Qoşmalar Qul Qaranı (1750–?) Ay ağa səni Ərş üzündə pərvaz edən buludlar, Gözlərim oxşatdı ay ağa səni. Hər qətrəsi tutar bir əzim mələk, Əmirsiz qoymazlar ay ağa səni. Müşkül olsa, həkim atar nəxandan, Qorxum yoxdur nə sultandan, nə xandan, Mələkülmövt bir gün tutar yaxandan, Qoymaz ki, qalxasan ayağa səni. Cəhd eylə, Qərani, qıl beş vaxtını, Günahkar olarsan, tərk et taxtını, Soyarlar əynindən tacı-taxtını, Yuyarlar, bükərlər ay aga səni. * * * Gülgəz (Qaranı) Başına döndüyüm, qurvan olduğum, Yoxdu sənin kimi, yaxası Gülgəz. Alışıb oduna büryan olduğum, Olarmı sənintək həvəsi Gülgəz. Can qurban eylərəm o uca boya, Gözəllik yaraşır qamətə, soya, Bəzəkli-düzəkli aparam toya, Yoxdur sənin təki sonası, Gülgəz. Qaranıyam, oxumadım hecəmi, Yuxum gəlmir, yatammıram gecəmi, Çox gəzdim dünyanı, Azərbaycanı, Öldürür qaşların qarası, Gülgəz. (Ağbabalı İsgəndərin variantı) * * * Kitabxana.az · https://kitabxana.az/collections/qul-qarani-qosmalar İctimai mülkiyyət. Public domain. Original text only.