-yəganə sənə Ki gün kəməndi onun yetməz astanə sənə Mən məhqəri seyd etdi ol hilal əbru Ki çərx rəşk aparır payeyi-nişanə sənə Nədir həyat, dil və din ki etməyim bir-bir Fəda kərişmə sənə, nazına, bəhanə sənə Harami könlümə tapşırdı zərnişan oxlar Ki hər birisi dəyər padşah xəzanə sənə Nola fəğanım eşit sən ki gül qulaq olmuş Ayağdan başa dək bülbülün tərənə sənə Qəm bədən bətər, ey dil, ki növbahar keçər Verincə mürği-çəmən rövnəqi-aşiyanə sənə Əgər xəbər bula quş guşə zövqündən Qövsi Bəlayi-dami edər ixtiyar danə sənə * * * Qəzəl: Bəhəmdillah yatubdur sinəm üzrə dağ dağ üstə Bəhəmdillah yatubdur sinəm üzrə dağ dağ üstə Bəli məşhur sözdür ol məsəl kim bağ bağ üstə Qaradır ruzigarı hər kimin kim könlü rövşəndir Bilir hər tifli-məktəb kim yazılmaz ağ ağ üstə Qiyamət həm olursa dur mənim ol sərv ayağından Sənə ərzani bülbül gül gül üstə, bağ bağ üstə Ayaqdan salmayıb minayi-gərdun möhlüm versə Yüz il əl bağlaram qulluqda saqi bir ayaq üstə Nə təsir eyləsin yarəb nə vəch ilə görünsün kim Fələkdə ulduzum bir lalədir bir qarlı dağ üstə Demə kim bilmənəm eşqində dərdü dağ qədrin kim Könül titrər gözüm pərvanələr tək bu çıraq üstə Nə gülşəndir bu bir gülşən ki ta işlər gözüm Qövsi Həmin bülbül görər bülbül yanında zağ zağ üstə * * * Qəzəl: Atma zinhar sitəm daşını divanələrə Atma zinhar sitəm daşını divanələrə Ki pərilər yığılıbdır bu pərixanələrə Eşq hər çənd gənci-hüsn deyib qapı qapı Öz ayağilə gəlib gənc bu viranələrə Göz və könlüm səni ey leyli-afaq istər Nola gər basasan ayağın bu siyahxanələrə Zülfü kakil sözü ilə gecəmi sübh edərəm Tifli-nadan kimi öyrənmişəm əfsanələrə Bu xumar ilə nola badəyə mən yalvarsam Boyu mina, üzü saqi, gözü meyxanələrə Qara olubdur bir iki şəm görünən məhfildə Ötməmişsən şəbi-mehtabdə viranələrə Gül deyil, şəm deyil, Qövsiyə mənzur, amma Sübh bülbüllərə bənzər, gecə pərvanələrə * * * Qəzəl: Nə ləbdir vəh nə ağızdır bu yarəb vəh nə sözdür bu Nə ləbdir vəh nə ağızdır bu yarəb vəh nə sözdür bu İraq olsun yaman gözdən nə mijgandır nə gözdür bu O ruxsar ilə qarşı ab olmaz durduğu yerdə Nə yüzdür bu gözüm ayinədə yarəb nə tozdur bu Dəmadəm həsrətindən bağrımın qan olduğu vəchin İnanır gözlərin, amma ləbin sanır ki sözdür bu Deyil nöqsan iki dünyaya alsan aşiqin könlün Mən və Tanrı və mizan və məhəbbət kim ucuzdur bu Əgər gərdunə Qövsi əcz edib yalvarsa eyb olmaz Kim ol bicarə bir yalquz bəlakeşdir doquzdur bu * * * Qəzəl: Ənanım aldılar əldən dili-zar ayrı yar ayrı Ənanım aldılar əldən dili-zar ayrı yar ayrı Məni divanə etmişlər xəzan ayrı bahar ayrı Ciyərgahım sökərlər tab və taqət məndən istərlər Səpehr ayrı şəbi-hicranın ayrı ruzigar ayrı Xəzan fəslində bülbül guşə səndən əl-aman məndən Ki ayrı şivədir səbr və təhəmmül zinhar ayrı Xəyali-arizin könlümdə pünhan dağı köksümdə Məni məst eylədi seyri-gül ayrı lalazar ayrı Bu il yarəb nə güllər dərsin ol gülzardən bülbül Əgər mən ayrı tökəm göz yaşı əbri-bahar ayrı Nəcə xamuş olam ey qönçə sən tək mən bu gülşəndə Ki məndən nalə istər bülbül ayrı növbahar ayrı Boyundan ayrı nəqşi-pay tək əldən gedər Qövsi Xiramından sənin ey ahuyi-mərdümşikar ayrı * * * Qəzəl: Yıxır viranəmi gərdun sanır kim xanimandır bu Yıxır viranəmi gərdun sanır kim xanimandır bu Nə bilsin kim qanatsız quşlar üçün aşiyandır bu Müsəlmandır ləbi mey-gunə aldanmayın ki qandır bu Könül yaxşılara zinhar verməyin kim yamandır bu Yığıb damanını aşiqdən ey sərvi-rəvan ötmə Ki hüsnün çağı beş gündür ötər kəc rəvandır bu Derlər kim nişan bulmaq dəhanından müyəssərdir Qələtdir, iftiradır, məhz sözdür bu, yalandır bu Keçər mijganlərin daşdan çəkəndə göz qaşın yayın Əgərçi bir xəmidə oxdur ol bir natəvandır bu Məni məst etdi dövri-xəttin ey bədməst huşyar ol Bahar isə mənə amma sənə fəsli-xəzandır bu Deyirdim kim sənin muyi-miyanın var ola amma Yetişdim ol xəyalın sirrinə kim bir kəmandır bu Bahar ötməkdədir Qövsi gözün aç qönçə tək uyma Yetişər köçməyə növbət sənə həm karvandır bu * * * Qəzəl: Nə qəm gər hər nəfəs xuni-dil içsəm adətimdir bu Nə qəm gər hər nəfəs xuni-dil içsəm adətimdir bu Nəvah olsam desəm dəmbədəm xasiyyətimdir bu Məni sayəndən olmaz fərq qılmaq bəski pamalam Bəli fərmanrəvayi-mülki-fəqrim şövkətimdir bu Ənanımdan düşər əşk rəvanım qət'i-rahında Mənə təmkin satan simabi-səbr və taqətimdir bu Biyabani-cünun mülküm pəlasi-fəqrdir malım Yığılmış dərd və dağın başıma cəmiyyətimdir bu Nola gər xaksar və natəvan və payimal olsam kim Diyari-eşqdə meracı-şan və şövkətimdir bu Kəmali-xarlıq əvci-qəbuli-eşqdir Qövsi Sanırlar xalq nöqsanlıq qədr və qiymətimdir bu * * * Qəzəl: Ta əvc döndü bülbüli-dastansəra səsi Ta əvc döndü bülbüli-dastansəra səsi Gahı gəlir qulağıma bir aşina səsi Naləm könüllər açdı və könlüm açılmadı Ney uqdəsin kim açar öz dilküşa səsi Etdi məni dilik dilik ol qəmzə bixəbər Çıxmaz gələn zamanda xədəngi-qəza səsi Hər kimsə təbli-köçün eşitməz sən ki gül Varı qulaqdır ona yetməz səba səsi Ləvsi-qərəzdən arınmış ilə nalə kim Təsir edər bu qapıda bimi-dua səsi Bir dərd mənə ki kölgəsi başımdan aşmasın Ol navəkin qıjıltısı bali-huma səsi Rəhzən bu yolda Xızr libasında ün verir Qövsi nəcə təmiz bulur rəhnüma səsi * * * Qəzəl: Əğyar aldı çevrəmi, canan, həray-hay Əğyar aldı çevrəmi, canan, həray-hay Aldı bu dərdlər məni dərman həray-hay Bitab ikən dolanmağa başına saqinin Saldı ayağdan məni dövran həray-hay Zinhar, dilim tutar, gözlərim görər Bir dəm yetiş harayıma, canan, həray-hay Ey sərv, həsrət ilə kəman oldu qamətim Bir qatilə oldum sənə qurban həray-hay Hicr və xumar mədrəsə küncü əsiriyəm Saqi və cam sahni-gülüstan həray-hay Zağ və zəğindən oldu çəmən təng qönçəyə Gülbangi-əndəlibi-xoşəlhan həray-hay Kafirdir ol əgərçi müsəlman uşağıdır Tərsa həray-hay, müsəlman həray-hay Könlüm tutuldu xaki-vətəndən yaman mənim Ey məşhədi-qərib Xorasan həray-hay Zəngari-qəm göz ayinəsin tutdu Qövsinin Ey xaki-sürməxiz Səfahan həray-hay * * * Qəzəl: Xub yetişdin yaxşı aldın könlümü ey yar-hey Xub yetişdin, yaxşı aldın könlümü ey yar-hey Ey dolanım başına, ey nazin dildar-hey Abi-heyvan, ruhi-qüdsi, ya Məsiha, sən nə sən Hər nə sən, canım fəda olsun sənə ey yar-hey Bəhri-rəhmət mövcə gəldi, əl-ətəş bəsdir könül Abi-kövsər başdan aşdı, mürği-atəşxar-hey Qanımı mey, bağrımı qan, könlümü etdin kabab Çeşm-hey nəzzarə-hey, ey şölə-ruxsar-hey Sərvi qıldın payband və bülbülü lal eylədin Şivə-rəftar-hey, ey ləhcə-güftar-hey Gərçə min yol şəm tək öldüm dirildim şərmdən Yaxşı girdin qanıma ey taqəti-didar-hey Fariğ etdin mərgdən Xızr-Məsiha tək məni Ey həyati-cavidan, sərçeşməsi-güftar-hey Dost öldürdü məni, ey düşmən, ölmək çağıdır Yar yandırdı məni, yan indi ey əğyar-hey Mən unutsam aşiqəm, amma unutmayın siz məni Kəbə-hey, büthanə-hey, təsbih-hey, zünnar-hey Gər sağalmaq könlü verdin Qövsi, ölməzsən, ölmə sən Çün təbibin qarşı gəldi, bəsdir ey bimar-hey * * * Qəzəl: Təzəllümdən usandı zülmdən dildar usanmazmı Təzəllümdən usandı, zülmdən dildar usanmazmı Cəfa və cövrdən əğyar usandı, yar usanmazmı Usandı badəkarından meyxanə evbaşı Məgər məzlumların qanından ol xunxar usanmazmı Tutuşdu şəm könlüm dəmbədəm pərvanə yaxmaqdan Bu mənidən məgər ol atəşin ruxsar usanmazmı Səpehr ahənin dil atəşin ahımla mum oldu Sənin könlünün sitəmdən axır ey dildar usanmazmı Çəndə cana yetdi bağban bülbül nəvasından Mənim fəryad ahımdan məgər əğyar usanmazmı Olur axır mükərrər gər həyati-cavidan olsa Bu bi-əncam işdən aşiqi-bimar usanmazmı Yuxu aləmlərə təlx oldu Qövsi təng fəğanından Bu aciz naləlikdən yarəb ol bimar usanmazmı * * * Qəzəl: İstər gözüm ki göstərə dildarə könlümü İstər gözüm ki göstərə dildarə könlümü Kimdir ki bir yerə yığa sədparə könlümü Nə tabı var vüsala nə hicrana taqəti Saldı fələk nə odlara bicarə könlümü Bilməm ki qanda buldu sənin məst gözlərin Meyxanələr səbukeşi avarə könlümü Ey şəm, sən ki məhrəmi-bəzmi-vüsal isən Zinhar bir sifariş ilə yarə könlümü İmdada qara könüllərə yaxşıdır səba Ol kakil arasında mənim arə könlümü Rəhm ilə girmə qanına ol qanı dolmuşun Ey xal, vermə qəmzəyi-xunxarə könlümü Qövsi, şikayət öz ki əlindən rəva deyil Kim saldı öz gözüm mənim odlara könlümü * * * Qəzəl: Keç təğafül birlə məndən ey edən şeyda məni Keç təğafül birlə məndən ey edən şeyda məni Kim bu gündə görməsin heç kafir və tərsa məni Zülf tək çulğaşdım ol muyi-miyanın fikrinə Saldı bir incə xəyala bu uzun sevda məni Məst olan saqi əlindən şüşəni almaq gərək Könlümü al kim yaman aldı bu istiğna məni Düşdüm və durdum yolunda hər qədər mina kimi Bir ayaq yetirmədi torpağa ol səba məni Zəəf ruzafzun edər gərilə pünhan cismimi Sən tək ey məcnun çox istər az tapar səhra məni Ta ayağa başımı yetirmədi ram olmadı Həlqeyi-dam eylədi ol ahuyi-rəna məni İndi Qövsi cövhərim peyda məni ayinə tək Hər qədər simab tək bəhs etdi ta peyda məni * * * Qəzəl: Gəl öz nigahi-rövşən ilə şəm dağımı Gəl öz nigahi-rövşən ilə şəm dağımı Ey aftab bir gecə yandır çırağımı Həmçeşmlər xəcaləti saqi yaman olur Mey gər yox isə qan ilə doldur ayağımı Gümnam qıydı bəski məni xaksari-eşq Ənqayi-binişandan alırlar sorağımı Çıxmaz nəvayi-çəng kimi pərdədən səsim Üstadi-eşq bəs ki burubdur qulağımı Ta dağ qanlı zəxminə gül basdı lalə tək Rəşk atəşi qovurdu sızıldandı dağımı Oldu füzun gözüm işığı ah-əşkdən Yandırdı qönçə kimi yel və su çırağımı Sərçeşmə bulanmağı suyun dəlilidir Hali-dilim sorunca görün göz bulağımı Bir bəzmə ki fərq olunsa sədr və astan Zəncir zülf bağlaya bilməz ayağımı Qövsi yaxardı nəsli-qəm cavidan məni Yandırmasaydı misrəyi-rəngin çırağımı * * * Qəzəl: Mənim şux sitəmkarım Mənim şux sitəmkarım Təğafüldən usanmazmı Fəramuş olmayın yarım Məni bir qatilə anmazmı Mey gülfam üçün məhvəş Edən azar dərdkeş Şərabi-saf tək biğəş Məgər bir gün bulanmazmı Harayımdan səpehri-dun Tökər əncüm gözündən xun Usandı cövrdən gərdun Hənuz olmaz usanmazmı Təbib fariğülbalım Ki sındırmış pərü balım Mənim bilməzmi əhvalım Desəm yarəb inanmazmı Dilində bülbül zarın Rəvadır vəsfi-gülzarın Görəndə arizin yarın Yüzü yüzdən utanmazmı Gəlib ol sərvi-naz ötdü Dili-bitabi məhv etdi Qiyamət gəldi və getdi Bu qafil heç oyanmazmı Nədir təqsirim ey kafir Sözü şirin, özü sahir Bu Qövsi başına axır Dolanırmı, dolanmazmı * * * Qəzəl: Zəəfi-qəmində ol kəmərin sorma halımı Zəəfi-qəmində ol kəmərin sorma halımı Bir muyi-pic və taba salıbdır xəyalımı Hər nəxl gərçə başın əyər bərgü bardan Bibarü bərg gör mənim əydi nihalımı Eşq atəşində surəti-halım soran mənəm Gör yar surətini qiyas ilə halımı Gəl gəl ki sənsiz ey gül-rəna qəfəs kimi Sındırdı təngnayi-çəmən şax və balımı Çulğaşmaq istərəm bilinə tar zülf tək Sevdama görün bu xəyali-mühalımı Qövsi bu vəchdən var qanə nisbətim Gərdun aftabına verməm hilalımı * * * Qəzəl: Sən ki saldın çöllərə məcnun tək ey Leyla məni Sən ki saldın çöllərə məcnun tək ey Leyla məni Qoyma kim sayd eyləsin hər ahuyi-rəna məni Axır ey eşqi-sitəmgər könlümü verdin ona Demədin kim öldürər zalım bu biparva məni Tapılıbsan kim sənin cövrindən ey mah incidim İncidirsən bu səbəbdən hər nəfəs bica məni Qanlı istərlər kababi rindlər meyxarələr Çox daxi yandırma, gəl, ey məst biparva məni Var ümidim kim əlindən saqi-kövsər tutə Hər qədər salsa ayağdan kəməndi-mina məni Astanındır sənin öz astanın istərəm Qövsitək məhcuri qoyma belə ya mövla məni * * * Müxəmməs: Qorxum bu ki canım çıxa qəmxar gəlincə Qorxum bu ki canım çıxa qəmxar gəlincə Can ayrıla təndən gül və bixar gəlincə Ey vay ki əldən gedirəm yar gəlincə Dildən düşərəm başıma dildar gəlincə Ömrüm olur axır məhi-ənvar gəlincə Sənsiz nəcə canım tutar aram bədəndə Ruhum nəcə sənsiz dolanır xanəyi-təndə Huşum dağılır yadıma yar adı gələndə Məzur tutun kim bu gülüstan və çəməndə Səbr eyləmərəm əbri-gövhərbar gəlincə Gül çağıdır, mey ver mənə ey saqiyi-purfən Bəlkə ola könlüm qəm ilə uqdədən eymən Bu bəzmdə bir munis həmdəm mənə sən sən Hər kəs nə bilər mən təki meyin qədrini kim mən Qanlar içərəm saqi-xunxar gəlincə Yarın ləbi-ləli mən bimara şifadır Zülfü siyəhi xalü xətti dərdə dəvadır Bülbül kimi gülşəndə işim şüru-nəvadır Pərvanə təki günlərim əzbəski qəradır Ömrüm yetər əncama şəbi-tar gəlincə Qərq etdi məni ləcəyi-ma sili-həvadis Başımdan aşıb mövci-bəla sili-həvadis Ey vay günüm etdi qəra sili-həvadis Fəryad ki seylabi-fəna sili-həvadis Dağıtdı məni üstümə memar gəlincə Axır qəmi-yar öldürəcəkdir səni Qövsi Dərdü qəmi-zar öldürəcəkdir səni Qövsi Hamid kimi xar öldürəcəkdir səni Qövsi Bu dərd ki var öldürəcəkdir səni Qövsi Amma ki qəm öldürməsə qəmxar gəlincə * * * Qəzəl: Səbr ilə aqibət mey olur qan dedikləri Səbr ilə aqibət mey olur qan dedikləri Sübhi-vüsal olur şəbi-hicran dedikləri Ərşi-bərin qübarın onun tutiya qılır Hər çənd müşti-xakdır insan dedikləri Ləlində cami-badə kimi Cəmdir sənin Abi-həyat və atəşi-suzan dedikləri Qövsi gərək ki kəbə deyib iqtida qıla Təbriz qibləsinə Səfahan dedikləri * * * Rübailər və fərdlər Hər çəmən səhndə kim ol şahi-şuxvəşin olur Dudi-ahım əbri-gövhərbar tək örnək olur Kasə-kasə xuni-dil kim gərdişi-gərdun verir Başa biikrah əgər çəksən mey, kar olur Bu bağrım qana döndü hicr əlindən saqi, mey qanı Tutuşdu üstüxanım qandadır nabi və ney qanı Nə Rüstəm qaldı dünyada nə Zalü Zər nə Keyxosrov Süleymanın bisatı qandadır kasü key qanı İstərəm aləmdə hərgiz bir zaman şad olmayım Çünki könlüm mən məlul olmağımla şad olur Səbzə tək mən də bir ümidlə pamal oldum Nola ey sərvi-rəvan başıma salsan saya Saqi ayağa qanımı gər tökmək istəsən Barı şərabi-nabla et bixəbər məni Qara daş ilə gövhər bir dərd xiridar olmasa Padşahım bilgilən mən təki gədalar qədrini Təraş et hər nə var başında, qoy dursun həmən kakil Qırılsa qəm deyil, ləşkər gərək sərdar sağ olsun Əlindən cana yetdim, istərəm tərk eyləyim mehrin Mənə bu işdə verməz neyləyim hərgiz rza könlüm Əğyar ilə gəzən gözüm, ol dilrubayı gör Hər nakəs ilə həmdəm olan bivəfayı gör Bizi bir kərrə anar olsan gələrmi şanına nöqsan Süleyman munca şövkətlə anardı daima muri * * * Kitabxana.az · https://kitabxana.az/collections/qovsi-seirler-1925 İctimai mülkiyyət (müəllifin vəfat ili: 1640). Public domain (author died 1640). Original text only.